13. RƏQƏmsal transformasiya strategiyasinin əsas sahəLƏRI



Yüklə 328,63 Kb.
səhifə1/8
tarix05.01.2023
ölçüsü328,63 Kb.
#78542
  1   2   3   4   5   6   7   8
rəqəmsal transformasiya


13. RƏQƏMSAL TRANSFORMASiYA STRATEGiYASININ ƏSAS SAHƏLƏRI
Bu gün ölkəmizdə rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işlənilir və bu strategiya 5 il ərzində həyata keçiriləcək. Rəqəmsal strategiya həyatımızın hər bir sahəsinin elek­tronlaşdırılmasına imkan verəcək. Ölkəmiz süni intellektdən daha geniş istifadə etmək istiqamətində layihələrin həyata keçirilməsi üçün yeni strategiya üzərində çalışır. “Microsoft” şirkəti yaxın zamanda süni intellekt platformasının Azərbaycan dilini dərk etməsi üzərində işləyir. Bu da Azərbaycanı öz dilini süni intellektə tanıdan dünyada çox az ölkələrdən birinə çevirəcək.
Azərbaycan rəqəmsallaşdırma strategiyası üzrə üç cari prioriteti müəyyən etmişdir: yaradıcı və innovativ cəmiyyət, bacarıqların inkişafı, tədqiqat və inkişaf, startap ekosisteminin və innovasiya klasterlərinin təkmilləşdirilməsi, hökumətə, vətəndaş cəmiyyətinə və biznesə yönəlmiş rəqəmsal transformasiya konseptinin hazırlanması, Elektron idarəçiliyə keçid və Ağıllı şəhər və ağıllı kənd konseptlərinin tətbiqi.
Ölkədə rəqəmsal transformasiya strategiyasının əsas sahələrinə - kənd təsərrüfatı, tibb sahəsi, bank sektoru və ödəniş sistemlərini aid etmək olar.
17) TİBB SAHƏSİNİN RƏQƏMSALLAŞMASI
Azərbaycanın səhiyyə sahəsinin rəqəmsal transformasiyasını həyata keçirmək məqsədlə növbəti 5 il üçün “Rəqəmsal Səhiyyə Strategiyası” sənədi hazırlanır. Rəqəmsal səhiyyə strategiyasının hazırlanmasında yeddi əsas məqsəd var. Bunlar vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, aşağıdakıları özündə ehtiva edir:

  1. göstərilən tibbi xidmətlərin yaxşılaşdırılmasına vətəndaşların birbaşa cəlb olunmasının təmin edilməsi,

  2. digər dövlət qurumları ilə inteqrasiya olunmuş rəqəmsal səhiyyə infrastrukturunun yaradılması,

  3. müasir standartlara uyğun tibbi-statistik məlumatlar bazasının formalaşdırılması və məqsədyönlü təhlili,

  4. səhiyyədə iqtisadi şəffaflığın və səmərəliliyin artırılması,

  5. işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla ölkə üzrə tibbi xidmətlərin həcminin müəyyənləşdirilməsi,

  6. tədris kurikulumuna səhiyyədə informasiya kommunikasiya texnologiyalarının tətbiqinin daxil edilməsi və tibb işçilərinin rəqəmsal bacarıqlarının artırılması,

  7. beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması.

Strategiya çərçivəsində irihəcmli layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Layihələrdən birində hər bir vətəndaşın tibbi rəqəmsal əkizi sistemi yaradılacaq. Başqa sözlə, fərdin sağlamlıq məlumatlarının yer aldığı elektron profillər də adlandırmaq olar. Həmin sistemdə qadının hamiləlik dövründən başlayaraq şəxs vəfat edənədək onun sağlamlığına dair bütün məlumatlar toplanacaq. Toplanan məlumatlar əhalinin sistemli və keyfiyyətli müalicə almasını, əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmağı və buna uyğun gələcək səhiyyə strategiyasının formalaşdırılmasını təmin edəcək





Yüklə 328,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin