№2(105)-247/2017 azərbaycan respublikasi adindan



Yüklə 33,53 Kb.
Pdf görüntüsü
tarix26.02.2017
ölçüsü33,53 Kb.
#9886

№ 2(105)-247/2017

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Q Ə T N A M Ə

18 yanvar 2017-ci il

Sumqayıt şəhəri

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Rəhimov Elman

Gülbaba oğlu (sədrlik edən və məruzəçi hakim), Məmmədova Lətifə Məhyəddin qızı və

Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə,

Həsənzadə İslam İskəndər oğlunun katibliyi ilə açıq məhkəmə iclasında,

İddiaçı Zamanova Elnarə Nadir qızının cavabdeh Zamanov Xəyyam Ağalar oğluna

qarşı uşağın himayəyə verilməsi, aliment və əlavə xərcin tutulması tələbinə dair mülki iş üzrə

Sumqayıt şəhər məhkəməsinin 05 iyul 2016-cı il tarixli, 2(060)-2285/2016 saylı

qətnaməsindən tərəflərin verdiyi apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq

M Ü Ə Y Y Ə N

E T D İ:

Sumqayıt şəhər məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı

Zamanova Elnarə Nadir qızının cavabdeh Zamanov Xəyyam Ağalar oğluna qarşı uşağın

himayəyə verilməsi, aliment və əlavə xərcin tutulması tələbinə dair iddiası qismən təmin

edilmiş, 10 may 2005-ci il təvəllüdlü Zamanova Aysu Xəyyam qızının anası Zamanova

Elnarə Nadir qızının himayəsinə verilməsi, 13 iyun 2016-cı il tarixdən etibarən 10 may 2005-

ci il təvəlüdlü Zamanova Aysu Xəyyam qızının, 01 iyun 2008-ci il təvəllüdlü Zamanova

Fatimə Xəyyam qızının və 30 iyun 2010-cu il təvəllüdlü Zamanov Hüseyn Xəyyam oğlunun

yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində hər birinə 117 (yüz

on yeddi) manat, ümumilikdə 351 (üç yüz əlli bir) manat alimentin Zamanov Xəyyam Ağalar

oğlundan tutularaq Zamanova Elnarə Nadir qızına verilməsi, iddianın qalan hissədə təmin

edilməməsi qət edilmişdir (hakim Ceyhun Məmmədov).

Qətnamədən tərəflər apellyasiya şikayəti vermişdir.

İşin halları

İddiaçı Zamanova Elnarə Nadir qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək

göstərmişdir ki, cavabdehlə 24 fevral 2003-cü ildə rəsmi nikah qeydindən keçməklə ailə

qurmuşdurlar. Həmin nikahdan onların10 may 2005-ci il təvəlüdlü Zamanova Aysu Xəyyam

qızı, 01 iyun 2008-ci il təvəllüdlü Zamanova Fatimə Xəyyam qızı və 30 iyun 2010-cu il

təvəllüdlü Zamanov Hüseyn Xəyyam oğlu adlı övladları olmuşdur.Ailə qurduqdan bir müddət

sonra cavabdehlə münasibətləri pisləşmişdir. Bunun nəticəsi olaraq Sumqayıt Şəhər

Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmiş, Fatimə

və Hüseyn onun himayəsinə verilmiş, Aysunun kimin yanında qalmasına baxılmamışdır.

Aysun kimin yanında qalmasına baxılmamasına səbəb 10 yaşı tamam olmuş Aysun

məhkəmədə iştrak etməməsi olmuşdur. Övladı Zamanova Aysu onun himayəsində qalmaq

istəyir və cavabdeh buna etiraz etmir. Cavabdeh uşaqların qayğısına qalmır və artıq uzun

müddətdir ki, uşaqların təminatı ilə bağlı maraqlanmamışdır. Ona görə də iddiaçı iddia

tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir.

Apellyasiya şikayətlərinin dəlilləri


İddiaçı Zamanova Elnarə Nadir qızı qətnamədən apellyasiya şikayəti verərək

göstərmişdir ki, alimentin tutulması 13 iyun 2016-cı il tarixindən müəyyən edilmişdir, lakin

o, alimentin 13 iyun 2016-cı il tarixindən tutulmasını qanunsuz və əsassız hesab edir. Ailə

Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan

tutulur. O, iddia ərizəsini 28 yanvar 2016-cı il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə

vermişdir. Belə olan halda aliment 28 yanvar 2016-cı il tarixdən tutulmalıdır.

Sumqayıt Şəhər Məhkəməsinin mülki iş üzrə 05 iyul 2016- cı il tarixli qətnaməsini

qismən, təyin olunmuş alimentin 13 iyun 2016-cı il tarixdən tutulması hissəsində ləğv edərək,

cavabdeh Zamanov Xəyyam Ağalar oğlundan hər ay sabit pul məbləğində 351 manat

alimentin 28 yanvar 2016-cı il tarixdən tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş

etmişdir.

Cavabdeh Zamanov Xəyyam Ağalar oğlu qətnamədən apellyasiya şikayəti verərək

göstərmişdir ki, məhkəmənin qətnaməsini qanunsuz, əsassız və qərəzli hesab edir. Məhkəmə

05 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı Zamanova Elnarə Zaman qızının

iddiasını qismən təmin etməklə 10 may 2005-ci il təvəllüdlü Zamanova Aysu Xəyyam qızı,

01 iyun 2008-ci il təvəllüdlü Zamanova Fatimə Xəyyam qızı və 30 iyun 2010-cu il təvəllüdlü

Zamanov Hüseyn Xəyyam oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər birinə

hər ay sabit pul bəbləqində 117 manat, ümumilikdə 351 manat alimentin ondan tutularaq

Zamanova Elnarə Nadir qızına ödənilməsini gət etmişdir. Ailə qurduğu dövrdən ayrılan günə

qədər o və valideyinləri sadəcə cavabdehin evdəki qeyri-etik davranışlarinin qurbanı

olmuşlar. İşlədiyi "Turays Group" firmasında 400 manat əmək haqqı alsa da məhkəmə bunu

nəzərə almadan qərar qəbul etmişdir. Axı onun da insan kimi yaşamaq istədiyini və özünə

aid bir yaşam tərzi ola bilməsini nəzərə almamışdır. Ona görə də Sumqayıt Şəhər

Məhkəməsinin 05 iyul 2016- cı il tarixli qətnaməsinin ləğv olunmasını, alimentin onun əmək

haqqının ikidə bir hissəsi məbləğində tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş

etmişdir.

Məhkəmə kollegiyası mülki işin materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə

müqayisəli şəkildə araşdıraraq hesab edir ki, iddiaçı Zamanova Elnarə Nadir qızının

apellyasiya şikayəti təmin edilməli, cavabdeh Zamanov Xəyyam Ağalar apellyasiya şikayəti

isə təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulmasının

müddəti hissəsində dəyişdirilməlidir.

Hüquqi məsələlər

Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya

məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar

əsasında mahiyyəti üzrə baxır.

Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası

məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya

dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin

ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş

dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi

apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq

normalarına riayət etməsini yoxlayır.

İş materiallarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin 05 iyul 2016-cı il tarixli

qətnaməsi ilə iddiaçı Zamanova Elnarə Nadir qızının cavabdeh Zamanov Xəyyam Ağalar

oğluna qarşı uşağın himayəyə verilməsi, aliment və əlavə xərcin tutulması tələbinə dair



iddiası qismən təmin edilmiş, 10 may 2005-ci il təvəllüdlü Zamanova Aysu Xəyyam qızının

anası Zamanova Elnarə Nadir qızının himayəsinə verilməsi, 13 iyun 2016-cı il tarixdən

etibarən 10 may 2005-ci il təvəlüdlü Zamanova Aysu Xəyyam qızının, 01 iyun 2008-ci il

təvəllüdlü Zamanova Fatimə Xəyyam qızının və 30 iyun 2010-cu il təvəllüdlü Zamanov

Hüseyn Xəyyam oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul

məbləğində hər birinə 117 (yüz on yeddi) manat, ümumilikdə 351 (üç yüz əlli bir) manat

alimentin Zamanov Xəyyam Ağalar oğlundan tutularaq Zamanova Elnarə Nadir qızına

verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsiinə əsasən valideynlər

uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması

üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə

tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla,

uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq

müəyyən edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə

əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın

qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq

və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

“Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial

təminat məsəlləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr,

inzibati


orqanlar,

yaxud


qanunvericilik

orqanları

tərəfindən

həyata


keçirilib-

keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən tədbirlərdə uşağın maraqlarının

daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir.

“Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”

Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2016-cı il uşaqlar üçün

yaşayış minimumu 117 manat məbləğində müəyyən edilmişdir.

İş materiallarından görünür ki, iddiaçı Zamanova Elnarə Nadir qızının cavabdeh

Zamanov Xəyyam Ağalar oğluna qarşı uşağın himayəyə verilməsi, aliment və əlavə xərcin

tutulması tələbinə dair iddia ərizəsi 28 yanvar 2016-cı il tarixdə Sumqayıt Şəhər

Məhkəməsinə daxil olmuş, iş məhkəmə baxışına təyin edilmiş, 26 fevral 2016-cı il tarixli

qərardadla iddia ərizəsi baxılmamış saxlanılmış, sonradan 13 iyun 2016-cı il tarixli qərardadla

ərizənin baxılmamış saxlanması barədə qərardad ləğv edilərək yekun məhkəmə qərarı

çıxarılmışdır. Lakin birinci instansiya məhkəməsi alimentin tutulması barədə qətnamə qəbul

edərkən alimentin tutulması müddətini ərizənin verildiyi tarixdən deyil, ərizənin baxılmamış

saxlanması barədə qərardadın ləğv edildiyi tarixdən hesablamaqla səhvə yol vermişdir.

Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət

edildiyi vaxtdan tutulur.

Ona görə də iddiaçı Zamanova Elnarə Nadir qızının apellyasiya şikayəti əsaslı

sayılaraq təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulmasının

müddəti hissəsində dəyişdirilərək, alimentin tutulması 28 yanvar 2016-cı il tarixdən, yəni

iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinə daxil olan vaxtdan hesablanmalıdır. Eyni

zamanda iddiada alimentin sabit məbləğdə tutulması tələbi olduğu üçün cavabdeh Zamanov

Xəyyam Ağalar oğlunun alimentin onun əmək haqqının ikidə bir hissəsi məbləğində

tutulması barədə apellyasiya şikayətinin dəlili əsasız sayılaraq təmin edilməməlidir.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və

405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası



Q Ə T E T D İ:

İddiaçı Zamanova Elnarə Nadir qızının apellyasiya şikayəti təmin edilsin.

İş üzrə Sumqayıt şəhər məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi alimentin

tutulmasının müddəti hissəsində dəyişdirilərək, alimentin tutulması 28 yanvar 2016-cı il

tarixdən, yəni iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinə daxil olan vaxtdan hesablansın.

Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Cavabdeh Zamanov Xəyyam Ağalar oğlunun apellyasiya şikayəti təmin olunmasın.

Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Sumqayıt

Apellyasiya Məhkəməsi vasitəsi ilə Ali Məhkəmənin mülki kollegiyasına kassasiya şikayəti

verilə bilər.

Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay

keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən imza:

Hakimlər imzalar:

Əsli ilə düzdür:

Sumqayıt Apellyasiya

Məhkəməsinin hakimi

Elman Rəhimov




Yüklə 33,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə