A z ə r b a y c a n



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə4/36
tarix29.05.2017
ölçüsü7,74 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   36
TAXILÇILIQ 

 

Azərbaycan  əlveriĢli  təbii-coğrafi  Ģəraitə  malik  bir  ölkədir.  Bu  münasib 



Ģərait  çox  qədim  zamanlardan  müxtəlif  təsərrüfat  sahələrinin  yaranması  və 

inkiĢafına  xüsusi  təsir  göstərmiĢ  və  əsaslı  zəmin  yaratmıĢdır.  Hələ  ibtidai  icma 

quruluĢunda,  məhsuldar  qüvvələrin  aĢağı  səviyyədə  olması  dövründə  insanlar 

təbiət  qüvvələrindən  daha  çox  asılı  olmuĢlar.  Buna  görədir  ki,  yerli  əhali  öz 

təsərrüfat  sahələrini  coğrafi  Ģəraitin,  yaĢayıĢ  vasitələrinin  daha  münasib  olduğu 

ərazidə  inkiĢaf  etdirməyə  məcbur  olmuĢlar.  ƏlveriĢli  coğrafi  mühitdə  istehsalın 

inkiĢafı sürətlənir, təsərrüfatın geniĢlənməsi üçün daha çox imkanlar yaranır. 

Heç  Ģübhəsiz,  Neolit-Yeni  DaĢ  dövrünün  ən  mühüm  yeniliklərindən  biri 

əkinçiliyin  əsas  təsərrüfat  sahəsinə  çevrilməsi  olmuĢdur.  Bu  yenilik  məhsuldar 

qüvvələrin  inkiĢafı  ilə  üzvi  surətdə  bağlı  idi.  Oturaq  həyat  tərzi  keçirən  yerli 

tayfalar əsasən yığım iĢi və əkinçiliklə daha çox məĢğul olurdular. 

Azərbaycanın  dağ  və  dağətəyi  ərazisində  dəmyə  əkinçiliyin  təĢəkkül 

tapması və inkiĢafı üçün hər cür münasib coğrafi Ģərait olmuĢdur. 

Azərbaycanda  Eneolit  dövrü  təxminən  e.ə.  VI-IV  minillikləri  əhatə  edir. 

Bu dövrdə ilk dəfə olaraq misdən istifadə edilsə də, əkinçilikdə yenə də daĢ alətlər 

əsas  mövqeyə  malik  olmuĢlar.  Əkinçilik  və  maldarlıq  aparıcı  sahə  olmaqla  yerli 

əhalinin  baĢlıca  məĢğuliyyəti  sayılmıĢ  və  onun  iqtisadi  həyatının  əsasını  təĢkil 

etmiĢdir. Bu dövrdə taxılın əkilib-becərilməsi, döyülüb yığılmasında ağac, daĢ və 

qismən də sümük alətlərdən istifadə edilmiĢdir. 

Tədricən  əmək  alətlərinin  təkmilləĢdirilməsi  və  məhsuldar  qüvvələrin 

nisbətən  inkiĢafı yeni tarixi dövrün-Tunc dövrünün baĢlanmasına  səbəb olmuĢdur. 

Yeni  bərqərar  olan  Tunc  dövrü  tarixdə  metal  dövrünün  ikinci  mərhələsi  kimi 

qiymətləndirilir. F.Engels tunca xüsusi qiymət verərək yazrrdı ki, mis və qalay və 

bunların  əridilib  qarıĢdırılmasından  əmələ  gələn  tunc  ən  mühüm  metallar  idi; 

tuncdan  yararlı  alət  və  silah  hazırlanırdı,  lakin  o,  daĢ  alətləri  sıxıĢdırıb  aradan 

çıxara bilmirdi... [1] 

Azərbaycanda  təxminən  e.ə.  IV  minillikdən  baĢlayaraq  Eneolit  dövrünü 

Tunc dövrü əvəz edir. Bu dövr təxminən iki min il davam edərək e.ə. I minilliyin 

baĢlanğıcında  sona  çatır,  həmin  dövr  təkcə  tuncun  geniĢ  istehsalı  ilə  deyil,  eyni 

zamanda  ictimai  münasibətlərin  və  kənd  təsərrüfatının  inkiĢafı  ilə  də  səciyyə-

lənirdi. 

Tunc  dövründən  etibarən  toxa  əkinçiliyindən  cüt  əkinçiliyinə  keçid 

baĢlanmıĢdı.  Bununla  da  əkinçilik  təsərrüfatında  aparıcı-üstün  rol  kiĢilərin  əlinə 

keçmiĢ,  belə  ki,  təsərrüfatın  xarakterində  baĢ  verən  dəyiĢiklik  bu  sahədə  qadın 

əməyinin rolunun gözə çarpacaq dərəcədə azalmasına səbəb olmuĢdur. 

Cütün  meydana  gəlməsi  əkin  sahələrinin  daha  geniĢ  istifadə  edilməsinə 

əlveriĢli imkan yaratdı, bununla əlaqədar bir sıra əkinçilik sistemləri əmələ gəldi və 

inkiĢaf  etdi.  Əkinçilikdə  iĢlədilən  tunc  alətlər  xeyli  təkmilləĢdi  və  çoxaldı.  Lakin 



 

 

64 



F.Engelsin dediyi kimi, tunc daĢ alətləri tamamilə sıxıĢdırıb aradan çıxara bilmədi. 

Bu iĢi dəmir həyata keçirdi. 

Azərbaycanda  hələ  e.ə.  II  minilliyin  sonlarından  dəmirdən  istifadə 

edilmiĢdir.  Bu  dəmirdən  istifadə  əkinçiliyin  geniĢ  Ģəkildə  inkiĢaf  etməsinə  zəmin 

yaratmıĢdı. Bu münasibətlə F.Engels yazır: "Dəmir daha böyük sahələrdə tarlaçılıq 

üçün, geniĢ  meĢə  sahələrini təmizləyib əkin  yerinə  çevirmək üçün imkan  yaratdı; 

dəmir sənətkara  elə  möhkəm  və  kəskin alətlər verdi ki,  bunlann qarĢısına  heç bir 

daĢ, o zaman məlum olan metallardan heç biri çıxa bilmədi" [2]. 

Azərbaycanda  dəmirin  meydana  çıxması  və  geniĢ  inkiĢafı  təkcə  iqtisadi 

həyatda deyil, ictimai quruluĢun özündə də köklü dəyiĢikliklərə səbəb olmuĢdu. 

Azərbaycan ərazisində hələ e.ə. I minillikdə Manna və Midiya kimi qədim 

dövlətlər  təĢəkkül  tapmıĢ  və  inkiĢaf  etmiĢdi.  Dövrünə  görə  iqtisadi  və  mədəni 

cəhətdən  inkiĢaf  edən  bu  dövlətlər  zəngin  əkinçilik  mədəniyyətinə  də  malik 

olmuĢlar. Manna ərazisində e.ə. IX əsrə aid üç tunc cüt modelinin tapılması diqqəti 

cəlb edir. Modeldə öküzün xıĢa qoĢulduğu aydın nəzərə çarpır [3]. 

Bir  qədər  sonra  Atropaten  və  Albaniya  ərazisi  bol  məhsul  verən  geniĢ 

zəmiləri və təbii otlaqları ilə seçilmiĢdir. Məhsuldar qüvvələrin durmadan inkiĢafı 

öz  növbəsində  əkinçiliyin  intensiv  surətdə  irəliləməsinə  səbəb  olmuĢdu. 

Azərbaycanda yaĢayan yerli əhali əsasən yumĢaq və bərk buğda, qismən darı və bir 

neçə  növ  arpa  becərmiĢlər.  Bu  dövrdə  süni  suvarma  sistemlərinin  geniĢ  Ģəkil 

alması əkinçilik mədəniyyətinin daha  yüksək səviyyəyə qədəm qoymasına gətirib 

çıxarmıĢdı. 

Əkin sahəsində məhsul artımı üçün əsas Ģərt torpağın nisbətən keyfiyyətli 

Ģumlanmasından  asılı  olmuĢdur.  Azərbaycanda  Ģumlamada  xıĢların  qoĢqu 

heyvanlar  vasitəsilə  iĢlədilməsi  və  taxıl  döyümündə  vəllərin  geniĢ  istifadəsi  bu 

baxımdan böyük əhəmiyyət kəsb edir. 

Yunan  coğrafiyaĢünası  Strabon  xəbər  verir  ki,  "Albaniyada  çox  vaxt  bir 

dəfə  əkilmiĢ  torpaqdan  iki  və  hətta  üç  dəfə  məhsul  götürülür.  Birinci  dəfə,  hətta 

dincə qoyulmadan və sadə xıĢla becərilən torpaq birə əlli məhsul verir" [4]. 

Azərbaycanda  eramızın  əvvəllərindən  baĢlayaraq  ictimai-iqtisadi  və 

mədəni həyatda bir sıra mühüm dəyiĢiklər baĢ verir. Məhsuldar qüvvələrin inkiĢafı 

köhnə  istehsal  münasibətlərinə  uyğun  gəlmir  və  nəticə  etibarilə  yeni,  daha 

mütərəqqi istehsal münasibətləri yaranır və tədricən formalaĢır. 

Eramızm  təxminən  III  əsrindən  etibarən  Azərbaycanda  feodalizmin 

yaranması  və  inkiĢafı  ilə  əlaqədar  taxılçılıq  inkiĢaf  etmiĢ,  məhsuldarlıq  xeyli 

artmıĢdır. Bu dövrdə metal gavahınlı xıĢlardan Ģumlamada geniĢ istifadə edilməklə 

bu alət daha da təkmilləĢdirilmiĢdi. 

Orta  əsrlərdə  ağır  və  ya  qara  kotan  deyilən  daha  təkmil  Ģum  alətinin 

Azərbaycanda  istifadə  edilməsi  dövrünə  görə  ən  mühüm  ixtiralardan  sayılır.  XII 

əsrin sonu və XIII əsrin əvvəllərinə aid irihəcmli gavahının Beyləqandan tapılması 

qara kotanın tarixinin öyrənilməsində mühüm rol oynayır. 


 

 

65 



Azərbaycanın  əkinçilik  üçün  yararlı  olan  torpaqlarında  taxıl  zəmilərinin 

becərilməsi  o  qədər  də  zəhmət  tələb  etmirdi.  Ona  elə  böyük  ehtiyac  da 

duyulmurdu.  Bu,  hər  Ģeydən  əvvəl,  torpağın  məhsuldarlığı  ilə  əlaqədardır.  Bu 

baxımdan böyük Nizami Gəncəvinin fikri maraqlı və daha xarakterikdir: 

 

Biz əkin zamanı səpib zəmini, 



 Həqqə tapĢırırıq sonra əkini,  

Altı ay olarıq əkindən uzaq,  

Bir də biçin vaxtı biçirik ancaq,  

Belə əkdiyimiz zəmilərdən düz  

Bol məhsul alırıq birə yeddi yüz [5]. 

 

Orta  əsrlərdə  taxılın  döyülməsində  həlledici  alət  ağac,  daĢ  vəllər  və 



qismən  də  carcarlar  olmuĢdur.  Bu  alətlər  döyüm  prosesində  biri  digərini 

tamamlamıĢ  və  prosesi  sürətləndirməyə  zəmin  yaratmıĢdır.  Carcar  öz  quruluĢu 

etibarilə daha təkmilləĢmiĢ döyüm aləti olmuĢdur. 

Orta əsrlərdə taxılın saxlanılmasında iri səbətlər, godlar, torpaq quyular və 

təsərrüfat küplərilə yanaĢı, çuval, kisə, ağac və çubuqdan hazırlanmıĢ anbarlardan 

da  geniĢ  istifadə  edilmiĢdir.  Heç  Ģübhəsiz,  taxılın  saxlanılmasında  çuval  və 

anbarlar  daha  münasib  olmuĢdur.  Bu  dövrdə  taxılçılığın  inkiĢafı  ilə  əlaqədar  iri 

anbarlardan  daha  geniĢ  istifadə  edilmiĢ  və  taxılın  yaxĢı  saxlanılmasına  Ģərait 

yaranmıĢdır. 

Azərbaycanda eramızın II-VII əsrlərinə aid abidələrindən arpa, buğda, un 

və  darı  qalıqları  aĢkar  edilmiĢdir.  Eramızın  VII  əsrinə  aid  olan  bir  mənbədə 

Albaniya  ərazisində  çoxlu  arpanın  becərildiyi  xəbər  verilir  [6].  Moisey 

Kalankatuklu Azərbaycanda baĢqa bitkilərlə yanaĢı, Kür çayı boyunca çoxlu taxıl 

bitkilərinin də becərildiyini qeyd edir [7]. 

Ġran  tarixçisi  Həmdullah  Qəzvininin  "Nüzhətül-qülub"  əsərində 

Azərbaycanın  müxtəlif  yerlərində  bol  taxıl  məhsulunun  götürüldüyü  xəbər  verilir 

[8].  Həmin  əsərdə  TalıĢda,  Təbriz  ətrafında,  Naxçıvan  və  Ordubad  torpaqlarında 

taxıl bitkilərinin becərildiyi qeyd edilir. 

ġübhəsiz, Azərbaycan ərazisində baĢ verən müharibələr ölkənin təsərrüfat 

həyatına, o cümlədən əkinçiliyə də böyük zərər verirdi. Taxıl zəmiləri və toplanan 

məhsul qarətçilərin əlinə keçir və beləliklə də yerli əhaliyə olmazın ziyan dəyirdi. 

Bundan  əlavə,  bəzi  vaxtlarda,  xüsusilə  quraqlıq  və  nəmiĢlik  illəri,  əkinlərə  çəyirtkə  

basqını  və  digər  səbəblər  taxılçılıqda  məhsuldarlığa  pis  təsir  edirdi.  Bütün  bu  amillər 

orta  əsrlərdə  Azərbaycanda  taxılçılığın  ümumi  inkiĢafını  ləngidirsə  də,  lakin  onun 

tənəzzülünə  səbəb  ola  bilmirdi.  Xalqın  empirik  biliyi,  bu  sahədə  mövcud  sadə  əmək 

alətlərindən  daha  bacarıq  və  ustalıqla  istifadə,  həmçinin  süni  suvarmanın  tətbiqi 

taxılçılıqda məhsuldarlığın artmasına səbəb olmuĢ və onun əkin sahəsi əsrlərdən-əsrlərə 

geniĢlənmiĢdir. 

XIX  əsrin  əvvəllərindən  etibarən  Azərbaycanın  taxılçılıqla  məĢğul  olan 


 

 

66 



bütün  rayonlarında  dənli  bitkilərin  əkin  sahəsi  xeyli  geniĢləndirilmiĢ  və  bununla  da 

taxıl məhsulunun ümumi yığımı artmıĢdır. Buğda və arpa dənli bitkilər içərisində öz əkin 

sahəsinə və məhsul yığımına görə yenə də əsas yeri tuturdu. 

Həmin dövrdən Azərbaycanda becərilməyə baĢlayan qarğıdalı bitkisi ilk vaxtlar 

əsasən  bostan  bitkiləri  ilə  birlikdə  qarıĢıq  əkilərdi.  Lakin  daha  sonralar  bu  bitki  geniĢ 

sahələrdə  ayrılıqda  becərilmiĢdir.  Qarğıdalı  bitkisi  taxılçılıq  təsərrüfatında  öz  əkin 

sahəsinə görə geniĢ yayıla bilməmiĢdir, lakin yerli əhali onu az və ya çox halda kiçik və 

ya  böyük  sahələrdə  becərərək  yüksək  məhsuldarlığına  görə  həmiĢə  qiymətlən-.  

dirmiĢdir. Ona görə də bu bitki xalq arasında "peyğəmbər buğdası" adlanmıĢdır. 

Taxılçılıq təsərrüfatında darı bitkisi qədimdən belə əkilib-becərilmiĢdir. Darı 

tez  yetiĢməsinə  və  məhsuldarlığına  görə  baĢqa  dənli  bitkilərdən  fərqlənmiĢsə  də, 

özünün  keyfiyyət  tutumuna  və  sərfəliliyinə  görə  bir  o  qədər  də  əlveriĢli  bitki  sayıl-

madığı üçün onun əkin sahəsi dənli bitkilər içərisində axırıncı yeri tutmuĢdur. 

Bundan  əlavə,  ənənəvi  taxıl  bitkilərindən  hesab  olunan  çovdar,  pərinc, 

mərci və baĢqa bitkilər də becərilmiĢdir. Lakin bu bitkilər ölkənin ayrı-ayrı rayonlarında 

az  miqdarda  əkilib-becərilmiĢsə  də  alınan  məhsul  kəndli  ailəsinin  ancaq  daxili  ehti-

yacını ödəmiĢdir. Bəzi hallarda artıq məhsul bazara-satıĢa da çıxarılmıĢdır. 

Azərbaycanın Rusiyaya birləĢdirilməsindən sonra bir çox baĢqa mühüm sahə-

lərlə yanaĢı, ölkənin təsərrüfatında, onun iqtisadi həyatında böyük canlanma yarandı. 

Kənd  təsərrüfatında  isə  əsas  aparıcı  rolu  yenə  də  taxılçılıq  tuturdu. 

Taxılçılıq XIX əsrdə də azərbaycanlıların baĢlıca məĢğuliyyəti olmuĢdur. 

XIX əsrin 30-50-ci illərində öz bol taxılı ilə fərqlənən Qarabağ, ġirvan, Quba 

əyalətlərindən  çoxlu  taxıl  toplanmıĢdır.  Belə  ki,  1830-1832-ci  illərdə  ġirvandan 

2770770  pud,  Qubadan  2392500  pud,  Qarabağdan  2090000  pud  buğda  məhsulu 

yığılmıĢdı  [9].  Taxıl  əkini  sahələri  ildən-ilə  geniĢləndikcə,  məhsul  yığımı  da  artırdı, 

1845-ci  ildə  Azərbaycanın  ayrı-ayrı  əyalətlərindən  toplanan  buğda  məhsulu 

17617042 puda, arpa isə 6919386 puda çatmıĢdı [10]. Həmin dövrlərdə toplanan belə 

bol məhsul nəinki əhalinin ehtiyac və tələbatını ödəyir, hətta onun xeyli hissəsi ölkə 

daxili və xarici bazarlara satıĢa göndərilirdi. 

XIX  əsrin  ikinci  yarısı  və  sonlarında  da  ölkənin  kənd  təsərrüfatında  taxılçılıq 

yenə aparıcı rol oynayırdı. Əkin sahəsi geniĢləndiyi kimi, məhsul istehsalı da artmıĢdı. 

Xüsusi ilə Cənubi Qafqaz dəmir yolunun (1883) çəkilməsinin Azərbaycanda taxıl 

istehsalının sürətlə artımına böyük təsiri olmuĢdur. Bakı quberniyası üzrə 1884-1889-

cu  illərdə  ümumi  taxıl  məhsulu  2279277  çətvər  (11)  olduğu  halda,  1896-1899-cu 

illərdə  4127403  çətvərə  çatmıĢdı.  Yelizavetpol  quberniyası  üzrə  də  məhsul 

artmıĢdır. 1884-1889-cu illərdə quberniyada 2770086 çətvər, 1896-1899-cu illərdə 

isə  3238236  çətvər  məhsul  yığılmıĢdı.  Deməli,  XIX  əsrin  son  onilliklərində  Bakı 

quberniyasında  taxıl  məhsullarının  artımı  iki  dəfə  çox,  Yelizavetpol 

quberniyasında  isə  85,5  faiz  olmuĢdur  [12].  Hər  iki  quberniyada  toplanmıĢ  dənli 

bitkilər  içərisində  öz  istehsalına  görə  birinci  yer  (3/5  hissə)  yenə  də  buğdanın 

payına düĢürdü. 


 

 

67 



Ümumiyyətlə, XIX əsrin son onilliklərində Azərbaycanda istehsal olunan 

taxıl  məhsulları  yerli  əhalinin  çörəyə  olan  ehtiyacını  tam  ödəyirdi.  Həmin  illərdə 

baĢqa  yerlərdən  ölkəyə  satıĢ  üçün  heç  vaxt  taxıl  gətirilməmiĢdir.  Əksinə,  həmin 

dövrdə ölkədə istehsal olunan taxıl satıĢa çıxarılaraq Ġrana, Gürcüstana, Rusiyaya 

və hətta Avropa ölkələrinə də göndərilirdi. 

Azərbaycandan Rusiya və xarici ölkə bazarlarına taxıl satıĢı XIX əsrin 80-

ci illərindən etibarən daha geniĢ Ģəkil alır. 1881-ci ildə Bakı quberniyasından dörd 

yüz  min  puddan  artıq  taxıl  satıĢa  çıxarılmıĢdı.  Daha  sonra  1886-cı  ildə 

quberniyadan  2160  min  pud  buğda,  32  min  pud  arpa  satıĢa  çıxarılmıĢdır  [13]. 

Həmin  illərdə  Yelizavetpol  quberniyasında  da  satıĢa  çoxlu  məhsul  çıxarılmıĢdı. 

1893-cü  ildə  quberniyada  bazara  795896  pud  taxıl  və  47032  pud  buğda  unu 

göndərilmiĢdi [14]. 

Taxılın  ölkənin  daxili  Ģəhər  və  həftə  bazarlarındakı  alıcıları  əsasən 

Ģəhərlilər,  maldarlar,  dağ  kəndlərində  yaĢayanlar,  həmçinin  qonĢu  Dağıstandan 

buraya gələn əhalidən ibarət idi. 

Azərbaycanda  istehsal  olunan  taxılı,  xüsusilə  buğdanı  xarici  bazarlarda 

daha həvəslə alırdılar. Ölkədə becərilən sarı buğda növü özünün yüksək keyfiyyəti, 

dadı və artımına görə daha geniĢ tanınaraq xüsusi Ģöhrət qazanmıĢdı. 

Azərbaycan taxılı,  ümumiyyətlə Cənubi Qafqaz taxılı,  əsasən Batumi  və 

Poti  limanları  ilə  Ġtaliya,  Yunanıstan,  Fransa,  Türkiyə,  Hollandiya,  Almaniya  və 

baĢqa  Avropa  ölkələrinə  aparılırdı.  ġübhəsiz  ki,  Cənubi  Qafqazdan  xaricə  satıĢa 

göndərilən taxıl məhsullarının çox hissəsi Azərbaycanın payına düĢürdü [15]. 

1885-1887-ci  illər  ərzində  Azərbaycandan  Qara  dəniz  limanları  -  Batum 

və  Potiyə,  oradan  isə  xarici  bazarlara  11  milyon  pud  buğda  və  arpa  aparılmıĢdı 

[16]. 

Bütün  bunlar  XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində  Azərbaycanda 



əmtəə  taxılçılığının  mövcudluğunu  və  ayrı-ayrı  quberniya  və  qəzalarda  istehsal 

olunan  taxılın  xeyli  hissəsinin  satıĢa  göndərildiyini  göstərir.  1901-ci  ildə  Cənubi 

Qafqazda  istehsal  edilmiĢ  82633712  pud  taxılın  30  milyon  puddan  çoxu,  yəni  35 

faizi  Azərbaycanın  payına  düĢürdü.  Bu  dövrdə  hər  adambaĢına  düĢən  37  puddan 

çox taxılın bir hissəsi satıĢa gedirdi [17]. 

XX  əsrin  əvvəllərində  də  ölkədə  taxılçılıq  əhalinin  məĢğul  olduğu  baĢlıca 

sahə olaraq qalırdı. Taxıl məhsulunun ümumi həcmi 1900-cü ildə 35732688 pud, 1910-cu 

ildə 38091088, 1914-cü ildə 52215512 pud olmuĢdur [18]. 

Artıq XIX əsrin sonu - XX əsrin əvvəllərindən etibarən Azərbaycanda pambıq-

çılığın  və  baĢqa  bitkilərin  əkin  sahələrinin  geniĢləndirilməsi  taxıl  əkinlərinin  ixti-

sarına səbəb olmuĢdur. Bu da özlüyündə taxıl məhsulunun ümumi istehsalına və onun 

satıĢına təsir etmiĢdi. Lakin bu illərdə Azərbaycandan Gürcüstan, Dağıstan  və taxıla 

ehtiyacı hiss olunan baĢqa yerlərə taxıl göndərilməsinə baxmayaraq,  buraya hələ də 

Mərkəzi  Rusiyadan  çoxlu  miqdarda  taxıl  məhsulları  gətirilirdi  [19].  XX  əsrin 

əvvəllərində  Azərbaycan  Ģəhərlərində  əhalinin  sayı  xeyli  artmıĢdı.  Bu  əhali  isə 


 

 

68 



Azərbaycan qəzalarından, ġimali Qafqazdan və baĢqa yerlərdən gətirilən taxılla təmin 

olunurdu [20]. 

Azərbaycanda taxıl məhsulunun ümumi artımı olmuĢdursa da, bu artım əkin 

sahəsinin məhsuldarlığına görə deyil, onun ildən-ilə geniĢləndirilməsi hesabına idi. Belə 

ki,  əkinçi  sərf  etdiyi  əməyin  müqabilində  sahədən  istədiyi  məhsulu  ala  bilmirdi. 

ġübhəsiz  ki,  bunun  da  bir  sıra  səbəbləri  olmuĢdur.  Bu,  hər  Ģeydən  əvvəl, 

taxılçılıqda iĢlədilən əmək alətlərinin sadəliyi ilə əlaqədar idi. Torpaq sahibləri onun 

məhsuldarlığını  artırmaq  üçün  demək  olar  ki,  heç  bir  tədbir  görmürdülər.  Onlar 

yalnız torpağı becərmək üçün yoxsul kəndliyə icarəyə verir və hazır məhsuldan özünə 

daha  çox  pay  götürməklə  kifayətlənərək  baĢqa  iĢlə  maraqlanmırdılar.  Bundan  əlavə, 

kəndlilərin çoxunun qoĢqu qüvvəsi və əmək alətlərindən məhrum olması da öz mənfi 

təsirini göstərirdi. 1910-cu ilin məlumatına görə Azərbaycanda 76270 ədəd xıĢ, 24840 

kustar üsulla hazırlanmıĢ qara kotan, 3250 fabrik kotanı, 21730 taxta mala, 775 səpin 

maĢını olmuĢdur. Əgər həmin ildə Azərbaycanda 300 mindən çox kəndli təsərrüfatının 

olduğunu nəzərə alsaq, onda kəndlilərin çoxunun ibtidai alətlərə belə malik olmadığını 

görə  bilərik  [21].  Taxıl  əkinlərinin  aĢağı  məhsuldarlığına  səbəb  olan  əsas  amillər 

suvarma  təsərrüfatının  qaydaya  salınmaması,  xüsusilə  suvarma  suyunun  çatıĢmaması 

idi. Bundan əlavə, quraqlıqların, çəyirtkə basqınının, sel və çay daĢqınlarının da təsiri 

olurdu. 

XIX əsrin sonu və XX əsrin əvvəllərindən etibarən Azərbaycanın taxılçılıq 

təsərrüfatında,  az  da  olsa,  dövrü  üçün  daha  təkmil  sayılan  kənd  təsərrüfatı  alətlərindən-

fabrik  kotanları,  taxıldöyən  və  sovuran  alətlər,  dəmir  malalardan  və  s.  istifadə  edil-

miĢdir.  1897-ci  ildə  Yelizavetpol  quberniyasında  565  təkmil  kotan,  10  taxıldöyən 

maĢın (o cümlədən ikisi buxarla, səkkizi əl ilə iĢləyən), iki ədəd küləĢdoğrayan, Bakı 

quberniyasında  53  taxılbiçən  maĢın  olmuĢdur  [22].  Quba  qəzasının  düzənlik 

sahələrində,  Yelizavetpol  quberniyasının  dağətəyi  ərazisində  müxtəlif  sistemli  yerli 

Ukrayna və ingilis-bolqar kotanlarından da istifadə edilmiĢdir [23]. 

Dövrü üçün daha təkmil hesab edilən belə maĢınlar (taxıldöyən, taxılsəpən, taxıl-

sovuran,  dərz  bağlayan)  az  olduğundan  qiymətləri  də  çox  baha  idi.  Ona  görə  də  həmin 

maĢınların yoxsul kəndlilər tərəfindən alınması mümkün olan iĢ deyildi. "MaĢın tətbiqi... 

çoxlu kapital tələb edir, buna görə də yalnız böyük sahibkarlara müyəssərdir" [24]. MaĢın 

və alətləri əsas etibarilə varlı kəndlilər  - iri icarədar qolçomaqlar  və  mülkədar-bəylər 

alırdılar.  Mülkədar-bəylər  tərəfindən  az  da  olsa  dövrü  üçün  müasir  əkinçilik 

texnikasının  tətbiq  edilməsi  Azərbaycan  kəndində  kapitalist  münasibətlərinin  inkiĢafını 

sübut  edirdi  [25].  Lakin  yeni  maĢın  və  alətlərin  ayrı-ayrı  təsərrüfatlarda  tətbiqi  azlıq 

təĢkil edirdi. Bununla belə ayrı-ayrı bölgələrdə yeni maĢınlar gətirilir və onların sayı 

ildən-ilə artırdı. 

Zəngin və çoxəsrlik təcrübəyə malik olan Azərbaycan taxılçıları özlərinin ənə-

nəvi  əmək  vərdiĢlərini  davam  etdirməklə,  onu  nəsillərdən-nəsillərə  verirdilər.  Onlar 

əkinçilikdə  məhsuldarlığın  yüksəldilməsinə  səbəb  olan  amil  və  səbəbləri  öyrənməklə 

belə,  öz  bilik  və  vərdiĢlərini  artıraraq  sabit  məhsul  almağa  çalıĢırdılar.  Hətta  onların 


 

 

69 



nümayəndələri ölkə və ümumdünya kənd təsərrüfatı sərgilərində cəsarətlə iĢtirak edərək 

mükafata layiq fəxri yerləri də tuturdular. 

1860,1861, 1862-ci illərdə Cənubi Qafqaz və Qafqaz miqyasında Tiflisdə keçi-

rilən  sərgilərin  iĢtirakçıları  və  Qazağın  Ağköynək  kəndinin  sakini  Abdulla  Əlikənd 

oğlunun  və  Qaraqoyunlu  kəndindən  Rəhim  Cəfər  oğlunun  adlarına  mükafatçılar 

siyahısında  rast  gəlirik.  Onlar  sərgiyə  göndərdikləri  darıya  görə  mükafata  layiq 

görülmüĢdülər. Yenə də həmin sərgilərdə iĢtirak edən Lənkəranın Qızılağac kəndindən 

ġükür Kərim oğlu, Quba qəzasının Hülövlü kənd sakini Mirzə Məmməd Bayram oğlu 

və həmin qəzanın Siyəzən kənd sakini Yunus Ağası oğlu sərgidə nümayiĢ etdirdikləri və 

yüksək qiymətləndirilən buğdaya görə sərginin mükafatına layiq görülmüĢdülər. 

1862-ci ildə Londonda təĢkil edilən Ümumdünya sərgisində Azərbaycan əkin-

çilərinin  də  məhsulları  nümayiĢ  etdirilmiĢ  və  mükafata  layiq  görülmüĢdü.  Onlardan 

Lənkəran qəzasının sakini Nəsirqulu Nəsrulla oğlu sərgiyə göndərdiyi buğda üçün medal 

ilə təltif olunmuĢdur. 

1867-ci ildə Paris sərgisində Azərbaycandan kənd təsərrüfatı məhsulları, o cüm-

lədən  taxıl  nümunələri  də  nümayiĢ  etdirilmiĢdi.  1882-ci  ildə  Moskva  sərgisinə 

Lənkəran qəzasından göndərilən eksponatların içərisində əkinçilikdə iĢlədilən  əmək 

alətləri - bel, belsapı, yaba və s. olmuĢdur. Həmin sərgiyə göndərmək üçün Yelizavetpol 

(Gəncə) Ģəhərinin sakini Hacı Məmməd Hacı oğlu qırmızı və sarı buğda, sarı və qara arpa, 

darı, Xan qızı ləqəbi ilə tanınan Ģairə XurĢid Banu Natəvan isə buğda, darı, arpa və b. 

dənli bitkilərin nümunələrini hazırlamıĢdılar [26]. 

1889-cu ildə Tiflis Ģəhərində təĢkil olunmuĢ Qafqaz sərgisində Azərbaycan 

əkinçilərinin əkib-becərdiyi 58 buğda, 27 arpa nümunəsi nümayiĢ etdirilmiĢ və bunların bir 

neçəsi mükafata layiq yerləri tutmuĢdur. Quba Ģəhər sakini Ġskəndər bəy Balabəy oğlu 

yaxĢı  keyfiyyətli  arpa  və  buğdaya  görə  kiçik  gümüĢ  medal  və  ikinci  dərəcəli  diplom, 

Zaqatala dairəsi, Mosul kənd sakini Əmirəli Hacı Rəhim oğlu və  Naxçıvan qəzasının 

Qahab  kənd  sakini  Qocalı bəy Nəcəfəlibəy  oğlu  yüksək  keyfiyyətli arpaya görə kiçik 

gümüĢ medal və ikinci dərəcəli diplom almıĢlar [27]. Ölkə və Ümumdünya sərgilərində 

Azərbaycan əkinçilərinin fəal iĢtirakı və mükafata layiq görülməsi əkinçiliyin ümumi 

səviyyəsinə  görə  nailiyyət  sayılsa  belə  onun  mövcud  geriliyinin  qarĢısını  almağa 

qadir olmamıĢdır. 

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda ticarət əkinçiliyi (xüsusilə 

taxılçılıqda), yəni əmtəə istehsalı geniĢ inkiĢaf etmiĢ, ölkədə feodal münasibətlərinin 

qalmasına  baxmayaraq,  Azərbaycan  kəndlərində  əmtəə-kapitalist  istehsalı,  yəni 

kapitalist münasibətləri də inkiĢaf edirdi. Azərbaycanın taxıl istehsalında iĢləyib ödəmə ilə 

yanaĢı  olaraq,  baĢqasının  əməyinin  ağır  istismarına,  yəni  muzdlu  əməyə  əsaslanan 

kapitalist təsərrüfatını da görürük [28]. 

Lakin əkinçilikdə yenə də əsas əmək aləti - xıĢ, qara kotan, ağac mala, bel, çin, 

oraq, dəryaz, yaba, vəl, Ģana, kürək və s. kimi sadə alətlərdən istifadə edilirdi. Qeyd etmək 

lazımdır  ki,  qara  kotan  kimi  nisbətən  təkmil  Ģum  alətindən  kəndlilərin  çox  hissəsi 

istifadə  etmək  imkanına  malik  olmamıĢdır.  Beləliklə  də  taxılçılıqda  əsas  istehsalçı 


 

 

70 



olan yoxsul kəndlilər yenə də torpaq sahələrini köhnə dədə-baba qaydaları və ənənəvi 

üsullarla əkib becərirdilər. 

Taxılçılıq təsərrüfatında yerli taxıl növləri və ənənəvi əkinçilik üsulları üstün-

lük təĢkil edirdi. Azərbaycanda sarıbuğda, gurgəni, qaraqılçıq, xırdabuğda, gülüsər, kərə, 

Qarabağ buğdası, ağ buğda, səkiləbuğda, qaragiləbuğda topbaĢbuğda, ağ arpa, qara arpa, 

ĢeĢəri arpa, qılıcı arpa növləri əkilib becərilirdi. 

Səpilmə və yetiĢmə vaxtına görə buğda  və arpa payızlıq və  yazlıq olurdu. 

Payızlıq buğda və arpa əkinləri Azərbaycanın taxılçılıq təsərrüfatında daha üstün  yer 

tutmuĢdur. 

Azərbaycan əkinçiləri uzun illərin xalq təcrübəsinə əsaslanaraq torpaq-iqlim 

Ģəraitinə cavab verən bir sıra buğda və arpa növləri yaratmıĢlar ki, bunların da əsasını 

xalq  seleksiyası təĢkil edirdi.  Təcrübəli  əkinçilər  torpağın  xüsusiyyətini,  əkinə  yararlı 

olduğunu, məhsuldarlığını asanlıqla müəyyən etməklə yanaĢı, hansı sahədə nə kimi taxıl 

növü və ya baĢqa bitkilərin əkib-becərilməsini də düzgün müəyyən edə bilmiĢlər. Hər 

bir rəncbər torpağı torpaqdan seçməyi bacarmalı idi. 

Əkinçilərimiz ayrı-ayrı bitkilərin bir-biri üçün sələf rolu oynadığını müəyyən 

etmiĢ və buna "toxumdəyiĢdirmə" adı vermiĢlər. Əgər buğda, arpa kimi taxıl bitkiləri 

yonca, pambıq və baĢqa bitkilərin əvvəlki ildə becərilmiĢ yerində əkilərdisə, onların 

məhsuldarlığı daha çox olardı. 

XIX  əsr  və  XX  əsrin  əvvəllərində  Azərbaycanda  bir-birindən  fərqli  çala, 

tala, dincəqoyma, herik və baĢqa əkinçilik sistemləri yayılmıĢdır. Ta qədimlərdən məlum 

olan  çala  əkinçiliyi  Kür,  Araz,  Alazan,  habelə  baĢqa  çayların  sahil  boyu  ərazisində 

yayılmıĢdır. ġərq əkinçilik mədəniyyəti üçün səciyyəvi olan çala əkinçiliyi çay-basar, 

xalq arasında  "çala", "axmaz" adlandırılan torpaqların əkilib-becərilməsi  əsasında 

inkiĢaf  etmiĢdir.  Azərbaycanda  çala  torpaqlarda  əsasən  yazlıq  taxıl  və  bostan 

bitkiləri  əkilmiĢdir.  Kür  çayının  daĢması  nəticəsində  sahil  torpaqlarının  bccəril-

məsilə  bu  yerlərin  məhsuldarlığı  daha  da  artırdı.  Muğanda  çala  əkinçiliyi  üçün 

Araz çayının böyük rolu olmuĢdur. Belə ki, Nil çayı çöküntüləri Misir əhalisinin 

təsərrüfatında  nə  kimi  əhəmiyyət  kəsb  edirsə,  Araz  da,  Muğanda  həmin  rolu 

oynayırdı  [29].  Çala  torpaqlarında  heç  bir  becərmə  iĢi  olmadan  yüksək  məhsul 

alınırdı. Çay daĢdıqdan bir həftə sonra sahədə əmələ gələn lil çatlama verir. Buraya 

toxum  səpib  Ģax  mala  ilə  malalanır  və  nəticədə  belə  sahələrdən  daha  bol  məhsul 

götürmək olurdu. 

Kür  və  Araz  çayları  boyunca  yerləĢən,  Mahmudçala,  Axtaçi,  ġəkər, 

Əbilçala və baĢqa çala adları ilə məlum olan axmazlar buğda və arpa əkilməsi üçün 

əlveriĢli sahələr olub, yüksək məhsul verirdilər. 

Azərbaycanda  geniĢ  yayılan  əkinçilik  sistemlərindən  biri  də  tala 

əkinçiliyidir.  Bu  sistem  Azərbaycanın  meĢəlik  bölgələrində  yayılmıĢdır.  Tala 

əkinçiliyi  meĢə  yerlərinin  açılıb  (qırılıb,  yandırılıb)  əkin  sahəsi  üçün  yararlı  hala 

salmaq  deməkdir.  Quba-Xaçmaz  zonasında  meĢədən  təmizlənmiĢ  yer  kiləvaxt 

(küləvaxt,  kolavaxt),  kötüklük,  baltalıq,  tala,  Lənkəran-Astara  bölgələrində  kolat 


 

 

71 



(külət), abad, qıran, ġəki-Zaqatalada tala, tomarlıq, axu, Qarabağ bölgəsində tala, 

kolabat  kimi  müxtəlif  istilahlarla  məlum  olsa  da  hər  yerdə  eyni  məzmun 

daĢımıĢdır.  Lakin  bir  xüsusiyyəti  qeyd  etməliyik  ki,  Azərbaycanın  əksər 

bölgələrində meĢədən təmizlənib, əkin məqsədi üçün istifadə edilən torpaqlar tala 

istilahı ilə məlum olmuĢdur. Odur ki, həmin əkinçilik sistemini xalq tala əkinçiliyi 

adlandırmıĢdır. 

MeĢə yerlərinin açılması üçün məngəl, düsər, bel, balta və s. kimi əl əmək 

alətlərindən istifadə edilirdi. Xalq arasında  mövcud olan adətə görə, tala yeri onu 

meĢəlikdən və ya kol-kosdan təmizləyən, abad edən Ģəxsin adı ilə adlanırdı. Böyük 

zəhmət tələb edən bu iĢdə elin köməyindən də istifadə edilirdi. 

MeĢədən  təmizlənmiĢ  sahələrdə  əvvəlcə  bostan  bitkiləri  və  yaxud  çəltik 

əkilərdi.  Demək  lazımdır  ki,  tala  əkinçiliyinin  inkiĢafı  Azərbaycanda  xeyli  meĢə 

sahələrinin  qırılmasına  səbəb  olmuĢdur.  XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində 

təkcə Quba qəzasının MüĢkür mahalında 25 min desyatin meĢə qırılaraq [30] əkin 

sahəsi üçün istifadə edilmiĢdir. 

Əkinçilikdə  geniĢ  yayılan  sistemlərdən  biri  də  "dincə  qoyma"  sistemi 

olmuĢdur.  Bu  sistem  torpağın  məhsuldarlığını  saxlamaq  və  ya  yüksəltmək 

məqsədilə  tətbiq  edilirdi.  Bir  neçə  il  fasiləsiz  becərilərək  yorğun  düĢmüĢ  torpaq 

sahəsini əkinçilər dincə  qoyurdular. YorulmuĢ,  məhsuldarlığı azalmıĢ belə  torpaq 

sahəsi  bir  -  iki  il  və  bəzən  daha  uzun  müddətə  dincə  qoyulduqdan  sonra  onun 

münbitliyi  bərpa  olunurdu.  Hər  bir  bölgənin  torpaq-iqlim  Ģəraitindən,  habelə 

ictimai-iqtisadi amillərdən asılı olaraq torpağın dincə qoyulma müddəti də müxtəlif 

olurdu. 

XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  Azərbaycan  əkinçiliyində 

kapitalist münasibətlərinin inkiĢafı taxıl, bostan, tərəvəz və texniki bitkilərin əkin 

sahələrinin geniĢləndirilməsini tələb edirdi. Belə bir zəruriyyət isə əkin üçün istifadə 

edilməsi  mümkün  olan  torpaq  sahələrinin  dincə  qoyulması  sistemini  tədricən  aradan 

çıxarırdı.  Beləliklə  taxıl  əkinləri  altında  yorğun  düĢən  torpaq  sahələrində  bostan  və 

baĢqa  texniki  bitkilər  becərilirdi  ki,  bu  da  herik  əkinçilik  sisteminə  keçid  hesab 

olunurdu. Bu sistemdə isə bitkilər biri digəri ilə növbələĢdirilirdi. 

Bu sistem iki, üç və çoxtarlalı olub, Azərbaycanın əkinçilik rayonlarında geniĢ 

yayılmıĢdır.  Ġkitarlalı  əkinçilikdə  tarlada  bir  il  taxıl  əkilir,  ikinci  il  sahə  heriyə  bura-

xılırdı.  Heriyə  qoyulmuĢ  sahədən  isə  otlaq  və  ya  biçənək  kimi  istifadə  olunurdu. 

Pambıq, çəltik, yonca kimi bitkilərin əkildiyi sahələr növbəti səpin ilində buğda və arpa 

üçün ən münasib torpaqlar sayılırdı. Əgər əkinçi bir sahədə üç il ardıcıl olaraq pambıq 

əkirdisə, sonra onu bir il müddətində heriyə qoyurdu. Bir ildən sonra həmin sahədə darı, 

bostan bitkiləri və ya qarğıdalı əkilirdi, daha sonrakı illərdə isə həmin sahədə yenidən 

pambıq əkilərdi [31]. 

Azərbaycanın qədim əkinçilik ölkələrindən olmasını təsdiq edən amillərdən biri 

də  onun  zəngin  və  müxtəlif  əkinçilik  əmək  alətlərinin  mövcudluğudur.  "Ġqtisadi 

dövrlərin  fərqi  bu  dövrlərdə  nə  istehsal  edilməsi  ilə  deyil,  necə  və  hansı  əmək 


 

 

72 



vasitələri ilə istehsal edilməsi" ilə ölçülür [32]. 

XIX əsr və XX əsrin birinci rübündə Azərbaycanın taxılçılıq təsərrüfatında müx-

təlif  forma  və  quruluĢa  malik  olan  əkinçilik  alət  və  vasitələri  kompleksi  tətbiq 

edilmiĢdir. Həmin alətlərin böyük bir qismi ta qədim dövrlərdən bu təsərrüfatda istifadə 

edilən alətlərlə xeyli oxĢarlıq və eynilik təĢkil edir. Bu da əkinçilikdə  mövcud  olmuĢ 

əmək  alətlərinin  təkamülünü  izləməyə  imkan  verir.  XX  əsrin  əvvəllərinə  qədər 

Azərbaycan  kəndliləri  əkinçilikdə  əsasən  özlərinin  ənənəvi  əmək  alətlərindən 

istifadə etmiĢlər. 

Azərbaycan ərazisində əkinçilikdə müxtəlif forma və quruluĢlu əl əmək aləti 

olan  yerli  bellərdən  istifadə  edildiyi  müəyyənləĢdirilmiĢdir.  Bu  baxımdan  Quba-

Xaçmaz bölgəsində qazqır bel, Quba beli, Dərbənd beli, ləzgi beli, ġirvanda Navahı beli, 

ġəki-Zaqatala bölgəsində Gülüstan beli, Qarabağ beli, Naxçıvanda ġərur beli, Naxçıvan 

beli, Lənkəran-Astara bölgəsində Ģuxm beli, əyribel, xiling və baĢqa  adlarla  məlum 

olan bellər iĢlədilmiĢdir. 

ġumlamada istifadə edilən toxalar da müxtəlif forma və quruluĢda olmuĢdur. 

XIX  əsrdə  də  toxalar  kəndli  təsərrüfatında  bostan  və  tərəvəz  sahələri  üçün  Ģumun 

hazırlanmasında istifadə edilmiĢdir. 

Bir qayda olaraq, nəzərdə tutulan əkin sahəsi əvvəlcədən daĢdan, kol-kosdan 

təmizlənib  Ģumlama  üçün  yararlı  hala  gətirilirdi.  Bu  cəhətdən  "Avesta"da  verilən 

nəsihətamiz fikir daha böyük maraq doğurur. "Ey məni sağ əli və sol əlilə, sol əli və 

sağ əlilə becərən insan, inan, yorulmadan, usanmadan sənə keyfiyyətli və bol məhsul 

verməkdən  doymayacağam"  [33].  Əsrlər  boyu  bol  məhsulun  əsasını  ilk  növbədə 

Ģumlama  təĢkil  etmiĢdir.  Hələ  vaxtilə  antik  müəllif  Katon  bu  münasibətlə  əlaqədar 

yazırdı:  "Əkin  sahəsini  yaxĢılaĢdırmaq  nə  deməkdir?  Sahəni  yaxĢı  Ģumlamaq.  Bəs 

ikincisi? ġumlamaq, üçüncüsü? Peyinləmək" [34]. 

Taxılçılıqda qoĢqu qüvvəsi ilə istifadəsi mümkün olan bir sıra Ģum alətləri möv-

cud olmuĢdur. Azərbaycanda bir-birini tamamlayan xıĢ, ulamalı xıĢ və qara kotan kimi 

Ģum alətləri daha geniĢ yayılmıĢdır.

 

XıĢlar torpağı üzdən Ģumlayır və onu az çevirir, xıĢ önsüz və laydırsız olur. 



Gavahını simmetrikdir. Kotanlar isə önlü və bir tərəfi laydırlı olub, torpağı daha dərin 

Ģumlayır və laylıyır. 

Azərbaycanın ayrı-ayn bölgələrində torpaq örtüyünün müxtəlifliyi, həmçinin 

məhəlli xüsusiyyətlər Ģum alətlərinin özlərinin də növ müxtəlifliyinə səbəb olmuĢdur.

 

XıĢ və ya cüt ağacdan düzəldilən ən qədim Ģum alətidir. Sadə quruluĢlu bu Ģum 



aləti Azərbaycanın bütün əkinçilik rayonlarında geniĢ yayılmıĢ və kəndli təsərrüfatında 

əsas rol oynamıĢdır. Azərbaycanda ən qədim Ģum aləti kimi istifadə edilən xıĢ torpağı 

cızmaq  üçün  qolu  olan  təbii  ağacdan  düzəldilirdi.  Sonrakı  dövrlərdə  isə  bu  alət 

təkmilləĢdirilərək  bir  neçə  ağac  hissədən  düzəldilmiĢdir.  Həmin  alət  daha  meĢədən 

hazır  halda  tapılmır,  onu  yerli  ustalar  düzəldirdi.  Bunun  üçün  ağac  kəsilir,  yonulur, 

quraĢdırılaraq istənilən formaya salmırdı. Belə xıĢlar qollarının formasına (əyri və 

ya  düz  olmasına),  habelə  ayrı-ayrı  hissələrinin  birləĢmə  qaydalarına  görə  bir-


 

 

73 



birindən fərqlənmiĢlər. 

 

Azərbaycanda  istər  bütöv,  istərsə  də  geydirmə  kötüklü  xıĢlar  əsasən  bir  cüt 



qoĢqu heyvanı ilə iĢlədilmiĢdir. 

 

Sadə Ģum aləti hesab olunan xıĢların hamısında gavahın olmuĢdur. Lakin 



xıĢın  hansı  forma  və  ya  sahədə,  hansı  növ  bitkinin  becəriləcəyindən  asılı  olaraq, 

onun gavahını iri və ya kiçik, ucunun oval və yaxud iti olması ilə fərqlənirdi. XıĢın 

qolunda  xüsusi  deĢiklər  (gözlər)  olurdu  ki,  buraya  da  "güc  ağacı"  adlanan  ağac 

keçirilərdi. Torpağın dərin və dayaz Ģumlanması xıĢın qolunda olan deĢiklərə keçirilən 

güc ağacı ilə, yaxud "ulama" ilə tənzimlənirdi. 

Azərbaycanda  geniĢ  yayılmıĢ  xıĢlar  quruluĢ  və  formalarına  görə  məhəlli 

xüsusiyyətlərə malik olmuĢlar. Daha təkmil hesab olunan xıĢlar ulamalı xıĢ, qollu xıĢ, 

çatma  xıĢ,  iĢgilli  xıĢ  və  baĢqa  adlarla  tanınmıĢdır.  Belə  xıĢlara  demək  olar  ki, 

Azərbaycanın  bütün  etnoqrafik  bölgələrində  rast  gəlmək  mümkündür.  Ulamalı 

xıĢların bazasına əlavə edilən qol (ulama) torpağın Ģumlanmasında xüsusi əhəmiyyət 



 

 

74 



kəsb  etdiyi  üçün  o,  möhkəm  və  münasib  ağacdan  düzəldilirdi.  Ulamalı  xıĢlar  da  öz 

quruluĢ və formalarına görə fərqlənmiĢlər. 

Ulamalı  xıĢlar  əsasən  ġəki-Zaqatala,  Qarabağ,  Naxçıvan  etnoqrafik 

zonalarında  və  həmçinin  bir  sıra  rayonlarda  yayılmıĢdır.  Ulamalı  xıĢların  qolu 

(bazısı)  bütöv  olmayıb,  calaq  əlavə  etməklə  düzəldilirdi.  Azərbaycanın  ayrı-ayrı 

bölgələrində,  ona  "ulama",  "çilə",  "çatma",  "məsənə"  deyilirdi.  Ulamalı  xıĢların 

kötüyünün forma və ölçüsü də sadə xıĢların kötüyündən öz iriliyinə görə fərqlənirdi. 

Bu Ģum aləti əsasən kotük, bazı, dəstə, qılınc və məsən adlanan hissələrdən ibarət olur. 

Ulamalı xıĢlar kötüyünün arxadan qulaqlı, dəstənin ikiəlcəkli düzəldilməsi və qılınca 

malik olması ilə də fərqlənirdilər. XıĢın qılıncı torpağı kəsmək, qulaqları torpaq layını 

çevirmək, qoĢa dəstə isə alətin ağırlığını tənzimləmək üçün münasib idi. Ulamalı xıĢlar 

həm  quruluĢ,  həm  də  funksiyasına  görə  xeyli  təkmilləĢmiĢ  alət  olub,  torpağı  daha 

keyfiyyətli  Ģumlaması  ilə  fərqlənmiĢdir.  Belə  xıĢlardan  xam,  dağavar,  dəmyə 

torpaqların Ģumlanmasında daha geniĢ istifadə edilməsinə görə ona iki-üç, hətta dörd 

boyun öküz qoĢulardı [35]. 

Cütə  qoĢulan  dib  öküzləri  gücü,  iĢləkliyi  və  xamıĢlığı  ilə  baĢqalarından 

seçilməli idi. 


 

 

75 



Azərbaycanda  Ģum  aləti  kimi  "diyircəkli  kotanlar"dan  da  istifadə 

edilmiĢdir.  Diyircəkli  kotanlar  xıĢ  ilə  qara  kotan  arasında  bir  növ  keçid  mərhələsi 

təĢkil edir. 

 

Onun qolu "xəmsə" və "məsən" adlanmaqla iki hissədən ibarət idi. "Xəmsə"nin bir 



ucu kotanın binəsinə (küpünə), digər ucu  ilə "məsənə"  birləĢdirilir. QuraĢdırma qol 

eyni ölçülü təkərləri olan oxa bərkidilir. Diyircəkli kotan kötük (topal,  binə), xəmsə - 

məsən, dəstə (mac-məc), batar, gavahın, qılınc və bir cüt eyni ölçülü təkərdən ibarət olub, 

3-4  boyun  qoĢqu  heyvanı  ilə  iĢlədilmiĢdir.  Bu  Ģum  aləti  Azərbaycanın  Kiçik  Qafqaz 

ərazisində yayılmıĢ və təkamül baxımından ulamalı xıĢdan qara  kotana  keçid rolunu 

oynamıĢdır [36]. 

Azərbaycanda Ģum alətlərinin daha geniĢ yayılmıĢ tipini ənənəvi ağac kotanlar 

təĢkil  edir  ki,  xalq  arasında  qara  kotan,  ağır  kotan,  əyribazı  kotan,  kəl  kotanı  adı  ilə 

məlumdur. Lakin "qara" sözü böyük, iri mənasında da iĢlənmiĢdir. Ona gorə də bu Ģum 

aləti qara kotan adı ilə geniĢ tanınmıĢdır. 

Qara kotan XX əsrin əvvəllərinə qədər Azərbaycanın əkinçiliklə məĢğul olan 

bir  sıra  rayonlarında  geniĢ  yayılmıĢdı.  Əkinçilər  belə  təkmilləĢmiĢ  alət  vasitəsilə 

nisbətən  geniĢ  sahəni  keyfiyyətlə  Ģumlamaq  imkanına  malik  olmuĢlar.  Görkəmli 

təbiətĢünas  alim  Həsənbəy  Zərdabi  qara  kotana  yüksək  qiymət  verərək  yazmıĢdı: 

"Kotan yaxĢı olduqca yeri yaxĢı narın edir. Onu iĢlətməyin zəhməti az və yerin bəhrəsi 

çox  olur.  YaxĢı  kotan  gərək  Ģumu  bir  qalınlıqla  kəsib,  qalxızıb,  çevirib  əzsin"  [37]. 

Adətən  qara  kotanla  bir  gündə  yarım  hektardan  çox  sahəni  keyfiyyətli  Ģumlamaq 


 

 

76 



mümkün  olurdu.  Lakin  ayrı-ayrı  bölgələrdə  isə  bu  ölçü,  torpağın  tərkibindən  asılı 

olaraq, çox və ya az da ola bilərdi.

 

Qara kotanların Cənubi Qafqazda təxminən VIII-IX əsrlərdən Ģumlamada 



iĢlədildiyi ehtimal olunur [38]. 

Azı  min  illik  tarixi  olan  qara  kotanların  forma  və  quruluĢlarında  təbii-

coğrafi  Ģəraitlə  və  baĢqa  amillərlə  əlaqədar  olaraq  bir  sıra  fərqli  cəhətlər  də 

olmuĢdur.  Lakin  bununla  yanaĢı  onlarda  ümumi  oxĢarlıq  daha  çox  nəzərə  çarpır. 

Bu  da  onu  göstərir  ki,  qara  kotanlardan  kiçik  bir  ərazidə  deyil,  bütün  Cənubi 

Qafqaz xalqları əsrlər boyu istifadə etmiĢlər. 

Qara  kotanın  ən  mühüm  hissələrindən  biri  nisbətən  davamlı  ağacdan 

(xüsusilə qara ağacdan) düzəldilən əyribazdır. Onun uzunluğu təxminən 2-2 20 



sm,  diametri  isə  12-15  sm-ə  qədərdir.  Əyribaza  keçirilən  qılınc  gavahından 

təxminən  3-4  sm  qabaqda  olur.  Torpağı  doğrayıb  gavahın  üçün  "pay"  ayıran 

qılıncın  uzunluğu  50-60  sm,  eni  4-5  sm-dir.  Əyribazla  əlaqəli  hissələrdən  biri  də 

topaldır. Topalın, yəni kotanın oturacağının uzunluğu 1-1 20 sm, diametri 10-12 



sm olub, dəndə ağacından hazırlanır. Topalın gavahın keçən "baĢ" hissəsi bir qədər 

çərtilmiĢ  olur,  onun  arxasında  təxminən  10  sm  uzunluğunda  ayaq  qoymaq  üçün 

olan hissə daban adlanır. Topalı və əyribazı bir-birinə möhkəmlətmək üçün daraq 

adlanan  ağac  hissə  olur.  Onun  hündürlüyü  70-80  sm-ə  qədərdir.  Darağın  bir  ucu 

topalı  deĢərək  oraya,  digər  ucu  isə  əyribaza  keçirilib  çüylə  bərkidilir.  Topala 

bərkidilən ağac dəstənin  ortasına  əyribazın  qurtaracağı keçirilir. Bu hissədə Ģumu 



 

 

77 



dayaz  və  ya  dərin  götürmək  üçün  paralar  (pazlar)  vardır.  Alt  para  vurulduqda  

əyribaz  aĢağı  əyilir  və  Ģum  dərin  götürülür.  Üst  para  vurulduqda    isə  əksinə,  

əyribaz  yuxarı  qalxır  və  Ģum  dayaz  olur.  Dəstənin  uzunluğu  təxminən  90  sm, 

diametri isə 8-10 sm-dir.  Kotanın taxtasının uzunluğu 1 m, eni 50-60 sm, qalınlığı 

isə 4-5 sm-ə qədərdir. Taxta torpağı çevirir və xırdalayır. KəsilmiĢ torpağı əsasən 

qaldırmaq  üçün  taxtanın  ortası  nisbətən  çökək  olur.  Taxtanın  qabaq  hissəsi 

əyribazla  topala  gəz  edilərək  pərçimlənir.  Topalın  təxminən  ortasında  taxtaya 

"zamın" adlanan ağac bərkidilir. Zamının uzunluğu 8-20 sm, diametri 3-4 sm-dir. 

Onun  vəzifəsi  taxtanı  topal  və  əyribazdan  nisbətən  aralı,  həm  də  möhkəm 

saxlamaqdır. Taxtanın arxasında,  üst hissəsinin  qurtaracağında sağ əl ilə tutmaq 

üçün  dəstə  düzəldilir.  Taxta  ilə  dəstənin  arasında  möhkəmlik  yaratmaqdan  ötrü 

kəndir burqaclanır. ġum zamanı qılıncı, taxta və gavahını  üçün "haçakösöv"dən və 

Ģətəldən istifadə edilir. Əyribazla ox qayıĢ vasitəsi ilə bir-birinə bağlanır. 

Qara  kotan  ikitəkərli  olur.  Təkərlərdən  biri  (xam  hissədəki)  "kiçik", 

"qıraq" təkər, digəri isə Ģum tərəfdəki iri "ləkər" təkəri adlanır. Hər iki təkər Ģinsiz 


 

 

78 



olur. Kiçik təkərin diametri 35-40 sm, böyük təkərinki isə 50-55 sm olur. Bu fərq 

təxminən Ģumun dərinlik ölçüsü ilə uyğun gəlir. Yeri gəlmiĢkən qeyd etmək lazım-

dır  ki,  sahə  ilk  dəfə  Ģum  edilən  zaman  kiçik  təkər  oxdan  çıxarılır  ki,  Ģumu  dərin 

götürmək mümkün olsun. Hər iki üzə bir baĢ (hov) gedildikdən, yəni Ģırım açıldıq-

dan sonra kiçik təkər yenidən oxa keçirilir. Bu baĢlanğıc - Ģırım "qarabas" adlanır. 

Təkərlərə  keçən oxun  uzunluğu 1  m  80  sm,  diametri 15-10  sm  olub,  möhkəm  və 

davamlı  ağacdan  hazırlanır.  Qarakotanın  oxu  ilə  dib  kəllərin  boyunduruğunu  bir-

ləĢdirən  hissəyə  qır  deyilir.  Qır  oxa  ləkər  təkərinə  yaxın  yerdən  keçirilir.  Qırın 

uzunluğu 2 m 20 sm-dir. Onun oxa keçirilən hissəsinin altında qayıĢ keçirmək üçün 

güctopalına bərkidilir. ġum zamanı gavahın üçün payın (torpağın) enli və dar veril-

məsi qır vasitəsi tarazlaĢdırılır. Bu məqsədlə də qırın oxa keçən hissəsinin sağ və 

sol tərəfinə  xüsusi paralar (pazlar) vurulur. Torpağı enli götürmək lazım gəldikdə 

paranın soldan, dar götürdükdə isə sağdan vurulması tələb olunur. Bəzən qır vasitə-

silə tarazlaĢma alınmadıqda onu "kolbasan"la da əvəz etmək mümkündür. Kolba-

sanın bir ucu qıra keçirilərək çüy vasitəsi ilə bərkidilir, digər ucu isə sadəcə olaraq 

oxa keçirilir və lazım gəldikdə onu sərbəst olaraq irəli və geriyə çəkmək mümkün 

olur. Torpağı enli götürdükdə onu boĢaltmaq, dar götürdükdə isə əksinə, daraldıb 

xüsusi para ilə (pazla) oxa bərkitmək lazımdır. Torpaq yumĢaq olduqda Ģum üçün 

sahə enli, bərk olduqda isə dar götürülür. Kolbasan həm də kotanın qabağına gələn 

çör-çöpü  və  kol-kosu  basıb  aĢağı  yatırdır,  məhz  buna  görə  də  ona  kolbasan  adı 

verilmiĢdir. 

Qırın  altında  "əjdaha"  adlanan  hissəsinin  bir  ucu  xüsusi  ağacla  qır  və 

kolbasana,  digər  ucu  isə  boyunduruqlara  əlavə  olunan  çatala  bərkidilir.  Çatal 

xıĢlarda olan qayıĢ və zənciri əvəz edir. Göründüyü kimi, "əjdaha" gücü təkcə dib 

kəllərə  deyil,  həm  də  qabaqkı  boyunlara  eyni  dərəcədə  paylayır.  Qara  kotana, 

adətən,  dörd boyun  kəl  qoĢulur.  Lakin  yerin  quruluĢu  və  torpağın  xüsusiyyəti  ilə 

əlaqədar  olaraq,  ona  bəzən  6-8  və  daha  çox  boyun  öküz  və  ya  kəl  qoĢulurdu. 

Kotana  qoĢulan  birinci  boyun  dib,  ikinci  boyun  çərkov,  üçüncü  boyun  minik, 

sonuncu  isə  uc  adlanırdı.  Uca  əlavə  olaraq  ağacdan  düzəldilmiĢ  kötük  bağlanır. 

Ucdakı kötük (toppuz) boyunlara ağırlıq salmaqla bərabər, həm də kotandakı ağac 

və  dəmir  hissələri  çıxartmaq  və  taxmaqda,  paraların  vurulmasında  da  istifadə 

edilirdi.  Adətən,  kotanı  idarə  etmək  üçün  2  çubuqçu  (hodaqçı,  bir  nəfər  isə 

məcgəlçi  (rəncbər)  iĢtirak  edir.  Bəzən  onların  sayı  kotana  qoĢulan  kəl  və  ya 

öküzlərin cütündən asılı olurdu. 

Cənubi  Qafqazda  VIII-IX  əsrlərdən  məlum  olan  qara  kotan  əkinçilik 

alətlərinin inkiĢafı baxımından ən təkmilləĢmiĢ Ģum aləti hesab olmaqla, XIX  əsr 

və  XX  əsrin  əvvəllərində  Azərbaycanda  geniĢ  yayılaraq,  xalqımızın  əsrlər  boyu 

yüksək əkinçilik mədəniyyətinə malik olmasını sübut etmiĢdir [39]. 

Xeyli qoĢqu və iĢçi qüvvəsi tələb edən qara kotanı əksər hallarda ayrı-ayrı 

kəndli  təsərrüfatının  təklikdə  istifadə  etməyə  imkanı  olmurdu.  Lakin  ayrı-ayrı 

kəndlərdə, az da olsa, daha varlı kəndlilərin ayrıca qara kotanı olardı, belə imkanlı 


 

 

79 



Ģəxslərə isə "hampa" deyilirdi. 

Əkinçiliklə məĢğul olan bölgələrdə, daha doğrusu, qara kotandan istifadə 

edilən  yerlərdə  çox  zaman  onu  iĢlətmək  üçün  qara  kotanın  ətrafında  Ģərik  və 

ortalıqlar  -  birləĢmələr  yaranırdı.  Qara  kotan  ətrafındakı  belə  birləĢmələr, 

Azərbaycan  rayonlarında  "avaca",  "həmgəl,  "mödgəm"  [40],  "Ģəriklik"  və  s. 

adlandırılmıĢdır. 

Bu  birləĢmələr  qoĢulan  heyvanların  sayına,  kotanın  ayrı-ayrı  hissələrinə 

və  baĢqa  səbəblərə  görə  yaradılırdı.  Burada  heç  bir  qoĢqu  qüvvəsi  və  iĢ  aləti 

olmayan  kəndlilər  də  iĢtirak  edə  bilir,  hodaqçı  -  çubuqçu,  məcgəlçi  və  s.  kimi 

iĢləyirdilər.  ġumlanacaq  sahə  və  ya  kotanın  iĢlək  günü  Ģərikin  birləĢməyə  qoyduğu 

vəsaitlə  müəyyənləĢdirilirdi.  Kotana  kim  daha  çox  heyvan  qoĢubsa,  deməli,  həmin 

Ģəxs üçün daha artıq sahə Ģumlanırdı. Və ya kotanın sahibi baĢqa Ģəriklərə nisbətən daha 

çox sahə Ģumlamaq hüququna malik idi. 

BirləĢmədə iĢtirak edən kəndlilər ya öz əkin sahələrini Ģumlamaqla birləĢməni 

baĢa çatdırır, ya da onu məhsul bölgüsünə qədər davam etdirirdilər [41]. Daha doğrusu, 

onlar sərbəst olaraq istədikləri vaxt  belə birləĢmələrdən çıxa da bilərdilər.  Əkinçilər 

arasında belə birləĢmələr xıĢın iĢlədilməsi zamanı da təĢkil edilərdi. Atalar sözündəki 

"öküz  öldü,  ortaq  ayrıldı"  kəlamı  da,  Ģübhəsiz  ki,  əkinçilər  arasında  olan  bu 

birləĢmələrlə əlaqədardır.  Lakin  əksər  hallarda bu birləĢmələr varlı  kəndlilərin əlində 

yoxsul kəndlilərin - Ģəriklərin əməyini istismar etmək üçün bir vasitəyə çevrildi. 

Azərbaycan əkinçisi torpağın Ģumlanmasına xüsusi əhəmiyyət verirdi. Torpağın 

xüsusiyyətindən, Ģumlama vaxtından və becəriləcək bitkinin növündən asılı olaraq o, bir 

və  ya  bir  neçə  dəfə  Ģumlanırdı.  Torpağın  ilk  Ģumlanmasına  "Ģum",  ikinci  Ģumlanmaya 

"pərĢum",  "düĢum",  "ikiləmə",  üçüncü  Ģumlanmaya  isə  "seĢum"  deyilirdi. 

Əkinçilərimiz  torpağın  keyfiyyətli  Ģumlanmasına  məhsuldarlıq  üçün  bir  Ģərt  kimi 

baxırdılar. Azərbaycanda Ģum əsasən payız və yaz aylarında aparılardı. Yazda Ģumlanan 

sahəyə "yazlıq", payızda Ģumlanan sahəyə isə payız Ģumu və ya "güzdək" deyilərdi. 

Bu baxımdan söylənmiĢ bir sıra zərbi-məsəllər dərin məna və məzmun kəsb edir. 

"Döy  məni,  doyurum  səni".  "Torpağın  qarası  üz  ağardar".  "Torpaq  ovuclayan,  qızıl 

ovuclar". "Torpaq deyər sən mənə tər ver, mən sənə zər" və s. 

Əsrlər boyu taxılçılıqda məhsuldarlığı artırmaq məqsədilə torpağa xüsusi qayğı 

göstərilmiĢdir.  Azyararlı  və  çox  becərilib  yorğun  düĢən  sahəni  münbitləĢdirmək 

məqsədilə əkinçilər müxtəlif qaydalardan istifadə etmiĢlər. Bu məqsədlə biçilmiĢ taxıl 

zəmiləri  yandırılırdı.  Bəzən  də  kövĢənə  sürü  və  naxır  sürülürdü.  Nəticədə  yandırılmıĢ 

kövĢən və peyin torpağı qüvvəyə gətirirdi. Peyin və külün sahəyə səpilməsi daha geniĢ 

yayılmıĢ və daha çox əhəmiyyət kəsb etmiĢdir. 



 

 

80 



Taxılçılıq təsərrüfatında mühüm əmək proseslərindən biri də toxumun seçil-

məsi  və  səpinidir.oxum  seçmədə  ən  çox  istifadə  edilən  üsul  zəmilərdən  sünbülün 

seçilməsidir.  Təcrübəli  əkinçi  zəmilərdəki  gözəgəlimli  iri,  sağlam  və  dolu  dənli 

sünbülləri  qırpar,  baĢqa  bir  üsulla  toxumçular  xırmandakı  dərzləri  nəzərdən  keçirib 

münasib  sünbülləri  seçərdilər.  Təxminən  hər  dərzdən  4-5  sünbül  götürülərdi.  Buna 

"axta",  "baĢaq"  və  ya  "seçmə"  üsulu  deyilir.  Bəzən  də  toxumluq  üçün  bütöv  bir  əkin 

sahəsi ayrılardı. Daha keyfiyyətli toxum seçmək üçün "qırma" və "sındırma" üsulundan 

istifadə edilərdi. Bu üsulla toxumçu sünbülü qırıb yalnız ortasını götürərdi. Bundan əlavə, 

xırman  sovruğunda  əmbizin  sağrısından  daha  iri  dənlər  toxumluq  üçün  ayrılardı. 

Bəzən də  xırmanda  taxıl  hövsərləndikdən  sonra  sağlam  və iri dənlər toxum  üçün 

götürülərdi.  Toxumluq  üçün seçilmiĢ sünbül və  dərzlər xırmanlarda  ayrıca olaraq 

döyülərdi. 

Toxum  müqəddəs  hesab  edilərdi.  Toxuma  haram  qatılmazdı.  Toxumun 

oğurlanması  günah  sayılardı,  onu  qovurmazdılar.  Borc  verilməzdi,  toxum 

satılmazdı, lakin dəyiĢdirilərdi. Bir çanaq toxum, on çanaq taxıl əvəzi idi. 

XX  əsrin  əvvəllərinə  qədər  Azərbaycanın  bütün  əkinçilik  rayonlarında 

toxum  ancaq  əllə  səpilərdi.  Toxumu  daha  təcrübəli  mömin  və  "əli  bərəkətli" 

əkinçilər səpərdilər. 

Adətən  səpin  üçün  daha  keyfiyyətli  və  məhsuldar  toxum  növü  ayrılardı. 


 

 

81 



Toxumluq  dən  nəmlikdən,  çox  istidən  və  yaxud  hər  cür  zərərvericilərdən 

qorunardı. Səpin qabağı toxumluq dənin keyfiyyəti, onun becərmə münasibliyi bir 

daha yoxlanılırdı. 

Səpin zamanı "toxum döĢlüyü"ndən, bəzən də heybədən istifadə edilərdi. 

Adətən döĢlüyün bir ucu əkinçinin belinə bağlanır, digər ucu isə sol əlində olur. 

Əkinçi  toxumu  sağ  əli  ilə  götürərək  sahənin  aĢağı  baĢından  yuxarıya  doğru 

qablama ilə (vərlə) səpirdi. Əl ilə aparılan səpin üsulu çox qədimlərdən əkinçiliklə məĢğul 

olan xalqlar üçün eynilik təĢkil etmiĢdir. Toxum elə səpilməli idi ki, dənlər hər yerə eyni 

sıxlıqda düĢsün. Toxumu sıx və ya seyrək səpmək məhsuldarlığa zərər verirdi. Əgər bir 

qarıĢ yerə 5-7 dənə toxum düĢmüĢsə, səpin normal hesab edilirdi. Usta səpinçi gündə iki 

hektardan artıq sahəyə toxum səpə bilirdi. 

Azərbaycanda payız əkini əsasən sentyabr - oktyabr aylarında, yaz əkini isə 

mart - aprel aylarında aparılırdı. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Ayrı-ayrı əkinçilik bölgələrində səpiləcək toxumun qədəri ruba, taqqa, kilə və s. 

ilə  ölçülərdi.  Hər  hektara  təxminən  140-150  kq  toxum  səpilərdi.  Sahəyə  səpilən 

toxumun qədəri yerli Ģəraitdən, toxumun növündən, səpinin vaxtından və bir sıra baĢqa 

amillərdən asılı idi. Əkinçilər arasında "Bir buğda səpməsən, min buğda biçməzsən" və ya 

"nə əkərsən, onu da biçərsən" zərbi-məsəlləri də geniĢ yayılmıĢdır. 

Əkinçilər toxumu səpən kimi malalayırdılar. Bununla da onlar toxumun normal 

inkiĢafı üçün Ģərait yaratmaqla, həm də onun zərərvericilər tərəfindən tələf olunmasının 

qarĢısını alırdılar. 

ġumlanmıĢ  torpaqdan  və səpiləcək bitkinin  növündən  asılı olaraq  malalama 

həmin sahədə bir və ya iki dəfə aparılırdı. 


 

 

82 



Azərbaycanda ĢumlanmıĢ torpağın əkinə hazırlanması üçün Ģumun əzilib hamar-

lanmasında və səpilmiĢ toxumun torpağa qarıĢdırılmasında müxtəlif quruluĢ və formalı 

malalardan istifadə edilmiĢdir. Həmin  malalar əkinçilər arasında Ģax mala,  hörmə mala, 

ağac  mala,  ağacdiĢli  mala,  dırmıq  mala,  dəmir  mala  və  s.  adlarla  tanınmıĢdır.  Bəzi 

yerlərdə  malaya  "tapan"  da  deyilirdi.  Adətən  sahənin  quruluĢundan,  onun  xıĢ  və  ya 

kotanla  Ģumlanmasından,  yaxud  becəriləcək  bitkinin  növündən  asılı  olaraq,  iĢlədilən 

malalar da müxtəlif olurdu. Lakin bəzi hallarda xıĢla ĢumlanmıĢ dağətəyi və ya qumsal 

torpaqlardakı  əkin  sahələrinin  səpin  iĢində  malalardan  istifadə  edilməzdi.  Belə 

sahələrdə səpindən sonra aparılan xıĢlama elə bir növ malalama iĢini görürdü. 

 

 



 

 

 



 

 

 



 

 

 



ġax malalar əkinçilikdə ən qədimlərdən istifadə edilməklə [42] daha geniĢ 

yayılmıĢdır. Onu ağacın qol-budaqlarından düzəldirdilər. Ağacın bir və ya bir neçə qolu 

(budağı)  kəsilib  tək  və  ya  birlikdə  boyunduruğa  ip  və  ya  tənəklə  bağlanardı.  ġax 

malanın üstünə torpağı daha yaxĢı əzməsi və toxumu lazımi səviyyədə basdırması üçün 

ağır kötük də qoyulurdu. ġax maladan darı, mərci, və s. yazlıq bitkilərin səpini zamanı 

daha geniĢ istifadə olunurdu. 

XIX əsr və XX əsrin əvvəllərində əkinçilikdə toxuma mala və ya hörmə mala-

lar  da  geniĢ  yayılmıĢdı.  Bu  malanı  tənəkdən,  vələs  və  s.  ağacların  çubuqlarından 



 

 

83 



toxumaqla  (hörülməklə)  düzəldirdilər.  Bunun  üçün  3-4  ədəd  nisbətən  yoğun  1-1,5  

uzunluğunda  ağaclar  bir-birinə  paralel  halda  qoyularaq  çubuqla  toxunardı.  Bu 

malalar payız və yaz əkini, həm də çəltik əkini üçün torpağın səpinə hazırlanmasında 

iĢlədilirdi. 

Ağac malalar XIX əsrdə Azərbaycanın əkinçilik təsərrüfatında ən geniĢ yayı-

lan mala növlərindən hesab olunur. Ağac malalar öz quruluĢlarına və formalarına görə 

bir-birinə  oxĢadığı  kimi,  ayrı-ayrı  əkinçilik  rayonlarında  iĢlədilən  belə  malalarda 

müəyyən fərqlər də olmuĢdur. Ağac malaların taxtasının uzunluğu 2 m, eni 20-25 sm, 

qalınlığı 8-10 sm-dir. Belə malaların taxtasının iĢlək hissəsi həm diĢsiz (hamar), həm də 

diĢli olur (ağac və ya dəmir diĢlər geydirilir). Ağac malaların qolu boyunduruğa keçirilir. 

Qolda əl tutmaq üçün dəstək olur. Malalama zamanı malaçı bir əli ilə dəstəyi tutaraq 

taxtanın üstündə dururdu [43]. 

Səpin keçiriləcək Ģumdan və becəriləcək bitkinin növündən asılı olaraq, mala-

lama  həmin  sahədə  bir  və  ya  iki  dəfə  aparılırdı.  Adətən,  mala  Ģumun  uzunu  istiqa-

mətində çəkilərdi. Əgər ikinci dəfə Ģuma mala çəkmək lazım gələrdisə onda malalama 

Ģumun eni istiqamətində aparılardı. Bəzən malalar ağır olsun deyə, onların üstünə daĢ 

və ya əlavə yük də qoyulardı [44]. 

ġumun malalanmasında, daha doğrusu, onun səpinə hazırlanmasında yuxarıda 

təsvir  etdiyimiz  malalardan  baĢqa,  əkinçilər  çərçivəli  mala,  dırmıq  və  s.  əmək  alət-

lərindən  də  istifadə  etmiĢlər.  Əkin  sahələri  alaq  otlarından  alaqçın  -  Ģətə  adlanan 

xüsusi alətlərlə təmizlənirdi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

84 



Taxılçılıqda məhsulun yığımı və döyümü də mühüm əmək prosesidir. Biçin 

alətlərinin  forma  və  quruluĢları,  habelə  biçin  üsullan  bir  daha  təsdiq  edir  ki,  bu 

sahədəki ənənəvi vərdiĢ və təcrübə əsrlər boyu o qədər də böyük dəyiĢikliklərə məruz 

qalmamıĢdır.  Belə  ki,  XIX  əsrdə  və  XX  əsrin  əvvəllərində  Azərbaycanda  biçində 

iĢlədilən  çin,  oraq  kimi  əmək  alətləri,  arxeoloji  qazıntılardan  tapılmıĢ  eyni  alətlərlə 

demək olar ki, oxĢarlıq təĢkil edirlər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Azərbaycanda ən qədim dövrdən e.ə. I minilliyədək həlledici biçin aləti quraĢ-

dırma daĢ oraqlar olmuĢdur. Görünür taxılçılığın ilk mərhələsində yerli tayfalar biçin 

prosesində  nisbətən  uzun  və  bir  qədər  də  enli  dəvəgözü  və  çaxmaq  daĢından 

düzəltdikləri lövhəciklərdən (bıçaqlardan) istifadə etmiĢlər. Yəqin ki, biçinçi heç bir əsasa 

bərkidilməyən lövhəciyi sağ əlinə götürər, sol əlində çəngələdiyi taxıla sürtərək özünə 

tərəf çəkməklə biçərmiĢ. 

ġübhəsiz, dövrünə görə ən mükəmməl biçin aləti quraĢdırma diĢli daĢ oraqlar 

olmuĢdur. Böyük əksəriyyəti dəvəgözü daĢından olan quraĢdırma oraqlar ağac, sümük, 

xüsusilə  çənə  sümüyünə  keçirilərmiĢ.  Ən  qədim  daĢ  orağın  quruluĢunu  bərpa  etmək 

baxımından  Qazax  rayonu  ərazisində  ġomutəpə  qədim  yaĢayıĢ  yerindən  tapılan  bütöv 

quraĢdırma  oraq  daha  çox  marağa  səbəb  olur.  Uzunluğu  17  sm-ə  qədər  olan  orağın 

əsası  içəriyə  tərəf  bir  qədər  əyilmiĢ  və  ona  dörd  ədəd  daĢ  parçası  keçirilmiĢdir  [45]. 


 

 

85 



Azərbaycanda  quraĢdırma  oraqlar  Neolit,  Eneolit  və  Tunc  dövrünə  aid  yaĢayıĢ 

yerlərinin  çoxundan  aĢkar  edilmiĢdir.  QuraĢdırma  oraqlar  həmin  dövrlərdə  biçində 

iĢlədilən daha xarakterik, həm də universal alət olmasını söyləməyə imkan verir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Azərbaycan  ərazisində  Tunc  dövründən,  xüsusilə  bu  dövrün  inkiĢaf 

mərhələsindən tədricən metal oraqlar yayılmağa baĢlayır. Lakin daha əlveriĢli biçin alətləri 

olan metal oraqlara hələlik çox nadir hallarda təsadüf edilmiĢdir. Görünür bu, hər Ģeydən 

əvvəl, daĢ alətlərə hələ öz güclü təsirini göstərə bilməməsindən irəli gəlmiĢdir. Hələlik ən 

qədim və yeganə mis oraq Naxçıvan ərazısındəkı Kultəpə qədim yaĢayıĢ yerindən aĢkar 

edilmiĢdir  [46].  Metaldan  hazırlanan  bu  biçin  aləti  quruluĢunun  sadəliyi  etibarilə  daĢ 

oraqlardan o qədər də seçilmir. Tunc dövrünə aid metal oraq hələ XIX əsrdə Gədəbəy 

ərazisindən əldə edilmiĢdir. 

Aydın məsələdir ki, metal oraqların biçində tətbiqi taxılçılığın intensiv inkiĢafı 

ilə sıx bağlıdır. Qobustan qayalarının birində e.ə. II minilliyin ortalarına aid edilən biçinçi 

surəti və onun əlindəki alətin təsviri öz görkəmi etibarilə son zamanlara qədər iĢlədilən 

çinlərə  çox  oxĢayır  [47].  Deməli,  tarixən  metal  biçin  alətləri  öz  fonnalarına  görə  bir 

qədər təkmilləĢsələr də quruluĢlarını əsasən saxlamıĢlar. 

 

 

 



 

 

 



 

 

 

86 



Azərbaycanda Dəmir dövrü abidələrindən aĢkar edilən və çoxluq təĢkil edən 

mctal oraqlar son zamanlara qədər iĢlədilən dəmir oraqlarla demək olar ki, eynilik təĢkil 

edir. Dəmirin geniĢ yayılması ilə taxılçılıq daha intensiv inkiĢaf edir. Bu inkiĢafın özü də 

daha  kamil  biçin  aləti  olan  çin  və  oraqları  birinci  yerə  çıxarır.  Əslində  isə  Dəmir 

dövründə biçində daĢ oraqlar tamamilə aradan çıxır. 

Bütün orta əsrlər boyu Azərbaycanda biçin alətləri dəmirdən hazırlanaraq taxıl-

çılıqda geniĢ istifadə edilmiĢdir. 



Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə