2. Xüsusi laboratoriyanın yaradılmasının əhəmiyyəti. Coğrafiya meydançasının əhəmiyyəti



Yüklə 0,58 Mb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#36640
  1   2   3   4
2. Coğrafiya kabineti və meydançasında aparılan işlərin tarixi
byk cog kəşflər, 3. Coğrafiya kabineti və meydançasında aparılan işlərin tərbiyəvi əhəmiyyəti

2. Coğrafiya kabineti və meydançasında aparılan işlərin tarixi
Plan:-1. Məktəb coğrafiya kabinetinin yaranması zərurəti.

2. Xüsusi laboratoriyanın yaradılmasının əhəmiyyəti.

3. Coğrafiya meydançasının əhəmiyyəti.
Hər bir fənnin tarixinin öyrənilməsi, onun  gələcək inkişafı üçün böyük  əhəmiyyət kəsb edir. Keçmişin  elmi axtarışlarını araşdırmaq, bu sahədə buraxılan səhvləri öyrənmək, müasir şəraitə və tələblərə müvafiq inkişaf xətti seçmək olduqca vacibdir. Çünki keçmişdə əldə ediliş nailiyyətləri bilmədən hər hansı bir elmin və ya fənnin perspektivlərini müəyyən etmək olmaz.

“Coğrafiya kabineti və meydançasında aparılan işlər” fənni yeni fənn olsa da, fənnin tədqiqat obyekti yeni deyildir. Məktəblərdə coğrafiya bir fənn kimi tədris olunan vaxtlardan coğrafiya kabinetinin yaranması və sonra müşahidələr və tədqiqatlar aparmaq üçün meydançaların təşkili gündəmə gəlmişdir.

1874-cü ildə Peterburqda hərbi təhsil məktəbləri pedaqoji muzeyin nəzdində (o zaman bu coğrafi mərkəz sayılırdı) coğrafiya üzrə xüsusi komissiya yaradıldı. Bu komissiyanın üzvü olan A.Pulikovski 1875-ci ildə Parisdə açılmış beynəlxalq coğrafiya sərgisində tədris müəssisələrində coğrafiya kabinetlərinin yaradılması haqqında məruzə ilə çıxış etdi. 15 ildən sonar Petri coğrafiya kabinetlərinin əhəmiyyəti haqqında “Coğrafiyanın metodları və prinsipləri” adlı əsərində məktəb coğrafiya kabinetinin əhəmiyyətini sübut etdi.

Rusiyada “Pravda” qəzetinin 10 sentyabr 1937-ci il tarixli buraxılışının baş məqaləsində coğrafiyanın tədrisinin ən qüsurlu və çatışmayan cəhəti kimi coğrafiya kabinetinin olmaması göstərilmişdir. 1960-cı illərdən başlayaraq Sovet İttifaqının hər bir bölgələrində coğrafiya kabinetləri yaradılmağa başlandı. O cümlədən, Respublikamısda da ümumtəhsil orta məktəblərində coğrafiya kabinetlərinin yaranması geniş vüsət almağa başladı. Dövlət tərəfindən coğrafiya kabinetləri lazım olan tədris avadanlıqları, əyani vəsaitlər, maketlər, modellər, süxur-mineral kolleksiyaları, foto-şəkillər, təbiət hadisələrini əks edən stendlər, tədris filmləri, diafilmlər, müxtəlif cihazlar, tədris xəritələri, kino aparat və s.-lə təchiz edilməyə başlandı. Coğrafiya kabinetlərinin yaradılması digər fənn kabinetləri kimi diqqət mərkəzinə çevrildi. 1965-70-ci illərdən başlayaraq isə məktəblərdə coğrafiya meydançaları yaradılmağa başlandı. Lakin coğrafiya kaninetinin yaranması kimi coğrafiya meydançasının yaranması geniş vüsət ala bilmədi. Xüsusən, rayonlarda coğrafiya meydançasının yaradılması problemə çevrildi. Əsas səbəb coğrafiya meydançası üçün ayrılacaq torpaq sahəsinin lazım gəlməsi idi. Belə ki, bütün məktəblərin tədris-təcrübə sahələrinin olmasına baxmayaraq, məktəb rəhbərliyi və rayon Təhsil Şöbəsinin rəhbərliyi coğrafiya meydançası üçün sahənin ayrılmasına bilavasitə icazə vermirdilər. Nəticədə rayonlarda coğrafiya meydançalarının yaradılması ideya olaraq qalmaqda davam etdi. Hal-hazırda Bakı şəhərində bir sıra məktəblərdə coğrafiya meydançası vardır. Lakin bu meydançalarda aparılan işlər Sovet hakimiyyətinin süqutundan sonra dayandırılmışdır.



Müasir məktəblərdə coğrafiya kabinetinin və meydançasının yaradılması həlli vacib olan məsələlərdəndir. Yeni Təhsil Qanunu tədris prosesinin forma və məzmununun müasir tələblərə uyğunlaşdırılması tələbini qarşıya qoymuşdur. Müasir dövrdə dərsə veilən bir sıra tələblər, o cümlədən, tədris prosesinə yaradıcı yanaşma, öz tədris fəaliyyətinə bir neçə alternativ variantların işlənilib hazırlanması, təlim vəsaitlərinin, alternativ dərslik və proqramların yazılması imkanları vardır. Coğrafi biliklərin mənimsənilməsi prosesini müasirləşdirmək üçün coğrafiya kabinetinin və meydançasının yaradılması zərurəti yenidən gündəmə gəlmişdir. Belə ki, coğrafiya kabineti tədris prosesinin forma və məzmununun dəyişdirilməsinə bilavasitə şərait yaratmağa imkan verir. Coğrafiya meydançası isə şagirdləri müasir dövrün tələbinə uyğun olaraq tədqiqatçıya, müşahidəçiyə çevirməyə imkan yaradır. Hər iki halda şagirdlər coğrafi bilikləri müstəqil mənimsəməyə sövq edilirlər. Şagirdlərdə tənqidi, məntiqi və yaradıcı təfəkkür inkişaf edir və onlar şəxsiyyətyönümlü tərbiyələnirlər.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə