1524 cü ildə Şah İsmayılın vəfat etdiyi ildə onun övladı I Təhmasibin cəmi 10 yaşı var idi. Əlbətdə bu yaşda olan insan dövlət idarə etmək qabiliyyətnə malik ola bilməzdi. Əslində hakimiyyət Təkəli Rumlu Ustaclı Şamlux tayfa əyanlarının əlinə keçdi. Əvvəlcə hakimiyyəti rumlu tayfasından olan Div sultan ələ keçirdi. O Ustaclı Köpək sultanla hakimiyyət uğrunda mübarizə apardı. 1527 il iyunun 30 da Naxçıvanda Arpaçay sahilində onların qüvvələri üz üzə gəlir. Köpək sultan öldürülür. Beləliklə hakimiyəti Div sultan əlı alır. Ona rəqib kimk Çuxalı sultan ortaya çıxdı. 1527 ci ildə təkəli tayfasına rəhbərlik edən Çuxalı sultan Rumlu Div sultanın ölümünə fətva verir. Az sonra Çuxalı sultanı da Zülqədərli tərəfindən oxla vurulub öldürülür. Hakimiyyəti şamlu Hüseynxan ələ keçirir. Ancaq 1534 cü ildə onu Təhmasibə süiqəst hazırlamaqda ittiham edib edam ettilər. Bax bu andan etibarən şah Təhmasib həqiqətən gerçəkdən dövlət başçısı kimi fəaliyyət göstərməyə başlayr. 1535 1548 1554 cü illərdə Sultan Süleymn Azərbaycana hərbi yürüşlər etdi. Ancaq ölkəni osmanlı tərkibinə keçrmək niyyəti boşa çıxdı. Tarixi sənədlər sübut edir ki ilk vaxtlar osmanlı səfəvi münasibətləri yaxşı olub.Osmanlılar səfəvi təriqətini sufi dərviş təriqətinin bir qolu kimi qəbul edirdilər. Hətta ərdəbilə osmanlı sultanları çıraq axçası adı ilə yardm göndərirdilər. Nəinki osmanlılar hətta əmir Teymur da ərdəbil şeyxlərinə etiram bəslətəblyib. Şeyx xoca Əlinin təriqətə rəhbərlik ettiyi dönəmlərdə Səfəvilərin nüfuzu zirvə nöqtəsinə çatdı. O Türküstan Şam Hicaz Fələstin kimi müsəlman ölkələrinə səyahət edərək bu təriqətin ideyalarını təbliğ edirdi. Əmir Teymur Ankara döyüşündən sonra Ərdəbilə gələrək şeyx xoca Əlini ziyarət etdi.
İsgəndər bəy Münşi (1561-1634) “Tarixi Aləmarayi Abbasi” əsərində yazır ki, Teymur Şeyxdən nə ehtiyacı olduğunu soruşduqda Şeyx Xoca Əli Ankara döyüşündə əsir düşmüş Türkmənlərin azad olunmasını rica etdi. Əmir teymur razılıq işarəsi olaraq əlini gözünün üstə qoydu. Və həmin əsrləri azad etdi. Hətda əmir teymur öz halal pulu ilə ərdəbil hüdudunda olan bəzi kəndləri alıb səfəvilərə bağışladı.
Osmanlı səfəvi münasibətləri şeyx Cüneydin bu təriqətə rəhbərlik etdiyi dövrə qədər yaşı olub. Şeyx Cüneydin şiəliyə meyl etməsi və siyasi hkimiyyət uğrunda mübarizəyə baslaması osmanlı səfəvi münasibətlərinin son dərəcə pisləşməsinə səbəb oldu. Hətta bu münasibətlər sonradan düşmənçilik həddinə çatdı. 1448 ci ildə şeyx Cüneyd Ərdəbili tərk edib Anadoluya üz tutdu. Məqsədi bu idi ki Anadoluda yarıköçəri həyat tərzi keçirən türkmən tayfaları arasnda səfəvi təriqətinin təbliğatını gücləndirsin. Bununla da o təriqət tərəfdarlarınım sayını artırmaq istəyirdi. Lakin o sultan Murad tərəfindən dəstək ala bilmıdi. Əksinə Sultanın ögey münasibıti ilə üzləşdi. Ona görədə osmanlı dövlətinin ərazisini tərk edib Ağqoyunlulara sığınır. Uzun Həsən şeyx Cüneydi sarayında qonaq saxlayır. Hətta bacısını şeyx Cüneydə ərə verir. Daha sonralar qızı Aləmşahbəyimi (Marta) Cüneydin oğlu şeyx Heydərə ərə verir. Sultan II Bəyazid yenə də səfəvilərə qarşı dövlət səviyyəsində mübarizə aparmırdı. O Sultan Yaqubun təriqətə qarşı mübarizə apardığından xəbərdar olduğuna görə belə düşünürdü ki , Ağqoyunlular səfəvilərin öhtəsindən gələcək. Öncə Şeyx Cüneyd daha sonra isə şeyx heydər şirvanşah və ağqoyunluların birləşmiş qüvvələri tərəfindən öldürdülər. Osmanlı dövləti bu xəbəri sevinclə qarşıladı. Şeyx heydərin ölüm xəbərini Sultan Yaqub şəxsın öz əli ilə yazıb II BƏYAZİDƏ məktub göndərmişdi. Məktubda yazırdı ki ,
“səfəviyə təriqəti bizm ədalətimiz altındadır.”
Sultan II bıyazid cacabınd bildirirdi ki
“sənin bu zəfərin Şama və Ruma sevinc gətirmişdir.
II Bəyazid məktubda ara sıra azğın qızılbaş topluluğu ifadəsini işlədirdi.
1490 cı ildə Sultan Yaqub vəfat etdi. Hakimiyyətə onun oğlu Baysunqur mirzə gəldi. 2 il sonra hakimiyyəti onun qardaşı Rüstəm mirzə əvəz etdi. O səfəvilərdən öz siyasi məqsədləri üçün istifadə etmək niyyəti ilə şeyx Heydərin ailə üzvlərni İstəxr qalasından azad etdi.
Dostları ilə paylaş: |