4 informasiya c?Miyy?Tinin monitorinqi movcud probleml?R v? Onlarin h?Lli yollari


Elektron hazırlığın qiymətləndirilməsi üzrə beynəlxalq təcrübə



Yüklə 238,92 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix02.01.2022
ölçüsü238,92 Kb.
#39906
1   2   3   4   5   6
70
    Bu səhifədəki naviqasiya:
  • Şəkil
Elektron hazırlığın qiymətləndirilməsi üzrə beynəlxalq təcrübə 

Qlobal  İC-nin  formalaşdırılması  prosesində  ən  çox  nəzərə  çarpan  tendensiya  kimi 

elektron  hazırlığın  yüksəlişini  və  e-dövlət  modellərinin  inkişafının  sürətlənməsini 

göstərmək  olar.  Bu  tendensiyaların  müntəzəm  monitorinqi  bir  çox  beynəlxalq  və  milli 

təşkilatların əsas diqqət mərkəzindədir.  

Son  illər  dövlət  idarəçiliyində  informasiya-kommunikasiya  texnologiyaları  (İKT) 

daha  çox  əhəmiyyət  daşımağa  başlamışdır.  Qərbi  Avropada  2003-cü  ildə  ölkələrin                       

e-dövlət quruculuğuna çəkilən xərcləri 3 milyard dollara, 2004-cü ildə 4 milyard dollara 




İnformasiya cəmiyyəti problemləri, №2, 2010 

 

 



       www.jpis.az                                                                      31 

 

bərabər olduğu halda, 2007-ci ildə bu rəqəm 6 milyarda çatmışdır. Buna görə də müvafiq 



investisiyaların məqsədyönlülüyü barədə tez-tez müxtəlif fikirlər səslənir [6,7,9-12].

  

İC-nin,  e-dövlətin  inkişafının  qiymətləndirilməsi  üçün  indikator  sisteminin,  eləcə 

də,  monitorinq  metodikasının  işlənməsi  aktual  məsələlərdən  biridir.  Qiymətləndirmə  və 

monitorinq  sisteminin  işlənməsi  İC-nin  formalaşdırılmasına  və  inkişafına,  e-dövlət 

proqramının  həyata  keçirilməsinə  nəzarət  etməyə,  dinamikanı  təhlil  edərək  effektli 

qərarlar qəbul etməyə imkan verir. 

E-dövlətin  formalaşdırılması  hakimiyyət  orqanlarının  fəaliyyətində  şəffaflığın, 

informasiya  azadlığının  təmin  olunmasına,  hakimiyyət  orqanlarının  fəaliyyətində 

səmərəliliyin  yüksəldilməsinə,  demokratiyanın  inkişafına  və  insan  hüquqlarının  təmin 

olunmasına,  vətəndaşların  fiziki  imkanlarından  asılı  olmayaraq  dövlətin  idarə 

olunmasında  yaxından  iştirakına,  on-layn  mühitdə  dövlət  xidmətlərinin  göstərilməsinə 

xidmət edir. 

Bu  baxımdan,  qiymətləndirmə  və  monitorinq  sisteminin  yaradılması  aşağıdakı 

məsələlərin həllini zəruri edir [2,3,5,13,14]: 

 

İC-nin, e-dövlətin inkişafının qiymətləndirilməsinə dair beynəlxalq təcrübə; 



 

İC-nin, e-dövlətin, İKT-nin inkişaf indikatorları sisteminin yaradılması; 

 

İC-nin, e-dövlətin formalaşdırılması, inkişafının qiymətləndirilməsi və monito-



rinqi metodikalarının işlənməsi; 

 

İndeks  və  indikatorların  qeydiyyatının  aparılması  üçün  informasiya  resursunun 



yaradılması. 

Beynəlxalq təcrübə əsas götürülərək, ölkənin regionlarının e-dövlətə hazırlıq indeksi 

5 göstəricinin qiyməti əsasında formalaşdırılır [12-15]: 

 

İKT infrastrukturu (hakimiyyət orqanlarının, əhalinin və biznes sektorunun İKT-



dən istifadəsi); 

 

İnsan  resursları  (təhsilin  səviyyəsi,  İKT-dən  istifadə  bacarığı,  İnternet  və                       



e-dövlət xidmətlərindən istifadə motivasiyası); 

 

Normativ-hüquqi baza; 



 

Hakimiyyət orqanlarına informasiyanın çatdırılması, əhaliyə və biznes sektoruna 

fasiləsiz xidmətlərin göstərilməsi (rəsmi saytların qiymətləndirilməsi); 

 

Əhalinin və biznes sektorunun e-dövlət xidmətlərindən istifadəsi. 



Harvard  Universitetinin  beynəlxalq  inkişaf  mərkəzinin  təklif  etdiyi  metodologiya 

əsasında  ölkənin  İC-ə  hazırlığı  5  sahə  üzrə  aparılır:  insan  resursu,  İKT-dən  istifadə 

imkanı, təhsildə İKT, biznesdə İKT, e-dövlət [2,5,7,14]. 

Elektron 

hazırlığın 

qiymətləndirilməsi 

metodikası 

ümumilikdə 

Harvard 

metodologiyasına əsaslanır və bununla bağlı aşağıdakıları qeyd etmək olar [15-17]: 

 

Monitorinq  və  qiymətləndirmə  üçün  sahələrin  müəyyənləşdirilməsi  (sahələr 



kimi  insan  resursu,  İKT-dən  istifadə  imkanı,  təhsildə  İKT,  biznesdə  İKT,                       

e-dövlət və s. götürülə bilər); 

 

Hər  bir  sahə  üzrə  qiymətləndirilməsi  aparılacaq  parametrlərin  müəy-



yənləşdirilməsi; 

 

Hər bir parametr üçün kəmiyyət və keyfiyyət indikatorlarının seçilməsi; 



 

Parametrlərin qiymətləndirilməsi üçün metrikanın verilməsi. 

Əvvəlcə  indikatorlar  analiz  edilir  və  parametrlər  qiymətləndirilir.  Daha  sonra 

parametrlərin  alınmış  qiymətlərinin  əsasında  sahələrin  monitorinqi  aparılır.  Sonda 

sahələrin inkişaf səviyyəsi ilə ölkənin elektron hazırlığının səviyyəsi müəyyən edilir. 



İnformasiya cəmiyyəti problemləri, №2, 2010  

 

32                                                                  www.jpis.az 



 

Ümumiyyətlə,  beynəlxalq  təcrübədə  Harvard  metodologiyasından  fərqli  olaraq, 

elektron hazırlığın qiymətləndirilməsi  üçün mövcud metodikaya əlavə indikatorlar daxil 

edilir.  Məsələn,  Elektron  Avropa  Proqramı  çərçivəsində  Avropada  İC-nin  inkişafının 

monitorinqi  üçün  əlavə  indikatorlardan  istifadə  olunur.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 

Elektron Azərbaycan Dövlət Proqramı çərçivəsində elektron hazırlığın monitorinqi üçün 

bu  metodikaya  beynəlxalq  təcrübədə  istifadə  olunan  indeks  və  indikatorlar  əlavə  oluna 

bilər. Bu cür yanaşma ölkənin regionda tutduğu mövqeni təyin etməyə, eləcə də, ayrı-ayrı 

indikatorlar səviyyəsində monitorinqin aparılmasına imkan verir və bu, müəyyən sahənin 

inkişaf siyasətinin formalaşdırılması üçün güclü vasitə rolunu oynayır. 

Qabaqcıl dünya təcrübəsi nəzərə alınaraq, elektron hazırlığın qiymətləndirilməsini 2 

mərhələyə  ayırmaq  olar:  elektron  inkişafın  ilkin  şərtləri  və  elektron  inkişaf.  Birinci 

mərhələdə elektron inkişafın ilkin şərtləri kimi insan resursları və İKT-nin imkanlarından 

istifadə indikatorları, ikinci mərhələdə isə təhsildə, biznesdə İKT-nin tətbiqi və e-dövlətin 

hazırlığının qiymətləndirilməsi indikatorları əsas götürülür. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. E-hazırlığın qiymətləndirilməsi indeksi və indikatorları 



Ümumiyyətlə, İC-nin inkişaf strategiyasının yerinə yetrilməsində xüsusən e-dövlətin 

formalaşdırılması  və  inkişafının  qiymətləndirilməsi  indikatoru  mühüm  əhəmiyyət  kəsb 

edir.  E-dövlətin  tətbiq  edilməsində  dövlətin  hazırlığının  qiymətləndirilməsi  üçün  insan 

resursu  (Human  Capital),  telekommunikasiya  infrastrukturu  (Telecommunications 



Infrastructure)  və  Şəbəkə  resurslarından  istifadə  indeksi  istifadə  olunur.  Hər  bir  indeks 

üzrə uyğun indikatorlar müəyyən edilmişdir. İndeks və indikatorların struktur sxemi Şəkil 



1-də göstərilmişdir [3-6,15]. 

Qeyd  etmək  lazımdır  ki,  elektron  hazırlığın  qiymətləndirilməsi  ilə  yanaşı,  ölkədə 

İC-nin  inkişaf  strategiyasının  və  e-dövlət  proqramlarının  həyata  keçirilməsinə  dair  cari 

vəziyyətin  monitorinqinin aparılması  mühüm məsələlərdən biridir.  Bu məqsədlə ölkənin 

 


Yüklə 238,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə