11. Psixodiaqnostik metodlar



Yüklə 22,78 Kb.
səhifə1/5
tarix01.01.2022
ölçüsü22,78 Kb.
#50240
  1   2   3   4   5
11-15


11.Psixodiaqnostik  metodlar

Müasir psixologiyada psixodiaqnostik metodlardan ən geniş tətbiq olunanı testlərdir. Test qısa müddətli standartlaşdırılmış psixoloji sınaqdır. Testin köməyi ilə insanın psixologiyası və davranışının kəmiyyət və keyfiyyətcə dəqiq qiymətləndirilməsi həyata keçirilir.

T
estlərin ən geniş yayılmış növləri bunlardır: müvəffəqiyyət testləri, intellekt testləri, kreativ testləri, şəxsiyyət testləri, proyektiv testlər və s. Müvəffəqiyyət testlərinin köməyi ilə yoxlananların konkret bilik, bacarıq və vərdişlərə yiyələnmə dərəcəsi aşkara çıxarılır. İntellekt testləri yoxlananların zehni inkişaf səviyyəsini aşkara çıxarır. İntellekt testləri haqqında ilk fikir F.Qalton (1822-1911) tərəfindən irəli sürülmüşdür. Sonralar fransız psixoloqu A.Bine ilk psixoloji testlər yaratmışdır (1905). “Zehni yaş” anlayışından istifadə edən alman psixoloqu V.Ştern zehni koeffisenti  (İQ) aşağıdakı formulla ölçməyi müəyyənləşdirmişdir:

İntellekt testlərindən fərqli olan xüsusi qabiliyət testlərindən də istifadə olunur. Bu cür testlərin köməyi ilə insanların hansı xüsusi qabiliyyətlərə (musiqi, riyazi, texniki və s.) malik olduqları aşkara çıxarılır. Kreativ testlər insanlarda yaradıcılıq qabiliyyətlərini aşkara çıxarmaq üçün tətbiq olunur. Bu testlərin əsasında yeni, qeyri-adi ideyaları irəli sürə bilmək qabiliyyətini aşkara çıxarmaq dayanır. Şəxsiyyət testləri fərdin şəxsiyyətinin müxtəlif cəhətlərini araşdırmaq üçün istifadə olunur. Proyektiv testlər  yoxlananların şəxsiyyətini tamlıqda öyrənməyə imkan verən metodikadır. Məsələn, proyektiv testlərin tətbiqi zamanı insan ona təqdim olunan şəkildə baş verən hadisələri təsvir edir və bu zaman həmin hadisələrə öz daxili hiss və məramını ifadə edir (şəkillər elə tərtib olunur ki, onları müxtəlif şəkildə şərh etmək mümkün olsun).                           




Yüklə 22,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin