A V r o p a ümumi icmal Qərbi Avropa Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix29.05.2017
ölçüsü0,65 Mb.
  1   2   3   4   5   6   7   8

 

http://coqrafiya.blogspot.com/
 
Mənbə-
http://behruzmelikov.com/
 
A V R O P A 
Ümumi icmal 
Qərbi Avropa 
Coğrafi mövqeyi, sahəsi, sərhədləri  və  sahil xətti. 
 Qərbi  Avropa  yer  kürəsinin  ən  böyük  materiki  olan 
Avstraliyanın  qərb  kənarlarını  təşkil  edir.  Tarixən  iki  qitədən 
ibarət  olan  (Asiya  və  Avropa)  bu  materikin  ümumi  sahəsi  54 
mln.  km-ə  yaxındır.  Bundan  10.5  mln.  km
2
  Avropanın,  43448 
min km
2
 isə Asiyanın payına düşür. 
 Avropa  şimaldan,  qərbdən  və  cənubdan  okean  və  dənizlərlə 
əhatə olunmuşdur, şərqədə isə geniş  bir sahədə  Asiya ilə quru 
sərhədə  malikdir.  Bu  sərhəd  Ural  dağlarının  nisbətən  dik  şərq 
yamacı  üzrə,  Emba  çayı,  cənub  şərqdə  Xəzər  dənizi,  Kuma-
Manıç çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor 
boğazı,  Mərmərə  dənizi,  Dardanel  boğazı  və  Egey  dənizindən 
keçir. 
Avropanın  quruda  ucqar  nöqtələri  şimalda  Nordkin  (71° 
08"  şm.  e.),  cənubda  Marroki  (35°50'  şm.  e),  qərbdə  Roka  (9° 
34'  qərb  uzunluğu)  burunlarıdır.  Ucqar  şərq  nöqtə  Qütb 
Uralında  67°  ş.  u-da  yerləşir.  Beləliklə  o,  qərbdən  şərqə  76°, 
şimaldan cənuba 35° uzanır. Avropanın adalarda yerləşən ucqar 
nöqtələri  göstərilən  koordinatlardan  xeyli  kənara  çıxır  (Frans 
İosif  Torpağında  81°50'  şm.  eni,  İslandiya  adasında  24°39'  q. 
u.). 
Avropa  sərhədlərinin  və  sahil  xəttinin  müasir  şəkildə 
formalaşması dövrün sonu və dördüncü dövrdə başa çatmışdır. 
Yaxın  geoloji  keçmişdə  Balkan  yarımadası,  Kiçik  Asiya 
yarımadası  ilə,  Apenin  yarımadası  və  Siciliya  adası  Tunislə, 
Piriney yarımadası isə Atlas dağlıq ölkəsi ilə bitişik olmuşdur. 
Hazırda Piriney yarımadasını Rif atlasından çox ensiz (14 km) 
və dayaz Cəbəlüttariq boğazı ayırır.  

 

Avropanın  sahil  xətti  çox  parçalanmışdır  (Skandinaviya, 
Yutlandiya,  Piriney,  Apenin,  Balkan  y.-  ası  və  s.).  Burada  bir 
çox  kənar  (Barents,  Norveç,  Şimal,  Tirren,  Adriatik  və  s.)  və 
daxili  (Qara,  Baltik  və  s.)  dənizlər,  adalar  (Şpitsbergen,  Yan-
Mayen, İslandiya, İrlandiya, Böyük Britaniya, Balear, Korsika, 
Sardiniya,  Siciliya  və  s.)  və  yarımadalar,  körfəz  (Botnik, 
Biskay)  və  boğazlar  (Skagerrak,  Katteqat,  La-Manş)  vardır. 
Sahil xəttinin uzunluğu 38000 km, onun parçalanması isə 35% 
-ə  çatır.  Qərbi  Avropanın  daxili  hissələrini  dənizdən  cəmi  600 
km məsafə ayırır. Qərbi Avropanı şimal-qərbdən dayaz dənizlə 
örtülmüş çox geniş şelf (qitə dayazlığı) əhatə edir. Şimal dənizi 
dibinin relyefində çay dərələrinin və başqa relyef formalarının 
aşkar  edilməsi  yaxın  geoloji  keçmişdə  həmin  şelf  sahəsinin 
quru  olmasını  sübut  edir.  Qalan  sahələrdə  qitə  dayazlığı  zəif 
inkişaf etmiş və dərin dənizlər sahilə çox yaxın yerləşmişlər. 
Orta  və  mütləq  hündürlüyünə  görə  (320  m  və  4810  m) 
Avropa Avstraliyadan başqa bütün qitələrdən geridə qalır. Qitə 
ərazisinin təxminən 60% -i 200 m-dən aşağı, 24% -i 200-500 m 
arasında,  10%  -i  500-1000  m  arasında,  yalnız  6%  -i  1000  m-
dən yüksəkdə yerləşir. 
Avropa  dünyanın  ən  sıx  əhali  yaşayan  qitəsidir.  Qitənin 
əhali çox sıx olan sahələrində təbii landşaft insanlar  tərəfindən 
olduqca dəyişdirilmişdir. 
Avropa  təbii-coğrafi  xüsusiyyətlərinə  görə  bir-birindən 
kəskin fərqlənən iki böyük hissəyə  ayırır: 1) Qərbi Avropa, 2) 
Şərqi Avropa. 
Bu  fərq  özünü  hər  iki  hissənin  bütün  təbii-coğrafi 
komponentlərində aydın göstərir. Məsələn, Şərqi Avropa qədim 
platforma  sahəsi  olduğu  üçün  relyefində  əsasən  ovalıq, 
düzənlik  və  alçaq  yüksəkliklər  hakim  mövqe  tutur.  Bunun 
əksinə,  Qərbi  Avropa  cavan  platforma  və  geosinklinal  orogen 
sahələrdə yerləşdiyindən onun səthi istər üfüqi, istərsə də şaquli 
istiqamətdə  çox  parçalanmışdır.  Şərqi  Avropanın  sahil  xətti 
Qərbi  Avropaya  nisbətən  az  parçalanmışdır.  Qərbi  Avropa 

 

əsasən    mülayim  və  rütubətli,  cənubda  isə  Aralıq  dənizi 
subtropik  iqliminə  malikdir,  Şərqi  Avropada  isə  kontinental 
iqlimin müxtəlif növləri hakimdir.  
Qərbi  Avropa  ilə  Şərqi  Avropa  arasındakı  fərq  enlik 
landşaft  zonalarında  özünü  daha  aydın  göstərir.  Bu  zonallıq 
Şərqi Avropanın cənub-şərqində səhra və yarımsəhra ilə, Qərbi 
Avropanın cənubunda isə Aralıq dənizi quru subtropik landşaft 
zonası  ilə  başlayır.  Şərqi  Avropada  yarımsəhra  zonası  ilə 
enliyarpaqlı  meşələr  zonası  arasındakı  geniş  bir  ərazidə  çöl  və 
meşə-çöl  landşaft  zonaları  yerləşdiyi  halda,  Qərbi  Avropada 
Araləq  dənizi  quru  subtropiklər  landşaftı  zonasından  şimalda 
birbaşa Qərbi Avropa tipli enliyarpaqlı meşələr zonası gəlir və 
bu  zona  demək  olar  ki,  Skandinaviya  və  başqa  kiçik  ərazilər 
nəzərə  alınmazsa,  bütün  Qərbi  Avropa  ərazisini  tutur.  Çöl 
landşaftı  isə  Qərbi  Avropanın  cənub-şərqində  ləkələr  şəklində 
Dunayboyu  düzənliklərində  yayılmışdır.  Şərqi  Avropada 
olduqca  geniş  bir  zona  təşkil  edən  Avropa  tayqası  qərbə  tərəf 
ensizləşir  və  Qərbi  Avropa  ərazisində  yalnız  Finlandiya    və 
Skandinaviyada (qismən Polşada) geniş yer tutur. 
Qərbi  və  Şərqi  Avropa  arasındakı  fərqlər  özünü  təbii 
landşaftın digər komponentlərində də aydın göstərir. 
Şərqi  Avropanın  fiziki  coğrafiyası  SSRİ-nin  fiziki 
coğrafiyası fənnində keçildiyi üçün, burada söhbət yalnız Qərbi 
Avropadan gedəcəkdir. 
 
Geoloji quruluĢu və inkiĢafının əsas  
mərhələləri 
Avopanın  geoloji  və  tektonik  quruluşu  olduqca 
mürəkkəbdir.  Qitənin  müxtəlif  sahələri  ayrı-ayrı  geoloji 
eralarda  geosinklinal  inkişafı  başa  vurub  platforma  sahələri, 
istərsə  də  geosinklinal-orogen  qurşaqları  çox  mürəkkəb  bir 
geoloji tarixə malikdir (şəkil 1). 
Avropa, qədim Rus platforması özəyi ətrafında geoloji dövr 
keçdikcə 
geosinklinalların 
inversiyası, 
qapanması 
və 

 

platformaya  bitişməsi,  yəni  quru  sahələri  əmələ  gətirməsi 
hesabına  getdikcə  öz  sahəsini  artırmış  və  nəhayət  müasir 
sərhədlər daxilində təşəkkül tapmışdır. Qitənin geoloji inkişafı 
tarixində  iki  əsas  dövr:  kembridən  əvvəlki  və  kembridən 
sonrakı dövrlər ayrılır. 
Arxey    və  proterozoy  eralarını  əhatə  edən  kembridən 
əvvəlki dövrdə qitə müxtəlif qırışıqlıq və orogenoz hadisələrinə 
məruz qalmışdır. Avropada Saam  qırışıqlığı  adlanan ən qədim 
qırışıqlıq  2200  mln.  il  əvvəl  qurtarmışdır.  Saam  qırışıqlığı 
zonalarında geosinklinal şərait 500-600 mln. il davam etmişdir. 
Saam  qırışıqlığı  nəticəsində  Kareliya,  Murmansk  və  Ukrayna 
kristallik  massivləri  (Rus  platformasının  ən  qədim  sahələri) 
yaranmışdır.  Saam  qırışıqlığından  350-400  mln.  il  sonra  Ağ 
dəniz kompleksi qırışıqlığı başa çatır. 1500-1800 mln. il əvvəl  
Skandinaviya    və  Finlandiyada  çox  geniş  yer  tutan  (Baltik 
dənizi  və  Botnik  körfəzləri  ətrafında)  Kareliya  qırışıqlığı  baş 
vermişdir. İki böyük mərhələdə başa çatmış Kareliya qırışıqlığı 
müxtəlif  istiqamətlərdə  uzanan  strukturlar  əmələ  gətirmişdir. 
Kareliya  qırışıqlığı  intruziyaların  daxil  olması  və  qüvvətli 
metamorfizm prosesləri ilə müşayiət olunmuşdur. 
Rus platformasının kembriyəqədərki dövrdə inkişafı Baykal 
qırışıqlığı  mərhələsi  ilə  qurtarır.  Baykal  qırışıqlığının  inkişafı 
etdiyi  Rifey  geosinklinalı  1500  mln.  il  əvvəl  əmələ  gəlməyə 
başlamış və 550-650 mln. il əvvəl inkişafını başa vurmuşdur. 
Timan  təpəliyində  üzə  çıxan  Baykal  qırışıqlığı  kompleksi 
süxurları Tetis geosinklinalının əsasını təşkil edir. 
Arxey  və  proterozoyda  olan  bu  qırışıqlıq  hərəkətlərinin 
yaratdığı dağlar, tirələr vaxt keçdikcə denudasiya prosesi təsiri 
altında  alçalıb,  səthi  hamar  düzənlik  və  alçaq  yüksəkliklərə 
çevrilmişdir.  Dəfələrlə  təkrar  olmuş  intruziv  və  effuziv 
vulkanizm və metamorfizm nəticəsində arxey və proterozoyun 
çökmə  süxurları  kristallaşmış,  çox  dəyişilmiş  və  plastik 
deformasiya  qabiliyyətini  tam  itirərək  Rus  platformasını 
yaratmışdır. 

 

Avropanın  platforma  əsası  sonrakı  geoloji,  dövrlərdə  artıq 
qırışıqlıq  və  dağəmələgəlmə  hadisəsinə  məruz  qalmışdır. 
Platformanın  kristallik  əsası  qranit,  qneys,  siyenit,  kristallik 
şistlər,  intruziv  kütlələr  və  metamorfik  süxurlardan  əmələ 
gəlmişdir. 
Paleozoyun  başlanğıcına  yaxın  müxtəlif  yaşlı  platforma 
üzərində böyük əyilmələr baş verir və Qərbi Avropanın orta və 
cənub  hissələrini  əhatə  edən  böyük  Tetis  geosinklinal  dənizi 
yaranır.  Tetis  geosinklinalının  müxtəlif  sahələrində  paleozoy, 
mezozoy və kaynozoyda baş  verən  güclü  qırışıq  əmələ  gətirən 
və  orogenez  hərəkətlər  Qərbi  Avropanın  geoloji  və  tektonik 
inkişafının ümumi istiqamətini müəyyən etmişdir. 
Avropanın geoloji inkişafında alt paleozoy mərhələsi qədim 
platforma  əsası  üzərində  Tetis  geosinklinalının  yaranması  ilə 
başlayır.  Alt  paleozoyda  tektonik  əyilmə  çox  güclü  olmaqla 
Rus  platformasının  böyük  bir  hissəsini  də  tutur  və  nəticədə 
platforma üzərində dayaz dəniz hövzəsi yaranır. Bu dayaz dəniz 
Tetis  dənizi  ilə  əlaqədar  idi.  Tetisin  ayrı-ayrı  hissələrinin  dibi 
çox  sürətlə  çökür  və  bu  əyilmələrdə  çökmə  və  vulkanogen 
süxur  qatları  toplanırdı.  Həmin  dənizdən  şimal-şərqə  (Baltik 
qalxanının  qərb,  şimal-qərb  kənarı  boyunca)  Qrampian  (və  ya 
Kaledon)  geosinklinalı  uzanırdı.  Qrampian  geosinklinalında 
kembri,  ordovik  və  silur  dövrlərində  çox  qalın  şistlər  və 
əhəngdaşı  layları  toplanmışdır.  Silur  dövrünün  axırlarında 
Qrampian  geosinklinalında  və  Tetisin  başqa  sahələrində 
qüvvətli  tektonik  hərəkətlər  baş  verir.  Qalın  çöküntü  süxur 
qatları qırışıqlığa məruz qalır. Skandinaviya yarmadasının qərb 
kənarı, Qərbi İngiltərəyə, Şotlandiya və Şpitsbergen arxipelaqı 
sahəsində  cənub-qərbdən  şimal-şərqə  uzanan  qırışıq  dağlar 
sistemi  yaranır.  Qırışıqlı  tektonik  hərəkətlər  Tetisin  başqa 
sahələrində  də  özünü  göstərir  (Piriney  və  Balkan 
yarmadalarının mərkəz hissələrində, Çexiya və Mərkəzi  Fransa 
massivlərində və s.). 

 

Beləliklə,  kaledon  qırışıqlığı  adı  ilə  məşhur  olan  alt 
paleozoyun qırışıqlı tektonik hərəkətləri Qərbi Avropada böyük 
tektonik  zonalar,  dağlıq  sahələr,  Tetis  dənizi  daxilində  isə 
böyük adalar əmələ gətirir.  
Alt  paleozoyda  Rus  platforması  zəif  əyilməyə  məruz  qalır 
və burada pplatformanın çöküntü süxur örtüyü toplanır. Həmin 
süxur  qatları  geosinklinal  sahələrdə  çox  mürəkkəb  şəkildə 
qırışıqlıqda  yayıldığı  halda,  platformada  qeyri-uyğun  şəkildə 
onun qırışıqlı kristallik süxurlarını üfüqi laylarla örtür. Kaledon 
qırışıqlığı  hərəkətlərinin  başa  çatması  ilə  Qərbi  Avropanın 
inkişafında  alt  paleozoy  mərhələsi  qurtarır  və  yeni  mərhələ  - 
yuxarı paleozoy (hertsin, yaxud varissi) mərhələsi başlanır. 
Paleozoy  erasının  ortalarında  (Devon  və  Karbon 
dövrlərində)  Orta  və  Cənubi  Avropada  geosinklinal  şərait 
davam  edir.  Əyilməkdə  olan  dəniz  çökəklərində  devon  və 
daşkömür  dövrlərinin  qalın  çökmə  süxur  qatları  əmələ  gəlir 
(qumdaşı,  gil,  əhəngdaşı  və  s.).  Bu  dövrdə  Rus  platforması  da 
böyük  dəniz  transqressiyalarına  məruz  qalır.  Onun  geniş  bir 
hissəsində  orta  və  yuxarı  paleozoy  çöküntüləri  platformanın 
çöküntü  süxur  örtüyünü  əmələ  gətirir.  Platformada  ən  çox 
əyilmə sineklizlərdə gedir, anteklizlər əyilir. 
Karbon  dövrünün  ortalarından  və  xüsusilə  axırlarından 
başlamış,  Qərbi  Avropanın  geniş  bir  hissəsində  (İrlandiyanın 
cənubu,  Böyük  Britaniyanın  mərkəz  və  cənub  hissəsi,  Priney 
yarımadasından Kiçik Polşa yüksəkliyinə qədər, Alp və Karpat 
dağlarından  şimalda  yerləşən  bütün  orta  Avropada)  olduqca 
qüvvətli  tektonik  hərəkətlər  baş  verir,  qalxma,  qırışıq  və 
dağəmələgəlmə  prosesləri  gedir.  Bu  mürəkkəb  proseslər 
hertsin, yaxud varissi qırışıqlığı (mərhələsi) adlanır. 
Karbon  dövrünün  axırlarına  yaxın  dağların  yamaclarında, 
düzənliklərdə və dağarası çökəklərdə nəhəng ağaclardan ibarət 
olan olduqca zəngin və sıx meşələr inkişaf etmişdir. Avropanın 
bir çox yerlərində aşkar edilmiş böyük ehtiyata malik olan daş 

 

kömür  yataqlarının  əksəriyyətinin  əmələ  gəlməsi  həmin 
meşələrdə əlaqədardır.  
Hertsin  qırışıqlığı  hərəkətləri  nəticəsində  qitənin  geniş  bir 
sahəsinin  qalxması  dənizin  böyük  reqressiyasına  səbəb  olur. 
Rus  platformasını  örtən  dayaz  dəniz  çəkilir.  Orta  Avropada 
hertsin  qırışıqlığı  nəticəsində  əmələ  gəlmiş  dağlar  eroziya  və 
denudasiya  təsiri  altında  aşınıb  dağılır  və  alp  dövrünün 
başlanğıcına qədər cavan platforma sahəsinə çevrilir. 
Hertsin  qırışıqlığı  Rus  platformasını  şərqdən  əhatə  edən 
geosinklinal  sahədə  böyük  məsafədə  şimaldan  cənuba  uzanan 
Ural  dağlarında  özünü  daha  kəskin  göstərmişdir.  O, 
platformanın cənubunda Donets – Manqışlaq zonası və Şimali 
Qafqaz  düzənliklərini  (Skif  platforması),  düzənlik  Krımı  və 
bütün    Valaxiyanı,  Dobruçanı  əhatə  etməklə  həmin  sahələrin 
qırışıqlı əsasını yaratmışdır. 
Paleozoy erasının iki böyük mərhələdə baş vermiş qırışıqlıq 
bə  dağəmələgəlməsi  maqma  fəaliyyəti  ilə  müşayiət  olunur. 
Kaledon  və  hertsin  qırışıqlığı  sahəsində  turş  bə  əsası  tərkibli 
intruziv və effuzivlərin geniş yayılması bunu sübut edir. 
Avropanın  geoloji  və  tektonik  inkişafında,  mezozoy  erası 
xüsusi  bir  mərhələ  kimi  ayrıla  bilər.  Mezozoy  erasında  Qərbi 
Avropanın  hertsin  qırışıqlığı  zonası  çox  aşınıb  alçalır,  cavan 
platformanın  antekliz  və  sineklizlərin  müxtəlif  istiqamətli 
tektonik  hərəkətlərə  məruz  qalır.  Anteklizlər  qalxma  sahəsi 
olduğundan  denudasiya  təsiri  ilə  onların  taf  hissələrindən 
paleozoy çöküntü süxurları yuyulur və kembriyəqədərki dövrün 
kristallik  süxurlarının  səthi  açılır  (Armorikan,  Mərkəzi  Fransa, 
Reyn,  Çexiya  –  Moraviya  massivləri).  Sineklizlər  əyilməkdə 
davam  edir  və  mezozoy  dənizlərinin  transqressiyasına  məruz 
qalır (Paris, Aktivaniya,  London, Turinkiya  – Şvaba hövzələri 
və s.) .     
Rus  platforması  sineklizlərində  də  (Moskva,  Danimarka  – 
Polşa  və  s.)  mezozoy  dənizi  olmuş  və  burada  yura,  təbaşir 
dövrlərinin çöküntü qatları toplanmışdır. 

 

Qərbi  Avropanın  cənubunda  yerləşən  Alp  geosinklinalı 
sahəsi mezozoy erasında differensial tektonik hərəkətlərin təsiri 
altında qalır. Ensiz geosinklinal dənizlərin dibi daha çox əyilir 
və  burada  mezozoyun  geosinklinal  çöküntü  və  vulkanogen 
süxur  qatları  toplanır.    Geosinklinal  sahədə  yerləşən  qədim 
massivlər  zəif  əyilir,  vaxtaşırı  isə  onlar  dəniz  səviyyəsindən 
böyük  adalar  şəklində  yüksəlir.  Alp  geosinklinalında  yerləşən 
böyük  dağ  sistemlərinin  (meqantiklinoriumların)  ox  hissələri 
mezozoy  erasının  axırlarına  yaxın  arxipelaqlarına  yaxın  dəniz 
səviyyəsindən  yuxarı  qalxır,  adalar  yaxud  arxipelaqlar  əmələ 
gətirir.  Tektonik hərəkətlər mezozoyda ümumiyyətlə bir qədər 
zəif olmuş, quru relyefi xeyli hamarlanmışdır. 
Qərbi  Avropanın  geoloji  inkişafında  kaynozoy  erası 
hadisələrlə  daha  zəngindir.  Bu  erada  Alp  geosinklinalında 
olduqca  intensiv  inversiya  və  qırışıqlıq  baş  verir.  Paleogendə 
Alp  qırışıqlığı  zonasında  yerləşən  böyük  dağ  sistemləri 
sahəsində  güclü  qırışıqlıq  və  qalxma  gedir  (Priney,  Əndəlis, 
Alp,  Karpat,  Stara-Planina,  Dinar  dağları  və  s.)  Dağətəyi  və 
dağarası çökəklər əyilir və burada dağlardan yuyulan iri qırıntı 
kontinental  çöküntülər  toplanır  (Molass  çöküntüləri).  Üçüncü 
dövrdə  Avropanın  cənubunda  yerləşən  böyük  ortalıq 
massivlərin  bir  neçəsi  intensiv  əyilir  (Tirren,  Qara  dəniz  və  s. 
Yerində  olan  qədim  massivlər),  bəziləri  çox  parçalanır  və 
onların  yerində  adalar,  arxipelaqlar  qalır.  Aralıq  massivlərlə 
qalxmaqda  olan  meqantiklinoriumlar  arasında  dərin  tektonik 
qırılmalar  əmələ  gəlir  və  bu  qırılmalar  üzrə  vulkan  fəaliyyəti 
baş verir. 
Alp  geosinklinalı  zonasında  gedən  gərgin  tektonik 
hərəkətlər  öz  təsirini  Avropanın  digər  yerlərində  də  göstərir. 
Orta  Avropanın  hertsin  qırışıqlığı  sahəsi  də  (cavan  platforma) 
xeyli  fəallaşır.  Burada  anteklizlərin  taf  hissəsi  qalxır,  dərin 
tektonik  qırılmalarla  parçalanır,  horst  və  qrabenlər  yaranır. 
Qırılmalar üzrə inturuziv və effuziv vulkanlar fəaliyyət göstərir. 

 

Paleogenin axırları və neogenin əvvəllərində Alp qırışıqlığı 
zonasında  tektonik  hərəkətlər  xeyli  zəifləyir,  dağlar  aşınır, 
böyük  sahələrdə  hamarlanma  səthləri  yaranır,  relyefin  mütləq 
və nisbi amplitudası xeyli azalır. Neogenin ikinci yarısında Alp 
qırışıqlığı  zonasında  qüvvətli  orogen  (dağ  əmələ  gəlmə) 
mərhələsi başlayır. Dağların hündürlüyü 1500-3500 m-ə qədər 
artır. Bu zaman dağətəyi və dağarası çökəklər əyilməkdə davam 
edir,  burada  dağlardan  yuyulan  iri  qırıntılı  məhsullar  toplanır 
(üst  molass  çöküntüləri).  Neogenin  axırlarında  dağətəyi  və 
dağarası  çökəklərin  bəzilərinin  kənarlarında  qırışıqlar  əmələ 
gəlir və bu sahələr dağlarla birlikdə qalxmağa məruz qalır. 
Neogendə  və  dördüncü  dövrdə  Avropanın  başqa  tektonik 
sahələrində  də  hərəkətlər  qüvvətlənir.  Skandinaviya  intensiv 
qalxmağa  başlayır,  Almaniya  –  Polşa  ovalığı  və  hertsin 
qırışıqlığında  yerləşən  çökəklər  əyilməkdə  davam  edir.  Böyük 
Britaniya  adalarını  hər  tərəfdən  əhatə  edən  dayaz  şelf  sahəsi 
zəif  çökməyə  məruz  qalır  və  dördüncü  dövrdə  dəniz  suları  ilə 
örtülür. La –Manş və Pa – de – kale boğazlarının əmələ gəlməsi 
ilə Britaniya adaları qitədən ayrılır. Neogen – dördüncü dövrdə 
dərinlik qırılmaları  fəallaşır.  İslandiyada, Tirren dənizini əhatə 
edən  qırılmalar  sahəsində,  Mərkəzi  Fransa  massivində  və  i.  a. 
qüvvətli vulkan püskürmələri baş verir.  
Avropanın  geoloji  inkişafının  dördüncü  dövr  mərhələsinin 
ən  görkəmli  hadisəsi  qitənin  şimalında  örtük  buzlaqların, 
dağlarda  isə  dağ  –  dərə  buzlaqlarının  yaranmasıdır.  Alp 
dağlarında  dördüncü  dövr  buzlaşmalarını  öyrənən  A.  Penk  və 
Brikner  burada  dörd  buzlaşmanın  olmasını  göstərirlər  (Güns, 
Mindel,  Riss,  Vürm).  Güns  buzlaşmasının  üst  pliosendə 
(Abşeron  əsrində),  Mindel  buzlaşmasının  dördüncü  dövrün 
əvvəlində,  Riss  buzlaşmasının  həmin  dövrün  ortalarında, 
Vürmün  isə  axırlarında  olması  müəyyən  edilmişdir.  Maksimal 
buzlaşma dördüncü dövrün ortalarında olan Riss buzlaşmasıdır. 
Bu  zaman  buzlaqlar  dağların  yüksək  hissələrində  örtük  əmələ 
gətirmiş və dərələrlə dağ ətəklərinə qədər enmişdir.  

 
10 
Skandinaviya  örtük  buzlağa  daha  güclü  olmuş  və 
Avropanın  böyük  bir  hissəsini  dəfələrlə  örtmüşdür. 
Skandinaviyada  buzlağın  qalınlığı  2000  m-ə  çatması  güman 
edilir. 
Rus  düzənliyində  dördüncü  dövr  buzlaqları  hərtərəfli 
öyrənilmişdir.  Burada  üç  buzlaşma  (Lixvin,  Dnepr  və  Valday 
buzlaşmaları) və iki buzlaqarası dövr ayrılır. 
 Örtük  qitə  buzlaqlarından  dördüncü  dövrün  ortalarında 
olmuş  Dnepr  buzlaşması  maksimal  hesab  edilir.  Dnepr 
buzlaşması  cənubda  Sudet  və  Karpat  dağlarının  ətəklərinə  və 
Dnepr  çayının sol  qolu  Vorskla çayının mənsəbinə qədər (48° 
şm.e.)  irəliləmişdir.  Buzlaşma  dövrlərində  çox  qalın  buzlaq 
kütləsinin  ağırlığı  altında  Skandinaviya  enməyə  başlamış, 
buzlaq  yox  olduqdan  sonra  isə  qalxmaqda  davam  edir. 
Buzlaşma  dövründən  sonra  keçən  nisbətən  qısa  vaxta 
Skandinaviya,  Şotlandiya  və  Şpitsbergen  200-300  m-dən  artıq 
yüksəyə qalxmışdır. 
Qərbi  Avropada  tektonik  hərəkətlər  müasir  dövrdə  də 
davam  edir.  Müəyyən  edilmişdir  ki,  Botnik  kürfəzinin  şimal 
sahili  100  ildə  1  m  qalxır.  Hollandiya  sahillərində  zəif  enmə 
prosesləri  gedir.  Aralıq  dənizi  sahillərində,  Balkan 
yarmadasının 
daxili 
hissələrində 
güclü 
zəlzələlərin, 
İsalandiyada  və  Tirren  dənizinin  şərq  və  cənub  kənarlarında 
aktiv  vulkanizm  və  güclü  zəlzələlərin  olması,  dördüncü  dövr 
dəniz  terraslarının  xeyli  yüksəkdə  yerləşməsi  cavan  tektonik 
hərəkətlərin davam etməsini sübut edir. 
Qərbi  Avropanın  geoloji  inkişaf  tarixinə  yekun  vuraraq 
aşağıdakı  qanunauyğunluğu  qeyd  etmək  olar:  1.Geoloji  vaxt 
keçdikcə  hər  bir  mərhələdə  Rus  platformasını  qərb  və  cənub-
qərbdən,  habelə şərqdən əhatə edən geosinklinallarda inversiya 
başlayır  və  yeni  əmələ  gələn  qarışıq  və  faylı-qarışıq  dağlar 
hesabına  qitənin  sahəsi  genişlənir.  2.Bu  genişlənmə  əsasən 
şimaldan cənuba doğru  quru sahənin artması hesabına olur. 3. 
Qitənin  müasir  tektonik  və  böyük  morfostruktur  vilayətləri 

 
11 
qədim  platformanı  cənubdan  əhatə  edən  Tetis  gesinklinalında 
kaledon,  hertsin  və  alp  qırışıqlığı  nəticəsində  yaranmışdır.  4. 
Geoloji  inkişafın  bu  xüsusiyyətlərinə  uyğun  olaraq  Avropada 
Ural  silsiləsi  daxil edilməkdə dörd böyük tektonik sahə əmələ 
gəlmişdir;  a)  paleozoydan  əvvəl  yaranmış  Rus  platforması,  b) 
qitənin  şimal-qərb  kənarını  təşkil  edən  kaledon  qırışıqlığı 
sahəsi,  c)  əsasən  orta  Avropada  geniş  sahə  tutan  hertsin 
qırışıqlığı  sahəsi,  d)  Cənubi  Avropa  və  Orta  Avropanın  Alp  – 
Karpat zonasını təşkil edən Alp qırışıqlığı sahəsi. 5. Dördüncü 
dövr  buzlaşmaları  qitnin  istər  düzənlik  və  istərsə  də  dağlıq 
sahəsində landşaftın inkişafına böyük təsir göstərmişdir. Buzlaq 
örtüyü  altından  çıxan  sahələri  landşaft  zonası  daha  cavan 
olmaları  ilə  başqa  sahələrdən  çox  fərqlənir.  6.  Neogenin  axırı 
və dördüncü dövrdə Alp – Karpat zonasında  yerləşən qüvvətli 
tektonik  qalxma  nəticəsində  dağların  yüksəkliyi  çox  artır  və 
şaquli  landşaft  qurşaqları  spektri  genişlənir.  7.  Yüz  milyon 
davam  edən  mürəkkəb  geoloji  hadisələr  –  tektonik  hərəkətlər, 
maqmatik  proseslər  və  akkumulyasiya  nəticəsində  Avropanın 
qitəsinin  materik  tipli  yer  qabığı  yaramışdır.  Yer  qabığının 
qalınlığı ayrı-ayrı geotektonik sahələrdə eyni deyildir. Ərazinin 
böyük morfostruktur sahələri bu cəhətdən fərqlidir, həm də yer 
qabığının  müxtəlif  qalınlığı  morfostruktur  sahələrdə  özünün 
əksini aydın tapır. Belə ki, platforma sahələri normal qalınlıqda 
materik  qabığın  olması  isə  səciyyələnir.  Bu  sahələrdə  yer 
qabığının  qalınlığı  30-35  km  arasında  dəyişməkdə,  bazalt, 
qranit,  çökmə  süxur  qatlarından  ibarətdir.  Qranit  qat  daha 
qalındır.  Müxtəlif  yaşlı  geosinklinal  qırışıqlığı  qurşaqlarındakı 
böyük  dağlıq  sahələrdə  yer  qabığının  qalınlığı  xeyli  artır. 
Məsələn:  Alp  dağlarından  bu  qalınlıq  45-60  km,  Priney 
yarımadasında  40-45  km,  hertsin  qırışıqlığı  zonasında  30-50 
km  arasında  dəyişir,  Skandinaviya  dağlarında  isə  40  km-ə 
qədərdir. 
Ərazinin morfostruktur differensasiyasından asılı olaraq hər 
bir  sahə  daxilində  yer  qabığının  qalınlığı  müəyyən  dərəcədə 

 
12 
tərəddüd  edir.  Daha  ziddiyyətli  (kontraslı)  tektonik  zonalarda 
(Cənubi  Avropada),  hertsin  və  alp  qırışıqlığının  müxtəlif 
morfostruktur vilayətlərində yer qabığının istər qalınlığı, istərsə 
də  bazalt,  qranit  qatlarının  qalınlığı  xeyli  dəyişir.  Bütün  istər 
ərazinin  ümumi  tektonik  quruluşunda,  istərsə  də  relyefində 
aydın nəzərə çarpır. 
 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə