11.İdrak haqqında təlim. (Qnoseologiya)



Yüklə 27,01 Kb.
tarix02.01.2022
ölçüsü27,01 Kb.
#35391
11felsefe
3. HAFTA, 3. HAFTA, Elvira Dilçilik L, dilcilik, Elvira Dilçilik L, elmira memmedova dicilik referat, FELSEFE 10 CU, elmira memmedova dicilik referat, Azərbaycan Memarlıq və İnşaat universiteti 410a2 Məcid Quluzadə rus dili serbest isler, MİFOLOGİYA LEMAN CAVAB, 4-cü mövzu Şumer dili, azerb-dilininin-morfologiyasi-I-hisse, 6073, azerb-dilininin-morfologiyasi-I-hisse

11.İdrak haqqında təlim. (Qnoseologiya)

Qnoseologiya – idrak haqqında elm (latınca qnosis – bilik, loqos – təlim deməkdir).

Bu təlimdə əsas diqqət dünyanın dərk edilməsi problemlərinə, bizim biliklərimizin hüdudları, onları əldə etməyin üsulları və həqiqiliyinin meyarları məsələlərinə cəlb edilir. Bu halda idrak geniş mənada, yəni mədəni-tarixi səpkidə insan fəaliyyətinin çox mürəkkəb formaları ilə əlaqədə təhlil olunur. Qnoseologiya dərk edən subyektin fərdi töhfəsi ilə insanların birgə fəaliyyəti zəminində yaranan sosial təcrübə arasında əlaqə və qarşılıqlı münasibəti araşdırır. Qnoseologiya insanın dərketmə qabiliyyətini tədqiq edərək, onun varlığının mühüm tərəfini, idrakın subyektiv mahiyyətini aşkarlandırır. Ona görə də qnoseologiyanın həll etdiyi problemlər ontologiya, antropologiya, sosial fəlsəfə, aksiologiya ilə çulğalaşır. Idrak fəaliyyəti hazırda mövcud olan biliklərdən istifadə edərək yeni biliklər, istehsal edən mənəvi-ruhi fəaliyyətdir. Idrak prosesi az biliklilikdən çoxbilikliliyə, səthidən dərinə gedən prosesdir. Idrak insan fəaliyyəti olaraq özündə bir sıra zəruri elementləri birləşdirir. Bunlar idrakın obyekti və subyekti, idrakın metodları, nəticəsi, yəni bilik və onun dəyərləndirilməsindən ibarətdir.
İdrak-obyektiv aləmin, onun qanun və qanunauyğunluqlarının insan beynində müəyyən məqsədə yönələn fəal inikasıdır. İdrakın mənbəyi insanı əhatə edən xarici aləmdir. Xarici aləm insana təsir göstərir və onda müvafiq duyğular, təsəvvürlər, anlayışlar doğurur. İnsan idrakının fəallığı, müəyyən məqsədə yönəlməsi məhz praktikada, insanların maddi istehsal fəaliyyətində meydana çıxır. Praktika prosesində insan dünyaya təklikdə deyil, başqa adamlarla, bütövlükdə cəmiyyətlə qarşılıqlı əlaqədə fəal təsir göstərir. Bu isə o deməkdir ki, əgər idrakın obyekti, onun mənbəyi maddi aləmdirsə, idrakın subyekti, onun daşıyıcısı bəşər cəmiyyətidir. Dialektik fəlsəfəyə görə, idrak təfəkkürün dərk edilən predmetə yaxınlaşmasından, fikrin biliksizlikdən, biliyə doğru, yarımçıq və mükəmməl olmayan bilikdən daha tam, mükəmməl biliyə doğru hərəkətindən ibarət sonsuz bir prosesdir. 

Fəlsəfədə idrakın obyekti problemi

Filosofları ta qədimdən biliklərin mənbəyinin nədən ibarət olması məsələsi düşündürmüşdür. Yəni biliklər obyektiv reallığa, yoxsa bizim duyğularımıza və ya zəkamıza əsaslanır. Sağlam düşündükdə etiraf etmək lazım gəlir ki, bizim düşüncələrimizin, fikirlərimizin məzmununu təşkil edən hansısa bir reallıq mövcuddur. Fəlsəfədə bu reallıq varlıq anlayışı ilə dəyərləndirilir. Bir halda ki, varlıq anlayışı müxtəlif fəlsəfi cərəyanlar tərəfindən müxtəlif şərh olunur, deməli, idrakın obyekti haqqında fikirlər də müxtəlif olmalıdır. Obyekt anlayışının həcmini təyin edərkən hökmən idrakın subyekti də onunla qırılmaz əlaqədə götürülməlidir. Dərk edən subyekt obyektdən kənarda mövcud ola bilməz, dərk edən subyekt dərk etdiyi reallığın daxilində, əhatəsindədir. Bu reallıq ideyalar aləmi, təbiət hadisələri, insan fikri, düşüncəsi və ya reallığa nail olmaq prosesinin özüdür. Hər hansı bir hadisə insanın həyat fəaliyyətinin dairəsinə cəlb edilirsə, o, idrakın obyektinə çevrilir. Idrakın obyektinin xüsusiyyətləri, onun insan üçün dəyəri dərk edən subyektin mənəvi-ruhi tələbatının formalaşmasına təsir edir, onda bir maraq yaradır. Idrakın üç sahəsi insanın diqqətini cəlb edir: təbiət aləmi, sosium aləmi və insanın daxili aləmi. Bunlara idrakın üç fenomeni uyğun gəlir: izahetmə (aydınlaşdırma), başaduşmə və refleksiya. Bunların hər biri digərləri ilə əlaqədədir.
Hissi idrak. Bu idrak insanın bilavasitə xarici aləmlə qarşılıqlı təsirdə olduğu halda baş verir. Onun nəticələri əşyaların və proseslərin əyani, görünən obrazlarının hiss orqanları tərəfindən qəbul edilməsidir. Hissi idrakın ən sadə forması duyğudur. Duyğular insanın aləmlə bilavasitə əlaqəsini təmin edən yeganə bilik mənbəyidir. Hələ XIX əsrdə təcrübi olaraq sübut olunmuşdur ki, konkret hiss orqanı həm spesifik, həm də qeyri-spesifik stimullara öz reaksiyasını verir. Məsələn, işıq insan gözünə ya mexaniki, ya da elektrik qıcıqlandırıcısı kimi təsir göstərir. Hər iki halda göz işığa qarşı eyni reaksiyanı göstərir, işıq duyulur. Belə aydın olur ki, dünya haqqında informasiyanın mənbəyi hiss orqanlarının xassələri və ya beyin obyekti deyildir. Elmin sonrakı inkişafı bu baxışın əsassız olduğunu sübut etdi.

Duyğu obrazı hiss orqanlarından asılı olaraq formalaşır. Ancaq hiss orqanlarının quruluşu təsəvvür obyektlərinin fiziki xarakterinə uyğundur, sanki xarici təsirlərin spesifik modelini təşkil edir. Lakin aləmin xassələri ilə duyğular arasında eyniyyət mövcud deyildir. Təbiətin fiziki-kimyəvi xassələrinin törətdiyi duyğular (dad, iy və s.) var. Bir də qavradığımız obyektlərin dolayısı ilə fiziki-kimyəvi xassələrinin mövcudluğunu təsdiq edən duyğular da vardır (məsələn: rəng duyğusu. Bu görmə orqanının işığın spektrinin bütün dalğaları ilə qarşılıqlı təsirinin nəticəsidir. Göy rəng duyğusu isə qidanın parçalanması, onun ancaq bir dalğasının qalmasının nəticəsidir.


Duyğular əsasında qavrayış yaranır, yəni hissi obrazın tamlığı yaranır. Bu halda da insanın hiss orqanları xarici aləmlə qarşılıqlı təsirdə olur. Qavrayış əşyaların bütöv obrazıdır. Qavrayışda bir mənalanma da vardır «Göz olmayan hissələri də görür». Əgər bu hissələr mahiyyətcə ümumi mənzərədə əhəmiyyət kəsb edirsə, əgər bu və ya digər hissə məna kəsb etmirsə, onu görmür. Qavrayışda müxtəlif duyğular və şüur sintezləşir. Qavrayış mövcud olan biliklər, məlumatlar sisteminə yeni təsəvvürlər, yeni təəssüratlar gətirir. Buna görə də qavrayışın psixoloji mexanizmi obrazların yenidən dərk edilməsidir.
Təsəvvür. Təsəvvür hissi-əyani obrazdır. Bu obraz sərbəst və azad yaddaşda saxlanılır və şüurda yenidən yaranır. Təsəvvür fərdi təcrübənin özünəməxsusluğunu saxlamaqla yanaşı, həm də ümumiləşmə momentlərinə malik olur. Buna görə də Hegel təsəvvürü müşahidə ilə təfəkkür arasında keçid səddi hesab edirdi. Hissi idrak insanın şüuru ilə xarici aləm arasında əlaqəni təmin edir və dünya haqqında biliklərimizin ilk mənbəyini təşkil edir, həm də bilikləri əldə etmək üçün zəruri zəmin yaradır. Əlbəttə, hissi idrakı bilik əldə etməyin əsas mənbəyi olaraq onun çatışmayan cəhətlərini də unutmaq olmaz. Fəlsəfə tarixində hissi idrakı biliyin əldə edilməsinin başlıca forması kimi qəbul edən fəlsəfi cərəyan sensualizm adlanır. Sensualizm son nəticədə nəzəri biliklərə və ümumiyyətlə, idrakı özünəinamsızlığa çatdırır. Ona görə də sensualizmin görkəmli nümayəndəsi Con Lokk (1632-1704) etiraf edirdi ki, əqlə fantan kimi püskürən qüvvə xasdır və bu qüvvə təcrübədən asılı deyildir.
Iki əsas səbəbə görə hissi biliyin idrak prosesində rolu mütləqləşdirilə bilməz. Birincisi, o mənalandırılandır, ona görə də rasionaldan ayrı mövcud ola bilməz. Ikincisi, o hissi bilik yanlış da ola bilər. Buna görə də bütün hallarda hissi idrak zəruri olaraq doldurulur, əlavələndirilir və rasionalda özünün yetkinliyini qazanır.
NƏTICƏ: Hissi idrakın əsas forması duyğudur. Duyğu predmetin ayrı–ayrı xassələrinin, xüsusiyyətlərinin, tərəflərinin inikasıdır. Predmetlər isti və soyuq, tünd və açıq, hamar və kələ–kötür ola bilər. Onların bütün bu və ya bir çox başqa xassələri bizim hiss üzüvlərimizə təsir göstərərək müəyyən  duyğular yaradır. Duyğulardan başqa, qavrayış və təsəvvür də hissi idrakın formalarıdır. Bununla belə, qavrayış hissi idrakın daha yüksək formasıdır. Qavrayış predmeti onun bilavasitə hissi bütövlüyü halında, onun xarici tərəflərinin, xüsusiyyətlərinin məcmusu halında əks etdirir. Təsəvvür əvvəlcə qavranılanın insan şüurunda bərpasıdır.
Rasional idrak.

Rasional idrak məntiqi təfəkkürdə ifadə olunur. Rasional idrak özündə iki növ məntiqi təfəkkürü birləşdirir. Bunlar, düşüncə və zəkadan ibarətdir. Düşüncə məntiqi təfəkkürün bir növü, bir halıdır. Düşüncəyə kəskin müəyyənlik, təsdiqdə ciddilik, sadələşdirməyə meyl, formalaşdırma, sxematikləş-dirmə xasdır. Düşüncə biliyi sistemə çevirir və insanı standart şəraitə, xüsusilə də utilitar vəzifələri həll etmək şəraitinə uyğunlaşdırır. Düşüncə çevik deyildir, o, vəzifə ilə, məqsədlə müəyyən olunmuş hüduddan kənara çıxa bilmir.


Zəka biliyi daha dərin və ümumiləşmiş xarakterdə yaradır. Zəka obyekti əksliklərin vəhdətində təhlil edir. Zəkaya çeviklik xasdır, o, qeyri-bayağı, qeyri-standart yaradıcı qərarlar çıxarmağı təmin edir. Zəka hissi idrakın verdiyi məlumatları təhlil etməklə yanaşı, özünün qəbul etdiyini də tənqid etmək qabiliyyətinə malikdir. Rasional idrak təfəkkürdə daha dolğun açıqlanır.

Təfəkkür idraki fəaliyyət prosesidir. Təfəkkürə gerçəkliyin ümumiləşmiş obrazının yaranması xarakterikdir. Təfəkkür sayəsində insan hadisələrin konkret təzahürlərindən uzaqlaşır, onlara məxsus olan ümumi və mühüm əlamətləri aşkarlayır. Təfəkkürün əsas forması bunlardır: anlayış, mühakimə, əqli nəticə.

Bunlara fəlsəfi ədəbiyyatda MƏNTİQİ İDRAK-ın formaları da deyilir.
Anlayış hadisələrin ən ümumi, əsas və zəruri əlamətlərini, keyfiyyətlərini əks etdirən təfəkkür formasıdır. Anlayış hər hansı fikri hadisənin əsasını təşkil edir. Anlayış bir qayda olaraq dil vasitəsilə ifadə olunur.
Mühakimə predmet və onun əlamətləri arasında, predmet və ya onların mövcudluq faktı arasında əlaqəni əks etdirən təfəkkür formasıdır. Mühakimə həmişə həqiqəti müəyyənləşdirməyə xidmət edir. Lakin mühakimədə həm həqiqət, həm dolaşıqlıq, həm də yalan ola bilər. Əqli nəticə real predmetə bilavasitə müraciət etmədən, məlum olandan məlum olmayana keçiddən ibarət olan təfəkkür formasıdır. Deməli, əqli nəticə rasional idrakın formasıdır. Əqli nəticə mühakimələr arasındakı əlaqə vasitəsilə əldə edilir. Formal məntiqdə özündə müəyyən bilik yükünü daşıyan mühakimələrə müqəddimə də deyilir, yeni bilik qazanan mühakiməyə nəticə deyilir. Əqli nəticənin əsas funksiyası uzaqgörənlikdən və proqnozlaşdırmadan ibarətdir. Əqli nəticənin iki növünün: deduktiv və induktiv növlərinin olduğu qəbul edilmişdir. Deduktiv əqli nəticədə təfəkkür ümumidən hissəyə, təkə doğru gedir. Induktiv əqli nəticədə təfəkkür təkdən ümumiyə doğru yüksəlir. Bunlardan əlavə, xüsusilə də elmi idrakda natamam induksiya çox əhəmiyyətli rola malikdir. Qeyd edək ki, əqli nəticənin bu bölgüsü mütləq deyildir. Idrak prosesində qarşılıqlı əlaqədə olurlar.
ÜMUMİLƏŞDİRMƏ: Məntiqi idrak hissi idrakın gördüyü işi bir növ tamamlayır. Hiss üzvlərinin verdiyi bilik son dərəcə zəngin və rəngarəngdir. Lakin o tam deyil, məhduddur. Hissi bilik bizə şeylərin yalnız ayrı–ayrı xarici tərəfləri haqqında təsəvvür versə də, onların daxili təbiətini, onların mahiyyətini, onların inkişaf qanunlarını aşkara çıxara bilməz. İdrakın əsas vəzifəsi isə məhz bundan ibarətdir. Məntiqi idrak idrakın inkişafında keyfiyyətcə yeni, ən yüksək mərhələdir. Onun rolu predmetin başlıca xassələrini və əlamətlərini aşkara çıxarmaqdan ibarətdir. Məntiqi təfəkkür pilləsində gerçəkliyin inkişafının insana öz əməli işlərində son dərəcə zəruri olan qanunları dərk edilir. Anlayış predmetlərin bütün tərəflərini deyil, yalnız mühüm, ümumi tərəflərini əks etdirir, ikinci dərəcəli əlamət­ləri nəzərə almır, bunları kənara atır. Anlayışların inkişafı prosesi iki istiqamətdə davam edir: 1. Əvvəlki anlayışlar dərinləşdirilir, dürüstləşdirilir və daha yüksək abstraksiya səviyyəsinə qaldırılır; 2. Yeni anlayışlar meydana gəlir. Anlayışlar əsasında təfəkkürün başqa formaları– mühakimələr, əqli nəticələr formalaşır.

İdrakin metod və vasitələri


Müşahidə–ətraf aləmin predmet və hadisələrinin məqsədyönlü və təşkil olunmuş qavrayışıdır. Müşahidə hissi idraka əsaslanır. Müşahidə obyekti kimi təkcə xarici aləm predmetləri çıxış etmir. Müşahidəyə subyektin özünün əhval– ruhiyyəsi, həyəcanlarının, hisslərinin, psixi və emosional vəziyyətlərinin özü də daxildir (burada söhbət özünümüşahidədən– introspeksiyadan gedir).Qeyd etmək lazımdır ki, müşahidə təkcə faktların mexaniki və avtomatik qeydiyyatı ilə məhdudlaşmır. Müşahidə prosesində fəal funk­siyanı insanın şüuru yerinə yetirir. Bu o deməkdir ki, müşa­hi­dəçi təkcə faktları qeydə almır, eyni zamanda məqsədyönlü şəkil­də onları axtarır, öz axtarışında hipotezlərdən və mövcud təcrübə­dən istifadə edir. 

Eksperiment.

Bu idrakın empirik mərhələsində bazis metodlardan biridir. Esperiment müşahidə ilə bağlıdır, müşahidənin ünsürləri eksperimentdə saxlanılır. Lakin bunlar eyni deyildirlər. Esperimentdə insan proseslərə, onların gedişinə fəal müdaxilə edir, onları bir növ «süni» vəziyyətə gətirir ki, bu halda hadisələrin xassələrini öyrənmək təbii haldakına nisbətən daha asan olur. Eksperiment latın dilində «experimencum» sözündən olub, sınaq, yoxlama və təcrübə mənasını verir. Eksperiment hadisələrin öyrənilməsinin məqsədyönlü metodudur. Lakin tək məqsədyönlülüklə məsələ bitmir. Hadisələrin axını üçün şəraitin dəqiq qeydə alınması lazımdır ki, tədqiqatçı bu hadisələr axınını nəzarətdə saxlaya, lazım gəldikdə isə prosesi təkrar etdirə bilsin. Eksperimentin digər qnoseoloji xüsusiyyəti onun insanın həm idraki, həm də praktiki fəaliyyətinə aid olmasıdır. Eksperimentin məqsədi biliyi zənginləşdirməkdir, bu mənada o həmişə idrak fəaliyyətinə aid olur. Lakin eksperiment insanın, onu əhatə edən mühitin dəyişdirilməsinə xidmət edirsə, o öyrənilən hadisənin gedişi üçün tədqiqatçı tərəfindən lazım olan maddi şəraitin yaradılması praktikasının bir formasıdır.
Eksperiment (təcrübə) empirik tədqiqat metodu olub, öyrənilən hadisə və prosesə fəal, praktiki təsir imkanını təmin edir. Eksprimentator şüurlu və məqsədyönlü şəkildə onun təbii gedişinə müdaxilə edir. Tədqiq edilən obyektdən və elmi fənnin xarakterindən asılı olaraq aşağıdakı eksperimentlər fərqləndirilir. Fiziki, kimyəvi, bioloji, kosmik, psixoloji və sosial eksperimentlər.
Təhlil–predmeti onun tərkib hissələrinə, ünsürlərinə, tərəflərinə ayırmaq deməkdir, məqsəd isə bunların yerini başa düşmək, bunlardan mühüm, başlıca olanlarını ayırmaqdır. Təhlil–predmet üzərində keçirilə bilər, həmçinin məntiqi, fikri təhlil də ola bilər. Predmet təhlilindən başlıca olaraq qeyri–üzvi təbiətin tədqiqində istifadə edilir. Hər hansı səbəbə görə predmeti parçalamaq mümkün olmadığı hallarda məntiqi təhlildən istifadə olunur.

İnduksiya (latınca– yönəltmə mənası verən «induksio» sözündəndir) – fikrin ayrı–ayrı hadisələrdən ümumi nəticələrə doğru hərəkəti prosesidir. 

Induksiya, deduksiya.

İnduksiya priyomu təcrübi elmlərə daha çox aiddir. Bu priyomu işlətdikdə fikir təkin, faktların öyrənilməsindən ümuminin öyrənilməsinə, qanunların öyrənilməsinə doğru hərəkət edir. Induksiyanın əsasında induktiv əqli nəticə durur. Bu əqli nəticə özü problemlidir və etibarlı bilik vermir. O fikri sanki ümumi qanunauyğunluqların kəşfinə yönəldir ki, bunların da əsaslandırılması sonra başqa üsullarla baş verir.

Qnoseoloji istiqamətdə induksiyanın əksi deduksiyadır. Deduktiv əqli nəticədə fikir ümumini öyrənməkdən təki öyrənməyə doğru gedir. Induksiyadan fərqli olaraq deduktiv əqli nəticə müqəddəmələrdə inandırıcı biliklər olduqda etibarlı biliklər verməyə qadirdir. Elmi tədqiqatlarda bu priyomlar bir-biri ilə sıx əlaqədardır. Induksiya insan fikrini hadisələrin ümumi qanunauyğunluqları və səbəbləri haqqında fərziyyəyə, hipotezə yönəldir. Deduksiya ümumi hipotezdən empirik yoxlanılmış nəticələri çıxarmağa imkan yaradır. Beləliklə, bu nəticələr eksperimenti ya əsaslandırır, ya da rədd edir.

Tarixi və məntiqi metod

Idrakda tarixilik hər şeydən əvvəl bundan ibarətdir ki, dərk edilən obyekt, hadisə özü daimi inkişafdadır. Inkişaf özü tarixilikdir. Dərk edilən, idrak obyektinə çevrilən predmetin, hadisənin özünün ya uzun, ya da qısa tarixi vardır. Öyrənilən, tədqiq olunan obyektin tarixini öyrənmək onun gələcək inkişafının meylinə, nəzər salmağa imkan verir. Tarixi inkişaf edən sistemi öyrənən hər bir elm üçün tədqiqatın tarixilik metodu xüsusi əhəmiyyət kəsb edir. Bu metod tədqiq olunan obyektin real tarixini onun bütün konkret müxtəlifliyini fikrən bərpa edir. Tarixilik metodu obyekt haqqında nəzəriyyə üçün gərəkli faktları və onun inkişaf mərhələlərini üzə çıxarır, onun haqqında nəzəriyyənin məntiqini, yaranmasının qanunauyğunluğunu aşkarlandırır.

Məntiqi metod

inkişaf prosesinin qanunauyğunluqla şərtlənən anlayışı fikrən yenidən canlandırmaqdır. Məntiqi metod elə tarixi metod kimi obyektin özünün tarixini araşdırmaqdan başlayır və ardıcıl olaraq bir haldan digərinə keçməklə inkişafın əsas düyün nöqtələrini yenidən yaratmaqla onun məntiqini, qanunauyğunluqlarını müəyyənləşdirir. Tarixi və məntiqi metodlar bir-birindən ayrılmazdır. Məntiqi metod tarixi faktlara əsaslanır. Tarixi tədqiqatların faktların təsvirinə çevrilməməsi üçün məntiqi metodun aşkarladığı inkişaf qanunauyğunluqları haqqında biliklərə söykənməsi vacibdir.

Analiz və sintez. Analiz obyekti nisbətən müstəqil öyrənmək məqsədilə tərkib hissələrinə, tərəflərə, inkişaf meyllərinə və mövcudluq üsullarına parçalayan təfəkkür priyomudur. Sintez təfəkkürdə analizin tam əksinə olan əməliyyatdır. Bu əməliyyatda əvvəl ayrılan tamda, bütövdə birləşir. Əvvəl ayrılan, yəni analizdə ayrılan hissəciklər tam və ya bütöv halında birləşdirilir, bu hissələr arasındakı mühüm əlaqələr aşkarlanır və tam haqqında biliklər əldə edilir. Qarşılıqlı əlaqədə olan bu priyomlar xarici aləmi öyrənməkdə, mənimsəməkdə, insanın praktiki fəaliyyətində dərin kök salır.


Abstraktlaşdırma və ideallaşdırma

Abstraktlaşdırma (latınca abstraktia – uzaqlaşma, kənarlaşma) tədqiq olunan predmetin və hadisənin ayrı-ayrı əlamətlərini, xassələrini fikrən ayırmaq prosesidir. Eləcə də aparılan tədqiqat kontekstində mühüm əhəmiyyət kəsb etməyən xüsusiyyətlərdən, əlamətlərdən, münasibətlərdən kənarlaşma prosesidir. Tədqiqatın məqsədindən asılı olaraq abstarktlaşdırmanın müxtəlif növləri ola bilər. Əgər predmetlər sinfi üçün ümumi anlayış yaratmaq məqsədi ilə tədqiqat aparılırsa, onda eyniləşdirmə (yəni mühüm olmayan əlamətləri kənarlaşdırma, onlar üçün ümumi əlamətləri ayırma), abstraktsiyası tətbiq olunur. Analitik və ya izolyasiya abstraksiya növü də mövcuddur.


Prаktikа

Fəlsəfi kаtеqоriyа kimi insаnlаrın hər şеydən əvvəl öz mаddi və həmçinin mənəvi tələbаtlаrını ödəməyə dоğru yönəltdikləri mаddi-dəyişdirici fəаliyyəti dеməkdir. Fəаliyyət аnlаyışı prаktikа аnlаyışındаn, prаktikа isə əmək аnlаyışındаn gеnişdir. Mаrksizmdə prаktikа аnlаyışı dеyiləndə mаddi-əmək (istеhsаl) və ictimаi-tаriхi fəаliyyət nəzərdə tutulur. K.Mаrks, «Fеyеrbах hаqqındа tеzislər»də özündən əvvəlki mаtеriаlizmi tənqid еdərək göstərirdi ki, о inqilаbi, prаktiki-tənqidi fəаliyyətin əhəmiyyətini bаşа düşməmişdir. Insаn gеrçəkliyi yаlnız оnu dəyişməkdə dərk еdə bilər. Prаktikа insаnın şüurlu, məqsədyönlü, yəni subyеktiv fəаliyyətindən аyrılmаzdır. Bаşqа sözlə, insаn prаktikаsı düşünülmüş yаrаdıcılıq və məqsədli fəаliyyət оlmаdаn həyаtа kеçirilə bilməz.


Beləliklə, praktika subyektin maddi sistemləri dəyişdirməyə istiqamətlənmiş məqsədyönlü predmet-hissi fəaliyyətidir, insanların tarixən təşəkkül tapmış tələbatlarının ödənilməsi üçün hər hansı bir obyektə göstərdiyi təsirdir.

Idrak prosesində praktikanın rolu bunlardan ibarətdir: praktika idrakın mənbəyidir, onun hərəkətverici qüvvəsidir, o, idrakı ümumiləşdirmək və nəzəri işləmək üçün zəruri faktiki material verir; praktika biliyin tətbiq olunduğu sahədir - bu mənada o, idrakın məqsədidir; praktika idrakın nəticəsinin həqiqiliyinin meyarıdır. Beləliklə, idrakın bütün səviyyələrində biliyin mənbəyi, idrakın nəticələrinin yoxlanılması meyarıdır. Bu halda dərk edilən obyekt dərk edən subyekt tərəfindən müxtəlif səpkilərdə öyrənilə bilər. Təcrübə ilə praktikanı eyniləşdirmək olmaz. Təcrübə anlayışı müxtəlif mənalarda işlənilir. Təcrübə anlayışı vasitəsilə biz vərdişləri, bacarığı, məsələn, maşını idarə etməyi, mütaliə vərdişlərini ifadə edirik.

Nisbi və mütləq həqiqət.

Həqiqət tarixi səciyyə daşıyır. Bu mənada o, “öz düvrünün övladıdır”. Ümumiyyətlə son və qəti həqiqət –yalnız xəyaldır. Hər bir idrak obyekti tükənməzdir, o daim dəyişir, çoxsaylı xassələrə malik olur və ətraf aləmlə qarşılıqlı münasibətlərin saysız-hesabsız bağları ilə əlaqələnir. Alimin zəkalı seyri qarşısında daim natamam mənzərə var: nə isə yaxşı məlumdur, başqası tam aydın deyil, üçüncüsü şübhəlidir, dördüncüsü kifayət qədər əsaslandırılmayıb, beşincisi yeni faktlarla ziddiyyət təşkil edir, altıcısı isə ümumiyyətlə problematikdir. İdrakın hər bir pilləsi elmin və cəmiyyətin tarixi inkişaf səviyyəsi, inkişafı konkret-tarixi şərait və müəyyən dərəcədə təbii amillərlə şərtlənən tədqiqatının dərketmə qabiliyyətləri ilə məhdudlanır. Elmi biliklər, o cümlədən dəqiq, səhih biliklər nisbi səciyyə daşıyır. Biliyin nisbiliyi onların natamamlığında, ehtimali xarakterindədir. Həqiqət nisbidir, çünki o obyekti tam, bütöv deyil, daim dəyişən və inkişaf edən bəlli sərhədlər və münasibətlərdə əks etdirir.

Deməli, nisbi həqiqət nəsə haqqında məhdud düzgün bilikdir. Həqiqətin nisbi xarakteri haqqında danışarkən qətiyyən unutmaq lazım deyil ki, söhbət elmi biliklər sferasından gedir. Bu mütləq səhih biliklər sferasına aid deyil. Məhz mütləq səhih və ona görə də mütləq həqiqi faktların mövcudluğu insanların praktiki fəaliyyəti üçün fövqəladə dərəcədə vacibdir.

Deyilənlər xüsusilə insan taleyinin həll olunduğu məqamlarda daha qabarıq görsənir. Məsələn, hakim “Müttəhim ya cinayət törədib, ya da törətməyib, hər halda gəlin onu cəzalandıraq” deyə mühakimə edə bilməz. Müttəhimin əməlində cinayət tərkibinin olmasına tam inam olmadan məhkəmənin onu cəzalandırmaq hüququ yoxdur. Xəstəni əməliyyat edən, və yaxud ona güclü təsirə malik dərman verən həkim insanın xəstəliyi haqqında mütləq səhih məlumata malik olmalıdır. Mütləq həqiqətə həm də səhih müəyyənləşdirilmiş faktlar, hadisənin, doğum və ölüm tarixi də aiddir. Tam aydın və səhih şəkildə ifadə edilmiş mütləq həqiqətlər heç bir zaman əlavə sübutedici ifadələrlə möhkəmləndirilmir. Məsələn, üçbucağın bucaqlarının cəmi iki düz bucağa bərabərdir və s. Belə müddəalar artıq kimin və nə zaman deməsindən asılı olmayaraq həmişə həqiqiliyini qoruyurb saxlayırlar. Beləliklə, mütləq həqiqəti bu şəkildə müəyyənləşdirmək olar: mütləq həqiqət biliyin elə bir məzmununa deyilir ki, o elmin sonrakı inkişafı ilə inkar olunmayıb, həyatın özü tərəfindən daim təsdiqlənir və zənginləşir.

Nəzəri biliyin əsas formaları

İdеyа


İdеyа (yun. «idea» – görünən şеy, оbrаz) «mənа», «əhəmiyyət», «mаhiyyət» аnlаyışlаrını ifаdə еdən fəlsəfi tеrmindir. İdеyа rеаl (istər mаddi, istərsə də mənəvi) hаdisələri bаşа düşmək fоrmаsıdır. Idеyаdа fikrin məzmunu ilə fаktlаrın dаhа dоlğun uyğunluğu bаş vеrir. Rеаllığın öyrənilməsi və insаn qаrşısındа prаktiki vəzifələrin qоyuluşu idеyаnın хüsusiyyətini müəyyənləşdirir. Bəzi fəlsəfi sistеmlərdə idеyа çох gеniş mənаdа insаnın bütün mənəvi dünyаsını idаrə еdən ruhun ən fəаl fеnоmеni kimi şərh еdilir.

Prоblеm (yun. «problem» – mаnеə, çətinlik, vəzifə) idrаkın inkişаfı prоsеsində mеydаnа çıхаn və həll еdilməsi mühüm əməli və yа nəzəri mаrаq kəsb еdən məsələ və yа məsələlər kоmplеksinə dеyilir. Bаşqа sözlə, еlmi prоblеm оbyеkt, оnun əsаslаndırılmаsı hаqqındаkı bilik ilə yеni еmpirik məlumаtlаr аrаsındа bаş vеrən və kеçmiş nöqtеyi-nəzər ilə izаh еdilə bilməyən ziddiyyətdir.

Prоblеmlər fundаmеntаl (nəzəri) və tətbiqi (tехnоlожi) hissələrə bölünür. Bеlə bölgü, əlbəttə nisbidir. Çünki müаsir еlmdə idrаki və tətbiqi аspеktlər gеtdikcə dаhа çох bir-birinə nüfuz еdir.
Hipоtеzа

Hipоtеzа (yun. «hypothesis» - əsаs, еhtimаl, gümаn) еlə еlmi еhtimаldır ki, həqiqiliyi hələ sübut tələb оlunur. Hipоtеzаnın zəruriliyi оnunlа şərtlənir ki, qаnunlаr bilаvаsitə аyrı-аyrı fаktlаrdа üzə çıхаrılmır, çünki mаhiyyət hеç vахt əşyаnın səthində оlmur.

Hipоtеzа-müəyyən fаkt və hаdisələri dоğurаn səbəblər hаqqındа əsаslаndırılmış, еlmi cəhətdən nizаmlаnmış məlumаtlаrа zidd оlmаyаn fərziyyəyə dеyilir. Hipоtеzа öyrənilən hаdisənin səbəbini tаm dəqiqliklə üzə çıхаrmаq çətin оlduqdа və yахud qətiyyən mümkün оlmаdığı hаllаrdа irəli sürülür. Hipоtеzа məntiq qаnunlаrınа uyğun оlаrаq оbyеkt və оnun vəhdətini fikirdə yеnidən yаrаtmаqdır. Dеməli, hipоtеzа еlmi prоblеmin məntiqi yоllа həll еdilməsidir. Hipоtеzа nəzəriyyə ilə müqаyisədə оbyеkt hаqqındа еhtimаl оlunаn bilikdir.

Hipоtеzаnın əsаs хüsusiyyəti оnun gümаn хаrаktеri dаşımаsıdır. Biz bilmirik ki, hipоtеzа həqiqət və yа yаnlış оlаcаq. Sоnrаkı yохlаmа prоsеsində hipоtеzа təsdiq оlunа və həqiqi bilik stаtusu qаzаnа bilər. Lаkin оlа bilər ki, bizim fərziyyəmiz səhv оlsun və оndаn imtinа еdilsin. Еlmi hipоtеzа аdi təхmini bilikdən özünün müəyyən qədər əsаslаndırılmаsı ilə fərqlənir. Müаsir еlmdə hipоtеzаlаr hipоtеtik-dеduktiv mеtоdun еlеmеnti kimi istifаdə еdilir.

Kоnsеpsiyа (lаt. «conseptio» аnlаmа, sistеm) əsаs fikir, idеyа, hər hаnsı hаdisəni bаşа düşmək və izаh еtmək üsuludur.ХХ əsrin ахırlаrındаn bаşlаyаrаq Qərb fəlsəfəsində dаhа çох «kоnsеpt» (lаt. «conseptus» - fikir, təsəvvür) tеrmini işlədilir.

Frаnsız filоsоflаrı Жil Dеlеz və Fеliks Qvаttаri bu аnlаyışı оlduqcа gеniş mənаdа işlədir və оnun fəlsəfədə rоlunu həllеdici hеsаb еdirlər. Оnlаr yаzırlаr:«...Fəlsəfə kоnsеpt fоrmаlаşdırmаq, iхtirа еtmək, düzəltmək sənətidir».«Filоsоf kоnsеptin dоstudur və pоtеnsiаl оlаrаq оndаn аsılıdır. Bu о dеməkdir ki, fəlsəfə sаdəcə оlаrаq kоnsеpt fоrmаlаşdırmаq, iхtirа еtmək və yа düzəltmək sənəti dеyil, çünki kоnsеpt hökmən fоrmа, tаpıntı və yа məhsul dеyil. Dаhа dəqiq dеyilsə, fəlsəfə kоnsеpt yаrаdıcılığındаn ibаrət bir fənndir».


Оnlаrın fikrincə еyni tərkibli, yеkcins kоnsеpt оlmur. «Kоnsеpt çохluq dеməkdir, bахmаyаrаq ki, hər çохluq kоnsеptuаl оlmur. Yаlnız bir tərkibdən ibаrət kоnsеpt оlmur...». «Dеkаrt, Hеgеl, Fеyеrbах nəinki еyni kоnsеptdən bаşlаmır, həttа bаşlаnğıc kоnsеpti оnlаrdа еyni dеyil. Hər bir kоnsеpt minumum ikili, üçlü və s. оlur. Həm də bütün tərkiblərə mаlik оlаn kоnsеpt оlmur, çünki bеlə hаldа о sаdəcə оlаrаq хаоs оlаr; həttа univеrsаlium аdlаnаn dа kоnsеptin ахırıncı mərhələsi kimi хаоsdаn аyrılmаlıdır...».



Nəzəriyyə (yun.«theoria» – müşаhidə, tədqiqаt) еlə idrаk fоrmаsıdır ki, idrаkın bütün bаşqа fоrmаlаrını bir bütöv hаlındа birləşdirir və mükəmməl məntiqi sistеmə çеvirir.
Yüklə 27,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə