11 yaşlı oğlan uşağı kəskin xəstələnib: bədən temperaturunun 38°C qədər qalxması, sağ tərəfdə



Yüklə 461,04 Kb.
Pdf görüntüsü
səhifə4/69
tarix30.12.2021
ölçüsü461,04 Kb.
#49366
1   2   3   4   5   6   7   8   9   ...   69
Klinik mesele
null, SEMİNAR 5 Xüsusi nisbilik nəzəriyyəsi
 

Məsələ:3 

13 yaşlı xəstə stasionara 39,2 C temperatur, aşıq-baldır və il-bilək oynaqlarında şişkinlik, ağrı 

şikayətlərilə qəbul olunmuşdur. Uşaq 3 həftə qabaq angina keçirmişdir. 

Obyektiv olaraq vəziyyəti orta ağırdır, ürəyin sərhədləri 1 sm sola genişlənmişdir, tonlar karlaşıb, 

zirvədə qısa, incə sistolik küy eşidilir. 3-cü həftənin sonu oynaq sindromu sönmüş, ürək tonları 

güclənmiş, zirvədə sol qoltuqaltı sahəyə ötürülən üfürücü sistolik küy eşidilmişdir. ÜDS-100 

vurğu/ dəq. AT -105/60 mm.c.süt. Qarın yumşaq, dərin palpasiya olunur, qaraciyər və dalaq 

böyüməyib. 

Qanın analizi: Hb-110q/l, Er-4,3x1012/l, Leyk-8,2x109/l, ç/n-4%, s-54%, e-3%, l-36%, m-3%, 

EÇS-35 mm/saat, seromukoid-1,0, C reaktiv zülal +++. 

EKQ: sinus taxikardiyası, elektrik oxunun sola meyli, PQ intervalı 0,17 mm, sol mədəciyin və 

sol qulaqcığın yüklənmə əlamətləri, sol mədəcik miokardın subendokardial işemiya əlamətləri.  

 

Suallar: 

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır? 

2.  Klinik diaqnoz nədir? 

3.  Müalicə taktikası: ən optimal müalicə taktikasını qeyd edin. Müalicədən sonra əlavə tədbirlərə 

ehtiyac varmı? Varsa qeyd edin.  

Cavablar: 

1. EXO ASO(Antistreptolizin O) 

2. Kəskin revmatik qızdırma I aktiv faza, poliartrik, endomiakardit, mitral qapağın valvualı UÇ I-

B. 


3.  Diklofenak 0,05 1 tab.  2 dəfə yeməkdən sonra (2-3 mg/kg), penisilin 500 000 – dəfə/gün v/d, 

sonra Bisilinə keçmək, Prednizolon 0,005 (0,7-0,8 mq/kq)- 7.00 -2,5 tab (12,5 mq). 11.00-

1,5  (75 mq) tab, 14.00 -1,5 (7,5 mg) tab., asparkam ½ tab – gündə 3 dəfə, magne B6 – 1 tab 

gündə 2 dəfə, askorbin turşusu 0,05 –gündə 3 dəfə. 




 

Məsələ:4 

Əvvəlki GDT (difteriya, göyöskürək və tetanusa) və poliomilit peyvəndinə qarşı heç bir 

reaksiyası olmayan 6 aylıq qız uşağında 3-cü dəfə profilaktik məqsədlə GDT və inaktivləşmiş 

poliomelit peyvəndi vurulmuşdur. Peyvənddən 2 gün sonra ana uşaqda 38 

C temperatur, 



narahatlıq, vaksinasiyanın yeridildiyi yerdə hiperemiya və bərkimənin əmələ gəlməsi şikayətləri 

ilə  poliklinikaya daxil olmuşdur. 

Bu simptomları peyvəndin ağırlaşması kimi qimətləndirən ana həkimi və tibb bacısını 

məsuliyyətsizlikdə günahlandırmışdır. Baxış zamanı 37,8 

C temperatur müşahidə edilmişdir. 



Orqan və sistemlərdə patologiya yoxdur. Nəcis sıyığabənzərdir. Peyvənd yeridildiyi yerdə 1 sm 

diametrində infiltrat, 3 sm diametrində yumşaq toxumaların hiperemiyası və ödemi müşahidə 

edilir.  

 

Suallar: 

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır? 

2. Klinik diaqnoz nədir? 

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin. 

4. Sonrakı peyvəndlərə tibbi əks göstəriş varmı? 

5. Əvvəlki 2 peyvənd hansı yaşda aparılmışdır? 

6. Bu dəfəki vaksinasiyanı sonuncu hesab etmək olarmı? 



Cavablar: 

1. Anamnez və klinika diaqnozun qoyulması üçün kifayətdir. 

2. GDT peyvəndinin yerildilməsinə qarşı adi vaksinal reaksiya. 

3. Müalicəyə ehtiyac yoxdur. 

4. Xeyir yoxdur. 

5. 2 və 3 ayında aparılmalı idi. 

6. Növbəti revaksinasiyalar 18 ayında aparılmalıdır. 6 yaşında DT peyvəndi olunmalıdır.  

   



Yüklə 461,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə