9.Sənədli materialların ümumölkə və yerli əhəmiyyətli müəssisələrə
aidiyyatı.
Dövlət arxiv fondunun materiallarına əsasən təsnif olunur.Sənədli
materialların bu cür təsnif edilməsininin əsasını materialların
məzmunu,həmin sənədli materialların yarandığı müəssisə,təşkilat və
idarələrin fəaliyyət xarakteri təşkil edir.Ümumölkə əhəmiyyətli materiallar
qrupuna respublikanın,dövlət,ictimai və özəl təşkilatllarının
müəssisələrinin sənədləri aiddir.Bu qrupa eyni zamanda öz məzmununa
görə ölkə əhəmiyyətli dövlət ,siyasi,ictimai,mədəniyyət xadimkərinin
fəaliyyətinivəks etdirən sənədlər daxildir.
Ölkə əhəmiyyətli sənədli materiallar ölkənin mərkəzi arxivlərində
mühafizə olunur.Yerli əhəmiyyət kəsb edən sənədli materiallar
diyar,vilayət,şəhər,rayon və digər arxivlərdə mühafizə olunur.
Müvafiq inzibati-ərazi birliklərinə aid olan sənədli materiallar.Sənədli
materialların inzibati-ərazi quruluşu əlamətinə diyar,vilayət və digər ərazi
birliklər dairəsində bölgüsü yolu ilə həyata keçrilir.
İctimai və dövlətçilik fəaliyyətinin müəyyən sahələrinə aid sənədlər.Dövlət
arxiv fondunun sənədli materialları dövlət və ictimai fəaliyyət sahələri üzrə
təsnif edilərək onların məzmun və səciyyəsi nəzərə alınmaqla ayrıca
komplekslərdə birləşirlər.Bunlardan ən böyüyü Mərkəzi Arxiv fondu
yaradır.Məsələn silahlı qüvvələr,hərbiçilər və hərbiçilik sənətinin tarixini əks
etdirən sənədli materiallar kompleksi ölkənin Mərkəzi Dövlət Hərbi Tarixi
arxivini təşkil edə bilər.
Dövlət arxiv fondu tərkibində spesifik xüsusiyyətə malik digər sənədlər
də mühafizə olunur ki,bunlara kino,foto,fono,sənədlər,texniki sənədlərin
digər növləridə aid edilir.Bu kimi sənədlər mətn,qrafik yaxud da təsviri
məzmununa malikdir.Bunların mühafizəsi xüsusi rejim tələb edir.Yəni
ölkədə Mərkəzi Dövlət ARXİVİ,Səsyazma arxivi mövcuddur.
Dostları ilə paylaş: |