A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə1/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
  1   2   3   4   5   6   7   8   9   ...   102


 

 



AZƏRBAYCAN 

MĠLLĠ 


ELMLƏR   AKADEMĠYASI 

 

 



 

A R X E O L O G Ġ Y A     V Ə     E T N O Q R A F Ġ Y A      Ġ N S T Ġ T U T U  

 

 

 



 

A Z Ə R B A Y C A N 

E

T



N

O

Q



R

A

F



Ġ

Y

A



S

I

 



 

 

 



 

ÜÇ CĠLDDƏ 



I CĠLD 

ġƏRQ-QƏRB 

BAKI   2007 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 



 

 

 



 

 

 



BaĢ redaktor:                                   

Teymur Bünyadov 

                                                               akademik 

  

Redaksiya heyəti:                                 Maisə Rəhimova 



    Qəzənfər Rəcəbli 

    Tofiq Babayev 

    Qabil Əliyev 

    Fəzail Vəliyev 

 

 Solmaz Məhərrəmova 

 

 ġirin Bünyadova 

 

 Məmməd Allahmanlı 

 

 

 

 

 

 

 

 

ISBN 978-9952-448-04-7 

 

305.8/0094754-dc22 

Etrıoqrafiya - Azərbaycan 



 

Azərbaycan etnoqrafiyası. Üç cilddə. I cild.  

Bakı, "ġərq-Qərb", 2007, 544 səh. 

  

―Azərbaycan etnoqrafiyası"nın birinci cildində Azərbaycanın təbii-coğrafi Ģəraiti, 



çoxəsrlik  tarixi,  əkinçilik  və  maldarlıq  mədəniyyəti,  onun  əhalinin  sosial-iqtisadi  həyatında 

rolu,  həmçinin  xalqımızın  qədim  məĢğuliyyət  sahələrindən  olan  ovçuluq,  balıqçılıq  və 

arıçılığın keçdiyi inkiĢaf mərhələləri öyrənilir. 

Kitabda  Azərbaycan  xalqının  qədim  sənət  sahələrindən  dulusçuluq,  daĢiĢləmə, 

ağaciĢləmə,  misgərlik,  dəmirçilik,  zərgərlik,  dabbağlıq,  xalçaçılıq  və  s.  geniĢ  tədqiq 

olunmuĢdur. 

 

© "ġərq-Qərb", 2007 



 

 

 




 

 



ÖN SÖZ 

 

Avropa  ilə  Asiyanın  ayrıcında  yerləĢən  Azərbaycan  əlveriĢli  təbii-coğrafi 



Ģəraitə,  mülayim  iqlimə,  münbit  torpağa,  zəngin  yeraltı  və  yer  üstü  sərvətə  malikdir. 

Dünyada mövcud on bir iqlim Ģəraitinin doqquzunun Azərbaycanda olması bu torpağın 

bərəkətini artırıb,  Ģöhrətini ucaldıb. Bu ərazi həqiqi olaraq bəĢər sivilizasiyasının ilkin 

ocaqlarından  biri  kimi  məĢhurdur.  Hələ  iki  milyon  il  bundan  əvvəl  burada  ibtidai 

insanların  məskən  salması,  güzəran  keçirməsi,  yaĢayıb-yaratması,  təkamül,  tərəqqiyə 

çatması üçün hər cür Ģərait mövcud olmuĢdur. 

Qafqazın qoynunda yaĢayan Azərbaycan xalqı bu qədim və müqəddəs ərazidə 

bərqərar  olmuĢ,  özünün  yüksək  təsərrüfat  həyatını,  sənətkarlığı,  sənəti,  maddi  və 

mənəvi mədəniyyətini yaradaraq dünyanın ən qədim və mədəni xalqlarından biri kimi 

tanınmıĢdır. 

Azərbaycan etnoqrafik baxımdan dünyanın ən zəngin, çoxcəhətli və maraqlı 

guĢələrindən  biridir.  Xalqımız  minilliklər  boyu  Qafqaz  və  Qədim  ġərq  xalqları  ilə 

iqtisadi və mədəni əlaqədə olmuĢdur. Yaranan bu qarĢılıqlı təmasdan xalqımız çox Ģey 

əxz  etmiĢ  və  faydalanmıĢdır.  Xalqımız  da  öz  növbəsində  həmin  xalqların  tükənməz 

təsərrüfat həyatına, maddi və mənəvi mədəniyyətinə çox Ģeylər bəxĢ etmiĢ, onu daha 

da zənginləĢdirmiĢdir. 

Etnoqrafiya yunan sözü olub, "etnos" - xalq, "qrafis" - öyrənmək, təsvir etmək 

mənasını daĢıyır. Etnoqrafiya etnologiya kimi də ədəbiyyatda geniĢ iĢlənir. "Etnos" - 

xalq, "loqos"  elm. Deməli, etnologiya xalq haqqında elm deməkdir. Bu terminlərin hər 

ikisi eyni məzmun kəsb etsə də, etnologiya bu elmin mahiyyətini daha dəqiq və dürüst 

mənalandırır. Deməli, etnoqrafiya - etnologiya xalqı öyrənən, təsvir və tərənnüm edən 

elmdir.  Bu  mənada  etnoqrafiya  -  etnologiya  xalqa  daha  yaxın  olan,  onun  arzu  və 

istəklərini araĢdıran elmdir. 

Etnoqrafiya elminin əsas vəzifəsi xalqı öyrənməklə tarix yazmaq, onu daha da 

zənginləĢdirmək, əhatəli etməkdir. Etnoqrafiya elmi arxeologiya elmi kimi, tarix elminin 

mühüm tərkib hissəsidir, onun bütövlüyünün, tamlığının təsdiqidir. Ona yardımçı olur, 

üfüq  dairəsini  geniĢləndirir.  Etnoqrafik  araĢdırmalarda  arxeoloji  materiallar  və 

tədqiqatlar əvəzsiz əhəmiyyətə malikdir. Bu elmlərin birliyi çoxəsrlik tariximizin bir sıra 

qaranlıq səhifələrinə iĢıq  saçır.  Minillikləri  milyon illərə qovuĢduran tarix  yazır, tarix 

yaradır.  Əgər belə demək  mümkünsə arxeologiya tarix elminin  ixtiraçısı,  etnoqrafiya 

onun  bərpaçısı  rolunu  oynayır.  Arxeologiya  yerin  qatlarındakı  mədəni  təbəqələrdə 

müxtəlif dövrlərə  aid  zəngin  və qiymətli  materiallar  aĢkar  edir,  onun  xronologiyasını 

verir.  Etnoqrafiya  isə  bu  maddi-mədəniyyət  qalıqlarının  bərpasına  yardımçı  olur, 

lazımı  köməklik  göstərir.  Heç  Ģübhəsiz,  bu  birlik,  müĢtərəklik  dərin  məna  və 

məzmunu ilə seçilən tarixin yaranmasına öz töhfəsini verir. 

Azərbaycanda yaĢayan ən qədim insanların tarixi 2 milyon ilə qədərdir. Ona 

görə də, bu cilddə hər hansı sahənin və məsələnin iĢıqlandırmasında zəngin arxeoloji 

materiallar və bu sahədə aparılan araĢdırmaların mühüm nəticələri nəzərə alınmıĢdır. 




 

 



F.Engelsin  qeyd  etdiyi  kimi:  "...bu  çox  qədim  dövr  -  hər  hansı  bir  Ģəraitdə  bütün 

gələcək nəsillər üçün son dərəcə maraqlı bir dövr olub qalacaqdır, çünki, həmin dövr, 

çox  sonrakı  daha  yüksək  inkiĢafın  əsasını  təĢkil  edəcəkdir,  çünki  həmin  dövrün 

baĢlanğıc  nöqtəsi  insanın  heyvan  aləmindən  ayrılmasından,  onun  məzmunu  ilə 

gələcəkdəki  birləĢmiĢ  insanların  heç  bir  zaman  təsadüf  etməyəcəkləri  çətinliklərin 

aradan qaldırılmasından ibarətdir". 

Etooqrafik əsərlərin yazılmasında arxeologiya elmi kimi tarix elminin aparıcı 

rolu da danılmazdır. Ona görə də, tarix elminin nailiyyətlərindən, müxtəlif xarakterli 

qaynaqlardan,  səyyahların,  tacirlərin,  alimlərin,  Ģairlərin  əsərlərindən  yeri  gəldikcə 

istifadə  edilmiĢdir.  Buraya  ayrı-ayrı  məsələlərlə  bağlı  muzey  kolleksiyaları,  arxiv 

materialları və dövrü mətbuat da daxil edilmiĢdir. 

Azərbaycan  xalqının  mənĢəyinin  və  təkamülə  çatmasının  öyrənilməsində 

antropologiya elminin rolu son dərəcə böyükdür. Ona görə də üçcildlikdə bu problemə 

yeri  gəldikcə  müraciət  edilir.  Əsərin  birinci  cildilə  bağlı  kənd  təsərrüfat  elmlərinin 

məlumat  və  müddəalarından  daha  geniĢ  Ģəkildə  istifadə  edilmiĢdir.  Sənətkarlıq 

sahələri  ilə  əlaqədar  məsələlərin  Ģərhində  incəsənət  sahələrinə  də  müraciət 

edilmiĢdir. 

Etnoqrafıya elmi  hər  hansı bir  materialı təkcə qeydə almaq, təsvir etmək  kimi 

deyil,  eyni  zamanda  onun  nесə  əmələ  gəldiyinin  bərpasına  çalıĢır,  əhəmiyyətini 

göstərir,  sadədən  mürəkkəbə  doğru  inkiĢaf  mərhələlərini  izləyir.  Müqayisəli 

materiallarla tədqiq edir. Tarixi ardıcıllığı üstün tutur. 

Etnoqrafiya  xalqın  əmək  fəaliyyətinin  zəngin  irsinin,  dünyagörüĢünün 

araĢdırılmasında əvəzsiz rol oynayır. Əmək insanın heyvanat aləmindən ayrılmasında 

ilkin və əsas Ģərt kimi mənalandırılır. Onun sonrakı inkiĢaf fəaliyyətinin əsasını təĢkil 

edir. F.Engelsin təbirincə desək: "Əmək bütün insan həyatının birinci əsas Ģərtidir, həm 

də о dərəcədə belə bir əsas Ģərtdir ki, biz müəyyən mənada deməliyik: insanın özünü 

əmək yaratmıĢdır". 

Azərbaycan  xalqının  etnoqrafiyası  onun  tarixi  qədər  zəngin  və  qədimdir.  Bu 

çoxsahəli zəngin irsi hərtərəfli araĢdırmadan, onun tarixini də yüksək elmi səviyyədə 

tədqiq  etmək  qeyri-mümkündür.  Deməli,  etnoqrafiya  elmi  hazırda  qurub-yaradan 

Azərbaycan xalqının qədim və müasir tarixinin öyrənilməsinə təsirli kömək göstərir, 

onu yeni dəlil-sübutlarla zənginləĢdirir. 

Heç  Ģübhəsiz,  "Azərbaycan  etnoqrafiyası"nın  nəĢr  edilməsi  çoxcildlik 

Azərbaycan tarixi, ədəbiyyatı, folkloru, memarlıq və incəsənət tarixi, dil tarixi, habelə 

xalq  təsərrüfatı  tarixinin  yazılmasına  xeyli  kömək  edəcək,  həmin  əsərlərin  daha  da 

dolğunlaĢmasına və zənginləĢməsinə imkan yaradacaqdır. 

Uzun  illərin  və  gərgin  əməyin  məhsulu  olan  Azərbaycan  etnoqrafiyası  bu 

Ģəkildə  etnoqraflarımız  tərəfindən  ilk  dəfə  qələmə  alınır.  Üç  cilddən  ibarət  olan  bu 

ciddi araĢdırmada demək olar ki, etnoqrafiya elminin əhatə etdiyi bütün məsələlərin 

hamısı yetərincə öz əksini tapmıĢdır. 

Xatırladaq ki, bu üç cildliyin əhatə dairəsi daha geniĢ olsa da, onun tədqiqat 



 

 



obyektinin əsasını XIX əsr və XX əsrin əvvəlləri təĢkil edir. Üçcildliyin birinci cildində 

"Azərbaycan  xalqının  təsərrüfat  həyatı"  və  "Sənətkarlıq"  sahələri  xronoloji  ardıcıllıq 

prinsipinə  uyğun  Ģəkildə  özünün  geniĢ  əksini  tapmıĢdır.  Ġkinci  cild  "Maddi 

mədəniyyət"  və  "Ailə  və  ailə  məiĢət",  üçüncü  cild  "Mənəvi  mədəniyyət" 

problemlərini əhatə edir. 

Azərbaycan  etnoqrafiyasının  əsas  tərkib  hissələrindən  olan  əkinçilik  və 

maldarlıq  mədəniyyətinin,  çoxsaylı  sənətkarlıq  sahələrinin,  maddi  və  mənəvi 

mədəniyyət məsələlərinin daha dolğun və əhatəli Ģəkildə araĢdırmasında təbii-coğrafi 

Ģəraitin son dərəcə böyük, bir sıra hallarda isə müstəsna rolu vardır. Bu mühüm cəhəti 

nəzərə  alaraq  əsərdə  ölkəmizin  coğrafiyası  qısa  oçerk  Ģəklində  öz  əksini  tapması 

təbiidir. 

Birinci cilddə Azərbaycanda zaman-zaman yaĢayan əhalinin iki milyon illik 

tarixi  nəzərdən  keçirilir.  Burada  Paleolit,  Neolit,  Eneolit  və  Tunc  dövrləri,  ibtidai  icma 

quruluĢunun  dağılması,  ilk  sinifli  cəmiyyətin  və  dövlətin  yaranması,  feodalizmin 

bərqərar  olması  və  inkiĢafı,  eləcə  də  kapitalizmin  təĢəkkülü  prosesinin  qısa  Ģəkildə 

Ģərhi verilmiĢdir. 

Həqiqətdir ki, bəĢər tarixinin ən qədim və əsas kəĢflərindən biri, insanlar üçün 

həyatı  məna  kəsb  edən  əkinçilik  mədəniyyətidir.  Ərazimizin  əlveriĢli  təbii-coğrafi 

Ģəraitə  malik  olması  burada  qədim  zamanlardan  müxtəlif  təsərrüfat  sahələrinin 

yaranması və sonrakı inkiĢafına əsaslı zəmin yaratmıĢdır. Azərbaycanda yabanı аrpа və 

buğda,  taxıl  növlərinin  mövcudluğu,  yığıcılıq  iĢilə  məĢğul  olan  ibtidai  insanların 

tədricən əkinçilik vərdiĢləri yeni mədəniyyətinin yaranmasına gətirib çıxarmıĢdır. 

Azərbaycan təkcə Qafqaz da deyil, həm də ġərq ölkələri arasında ən qədim 

kənd  təsərrüfatı  ölkələrindən  biri  kimi  tanınır.  Burada  hələ  Neolit  dövründə  dəmyə 

əkinçilik  əhalinin  təsərrüfat  həyatında  əsas  yerlərdən  birini  tutmuĢdur.  Əsərdə  Ģum 

alətlərinin sadədən mürəkkəbə doğru inkiĢafından, biçin və döyüm qaydaları, taxılın 

saxlanması  məsələləri  tədqiq  edilir.  Həm  də  süni  suvarma  məsələləri,  üzümçülük, 

bağçılıq,  bostançılıq,  tərəvəzçilik  və  təsərrüfatın  baĢqa  sahələrinin  inkiĢafı 

araĢdırılır. 

Çəltikçilik  və  ipəkçilik  bəzi  bölgələrdə  əhalinin  əsas  məĢğuliyyəti  olmuĢdur. 

Əsasən  ilk  orta  əsrlərdən  etibarən  Azərbaycanda  bir  sıra  sərfəli  texniki  bitkilər 

becərilmiĢdir.  Əsərdə  bu  təsərrüfat  sahələrinin  hər  biri  ayrılıqda  tədqiq  edilmiĢ  və 

onların  əhalinin  təsərrüfat  məiĢətində  tutduğu  mövqe  müəyyənləĢdirilmiĢdir.  Eyni 

fikri arıçılıq təsərrüfatı sahəsinə də Ģamil etmək olar. 

Azərbaycan xalqının təsərrüfat məiĢətində maldarlıq minilliklər boyu mühüm 

rol oynamıĢdır. Hətta bəzi bölgələrdə qoyunçuluq aparıcı təsərrüfat sahəsi olmuĢdur. 

Qaramal,  atçılıq  və  dəvəçilik  əsrlərdən  əsrlərə  keçərək  yerli  əhalinin  təsərrüfat 

həyatında  möhkəm  yer  tutmuĢdur.  Əsərdə  maldarlıq  təsərrüfatı  ilə  yanaĢı,  maldarlıq 

məhsullarının  hazırlanması  və  istifadəsi  barədə  də  maraqlı  etnoqrafik  məlumatlar 

vardır. 


Azərbaycanda  ovçuluq  və  balıqçılıq  qədim  DaĢ  dövründə  əhalinin  iqtisadi 


 

 



həyatının  aparıcı  təsərrüfat  sahələri  olmuĢdur.  Lakin  sonrakı  tarixi  minilliklərdə  bu 

sahələr öz aparıcı rolunu itirərək yardımçı təsərrüfat sahələrinə çevrilmiĢdir. Yardımçı 

sahələrinin  mərhələləri,  bu  sahələrdə  iĢlədilən  əmək  alətləri  və  qaydaları  haqqında 

əsərdə verilən məlumatlar böyük maraq doğurur. 

Azərbaycanın  yeraltı  və  yerüstü  xammal  ehtiyatı,  zənginliyi,  qədim 

zamanlardan baĢlayaraq müxtəlif sənət sahələrinin yaranması və inkiĢafı üçün əlveriĢli 

zəmin  yaratmıĢdır.  Xalqımız əsrlər boyu 50-dən artıq sənət növü  yaratmıĢdır. Lakin 

onlardan əsasları haqqında məlumat verməklə kifayətlənirik. 

Azərbaycanda  ən  qədim  sənət  növlərindən  biri  daĢiĢləmə  sənətidir.  Bu 

sənətin tarixi ibtidai icma quruluĢunun tarixilə səsləĢir. DaĢdan hazırlanan əmək alətləri 

insanın  inkiĢafında  öz  rolunu  oynamıĢdır.  Tarixin  müxtəlif  dövrlərində  yaĢayıĢ 

binalarının  tikilməsində,  sədlərin  və  keçidlərin  inĢasında  daĢdan  geniĢ  istifadə 

edilmiĢdir.  Zəngin  daĢ  ehtiyatına  malik  Azərbaycanda  kəndlərin,  Ģəhərlərin 

salınmasında  və  digər  sahələrdə  bu  sənət  növü  öz  rolunu  oynamıĢdır.  Əsərdə 

daĢçıxarma,  daĢyonma,  daĢoyma,  diĢəmə,  cilalama  prosesləri  və  bu  məqsədlə 

iĢlədilən əmək alətlərinə geniĢ yer verilir. 

Ərazimizdə  ən  qədim  sənət  sahələrindən  biri  olan  dulusçuluq  hələ  Neolit 

dövründə mövcud olmuĢdur. Dulusçuluq təkcə  mühüm sənət növü olmayıb həm də 

arxeologiya  elminin  əlifbası  sayılır.  Tariximizin  qədim  dövrlərinin  öyrənilməsində 

mühüm mənbə rolunu oynayır. Tunc dövründən əkinçilik və maldarlıq mədəniyyətinin 

sonrakı inkiĢafı dulusçuluğun geniĢləndirməsinə səbəb olmuĢdur. 

Əkinçilik,  maldarlıq  və  Ģərabçılıq  məhsullarının  saxlanılmasında  dulusçuluq 

sənətinin  rolu  daha  da  artmıĢdır.  Bu  fikri  arxeoloji  qazıntılar  zamanı  tapılan  dulus 

çarxlarının  varlığı  bir  daha  təsdiq  edir.  Feodalizm  dövründə  kəndlərlə  yanaĢı, 

Azərbaycanın bir sıra Ģəhərlərində daha çeĢidli, daha naxıĢlı zərif qablar məiĢətə geniĢ 

daxil olmuĢdur. Dulus  sənətinin inkiĢafında  münasib torpaq  növünün olması  mühüm 

rol oynayır. Əsərdə dulus məmulatlarının sadədən mürəkkəbə doğru inkiĢaf prosesi və 

onun mərhələləri Ģərh edilir. 

Ərazimizdə  meĢələrin  olması  ağaciĢləmə  sənətinin  hələ  Tunc  dövründən 

təĢəkkül  tapmasına  Ģərait  yaratmıĢdır.  Bu  sənətin  ən  geniĢ  yayılan  sahəsi  ev 

avadanlığı,  təsərrüfat  tikililəri  və  nəqliyyat  vasitələrinin  hazırlanmasıdır.  Əsərdə  yer 

verilən maraqlı məsələlərdən biri də münasib ağac növünün kəsilməsi, qurudulması və 

sənətkarlar  tərəfindən  iĢlədilməsidir.  AğaciĢləmə  bölməsində  bu  sənətdə  istifadə 

edilən əmək alətləri, ağaciĢləmə ustaları haqqında yığcam məlumat vardır. 

Azərbaycanda  filiz  yataqlarının  olması  metaliĢləmə  sənətinin  hələ  Eneolit 

dövründən təĢəkkül tapmasına əsaslı zəmin yaratmasıdır. MetaliĢləmənin inkiĢaf etmiĢ 

bir sahəsi  misgərlikdir.  Feodalizm  dövründə  misgərlik  sənəti  daha da inkiĢaf  edərək 

Təbriz,  Marağa,  Ərdəbil,  ġamaxı,  Bakı,  Naxçıvan  və  bir  sıra  ticarət  və  sənətkarlıq 

mərkəzlərində  geniĢ  intiĢar  tapmıĢdır.  Azərbaycan  misgərlərinin  hazırladıqları  sənət 

nümunələri  yüksək  qiymətləndirilmiĢdir.  Əsərdə  misgərliyin  bütün  prosesləri  və  mis 

məmulatları hazırlayan mahir ustalar haqqında maraqlı fikirlər verilmiĢdir. 



 

 



MetaliĢləmə sənətinin bir növü də zərgərlikdir. Azərbaycan zərgərləri təkcə 

qızıl,  gümüĢ,  əlvan  metallardan  deyil,  həm  də  qiymətli  daĢlardan  istifadə  edərək 

zərif,  incə,  gözoxĢayan  nümunələr  yaratmıĢlar.  Ərazimizdə  qızıl  və  gümüĢlə  zəngin 

yataqların və qiymətli daĢların olması zərgərlik sənətinin inkiĢafına təkan vermiĢdir. Bu 

incəsənət  daha  çox  qadınlara  xidmət  etmiĢdir.  Ona  görə  də  əsərdə  əlvan  metallardan 

hazırlanan  qadın  baĢ  bəzəyi,  boyunbağı,  üzük,  sırğa,  kəmər,  toqqa  və  baĢqa  bəzək 

əĢyalarının  hazırlanması  ətraflı  Ģərh  edilir,  mahir  zərgərlərin  adları  və  əl  iĢləri 

haqqında məlumat verilir . 

Əsərdə  dəmirçilik,  dabbağlıq,  kürkçülük,  çəkməçilik,  sərraclıq  və  digər 

mühüm  sənət  növləri  ilə  yanaĢı,  boyaqçılıq,  keçəçilik  haqqında  da  ətraflı  məlumat 

vardır. 

Xalqımızın  ən  qədim  və  aparıcı  sənət  sahələrindən  biri  toxuculuqdur. 

Toxuculuğun  xammal  bazası  hesab  edilən  maldarlıq  əsas  təsərrüfat  sahəsi  kimi  hələ 

Neolit dövründə inkiĢaf etmiĢdir. 

Yun,  pambıq,  ipək,  kətan  və  digər  xammal  mənbəyinin  olması  toxuculuq 

sənətinin sadədən  mürəkkəbə  doğru təkamülünü izləməyə imkan verir. Toxuculuğun 

ilkin mərhələsi hörmə sənəti olmuĢdur. Əsərdə ən qədim dövrdən baĢlayaraq XX əsrin 

əvvəlinə  qədərki  dövrün  toxuculuq  sənəti  tədqiq  edilir.  Burada  xırdabuynuzlu 

heyvanlarmın qırxımı, yunun əyirilməsi, boyanması ilə yanaĢı, istifadə edilən dəzgahlar 

və  əmək  alətləri  tədqiq  edilir.  Eyni  zamanda,  pambıq  və  ipəkqurdunun  becərilməsi  və 

toxuculuqda  istifadəsi  qaydaları  Ģərh  edilir.  Toxunan  çeĢninin  və  rəngarəng  parça 

növlərinin hazırlanması və istifadəsi qeyd edilir. 

Üçminillik  tarixi  olan  xalçaçılıq  sənəti  muğamlarımız  kimi,  aĢıqlarımız  kimi 

dünyada məĢhurdur. Əsasən yundan, pambıq və ipəkdən toxunan zövqlü, naxıĢlı, çeĢidli 

xalçalarımız dünyanın bir sıra muzeylərinin bəzəyinə çevrilmiĢdir. Təbriz, Qarabağ, Gəncə-

Qazax,  ġirvan,  Quba  və  digər  xalça  məktəblərinin  istehsal  etdiyi  məhsulların  sorağı 

uzaq-uzaq ölkələrdən gəlir. Əsərdə xovlu və xovsuz xalça, kilim, məfrəĢ, çuval, xurcun 

haqqında maraqlı məlumatlar diqqəti cəlb edir. Xalçaçılıqda iĢlədilən əmək alətləri və 

dəzgahları da təsvir edilir. 

Xatırladaq ki, elmi, tərbiyəvi və həm də təcrübəvi əhəmiyyət kəsb edən üç 

cildliyin  birinci  cildi  hələ  1988-ci  ildə  iĢıq  üzü  görmüĢ,  mütəxəssislər  tərəfindən 

yüksək  qiymətləndirmiĢ  və  geniĢ  oxucu  kütləsinin  böyük  marağına  səbəb  olmuĢdur. 

Lakin  hazırda  ikinci  və  üçüncü  cildlər  nəĢr  olunmuĢdur.  Qərara  alınmıĢdır  ki,  əsərin 

birinci  cildi  də  təkrar  çap  edilərək  oxuculara  tam  Ģəkildə  təqdim  edilsin.  Aydın 

məsələdir  ki,  birinci  cilddə  elə  bir  köklü  dəyiĢiklər  olmasa  da,  bir  sıra  məsələlərə 

yenidən - bu günün tələbi baxımından yanaĢmaq lazım gəlmiĢdir. 

Aydın  və  oxunaqlı  dildə  yazılmıĢ  və  zəngin  illüstrativ  materiallarla  təchiz 

edilən  birinci  cilddə  xalqımızın  çoxəsrlik  tarixi,  təsərrüfat  məiĢəti,  maddi 

mədəniyyətilə  məĢğul  olan tədqiqatçıların, ali məktəb tələbələrinin və  geniĢ oxucu 

kütləsinin arzu və istəyi nəzərə alınmıĢdır. 

Heç Ģübhəsiz, belə əhatəli Ģəkildə ilk dəfə qələmə alınan birinci cilddə bəzi 



 

 

10 



iradlar,  kəm-kəsirlər  və  çatıĢmayan  cəhətlər  də  vardır.  Onlar  çöl  etnoqrafik 

materialların  azlığından,  bir  sıra  mühüm  sahələrin  az  araĢdırılması  və  ya  heç 

araĢdırılmamasından,  eləcə  də  müqayisəli  materialların  kasadlığından  irəli  gəlir. 

Ümidvarıq  ki,  tələbkar  oxucular  əsərlə  tanıĢ  olduqdan  sonra  öz  arzu,  tələb  və 

təkliflərini bildirəcək. 

Yeri  gəlmiĢkən  son  dərəcə  mühüm  bir  məsələnin  gündəmə  gətirilməsini 

vacib  sayır,  özümüzə  borc  bilirik.  O  da  vaxtilə  ―Azərbaycan  etnoqrafiyası‖nın 

birinci  cildinin  redaksiya  heyətinin  artıq  dünyalarını  dəyiĢmələri  ilə  əlaqədardır. 

Biz  bu  cəhəti  nəzərə  alaraq  akademik  Ə.Sumbatzadə,  akademik  Ġ.Əliyev,  müxbir 

üzvlər  M.Ġsmayılov,  A.Abbasov  və  tarix  elmləri  namizədi  ġ.Quliyevin  çəkdikləri 

əvəzsiz əməyi yüksək qiymətləndirir, onlara Tanrıdan rəhmət diləyir, ruhunuz Ģad 

olsun deyirik. 

Cildin  müzakirəsilə  əlaqədar  öz  mülahizə  və  təkliflərini  verən  alimlərə, 

informasiya-məlumat  çatdıranlara  dərin  minnətdarlığımızı  bildiririk.  Əsərin  nəĢrə 

hazırlanmasında  T.Kərimovun,  T.Quluzadənin,  N.Vahabovanın,  T.Qasımovanın 

yaxından  köməyini,  illüstrativ  materialların  çəkilməsi  və  tərtibində  rəssamlardan 

S.Hüseynovanın,  B.Muradovanın  və  F.Cavadovanın  əməyini  xüsusi  qeyd  etmək 

istərdik. 





Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə