1
Aİ-Azərbaycan
25 İL DAVAM EDƏN
GÜCLÜ TƏRƏFDAŞLIQ
2
3
28 ÜZV DÖVLƏT
AVROPA GÜNÜ
9 MAY (ŞUMAN BƏYANNAMƏSİ)
ƏHALİ
> 500 MİLYON
ÜDM/ADAM BAŞINA
EUR 25 100
RƏSMİ DİL
24
NAMİZƏD ÖLKƏLƏR:
İslandiya, Keçmiş Yuqoslaviya Makedoniya Respublikası, Monteneqro, Serbiya, Türkiyə.
AVROPA İTTİFAQI (Aİ) VƏ AZƏRBAYCAN ARASINDAKI
MÜNASİBƏTLƏRİN BAŞLANĞICI 1990-CI İLLƏRİN
ƏVVƏLLƏRİNƏ TƏSADÜF EDİR.
ÜZV DÖVLƏTLƏR:
Almaniya, Avstriya, Belçika, Birləşmiş Krallıq, Bolqarıstan, Çex Respublikası, Danimarka,
Estoniya, Finlandiya, Fransa, Hollandiya, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr,
Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya,
Sloveniya, Yunanıstan.
Avropa İttifaqı ilk baxışda
Avropa İttifaqı və Azərbaycan – Siyasi̇ Münasibətlər
Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişi (TƏS) – ikitərəfli
münasibətlər üçün hüquqi
baza
Bakıda Aİ-nın
Azərbaycandakı
Nümayəndəliyinin
açılması
Avropa Qonşuluq
Siyasəti (AQS) – ikitərəfli
münasibətlərin və Aİ-
nin göstərdiyi yardımın
artırılması mexanizmi
Şərq Tərəfdaşlığı – Siyasi
əməkdaşlığın və iqtisadi
inteqrasiyanın daha da
gücləndirilməsinə
yönələn alət
AQS Fəaliyyət Planı:
kompleks islahatlar
gündəliyi
Viza Rejiminin
Sadələşdirilməsi
və Readmissiya
Sazişləri
1996
2008
2003
2009
2006
2014
2
4
5
Ai və Azərbaycan – iqtisadi münasibətlər
Aİ yardımı ilk baxışda
Aİ Azərbaycan üçün ən
böyük ixrac və idxal bazarı
olaraq qalır. 2014-cü ildə
Azərbaycana məhsul
ixrac edən ən böyük
ölkələr Almaniya (775
milyon avro; Aİ ixracının
22,3%-i), Birləşmiş Krallıq
(701 milyon avro; 20,1%),
İtaliya (595 milyon; 17,1%),
Hollandiya (292 milyon;
8,4%), Fransa (208 milyon;
6 % ) və Avstriya (120
milyon; 3,4%) olmuşlar.
Aİ və Azərbaycan
arasındakı iqtisadi
münasibətləri daha da
gücləndirmək məqsədilə
hazırda Azərbaycanda
Aİ-nın Biznes Forumunun
qurulması imkanı
araşdırılır. Bu da
hakimiyyət orqanları ilə
biznes mühitində olan
sistemli maneələrin
müzakirə edilməsi, biznes
mühitinin araşdırılması,
Aİ-nın təcrübəsinə
əsaslanaraq biznes
sahəsində mövcud
çətinliklərin öhdəsindən
gəlmək üçün konkret
tövsiyələrin verilməsi
baxımından əsas
mexanizm rolunu oynaya
bilər.
Almaniya
Fransa
Birləşmiş Krallıq
Avstriya
İtaliya
Digər
Hollandiya
Azərbaycan müstəqillik
qazandığı vaxtdan - 1990-
cı illərin əvvəllərindən- Aİ
qrant şəklində ölkəyə
500 milyon AZN-dən
artıq maliyyə yardım
etmişdir. Azərbaycanın
çətin günlərində Aİ
ölkəyə humanitar yardım
göstərmiş, məktəb və
xəstəxanaları bərpa
etmişdir.
Yardıma - büdcə yardımı,
texniki yardım, Tvinninq
layihələri və qrantlar daxil
idi. 2014-2017-ci illərdə isə
Aİ-nın yardım edəcəyi əsas
sahələr regionların və kənd
yerlərinin inkişafı, təhsil və
ədliyyə sektorlarıdır.
Aİ AZƏRBAYCANIN ƏSAS İQTİSADİ
TƏRƏFDAŞI OLMAQLA YANAŞI,
ÖLKƏ TİCARƏTİNDƏ 44% PAY
SAHİBİDİR.
2007-2015-Cİ
İLLƏR ƏRZİNDƏ Aİ
179 MİLYON AVRO
BİRDƏFƏLİK
QRANT AYIRARAQ
AZƏRBAYCANDA
HƏM HÖKUMƏTƏ,
HƏM DƏ
VƏTƏNDAŞ
CƏMİYYƏTİNƏ
QRANT VERƏN
ƏN BÖYÜK
XARİCİ DONOR
OLMUŞDUR.
775
700
595
791
292
208
120
Regionların və kənd yerlərinin inkişafı
SON İKİ ONİLLİKDƏ
Aİ AZƏRBAYCANDA
KƏND YERLƏRİNİN
İNKİŞAFI SAHƏSİNİ
ƏHƏMİYYƏTLİ
ŞƏKİLDƏ
DƏSTƏKLƏMİŞDİR.
REGİONLARIN
VƏ KƏND
YERLƏRİNİN
İNKİŞAFI
AZƏRBAYCAN
ÜÇÜN XÜSUSİ
ƏHƏMİYYƏT
KƏSB EDİR,
ÇÜNKİ ƏHALİNİN
DEMƏK OLAR
Kİ, YARISI KƏND
YERLƏRİNDƏ
YAŞAYIR VƏ KƏND
TƏSƏRRÜFATINA
GƏLİR MƏNBƏYİ
KİMİ BAXIR.
Bu müddət ərzində
Aİ Azərbaycan Hökuməti
və kənd icmaları ilə
aşağıdakı istiqamətlər üzrə
əhatəli çalışmışdır:
• Kənd təsərrüfatı
sektorunda rəqabətin
artması;
• Ölkə və kənd yerlərinin
iqtisadiyyatının
çoxşaxəli inkişafının
təşviqi;
• Torpaqlardan davamlı
istifadə və ətraf mühitin
dəstəklənməsi;
• Kənd yerlərində həyat
səviyyəsinin yüksəlməsi.
Kənd yerlərinin inkişafı
və kənd təsərrüfatı
sektorunun gücləndirilməsi
bir çox ölkələrdə vacib
məsələlərdəndir. Onlara
qida təhlükəsizliyi,
ərzaq təhlükəsizliyi,
kənd yerlərində yaşayış
səviyyəsi, məşğulluq
və gəlir kimi mühüm
məsələlər, eləcə də
əhalinin zəif qrupları üçün
sosial və fiziki infrastruktur,
ekoloji dayanaqlığın
təkmilləşdirilməsi
məsələləri daxildir. Eyni
zamanda bu sahədə
məhsuldarlıq aşağıdır,
ÜDM-nin yalnız 5.4%
kənd təsərrüfatının payına
düşür. Prioritet sahələrdən
biri kimi Aİ bu mühüm
sektora siyasi məsələlərdə
məsləhət xidmətlərinin
və texniki yardımın
göstərilməsindən tutmuş
seçilmiş kənd yerlərində
icma və pilot təşəbbüslərin
dəstəklənməsinədək geniş
çeşidli yardım göstərir.
6
Uğur Hekayəsi – İsmayıllı Peşə Təhsili Mərkəzi
BU GÜN
AZƏRBAYCANIN
QARŞISINDA
DURAN ƏSAS
ÇAĞIRIŞLARDAN
BİRİ ÖLKƏ
İQTİSADİYYATINI
DƏYİŞMƏKLƏ
VƏ ONUN
ÇOXŞAXƏLİ
İNKİŞAFINA NAİL
OLMAQLA İNSAN
KAPİTALINI
İNKİŞAF
ETDİRMƏKDİR.
Bu keçid dövründə
Azərbaycanı
dəstəkləmək məqsədilə
Aİ iqtisadiyyatın
çoxşaxəli inkişafına
təhsil sisteminin
təkmilləşdirilməsi yolu
ilə töhfə vermək üçün
19 milyon avro vəsait
ayırmışdır. Aİ-nın “Təhsil
Sektoruna Yardım
Proqramı” iqtisadi və
sosial inkişafa müvafiq
olan tədris imkanlarının
artırılması və ixtisasların
təkmilləşdirilməsi
sahəsində ölkənin öz
qarşısına qoyduğu
məqsədlərini
əhəmiyyətli dərəcədə
dəstəkləyəcəkdir.
Turizm sektorunda müasir
peşə təhsili və təlimi (PTT)
sisteminin reallaşdırılması
üçün Ismayıllı pilot region
kimi seçilmişdir. Təhsil
Nazirliyində işçi heyətin
potensial quruculuğuna,
bütün iştirakçı tərəflərlə,
o cümlədən yerli
sənaye sektoru ilə
məsləhətləşmələrin
aparılması ilə müasir PTT
strategiyasının, kurrikulum
və təlimin hazırlanmasına
yardım etmək üçün
Avropa İttifaqı 2.5 milyon
avro məbləğində texniki
yardım göstərmişdir.
Turizm sahəsində Avropa
səviyyəsində peşə təhsili
vermək üçün Aİ layihə
çərçivəsində məktəbi
müvafiq mətbəx və
mehmanxana avadanlığı ilə
təchiz etmişdir. Regionda
əmək bazarının hərtərəfli
tədqiqatı aparılmış,
aşbaz, ofisiant, barmen,
turizm agentləri, yerli
bələdçi və mehmanxana
qeydçiləri peşələri
üzrə müasir kurrikulum
işlənmiş, marağı olan
gənc müəllimlərə təlim
keçirilmişdir. PTT məktəbi
insan resurslarında
boşluqların təhlilini
aparmaq üçün daim
yerli sahibkarlarla
məsləhətləşir, tələbələrin
əmək bazarında özlərinə
asanlıqla yer tapmaları ilə
nəticələnən müvafiq qəbul
planı hazırlayır.
İSMAYILLI PEŞƏ TƏDRİS MƏRKƏZİ AZƏRBAYCANDA
PEŞƏ TƏHSİLİ VƏ TƏLİMİNİN İNKİŞAF ETDİRİLMƏSİ
İSTİQAMƏTİNDƏ AVROPA İTTIFAQI
İLƏ AZƏRBAYCANIN SON 7 İLDƏ BAŞLADIĞI
ƏMƏKDAŞLIĞIN ƏYANİ TƏCƏSSÜMÜDÜR.
8
Tvinninq̇
Uğur Hekayəsi̇ – Tvinninq Layihəsi̇ Turizm Sahəsində
Azərbaycan 2008-ci ildən 34 Tvinninq layihəsindən
yararlanmışdır; bu, regionda ən yüksək göstəricilərdən biridir.
Tvinninq:
• Biliklərin birbaşa Aİ-yə Üzv Dövlətlərin dövlət
qurumlarından Azərbaycanın dövlət qurumlarına
çatdırılması yolu ilə potensial quruculuğu;
• Aİ-yə Üzv Dövlətlərdən dövlət qulluqçularının Hökumətin
müvafiq idarəetmə orqanlarına 27 aya qədər ezam
edilməsi deməkdir;
2013-cü ilin əvvəllərində
Avstriya və Litvadan olan
15 ekspert qrupu turizmin
inkişafı sahəsindəki
biliklərini bölüşmək
məqsədilə Azərbaycana
gəlmişdir. Komandaya
layihə rəhbəri Florian
Sengstçmid və Rezident
Tvinninq Müşaviri
Dayva Kirkilaite-Çetcuti
rəhbərlik etmişdir.
Bir neçə ay ərzində
ekspertlər Mədəniyyət
və Turizm Nazirliyinin
Turizm Şöbəsindən
olan Azərbaycanlı
həmkarları ilə birgə
işləmiş; ən yaxşı təcrübəni
onlarla bölüşmüş,
turizm sektorunda
dövlət idarəçiliyinin
təkmilləşdirilməsinə
yardım etmişlər.
Turizm Azərbaycanda
yeni sahə olsa da sürətlə
inkişaf edir və ölkənin
qeyri-neft iqtisadiyyatının
inkişafında mühüm sektor
hesab olunur.
“Tvinninq layihəsi 16
ay əvvəl başlamışdır
və biz inanırıq ki, bu
gün nailiyyətlərimiz göz
qabağındadır: strateji
sənədlər təsdiq edilmiş,
təşkilati dəyişikliklər,
o cümlədən, Almaniya
və Rusiyada turizm
nümayəndəliklərinin
açılması prosesi
başlamışdır” – deyə Dayva
bildirmişdir. Layihənin
göstərdiyi dəstək hesabına
Mədəniyyət və Turizm
Nazirliyi Turizm Marketinq
Strategiyasını (2014-
2016) qəbul etmişdir: bu,
turizm sektorunun inkişafı
üçün əsas və münasib
məqsədlərin müəyyən
edildiyi orta müddətli
siyasi sənəddir.
Aİ-nın hüquqşünasları
turizm sahəsində cari
qanunvericiliyi nəzərdən
keçirərək, onun Aİ standart
və normalarına münasib
şəkildə uyğunlaşdırılması
ilə bağlı tövsiyələr
vermişlər. Mehmanxana və
yerləşmə üçün minimum
standartların müəyyən
edilməsində də ekspertlər
yardım göstərmişlər. “Bu,
turistik assosiasiyaların
işini dəstəkləyəcəkdir,”
deyə Dayva izah edir.
“Məsələn, biz turistik
assosiasiyalar üçün
Nizamnamə, müştərilərlə
tur agentliklər, eləcə
də tur operatorlarla
mehmanxanalar arasındakı
müqavilələri hazırlamışıq”.
Dayva və Florian turizm
guşələrinin idarə edilməsi
mövzusunda dövlət və
regional (İsmayıllı və
Lənkəranda) orqanlar üçün
təlimlər keçmişlər.
Litvalı ekspertlər
Azərbaycanın Naftalan
istirahət zonasının
modelini hazırlamışlar.
Avstriya ekspertləri
“Şirvan” milli parkı və
onun yaxınlığında yerləşən
palçıq vulkanları kimi
ekoloji baxımdan həssas
regionlarda turizm və
istirahət zonalarının
modelini təklif etmişlər.
10
11
AZƏRBAYCANDA
ƏDLİYYƏ
SEKTORU
İSLAHATLARI
Aİ-NIN HƏR
ZAMAN ÖNƏM
VERDİYİ
PRİORİTET
MƏSƏLƏ
OLMUŞ VƏ
OLMAQDADIR.
Aİ hüquqi yardımın
göstərilməsi,
münaqişələrin həlli üçün
alternativ mexanizmlərin
inkişaf etdirilməsi
ilə ədliyyəyə çıxışı
dəstəkləyir.
TVİNNİNQ PROQRAMI BENEFİSİAR
ÖLKƏLƏRDƏ Aİ-NIN ƏN YAXŞI
TƏCRÜBƏ VƏ STANDARTLARININ
UYĞUNLAŞDIRILMASI VƏ QƏBUL
EDİLMƏSİNƏ YARDIM EDİR.
• Layihə: Azərbaycan
Respublikasının
Mədəniyyət və Turizm
Nazirliyində Turizm
Şöbəsinin İmkanlarının
Gücləndirilməsi
• Əsas elementlər:
turizm sahəsində
qanunvericiliyə,
bazara nəzarət, strateji
planlaşdırma, potensial
quruculuğu tədbirlərinə
dair məsləhət xidmətləri
göstərmək, turizm
idarəçiliyi sahəsində
ən yaxşı təcrübəni
bölüşmək
www.facebook.com/tourism.twinning
FAKT QUTUSU
• Aİ tərəfdaşları: Avstriya
(Avstriyanın Federal
Satınalmalar Agentliyi
və Avstriyanın Ekologiya
Agentliyi) və Litva
(İqtisadiyyat Nazirliyi
Turizm Şöbəsi).
• Büdcə: €900,000
(Aİ maliyyələşməsi)
• Müddəti: Fevral 2013 –
İyun 2014
Uğur Hekayəsi̇
12
KƏRPİC KƏSƏN
XANIMIN
DASTANI
Düşünürük ki, bu xanım
dahi Nizaminin qəhrəmanı
“Kərpic kəsən qoca” kimi
halal əməyi ilə yaşayan
namuslu insandır.
Riyanə Qafarova Qusar
rayonunun Piral kəndində
doqquz uşaqlı ailədə
dünyaya gəlib. Çox
çətin şəraitdə böyüyən
Riyanənin ən böyük
istəyi ali təhsil alıb, öz
biznesini qurmaq idi.
Lakin maddi imkansızlığa
görə o, həyata tutunmaq
və ailəsinə kömək etmək
məcburiyyətində qalaraq
təhsilini yarıda buraxmalı
olur.
Bir gün yaxın qonşusu
ona kənddə usta yanında
şagird hazırlığı kursları
barədə xəbər verir. Riyanə
buna çox sevinir və həmin
elanla Aİ-nın maliyyə
dəstəyi ilə təşkil edilən
qadın bərbəri kursuna
yazılır. İki körpə uşaq anası
Riyanə Qafarova böyük
ümidlərlə 4 ay müddətində
həftədə 3 dəfə avtobusla
20 km məsafəni qət
edərək Qusar rayon
mərkəzində keçirilən dərs
və təlimlərdə iştirak edir.
Riyanə deyir: “Mən
hər zaman televiziya
kanallarında moda
verilişlərinə baxanda
xanımlara yeni saç
düzümü verib, onları yeni
üslubla bəzəməyi xəyal
edirdim, bu gün artıq
sənət sahibiyəm. İndi isə
ən böyük hədəfim qadın
salonu açmaqdır”.
Kursa başlayanda Riyanə
və digər iştirakçılar bilirdi
ki, kursu müvəffəqiyyətlə
bitirən gənclər kiçik
biznes qurmaq üçün
dəstək alacaq. Riyanə
kursu müvəffəqiyyətlə
bitirənlərdən oldu və onun
“Biznes Planı” layihə
çərçivəsində dəstəkləndi.
Hədəfinə doğru irəliləyən
Riyanə maddi imkanı
olmadığından salonu çiy
kərpicdən tikmək qərarına
gəlir. Salona lazım olan
avadanlıqlar isə layihə
hesabına alınırdı.
O, GÜNƏ
250 KƏRPİC
HAZIRLAYIRDI.
Kərpic kəsmək üçün
torpaq ələnir, yoğrulur,
içinə saman qatılır və
taxta qəliblərə tökülərək,
günəşdə qurudulur.
Rusiyadan qayıdan həyat
yoldaşı ilə birlikdə kəsdiyi
kərpiclərdən xudmani tikili
qurur və sonra Riyanə öz
əlləri ilə ona suvaq çəkir.
Bu gün 28 yaşlı Riyanə
maddi cəhətdən heç
kəsdən asılı olmayan, öz
halal zəhməti ilə yaşayan
Azərbaycan xanımıdır.
“Bu layihədən faydalana
bildinizmi?” sualına
Riyanənin cavabı belə
oldu: “Əlbəttə! Kursa
getməklə bu sənətin
incəliklərini öyrəndim.
Təşkil olunan təlimlər məni
öz biznesimi qurmağa
həvəsləndirdi. İstəyim
o qədər güclü oldu ki,
salonu öz əllərimlə tikdim,
bu layihə hesabına isə
lazımi avadanlıqlar alındı.
Nəhayət, mən də öz
istəyimə çatdım”.
Bu uğur tarixçəsi
hafizəmizdən hələ uzun
müddət silinməyəcək.
Xanım üçün belə bir həyat
mücadiləsi alqışa layiqdir.
FAKT QUTUSU
Aİ TƏRƏFİNDƏN
MALİYYƏLƏŞƏN
LAYİHƏ HAQQINDA
“Ümid” Sosial İnkişafa
Dəstək İctimai
Birliyi tərəfindən
həyata keçirilən
“Kəndlərin Davamlı
İnkişaf Təşəbbüsü”
layihəsi çərçivəsində
müxtəlif peşələrə
yiyələnmək və öz kiçik
bizneslərini qurmaq
istəyən gənclər üçün
Usta Yanında Şagird
Hazırlığı kursları;
Sahibkarlıq fəaliyyətinə
təsir edən amillər,
faydalı məsləhətlər,
biznes planın
hazırlanması, strukturu
və məzmunu, bazar
araşdırması, GZİT
(SWOT) təhlili, reklam
üzrə təlimlər;
Təlimlərdə Quba,
Xaçmaz, Şabran və
Qusar rayonlarından
seçilmiş (müraciətlər
əsasında) 61 nəfər
iştirak etmiş və 34
nəfər sertifikat almışdır.
Usta Yanında Şagird
Hazırlığına 113 ərizə
qəbul edilib. Onlardan
48 gənc artıq seçilib.
Bu günə qədər
kursu bitirənlərdən 4
nəfərin Biznes Planı
dəstəklənib.
Riyanə Qafarova öz əlləri ilə tikdiyi salonda
QRANT
LAYİHƏLƏRİ
Aİ vətəndaş cəmiyyətinə
qrant verən ən böyük
xarici donordur. 2007-
2013-cü illər ərzində
Aİ-nın ayırdığı 15.8
milyon avrodan artıq
vəsaitlə 59 layihə
maliyyələşdirilmişdir.
Əsas diqqət əhalinin zəif
qruplarının, insan hüquq
müdafiəçilərinin, media
azadlığı, azad və ədalətli
seçkilərin dəstəklənməsi,
gender bərabərliyi,
qadınlara səlahiyyətlərin
verilməsi, uşaqlar üçün
ədliyyəyə çıxış, region
və kənd yerlərinin
inkişafı kimi məsələlərə
verilmişdir.
Avropa Film Festivalı
15
Festival adətən oktyabr
ayında keçirilərək Avropa
ölkələrindən olan müasir
filmləri tamaşaçılara
təqdim edir. Filmlərə baxış
pulsuzdur. Komediya,
dram, animasiya, sənədli
film kimi müxtəlif janrlarda
olan filmlər bütün kino
həvəskarlarını Festivala
cəlb edir. Festival
Avropa İttifaqı ölkələri ilə
Azərbaycan arasındakı
mədəniyyət əlaqələrinin
qurulmasına və daha
da möhkəmlənməsinə
xidmət edərək, qarşılıqlı
anlaşmanın güclənməsinə
töhfə verir. 2015-ci ildə
Festivalda iştirak edən
ölkələrin sayı 18-ə çataraq
rekord təşkil etdi və
Azərbaycan da bu ölkələrə
qoşuldu.
AVROPA FİLM FESTİVALLARI
2010-CU İLDƏN AVROPA
İTTİFAQININ AZƏRBAYCANDAKI
NÜMAYƏNDƏLİYİ VƏ Aİ-YƏ ÜZV
DÖVLƏTLƏRİN SƏFİRLİKLƏRİ
TƏRƏFİNDƏN TƏŞKİL EDİLİR.
17
Çoxsaylı tədbirlər, ifalar
və uşaqlar üçün oyunlarla
bol olan Avropa Şəhərciyi
Avropa İttifaqı, eləcə də
onun Azərbaycandakı
fəaliyyəti ilə yaxından
tanış olmağa imkan verən
gözəl və əyləncəli fürsətdir.
2015-ci ildə bu tədbirdə
təxminən 20000 nəfər
iştirak etmişdir. Böyük
səhnədə sehrbazlıq, pitsa
fırlatma şouları, tanınmış
yerli idmançılar tərəfindən
aparılan viktorinalar,
Aİ və musiqi ilə bağlı
yarışmalar, milli rəqslər,
Avropalı ifaçıların axşam
konsertləri, müxtəlif növ ifa
və müsabiqələr keçirilmiş,
eyni zamanda Aİ-yə Üzv
Dövlətlərin stendlərində
ölkələrə xas əyləncə
növləri təqdim edilmişdir.
AI stendində Aİ-nın
Azərbaycandakı fəaliyyəti
barədə məlumat, eləcə
də uğur hekayələri və
Aİ layihələri təqdim
olunmuşdur.
“Avropa Şəhərciyi Avropaya açılan pəncərədir.
O, Avropa İttifaqını formalaşdıran zəngin
mədəniyyət və fərqliliyi görməyə, öyrənməyə
və bundan zövq almağa imkan verən gözəl
fürsətdir.”
Aİ-nın Azərbaycandakı Səfiri Malena Mard
Avropa Şəhərciyi
16
AVROPA
ŞƏHƏRCİYİ
MƏDƏNİYYƏT
FESTİVALI
AVROPANIN
ZƏNGİN
MƏDƏNİYYƏTİNİ
MƏTBƏX, MUSİQİ,
RƏQS, İNCƏSƏNƏT
VASİTƏSİLƏ, Aİ
VƏ ONA ÜZV
DÖVLƏTLƏR
BARƏDƏ ÜMUMİ
MƏLUMATIN
VERİLMƏSİ İLƏ
AÇIQ HAVADA
KEÇİRİLƏN BİR
GÜNLÜK
TƏDBİRDİR.
18
Azərbaycanda olan Aİ layihələri
Focus on Ganja
Shabran
Baku
Nakhichivan
Mingachevir
Ganja
Shusha
Khankendi
Naftalan
Shirvan
Sumqayit
Yardım göstərilən sektorlar
Ölkə miqyaslı layihələr
Ədliyyə
Təhsil
Region və Kənd Yerlərinin İnkişafı
İdarəetmə / Potensial Quruculuğu
Ətraf Mühit
Diqqət: Bu sənəd ancaq məlumat məqsədilə hazırlanmışdır. Aİ tərəfindən ərazi və ya sərhədlərin rəsmən tanınması
demək deyildir!
Mənbə: Aİ tərəfindən maliyyələşdirilən layihələr, aprel 2015
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi
Landmark III, 11-ci mərtəbə, Nizami küçəsi, 90A,
AZ1010 Bakı, Azərbaycan Respublikası
Tel: (+994 12) 497 20 63 | Faks: (+994 12) 497 20 69
http://eeac.europa.eu/delegations/azerbaijan
EU Delegation to Azerbaijan
EU Delegation to Azerbaijan
Dostları ilə paylaş: |