A z ə r b a y c a n



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə2/36
tarix29.05.2017
ölçüsü7,74 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   36

TARĠXĠ OÇERK 

 

Azərbaycan bəĢər sivilizasiyasının çox qədim mərkəzlərindən biridir. Xalqı-



mız minilliklər boyu bu bərəkətli diyarda davamlı yaĢamıĢ, olduqca zəngin maddi və 

mənəvi  irs  yaratmıĢdır.  Yurdumuzun  əlveriĢli  təbii-coğrafı  Ģəraiti, bitki  və  heyvan 

aləminin zənginliyi milyon illər öncədən insanların burada davamlı məskən salmasına 

imkan vermiĢdir. 

Son dövrlərdə aparılan elmi araĢdırmalar Qafqazın, о cümlədən Azərbaycanın 

ilk  insanların  yaĢadığı bölgələrdən biri olduğunu  sübut edir.  Mütəxəssislərin  fikrincə, 

3-3,5 milyon il əvvəl ġərqi Afrikada, Ön və Cənubi Asiyada, Cənubi Avropada fiziki 

quruluĢu  və  həyat  tərzi  gələcək  insanların  formalaĢması  üçün  əsas  olan  driopitek, 

ramapitek  və  s.  avstraliopitek  tipli  məxluqlar  yaĢayırdılar.  Bu  tip  paleoantropoloji 

tapıntıların  biri  də  Gürcüstanın  Azərbaycanla  sərhədi  yaxınlığında,  Udabno  adlı  yerdə 

aĢkar edilmiĢdir [1]. Bu məxluqların çoxu, о cümlədən udabnopitek insan təkamülündə 

barsız budaq olsa da, bu fakt insanabənzər məxluqların ən qədim çağlardan Qafqazda 

yaĢadığını göstərən ilk maddi dəlil kimi qiymətlidir. 

Təkamül prosesində insanabənzər varlıqların çox az bir qismi ət yemək, ov 

etmək  qabiliyyətini  inkiĢaf  etdirmiĢ,  iki  ayaqla  yerimək,  ən  sadə  əmək  alətləri 

düzəltmək  vərdiĢlərini  tədricən  möhkəmlətmiĢlər.  Son  elmi  tədqiqatlara  görə,  Yer 

üzərində ilk insanlar 2,5-3 milyon il öncədən yaĢamağa baĢlamıĢlar. ġərqi Afrika və 

ġərqi Aralıq dənizi hövzəsi ilə birlikdə Cənubi Qafqaz da ən qədim insanların  ilkin 

yaĢadıqları  regionlardan  biri  olmuĢdur.  XX  əsrin  90-cı  illərində  Borçalıda  (müasir 

Gürcüstanın  Dmanisi  bölgəsində)  alınan  və  gürcü  alimlərinin  arxeoloji  araĢdırmaları 

zamanı  1,8-2  milyon  il  əvvələ  aid  6  mindən  çox  daĢ  alət,  heyvan  sümükləri  və  ən 

baĢlıcası, həmin dövrdə yaĢamıĢ insanın qalıqları: alt çənəsi, ayaq darağı, qafa tası aĢkar 

edilmiĢdir  [2].  Mütəxəssislərin  Homo  erektus  adı  verdiyi  bu  varlıqlar  onlarla  bir 

dövrdə  yaĢamıĢ  Homo  habilislərdən  düzqamətli  və  beyin  tutumlarının  daha  böyük 

olması ilə fərqlənmiĢlər. 

Azərbaycan arxeoloqlarının tədqiqatları da müasir Azərbaycan ərazisində ilk 

insanların  çox  qədim  çağlardan  -  1,5  milyon  il  öncədən  davamlı  yaĢadığını  göstərir. 

Qarabağın cənub-Ģərqində Quruçay dərəsindən, çaydan soldakı yamacda yerləĢən Azıx 

mağarasının  alt  qatlarından  adi  çay  daĢından  hazırlanmıĢ  kobud  çapma  alətləri,  ərsinlər, 

qaĢovlar,  4-5  kq  ağırlığında  nəhəng  çoppervari  alətlər  tapılmıĢdır  [3].  Bu  əmək  alətləri 

formasına  və  hazırlanma  texnikasına  görə  ġərqi  Afrikadakı  Olduvey  düĢərgəsindən 

aĢkarlanmıĢ əmək alətləri ilə müqayisə edilmiĢ və qismən uzlaĢma müəyyənləĢdirilsə də, 

buradakı əmək alətlərinin daha çox özünəməxsus xüsusiyyətlər daĢıdığı aydın olmuĢdur. 

Alimlərin  "Quruçay  mədəniyyəti"  adı  verdiyi  həmin  maddi  mədəniyyət  nümunələrini 

yaradan insanların təxminən 1,2-1,5 milyon il öncədən yaĢaması müəyyən edilmiĢdir. Bu 

insanlar  ilk  öncə  Quruçay  dərəsində  yaĢamıĢ,  Azıx  mağarasına  köçdükdən  sonra  da 

həmin  ərazi  ilə  sıx  bağlı  olmuĢlar.  Dərədən  götürdükləri  daĢlardan  əmək  alətləri 


 

 

19 



hazırlamıĢ,  orada  yığıcılıqla  məĢğul  olmuĢ,  ova  çıxmıĢlar.  Azıx  mağarasının  VII-X 

təbəqələrindən  aĢkar  edilmiĢ  əmək  alətləri  Quruçay  mədəniyyətinin  700  min  il 

əvvələ  kimi  davam  etdiyini  təsdiqləyir.  Bu  mədəniyyətin  daĢıyıcıları  ovçuluq  və 

yığıcılıqla  məĢğul  olmuĢ,  oddan  istifadə  etməyi  bacarmıĢlar.  Alt  qatlardakı  sümük 

yanıqları  və  kömür  qırıntıları  Azıx  sakinlərinin  təbii  oddan  istifadə  etdiklərindən 

xəbər verir [4]. 

Azıx mağarasının VI təbəqəsindən 2 mindən çox daĢ alət, çoxlu heyvan sümük-

ləri aĢkar edilmiĢdir. Erkən AĢel dövrünə (700 min - 500 min il əvvəl) aid edilən bu 

təbəqədən tapılan alətlər tipoloji cəhətdən alt təbəqələrin alətləri ilə uzlaĢsa da, daha 

təkmil olmaları ilə seçilirlər. Bu dövrdə yeni alətlər: əl çapacaqları, diĢli-gəzli alətlər 

meydana  çıxmıĢ,  ovlanan  heyvanların  çeĢidi  geniĢlənmiĢdir.  Quruçay  mədəniyyəti 

təbəqələrindən  yalnız  məhdud  sayda  maral,  antilop,  qaban  sümükləri  aĢkar  edildiyi 

halda, Erkən AĢel dövründə mağara ayısı, ibtidai at, kərgədan, bizon və s. iri heyvanlar 

ovlanması  geniĢ  miqyas  almıĢdı.  Azıx  mağarasında  aĢkar  edilmiĢ  bu  heyvanların 

sümüklərinin çoxu iliyi çıxarılması üçün qırılmıĢdır, həm də çoxunun üzərində  yanıq 

izi vardır. 

Azıx  sakinlərinin  uzun  müddət  ərzində  davamlı  surətdə  oddan  istifadə 

etmələri AĢel qatlarında 4 ocaq yerinin üzə çıxarılması ilə təsdiqlənir. Ən qədim ocağın 

yaĢı 700 min ilə yaxındır və bu, elmə məlum olan ilkin ocaq yerlərindən biridir. 

Mağaranın V təbəqəsi Orta AĢel dövrünə (400 min - 200 min il əvvəl) aiddir. 

Bu  təbəqədən  tapılan  alətlərin  çeĢidi  daha  geniĢ,  hazırlanma  texnikası  daha 

yüksəkdir.  Bu  təbəqədən  45  növ  müxtəlif  heyvanın  və  quĢun,  о  cümlədən  sürətlə 

qaçan ceyran, cüyür, dağ keçisi sümüklərinin aĢkar edilməsi ovçuluğun daha da inkiĢaf 

etdiyini əyani göstərir. 

Azıx  mağarasının  V  

təbəqəsindən  aĢkar  edilən  çox 

qiymətli  tapıntı  ibtidai  insanın  alt 

çənəsidir.  Çənə  sümüyü  350  min 

-  400  min  il  öncə  yaĢamıĢ  18-22 

yaĢlı  qadına  aiddir  [5].  Tədqi- 

qatçıların  Azıxantrop  -  Azıx 

adamı  adı  verdikləri  bu  çox  qə- 

dim  insanın  çənəsinin  qurulu- 

Ģundakı  spesifik  cəhətlərə  görə 

Fransanın  Araqo  mağarasından 

aĢkar  edilmiĢ  preneandertallara 

yaxındır.  Həmin  təbəqədə  divar- 

ların      arasında      xəlvəti      yer  qeydə  alınmıĢ  və  ayı  kəllələri  aĢkar  edilmiĢdir.  

Kəllələrin  biri üzərində 8 xətt cızılmıĢdır ki, bu da ibtidai dini təsəvvürlərlə bağlı 

ola bilər. 

Azıxantropun  öz  sələflərinə  nisbətən  daha  bacarıqlı  və  düĢüncəli  olmasını 


 

 

20 



baĢqa dəlillər də göstərir. Bu baxımdan, V təbəqədəki ocaq yerinin yanında əhəngdaĢı 

parçaları və maral buynuzları ilə hörülmüĢ divar qalıqları [6] diqqəti cəlb edir. 

Orta  Paleolit  -  Mustye  mədəniyyəti  (100  min  -  40  min  il  əvvəl)  dövründə 

insanların  daha  geniĢ  ərazidə  yaĢaması  Kiçik  Qafqazın  bütün  Ģərq  dağətəyi 

bölgələrində,  Kür  və  Araz  çayları  vadilərində  yayılmıĢ  mağara  düĢərgələrindən 

aĢkar  edilmiĢ  maddi  mədəniyyət  nümunələri  ilə  təsdiqlənir.  Azıx  mağarasının  III 

təbəqəsindən, onun yaxınlığındakı Tağlar mağarasından, Qazax ərazisində  Damcılı və 

DaĢsalahlı mağaralarından, Qazma (Naxçıvan), Zar (Kəlbəcər) və Buzeyir (Lerik) 

düĢərgələrindən Mustye mədəniyyətinə aid minlərlə əmək alətləri, heyvan sümükləri 

aĢkar  edilmiĢdir.  Bu  abidələr  içərisində  ən  möhtəĢəmi  Tağlar  düĢərgəsidir.  Burada 

ibtidai insanlar davamlı yaĢamıĢ, yeni, daha təkmil əmək alətləri düzəltməyi bacarmıĢlar 

[7]. Tağlar sakinləri çaxmaqdaĢı və dəvəgözü (obsidian) qəlpələrindən itiuclu, diĢli, 

gəzli ərsinlər, lövhəvari bıçaqlar hazırlamıĢlar. Ġtiuclulardan nizə ucluğu kimi istifadə 

edilmiĢdir. 

Arxeoloji  tədqiqatlar  nəticəsində  Tağlar  düĢərgəsinin  çox  böyük  areal  üçün 

mühüm  maddi  mədəniyyət  mərkəzi 

olması,  burada  hazırlanmıĢ  əmək 

alətlərinin  hələ  orta  paleolit  dövründə 

Yaxın ġərq ölkələri ərazisində yayılması 

müəyyən olunmuĢdur. 

Orta 

Paleolit 



dövründə 

Neandertal - yeni tipli insanlar yaĢamıĢdır. 

Dikqamətli  və  beyin  tutumu  Homo 



habilisdən 2 dəfəyə qədər böyük olan bu 

insanlar  fiziki  görünüĢünə  və  həyat 

tərzinə  görə  müasir  insana  daha  yaxın 

olmuĢlar.  Onların  Ģüurunun  daha  da 

inkiĢaf 

etməsinin 

mühüm 

göstəricilərindən  biri  rəngləri,  rəng 



çalarlarını  qavraya  bilmələridir.  Tağlar 

mağarasından qırmızı, sarı, yaĢıl, qəhvəyi, qara, ağ rəngli və bu rənglərin 20-dən çox 

çalarında daĢ məmulatları aĢkar edilməsi bunu açıqca göstərir. 

Azərbaycanda  Neandertal  adamın  qalığı  -  bud  sümüyü  Urmiya  gölü 

yaxınlığında Tamtama mağarasından aĢkar edilmiĢdir. Bu tapıntı 40-50 min il əvvələ 

aiddir və ibtidai insanların Azərbaycan ərazisində ən qədim çağlardan üzü bəri fasiləsiz 

yaĢamını  davam  etdirdiyini  sübut  edir.  Mağara  sakinləri  ovçuluqla  məĢğul  olmuĢlar. 

Buradan çoxlu maral, öküz, at sümükləri tapılması bunu təsdiqləyir [8]. 

Mustye dövründə kortəbii  sürü  münasibətləri tədricən arxada qalmıĢ, nəsil, 

qəbilə icması yaranmağa baĢlamıĢdır. Neandertal qəbirləri həmin dövrdə uzunmüddətli 

birgə  yaĢayıĢ  nəticəsində  xəstənin,  Ģikəst  olanın  qayğısına  qalmaq  kimi  ümumilik 

münasibətlərinin  qərarlaĢmasını  gostərir.  Bu,  qarĢılıqlı  yardım  elementlərinin 



 

 

21 



formalaĢmasını,  dəstə  üzvlərinin  bir-birinin  qayğısına  qalmasını  düĢünməyə  ciddi 

əsas  verir.  Hər  halda,  bu  dövrdə  "qəbilə  ərəfəsi"  birliklərinin  yaranması  Ģübhə 

doğurmamalıdır. 

Orta  Paleolit  dövrünün  sonunda  insanın  bədən  quruluĢunun  təbii  Ģəraitin, 

iqlimin,  uzunmüddətli  əmək proseslərinin təsiri ilə dəyiĢib  müasir Ģəklini alması baĢa 

çatdı, Homo sapiyens - ağıllı insan yarandı. 

Üst  Paleolit  (40  min  -  14  min  il  əvvəl)  dövründə  nəsil  icması  qəti  Ģəklini 

aldı, qan qohumluğuna və əmlak ümumiliyinə əsaslanan bu ibtidai insan kollektivi sabit, 

davamlı və  mütəĢəkkil  hala çatdı. Nəsil icmasının ilk  mərhələsində ana  xaqanlığı  - 

matriarxat mövcud idi. Ġcmanın idarə olunmasında, təsərrüfat iĢlərində qadın aparıcı 

rol oynayırdı. Bu, qəbilə üzvlərinin ərzaqla təmin olunmasında yığıcılıqla məĢğul olan 

qadınların  əsas  yer  tutması,  qohumluğun  ana  xətti  ilə  müəyyən  edilməsi,  uĢaqların 

qayğısına anaların qalması kimi amillərlə bağlı idi. 

Üst Paleolit dövründə insanların əmək alətləri hazırlaması, təsərrüfat iĢi, həyat 

tərzi, dünyaya baxıĢı inkiĢaf edir, mühüm dəyiĢikliklər baĢ verirdi. Bu dövrdə daĢdan və 

sümükdən  daha  təkmil, 

universal 

əmək 


alətləri 

hazırlanması  çoxalır.  Ġbtidai 

incəsənət 

nümunələrinin 

yaranması,  sümük,  daĢ  və 

buynuzdan  müxtəlif  fiqurlar 

düzəldilməsi,  mağara  divan 

və  qaya  parçaları  üzərində 

rəsmlər 

çəkilməsi 

bu 

dövrdən  baĢlayır.  Üç  böyük 



irqin  formalaĢması  da  üst 

paleolit  dövrünə  təsadüf 

edir. 

Mezolit  dövründə 



(e.ə.  XII-VIII  minilliklər) 

buzlaĢma  dövrü  əsasən  baĢa 

çatdı. 

Ġqlimin 


mülayimləĢməsi  ilə  nəbatat 

və  heyvanat  aləmi  də 

dəyiĢərək,  təxminən  müasir 

dövrə uyğun Ģəklini aldı [9]. 

Bu  dövrdə  kiçik  ölçülü 

(mikrolit) 

alətlərin: 

ox 


ucluqları,  bıçaqlar,  bizlər, 

çeĢidli  qaĢov  və  kəsicilərin 

hazırlanması  geniĢ  miqyas 


 

 

22 



aldı, ox və kaman ixtira edildi, daĢ balta düzəldilməsinə baĢlandı. Qobustanda bu dövrə 

aid  qayaüstü  rəsmlər  içərisində  ox  və  kamanla  silahlanmıĢ  adi  insan  böyüklüyündə 

təsvirlər [10] ovçuluğun insanların həyatında çox mühüm rol oynamasına iĢarədir. 

Mezolit  dövrünün  mühüm  yeniliklərindən  biri  insanların  balıqçılıqla  geniĢ 

miqyasda məĢğul olmağa baĢlamalarıdır. Qobustan qaya rəsmlərində çoxlu qayıq, balıq 

və balıq toru təsvirləri bununla əlaqədardır. Arxeoloji qazıntılar zamanı Qobustandakı 

yaĢayıĢ məskənlərindən tor toxumaq üçün iĢlədilən sümük alətlər, qarpunlar, balıq və 

suiti sümükləri tapılması da bunu aydın göstərir. 

Mezolit dövrünə aid Qobustanda aĢkar edilmiĢ erkən qayaüstü rəsmlərin baĢ-

lıca mövzusu həmin ərazidə ovlanan heyvanlarla bağlıdır. Bir neçə rəsmdə isə keçi və 

maral təsvirləri üzərində nal Ģəkilli daĢla zərbə endirilməsi və onların yaralanması əks 

olunubdur.  Alimlərin  fikrincə,  bu,  ovdan  qabaq  heyvanları  ovsunlamaq  inancı  ilə 

bağlıdır  [11].  Etnoqrafik  müĢahidələrə  görə  son  zamanlara  kimi  Oğuz  rayonunda 

ovçular  dağ  keçisinin  ləpirinə  mismar  çalır,  bununla  ovun  uzağa  getməməsi  üçün 

ovsunlama etdiklərinə inanırdılar. 

Mezolit dövründə mənimsəmə təsərrüfatı formaları insanların ərzaqla təmin 

edilməsində  baĢlıca  yer  tutmaqda  davam  edirdi.  Bununla  bərabər,  ibtidai  əkinçilik  və 

maldarlıq  vərdiĢləri  də  yaranmaqda  idi.  Ġqlim  və  landĢaft  kompleksində  baĢ  verən 

dəyiĢikliklər,  ovlanan  heyvanların  sayının  azalması  insanların  çıxıĢ  yolları  aramasını 

Ģərtləndirdi. Yığıcılıqla məĢğul olmaqla ərzaq ehtiyatını artırmaq cəhdləri dənli bitkilər 

becərilməsinə  gətirib  çıxardı.  Azərbaycanda  və  Qafqazın  digər  bölgələrində  yabanı 

dənli  bitkilərin  mövcudluğu  buna  imkan  verdi.  1928-ci  ildə  Ümumittifaq  Tətbiqi 

Botanika  Ġnstitutunun  direktoru,  prof.  N.Ġ.Vavilov  Böyük  və  Kiçik  Qafqazın  dağətəyi 

bölgələrində çöl tədqiqat iĢləri apararkən ən qədim buğda növü - Triticum dicoccum adlı 

növlə  tanıĢ  olmuĢ,  Osetiya  və  indiki  Ermənistan  ərazisində  həmin  dövrdə  bu  buğda 

növünün  becərilməkdə  olduğunu  müĢahidə  etmiĢdi  [12].  Yabanı  buğda  növlərinin 

Azərbaycanın müxtəlif bölgələrində aĢkar edilməsi bu bitkinin çox qədim çağlardan yerli 

sakinlərə bəlli olduğunu göstərir [13]. Yabanı arpa növü isə Biləsuvar-ĠmiĢli bölgəsində 

günümüzə qədər qalmaqdadır. 

   Bu  dövrdə  regionda  iri  və  xırda  buynuzlu  heyvanların  (qoyun  istisna 

olmaqla) vəhĢi  növləri mövcud idi. Bunu qədim insan  məskənlərindən aĢkar edilmiĢ 

çoxsaylı heyvan sümükləri aydın göstərir. Qədim insanların onları ovlaması Qobus-

tanın qayaüstü rəsmlərində əks olunubdur. 

Ġnsanlar uzun müddət ərzində onları əhatə edən mühiti müĢahidə etmiĢ, bitki və 

heyvanların  necə  artıb  çoxaldığını  izləmiĢdilər.  Bu  müĢahidələr  əkinçilik  və  mal-

darlığa  keçməyə  zəmin  hazırladı.  Mezolit  dövründə  bu  sahələr  üzrə  biliklərin  top-

lanması daha intensiv xarakter alır və əkinçilikdən, maldarlıqdan getdikcə çox ərzaq əldə 

edilməsi mümkün oldu. 



Homo sapiyensin Azərbaycanda aĢkar edilmiĢ ilk qalıqları Mezolit dövrünə aiddir. 

Qobustanda  "Firuz"  düĢərgəsində  açılmıĢ  qəbirdən  10  nəfər  yaĢlı  və  1  uĢaq  skeleti 

qalıqları  tapılmıĢdır.  Antropoloji  baxımdan  bu  insanlar  müasir  azərbaycanlılar  kimi 


 

 

23 



dolixokran (uzun baĢlı) avropoid irqinin cənub Ģaxəsinə aiddirlər [14]. 

Neolit  dövründə  (e.ə.VII-VI  minilliklər)  istehsal  təsərrüfatına  keçildi, 

əkinçilik  və  maldarlıq  əsas  məĢğuliyyət  sahələrinə  çevrildi.  Ġnsan  ilə  təbiət  arasında 

münasibətlərdə köklü dəyiĢikliklər baĢ verdi ki, bu da "Neolit inqilabı" adlanır. Bu dövrdə 

dulusçuluq və toxuculuq kimi sənət sahələri yarandı, əzmək, parçalamaq və qazmaq 

üçün iĢlədilən daĢ alətlərin nisbətən iri ölçüdə düzəldilməsinə baĢlandı [15].  Ġnsanlar 

daĢı burma üsulu ilə deĢmək, novçalı etmək, cilalamaq texnikasına yiyələndilər. 

Ġnsanların  oturaq 

həyata 

keçməsi 


baĢ 

verdi.Çay 

vadilərində, 

təpələrdə  daimi  əkinçilik 

məskənləri  yarandı.  Bu 

məskənlər  anbarı,  ocağı, 

həyəti,  möhrədən  və  çiy 

kərpicdən  hörülmüĢ  biro- 

taqlı  daxmaları  olan  yaĢa- 

yıĢ  yerləri  idi.  Neolit 

dövrünə  aid  ilk  əkinçilik 

məskənləri  Cənubi  Azər- 

baycanda  Urmiya  gölü 

hövzəsində  Həsənli,  Ya- 

nıqtəpə, 

Təbriz  


yaxınlığında  Hacı  Firuz, 

ġimali 


Azərbaycanda   

Qobustandakı   Ana zağa,  

Kənizə,    Ovçular  zağası 

abidələridir  [16].  Onların 

mədəni 

təbəqələrindən 



daĢ  toxalar,  sürtgəclər,  

dənəzənlər,    bıçaqvari   

lövhələrdən   düzəldilmiĢ biçin alətləri tapılmıĢdır. 

Qobustanın    Neolit    dövrünə  aid  qayaüstü    rəsmlərində  boğazına  çatı 

salınmıĢ öküz təsviri, həmçinin buradakı yaĢayıĢ məskənlərindən əhliləĢdirilmiĢ keçi 

sümüklərinin    tapılması    oturaq  əhalinin  maldarlıqla  da  məĢğul  olmalarını  açıqca 

göstərir [17]. 

Bu  dövrdə  insanlar  ümumi  təsərrüfata  malik  nəsil  icmaları  Ģəklində 

yaĢamaqda  idilər.  Nəslin  davametdiricisi  kimi  ana  icmada  yüksək  mövqe  tuturdu. 

Ana icmanın əsası, ənənələri qoruyan, evi quran, yaradan idi. Qobustan qayalarındakı 

qadın  təsvirləri,  oradakı  Kənizə  düĢərgəsindən  tapılmıĢ  2  qadın  heykəli  qadına  - 

anaya məhsuldarlıq rəmzi kimi sitayiĢ edilməsini göstərir. 

Kənizə düĢərgəsindən tapılmıĢ qadın kəlləsi isə Azərbaycanda Neolit dövrünə 


 

 

24 



aid  yeganə paleoantropoloji  nümunədir. Bu  kəllə də avropoid irqinin cənub  Ģaxəsinə 

aiddir[18]  və  Mezolit,  Neolit  dövründə  Qobustanda  eyni  nəsillərin  davamlı  olaraq 

yaĢamalarını göstərir. 

Neolit 


inqilabını 

Ģərtləndirən 

kəĢflər 

sonrakı 


mərhələdə - Eneolit dövründə (e.ə. 

V-IV 


minilliklər) 

istehsal 

təsərrüfatının  daha  da  inkiĢafına, 

əhalinin sayının  artmasına və  daha 

geniĢ  əraziyə  yayılmasına,  qəbilə 

quruluĢunun  möhkəmlənmə-sinə 

gətirib  çıxardı.  Cənubi  Qafqazda 

Eneolit  dövrünə  aid  150-dən  çox 

yaĢayıĢ  yeri aĢkar edilməsi Kür və 

Araz  çayları  boyunda  əhalinin 

intensiv  məskunlaĢdığını  göstərir. 

Naxçıvanda  (Kültəpə)  və  Qazaxda 

(Qarğalar  təpəsi)  bu  dövrə  aid 

yaĢayıĢ  məskənlərində  mədəni 

təbəqənin 10 qalınlığında olması 

[19] bu yerlərdə insanların minillər boyu yaĢadıqlarını sübut edir. 

Eneolit dövründə toxa əkinçiliyi daha da inkiĢaf edirdi. О dövrə aid yaĢayıĢ 

məskənlərindən torpağın becərilməsi, taxılın biçilməsi, dənin döyülməsi üçün istifadə 

edilən çoxlu sayda alətlər, 10 növdən artıq buğda, arpa, darı və digər taxıl məhsulları 

nümunələri tapılması, taxılı saxlamaq üçün çiy kərpicdən tikilmiĢ anbarlar, iri saxsı 

qablar,  quyular  aĢkar  edilməsi  bununla  əlaqədardır.  Tapılan  taxıl  dənlərinin  iri 

olması,  Mil  düzündə  ġahtəpə  yaxınlığındakı  arx  izləri  burada  süni  suvarmadan 

istifadə edildiyini göstərir. 

Bu  dövrdə  əhali  üzümçülüklə  də  məĢğul  olmağa  baĢlamıĢdı.  Qazaxda 

(ġomutəpə)  və  Muğanda  (Əliköməktəpə)  üzüm  tumları  tapılması  belə  nəticə 

çıxarmağa əss verir. 

Eneolit  dövründə  maldarlıq  təsərrüfatı  da  yüksək  inkiĢaf  səviyyəsinə 

çatmıĢdı.  YaĢayıĢ  məskənlərindən  toplanmıĢ  heyvan  sümükləri  həmin  dövrdə 

insanların  indiki  ev  heyvanlarının,  demək  olar  ki,  hamısını:  inək,  camıĢ,  qoyun, 

keçi  və  donuzun  bir  neçə  cinsini  saxlayıb  istifadə  etdiklərini  göstərir  [20]. 

Əliköməktəpədən  isə  həmçinin  2  növ  ev  atının  müxtəlif  sümükləri  aĢkar 

edilmiĢdir.  Bu  tapıntı  atın  Eneolit  dövründə  əhliləĢdirildiyini  və  Azərbaycanın 

dünyada atın ev heyvanı kimi bəsləndiyi ən qədim ölkə olduğunu göstərir. 

Bu  dövrdə  toxuculuq  və  dulusçuluq  daha  da  inkiĢaf  edir,  yeni  sənət 

sahələri  yaranır.  DaĢiĢləmə  və  sümükiĢləmə  sənətləri  öz  ənənəvi  əhəmiyyətini 

saxladığı  üçün  daĢ  və  sümük  alətləri  hazırlanması  texnikası  təkmilləĢirdi.  Saxsı 



 

 

25 



qablara tələb kəskin surətdə artdığı üçün dulusçuluq xüsusən sürətlə inkiĢaf edirdi. 

Əliköməktəpə, Leylatəpə və Çalağantəpə (Ağdam) yaĢayıĢ məskənlərində sadə və 

ikiqatlı  dulus  kürələri  tapılması,  Eneolit  dövrünün  sonunda  qulplu  və  rənglənmiĢ 

saxsı  qabların  aĢkar  edilməsi  [21]  bu  sənətkarlıq  sahəsinin  böyük  inkiĢaf  yolu 

keçdiyini  açıqca  göstərir.  Bu  abidələrdən  tapılmıĢ  saxsı  qabların  bir  hissəsi  sadə 

quruluĢlu  dulus  çarxında  hazırlanmıĢdır.  Bu  tapıntılar  e.ə.IV  minilliyin 

əvvəllərindən dulus çarxının tətbiq edildiyini göstərir. 

Toxuculuq  və  hörmə  sənətləri  də  yüksək  sürətlə  inkiĢaf  etməkdə  idi.  Bu 

dövrdə  gön-dəri  emalı,  ağaciĢləməsənətləri  insanların  həyatında  mühüm  yer 

tutmağa baĢladı. 

Eneolit  dövrünün  ən  böyük  yeniliyi  isə  insanların  metalla  –  mislə  tanıĢ 

olması  idi.  Belə  bir  mülahizə  mövcuddur  ki,  metaldan  ilk  dəfə  Anadolu  və 

Xuzistan arasındakı regionda istifadə edilməsinə baĢlamıĢdır. Bunu Çatal-Uyuk və 

Çayönü  təpəsi  adlı  ərazilərdəki  yaĢayıĢ  yerlərindən  aĢkar  edilən  və  e.ə  VIII-VII 

minilliklərə  aid  mis  əĢyaları  – 

muncuq  və  bizlər  təsdiq  edir. 

Bəzi  tədqiqatçıların  fikrincə  , 

metal  və  metaliĢləmə  haqqında 

bilgilər buradan qonĢu bölgələrə, 

o cümlədən Qafqaza yayılmıĢdır. 

Lakin  son  dövrlərdə  arxeoloji 

axtarıĢlar 

Qafqazın 

özündə 


metalla  tanıĢlığın bilavasitə  yerli 

zəmin  əsasında  baĢlandığını 

göstərmiĢdir.  Cənubi  Qafqazda 

ən 


qədim 

mis 


məmulatı 

azərbaycanda  (Kültəpə, Qarğalar 

təpəsi, Əliköməktəpə, ġomutəpə, 

Göytəpə, 

Çalağantəpə 

adlı 


yaĢayıĢ  yerlərində)  tapılmıĢdır. 

Bunların 

içərisində 

misdən 


hazırlanmıĢ  20-dən  çox  əĢya: 

biz,  qıyıq,  muncuq,  bıçaq  tiyəsi, 

ox  ucluğu,  bilərzik  vardır  [22]. 

Soyuqdöymə 

üsulu 

ilə 


hazırlanmıĢ  bu  əĢyalar  Eneolitin 

ilk  dövrünə  aiddir.  E.ə.  V 

minillikdən  isə  insanlar  metalı 

əritməyi  öyrəndilər  və  daha  çox 

metal 

alətlər 


düzəltməyə 

baĢladılar  [23].  Leylatəpədən  mis  ərintisi  qırıqları,  mis-nikel  qarıĢıqlı  metaldan 



 

 

26 



hazırlanmıĢ  bizlər,  [24]  Kültəpədən  mis-mərgümüĢ  qatıĢıqlı  əĢyalar,  Xantəpədən 

(Füzuli) mis əridilməsi üçün gildən hazırlanmıĢ butə [25] və saxsı çökmə tapılması 

göstərir ki, qədim azərbaycanlılar artıq bu dövrdə metaliĢləmə, metal əridilməsi iĢi 

ilə tanıĢ idilər. 

Eneolit  dövrü  abidələrindən  tapıntılar  Azərbaycanın  qonĢu  regionlarla, 



Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə