8V ŞİRİnov sübhan



Yüklə 21,03 Kb.
tarix02.01.2022
ölçüsü21,03 Kb.
#34881
'QURBANƏLİ BƏY' süjet xətti.1


8V ŞİRİNOV SÜBHAN

17.04.2020

CƏLİL MƏMMƏDQULUZADƏ “QURBANƏLİ BƏY” HEKAYƏSİNİN

SÜJET XƏTTİ
Xəbər çıxdı ki, bu gün naçalnik kəndə gəlir.Sonradan məlum oldu ki,pristavın arvadının ad günüdür.Kəndə hay düşdü.Heç kim naçalniki görmək üçün işə getmədi və təpələrə dırmaşıb naçalnikin yolunu gözlədilər.Camaatın yarısı da pristavın mənzilini əhatə edib durmuşdu.Pristavın həyətində çoxlu adam var idi.

Birdən qaçhaqaç düşdü; dedilər “naçalnik gəlir”.Amma gördülər ki,başqa mahalın pristavı imiş.

Yenə qaçhaqaç düşdü; “naçalnik gəlir” deyib qışqırdılar.Amma gördülər ki,bu gələn naçalnik deyilmiş,kazak böyüyü bir əfşər imiş.

Bir qədər keçdi, yenə qaçhaqaç düşdü; yenə dedilər, “naçalnik gəlir”.Bu da yalan oldu.Bu gələn isə “Qapazlı” kəndinin bəyi Qurbanəli bəy idi.Bəy həyətə girəndə tulalardan biri qaçıb gəldi Qurbanəli bəyin ayağını yalamağa başladı.Bəy əlini itin başına çəkib dedi:

-Malades, sobak – və sonra qalxıb xanımı balkonda görüb çığırdı:

-İzdrasti! deyib əlini yuxarı qaldırdı və qışqırdı:

-Urra! – sonra balkona qalxıb xanıma baş əydi.Bəy xanımın əlini alıb rusca dedi:

-Nə qədər mənim canım sağdı,mən sənin nökərinəm,ay xanım.

Xanım bir az güldü və dedi:

-Spasibo


Yenə qaçhaqaç düşdü; dedilər “naçalnik gəlir”.Qlavaların biri xanımın qabağına qaçıb qışqırdı:

-Naçalnik idyot.

Bu vaxt bir yoğun çinovnik girdi həyətə,xanımla görüşüb qalxdı balkona.

Qonaqlar zalda oturub söhbət edirdilər.Bu vaxt həyətdə at kişnəməsinin səsi gəldi.Qurbanəli bəy akoşkadan başını çıxardıb çığırdı:

-Ədə,Kəblə Qasım atı kənarda dolandır.

Küçədə xeyli at vardı, Qurbanəli bəyin atı bunlardan seçilirdi.Tez-tez ayaqlarını qaldırıb kişnəyirdi.At naçalnikin xoşuna gəlmişdi.O Qurbanəli bəydən soruşdu ki, atın neçə yaşındadır?

Qurbanəli bəy dedi ki, bu il təzə 4 yaşa ayaq qoyur.

Doğurdan, Qurbanəli bəyin atı gözəl at idi.Qurbanəli bəy naçalnikə cavab verdi:

-Peşkəşdi.

Naçalnik Qurbanəli bəyə dedi:

-Sağ ol.

Genə Qurbanəli bəyə üzünü tutub soruşdu:

-Qaçmağı necədir? İti yüyürürmü?

Qurbanəli bəy Naçalnikə cavab verdi:

-Ay naçalnik, əgər sənin mahalında belə yüyürən at tapılsa,mən bığlarımı qırxdırmasam, qurumsağam.

Yarım saatdan sonra, qonaqlar başladılar yemək yeməyə.Pristavın arvadının şərəfinə sağlıqlar deyildi.Hamı yeyib-içirdi.Amma Qurbanəli bəy hələ arağını içməmişdi.Xanım bəydə soruşdu:

-Niyə içmirsiniz?

Bəy dinməyib başını aşağı saldı.Naçalnik Qurbanəli bəyə baxıb qəhqəhə keçib güldü və dedi:

-Yoxsa sən də fanatik müsəlmanlardansan,içmirsən.

Qurbanəli bəy rumkasını əlinə götürüb dedi:

-A kişi,bu nədir? Buna bizdə üskük deyərlər.

Bu sözdən sonra xanım bir stəkan arağı qoydu bəyin qabağına.Qurbanəli bəy stəkanı götürüb arağı çəkdi başına.

Qurbanəli bəy o qədər içmişdi ki,nə danışdığını bilmirdi.Həyətdə zurnanın səsindən qulaq batırdı.Bir neçə saatdan sonra qonaqlar həyətə-Qurbanəli bəyin atına tamaşa etməyə düşdülər.Naçalnik atın qaçmağını soruşdu.Qurbanəli bəy ata minib o üzə bu üzə çapdı.Bir neçə dəqiqədən sonra Qurbanəli bəy naçalnikin yanına qayıtdı.Naçalnik bəyə dedi:

-Malades


-Naçalnik, bu nədi ki!...Hələ sən mənim o biri atımı görməmisən.Bəlkə, onu görəsən! Bu nədi ki onun yanında?

Məclis xeyli davam elədi.Qurbanəli bəy də hər dəfə bir sağlıq deyib içirdi.Qurbanəli bəy o qədər içmişdi ki,artıq keflənmişdi.O ayağa qalxıb dedi:

-Sizdən bir xahişim var.Mən ölüm mənim sözümü yerə salmayın.Mən sizin hamınızı sabah evimə dəvət edirəm.

Ağalar və onların xanımları razılıq verdilər ki,hamımız sabah sizdəyik.

Qurbanəli bəy gecənin bir yarı gəldi evinə.O içəri girəndə gördü ki, arvadı paltarını soyunmamış dayanıb yastığa və yuxulayıb.Bəy hirslə paltarını çıxarıb atdı bir yana və uzandı yerinə.Bəyi yuxu tutdu.

Səhər açılanda bəyin arvadı əyilib gördü ki, əri gəlib yatıb.Xanım çıxdı eşiyə və Kərbəlayı Qasımdan soruşdu:

-Qonaqlıq çox uzun çəkdi,pristavın qonağı kim idi?

Kərbəlayı Qasım cavab verdi:

-Ay xanım,nə bilim bir çoxu böyük adamlar idi.

Xanım girdi içəri və gördü ki,bəy hələ yatır.Sonra çıxdı eşiyə Əliyə 16 qəpik verib dedi:

-Get 2 girvənkə ət al gətir,bozbaş bişir.

Günorta olmuşdu.Əli ağaca dırmaşıb tut çırpırdı.Bu vaxt onun gözünə uzaqdan bir dəstə atlı göründü.O Kərbəlayı Qasıma dedi:

-Kəndə çoxlu atlı gəlir,amma kəndliyə oxşamırlar.

Kərbəlayı Qasım aşpazxana damının üstünə çıxdı və gördü ki bu gələnlər dünənki qonaqlardır.

-Xanım,bu gələnlər deyəsən elə dünənki qonaqlardı.

Qonaqlar qapıya yaxınlaşdılar.Xanım tez qaçdı eşiyə və Əliyə dedi:

-Get de ki, bəy evdə deyil.

Xanım isə Qurbanəli bəyin yanına gedib onu oyatdı.

-A kişi,dur,dünənki qonaqlar gəliblər bizə.

Qurbanəli bəy arvadına “Cəhənnəm ol” deyib gözlərini yumdu.Arvad yenə dedi. Qurbanəli bəy gözlərini açıb,qalxdı,oturdu və dedi:

-Nə deyirsən?

Arvadı sözünü birdə dedi. Bəy dik qalxdı ayağa,arvadına dedi:

-Qoy desinlər, ağa evdə deyil.

Bu vaxt Qurbanəli bəy mələfini götürüb çarşov kimi saldı başına, qaçıb soxuldu tövləyə və girdi atın axuruna.

Nökər qapıya çıxıb:

-Ağa evdə deyil – söylədi.

Naçalnik soruşdu:

-Bəs bəy hara gedib ki,evdə deyil?

Nökərlər cavab verdilər:

-Bilmirik

Qonaqlar bir qədər bir-birinin üzünə baxıb dedilər ki:

-Gəlin qayıdaq gedək.

Naçalnik isə bəyin atlarına baxmadan getmək istəmədi.Onlar atlara baxmaq üçün tövləyə girdilər.Naçalnik qabaqdakı atı görüb dedi:

-Bu elə bəyin dünənki atıdır.

Qonaqlar başladılar atın o tərəfinə,bu tərəfinə dolaşmağa.Naçalnik atın dişinə baxmaq üçün axura tərəf yaxınlaşmaq istədikdə dik atıldı və qışqırdı:

-Ax, çort vozmi!

Pristav və naçalnik axura yaxınlaşıb orda Qurbanəli bəyi gördülər.Bunu görcək naçalnik çəpik çalıb qəhqəhə çəkib güldü və dedi:

-A...a...a... rəfiq, sən burda imişsən!...



Qurbanəli bəy yerindən heç tərpənmədi.Qonaqlar çıxdılar küçəyə, atları mindilər və üz qoydular getməyə.
Yüklə 21,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə