13. Misir Məhəmmədəlinin hakimiyyəti illərində



Yüklə 18,32 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü18,32 Kb.
#42037
  1   2   3
yöş 13.sual

13. Misir Məhəmmədəlinin hakimiyyəti illərində

Məhəmmədəlinin hakimiyyətə keçməsi .Fransızlar Misiri tərk etdikdən sonra Misirdə 4 il ərzində hakimiyyət uğrunda şiddətli mübarizə davam etdi. Türkiyə ilə münaqişəyə yol verməmək üçün İngiltərə 1803-cü ildə öz ordusunu Misirdən çıxarmalı oldu. Bundan sonra ingilislər Misirdə məmlüklərin silahlı və nüfuzlu qüvvələrinə arxalanaraq Misirdə bəzi tədbirlər həyata keçirdi. Eyni zamanda Türkiyə sultanının Misrə göndərdiyi yeni paşası məmlüklərə qarşı mübarizəyə başladı. Belə bir şəraitdə 4 minlik alban nişançı korpusunun komandanı, türkləşmiş alban Məhəmmədəli Misirdə canfəşanlıq edərək türklərin rəğbətini və inamını qazandı. O, öz korpusunda da köhnə türk ordusuna nisbətən görünməmiş intizam yaratdı. Özünü misirlilərin xilaskarı kimi göstərdi və bununla da türklərin və məmlüklərin qarət və zorakılığından cana gəlmiş yerli əhalinin rəğbətini qazandı. Məhəmmədəli Misirdə yeni qüvvələrə, o cümlədən maddi cəhətdən zəngin adamlara, tacirlərə və ruhanilərə, başda şeyx Ömər Məkrəmin durduğu mütərəqqi qüvvələrə arxalanmağa çalışırdı. O, türk hökumət orqanları ilə məmlüklər arasındakı düşmənçilikdən məharətlə istifadə etdi. Ömər Məkrəm başda olmaqla Qahirə şeyxləri 1805-ci il mayın 14-də Məhəmməd-əlini paşa elan etdilər. Türkiyə sultanı Qahirə şeyxlərinin qə-rarını təsdiq etməyə məcbur oldu. Məhəmmədəli 44 il, 1805-ci ildən 1849-cu ilədək hakimiyyət başında qaldı.


Məhəmmədəli mərkəzi hakimiyyəti möhkəmləndirmək və məmlük bəylərinə, digər separatçılara divan tutmaq məqsədilə Yuxarı Misirdə gizlənmiş məmlük dəstələri ilə yenidən mübarizə aparmalı oldu. 1807-ci ilin yazında ingilislər məmlüklərin köməyinə qoşun göndərməyi qərara alıb İsgəndəriyyəyə hərbi qüvvə çıxardılar. Hərbitaktiki cəhətdən yaxşı hazırlaşmış Məhəmmədəli ingilisləri məğlubiyyətə uğratdı. İsgəndəriyyədə onları mühasirəyə aldı və 1807-ci ilin sentyabrında təslim olmağa məcbur etdi. O, 1811-ci il martın 1-də Qahirə qalasında təntənəli ziyafət düzəltdi və bütün məmlük bəylərini onların yaxın adamları ilə bərabər buraya dəvət etdi. Məmlük bəyləri buraya toplanan kimi Məhəmmədəli öz alban nişançılarına onları dövrəyə alıb hamısını qırmağı əmr etdi. Məhəmmədəlinin oğlu İbrahim də eyni vaxtda əyalətlərdə məmlüklərə divan tutdu. Öldürülənlərin sayı 2 minə çatırdı. Misiri 560 il əsarətdə saxlayan feodal dəstəsi həm siyasi, həm də fiziki cəhətdən məhv edilidi. Məhəmmədəli Misirin şəriksiz hakimi oldu. Ona mane olanların hamısını fiziki cəhətdən məhv edəndən sonra o, islahatlara başlamağı planlaşdırdı.


Yüklə 18,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə