A z ə r b a y c a n



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə14/36
tarix29.05.2017
ölçüsü7,74 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   36

MALDARLIQ 

 

Maldarlıq  təsərrüfatının  meydana  çıxması  və  inkiĢafı  daha  çox  qədim 



ġərq  ölkələrinin  adı  ilə  bağlıdır.  Bu  mühüm  sahənin  təĢəkkülü  və  sonrakı 

inkiĢafında  Azərbaycanın  da  Qafqazla  birlikdə  öz  yeri  və  töhfəsi  vardır.  Bir  sıra 

təkzibedilməz  dəlillərdən  aydın  olur  ki,  Qafqaz  maldarlığın  yaranmasının  ilk 

vətənlərindən  biridir.  Maldarlığın  ən  mühüm  həyati  problem  kimi  inkiĢafı  üçün 

Qafqaz regionunda daha əlveriĢli Ģərait olmuĢdur. 

Artıq Üst Paleolitin son mərhələsindən etibarən tədricən buzlaĢmalar sona 

çatır və iqlim yenidən tədricən istiləĢir. Ġqlimin dəyiĢməsi ilə əlaqədar heyvanat və 

nəbatat aləmi də dəyiĢərək təxminən müasir iqlim Ģəraitinə uyğun gəlir. Bu dövrdə 

ilk  dəfə  olaraq  ən  mühüm  ixtira  kimi  ox  və  kaman  meydana  çıxır.  F.Engels  bu 

münasibətlə yazır: "Barbarlıq üçün dəmir qılınc və sivilizasiya üçün odlu silah nə 

idisə, vəhĢilik dövrü üçün də yay və ox, eyni Ģey idi, yəni həlledici silah idi" [1]. 

Bu  qiymətli  silahlar  vasitəsilə  vəhĢi  heyvanları  ovlamağa  daha  geniĢ  imkan 

yaranır. Ovçuluğun inkiĢafı heyvanların əhliləĢməsinə gətirib çıxarır. Ona görə də 

heyvanların  əhliləĢməsi  tədricən  yeni  bir  təsərrüfat  sahəsinin  -  maldarlığın 

yaranmasına səbəb olur. 

K.Marks yazır: "BəĢər tarixinin ilk pillələrində daĢ, ağac, sümük və balıq-

qulağından  qayrılmıĢ  alətlərlə  bərabər,  insanın  əhliləĢdirdiyi,  deməli,  əmək  sərf 

edib dəyiĢdirdiyi, bəsləyib yetiĢdirdiyi heyvanlar da əmək vasitəsi olaraq əsas rol 

oynayır" [2]. 

Bir sıra mühüm amilləri nəzərə alaraq maldarlığın əkinçilikdən bir qədər 

əvvəl  yaranması  ehtimalını  irəli  sürmək  olar.  Görünür,  bu  cəhət  həm  də 

heyvanların  tutulub  öyrədilməsinin  nisbətən  asan  olması,  onun  saxlanılması  üçün 

az  yem  və  zəhmət  tələb  etməsi,  daha  çox  məhsul  əldə  edilməsi  ilə  də  əlaqədar 

olmuĢdur.  Bu  baxımdan  F.Engelsin  müddəası  daha  böyük  maraq  doğurur:  "Ət 

yeyilməsi  həlledici əhəmiyyəti olan iki  yeni  nailiyyətə: oddan istifadə  edilməsinə 

və heyvanların əhliləĢdirilməsinə gətirib çıxardı" [3]. 

Azərbaycanda  baĢqa  təsərrüfat  sahələrilə  yanaĢı  maldarlığın  da  inkiĢafı 

təbii-coğrafı Ģəraitlə üzvi surətdə bağlı olmuĢdur. 

Coğrafi  Ģərait  insan  cəmiyyətinin  tarixi  inkiĢaf  prosesində  həlledici  rola 

malik olmasa da, mühüm amillərdən biri kimi qiymətləndirilir. Azərbaycanda hələ 

ibtidai icma quruluĢu dövründə coğrafi Ģərait əhalinin oturaq həyata keçməsinə və 

müxtəlif  təsərrüfat  və  peĢə  sahələrilə  məĢğul olmağa  daha  çox təsir göstərmiĢdir. 

Bu  da  tamamilə  qanunauyğun  bir  haldır.  Məhsuldar  qüvvələrin  aĢağı  səviyyədə 

olması  üzündən  bu  dövrdə  insanlar  təbiət  qüvvələrindən  daha  çox  asılı  vəziyyətdə 

olmuĢlar. Məhz buna görə də yerli tayfalar öz yaĢayıĢ məskənlərini, yaĢayıĢ və güzə-

ranlarını coğrafi Ģəraitə daha uyğun və münasib olan yerlərdə inkiĢaf etdirməyi üstün 

tutmuĢlar. 

Mezolit dövründə ilkin izlərini açan maldarlıq Neolit dövründən yerli əhalinin 



 

 

220 



təsərrüfat  məĢğuliyyətində  və  güzəranında  daha  möhkəm  yer  tutmağa  baĢlayır. 

F.Engelsin  təbirincə...  ev  heyvanlarının  əhliləĢdirilməsi  və  sürülərin  saxlanılması  o 

vaxtda eĢidilməmiĢ sərvət mənbələri yaratmıĢ və tamamilə yeni ictimai münasibətlər 

meydana gətirmiĢdi [4]. 

Maldarlıq təsərrüfatı Mis və Tunc dövrlərində daha da inkiĢaf etmiĢdir. Bu dövr-

lərdə  Azərbaycanda  əhalinin  sayı  əvvəlki  dövrlərə  nisbətən  xeyli  artmıĢdı.  Əhali 

təsərrüfatla  daha  əhatəli  Ģəkildə  məĢğul  olmuĢdur.  Adətən,  maldarlığın  meydana 

çıxması və inkiĢafı kiĢi əməyinin məhsulu kimi qiymətləndirilir. Heç Ģübhəsiz, bu hal 

kiĢinin ictimai rolunun əhəmiyyətli dərəcədə artmasına səbəb olmuĢdur. Tunc dövründə 

köçmə maldarlıq formasının geniĢ miqyas alması, cüt əkinçiliyilə əlaqədar qaramaldan 

qoĢqu qüvvəsi kimi istifadə edilməsi, xırdabuynuzlu heyvanların maldarlıqda üstün rolu 

və  bir  sıra  baĢqa  amillər  qadın  əməyi  rolunun  nəzərə  çarpacaq  dərəcədə  azalmasına 

səbəb olmuĢdur. 

Təsərrüfat sahələrində baĢ verən irəliləyiĢ nəticədə maldarlığın əkinçilikdən 

ayrılmasını labüd etmiĢ, kiĢilərin ictimai həyatdakı rolunu ön plana çəkmiĢdir. KiĢilərin 

təsərrüfat və ictimai həyatda mövqeyi xeyli yüksəlmiĢdir. 

Engels qeyd edir ki, "Birinci böyük ictimai əmək bölgüsündən cəmiyyətin də 

iki  sinfə  birinci  böyük  bölgüsü,  ağalarla  qullara,  istismarçılarla  istismar  olunanlara 

bölgüsü meydana gəldi [5]. 

Maldar tayfalarda müəyyən miqdarda mal-qara, süd, ət, yun, dəri və gön məh-

sulları  artığı  əmələ  gəldi.  "Əvvəllər  mübadilə  tayfalar  arasında  qəbilə  ağsaqqalları 

vasitəsilə  edilirdi;  sürülər  ayrıca  bir  mülkiyyətə  çevrilməyə  baĢladıqda  isə,  ayrı-ayrı 

Ģəxslər arasındakı mübadilə getdikcə daha üstün yer tutdu..." [6]. 

Azərbaycanda tayfa birləĢmələri nəticəsində tədricən bir sıra qüdrətli dövlət-

lər yarandı və inkiĢafa baĢladı. Cənubi Azərbaycan ərazisində Manna, Midiya, Atropatena 

və  ġimali  Azərbaycanda  Albaniya  kimi  zəngin  ərazisi  olan  dövlətlərdə  baĢqa  təsərrüfat 

sahələrilə  yanaĢı,  maldarlıq  daha  geniĢ  miqyas  aldı.  Çoxlu  qaramal  naxırları,  qoyun 

sürüləri ilə yanaĢı, atçılıq və dəvəçilik ayrıca bir sahə kimi inkiĢaf etdi. 

Eramızın  əvvəllərindən  etibarən  Azərbaycan  xalqının  ictimai-siyasi  və 

mədəni həyatında bir sıra mühüm dəyiĢikliklər baĢ verdi. Məhsuldar qüvvələrin inkiĢafı 

nəticəsində yeni, daha mütərəqqi feodal istehsal münasibətləri meydana çıxır və for-

malaĢırdı.  Bu  inkiĢaf  özünü  maldarlıq  təsərrüfatında  açıq-aĢkar  büruzə  verirdi. 

Azərbaycanın  geniĢ  düzlərində,  səfalı  yaylaqlarında  çoxlu  qoyun  sürüləri,  naxırlar, 

ilxılar iri feodalların əlində cəmləĢirdi. 

ĠnkiĢaf etmiĢ feodalizm dövründə Atabəylər, ġirvanĢahlar və Səfəvilər dövlət-

lərinin saysız-hesabsız mal-qarası, cins atları və dəvələri geniĢ əraziyə yayılmıĢ və Ģöhrət 

tapmıĢdır. Maldarlıq təsərrüfatı əhalinin iqtisadi həyatında mühüm rol oynayaraq, əsas 

gəlir mənbəyindən biri kimi üstün mövqeyə malik olmuĢdur. Eyni vəziyyəti XVIII-XIX 

əsrlərə də Ģamil etmək olar. 

 


 

 

221 



* * * 

 

Mal-qaranın lazımi qaydada alafla təmin edilməsi maldarların diqqətini cəlb 



edən mühüm iĢlərdən olmuĢdur. AxtarıĢlardan aydın olur ki, Azərbaycan rəngarəng və 

zəngin bitki örtüyünə malik bir ölkədir. Qafqazın bitki örtüyünün altmıĢ faizini özündə 

birləĢdirən Azərbaycanda dörd mindən çox bitki növü mövcuddur [7]. 

Böyük və Kiçik Qafqaz dağlarındakı əlveriĢli iqlim və bol çəmənliklər əsrlər 

boyu  maldarlığın  inkiĢafına  əsaslı  zəmin  yaratmıĢdır.  Subalp  və  alp  çəmənləri  otlaqların 

maldarlıq üçün əvəzsiz yem mənbəyidir. Burada bitən çoxillik bitkilər növ  müxtəlifliyi, 

keyfiyyətinin üstünlüyü və əhəmiyyətliliyi ilə səciyyələnən əsas yem  mənbəyi sayılır. 

Köçmə  və  yarımköçmə  maldarlıq  formaları  Ģəraitində  yaylaqlar  və  oradakı  geniĢ 

örüĢlər  maldarlığın  aparıcı  təsərrüfat  sahələrindən  birinə  çevrilməsinə  az  təsir 

göstərməmiĢdir. 

Kiçik və Böyük Qafqaz dağları arasında yerləĢən Kür-Araz ovalığı ġirvan, Mil, 

Qarabağ və Muğan düzənliklərinə bölünür. Bu yerlərin iqlimi yay aylarında isti,  qıĢ 

aylarında  isə  mülayim  keçir.  Ona  görə  də  qıĢ  və  yay  aylarında  mal-qaranın  yer-

ləĢdirilməsi və bəslənilməsi üçün ən münasib ərazi sayılır. Kür-Araz ovalığının torpaq 

örtüyü  müxtəlif  olduğu  kimi,  bitki  örtüyü  də  öz  zənginliyi  və  keyfiyyəti  etibarilə 

üstünlük  təĢkil  edir.  Bu  ovalıqda  bitən  səhra  və  yarımsəhra  bitkiləri  çoğan,  qaraĢoran, 



 

 

222 



sarıbaĢ,  soğanaqlı,  qırtığ,  tonqalotu,  quramat,  ġərq  bozağı,  çiling  burnu,  yovĢan,  çərən, 

qıĢotu, Ģahsevdi, daraqlı ayrıcın, qarağan, kəngiz, efmer bitkiləri və s. ilə daha zəngindir 

[8]. 

Bu otlaqlar mal-qaranın əsas qıĢ yem mənbəyi hesab olunur. Bu geniĢ düzən-



liklərdə  təkcə  Azərbaycan  deyil,  qonĢu  ölkələrin  də  mal  qarasının  müəyyən  hissəsi 

qıĢlayır,  ona  görə  də  Cənubi  Qafqazda  mal-qaranın,  xüsusilə  xırdabuynuzlu  hey-

vanların qıĢlaqda saxlanıb-otarılmasında bu ərazi müstəsna əhəmiyyət kəsb edir.  Heç 

Ģübhəsiz, bu düzənliklərdə indi da izləri qalan və geniĢ ərazini əhatə edən qədim süni 

suvarma  arxları  əkinçiliklə  yanaĢı,  maldarlığın  da  inkiĢafına  öz  müsbət  təsirini 

göstərmiĢdir. 

Azərbaycanın cənub-Ģərqini əhatə edən TalıĢ dağ sistemi, Lənkəran ovalığı və 

Naxçıvan  ərazisi  maldarlığın  inkiĢafına  təsir  edən  geniĢ  örüĢlərə  malikdir.  Lakin  tarixən 

Cənubi Azərbaycan ərazisi daha geniĢ sahəni əhatə etmiĢ və öz zəngin təbiəti və maldarlıq 

üçün  daha  əlveriĢli  olan  otlaqlara  malik  bir  ölkə  kimi  tanınmıĢdır.  Bütövlükdə 

Azərbaycanın zəngin florası maldarlığın inkiĢafına əsaslı zəmin yaratmıĢdır. 

Azərbaycanda qoyun sürüləri demək olar ki, il boyu otlaq Ģəraitində bəslənirdi. 

Ona görə də qoyunçular alafa o qədər də böyük ehtiyac hiss etmirdilər. Bir qayda olaraq, 

yaylaq və qıĢlaq Ģəraitində xüsusi ayrılmıĢ yerdə və ya sahədə otlaqlar xam saxlanırdı. Bu 

xam otlaqdan sürü soyuqda örüĢə gedə bilməyəndə və ya qoyun xəstələnəndə, habelə bir 

sahə otarılıb tamamilə əldən çıxanda istifadə edilirdi. Lakin dağ və dağətəyi zonalarda 

qoyunçuluq  təsərrüfatları  qıĢ  aylarında  alafdan  istifadə  edirdilər.  QıĢ  bərk  gələndə, 

Ģaxtalar ara verməyəndə düzən ərazidə də alafdan istifadə edilirdi. Heyvan qıĢdan arıq 

çıxdıqda və döl Ģəraitində xırdabuynuzlu heyvanlara yumĢaq ot, yonca, saman, arpa və 

kəpək  verilirdi.  Bu  münasibətlə  xalq  arasında  deyilir:  "QıĢda  çör-çöp  qoymaz  sürü, 

yayda otdan doymaz sürü". 

Ot, saman, yonca və arpa ən çox at ilxıları və qaramal naxırları üçün əvvəlcə-

dən tədarük edilirdi. Tövlə Ģəraitində saxlanan at, inək və qoĢqu heyvanları gün ərzində 

iki dəfə sulanır və bir neçə dəfə yemlə təmin edilirdi. Otun biçilməsində həlledici alət 

kərənti sayılırdı. Biçinçilər biçənəkləri biçir və otu yığırdılar. Bir qayda olaraq biçilmiĢ ot 

yerli iqlim Ģəraitilə əlaqədar bir-iki gün sahədə qalıb quruyurdu. Sonra qurumuĢ otu üst-

üstə  yığıb  lodaya  vururdular.  Lodalardan  "xorum",  "xotma",  "tapıl"  düzəldilirdi.  Sonra 

otu lazım olan münasib yerə daĢıyır və taya vururdular. 

Taya iki cür olurdu. Dairəvi ĢiĢ taya o qədər də iri olmayıb fərdi təsərrüfat üçün 

daha xarakterik idi. Belə  tayalarda  təxminən  beĢ-altı  araba ot  olurdu. Tayanın oturaca-

ğına  ağac  düzür  və  ya  daĢ  qoyurdular  ki,  nəm  çəkməsin.  Lakin  çoxlu  at  ilxısı  və 

qaramal  naxırı  olan varlılar saxladıqları heyvana  yaxın yerdə uzun tayalar vururdular. 

Belə uzunsov tayalara xalq arasında "ilan yalı" və ya "ilan beli" deyilirdi. Bu tayalar da 

münasib yerdə düzəldilir, üstünə iri daĢ, kərən və s. baĢqa ağır Ģeylər qoyulurdu ki, onu 

külək vurub uçurmasın. Dağ yerlərində alaf əsasən qara damlarda saxlanardı. 

Ot və yoncadan baĢqa at və qaramalın bəsləməsində saman da əsas alaf növü 

sayılırdı. Taxıl döyüldükdən sonra sovrulmuĢ saman xüsusi düzəldilmiĢ samanlıqlara  

 


 

 

223 



 

 

 

224 



 

 

tökülür,  qıĢ  zamanı  hörmə  çubuq  səbətlərlə  daĢınaraq,  heyvanlara  verilirdi.  ġübhəsiz 



arpa-saman  heyvan  yemi  kimi  daha  üstün  tutu-lurdu.  Arpa  ən  çox  ata  verilirdi.  Minik 

qoĢqu qüvvəsi kimi iĢlədilən və arıq düĢən atlara arpa daha çox verilirdi. 

 

 

 



 

 

 



 

 

 



 

 


 

 

225 



QOYUNÇULUQ 

 

Qoyunlu evlər gördüm, 



QurulmuĢ yaya bənzər. 

Qoyunsuz evlər gördüm, 

QurumuĢ çaya bənzər. 

 

Azərbaycan həm da ən qədim qoyunçuluq ölkələrindən biri kimi tanınır. 



Azərbaycanın  təbii-coğrafı  Ģəraiti  bu  ərazidə  maldarlığın,  xüsusilə 

qoyunçuluğun yaranmasına və inkiĢafına  xüsusi təsir göstərmiĢdir. Həmin dövrdə 

Azərbaycanda yaĢayan qəbilələrin əkinçilik və maldarlıqla məĢğul olmaları onların 

məiĢətində  böyük  dəyiĢikliklərə  səbəb  olmuĢdur.  Bu  dövrdə  insanlar  kollektiv 

Ģəkildə  güzəran  keçirsələr  də  maldarlıqda,  xüsusilə  ona  qulluq  etməkdə, 

bəsləməkdə əsas yeri kiĢilər tutmuĢdur. 

Azərbaycanda Neolit dövrünə aid bir sıra abidələrdə iri və xırdabuynuzlu 

heyvan sümükləri aĢkar edilmiĢdir. Lakin bu heyvan sümükləri içərisində qaramal 

sümükləri  daha  çoxdur.  Bu  dövrdə  oturaq  maldarlıq  forması  Ģəraitində  üstünlüyü 

qaramal təĢkil etmiĢdir. Qoyunçuluq maldarlıq təsərrüfatında ikinci yeri tutmuĢdur. 

Mal-qara əsas yaĢayıĢ yerinin ətrafındakı örüĢlərdə otarılmıĢ, axĢamlar isə yaĢayıĢ 

yerində  saxlanılmıĢdır.  Ġbtidai  icma  quruluĢunda  yaĢayan  əhali  xırdabuynuzlu 

heyvanların ətindən,  yunundan, dərisindən, südündən istifadə  etmiĢ və  qismən də 

sümüyündən  müxtəlif  alətlər  hazırlayıb  məiĢətdə  iĢlətmiĢlər.  Qoyunçuluq  Eneolit 

və Tunc dövrlərində daha da inkiĢaf etmiĢdir. E.ə. V-II minilliklər arasında qoyun-

çuluq təsərrüfatı xeyli geniĢləndirilmiĢ və ümumi Azərbaycan miqyasında maldar-

lıq  təsərrüfatında  birinci  yerə  çıxa  bilmiĢdir.  ġübhəsiz  ki,  bu,  bir  sıra  obyektiv 

səbəblərlə əlaqədar olmuĢdur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

226 



E.ə. IV milliyin sonundan II minilliyin ortalarınadək qoyunçuluq dövrünə 

görə xeyli inkiĢaf etmiĢ, qoyun sürülərinin sayı artmıĢ və maldarlıq təsərrüfatında 

aparıcı sahəyə çevrilmiĢdi. 

E.ə.  IV-II  minilliklərdə  əhalinin  əvvəlki  dövrə  nisbətən  xeyli  artımı, 

iqtisadi  əlaqələrin  və  mübadilənin  nisbətən  geniĢlənməsi  xırdabuynuzlu  heyvan 

sürülərinin sayının artmasına Ģərait yaratdı. 

Heyvan  sürülərinin  artırılması,  otlaq  yerlərinin  geniĢləndirilməsi  və 

qorunması, həmçinin sürülərin saxlanılması əsasən kiĢilərin öhdəsinə düĢürdü. Bu 

münasibətlə  F.Engels  yazırdı:  "Sürülər  yeni  peĢə  vasitələri  idi:  onların  ilkin 

əhliləĢdirilməsi, sonra da onlara baxılması kiĢinin iĢi idi" [8]. 

Azərbaycanda  yaĢayan əhali e.ə. IV-II minilliklərdə xırdabuynuzlulardan 

əsasən  ətlik,  südlük,  yunluq  və  mübadilə  üçün  istifadə  etmiĢlər.  Həmin  dövrdə 

qoyunçuluğun birinci yerə çıxmasına köçmə maldarlıq formasının yaranmasının və 

inkiĢaf etməsinin də az təsiri olmamıĢdır. 

E.ə. I minillikdən etibarən ibtidai icma quruluĢu dağılmıĢ və tədricən ilk 

sinifli cəmiyyət  yaranmıĢdır. Bu dövrdə qoyunçuluq daha da inkiĢaf etdirilmiĢ və 

əhalinin təsərrüfat məiĢətində müstəsna rol oynamıĢdır. 

Cənubi  Qafqazda  qoyunçuluğun  inkiĢafı  barədə  Urartu  mixi  yazılarında 

xeyli məlumat vardır. Həmin mixi yazılarda xəbər verilir ki, Menuanın oğlu I ArgiĢti 

Manna  və  BuĢtu  ölkələrinə  dəfələrlə  etdiyi  hücum  zamanı  çoxlu  xırdabuynuzlu 

heyvan sürüləri aparmıĢdır. I ArgiĢti e.ə. 780-ci ildə Manna ölkəsinə hücum edərək 

33203 baĢ, 779-cu ildə Manna və BuĢtu ölkələrinə hücum etdiyi zaman 36830 baĢ, 

777-ci il isə həmin ölkələrdən 19550 baĢ xırdabuynuzlu heyvan aparmıĢdır [10]. 

E.ə. VIII əsrin ortalarında  I ArgiĢtinin oğlu II Sardurun Cənubi Qafqaza 

bir  il  ərzində  etdiyi  yürüĢlər  zamanı  214700  baĢ  xırdabuynuzlu  heyvan  apardığı 

göstərilir  [11].  "Avesta"nın  bir  qədər  sonrakı  dövrlərə  aid  hissələrində  10  minə 

qədər  xırdabuynuzlu  heyvanların  qurban  kəsilməsi  qeyd  edilir  [12]. Bir  halda  ki, 

qurbanlara  bu  çoxluqda  heyvan  kəsilirmiĢ,  onda  burada  yüz  minlərlə 

xırdabuynuzlu heyvanın saxlanılması aydın olur. 

E.ə. I millikdən eramızın III əsrlərinə qədərki dövrə aid bir sıra arxeoloji 

abidələrdən  tapılan  xırdabuynuzlu  heyvan  skeleti,  onların  bu  və  ya  digər  abidələr 

üzərində  təsviri  qoyunçuluğun  dövrünə  görə  böyük  əhəmiyyət  kəsb  etdiyini  gös-

tərən  əsas  amillərdəndir.  Lakin  qoyunçuluğun  inkiĢaf  etməsinə  baxmayaraq, 

qədimdə cinsləĢmə prosesi son dərəcə ləng gedirdi. Ġstehsal münasibətinin dövrünə görə 

aĢağı  səviyyədə  olması,  əhalinin  bu  sahədə  empirik  təcrübəsinin  azlığı  yeni  cins 

yetiĢdirmək  iĢini  xeyli  çətinləĢdirirdi.  Mütəxəssislərin  osteoloji  materiallar  üzərində 

apardıqları tədqiqlərindən aydın olur ki, əsrlər keçsə də cinsləĢmədə dəyiĢikliklər çox 

az olurdu. Lakin təbii-coğrafi Ģəraitə uyğun davamlı  heyvan cinsləri formalaĢmalı  idi. 

Tez-tez baĢ verən müharibələr zamanı əldə edilən heyvan sürülərinin bir-birinə qarıĢması 

və iqtisadi-mədəni əlaqələrin geniĢlənməsi də yeni heyvan cinsinin yaranmasına imkanı 

artırdı. 


 

 

227 



Mingəçevirdə aparılan arxeoloji qazıntılar nəticəsində aĢkar edilən osteoloji 

qalıqların  az  bir  qisminin  tədqiqindən  aydın  olur  ki,  qədim  Mingəçevir  quyruqlu 

qoyunu  müasir  bozaq  qoyunlarla,  keçiləri  isə  müasir  yerli  Azərbaycan  cinsilə  çox 

yaxınlıq təĢkil edir. Lakin bunların arasında müəyyən fərq də vardır. Qədim Mingəçevir 

qoyun  və  keçiləri  Azərbaycanın  müasir  qoyun  və  keçilərinə  nisbətən  gödək-ayaqlı, 

iribədənli və çəkisi etibarilə ağır olmuĢdur [13]. 

Eramızın  III-V  əsrlərindən  Azərbaycanda  feodalizm  cəmiyyətinin 

təĢəkkülü  və inkiĢafı dövründə qoyunçuluğun da əvvəlki dövrə nisbətən xeyli inkiĢaf 

etdiyini  sübut  edən  lazımi  qədər  sübutlar  vardır.  Hətta  əsrlər  boyu  Azərbaycana  edilən 

arası kəsilməyən hücumların əsas səbəblərindən biri burada maldarlığın, xüsusilə qoyun-

çuluğun  dövrünə  görə  yüksək  səviyyədə  inkiĢafı  olmuĢdur.  Feodal  hakimiyyəti 

dövründə  qoyunçuluq  daha  da  inkiĢaf  etmiĢdir.  Belə  bir  Ģəraitdə  yeni  yarımköçəri 

maldarlıq  forması  meydana  çıxmıĢdır.  Bu  formanın  təxminən  feodalizmin  Azər-

baycanda təĢəkkül tapıb inkiĢaf etdiyi bir dövrdə yaranmasını ehtimal etmək olar. Lakin 

bu  forma  XI-XIII  əsrlərdə  daha  geniĢ  Ģəkil  almıĢ  və  sonrakı  əsrlərdə  öz  mövqeyini 

xeyli gücləndirmiĢdir. 

Eramızın IX-XII əsrlərində Azərbaycan Ģəhərləri daha da inkiĢaf edirdi. Bu 

Ģəhərlərdə  toxuculuğun  inkiĢafı  xeyli  geniĢlənirdi.  Bu  da,  heç  Ģübhəsiz,  xammalın 

bolluğu  ilə  əlaqədar  idi.  Qoyunçuluğun  inkiĢafı  Ģəhər  sənətkarlarını  yun  ilə  təmin 

edirdi. ġəhərlərin məĢhur bazarlarında yunla yanaĢı, həm də xırda buynuzlu heyvanlar 

satılırdı. Bu cəhətdən Bərdənin Gülsara bazarı daha məĢhur idi. Eramızın X əsrində 

yaĢayan  ərəb  alimi  Ġbn  Hövqəlin  verdiyi  məlumat,  yalnız  ticarətin  deyil,  həm  də 

qoyunçuluğun dövrünə görə yüksək səviyyədə olduğunu sübut edir. O yazır ki, Bərdənin 

Gülsara  bazarında  bir  dəfəyə  bir  milyon  baĢ  xırdabuynuzlu  heyvan  satılırdı  [14]. 

Doğrudur,  bu  rəqəmdə  xeyli  ĢiĢirdilmə  halları  vardır.  Lakin  bu  dəlil  Azərbaycanda 

sayagəlməz  heyvan  sürülərinin  olmasına  iĢarədir.  Eramızın  664-cü  ilində  CavanĢir 

hunların  Albaniyadan  apardıqları  120  min  baĢ  xırdabuynuzlu  heyvanları  geri 

qaytarmıĢdır  [15].  Deməli,  həmin  dövrdə  Azərbaycanda  çoxlu  heyvan  sürülərinin 

olması halı heç cür Ģübhə doğura bilməz. 

Azərbaycanda  orta  əsrlərdə  qoyunçuluq  təsərrüfatının  araĢdırılmasında 

"Kitabi-Dədə  Qorqud"  əsərinin  böyük  əhəmiyyəti  vardır.  Əsasən  maldar  əhalinin 

həyatından  bəhs  edən  bu  abidə  təxminən  eramızın  X-XI  əsrlərinə  aid  hadisələrlə 

səsləĢir. Bu əsərdə xırdabuynuzlu heyvanlar haqqında məlumat daha ətraflıdır. Əsərdə 

Salur  Qazanın  on  min  qoyunu  olması  faktı  qoyunçuluq  təsərrüfatı  baxımından  böyük 

marağa səbəb olur [16]. 

Əsasən köçmə və yarımköçəri maldarlıq formasına əsaslanan qoyunçuluq təsər-

rüfatı sonrakı əsrlərdə də durmadan inkiĢaf etdirilmiĢdir. 

Azərbaycan ərazisinin bir sıra guĢələrində orta əsrlərə aid qoyun, qoç və quzu-

dan  ibarət  daĢ  heykəllərin  varlığı,  xırdabuynuzlu  heyvan  təsvirləri  onun  müqəddəs 

heyvan sayılması, həm də aparıcı təsərrüfat sahələrindən biri olmasını təsdiqləyir. Lakin 

bu  inkiĢaf  özünü  XIX  əsrdə  daha  qabarıq  Ģəkildə  göstərir.  Bu  dövrdə  xırdabuynuzlu 


 

 

228 



heyvanların  sayı  əvvəlki  əsrlərlə  müqayisə  edilməz  dərəcədə  artmıĢdı.  Qoyunçuluqda 

kəmiyyət  və keyfiyyət dəyiĢiklikləri baĢ vermiĢdi. XIX əsrdə iqtisadiyyatda ikinci yeri 

tutan  maldarlıq  təsərrüfatında  xırdabuynuzlu  heyvanların  mövqeyinin  daha  üstün 

olduğunu sübut edən çoxlu dəlillər vardır. 

XIX əsrin birinci yarısında xırdabuynuzlu heyvanların sayı və tutduqları möv-

qeləri  haqqında  verilən  məlumatlar  tam  olmasa  da,  müəyyən  mülahizələr  söyləməyə 

imkan  verir.  1843-1851-ci  illərdə  Azərbaycanın  bir  sıra  qəzalarında  xırdabuynuzlu 

heyvanların sayı müxtəlif olmuĢdur. Məsələn, 1843 və 1851-ci illərdə Quba qəzasında 

müvafiq  olaraq  159419  və  147296  baĢ,  Bakı  qəzasında  50841  və  27125  baĢ,  ġamaxı 

qəzasında 133201 baĢ, [17] ġəki qəzasında 18500 və 32620 baĢ, ġuĢa qəzasında 79114 

və 307562 baĢ, Lənkəran qəzasında 35842 və 60000 baĢ [18] xırdabuynuzlu heyvan 

olmuĢdur. XIX əsrin ən mühüm qoyunçuluq ərazisindən biri, heç Ģübhəsiz, Yelizavetpol 

ərazisi  olmuĢdur.  1845-ci  ildə  Yelizavetpol  qəzasında  xırdabuynuzlu  heyvanların  sayı 

441180 baĢa çatdırılmıĢdı [19]. Naxçıvan qəzasında isə xırdabuynuzlu heyvanların sayı 

1844-cü  ildə  34616  baĢ,  1849-cu  ildə  42668  baĢ  olmuĢdu.  Demoli  Naxçıvan  qəzası 

göstərilən dövrdə bu sahədə baĢqa qəzalardan xeyli geridə qalırdı. Bu sahədə Car-Balakən 

dairəsi  daha  böyük  üstünlük  qazanmıĢdı.  Burada  1845-ci  ildə  185780  baĢ 

xırdabuynuzlu heyvan olmuĢdur [20]. 

Bu göstərilən dəlillər Azərbaycanda XIX əsrin birinci yarısında qoyunçuluğun nə 

dərəcədə yayılıb inkiĢaf etdiyini sübut edir. Lakin həmin dövrdə Azərbaycanda daha çox 

xırdabuynuzlu heyvan olduğunu qeyd etmək olar. Siyahının tam aparılmaması, müəyyən 

ərazidə  qoyunların  siyahıya  düĢməməsi,  bəzən  də  bu  iĢə  qeyri-normal  hal  kimi 

baxılması qoyunçuluğun ümumi inkiĢaf dinamikasını aydınlaĢdırmağa imkan vermir. 

XIX  əsrin  ikinci  yarısında  xırdabuynuzlu  heyvan  köçmə  və  yarımköçəri  mal- 

darlıqla  məĢğul  olan  əhali  arasında  mühüm  rol  oynayırdı.  Bu  maldar  əhali  əsasən 


 

 

229 



qoyunçuluqla məĢğul olurdular. 

XX  əsrin  60-cı  illərində  Bakı  quberniyasında  1445092  baĢ  qoyun  olduğu  qeyd 

edilir [21]. Yelizavetpol quberniyasında isə bu, 1150500 baĢ olmuĢdur [22]. Lakin XIX 

əsrin  90-cı  illərində  qoyunçuluq  təsərrüfatında  nəinki  inkiĢaf,  hətta  xeyli  tənəzzülün 

olduğu aydınlaĢdırılmıĢdır. 1894-cü ildə Bakı quberniyasında 1016443 baĢ,  Yelizavetpol 

quberniyasında  isə  1163878  baĢ  qoyun  olduğu  göstərilir  [23].  Qoyunçuluq 

təsərrüfatındakı bu gerilik Azərbaycanın baĢqa yerlərində də müĢahidə edilmiĢdir. 

ġübhəsiz,  bu  geriləmənin  bir  sıra  obyektiv  səbəbləri  olmuĢdur.  Bunlardan  da  ən 

əsasları  köçmə  və  yarımköçəri  maldarlıqla  məĢğul  olan  əhalinin  müəyyən  qis-

minin tədricən oturaq həyata keçməsi, əkinçiliklə əlaqədar qaramal və atdan qoĢqu 

vasitəsi kimi istifadəyə tələbin daha çox artması və s.-dir. 

XX  əsrin  əvvəllərində  də  qoyunçuluq  təsərrüfatı  əhalinin  iqtisadi 

həyatında  mühüm  rol  oynamaqda  davam  edirdi.  QıĢlaq  və  yaylaq  Ģəraitində 

bəslənən  xırdabuynuzlu  heyvanların  otarılan  örüĢləri  mülkədarların  və  dövlətin 

əlində  cəmlənmiĢdi.  Kəndlilər,  daha  doğrusu,  tavanasız  və  ortabab  maldarlar 

otlaqlardan icarə yolu ilə, ya da pul ödəməklə istifadə edə bilirdilər. Lakin elə varlı 

kəndlilər  var idi ki,  onların hər birinin ixtiyarında  15-20 sürü qoyun var idi  [24]. 

Azərbaycanın qərb zonasından toplanan etnoqrafik materiallardan aydın olur ki, bu 

tərəflərdə 4-5 min baĢ qoyunu olan onlarla varlı kəndli olmuĢdur. 2-4 sürüsü olan 

kəndlilər isə daha çox idi. 

XX əsrin əvvəllərində Azərbaycan üzrə qoyunçuluq təsərrüfatında birinci 

yeri Yelizavetpol quberniyası tuturdu. Bu quberniyada həmin dövrdə 1,5-2,5  



 

 

230 



 

 

 

231 



milyon  baĢ  qoyunun  olduğu  qeyd  edilir  [25].  Əgər  1902-ci  ildə  Bakı 

quberniyasında 868806 baĢ qoyun var idisə, həmin ildə Yelizavetpol quberniyasında 

qoyunların  sayı  1774919  baĢa  çatırdı.  Əgər  1913-cü  ildə  Bakı  quberniyasında 

903534  baĢ  qoyun  var  idisə,  həmin  ildə  Yelizavetpolda  bir  milyondan  çox,  daha 

dəqiq  desək,  1262780 baĢ  qoyun  var  idi  [26].  Yeri  gəlmiĢkən  bir  cəhəti  də  qeyd 

etmək lazımdır  ki,  XIX  əsr  və  XX  əsrin əvvəllərində  Cənubi Qafqaz qoyunçuluq 

təsərrüfatında  Azərbaycan  birinci  yeri  tuturdu.  Bu  da,  heç  Ģübhəsiz,  bu  ərazinin 

əlveriĢli  iqlimi,  zəngin  və  keyfiyyətli  bitki  örtüyü,  yaylaq  və  qıĢlaq  Ģəraiti 

qoyunçuluğun inkiĢafına imkan yaratmıĢdı. BaĢqa ev heyvanlarına  nisbətən yemə 

az tələbkar olan qoyun həm də çətin Ģəraitə dözümlüdür. Qoyunun az zəhmət və az 

xərclə bəslənməsi və bol məhsul verməsi də mühüm Ģərtdir. Qoyun həm də artımlı 

heyvandır.  Etnoqrafik  məlumatlardan  aydın  olur  ki,  yaxĢı  qulluq  edilmiĢ  ana 

qoyuna  vaxtında  faraĢ  qoç  qatılsa  12-13  ay  ərzində  iki  dəfə  bala  almaq 

mümkündür.  Belə  Ģəraitdə  çox  vaxt  əkiz  bala  alma  halları  da  olur.  Təxmini 

hesablamalara görə əlveriĢli Ģərait və xüsusi bəsləmə nəticəsində hər yüz qoyundan 

110  və  ya  120  baĢ  bala  almaq  olur.  Ona  görə  də  xalq  qoyunçuluq  təsərrüfatına 

yüksək qiymət verərək 

 

Qoyunun oldu on,  



Gey qırmızı don.  

Qoyunun oldu əlli,  

Adın oldu bəlli. 

 

Qoyunun oldu yüz,  



Gir içində üz. 

Qoyunun oldu min,  

Köhlənini min demiĢlər. 



Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə