АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 71, №1, səh. 161-162 (2016)
161
MÜKAFATLAR
29 aprel 2016-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbay-
can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və AMEA-nın görkəmli alimlərin adlarını
daşıyan mükafatların təqdimetmə mərasimi keçirilib. AMEA Biologiya və Tibb Elmləri Bölməsinin 3
üzvü bu nüfuzlu mukafatlara layiq görülüb.
AZƏRBAYCAN RESPUBLİKASININ NİZAMİ GƏNCƏVİ ADINA QIZIL
MEDALI – B.A. AĞAYEV
Akademik Böyükkişi Ağa oğlu Ağayev Azər-
baycanda qara ciyər, öd yolları, mədəaltı vəzi xəs-
təliklərində rekonstruktiv və bərpaedici əməliyyatla-
rın təkmilləşdirilməsi və tətbiqi sahəsindəki nailiy-
yətlərə, o cümlədən üçcildlik “Cərrahi əməliyyatların
atlası” kitabının hazırlanmasında xidmətlərinə görə
“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına
Qızıl medalı"na layiq görülüb.
Akademik Böyükkişi Ağayevin elmi fəaliyyə-
tinin əsas istiqamətini hepotobiliar cərrahiyyə, əsa-
sən qara ciyər, öd yolları, mədəaltı vəzi, həzm sis-
temi orqanlarının və digər cərrahi xəstəliklərin
diaqnostikası və müalicəsi təşkil edir. Cərrahi əmə-
liyyatlarla əlaqədar orqanizmin immun sistemində-
ki dəyişikliklərin nizamlanması, müxtəlif orqanların
funksional fəaliyyətinin müəyyənləşdirilməsi sahə-
sində alimin eksperimental nəticələr əsasında təc-
rübi tövsiyələri və ixtiraları dünya tibb elminin ye-
nilikləridir. Öd yollarında aparılan bir sıra rekon-
struktiv və bərpa edici əməliyyatların təkmilləşdi-
rilməsində və praktiki olaraq tədbiqində böyük
xidmətləri olmuşdur.
Akademik B.A.Ağayev 400-ə qədər elmi əsə-
rin, o cümlədən 12 monoqrafiya, 3 cildli
“Cərrahi əməliyyatlar atlası” nın (2015), çoxsaylı
dərsliklərin və 8 ixtiranın müəllifidir.
Alimin rəhbərliyi altında 52 fəlsəfə doktoru, 9
elmlər doktoru dissertasiyası müdafiə olunmuşdur.
Akademik B.A.Ağayev beynəlxalq aləmdə ta-
nınmış alimdir. O, bir cox beynəlxalq elmi cərra-
hiyyə cəmiyyətlərinin üzvüdür.