58 qaynaq iŞLƏRİNİN Əsaslari əl-qövs qaynağı üçün avadanlıqlar və onlara xidmət edilməsi qaydaları



Yüklə 443,1 Kb.
səhifə1/7
tarix22.06.2020
ölçüsü443,1 Kb.
#31899
  1   2   3   4   5   6   7
45 Qaynaq
Mühazirə 2
İSTEHSALAT TƏLİMATI № __58_

QAYNAQ İŞLƏRİNİN ƏSASLARI
1. Əl-qövs qaynağı üçün avadanlıqlar və onlara xidmət edilməsi qaydaları

Qaynaq postları. Qaynaq işləri texnoloji prosesdən (qaynaqlanan materialın markasından və elektrod örtüyünün markasından) asılı olaraq ya dəyişən, ya da sabit cərəyanla icra edilir.

Dəyişən cərəyana nisbətən sabit cərəyanın üstünlüyü ondadır ki, bu cərəyanla qaynaq etdikdə qövs daha sabit yandığından, xüsusilə az cərəyanla işləyərkən, qaynaq prosesi xeyli asanlaşır. Qaynaq postlarını dəyişən cərəyanla qidalandırmaq üçün xüsusi transformatorlardan, sabit cərəyanla qidalandırmaq üçün isə çeviricilərdən və düzləndiricilərdən istifadə edilir.

Dəyişən cərəyanla (TS tipli transformatorla – qaynaq transformatoru ilə) əl-qövs qaynağı üçün postun prinsipial elektrik sxemi aşağıdakı kimidir.



Sabit cərəyanla əl-qövs qaynağı üçün postun prinsipial elektrik sxemi aşağıdakı kimidir:


Şək.18. Drosseli olan qaynaq transformatorunun prinsipial elektrik sxemi: a) Qaynaq cərəyanı hava araboşlu­ğunu dəyişməklə tənzimlənir; b) qaynaq cərəyanı pilləli hərəkət edən kontaktla tənzimlənir.

 

Qaynaq cərəyanını tənzimləmək üçün maqnıtkeçiricinin (4) hərəkət edən və hərəkət etməyən hissələri arasındakı hava araboşluğunu (a) dəyişirlər. Hava araboşluğu (a) artırıldıqda maqnitkeçiricinin maqnit müqaviməti çoxalır, maqnit seli buna muvafiq olaraq azalır. Deməli, sarğacın induktiv müqaviməti azalır, qaynaq cərəyanı isə çoxalır. Hava araboşluğu (a) sıfıra bərabər olduqda, drosselə dəmir içliyə sarılmış sarğac kimi baxmaq olar. Onda cərayanın qiyməti minimal alınacaqdır. Deməli, qaynaq cərəyanının çox alınması üçün hava ara­boş­luğunu çoxaltmaq (dəstəyi saat əqrəbi istiqamətində döndərmək), cərəyanın az alınması üçün araboşluğunu azaltmaq (dəstəyi saat əq­rəbinə əks istiqamətdə fırlatmaq) lazımdır.



Qaynağa başlamazdan əvvəl transformatorun və tənzimləyicinin kontakt sıxaclarına məftil ucluqlarının düzgün və möhkəm bərkidildiyini yoxlamaq lazımdır.

 Transformatorun 1-ci dolaq kleminin yanında 220 və ya 380 yazısı olur. Bu gərginlik göstəricisidir. Transformatoru ikiqütblü kəsici açar və qoruyucular vasitəsilə zavod elektrik şəbəkəsinə birləşdirən məftilləri bu klemlərə calaşdırır­lar. Örtük qapağının diva­rında 2-ci dolağın ucları birləşdirilmiş iri en kəsikli digər 2 klem də vardır. Tran­s­formatordan qaynaqlanan detallara gələn qaynaq məftillərini həmin klemlərə ca­laşdırırlar. Qaynaqçı transformatoru şəbəkəyə qoşmazdan əvvəl aşağıdakıları bilməlidir:

1. Transformatoru və tənzimləyicini nəzərdən keçirib, tozunu və çirkini təmizləməli.                                          

2. Məftillərin klemlərə bərkidilməsini yoxlamalı, birləşmə yerindəki tozu və çirki təmiz­ləməli.

3. Transformatorun örtüyünü yerlə əlaqələndirməlidir.

Cərəyan şiddətindən asılı olaraq qaynaq məftilinin en kəsiyi aşağıdakı kimi     götürülməlidir:



Cərəyan I, a

200

300

400

600

Qaynaq məftilinin en kəsiyi

Birtelli, mm²

İkitelli , mm²


 

25

2 x 10



 

50

2 x 16



 

75

2 x 25



 

95

2 x 35



 

2. Qaynaq qövsü haqqında məlumat və onun quruluşu. Qaynaq qövsü gərginlik altında olan iki elektrod arasındakı qaz aralığında atmosfer təziqinə yaxın təzyiqdə baş verən uzunmuddətli güclü elektrik boşalmasından ibarətdir. Bu elektrodlardan biri qaynaqlanan metal olduqda, belə qövsə düzünə təsirli qövs deyilir. Qövs iki ayrı elektrod arasında yanarsa, buna dolayı təsirli qövs deyilir.

Şək.19. Düzünə təsirli qövsün sxemi: 1 - elektrod; 2 - qaynaq qövsü; 3 - qaynaqlanan metal; 4 - cərəyanverici məftil.



Şək.20. Dolayı təsirli qövsün sxemi: 1 - elektrod; 2 - qaynaq qövsü; 3 - qaynaqlanan metal; 4 - cərəyanverici məftil.



Kombinə edilmiş təsirli qövs üçfazalı cərəyan dövrəsinə qoşulur və eyni vaxtda həm iki elektrodun, həm də elektrodların hər biri ilə qaynaqlanan metalın arasında yanır. Belə olduqda daha çox istilik ayrılır və qaynağın məhsuldarlığı yüksəlir. Bu üsula üçfazalı qövs qaynağı deyilir.

Şək.21. Kombinə edilmiş təsirli qövsün sxemi: 

1 - elektrod; 2 - qaynaq qövsü;  3 - qaynaqlanan metal; 4 - cərəyanverici məftil.

Birbaşa təsir qövsünün quruluş sxemi aşağıdakı kimidir. Metal elektrod və qaynaqlanan metal arasında yanan sabit cərəyan düzünə təsirli qövs aydın görünən üç zonaya ayrılır: elektrodda (1) katod ləkəsi (2) ilə sərhəd təşkil edən katod zonası (3), metalda (8) anod ləkəsi ilə sərhəd təşkil edən anod zonası; qövs sutünu (4).



Şək.22. Birbaşa təsir qövsünün quruluşu: 1 - elektrod; 2 - katod ləkəsi; 3 - katod sahəsi; 4 - qövs sütunu; 5 - anod sahəsi; 6 - anod ləkəsi; 7 - qaynaq vannası; 8 - əsas metal; L - qövsün uzunluğu;

h - metalın ərimə.

Qövs sütunu plazma əmələ gətirir, plazma maddənin elə bir xüsusi halıdır ki, bu zaman maddə elektronlar, “+” və “–” ionlar qatışığından ibarətdir, həm də bu halda maddə yüksək temperaturdadır.

Qövsün elektrik sütunu “–” və “+” hissəciklər yükünün cəminə bərabər olduğundan neytraldır. Qaynağın üsulundan, istifadə edilən elektrodlardan və qövsün yandığı mühitdən asılı olaraq qaynaq qövsünün müxtəlif növlərindən istifadə edilir.

1. Müvafiq örtüklü əriyən metal elektrodun və qaynaqlanan metalın arasında qövs.

2. Əriyən metal elektrodun və qaynaqlanan metalın arasında flüs qatı altında yanan qövs.

3. Əriməyən yaxud əriyən elektrodun və qaynaqlanan metalın arasında mühafizəedici (arqon, helium, karbon qazı, H2, azot) mühitində yanan qövs.

4. Kömür və ya qrafit elektrodun və qaynaqlanan metalın arasında qövs.



5. Əriyən polad elektrodun və qaynaqlanan metalın arasında suda yanan qövs və s.

Yüklə 443,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə