5. Cini əmsalının neft yataqlarının işlənməsi prosesinin təhlili üçün tətbiqi



Yüklə 9,8 Kb.
tarix02.01.2022
ölçüsü9,8 Kb.
#40296
5.Cini əmsalını-WPS Office


5.Cini əmsalının neft yataqlarının işlənməsi prosesinin təhlili üçün tətbiqi.

🔺 Uzun müddət işlənmədə olan neft yataqlarının əksəriyyəti neft hasilatının düşməsi və su hasilatının artması ilə xarakterizə olunaraq, işlənmənin son mərhələsinə daxil olur.

🔺Neft ehtiyatlarının tam çıxarılması və onların işlənməyə cəlb edilməsi üçün yeganə yol, neft laylarında *fiziki-kimyəvi* və *hidrodinamiki təsir* texnologiyalarının köməyi ilə işlərin aparılmasıdır. Müəyyən şəraitdə səmərəli olan üsul, başqa şəraitdə su hasilatının artmasına, neft hasilatının azalmasına və nəticədə son neftvermə əmsalının azalmasına səbəb olar, yəni üsulun təsir mexanizmi *geoloji-mədən şəraitindən* asılıdır.

🔺 Neft yataqlarının səmərəli istismarı işlənmə prosesinin xüsusiyyətlərinin təyini əsasında mümkündür.Bu məqsədlə, *geoloji-mədən* məlumatlarının *interpretasiyası* və işlənmənin cari vəziyyətinin diaqnozlaşdırılması üçün *Cini əmsalının tətbiq olunma* mümkünlüyünə baxılmışdır

🔺 *Cini əmsalı nədir*?

Cini əmsalı iqtisadiyyatda cəmiyyətin ümumi gəlirinin paylanmasında qeyri-bərabərliyi və əhalinin müxtəlif təbəqələrinin yaşayış səviyyəsini ölçmək üçün istifadə edilir.

Buna analoji olaraq, yatağın işlənməsinin müxtəlif mərhələlərində quyular üzrə neft və su çıxarılmasının qeyri-bərabərliyini təyin etmək olar ki, bu da işlənmə prosesinin idarə olunması üzrə operativ qərarların qəbul edilməsinə imkan verir.

🔺 Cini əmsalının təyin olunma alqoritmi, özündə *Lorens* əyrisinin qurulmasını tələb edir.

🔺 Əgər quyular üzrə *hasilatın paylanmasında mütləq bərabərlik* olarsa (bütün quyular eyni hasilata malikdir), onda 20% quyudan məhsulun 20%-i hasil olunar, 40% quyudan məhsulun 40%-i hasil olunar

🔺 Əslində isə hasilatın faktiki paylanması (OABCDE əyrisi – Lorens əyrisi) *OE xəttindən meyillidir* və bu meyillik nə qədər *çox* olarsa, yataqdan çıxarılan hasilatın paylanmasında daha çox qeyri bərabərlik olar.

🔺 *Cini əmsalını G* təyin etmək üçün OE parçası ilə OABCDE Lorens əyrisi arasındakı sahəni *S1* , OFE üçbucağının *S2* sahəsinə bölmək lazımdır:

*G= S1/S2*

Aydındır ki, OABCDE *Lorens əyrisinin* *OE* xəttindən meyilliyi böyük olduqca, *S1* sahəsi də *böyük* olur və buradan alınır ki, *Cini əmsalı da böyük* olur və vahidə yaxınlaşır.

🔺 Yuxarıda qeyd olunan metodikaya əsasən, Maqnus dəniz neft yatağında işlənmənin müxtəlif mərhələlərində hasilat quyularından neft və su hasilatı üzrə *Cini əmsalının qiyməti* təyin olunmuşdur.

🔺Neft hasilatı üzrə Cini əmsalının paylanmasından görünür ki, yatağın işlənmə müddətini şərti olaraq üç mərhələyə ayırmaq olar.

1. *Laya vurulan suyun həcmi yataqdan çıxarılan maye həcmindən azdır* Kompensasiya rejiminə qədər olan müddətdə, təqribən 03.86-dan 12.89-a qədər neft hasilatı üzrə Cini əmsalının qiyməti əhəmiyyətli dəyişir, yəni bu müddətdə quyular arasında debitlərin yenidən paylanması baş verir

2. Yatağın işlənməsinin ikinci mərhələsində, təqribən *12.89-dan 07.93*-ə qədər *Cini əmsalı* praktiki olaraq dəyişmir.

Cini əmsallarının nisbəti isə *qızıl nisbətə* yaxınlaşır.

🔺 Qızıl nisbət -AC parçasının elə iki yerə bölünməsidir ki, onun böyük AB parçasının kiçik BC parçasına nisbəti, bütün AC parçasının AB-yə nisbəti kimi olsun



*AB/BC = AC/AB*

Bu nisbət təqribən 5:3- bərabərdir, daha dəqiq, 8:5, 13:8 və s.

3. Cini əmsalının qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi müşahidə olunur ki, bu da onu göstərir ki, *laya vurulan suyun həcminin yataqdan çıxarılan maye həcmini üstələməsi ilə əlaqəlidir*

🔺 Ümumi halda *1 ci* mərhələdə :

- Laya vurulan su az olur

-Laydan çıxarılan maye çox olur

-Suya görə ciini əmsalı azalır

-Neftə görə cini əmsalı artır

-Cini əmsalının qiyməti dəyişkəndir

🔺Ümumi halda *2' ci* mərhələdə :

-Neft hasilatı Nizamlı olur.

-Laya vurulan su ilə laydan çıxarılan maye təqribən bərabər olur.

-Suya və Neftə görə Cini əmsalı təqribən eyni olur

-Cini əmsalının qiyməti dəyişmir

🔺Ümumi halda *3 cü* mərhələdə:

- Laya vurulan su çox olur

-Laydan çıxarılan maye az olur

-Suya görə ciini əmsalı artır

-Neftə görə cini əmsalı azalır

-Cini əmsalının qiyməti dəyişkəndir



-Neft hasilatı aşağı və nizamsız olur
Yüklə 9,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin