1. Yemək borusunun tam atreziyasının diaqnozunu dəqiqləşdirmək üçün doğum evində hansı müayinələr aparılmalıdır?



Yüklə 1,3 Mb.
səhifə8/11
tarix10.12.2016
ölçüsü1,3 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

471. Abqar şkalasına görə II-III dərəcəli 1800 qrama malik vaxtından əvvəl doğulmuş uşaqda ürək çatışmazlığı vardır. Klinikaya anusun və düz bağırsağın atreziyası diaqnozu ilə daxil olub. Müayinə zamanı uretra ilə fistula olması aşkarlanıb. Bu uşağa sadalanan əməliyyatlardan hansı daha məqsədəuyğun sayılır?

A) Kolostomiya

B) Bağırsağın invaginasiyası

C) Transverzostomiya

D) Fistulanı açıb, terminal kolostomiya qoymaq

E) 1 günlük uşağa radikal əməliyyat etmək



472. Ağırlaşmamış mekonial bağırsaq keçməzliyində rasional olaraq hansı müalicədən başlamaq lazımdır?

A) Mikuliç üsulu ilə iki lüləli ileostomiya

B) Qarının ön divarından qoyulmuş ileostomiya

C) Bağırsaq mənfəzindən mekoniumu yumaqla enterostomiya

D) Qastroqrafin (veroqrafinlə) dərin imalə

E) U-vari anastomoz



473. Yenidoğulmuş uşaqlarda tez-tez peritonitə səbəb ola bilən amil hansıdır?

A) III-IV dərəcəli xoralı nekrotik kolit

B) Yatrogen zədələnmə

C) Lizosim defisiti

D) Dəyişmiş qanı köçürtməsi

E) Bağırsağın inkişaf qüsuru



474. Yenidoğulmuş uşaqlarda peritonit üçün xarakterik olmayan amil hansıdır?

A) Poliuriya

B) Qarının köpməsi

C) Ürək-damar pozğunluğu

D) Nəcis ifrazının güclənməsi

E) Eksikoz



475. Yenidoğulmuş uşaqlar üçün aşağıda sadalananlardan hansı yayılmış peritonit üçün daha həqiqətəuyğundur?

A) Bağırsaq möhtəviyyatlı qusma

B) Ödem, qarın divarının hiperemiyası

C) Dinamik bağırsaq keçməzliyi

D) Duru nəcis ifrazı

E) Leykositoz



476. Vaxtından qabaq doğulmuş 2 günlük uşağı ağır asfiksiya ilə reanimasiya şöbəsinə qəbul etmişlər. Birdən vəziyyəti çox ağırlaşır, qarnın havalı şişməsi, aşağı şöbələrin göyümtül rəngə boyanması aşkarlandı. Düzgün diaqnoz hansıdır?

A) Mədə perforasiyası, gərgin pnevmoperitoneum

B) Qalça damarlarının tranbozu

C) Bağırsağın parezi

D) Aşağı bağırsaq keçməzliyi

E) Beyin qan dövranının III dərəcəli pozğunluğu



477. Aşağıda sadalanan kliniki simptomlardan hansında onurğa beyni dəbəliyi təcili cərrahi əməliyyata göstərişdir?

A) Qişanın cırılaraq likvorun axması

B) Dəbəlik yzərində dərinin nazikləşməsi

C) Aşağı ətrafların parezi

D) Bel nahiyəsində böyük şişəbənzər törəmənin olması

E) Çanaq orqanlarının funksiyasının pozulması



478. Dövrü olaraq göbək nahiyəsindən sidik gələrsə, düzgün cavab hansıdır?

A) Uraxusun tam fistulu

B) Sidik kisəsinin eksrofiyası

C) Epispadiya

D) Sidik kisəsinin divertikulu

E) Arxa uretranın klapanı olması



479. Göbəyin anadangəlmə tam fistulunda təcili cərrahi əməliyyata göstəriş hansıdır?

A) İnfiltrə olunmuş fistula yolu

B) Fleqmanoz omfalit

C) Göbək ətrafında dərinin maserasiyası

D) Bağırsaq möhtəviyyatının itirilməsi

E) Sidik kisəsinin divertikulu



480. Göbək həlqəsi 4,5 sm ölçüdə olan embrional dəbəliklə olan 2 saat bundan əvvəl doğulmuş uşağa nə göstərişdir?

A) Təcili radikal əməliyyat

B) Qarın boşluğunun təsviri rentgenoqrafiyası

C) Kali permanqanatla qişanın işlənməsi

D) 2- 4 saatlıq hazırlıqdan sonra I etapda Qross əməliyyatı

E) Həyatın 2-ci sutkasında radikal əməliyyat



481. Göbək həlqəsi orta ölçüdə olan embrional dəbəliklə olan vaxtından çox qabaq doğulmuş uşağın III dərəcəli beyin qan dövranı pozğunluğu və anadangəlmə ürək qüsuru ilə klinikaya daxil olub. Uşağa hansı tədbir göstərişdir?

A) Antiseptiklərlə sarğı

B) Təxirəsalınmaz radikal əməliyyat

C) Kali permanqanatla qişanın işlənməsi

D) Plastik kisənin tikilməsi

E) Təcili əməliyyat (I etapda Qross əməliyyatı)



482. Embrional göbək həlqəsi dəbəliyi olan yenidoğulmuş uşağın ölümünə səbəb hansıdır?

A) Ağır dərəcəli qüsurlar

B) Peritonit

C) Sepsis

D) Hemostazın pozğunluğu

E) Pnevmoniya



483. Yuxarı tənəffüs yollarının anomaliyası ilə yenidoğulmuş uşaqlarda tez-tez asfiksiyaya səbəb ola bilən sindroma hansı aiddir?

A) Per-Robin sindromu

B) Xoananın atreziyası

C) Epulis

D) Makroqlossiya

E) Ranula



484. Anadangəlmə qüsur və döş qəfəsi üzvlərinin xəstəliyi olan, tez-tez asfiksiya sindromu ilə müşayət olunan xəstəliklərdən hansına cərrahi korreksiya lazımdır?

A) Lobar enfizema

B) Divararalığının şişləri

C) Yalançı diafraqmal dəbəliyi

D) Anadangəlmə atelektaz

E) Destruktiv pnevmoniya



485. Qeyd olunan təsnifatlardan diafraqmal dəbəliyinin aparıcı simptomları kimi qusma və öyümə hansı halda daha xarakterikdir?

A) Diafraqmanın qida borusu dəliyinin dəbəliyində

B) Diafraqma defekti.

C) Frenoperikardial dəbəliklərdə

D) Həqiqi diafraqmal dəbəliyində

E) Ön dəbəliklərdə



486. Diafraqmal dəbəliyi olan yenidoğulmuş uşaq üçün xarakterik olmayan klinik mənzərə hansıdır?

A) Qarnın köpməsi

B) Ürək-damar çatmazlığı

C) Divararalığının sıxılması

D) Ağciyərin auskultasiyasında bağırsaq küyünün eşidilməsi

E) Sianozun ağlama zamanı artması



487. Ağciyər sistlərində körpələrdə tez-tez rast gəlinən ağırlaşmalara hansı aidddir?

A) Ağ ciyərin destruksiyası və pnevmotoraksın əmələ gəlməsi

B) Qanaxma

C) Sistin tez böyüməsi

D) Sistin irinləməsi

E) Barmaqların ucunun «təbilçi çubuğunu» xatırlatması.



488. Ağciyər sistlərində körpələrdə rast gəlinməyən ağırlaşmaya hansı aidddir?

A) Dizuriya

B) Təngnəfəslik

C) Ağ ciyərin destruksiyası və pnevmotoraksın əmələ gəlməsi

D) Sistin tez böyüməsi

E) Sistin irinləməsi



489. Yenidoğulmuş 2 günlük uşağın kürək və döş qəfəsi nahiyəsini bütünlüklə örtən, ətraflarda çoxlu sayda hemangioma var, trombositopeniya müşahidə olunur. Uşağa nə məsləhət görülməlidir?

A) Hormonoterapiya

B) Qısa fokuslu rentgenoterapiya

C) Hormonoterapiya ilə müştərək qısa fokuslu rentgenoterapiya

D) Etaplı cərrahi müalicə

E) Çoxetaplı kriodestruksiya



490. Cərrahi sepsisin müalicə prinsipinə hansı aiddir?

A) İmmunokorreksiya

B) Hemodinamik pozğunluğun korreksiyası

C) İdarə olunan hipokoaqulyasiya

D) Ocağın sanasiyası

E) Oyanıqlılığa təsir etmək



491. On günlük uşağa kəskin irinli sol tərəfli mastit diaqnozu qoyulub. Fluktasiya dəqiq təyin olunmur. Uşağa hansı müalicəni tətbiq etmək lazımdır?

A) İnfiltrat üzərindən 1-3 ədəd oreoldan kənarda radial kəsiklər aparmaq

B) Cərrahi müdaxiləsiz antibakterial terapiya

C) Məlhəmlə sarğı

D) İsti kompress

E) Punksiya edərək irinin sorulması, abses boşluğunun yuyulması



492. On günlük uşağın qasıq-xayalıq nahiyəsində ağrılı şişkinlik əmələ gəlmişdir, yumşaq toxumada şişkinlik, dərinin hiperemiyası var. Cərrahın bu zaman taktikası hansı olmalıdır?

A) Qasıq-xayalıq nahiyəsinin əməliyyat zamanı təftişi

B) Şişkinliyin punksiyası

C) Qarın boşluğunun rentgenoskopiyası

D) Qarın boşluğuna şişkinliyin salınması

E) Dinamik müşahidə



493. Yenidoğulmuşların fleqmonasının tipik lokalizasiyası hansıdır?

A) Döş qəfəsinin ön səthi

B) Bədənin arxa yuxarı səthi

C) Göbəkətrafı sahə

D) Bədənin açıq səthi

E) Üz


494. Yenidoğulmuşların nekrotik fleqmonasında icra olunan düzgün əməliyyatlara hansı aiddir?

A) Dərialtı toxumada instrument vasitəsilə kor ciblərin açılması

B) Yaranın rezin buraxıcı ilə drenə edilməsi

C) Kəsikdən sonra yaranın tamponadası

D) Hipertonik məhlulla sarğı

E) Yaraya irriqator vasitəsilə antibiotik yeridilməsi və drenə edilməsi



495. Yenidoğulmuş uşaqlarda nə zaman osteomielit aşağıdakı kimi xarakterizə olunur?

A) Çoxlu sayda sümüklərin zədələnməsi

B) Qram-mənfi və anaerob floranın üstünlüyü

C) Qram-müsbət floranın üstünlüyü

D) Nazik sümüklərdə zədələnmələrin artması

E) Ana bətnində osteomielit



496. Yenidoğulmuş uşaqda erkən klinik simptomlarla başlayan uzun borulu sümüklərin osteomielitində nə meydana çıxır?

A) «Psevdoparez» klinikası

B) Subfebril hərarət

C) Zəif döş əmmə

D) Dərinin hiperemiyası

E) Damarətrafı toxumaların pastozluğu



497. Osteomielitlə əziyyət çəkən yenidoğulmuş uşaqda patoloji prosesə daha çox sümüyün hansı hissəsi məruz qalır?

A) Epifiz

B) Metadiafizar zədələnmə

C) Metaepifizar sahə

D) Total sümük zədələnir

E) Diafiz



498. sizi 14 günlük yenidoğulmuşa baxmağa çağırıblar. Yenidoğulmuşda anadangəlmə mekonium az miqdarda xaric olur. Bir neçə gündür ki, stul və qaz pis xaric olur. Stul yalnız imalə vasitəsi ilə baş verir. Üç dəfə öd qarışığı ilə qusma olmuşdur. qarın köpdür. Bağırsaqların təqəllüsü görünür. Uşaq bədən çəkisini 200 qr.itirmişdir. Sizin təqribi diaqnozunuz?

A) Aşağı bağırsaq keçməzliyi

B) Yuxarı bağırsaq keçməzliyi

C) Pilorostenoz

D) Mekonial bağırsaq keçməzliyi

E) Dinamiki bağırsaq keçməzliyi



499. Yenidoğulmuşda göbək ciyəsi düşdükdən sonra göbək yarasından damcı ilə şəffaf maye ifraz olunur, göbək ətrafında dərimatserasiya olunmuşdur. Diaqnoz hansıdır?

A) Uraxusun tam fistulu

B) Göbəyin tam fistulu

C) Göbəyin natamam fistulu

D) Omfalit

E) Uraxusun natamam fistulu



500. Doğum evində mamaça doğuma kömək edərkən yenidoğulmuş sağ əlin travmasını almışdır. Baxış zamanı əl bədən istiqamətində sallanmış vəziyyətdədir. Aktiv hərəkət mümkün deyil. Passiv hərəkət dirsək oynağı nahiyəsində kəskin ağrılıdır. Sizin təqribi diaqnozunuz?

A) Mil sümüyü başının yarımçıxığı

B) Bazu sümüyünün konduluslardan keçəe sınığı

C) Bazu sümüyünün dirsək oynağı nahiyəsində çıxığı

D) Travmatik pleksit

E) Dirsək oynağının kapsulunun gərilməsi



501. Baxış zamanı 4 günlük yenidoğulmuşun ümumi vəziyyəti qənaətbəxş kimi qiymətləndirilmişdir. Kürəklər arası nahiyədə ölçüləri 6x6sm olan yumşaq toxumanın qırmızıyaçalan, infiltratsiyası qeyd olunur. Bu nahiyədə dəri göy-qırmızı rəngli ləkələrlə örtülmüşdür. Yerli temperatura normaldır, palpasiya ağrısızdır. Sonrakı 4 saatlıq dinamiki müşahidədə prosesin yayılması yoxdur. Uşaq doğularkən çəkisi 4200 qr.olmuş və doğuş çətin olmuşdur.

Qanın ümumi analizində leykositlər 9,7x10 9/l, çubuqvarilər 15%, seqmentlər- 38%, eozinofillər- 3%, limfositlər – 32%, monositlər- 12%, EÇR-5 mm/saat.

Təqribi diaqnoz hansıdır?

A) Doğuş travması nəticəsində əmələ gələn hematoma

B) Yenidoğulmuşun fleqmonası

C) Kürəkarası nahiyənin kavernoz hemangioması

D) Kürəkarası nahiyənin limfangioması

E) Həmin nahiyənin lipoması



502. 8 günlük yenidoğulmuşun vəziyyəti qəflətən pisləşmişdir. Güclü toksikoz əlamətləri var, əmməsi zəifdir, tez-tez əmdiyi südü qaytarır. Qarın köpdür, yumşaqdır, ağrısızdır, nəcis ifrazı tezləşib, durudur, selik və yaşıl qarışıqlıdır. Oma-büzdüm nahiyəsində 8x6 sm ölçüdə hiperemiyalaşmış infiltrat əllənir. Həmin nahiyədə dəri istidir. Palpasiya ağrılıdır. Göbək yarası enlidir, üzəri irinli fibrinlə örtülmüşdür. Qanın ümumi analizində leykositlər – 12,5x109/l. EÇR-6 mm/saat. T.380 C. Sizin təqribi diaqnozunuz nədir?

A) Yenidoğulmuşun fleqmonası

B) Pilorostenoz

C) Salmenilloz

D) Omfalit

E) Pilorospazm



503. Uşaq normal gedişli hamiləlikdən 3600 qr çəki ilə doğulmuşdur. Doğulan andan çənəaltı və boyun nahiyəsinə sirayət edən 6x6 sm ölçüdə az hərəkətli, elastiki konsistensiyalı şişkinlik var. Törəmə palpasiyada ağrısızdır. Dəri şiş nahiyəsində normal rəngdədir. Uşağın ümumi vəziyyəti kafidir. Bədən temperaturu 36,60C. Sizin təqribi diaqnozunuz nədir?

A) Boyun nahiyəsinin kavernoz limfangioması

B) Boynun yan sisti

C) Çənəaltı nahiyənin adenofleqmonası

D) Boynun orta sisti

E) Boyun nahiyəsinin kavernoz hemangioması



504. Yenidoğulmuşların patologiya şöbəsində 28 günlük uşaq omfalit və piodermiya diaqnozu ilə müalicə olunur. Şöbəyə daxil olmamışdan 2 gün əvvəl uşağın sağ bazu oynağında şişkinliyin, sağ əlində aktiv hərəkətin olmaması, passiv hərəkət zamanı isə ağrılı olması valideynlərin diqqətini cəlb etmişdir. Sizin təqribi diaqnozunuz hansıdır?

A) Bazu sümüyünün proksimal epifizinin osteomieliti

B) Sağ bazu oynağının çıxığı.

C) Sağ bazunun proksimal ucunun sınığı.

D) Bazu oynağının hemartrozu

E) Bazu kələfinin travmatik pleksiti.



505. 2 aylıq uşağın valideynləri sahə pediatoru kimi sizə müraciət etmişdir ki, iki gündür ki, uşağı bələyərkən sağ aşağı ətrafını bükərkən bərk narahat olur. Baxış zamanı ətraf bud-çanaq oynağında yarım bükülmüş vəziyyətdədir, yumşaq toxumalar ödemlidir. Əirafında passiv hərəkət mümkün deyil, aktiv hərəkət çox ağrılıdır. Bədən temperaturu 37,60C. Sizin təqribi diaqnozunuz nədir?

A) Sağ bud sümüyünün epifizar osteomieliti

B) Sağ bud oynağının artriti.

C) Bud-çanaq oynağının çıxığı.

D) Revmatoidli monoartrit

E) Pertes xəstəliyi



506. Poliklinikaya valideyin 1 aylıq oğlan uşağı ilə müraciət etmişdir. Anasının deməsinə görə 3 gündür ki, uşaq nəcis ifraz etmir. Nəcis ifrazı yalnız imalə ilə mümkündür. Baxış zamanı uşaq zəifdir, adinamikdir, solğundur, yeməkdən imtina edir. Qarın böyümüşdür.Sizin təqribi diaqnozunuz?

A) Hirşprunq xəstəliyi

B) Dolixosiqma

C) Kaprostaz

D) Alimentar qəbizlik

E) Xroniki kolit



507. Yemək borusunun atreziyasının xarakterik əlamətlərini göstərin:

A) Çürüntülü qaytarma

B) Həyatın ilk saatlarından ağ ciyərlər üzərində yaş xırıltıların eşidilməsi

C) Döşə qoyduqda tənəffüsün pozulması və ya qusma

D) Ödlü qusma

E) Melena



508. Yemək borusunun atreziyası diaqnozunu təsdiq etmək üçün doğum evində hansı müayinədən istifadə olunmalıdır?

A) Mədənin zondlanması

B) Ezofaqoskopiya

C) Döş qəfəsinin təsviri rentgenoqrafiyası

D) İrriqoqrafiya

E) Qastroskopiya



509. Uşaqlarda həyatın ilk aylarında sümüklərin hansı hissəsində iltihabi proses inkişaf edir?

A) Epitizdə

B) Metafizdə

C) Diafizdə

D) Oynaq qığırdağında

E) Oynaq yarığında



510. Yuxarı formalı anadangəlmə bağırsaq keçməzliyi üçün hansı kliniki əlamətlər xarakterikdir?

A) Doğulan anadan ödlü qusma və epiqastral nahiyənin köpməsi

B) İkinci sutkadan mekoneal qusma

C) Mekoniumun xaric olmaması

D) Qarnın kəskin köpməsi

E) Epiqastral nahiyənin köpməsi



511. Nazik bağırsağın atreziyası zamanı rentgenoloji müayinə necə edilməlidir?

A) Uzanmış vəziyyətdə təsviri rengenoqrafiya

B) Ayaqüstə təsviri rengenoqrafiya

C) Barium ilə irriqoqrafiya

D) Pnevmoirriqoqrafiya

E) İnvertoqramma



512. Bağırsaq atreziyası zamanı keçməzliyin səbəbi hansıdır?

A) Bağırsaq borusu kanyalizasiyanın pozulması

B) Bağırsağın aqanqliozu

C) Boğulma

D) Obturasiya

E) Stranqulyasiya



513. Anadangəlmə yuxarı bağırsaq keçməməzliyi üçün xarakterik rentgenoloji əlamətlər hansılardır?

A) Rentgenoqrammada qarnın yuxarı şöbəsində iki ədəd horizontal səviyyənin olması

B) Təsviri rentgenoqrammada bütün qarında hemogen kölgəlik

C) Çoxlu sayda Kloyber kasacıqları

D) Aerokoliya

E) Dolma deffekti



514. Yenidoğılmuşların peritoniti zamanı hansı halda cərrahi əməliyyat mütləq göstərişdir?

A) İkincili peritonitlər zamanı

B) Birincili peritonitlərdə

C) Peritonitin bütün formalarında

D) Terminal mərhələdə

E) İlkin mərhələdə



515. Kəskin hematoqen osteomielit zamanı iltihabı proses sümüyün hansı toxumasından başlayır?

A) Sümük iliyindən

B) Sümük lövhəsindən

C) Birləşdirici toxumadan

D) Böyümə zonasından

E) Əzələ toxumasından



516. Anadangəlmə qasıq dəbəliyinin planlı cərrahi müalicəsi üçün optimal yaş dövrü hansıdır?

A) 6 aydan 12 aya kimi

B) 1 aylıq

C) İstənilən, diaqnoz qoyulan zaman

D) 1 yaşdan sonra

E) 3 yaşdan sonra



517. Yenidoğulmuşların ikincili (perforativ) peritonitləri üçün hansı rentgeneloji əlamət xarakterikdir ?

A) Diafraqma altında sərbəst qaz

B) Qarının aşağı mərtəbəsində tündləşmə

C) Qarının yuxarı mərtəbəsində tündləşmə

D) Çoxlu sayda enli kloyber kasacıqları

E) Qarında homogen kölgəlik



518. Yenidoğulmuşların birincili (qeyri-perforativ) peritonitlərinə xarakterik rentgenoloji əlaməti göstərin:

A) Qarın boşluğunun yuxarı mərtəbəsində çoxlu sayda xırda kloyber kasacıqlarının olması

B) Qarının aşağı mərtəbəsində kloyber kasacıqlarının olması

C) Qarının yuxarı mərtəbəsində tündləşmə

D) Diafraqma altında sərbəst qaz.

E) Aerokoliya



519. Yenidoğulmuşların peritoniti üçün hansı rentgenoloji müayinə üsulu daha informativdir?

A) Şaquli vəziyyətdə rentqenoqrafiya

B) Yanı üstə uzanmış vəziyyətdə rentqenoqrafiya

C) Arxası üstə uzanmış vəziyyətdə rentqenoqrafiya

D) Yan proeksiyada rentgenoqrafiya

E) Ön proeksiyadan rentgenoqrafiya



520. Yenidoğulmuşun peritonitinin kliniki formaları hansılardır?

A) Birincili, ikincili

B) Toksiki, septiki

C) Diffuz, yerli

D) Tam, hissəvi

E) Yayılmış



521. Yenidoğulmuşların fleqmanası zamanı taktika?

A) Sağlam zonaya kimi paralel çoxsaylı kəsiklər aparmaq

B) Bir kəsiklə açmaq

C) Konservativ müalicə

D) Radial kəsiklərlə açmaq

E) Lampas kəsik etmək



522. Yenidoğulmuşların fleqmonasını hansı göstərilən xəstəliklərlə diferensasiya etmək lazımdır?

A) Epitizior osteomielitlə

B) Qızılyel xəstəliyin

C) Dərialtı toxumanın hemangioması ilə

D) Limfangioma ilə

E) Travmatik hematoma ilə



523. Yenidoğulmuşların fleqmonası zamanı yerli iltihabi proses üçün xarakter əlaməti göstərin:

A) Hiperemiya

B) Limfostaz

C) Qansızma

D) Xoralanma

E) Dərinin solğun olması



524. Omfalitin hansı formasında ambulator şəraitdə konservativ müalicə aparmaq olar?

A) Sadə forma

B) İrinli forma

C) Fleqmanoz forma

D) Qanqrenoz forma

E) Nekrotik



525. Omfalitin hansı formalarında cərrahi əməliyyat göstərişdir:

A) Qanqrenoz forma

B) İrinli forma

C) Sadə forma

D) Funqus

E) Kataral forma



526. Omfalit zamanı cərrahi müdaxilənin prinsipi nədən ibarətdir?

A) Göbək ətrafındakı hiperemiya üzərində çoxlu sayda kəsiklər aparmaq

B) Göbək üzərində böyük kəsik aparmaq

C) Göbəyi kəsib götürmək

D) Laparatomiya

E) Omfalostomiya



527. Yenidoğulmuşların fleqmonasında dərinin hansı elementi birinci olaraq zədələnir?

A) Dərialtı piy toxuması

B) Tər vəziləri

C) Piy vəziləri

D) Epidermis

E) Derma



528. Yenidoğulmuşların fleqmonasının yerli müalicəsi necə aparılmalıdır ?

A) Hiperemiya üzərində sağlam sahəyə qədər şahmatşəkilli kəsiklər aparmalı

B) Antiseptiklərlə yerli sarğılar qoymaq

C) Hiperemiya sahəsində xaçabənzər kəsiklər aparılmalıdır

D) Dərialtı sahə punksiya olunmalı və antiseptiklərlə yuyulmalıdır

E) Radikal cərrahi müdaxilə olunmalıdır.



529. Anadangəlmə düz bağırsağın daralmasında ən optimal taktika hansı sayılır?

A) Konservativ terapiya, effekt olmasa-cərrahi əməliyyat

B) Konservativ müalicə, buclama

C) Rentgenkontrast müayinə və taktikanı meqarektum həcmindən asılı olaraq seçməli

D) Kolostoma

E) Diaqnoz qoyulan kimi operasiya etmək



530. Rektovestibular fistulanı anusun normal quruluşunda nə zaman operasiya etmək lazımdır?

A) 1,5 yaş

B) Diaqnoz qoyulan kimi

C) Daha böyük yaşlarda

D) 3-4 yaşında

E) 7 yaş



531. Düz bağırsağın atreziyasında hansı fistula ən çox rast gəlir?

A) Rektovestibular fistula

B) Rektouretral fistula

C) Rektovaqinal fistula

D) Rektum ilə aralıq arasında fistula

E) Rektovezikal



532. Yenidoğulmuş uşaqda defekasiya yoxdur, qarnı köp, güclənmiş peristaltika qeyd olunur. Hirşprunq xəstəliyinin hansı formasıdır?

A) Rektosiqmoid

B) Rektal

C) Seqmentar

D) Subtotal

E) Total forma



533. Yenidoğulmuşda Hirşprunq xəstəliyin kəskin forması təyin edilib. Optimal əməliyyat növü hansıdır?

A) Qalxançənbər bağırsağa qoyulan kolostoma

B) Enən çənbər bağırsağa divarlə kolostoma

C) Kolostoma transverzuma qoymaq

D) Radikal operasiya

E) Terminal kolostoma yoğun bağırsağın keçid hissəsinə



534. Kolostomadan sonra Hirşprunq xəstəliyində radikal əməliyyat aparmaq üçün optimal vaxt hansıdır?

A) 3 yaşda və yuxarı

B) 6 ay

C) 12 ay

D) 9 ay

E) 3 ay



535. Yemək borusunun atreziyasının hansı forması daha çox təsadüf olunur?

A) Proksimal ucun kor qurtarması və distal ucun traxeya ilə fistulalı forması

B) Yemək borusu mənfəzi olmadan qaytanı xatırladır

C) Proksimal və distal ucların kor kisə şəkilində bağlı olması

D) Həm proksimal həm də distal ucun traxeya ilə fistulalı olması

E) Atreziyanın proksimal ucu traxeya ilə fistulalı, distal ucun isə sərbəst olması



Kataloq: load -> imt9
imt9 -> Müalicə-profilaktika fakültəsinin V kurs tələbələri üçün imtahan testləri Uşaqlarda tənəffüs sisteminin xəstəlikləri
imt9 -> Lor mpf V kurs. Az sektor. Hansı əlamətlər adenotomiya əməliyyatına göstərişdir
imt9 -> Urologiyadan testlər sidik axarının intramural hissəsinin daşı olduqda ağrılar irradiasiyası edir
imt9 -> MÜALİCƏ-profilaktika və pediatriya faküLTƏLƏRİ TƏLƏBƏLƏRİ ÜÇÜn məHKƏMƏ TƏbabəTİ FƏNNİ ÜZRƏ testləR
imt9 -> 1. Disfunksional uşaqlıq qanaxması rast gəlinir: a yuvenil dövrdə b südəmər dövrdə
imt9 -> 1. Sinus bradikardiyas ı üçün xarakterik ekq?
imt9 -> 1. Penisillinl ə rd ə n hans ı venadaxilin
imt9 -> 1. Hans ı ə lam ə tl ə r adenotomiya
imt9 -> 1. h ə zm qastritin diaqnostikas ını n ə sas ını

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə