2.slayd Kimyəvi silah nədir
Kimyəvi silah insan üzərində fiziki yaxudda psixoloji təsirlər qoyan maddələrin zəhərləyici xüsusiyyətlərindən istifadə etmeklə hazirlanmıs maddələrdir.Bu maddələr cansız olmaları səbəbilə, coxalmaları,insandan-insana və ya digər canlılardan insana kecməsi qacılmazdır.Tərkibindəki kimyəvi maddələr səbəbilə insanlara və heyvanlara dagıdıcı təsir göstərir. . Kimyəvi silah kütləvi qırğın silahlarından biri olub zəhərləyici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. Kimyəvi silahın əsasını zəhərləyici maddələr (ZM) təşkil edir. ZM – hərbi sənaye və xalq təsərrüfatı obyektlərinə qoşunların, hərbiləşməmiş mülki müdafiə dəstələrinin şəxsi heyətlərini, fəhlələri, qulluqçuları, əhalini sıradan çıxaran, yaxud onların döyüş və əmək qabiliyyətlərinin zəifləməsinə, heyvanların zədələnməsinə, habelə bitkilərin məhvinə səbəb ola bilən xüsusi kimyəvi birləşmələrdən (zəhərli maddələrdən) ibarətdir.
3.slayd İnkisafı və istehsalı
İlk dəfə olaraq Almanlar Fransızlar uzərində xlor qazından istifadə edib.Daha sonra 1915 ci ildə Fransızlar fosgen qazını bombalar səklində Almanlara atmıslar.1917 ci ildə yenədə bir ilk olaraq Almanlar qusturucu bir qaz olan “DİFENİLXLORASİN” in xardal qazi ilə birləsməsini istifadə etdilər. Buna səbəb olaraq bu qazın ələkqazlarin cixarılmasına səbəb olması və xardal qazının dahada təsirli olmasəna səbəb olması idi. 1 ci dunya müharibəsində bu qazlar hər iki tərəfin daha cox itki verməsinə səbəb oldu.
İkinci dunya müharibəsində hər iki tərəfdə olmasina baxmayaraq istifadə edilməmisdir.Ama yenəde güclü dövlətlərin hər biri kimyəvi silaha qarsi tədbir gorməkdədir. Sinir-iflicedici qazlar Almanlar tərəfindən 1930 cu illərdə hazırlanılmısdır.
4.SLAYD
1936 cı ildə Alman kimyacısı GerhadSchrader böcək dərmanı hazırlayarkən Tabun qazını kəsf etdi(GA).
Schrader 2 i sonra daha zəhərli qaz olan Zarin qazını kəsf etdi.İkinci dünya müharibəsində kimyəvi silah istifadə edilməməsinə baxmayaraq Almanlar tərəfindən 1939-1943 cü ildə Yəhudi soyqrimı adi ilə bilinən qətliamda,və əsirlərin oldurulməsində qanunsuz olaraq istifadə etmislər.
6.SLAYD
KiMYƏVİ SİLAHLAR HAQQINDA KONVENSİYA
Kimyəvi silahların tətbiqinin qadağan və məhv edilməsi haqqında konvensiyanın təşkil olunması və 160-dan çox dövlətin bu razılığı imzalamasına baxmayaraq, hazırda bu tip silahların tətbiqi reallıqdır. Azərbaycan konvensiyaya 9 noyabr 1999- cu ildə qoşulmuş və 30 mart 2000-ci ildə konvensiya Azərbaycanda qüvvəyə minmişdir. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Haaqada fəaliyyət göstərir. Konvensiyaya üzv dövlətlərin hər biri heç zaman və heç bir şəraitdə kimyəvi silahları əldə etməmək və ehtiyatda saxlamamaq, istehsal etməmək, artırmamaq barədə öhdəlik götürmüşlər. Konvensiyada, həmçinin, 2-10 il dövr ərzində konvensiya çərçivəsində qadağan olunmayan hallar – sülh məqsədləri üçün vasitələr, yəni sənaye, kənd təsərrüfatı, əczaçılıq, tibbi və digər vasitələr istisna olmaqla, hərbi sursatlar ilə birlikdə zəhərli kimyəvi maddələrin və onların məhsullarının məhv edilməsi nəzərdə tutulmuşdur
7SLAYD
Kimyəvi silahın ən vacib xüsusiyyətləri aşağıdakılardır
– maddi sərvətləri məhv etmədən canlı qüvvələri zədələmək imkanı: ZM-in maddi sərvətlərə təsiri onların zəhərlənməsi ilə məhdudlaşır ki, bu da onlardan istifadəni çətinləşdirir;
– geniş sahələri zəhərləmək və zədələyici təsirini uzun müddət saxlamaq qabiliyyəti;
– zəhərlənmənin sürətlə baş verməsi və zədələnmənin ağır olması;
– istehsalın nisbətən ucuz başa gəlməsi. Məlum olan bütün zəhərləyici maddələr orqanizmə təsirinin xarakterinə görə (toksikoloji təsnifatı), döyüş təyinatına və ərazidə zəhərlənmənin davamlığına görə (taktiki təsnifatı) qruplara ayrılır.
8.SLAYD
Kimyəvi silahlar aşağıdakı xüsusiyyətlərinə görə təsnif olunur
a) taktiki təyinatına görə;
b) təsir sürətinə görə;
c) təsir müddətinə görə;
d) tətbiq vasitələrinə görə;
e) insan orqanizminə təsir xarakterinə görə.
9.SLAYD
Dostları ilə paylaş: |