Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
kollegiyasının 05 iyun 2012-ci il tarixli
18 saylı qərarı ilə təsdiq edilmişdir
YENİDOĞULMUŞLARIN
İLKİN REANİMASİYASI ÜZRƏ
KLİNİK PROTOKOL
(2-ci nəşr, yeniləşdirilmiş)
Bakı - 2012
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
57.3
Y 52
Y 52 Yenidoğulmuşların ilkin reanimasiyası üzrə klinik protokol
(2-ci nəşr, yeniləşdirilmiş). – 36 səh.
Bu klinik protokol Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi kollegiyasının 28 noyabr 2008-ci il tarixli 28 saylı
qərarı ilə təsdiq edilmiş “Yenidoğulmuşların ilkin reanima-
siyası üzrə klinik protokol”un yeniləşdirilmiş variantıdır.
2
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
3
Klinik protokolun redaktoru:
C. Məmmədov
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və
İslahatlar Mərkəzinin direktoru, t.f.d.
Klinik protokolun tərtibçilər heyəti:
F.Əliyeva Elmi-Tədqiqat Mamalıq və Ginekologiya
İnstitutunun direktoru, t.f.d., dosent,
RS/AP
üzrə Milli Koordinator
R.Hüseynov
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya
İnstitutu, yenidoğulmuşlar şöbəsinin müdiri
S.Haqverdiyeva
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya
İnstitutu, yenidoğulmuşlar şöbəsinin
həkim-neonatoloqu
Z.Mikayılova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya
İnstitutu, neonatal bölmənin elmi işçisi
A.Bağırova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya
İnstitutu, neonatal bölmənin elmi işçisi
N.Şahbazova
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya
İnstitutu, yenidoğulmuşlar şöbəsinin
neonatoloq-reanimatoloqu
D.Şirinova
Respublika Perinatal Mərkəzi, neonatologiya
şöbəsinin həkim-neonatoloqu
M.Rzayeva
Respublika Perinatal Mərkəzi, neonatologiya
şöbəsinin həkim-neonatoloqu
L.Aslanova 5
saylı Doğum Evi, fizioloji uşaq şöbəsinin
həkim-neonatoloqu
S.Eyvazova
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya
İnstitutu, reanimasiya və intensiv terapiya
şöbəsinin həkim-reanimatoloqu
G.Hüseynova
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və
İslahatlar Mərkəzi, Tibbi keyfiyyət standartları
şöbəsinin müdiri
Rəyçi:
N.Quliyev Səhiyyə Nazirliyinin baş pediatrı, K.Y.Fərəcova
adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun
direktoru, t.e.d., professor
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
4
İxtisarların siyahısı:
ASV
–
ağciyərlərin süni ventilyasiyası
ÜDS
–
ürək döyüntülərinin sayı
Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri
Sübutların
etibarlılıq
dərəcəsi
Sübutların mənbələri
(elmi tədqiqatların tipləri)
Ia
Sübutlar meta-analiz, sistematik icmal və ya
randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT)
alınmışdır
Ib
Sübutlar ən azı bir RKT-dən alınmışdır
IIa
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən,
randomizasiya olunmamış tədqiqatdan alınmışdır
IIb
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-
eksperimental tədqiqatdan alınmışdır
III
Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli,
korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi)
alınmışdır
IV
Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə
əsaslanmışdır
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
5
Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası
Tövsiyənin
etibarlılıq
səviyyəsi
Tövsiyənin əsaslandığı sübutların
etibarlılıq dərəcəsi
A
RKT-lərin yüksək keyfiyyətli meta-analizi, sistematik
icmalı və ya nəticələri uyğun populyasiyaya şamil edilə
bilən, sistematik səhv ehtimalı çox aşağı olan (++)
irimiqyaslı RKT.
Sübutların etibarlılıq dərəcəsi Ia.
B
Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların
yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud
Sistematik səhv riski çox aşağı olan (++) yüksək
keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli
tədqiqat, yaxud
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) RKT.
Sübutların etibarlılıq dərəcəsi Ib və IIa.
C
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) kohort və ya
klinik hal - nəzarət tipli və ya nəzarət edilən,
randomizasiya olunmamış tədqiqat, yaxud
Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə
bilməyən, sistematik səhv riski çox aşağı olan və ya
yüksək olmayan (++ və ya +) RKT.
Sübutların etibarlılıq dərəcəsi IIb.
D
Klinik hallar seriyasının təsviri, yaxud
Nəzarət edilməyən tədqiqat, yaxud
Ekspertlərin rəyi.
Yüksək səviyyəli sübutların mövcud olmamasının
göstəricisidir.
Sübutların etibarlılıq dərəcəsi III və IV.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
6
Protokol pediatrlar, neonatoloqlar, mama-ginekoloqlar, mamalar
və uşaq şöbələrinin tibb bacıları üçün nəzərdə tutulmuşdur.
Protokol yenidoğulmuşa vaxtında, ardıcıl və keyfiyyətli, ilkin və
reanimasiya yardımının göstərilməsi və həyati vacib orqan və
sistemlərin funksiyalarının bərpası üzrə sübutlu təbabətə əsaslanan
metodik tövsiyələrin verilməsi məqsədini daşıyır.
ÜMUMİ MÜDDƏALAR
Yenidoğulmuşların 10%-nin doğulduqdan sonra cüzi tənəffüs
yardımına və yalnız 1% yenidoğulmuşun tam həcmdə reanimasiya
tədbirlərinə ehtiyacı olur.
DOĞUŞ ZALINDA YENİDOĞULMUŞ UŞAĞA
REANİMASİYANIN TƏŞKİLİ
A. Proqnozlaşdırma
Yenidoğulmuş uşağın reanimasiya tədbirlərinə ehtiyacının
yüksək olduğu vəziyyətlər:
ananın vəziyyəti ilə əlaqədar
a. antenatal
-
şəkərli diabet
-
hamiləlik hipertenziyası
-
ürək-damar, ağciyər, nevroloji xəstəliklər
-
qalxanvarı vəz xəstəlikləri
-
preeklampsiya, eklampsiya
-
2 və 3 trimestrlərdə qanaxma
-
infeksion xəstəliklər
-
ağır dərəcəli anemiya
-
prenatal müşahidənin olmaması və başqa sosial faktorlar
-
anamnezdə ölüdoğulmuş uşaq
-
ananın qəbul etdiyi dərmanlar (maqnezium, litium)
-
ananın narkotik və alkoqol qəbul etməsi
b. intranatal
-
dölün qeyri-düzgün vəziyyəti
-
cərrahi doğuş
-
vaxtından əvvəl doğuş
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
7
-
vaxtından əvvəl döl qişalarının yırtılması
-
doğuş fəaliyyətinin diskoordinasiyası (sürətli, uzun sürən doğuş)
-
doğuşdan əvvəlki 4 saat ərzində narkotik analgetiklərlə
ağrısızlaşdırma
-
göbək ciyəsinin düşməsi
-
ciftin vaxtından əvvəl ayrılması
-
cift gəlişi
dölün vəziyyəti ilə əlaqədar
-
dölün distresi əlamətləri (kardiotokoqrammada dəyişikliklər,
dölyanı sularda mekonium)
-
bətndaxili infeksiya
-
oliqohidroamnion
-
polihidroamnion
-
dölün hərəkət aktivliyinin aşağı düşməsi
-
çoxdöllü hamiləlik
-
vaxtından əvvəl doğulma (<37 həftə)
-
gecikmiş doğulma (>42 həftə)
-
dölün bətndaxili inkişafının ləngiməsi
-
dölün inkişaf qüsuru
-
əvvəlki rezus immunizasiya
B. İlkin reanimasiya üçün iş yerinin hazır olması
-
Optimal temperatur mühiti
-
İş yerinin düzgün yerləşdirilməsi
-
Yenidoğulmuş uşağın reanimasiyası üçün avadanlıq və vasitələr
(Əlavə №1-ə bax)
C. Personal
Hər bir doğuşda yenidogulmuşların reanimasiyasını tam həcmdə
bacaran heç olmasa bir şəxs – reanimasiya tədbirlərinin rəhbəri
iştirak etməlidir.
Keyfiyyətli və uğurlu reanimasiya üçün
adətən iki və ya üç nəfər tələb olunur.
D. Sənədləşdirmə
Aparılan reanimasiya dəqiq sənədləşdirilməlidir:
-
yenidoğulmuş uşağın inkişaf tarixində;
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
-
Yenidoğulmuş uşağın reanimasiyası protokolunda (ağciyərlərin
köməkçi ventilyasiyası aparılan andan) (Əlavə №2-yə bax)
Uşağın reanimasiyası doğulduqdan dərhal sonra, vəziyyətinin
Apqar şkalası ilə birinci dəfə qiymətləndirilməsini gözləmədən
başlanmalıdır. Reanimasiya tədbirlərinin başlanması, həcmi və
ardıcıllığı üçün əsas meyar:
►
tənəffüs
►
ürəkdöyünməsi
►
dəri örtüklərinin rəngi
Reanimasiyanın həcmi və vacibliyi haqqında qərar qəbul
edilərkən, Apqar şkalası ilə qiymətləndirmə istifadə oluna bilməz.
Apqar şkalası daha çox doğulmuş uşağın ümumi vəziyyətinin və
aparılan reanimasiyanın effektliliyinin göstəricisidir.
Aparılan reanimasiya tədbirlərinin həcmindən asılı olmayaraq,
hərəkətlərin dəqiq ardıcıllığına riayət etmək lazımdır:
►
uşağın ümumi vəziyyətini qiymətləndirmək
►
qərar qəbul etmək
►
tədbirlərə başlamaq
Bu tədbirlərin ardıcıllığı bir dövr təşkil edir:
Hər dövrə 30 saniyə vaxt ayrılır, sonra yeni dövr başlanır.
Doğulduqdan dərhal sonra Apqar-taymerin işə salınma vaxtı
qeyd edilməli və yenidoğulmuşun vəziyyəti qiymətləndirilməlidir:
-
uşaq vaxtında doğulub
-
nəfəs alır və ya ağlayır
-
əzələ tonusunun vəziyyəti
Əgər dölyanı sular təmizdirsə, uşaq vaxtında doğulubsa, nəfəs
alır və ya ağlayırsa, onun yaxşı əzələ tonusu varsa, ona adi qulluq
lazımdır.
8
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
9
REANİMASİYANIN İLK ADDIMLARI
Aktivlik, müntəzəm tənəffüs olmadıqda və ya mərkəzi sianoz olduqda:
-
uşaq isti əskidə isidilmiş reanimasiya stolunun üzərinə qoyulur;
-
isti əski ilə qurulanır və sonra əski dərhal qurusu ilə dəyişdirilir,
başına papaq geyindirilir;
-
hestasiya yaşının 28 həftəsinə qədər doğulan yarımçıq
yenidoğulanları, doğulduqdan dərhal sonra qurulamadan, boğaza
qədər polietilen kisəyə salmaq və şüalandırıcı istilik mənbəyinin
altına qoymaq lazımdır (А). Əlavə tövsiyələr:
Doğuş zallarında temperaturu >26
o
C təmin etməli
Qızdırıcı döşəyin üzərinə qoymalı (B)
Şüalandırıcı istilik mənbəyinin altına qoymalı (C)
-
yenidoğulmuşun çiyinləri altına mütəkkə formasında bükülmüş əski
qoyulmaqla düzgün vəziyyət verilir;
-
tənəffüs yollarından möhtəviyyat sorulur (Əlavə №3-ə bax);
-
aktiv taktil stimulyasiya aparılır (ayaqların altına astaca vurulur,
kürək sümükləri arası sahə ehtiyatla silinir)
.
İlk addımlardan sonra tənəffüs, ürək döyüntülərinin sayı (ÜDS) və
dəri örtüklərinin rəngi qiymətləndirilir.
ÜDS 6 saniyədə x 10 = ÜDS 1 dəqiqədə
Əgər:
sərbəst tənəffüs bərpa olunubsa, ÜDS>100/dəq., uşağın rəngi
çəhrayılaşıbsa, uşağı ananın döşünə qoymaq lazımdır;
sərbəst tənəffüs bərpa olunubsa, ÜDS>100/dəq., amma uşaqda
mərkəzi sianoz qalırsa, sərbəst axınla uşağın rəngi çəhrayılaşana
qədər ona oksigen verilir (Əlavə №4-ə bax);
parametrlərdən hər hansı biri (tənəffüs, ÜDS, dəri örtüklərinin
rəngi) bərpa olunmursa, dərhal ağciyərlərin köməkçi
ventilyasiyasına başlamalı.
Köməkçi ventilyasiyanı başlamaq lazımdır, əgər:
►
uşaq nəfəs almır və ya onda qeyri-müntəzəm, fasiləli
tənəffüsdür, qaspinqdir
►
ÜDS<100 dəqiqədə
►
mərkəzi sianoz saxlanılır
Нeç tənəffüs olmadıqda taktil stimulyasiyaya aludə olmaq lazım deyil
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
10
AĞCİYƏRLƏRİN KÖMƏKÇİ VENTİLYASİYASI
Ağciyərlərin köməkçi ventilyasiyası yenidoğulmuşun ilkin
reanimasiyası aparılarkən əsas tədbirdir.
Ağciyərlərin köməkçi ventilyasiyası tənəffüs funksiyasının və
normal qaz mübadiləsinin bərpası üçün aparılır.
Köməkçi ventilyasiya özüdüzələn kisə və ya T-şəkilli sistemin
köməyi ilə aparılır (B):
çox hallarda maska üsulu ilə ventilyasiya effektli nəticə verir,
yalnız az sayda uşaqlara endotraxeal intubasiya tələb olunur (D)
(Əlavə №5-ə bax)
köməkçi ventilyasiyanın sayı dəqiqədə 40-60 dəfədir (C) (Əlavə
№6-ya bax)
Vaxtında doğulan uşaqlarda köməkçi ventilyasiyanı atmosfer
havası (A) və ya yarımçıq doğulanlarda oksigenin aşağı (30%)
konsentrasiyası ilə başlamaq lazımdır. Aşağı konsentrasiyalı
oksigen olmadıqda, ventilyasiyanı atmosfer havası ilə başlamaq
lazımdır (B)
Ağciyərlərin köməkçi ventilyasiyası oksigenin olub-olmamasından
asılı olmayaraq aparılır (A).
Ağciyərlərin köməkçi ventilyasiyası 30 saniyə aparıldıqdan
sonra, 6 saniyə reanimasiya tədbirləri dayandırılır, uşaqda sərbəst
tənəffüs, ÜDS və dəri örtüklərinin rəngi qiymətləndirilir.
ÜDS 6 saniyədə x 10 = ÜDS 1 dəqiqədə
Əgər:
sərbəst tənəffüs bərpa olunubsa, dərinin rəngi çəhrayıdırsa,
ÜDS>100/dəq. ağciyərlərin köməkçi ventilyasiyası
dayandırılır. Bu zaman dinamikada uşağın vəziyyətinə
nəzarət edilməlidir;
spontan müntəzəm tənəffüs olmadıqda və ÜDS>60/dəq.,
ventilyasiyanın effektliliyi (uşağın vəziyyəti, tənəffüs
yollarının keçiriciliyi, maskanın vəziyyəti, kisənin işlək
olması) yoxlanılmalı, ventilyasiya davam etdirilməli və 30
saniyədən bir vəziyyət qiymətləndirilməlidir. Uzun müddətli
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
11
ventilyasiya zamanı (2 dəqiqədən çox) mədəyə zond yeridilir
(Əlavə №7-yə bax);
ÜDS<60/dəq. ventilyasiyanı davam etdirməklə, ürəyin xarici
masajına başlanılır.
30 saniyə ağciyərlərin effektli ventilyasiyasından sonra
ÜDS<60/dəq. olarsa, ürəyin xarici masajına başlamaq lazımdır.
ÜRƏYİN XARİCİ MASAJI
Ürəyin xarici masajı yenidoğulmuş uşağın qan dövranını bərpa
etmək və saxlamaq üçün aparılır:
həmişə effektiv ventilyasiya ilə eyni zamanda aparılmalı və
ikinci şəxs tərəfindən həyata keçirilməlidir;
mütləq ağciyərlərin köməkçi ventilyasiyası ilə sinxronlaşdırılır;
ürəyin xarici masajının düzgün aparıldığına əmin olmalı
(Əlavə №8-ə bax) (D)
30 saniyə ürəyin xarici masajı ilə ağciyərlərin köməkçi
ventilyasiyası aparıldıqdan sonra reanimasiya tədbirləri 6 saniyə
müddətinə dayandırılır və ÜDS hesablanır.
ÜDS 6 saniyədə x 10 = ÜDS 1 dəqiqədə
Əgər:
ÜDS>60/dəq., ürəyin xarici masajı dayandırılır və adekvat
sərbəst tənəffüs bərpa olunana qədər ağciyərlərin köməkçi
ventilyasiyası davam etdirilir (B);
ÜDS<60/dəq.:
-
ağciyərlərin köməkçi ventilyasiyasının effektliliyini
yoxlamalı;
-
traxeyanın intubasiyası haqqında fikirləşməli (əgər
traxeya daha əvvəl intubasiya olunmayıbsa);
-
adrenalin yeritmək üçün göbək venasını kateterizasiya
etməli (Əlavə №9-a bax).
Əgər 30 saniyə ürəyin xarici masajından və effektiv
100>37>
Dostları ilə paylaş: |