1. Yemək borusunun tam atreziyasının diaqnozunu dəqiqləşdirmək üçün doğum evində hansı müayinələr aparılmalıdır?


Yemək borusunun atreziyası üçün xarakterik əlamət hansıdır?



Yüklə 1,3 Mb.
səhifə9/11
tarix10.12.2016
ölçüsü1,3 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

536. Yemək borusunun atreziyası üçün xarakterik əlamət hansıdır?

A) Doğulan andan ağızdan köpüklü möhtəviyyatın axması və döş əmərkən tənəffüsün pozulması

B) Doğulan andan qusma

C) Yemək borusundan qanaxma

D) Qayıqvari batmış qarın

E) Çürüntülü südlə qaytarma



537. Yemək borusunun atreziyasının diaqnozunu təsdiq etmək üçün doğum evində hansı əlavə müayinələr aparılmalıdır?

A) Mədəni zondlamağa cəhd göstərmək

B) Döş qəfəsinin təsviri rentgenoqrafiyası

C) Yemək borusunun kontrast müayinəsi

D) Ezofaqoskopiya

E) US - müayinəsi



538. Yenidoğulmuşda yemək borusunun atreziyasının cərrahi müalicəsinin prinsipləri hansıdır?

A) Traxeyada olan fistulanı ləğv etməklə atreziya uğramış uclarına birbaşa anastomoz qoymaq

B) Qastrostomiya

C) Qastrostomiya və boyun ezofaqostomiyası

D) Qastrostomiya və traxeyada olan fistulu ləğv etmək

E) Yemək borusunun nazik bağırsaq transplantatı ilə plastikası.



539. Yuxarı bağırsaq keçməzliyini aşağı bağırsaq keçməzliyindən mədə-bağırsaq traktının hansı hissəsi ayırır?

A) Acı bağırsağın başlanğıc hissəsi

B) Yemək borusunun mədəyə keçən yeri

C) Mədənin pilorik hissəsi

D) İleosekal künc

E) Yoğun bağırsağın rektosiqmoidal hissəsi



540. Bağırsağın embrional fırlanmasının pozulması nə ilə səciyyələnir?

A) Leddi sindromu

B) Orta bağırsağın burulması

C) Bağırsağın atreziyası

D) Mekkel divertikulu

E) Bağırsağın membranası



541. Anadangəlmə yuxarı bağırsaq keçməzliyi üçün hansı kliniki və rentgenoloji əlamətlər xarakterikdir?

A) Qarnın «batması», epiqastral nahiyənin hərdən bir qabarması, yaşıl qusma. Təsviri rentgenoqrammada epiqastral nahiyədə solda bir böyük, sağda bir kiçik Kloyber kasacığının olması

B) Doğuşdan 2 sutka sonra mekoniumla qusma

C) Qarnın ön divarının və cinsiyyət üzvlərinin pastoz olması

D) Mekoniumun xaric olmaması

E) Təsviri rentgenoqrammada çoxsaylı Kloyber kasacıqlarının olması



542. Anadangəlmə yuxarı bağırsaq keçməzliyi ilə olan uşağı cərrahi klinikaya göndərənə qədər doğum evində hansı müalicə tədbirləri görülməlidir?

A) Mədəyə daimi zond qoyaraq, əzələ daxilinə antibiotik və vikasol vurmaq

B) Əzələ daxilinə spazmolitiklərin təyini

C) Təmizləyici imalə

D) Mədənin təkrari yuyulması

E) İnfuzion terapiya



543. Aşağı bağırsaq keçməzliyi üçün hansı kliniki və rentgenoloji əlamətlər xarakterikdir?

A) Qarnın həddən artıq köp olması, ikinci sutkadan etibarən mekoniumla qusma. Təsviri rentgenoqrafiyada çoxsaylı Kloyber kasacıqlarının olması

B) Doğulandan yaşıl rəngdə qusma

C) Qarın boşluğunun və cinsiyyət üzvlərinin pastoz olması

D) Eksikoz əlamətlərinin artması

E) Təsviri rentgenoqrafiy epiqastral nahiyədə 1-3 qədər Kloyber kasacığının olması



544. Düz bağırsağın atreziyasının hündürlüyünü necə təyin etmək olar?

A) Qarın boşluğunun və çanağın ayaqlar yuxarı baş aşağı olmaq şərti ilə təsviri rentgenoqrafiyası

B) Qarın boşluğunun və çanağın vertikal vəziyyətdə təsviri rentgenoqrafiyası

C) Mədə-bağırsaq traktının kontrast maddə ilə rentgenoqrafiyası

D) Laparoskopiya ilə

E) Narkoz altında qarnın palpasiyası



545. Anorektal nahiyənin inkişaf qüsuru ilə doğulmuş uşağa həyatının ilk günlərində hansı hallarda cərrahi korreksiya göstərişdir?

A) Anus və düz bağırsağın tam atreziyası, rektovezikal süzgəc

B) Anusun atreziyasının xarici fistulası olduqda

C) Atreziyanın digər inkişaf qüsurları ilə müştərək olması

D) Yarımçıq doğulmuş uşaqlarda

E) Göstərilən bütün hallarda



546. Onurğa beyin dəbəliyinin əmələ gəlməsində aparıcı rolu hansı anatomik hissələr tutur?

A) Fəqərə çıxıntıları

B) Fəqərənin cismi

C) dəri və dəri altı toxuma

D) onurğa beyin qişaları

E) Onurğa beyni və onun kökləri



547. Onurğa beyin dəbəliyində hansı halda təcili cərrahi korreksiyaya ehtiyac olur?

A) Yırtıq kisəsi cırıldıqda və likvoreya olduqda

B) onurğa beyin dəbəliyi diaqnozu qoyulduqda

C) Hidrosefaliya olduqda

D) Aşağı ətrafların parezi və çanaqdaxili üzvlərin funksiyası pozulduqda

E) Dəbəliyin boğulması olduqda



548. Onurğa beyin dəbəliyinin cərrahi əməliyyatı zamanı fəqərə-çıxıntısının defektini nə ilə bağlamaq lazımdır?

A) Əzələ-apanevroz dilimi ilə

B) Ancaq dəri ilə

C) Fəqərə çıxıntısının lövhəsi ilə

D) Qabırğa və ya qalça darağından götürülmüş autotransplantantinan

E) Homotransplantantinan



549. Embrional göbək ciyəsi dəbəliyinin əmələ gəlməsində hansı anatomik hissənin qüsuru aparıcı rol oynayır?

A) Qarın divarının apanevroz-əzələ qatının defekti

B) Qarın dərisinin defekti

C) Göbək damarlarının inkişaf qüsuru

D) Göbək ciyəsinin yerləşmə anomaliyası

E) Bütün göstərilənlərin hamısı



550. Cərrahi praktikada embrional göbək ciyəsi dəbəliyinin hansı kliniki formaları ayırd edilir?

A) Böyük, orta, kiçik

B) Şara oxşar

C) Yarım şara oxşar

D) Həqiqi

E) Yalançı



551. Embrional göbək ciyəsi dəbəliyində hansı halda təcili cərrahi müdaxilə göstərişdir?

A) Kiçik, orta ölçülü dəbəlikdə və yırtıq kisəsi qişaları cırıldıqda

B) Böyük ölçülü dəbəlikdə

C) Dəbəlik ayaqcıq üstündə olduqda

D) Dəbəliyin boğulmasında

E) Yanaşı olaraq ürəyin inkişaf qüsuru olduqda



552. Embrional göbək ciyəsi dəbəliyində cərrahi müalicədə əsas məqsəd nədən ibarətdir?

A) Qarnın ön divarının apanevroz-əzələ defektinin plastikası

B) Dəri defektinin bağlanması

C) Defektdən xaricdə olan bağırsaqların bir hissəsinin rezeksiyası

D) Qarın boşluğunun həcminin böyüdülməsi

E) Mərkəzi venoz təzyiqə nəzarət etmək



553. Embrional göbək ciyəsi dəbəliyinin konservativ müalicəsi nədən ibarətdir?

A) Dəbəlik qişalarını büzüşdürücü məhlullarla işləmək və məlhəmli sarğıları qoymaq

B) Qarnın öndivarının masajı

C) Ardıcıl olaraq təmizləyici imalənin aparılması

D) Leykoplastr sarğısının qoyulması

E) Bandajın daşınması



554. Uşaq yaşlarda travmatizmin hansı forması üstünlük təşkil edir?

A) Məişət

B) Məktəb

C) Idman

D) Digərləri

E) Küçə



555. Məişət travmatizmi arasında uşaq yaşlarında üstünlüyü hansılar təşkil edir?

A) Zədələnmələr

B) Yad cisim

C) Zəhərlənmələr

D) Yanıqlar

E) Odlu silah yaralanmaları



556. Said sümüklərinin aşağı 1/3-nin sınığı zamanı yuxarı ətrafın immobilizasiyası necə aparılır?

A) Daraq-falanqa oynağından bazunun orta 1/3-nə qədər gips langeti

B) Mil-bilək oynağından dirsək oynağına qədər sirkulyar gips sarğısı

C) Mil-bilək oynağından dirsək oynağına qədər gips sarğısı

D) Mil-bilək oynağından bazunun orta 1/3-nə qədər gips sarğısı

E) Daraq-falanqa oynağından dirsək oynağına qədər sirkulyar gips sarğısı



557. Qamış sümüyünün orta 1/3-nin sınığı zamanı ətrafın immobilizasiyası necə aparılır?

A) Daraq-falanqa oynağından büdun orta 1/3-nə qədər gips langeti

B) Daraq-falanqa oynağından diz oynağına qədər sirkulyar gips sarğısı

C) Aşıq-baldır oynağından diz oynağına qədər gips sarğısı

D) Aşıq-baldır oynağından büdun orta 1/3-nə qədər gips langeti

E) Aşıq-baldır oynağından diz oynağına qədər sirkulyar gips sarğısı



558. Şok zamanı həyatı vacib funksiyaların pozulmasına səbəb olan birincili etioloji faktor hansıdır?

A) Kəskın tənəffüs çatışmazlığı

B) Ağrı hissiyatı ilə əlaqədar baş beyin qabığının tormozlanması

C) Toxuma və orqanların parçalanma məhsulların törətdiyi intoksikasiya

D) Mərkəzi hemodinamikanın pozulması

E) “Vegetativ burulğanı” böyrəküstü vəzin qabıq maddəsinin və hipofizin gərginləşməsi ilə əlaqədar



559. Uşaqlar üçün aşağıdakılardan hansı xarakterik deyil?

A) Mil cümüyünün tipik yerdən qırılması

B) Qırılmalar

C) Subperiostal sınıq

D) Epifizeoliz

E) Osteoepifizeoliz



560. Uşaqlarda ağciyərin travmatik cırılması və qapalı gərgin pnevmotoraksın xüsusi müayinə üsullarının təyininə qədər hansı lazimi müalicə tədbirləri görülməlidir?

A) Oksigenlə müalicənin başlanması və rentgen müayinəsinin təyini

B) Plevra boşluğunun punksiyası, havanın xaric edilməsi, Bülau drenajının qoyulması, Vişnevski üsulu ilə boyun vaqosimpatik blokadası, diaqnozu dəqiqləşdirmək üçün müayinələrin təyini

C) Diaqnoz tam dəqiqləşənə qədər müalicəyə ehtiyac yoxdur

D) Şok əleyhinə narkotiklərin vurulması

E) Plevra boşluğunun punksiyası və yığılmış havanın xaric edilməsi



561. Uşaqlarda politravma zamanı qospitalizasiyaya qədər ki etapda ilkin müalicə tədbirlərinə hansıları daxildir?

A) Transport immobilizasiyası, qanaxmanın müvəqqəti dayandırılması, narkotiklərin vurulması, oksigenasiyanın təmini, analgetiklərin vurulması

B) Transport immobilizasiyası, qanaxmanın müvəqqəti dayandırılması, narkotiklərin vurulması

C) Transport immobilizasiyası, qanaxmanın müvəqqəti dayandırılması, narkotiklərin vurulması, oksigenasiyanın təmini

D) Oksigenasiya , qanaxmanın müvəqqəti dayandırılması,zədə nahiyəsinin yerli ağrısızlaşdırılması transport immobilizasiyası, plazma əvəzedicilərinin köcürülməsi.

E) plazma əvəzedicilərinin köcürülməsi, transport immobilizasiyası, süni tənəffüs, qanaxmanın müvəqqəti dayandırılması



562. Düşen-Erba doğuş iflici zamanı nələr müşahidə edilir?

A) Birtərəfli spesifik hemiparez

B) Əl barmaqlarında hərəkətin itməsi

C) Zədələnmiş ətrafda hərəkətin tam itməsi

D) Əl barmaqlarının hərəkəti zamanı içəriyə rotasiya və çiyinin yaxınlaşdırılması

E) Bazu oynağında hərəkətin saxlanılması zamanı əl barmaqlarında hərəkətin itməsi



563. Doğuş epifiziolozi ən çox hansı nahiyədə baş verir?

A) Bazu sümüyünün distal epifizi

B) Bud sümüyünün proksimal epifizi

C) Bazu sümüyünün proksimal epifizi

D) Qamış sümüyünün proksimal epifizi

E) Bud sümüyünün distal epifizi



564. Uşaqlarda diafizar sınıqlarda boylama yerdəyişmənin buraxılan hüdudları hansıdır?

A) 1-2 sm

B) 2-3 sm

C) 3-4 sm

D) 4-5 sm

E) Heç biri



565. Apofizeolizin ən çox rast gələn lokalizasiyası hansıdır?

A) Bazu epikondilusları

B) Bud kondilusları

C) Topuqlar

D) Qamış qabarı

E) Fəqərə çıxıntıları



566. İki yaşına qədər uşaqlarda bud sümüyünün yerdəyişən sınığında hansı müalicə üsulundan istifadə edirlər?

A) Şede üsulu ilə dəri dartması

B) Birmomentli əllə repozisiya

C) Skelet dartması

D) Intramedulyar osteosintez

E) Ekstramedulyar osteosintez



567. On yaşında uşaqda bud sümüyünün yerini dəyişən sınığında hansı müalicə üsulundan istifadə olunur?

A) Skelet dartması

B) Şede üsulu ilə dəri dartması

C) Birmomentli əllə repozisiya

D) Intramedulyar osteosintez

E) Ekstramedulyar osteosintez



568. Uşaqlarda sınıqların xüsusiyyətləri sümüyün hansı göstəricilərinə görə təyin olunur?

A) Sümüyün elastikliyi

B) Meniralizasiya

C) Sümüyün quruluşu

D) Oynağın quruluşu

E) Orqanizmdə suyun miqdarından



569. Bazu sümüyünün distal hissəsinin doğuş epifiziolozi üçün xarakter erkən rentgenoloji simptomlara hansıları aiddir?

A) Said sümüyünün və bazu sümüyünün proporsiyasının pozulması

B) Görünən sümük qabarı

C) Bazu sümüyünün metafizinin destruksiyası

D) Mil periostiti

E) Sümük ayrılmasının görünməsi



570. Bud sümüyü başının doğuş epifiziolozi zamanı doğuşdan sonra birinci saatda rasional müalicə tədbirlərinə nələr daxildir?

A) Qapalı düzəldilərək zədələnmiş ayağın daxilə rotasiyası və horizontal vəziyyətdə dartılaraq leykoplastrla dartılma

B) Açıq üsulla repozisiya

C) Blaunt üsulu

D) Qapalı üsulla repozisiya

E) Şede üsulu ilə dartma



571. Bud sümüyünün doğuş zamanı yerdəyişməyən sınığında optimal müalicə üsuluna daxildir?

A) Birmomentli qapalı repozisiya, sonra isə gips immobilizasiyası

B) Şede üsulu ilə dartma

C) Müalicə tələb olunmur

D) Açıq repozisiya, sonra isə gips immobilizasiyası

E) Blaunt üsulu ilə dartma



572. Körpücük sümüyünü doğuşdan sonra sınığına şübhə olmasına hansı əlamətlər aiddir?

A) Baxış zamanı ağrıya reaksiya

B) Hemiparez

C) Qan təchizatının pozulması

D) Bazu oynağında hematoma

E) Qəlpələrin kripitasiyası



573. Uşaqlarda diafizar sınıqlarda bucaqvari yerdəyişmənin buraxılan hüdudu hansıdır?

A) 10-15o

B) 5-10o

C) 15-20o

D) 20-30o

E) Hec biri



574. Bazu sümüyünün orta 1/3-nın doğuş zədələnməsi zamanı rasional müalicə üsuluna hansı aiddir?

A) Dezo sarğısı

B) Gips sarğısı

C) Bazunun 900 uzaqlaşdırmaqla torakobroxial gips sarğısı və saidin dirsəkdə 900 bükmək

D) Qolu uşağın bədəninə fiksasiya etmək

E) Leykoplastla dartmaq



575. Doğuşdan sonra kəllə-beyin travmasının ağırlığının meyyarlarına hansı daxildir?

A) Beyin qan dövranının pozulmasının dərəcəsi

B) Başda doğuş şişinin ölcüsü

C) Kefolohematomanın olması

D) Kəllə sümüklərinin sınığı

E) Kəllə sümüklərinin yerdəyişməsinin dərəcəsi



576. Doğuş zamanı kəllə sümüklərinin kompresion sınmasına görə müalicə taktikasına hansı daxildir?

A) Repazisiya üsulu ilə cərahi korreksiya

B) Kəllənin rezeksion trepanasiyası və allaplastikası

C) Kəllənin rezeksion trepanasiyası

D) Intensiv infuzion müalicə

E) Müalicə tələb edilmir



577. Düşen-Erba iflicinin müalicəsi zamanı qolun fiksasiya vəziyyəti hansıdır?

A) Dezo sarğısı qoymaq

B) Qolun bədənə bükülməsi

C) 900 xarici rotasiya altında bazunun fiksasiya olunması

D) Fiksasiya vacib deyil

E) Qolun onurğaya tərəf fiksasiyası



578. Doğuş travması zamanı qarın boşluğu orqanlarından hansıları ən çox zədələnir?

A) Qaraciyər, dalaq

B) Nazik bağırsaq

C) Böyrəklər

D) Yoğun bağırsaq

E) Sidik kisəsi



579. Acıq kəllə-beyin travmasına aşağıdakılardan hansı aiddir?

A) Kəllə əsasının sınığı, yumşaq toxumaların zədələnməsi ilə

B) Başın yumşaq toxumalarının əziyi

C) Kəllənin aponevroza qədər sınığı, yumşaq toxumaların yaralanması və aponevrozon zədələnməsi ilə

D) Gicgah sümüyünün sınığı, alın nahiyəsinin zədələnməsi ilə

E) Alın sümüyünün sınığı, gicgah nahiyəsinin zədələnməsi ilə



580. Baş beyin silkələnməsinin kliniki simptomlarına hansılar daxildir?

A) Qısamüddətli huşun pozulması, travmanın ilk saatında qusma, retroqrad amneziya

B) Ümumi beyin əlamətləri, bədən hərarətinin yüksəlməsi, qusma

C) Travma ilə şübhəli dərin koma

D) Aydın huş zamanı hemiparez

E) Travmadan 2-3 saat sonra huşun itirilməsi, anizokariya, ocaqlı simptomlar



581. Birtərəflı epi və ya subdural hematoma zamanı aşağıdakı hansı simptomokompleks müşahidə edilir?

A) “İşıqlı mərhələ”, göz bəbəyinin homolateral genişlənməsi, kontralateral çatışmazlıq əlamətləri

B) Huşun itirilməsi, ocaqlı simptomlar, meningial əlamətlər

C) Ümumi beyin simptomları, hərarətin yüksəlməsi

D) Qısamüddətli huşun itirilməsi, qusma, retroqrad amneziya

E) Tetraplegiya, aydın huş



582. Yenidoğulmuşda doğulduqdan 2 gün sonra təpə nahiyəsində sol tərəfdə şişkinlik var. Şişkinlik üzərində dəri dəyişməyib, palpasiya az ağrılıdır, şişkinliyin əsasında bərk yastıqcıq təyin olunur. Sizin diaqnozunuz hansıdır?

A) Kefalohematoma

B) Ikimərtəbəli intrakranial hematoma

C) Absess

D) Baş beyin dəbəliyi

E) Limfangioma



583. 10 yaşında uşaqda bazunun tiş epikondilisunun apofiziolizi olub. Müalicəsi 3 həftə gips longeti ilə aparılıb. Gips çıxarıldıqdan sonra dirsək oynağında hərəkətin kəskin məhtudluğu var. Taktika necə olmalıdır?

A) MBT və fizioterapiya

B) Oynaq nahiyəsinin masajı

C) Cərrahi üsulla millə fiksasiya

D) Rentgen nəzarəti altında Kirşner mili ilə fiksasiya

E) Ekstramedulyar distraksion- kompression aparatın tətbiqi.



584. Uşaqlarda kəllə əsası sümüyünün sınığının əsas əlamətlərinə hansılar aiddir?

A) Oto-rino-likvoreya

B) Çoxsaylı qusma

C) Burun və qulaqdan qanaxma

D) Ocaqlı, nevroloji simptomlar

E) Huşun itirilməsi



585. Körpücük sümüyün sınığı ən çox harada lokalizasiya olunur?

A) Orta 1/3-də

B) Orta və lateral 1/3-i sərhəddində

C) Körpücük sternal hissəsində

D) Orta və medial 1/3-i sərhəddində

E) Dimdiyə bənzər çıxıntı sahəsində



586. Bir yaşa qədər uşaqlarda körpücüyün orta 1/3-i sınığı zamanı optimal fiksasiya edici sarğıya hansı aiddir?

A) Dezo sarğısı

B) 8-vari sarğısı

C) Kuzmincki-Karpenko sarğısı

D) Torakobraxial sarğı

E) Fiksasiya tələb olunmur



587. 7 yaşa kimi uşaqlarda diafizar sınıqların korreksiyasında eninə yerdəyişmənin buraxılan hüdudu hansıdır?

A) Ox düz olarsa eninə dairənin 1/2-ə qədər

B) Eninə dairənin 2/3-ə qədər

C) Eninə dairənin 1/4-ə qədər

D) Eninə dairənin 2/4-ə qədər

E) Buraxılan hüdud olmamalıdır



588. Bazu sümüyünün diafizinin orta 1/3-nin köndələn qapalı sınığı zamanı optimal taktikaya hansı daxildir?

A) Repozisiya və gips langeti ilə fiksasiya

B) Repozisiya və 2 mil ilə fiksasiya

C) Repozisiya və Sterin aparatla fiksasiya

D) Skelet dartması

E) Repozisiya və uzaqlaşdırıcı vəziyyətdə fiksasiya



589. Uşaqlarda bazu sümüyünün kondilusüstü hissəsinin qapalı sınığında qapalı repozisiyaya nə vaxt aparılmalıdır?

A) Rotosion yerdəyişmədə

B) Eninə yerdəyişmədə

C) Uzununa və eninə yerdəyişmədə

D) Bucaq altında yerdəyişmədə

E) Uzununa yerdəyişmədə



590. Bazu sümüyünün yuxarı 1/3-nin sınığının müalicəsi zamanı skelet dartması qoyularkən millərin keçirilməsinin optimal səviyyəsinə hansı aiddir?

A) Bazu sümüyünün distal metafizi

B) Skelet dartması istifadə olunmur

C) Bazu sümüyünün distal hissəsi

D) Mil sümüyünün distal metafizi

E) Dirsək oynağının dirsək çıxıntısı



591. Cərrahi əməliyyata göstərişlər əsasən nə zaman meydana cıxır?

A) Interpozisiya olduqda

B) Bazu sümüyünün metadiafizar zədələnmələrində

C) Bazu sümüyünün diafizar zədələnmələrində

D) Bazu sümüyünün metafizar zədələnmələrində

E) Bazu sümüyünün oynaqdaxili zədələnmələrində



592. Uşaqlarda diafizar sınıqlarda korreksiya zamanı uşağın yaşından asılı olmayaraq hansı yerdəyişmə mütləq aradan götürülməlidir?

A) Rotasion

B) Boylama

C) Bucaqvari

D) Eninə

E) Hamısı



593. 12-14 yaşında uşaqda bazu sümüyünün daxılı kondilusunun qəlpəli sınığı zamanı qəlpənin fiksasiyası necə aparılmalıdır?

A) Mil vasitəsilə yan kompessiyası

B) Iki millə

C) Sümük tikişi

D) Şurupla fiksasiya

E) Bir millə



594. Saidin hər iki sümüyünün arxa çıxığı nəyin nəticəsində əmələ gəlir?

A) Qolun açılmış vəziyyətində dirsək üzərinə yıxılma

B) Qolun bükülmüş vəziyyətində yıxılma

C) Açılmış və bükülmüş vəziyyətində ovuc üzərinə yıxılma

D) Dirsək oynağının qeyri-tam açılmış vəziyyəti zamanı ovuc üzərində bərk yıxılma

E) Qolun bükülmüş vəziyyətində dirsək üzərinə yıxılma



595. Mantedc sınıq çıxığı nə deməkdir?

A) Dirsək sümüyünün yuxarı və aşağı sərhəddində mil sümüyü başının çıxığı

B) Said sümüklərinin dirsəkdən çıxığı və onların birinin aşağı 1/3 sınığı

C) Biləyin çıxığı və said sümüklərinin orta 1/3-nin sınığı

D) Dirsək sümüyünün çıxığı və mil sümüyünün sınığı

E) Bir tərəfdə said sümüklərinin çıxığı, digər tərəfdə onların sınığı



596. Uşaqlarda sınıqlar zamanı dairəvi gips sarğısı qoyularsa onun ən təhlükəli fəsadı hansıdır?

A) Ətrafın qan dövranının pozulması

B) Yataq yarası

C) Travmatik nevrit

D) Yalançı oynaq

E) Kontraktura



597. Dirsək çıxıntısının yerdəyişməsiz sınığında gips langeti ilə fiksasiya olunmuş saidin optimal vəziyyəti hansıdır?

A) 100-110o bucaq altında bükmək

B) Saidin bükülməsı və daxili rotasiyası

C) Saidin maksimal bükülməsı

D) Saidin dirsək oynağında açılmış vəziyyəti

E) 135o bucaq altında bükmək



Kataloq: load -> imt9
imt9 -> Müalicə-profilaktika fakültəsinin V kurs tələbələri üçün imtahan testləri Uşaqlarda tənəffüs sisteminin xəstəlikləri
imt9 -> Lor mpf V kurs. Az sektor. Hansı əlamətlər adenotomiya əməliyyatına göstərişdir
imt9 -> Urologiyadan testlər sidik axarının intramural hissəsinin daşı olduqda ağrılar irradiasiyası edir
imt9 -> MÜALİCƏ-profilaktika və pediatriya faküLTƏLƏRİ TƏLƏBƏLƏRİ ÜÇÜn məHKƏMƏ TƏbabəTİ FƏNNİ ÜZRƏ testləR
imt9 -> 1. Disfunksional uşaqlıq qanaxması rast gəlinir: a yuvenil dövrdə b südəmər dövrdə
imt9 -> 1. Sinus bradikardiyas ı üçün xarakterik ekq?
imt9 -> 1. Penisillinl ə rd ə n hans ı venadaxilin
imt9 -> 1. Hans ı ə lam ə tl ə r adenotomiya
imt9 -> 1. h ə zm qastritin diaqnostikas ını n ə sas ını

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə