A z ə r b a y c a n



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə5/36
tarix29.05.2017
ölçüsü7,74 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   36

 

 

 



 

 

 



 

 

 



 

XX əsrin əvvəllərinə qədər də əkinçilikdə əsas biçin aləti çin və oraq olmuĢdur. 

Çin  və  oraq  dəmir  (metal)  tiyədən  və  ağac  sapdan  ibarətdir.  Həmin  alətlər  ayrı-ayrı 

kəndlərdə dəmirçi ustalar tərəfindən hazırlanırdı. Onlar öz forma və quruluĢlarına görə 

bir-birinə  çox  oxĢayırlarsa,  çin  diĢli,  oraq  isə  diĢsizdir.  Çinin  tiyəsi  dəmirçi  ustalar 

tərəfindən diĢənir, oraq isə daĢ bülövlə itilənirdi. Çin biçin üçün ən münasib alətdir. 

Ġndi də dünyanın əkinçiliklə məĢğul olan ən qədim ölkələrində biçində ondan istifadə 

edilir.  Naxçıvan  ərazisində  taxıl  biçinində  "mərəndi"  adlı  alətdən  də  istifadə 

edilmiĢdir.  Mərəndinin  tiyəsi  diĢsizdir.  Onun  tiyəsi  nisbətən  iri  olduğu  üçün  (1  m-ə 

qədər) onunla daha çox taxıl sahəsini biçmək olurdu. Əkin seyrək, alçaq və  ya alaqlı 

olanda biçin zamanı dəryazdan da istifadə edilirdi. 

Biçinçi səhər tezdən taxıl zəmisinə girərək biçinə baĢlardı. Biçinçi biçin zamanı 

sol əlinə sümükdən, ağacdan və ya göndən hazırlanmıĢ barmaqlıq geyər, qoluna dolaq 

-  qolçaq  taxar,  belinə  isə  döĢlük  bağlardı.  O,  əvvəlcə  dərz  bağlamaq  üçün  bəndəm 

hazırlardı.  Bəndəm  dərz  bağlamaq  üçün  qurĢaq  rolunu  oynayırdı.  Bəndəm  arpa  və  ya 

buğdanın  kökdən«çıxarılmıĢ  gövdəsindən  eĢilib  düzəldilirdi.  Bəzi  hallarda  bəndəmdə 

elastiklik yaratmaq üçün üstünə su səpilirdi. Biçinçinin biçdiyi bir əl tutumu sünbül gövdəsi 

bir  bafa  adlanırdı.  On  bafadan  bir  dərz  bağlanardı.  Hər  on  dərz  isə  bir  xara  hesab 

olunardı  [48].  Usta  biçinçi  gün  ərzində  80-100  və  bəzən  də  120-yə  qədər  dərz  biçə 

bilirdi. BağlanmıĢ dərzlər həmin gün axĢam üstü xaraya yığılırdı. 



 

 

87 



Beləliklə də əkin sahəsində biçilmiĢ dərzlər xara ilə hesablanırdı. Biçinçi ilə 

haqq-hesab da çox zaman xaranın sayına görə aparılırdı. 

Azərbaycanda taxıl biçini əsasən iyun ayının ortalarından baĢlayaraq avqust ayı-

nın  sonuna  qədər  davam  edirdi.  Adətən  hər  bir  təsərrüfat  öz  əkin  sahəsini  öz  qüvvəsilə 

biçərdi.  Lakin  biçin  zamanı  iri  təsərrüfatlar  muzdlu  fəhlə  -  biçinçi  də  tuturdular. 

Zəmilərdəki bol taxılı biçmək üçün Cənubi Azərbaycandan biçinçilər gəlirdi. 

Biçinçilər 4-6-7-10 nəfərlik dəstələrdə birləĢirdilər. Bu dəstələr yaxınlıq, yer-

lilik,  qohumluq  münasibətləri  əsasında  təĢkil  olunurdular.  Biçinçi  dəstələrində  qazanılan 

məhsulun bölgüsü onların öz aralarındakı razılaĢmaya əsaslanırdı. Adətən, iĢ qabiliyyəti 

eyni olan biçinçilər qazandığı məhsulu bərabər bölərdilər. Biçində o qədər də səriĢtəsi 

olmayan biçinçilərə isə zəhmət haqqı nisbətən az verilirdi. Yəni əmək haqqı "zəhmətə 

görə" bölünərdi. Belə bir bölgü "əslican" adlanırdı. Biçinçinin zəhmət haqqı əkin sahibilə 

biçinçinin danıĢığından asılı olardı. Bəzən əkin sahibi biçinçiyə  zəhmət  haqqından  əlavə 

gündə  3  dəfə  yemək  verməli  və  həmçinin  onu  yatacaqla  təmin  etməli  idi,  yaxud  da 

biçinçiyə ancaq yatacaq verirdi. Bəzən biçinçiyə yemək əvəzinə un, buğda və ya arpa 

verilərdi ki, bu da "cirə" adlanırdı. 

XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərindəki  məzənnəyə  görə  hər  iyirmi 

dərzdən ikisi, məhsul bol olduqda isə hətta iyirmidən üçü biçinçiyə çatırdı. Əgər əkin sey-

rək və ya alaqlı olardısa, belə halda biçinçiyə əmək haqqı günəmuzd verilərdi. Bəzən 

də biçinçinin haqqı biçilmiĢ əkin sahəsinə görə hesablanırdı. Belə bir Ģərt "quruya biçin" 

adlanırdı.  "Quruya  biçin"  zamanı  biçinçiyə  zəhmət  haqqı  kimi  biçilmiĢ  sahəyə  səpilən 

toxumun  miqdarı  qədər  taxıl  verilərdi.  Bəzən  də  biçinçiyə  döyülmüĢ  hazır  məhsulun 

ondan biri verilərdi ki, buna da "durudan haqq" deyilərdi. Biçinçinin haqqı pul ilə də 

ödənilərdi.  Pul  ilə  haqq-hesab  çox  halda  Cənubi  Azərbaycandan  gələn  biçinçilərlə 



 

 

88 



çəkilərdi. Biçinçi haqqının pul ilə ödənilməsi ancaq iri təsərrüfatlarda aparılırdı. 

Biçinçi bir mövsümdə 70-80, 100-150, bəzən də daha çox dərz qazana bilərdi. 

Əgər hər bir dərz 4-5 kq dən verərdisə, biçinçiyə 300-400 kq, bəzən də daha artıq buğda 

və ya arpa çatırdı. Biçin əkinçilikdə ən ağır iĢ prosesi hesab olunurdu. Biçinçinin, xüsusilə 

muzdla iĢləyən biçinçinin iĢinin ağır və zəhmətli olması atalar məsəllərində də öz əksini 

tapmıĢdır. "Kotanın dəstəsi ilan olsa əlindən qoyma, çinin dəstəsi qızıl olsa əlinə alma" 

və yaxud "Əkinçi ol biçinçi olma", "Dostun əksin, düĢmənin biçsin" [49]. 

Biçin iĢi tez və təxirəsalınmaz əmək prosesidir. Çünki biçində gecikmək - uduz-

maqdır, daha doğrusu, məhsul itkisidir. Ona görə də hər bir ailə çalıĢırdı ki, biçini tez və 

vaxtında baĢa çatdırsın. Bu iĢdə iĢçi qüvvəsi çatıĢmadıqda və yaxud tavanasız ailələrə 

kömək  lazım  olduqda  qonum-qonĢu,  həmkəndlilər  bir-birlərinə  yardım  da  edirdilər. 

Adətən belə hallarda iməciliklər də təĢkil edilirdi. 

Dərzlər döyüm üçün əkin sahəsindən xırmana daĢınardı. Bunun üçün müxtəlif 

üsul,  qayda  və  vəsaitlər  mövcud  olmuĢdur.  Belə  ki,  dərzin  daĢınmasından  ötrü  araba, 

furqon, kirĢə və s. nəqliyyat vasitələrindən istifadə olunmuĢdur. Dərzlər xırmana  at, 

dəvə,  öküz  və  ulaqlarla  da  daĢınardı.  Arabalarla  dərz  daĢınarkən  daha  çox  dərz 

yükləməkdən  ötrü  ona  dərzağacı  qoyulardı.  Dərzağacı  arabanın  dal  və  qabaq 

laĢarlarına  keçirilərək  bərkidilirdi.  Dərzağaclı  arabaya  yüzdən  çox  dərz  yükləmək 

olurdu. Dərzlərin tökülməməsi üçün onu sicimlə də bağlayırdılar. 

Dağ və dağətəyi ərazidə kirĢə, at, öküz və ulaqla dərz daĢınardı. KirĢəyə əlliyə 

qədər dərz yükləmək olurdu. Düzən rayonlarda isə dərzdaĢımada araba və furqonlardan 

istifadə  edilərdi.  DərzdaĢıma  zamanı  bəzən  ayrı-ayrı  təsərrüfatlar  bir-birlərinə 

köməklik də edirdilər. 

Qədim tarixə malik döyüm taxılçılıqda mürəkkəb əmək prosesi olub, bir sıra 

mərhələlərdən keçir. 

Dənin alınmasında ən qədim üsullardan biri sünbülün əl ilə ovuĢdurulmasıdır. 

QırpılmıĢ  sünbülün  qılçığı  qırılıb  atıldıqdan  sonra  ovucun  içində  sürtülərək  ovxalanır. 

Nəticədə dən qılçıqdan çıxaraq yerə tökülür. Bu qayda çox ibtidai olmaqla bərabər, çətin 

və əziyyətlidir. Bu sadə üsulla dən əldə etmək çox vaxt tələb edir və az məhsuldardır. 


 

 

89 



Əlbəttə,  bu  üsul  döyüm  prosesinin  ilkin  mərhələsini  təĢkil  edir.  Güman  ki, bu qayda 

əkinçiliyin yığım iĢindən ayrıldığı bir dövrdə daha çox tətbiq edilmiĢdir. 

Taxılçılığın əsas təsərrüfat sahəsinə çevrildiyi bir dövrdə - Neolit dövründə dö-

yümdə alət kimi ağac dəyənəklərdən daha çox istifadə edilmiĢdir. Adətən bunun üçün 

kiçik torpaq sahəsi təmizlənir və döyülüb bərkidilir. Zəmilərdən gətirilmiĢ taxılın baĢı - 

sünbülü həmin sahəyə tökülür və burada dəyənəklə döyülür. Dəyənək  ağır və davamlı 

ağac  növündən  düzəldilir.  Onun  uzunluğu  təxminən  90-120  sm-ə  qədər  olur. 

Dəyənəklə nisbətən daha çox dən döymək  mümkün olurdu. Lakin bu  üsulla döyüm 

çox vaxt aparmaqla böyük zəhmət tələb edirdi. 

Bu qədim və bəsit döyüm qaydalarından son dövrlərə qədər, az da olsa, taxıl-

çılıqda  istifadə  edildiyini  etnoqrafik  müĢahidələr  təsdiq  edir.  Bunun  da  əsas  səbəb-

lərindən  biri  toxumluq  dənin  əldə  edilməsi  olmuĢdur.  Toxumluq  üçün  seçilən  sünbül 

bəzən göstərilən qayda üzrə döyülür və dən alınırdı. Bununla da dən zədəsiz və təmiz 

qalırdı.  Bundan  baĢqa,  kəndli  ailələri  dərzləri  öz  həyətyanı  sahəsində,  ya  da  əkin 

sahələrinə yaxın olan yerdə toqqacla döyərdilər. 

 

 



 

 

 



 

 

 



 

 

90 



 

Azərbaycanda ən geniĢ yayılmıĢ döyüm üsulu dərzlərin xırmanda döyülməsidir.  



 

 

91 



Bunun  üçün  dərzlər  sahədən  daĢınaraq  xırmana  yığılardı.  Xırman  külək  tutan  və 

hündür  yerlərdə  düzəldilərdi,  diametri  50-70  m  və  bəzən  daha  böyük  olan  xırman 

sahəsi əvvəlcə sulanır, bir-iki gündən sonra tapdanır, sonra buranın torpağı ağac və ya 

daĢdan düzəldilən kirkirə - vərdənə (xırman kötüyü - xırman daĢı) adlanan alətlə bərkidilir, 

daha  sonra  isə  Ģaxdan,  yaxud  gəndalaĢdan  düzəldilən  süpürgə  ilə  hamarlanırdı  - 

Ģirələnirdi.  Köhnə  xırman  yeri  isə  sulanır  və  ot-avardan  təmizlənərək  bərkidilirdi. 

Beləliklə də taxıl döyümü üçün xırman hazır olurdu. 

Adətən, xırman bir neçə təsərrüfatın, yaxın qohum ailələrin Ģərikliyi ilə düzəldi-

lirdi. ġəriklər öz dərzlərini xırmanda növbə ilə döyərdilər. Lakin daha varlı kəndlilərin ayrıca 

xırmanları da olardı. Xüsusi xırmanlar onun sahibinin adı ilə də tanınardı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

92 



 

 

 

93 



Xırmanda hər bir təsərrüfatın dərzi ayrıca 100-200, 300-500 və daha çox 

dərzlik  taylara  -  xaralara  yığılardı.  Dərzin  xırmanda  döyülməsi  üçün  müxtəlif  üsul  və 

qaydalardan istifadə edilmiĢdir.  

 

Dənin  xırmanda  heyvanlar  vasitəsilə 



döyülməsində  ən  sadə  və  qədim  üsul  xırmana 

tökülən  -  sərilən  dərzin  -  taxılın  üstündə 

qaramalın  bir-birinə  çatılaraq sürülməsidir. Digər 

bir  qayda  isə  heyvanları  xırmanın  ortasında 

basdırılmıĢ  ağac  dirəyə  bağlayıb  onun  ətrafında 

hərləməkdən ibarətdir. Atla döyüm prosesində isə 

bir  nəfər  xırmanın  ortasında  duraraq  atların 

boğazına  ipi  salıb  xırman  boyu  dolandırır. 

Heyvanların 

hərəkəti 

taxılın 

dırnaqla 

döyülməsinə  səbəb  olur.  Qədim  zamanda  bu 

qaydalardan  bütün  taxıl  növlərinin  döyülməsində 

istifadə  edilmiĢdir.  Lakin  sonralar  belə  bir  qayda 

ilə  əsasən  arpa,  darı  və  çəltik  döyülərdi.  Döyüm 

prosesində taxılın yeyilməsi və korlanmaması üçün 

bəzən heyvanın baĢına "ağızlıq" keçirilərdi. 

Heyvanlarla  döyüm  bəsit  qaydalarla 

əsas  döyüm  alətləri  vasitəsilə  döyülən  arasında 

keçid mərhələsini təĢkil etmiĢdir. 

Azərbaycanda  e.ə.  III  minillikdən 

etibarən  cüt  əkinçiliyinin  inkiĢafı  daha  təkmil 

döyüm  qaydalarının  tətbiqini  tələb  edirdi.  Ona 

görə  də  döyüm  qaydaları  dövrünə  görə  daha 

əlveriĢli  və  münasib  olmalı  idi.  Ehtimal  ki,  bu 

dövrdən, bəlkə bir qədər də qədimdən döyümdə 

sadə  vəl  və  onun  iĢlədilməsində  iribuynuzlu 

heyvanlardan istifadə edilmiĢdir. 

Taxılın döyülməsində geniĢ iĢlədilən və 

ən  mühüm  alət  ağac  vəllərdir.  Azərbaycanda 

hələ  e.ə.  II  minilliyin  sonlarına  aid  ağac  vəl 

Xanlar  rayonu  ərazisində  aĢkar  edilmiĢdir  [50].  Bu 

döyüm aləti əsrlər boyu öz quruluĢ və funksiyasını 

olduğu kimi saxlamıĢdır. O, XIX əsr və XX əsrin 

əvvəllərində  də  demək  olar  ki,  əsas  döyüm  aləti 

olaraq qalırdı. 

Vəl  daha  davamlı  olan  ağac  növündən 

hazırlanırdı. Vəlin böyük və kiçik, ağır və yüngül 

olması taxılın növü və iqlim Ģəraiti ilə də bağlıdır.  



 

 

94 



Dağ  və  dağətəyi  bölgələrdə  bir 

qayda  olaraq  vəllər  iri  və  qalın 

olur  ki,  bu  da  döyüm  prosesini 

nisbətən  asanlaĢdırır.  Düzənlik 

ərazidə  isə  əksinə,  taxılın  daha 

quru  olması  ilə  əlaqədar,  vəllər 

yüngül  və  kiçik  həcmli  olurdu. 

Yerli Ģərait, taxılın növü və qoĢqu 

qüvvəsindən  asılı  olaraq,  ağac 

vəllər  iki  növ  -  tay  və  qoĢa 

olurdu.  Tay  vəl  qoĢa  vələ 

nisbətən  sadə,  ağır  və  nisbətən 

iri idi. Vəlin uzunluğu təxminən 

1,5-1,7 m-ə qədər, eni 60-70 sm, 

qalınlığı isə 4-6 sm olurdu. Ağac 

vəlin 


döyüm 

prosesini 

sürətləndirmək  üçün  onun  alt  - 

iĢlək  hissəsindəki  gözlərə  xırda 

daĢ və daĢ parçaları pərçimlənir. 

Bəzən  bu  daĢları  xırda  metal 

parçaları da əvəz edir ki, bu da 

prosesi  xeyli  tezləĢdirir.  Vəlin 

qabaq hissəsi bir qədər yuxarıya 

doğru  qaldırılmıĢ  vəziyyətdə 

düzəldilir.  Bu,  hər  Ģeydən 

əvvəl, vəlin xırmanda hərəkətini 

nizama  salır  və  küləĢin  bir  yerə 

yığılmasının 

qarĢısını 

alır. 


Vəllərin 

qabaq 


hissəsində 

xüsusi  göz  və  kərt  açılırdı. 

Həmin 

hissəyə 


-vəlbəndə 

keçirilən  ip  vəli  boyunduruğa 

birləĢdirirdi. Vələ bir at və ya bir 

boyun öküz qoĢulardı. 

Döyümü  tezləĢdirmək 

məqsədilə  xırmanda  bir  neçə  at 

və  ya  öküz  qoĢulmuĢ  vəllər  sürülürdü.  Bəzən  döyüm  prosesində  vəlin  üstünə 

kiçikyaĢlı  uĢaq mindirilər və ya daĢ parçası qoyulardı. QoĢa vəllər döyümdə daha çox 

istifadə edilərdi. 

Taxıl  döyümündə  istifadə  edilən  əmək  alətlərindən  biri  də  daĢ  vəllər 

olmuĢdur.  DaĢ  vəllər  nəinki  Azərbaycanda,  hətta  bütün  Cənubi  Qafqazda  geniĢ 


 

 

95 



yayılmıĢdı. 

DaĢ  vəl  əsasən  andezit-bazalt  daĢından  hazırlanırdı.  Onun  uzunluğu 

təxminən  70-80  sm,  eni  50-60  sm,  qalınlığı  18-20sm,  ağırlığı  isə  70-80  kq-a 

qədər olurdu. DaĢ vəlin 

alt  iĢlək  hissəsi  çopur-

çopur, nisbətən düz, üst 

hissəsi  isə  mərkəzə 

doğru 


balıq 

beli 


formasındadır. 

Öz 


ağırlığına  görə  ancaq 

heyvan  qüvvəsi  ilə 

iĢlədilməsi 

mümkün 


olan  daĢ  vəllərin  baĢ 

hissəsində  qayıĢ,  ağac 

və ya ip keçirmək üçün 

xüsusi  göz  olur  ki,  bu 

da  həmin  alətlə  taxıl 

döyərkən 

öküz 

və 


kəldən 

istifadə 

edildiyinə  dəlalət  edir 

[51]. 


 

 

DaĢ  vəllərdən 



Azərbaycanın  əsasən 

dağ 


və 

dağətəyi 

ərazisində  daha  geniĢ 

istifadə 

edilmiĢdir. 

Belə  ki,  təbii-iqlim 

Ģəraitindən asılı olaraq, 

bu  rayonlarda  yetiĢən 

taxıl 

növlərinin 



gövdəsi  möhkəm  və 

bərk  olmaqla  bərabər, 

dəni də  qılçıqdan çətin 

ayrılır.  Bunun  üçün  məhz  ağır  vəllər  daha  sərfəli  və  münasibdir.  Ona  görə  bu 

ərazidə  taxıl  döyümündə  əkinçilərin  daĢ  vəllərindən  istifadə  etməsinə  onların 

çoxəsrlik təsərrüfat təcrübəsinin nəticəsi kimi baxmaq lazımdır. 

Arxeoloji  tədqiqatlar  nəticəsində  müəyyən  edilmiĢdir  ki,  daĢ  vəllər 

döyümdə  təxminən  e.ə.  II  minilliyin  ikinci  yarısından  istifadə  edilməyə  baĢlan-

mıĢdır [52]. 

Hazırlanması nisbətən asan  və sadə quruluĢa malik olan döyümdaĢı dövr 

etibarilə  daha  qədimdir.  DöyümdaĢının  uzunluğu  1-1,25  m-ə  qədər  olub,  müxtəlif 


 

 

96 



diametrlidir.  DaĢın  üzəri  ya  kələ-kötür,  ya  da  müxtəlif  istiqamətdə  oyulmuĢ 

cızıqlardan  ibarətdir  ki,  bu  da  taxılın  döyülməsini  asanlaĢdırır  və  tezləĢdirir. 

DöyümdaĢının  hər  iki  ucu  oyularaq  ox  keçirilir.  Oxun  ucları  ağac  qol  vasitəsilə 

boyunduruğa bərkidilir. QoĢqu heyvanı  xırmanda  küləĢin  üsrü ilə  gəzən  zaman bu 

alət öz oxu boyunca fırlanır və taxılı döyür. 

Taxılın  döyülməsində  əsrlər  boyu  istifadə  edilən  alətlərdən  biri  də  carcardır. 

ġərq  ölkələrində  imtiĢar  tapan  carcarın  Azərbaycanda  ilk  dəfə  nə  vaxtdan  istifadə 

edildiyi hələlik dəqiq müəyyənləĢdirilməmiĢdir. Lakin bu qurğunun ilk sinifli cəmiyyət 

dövründə döyüm prosesində iĢlədildiyini ehtimal etmək olar. 

Ağac  carcar  daha 

mürəkkəb  quruluĢa  malikdir. 

Carcar  davamlı  ağacdan 

hazır-lanaraq 

üç 


əsas 

hissədən  -  çərçivə,  ox  və 

oturacaqdan 

ibarətdir. 

Qolların  qalınlığı  10-12  sm, 

uzunluğu  2-2,5  m-ə  qədər 

olur.  Möhkəm  pərçimlənmiĢ 

çərçivəyə 

araba 

oxuna 


bənzər  iki  ox  keçirilir. 

Onların gövdəsinə təxminən 

15-25  ədəd  kərkiyə  oxĢar 

dəmir  sancılır.  Bu  metal 

hissələrin  bəzən  daĢ  və 

ağacdan  düzəldilməsi  də 

məlumdur. 

Çərçivənin 

ortasına  taxtadan  düzəldilən 

oturacaq  bərkidilir.  Carcar 

xırmanda bir və ya bir boyun 

qoĢqu  qüvvəsi  vasitəsilə 

hərəkət etdikcə oxlar fırlanır 

və dəmir diĢlər küləĢi doğrayıb əzir, lakin sünbülün əzilməsini lazımi dərəcədə təmin 

edə  bilmir  və  sünbül  nisbətən  diri  qalır.  Ona  görə  də  bəzən  taxıl  dənə  düĢərkən 

carcardan  sonra  xırmanda  vəl  sürülür.  Çox  vaxt  isə  qalın  küləĢli  xırmanda  əvvəlcə 

carcar,  sonra  vəl  sürülür.  Buna  görə  carcarla  vəl  döyüm  prosesində  bir-birini 

tamamlayır.  Onu  da  xatırladaq  ki,  Cənubi  Qafqazda  ağac  carcar  o  qədər  intiĢar 

tapmamıĢ və əsasən Naxçıvan ərazisində yayılmıĢdır. 

XVII  əsrdə  Azərbaycanda  olmuĢ  fransız  səyyahı  J.ġarden  Naxçıvan,  Culfa, 

Mərənd, Təbriz, Ərdəbil və Azərbaycanın baĢqa vilayətlərində carcardan geniĢ istifadə 

edildiyini xəbər verir. Ehtimal ki, carcar Cənubi Qafqaza Cənubi Azərbaycan, Ġran və 

Türkiyə vasitəsilə keçmiĢdir. 

 

 



 

 


 

 

97 



 

Taxıl  döyümü  zamanı 

ağac  yaba,  Ģana,  kürək,  süpürgə, 

xəlbir, 


Ģadara, 

hövsər, 


Ģaxsüpürgə  və  baĢqa  əmək 

alətləri  və  əĢyalardan  istifadə 

edilirdi.  Belə  ki,  döyülməkdə 

olan 


dərzlərin 

(küləĢin) 

çevrilməsində  yabadan,  ilkin 

sovruqda 

Ģanadan, 

son 


sovruqda  isə  kürəkdən  istifadə 

edilirdi. Xəlbir, hövsər və tabaq 

isə 

taxılın  təmizlənməsində 



lazım  olurdu.  Adətən  xırmana 

döyüm  üçün  bir  dəfəyə  yüzə 

qədər  dərz  salmırdı  (dərzlər 

bəndəmdən  açılaraq  sərilirdi). 

Döyüm  iĢində  bilavasitə  iĢtirak 

edən 


xırmançılardan 

biri 


heyvanlan  sürür,  digəri  küləĢi 

yabalayaraq  çevirir,  üçüncü  isə 

sovruq 

aparırdı, 



Döyüm 

prosesində  küləĢ  iki-üç  dəfə 

çevrilir,  sonra  isə  küləĢqarıĢıq 

dən  əvvəlcə  Ģana,  daha  sonra 

kürəklə sovrulurdu. 

Sovruq  çətin  və  xüsusi  ustalıq  tələb  etdiyi  üçün  bu  iĢ  daha  bacarıqlı 

xırmançı  tərəfindən  görülürdü.  Sovruq  zamanı  küləyin  olmaması  doyümü 

ləngidirdi.  Xırmançıların bacarığından və  qoĢqu qüvvəsinin sayından asılı olaraq, 

hər gün xırmana bir-iki dəfə dərz sərməklə döymə aparılırdı. 

Döyüm zamanı qadınlar və yeniyetmələr xırmanın qırağını süpürüb, at və 

ya öküz sürür, su gətirir, taxıl təmizləyir və s. yardımçı iĢlər görürdülər. 

Taxıl döyülüb əmbizləndikdən sonra onun qədərini bilmək üçün müxtəlif 

ölçü vahidlərindən istifadə edilirdi. Onlardan çanaq, gilə, taqqa, urba, tağar, xalvar 

və  baĢqalarını  göstərmək  olar.  Bu  ölçü  vahidləri  ilə  alınan  məhsulun  qədəri 

müəyyənləĢdirilərdi. 

Döyülən  dərz  Ģərikli  olduqda  məhsul  xırmanda  bölünərdi.  Kəndli  öz 

borclarını da elə xırmanda verərdi. 

Biçin  və  dərzdaĢımada  olduğu  kimi,  döyüm  zamanı  da  qonum-qonĢular 

bir-birlərinə köməklik edərdilər. 

Heç  Ģübhəsiz,  taxılın  saxlanılması  onun  becərilməsi  qədər  vacib  olan 

Ģərtlərdəndir.  Bu  mühüm  məsələ  bütün  ictimai  quruluĢlarda  daim  diqqət 


 

 

98 



mərkəzində  olmuĢdur.  K.Marks  yazır:  "Məhsullar  ehtiyatının  ictimai  forması  hər 

necə  olsa  da,  onun  saxlanması  xərc  tələb  edir:  məhsulu  saxlamaq  üçün  təbiətdən 

asılı olaraq, zərərli təsirlərin qarĢısını almaq üçün sərf edilməli olan çox və ya az 

əmək istehsal vasitələri tələb edir" [53]. 

Əkinçi xalqımız taxılın saxlanılması üsul və qaydalarında geniĢ təcrübə və 

vərdiĢə malik olduğundan, bu sahədəki müxtəliflik özünü daha aydın göstərmiĢdir. 

Hələ  çox  qədimlərdə  Azərbaycanda  yaĢayan  insanlar  əkinçilikdən  çox-çox  qabaq 

ərzağın saxlanılması qayğısına qalmıĢlar. 

Neolit  dövründə  taxılçılığın  meydana  gəldiyi  və  inkiĢaf  etdiyi  Ģəraitdə 

insanlar taxılın becərilməsilə yanaĢı, onun saxlanılması qayğısına qalmıĢlar. Onlar əldə 

etdikləri  məhsulu  il  boyu  saxlamaq  üçün  sadı  torpaq  quyulardan  daha  çox  istifadə 

etmiĢlər.   

Torpaq quyularda taxıl saxlanılmasına Tunc və Dəmir dövrlərinə aid yaĢayıĢ 

yerlərində daha çox təsadüf edilir. Bu sadə və əlveriĢli taxıl saxlama qaydası orta əsrlərdə 

öz əhəmiyyətini itirməmiĢdir, hətta bəzi zonalarda geniĢ intiĢar tapmıĢdır. 

XIX əsr və XX əsrin əvvəllərində torpaq quyularda taxıl saxlanılması mövcud 

olmuĢ  və  bunu  etnoqrafik  materiallar  da  təsdiq  edir.  Taxıl  quyuları  bir  qayda  olaraq 

yaĢayıĢ binasının daxilində və yaxud da həyətində müvafiq yerdə qazılıb düzəldilirdi. 

Torpaq quyular öz tutumlarına görə müxtəlif ölçülərdə olurdu. Quyular dərin-

liyi  və  diametrlərindən  asılı  olmayaraq,  silindrik  və  kəsik  konusvari  olur.  Torpaq 

quyular əsasən taxıl, qismən də un saxlamaq üçün nəzərdə tutulur. Antik müəlliflərin 

əsərlərində taxılın quyularda saxlanılması  məsləhət  görülür  və ona  üstünlük  verilirdi. 

Varron  yazırdı  ki,  torpaq  quyularda  buğda  əlli  il,  darı  yüz  ilə  qədər  qalır  və  öz 

keyfiyyətini  saxlayır  [54].  Ona  görə  də  quyularda  taxılın  saxlanılması  daha  münasib 



 

 

99 



bilinirdi. 

Müxtəlif ölçülü quyular qazıldıqdan sonra onun dibi və divarları döyülərək möh-

kəmləndirilir. Lakin torpağın tərkibinin çox və ya az nəmli olub-olmaması əvvəlcədən 

yoxlanılır.  Ona  görə  də  çox  vaxt  quyuların  divarlarına  suvaq  çəkilib,  qurudulur.  Hətta 

onun  içində  od  qalayırlar  ki,  torpaq  qurusun.  Əksər  halda  isə  taxılın  nəm  çəkib 

çürüməməsi üçün quyunun yerini və divarlarını qalın küləĢ, qıjı, qamıĢ, biyan və s.-

lə  örtürlər.  KüləĢin  divarda  qalmasını  təmin  etmək  məqsədilə  onun  üstündən  nazik 

çubuqları  bir  neçə  yerdən  əyib  quyunun  divarına  iliĢdirirlər.  Quyunun  bu  üsulla 

hazırlanmasına "pəriskarlama" deyilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Quyuya  taxıl  doldurulduqdan  sonra  ağzı  küləĢlə  örtülür.  KüləĢin  üstünə 



isə  sal  daĢ  və  ya  qalın  taxta  qoyulub  möhkəm  qapanır.  Sonra  torpaqlanır  və 

Ģirələnirdi.  Adətən  pəriskar  hər  il  təzələnir  və  quyu  boĢalandan  sonra  ağzı  açıq 

saxlanılırdı. 

ġübhəsiz,  ən  qədim  və  münasib  taxılsaxlama  qablarından  biri  irihəcmli 

təsərrüfat  küpləridir.  Dulusçuluğun  Neolit  dövründə  inkiĢafının  bir  səbəbi  də 

küplərdə ərzağın saxlanılması olmuĢdur. 

Lakin  bu  dövrdə  dulus  məmulatı  müxtəlif  məqsədlər  üçün  istifadə 

edilmiĢdir.  Tunc  dövründə  iri  təsərrüfat  küpləri  ərzaq  saxlamaq  məqsədilə  daha 

çox iĢlədilmiĢ və kütləvi xarakter almıĢdır. Bu məqsədlə istifadə edilən küplər ilk 

sinifli  cəmiyyət  və  feodalizm  dövründə  daha  geniĢ  intiĢar  tapmıĢdır.  Görünür  bu 

inkiĢaf əkinçiliyin əsas təsərrüfat sahəsi olması və məiĢətlə əlaqədar dulusçuluğun 


 

 

100 



geniĢ meydan alması ilə əlaqədar olmuĢdur. 

Ġri  təsərrüfat  küplərində  taxıl  və  unun  saxlanılmasını  arxeoloji  və 

etnoqrafik  materiallar  təsdiq  edir.  Ġrihəcmli  küplər  oturaq  həyat  tərzi  keçirən  və 

taxılçılıqla məĢğul olan yerli əhali arasında daha çox iĢlədilmiĢdir. Oturacağı yastı 

və  gövdəsi  qabarıq  olan  küplərin  taxıl  doldurulduqdan  sonra  ağzına  küləĢ  və  ya 

palaz  parçası  qoyulur.  Yaxud  da  münasib  gil  ağızlıq,  sal  daĢ  və  taxta  qapaqla 

örtülür.  Qırmızı  və  boz  rəngli  təsərrüfat  küpləri  müxtəlif  həcmdə  olur.  Küplərin 

hündürlüyü təxminən 1,5 m-dən 2 m-ə qədər çatır. Küp çox zaman yerə basdırılır. 

Bəzən basdırılmayan və taxıl saxlanılan küplərə də rast gəlmək mümkündür. 

Taxılın saxlanılmasında boylu və irigövdəli ağacdan hazırlanan godlardan 

və  taqqalardan  da  istifadə  edilmiĢdir.  God  içərisi  ovulmuĢ  və  ya  yonulmuĢ  quru 

ağacdan düzəldilir. Quru qovaq və qarağacın içərisi daha tez çürüyüb tökülür və ya 

içərisinin  yonulması  daha  asan  olur.  Ona  görə  də  god  ən  çox  həmin  ağac  növlə-

rindən  hazırlanır.  Godlar  müxtəlif  ölçüdə:  hündürlüyü  təxminən  2-3  m,  diametri 

80-90  sm  olurdu.  Ən  iri  godlarda  tağarlarla  taxıl  saxlanılırdı.  Bir  qayda  olaraq 

godun  nəm  çəkməməsi  üçün  onun  altına  60-70  sm  hündürlüyündə  ayaqcıqlar 

düzəldilir. Godun oturacağı taxta ilə örtülür. Ġçinə taxıl tökülərək ağzı qapanır. God 

yağıĢ  dəyməyən,  nəm  çəkməyən  yerdə  qoyulur.  Taxıl  götürmək  lazım  gəldikdə 

godun  aĢağı  hissəsindən  açılmıĢ  deĢiyə  tıxanmıĢ  əski  parçası  çıxarılır  və  ya 

düzəldilmiĢ  taxta  "ağızlıq"  yuxarı  qaldırılırdı.  Lazım  olan  qədər  taxıl 

götürüldükdən  sonra  yenə  deĢik  qapanırdı.  Görünür  bu  tip  taxıl  saxlayan  qurğu 

Tunc  və  Dəmir  dövrlərindən  iĢlənmiĢ  və  sonrakı  əsrlərdə  isə  daha  geniĢ  Ģəkil 

almıĢdır. 

 

 



 

 

101 



Taxıl  saxlanılan  kəndilər  peyin  qarıĢdırılmıĢ  palçıqdan  silindrik,  habelə 

dairəvi formalarda hazırlanırdı. Kəndilər müxtəlif böyüklükdə olub, təxminən 100-

150, 200-300 kq-a qədər taxıl tuturdu. Kəndinin aĢağı hissəsində taxıl götürməkdən 

ötrü "külbə" adlanan göz qoyulur və taxıl töküldükdən sonra onun ağzı suvanırdı. 

Ġri tutumlu kəndilərin sınmaması üçün o, bir neçə yerdən iplə sarınırdı ki, buna da 

"qurĢaq"  deyilirdi.  Kəndi  evdə,  eyvanda  və  həyətdə  üstüörtülü  yerdə  qoyulurdu. 

Onlardan  həm  qə  unu  saxlamaq  üçün  istifadə  edilmiĢdir.  Taxıl  və  un  saxlanılan  belə 

kəndilər təkcə Azərbaycanda deyil, həm də qonĢu ölkələrdə geniĢ yayılmıĢdır. 

Taxılın  saxlanılmasında  hörmə  çubuq 

anbarlardan  istifadə  edilməsini  etnoqrafik  materiallar 

təsdiq  edir.  Müxtəlif  quruluĢ  və  həcmə  malik  olan 

anbarlar  göyəm,  vələs,  qarağac,  fındıq  və  gilas 

çubuqlarından hörülür. Çııbuqlar lazım olan ölçüdə yerə 

basdırılıb bərkidilir. Sonra çubuqlar bir-birinə keçmə və 

çarpazlaĢma yolu ilə aĢağıdan  yuxarıya doğru hörülür. 

Hazır  anbarın  oturacağı  üçün  ağac  dayanacaq 

düzəldilir. Anbarın baĢından taxıl tökülüb ağzı taxta ilə 

bağlanır və üstü örtülür. Çox zaman taxıl dağılmasın, 

nəm  çəkməsin  və  hava  keçməsin  deyə,  anbarın  içi 

suvanır,  bəzən  də  anbar  hər  iki  tərəfdən  suvanır. 

Anbardan  taxıl  götürmək  lazım  gəldikdə  isə  ya 

qoyulmuĢ gözün tıxacı açılır, ya da dən onun ağzından 

götürülür.  Hörmə  anbarlarda  həcmindən  asılı  olaraq, 

istənilən  qədər  taxıl  saxlamaq  olar.  Anbar  yağıĢ 

döyməyən,  nəm  çəkməyən  münasib  yerdə  qoyulur. 

Görünür,  hörmə  anbarlarda  taxıl  saxlamağın  tarixi 

taxılçılığın  tarixi  qədər  qədimdir.  Çubuq  anbarlar 

sonrakı  dövrlərdə,  hətta  XIX  əsrdə  də  öz 

əhəmiyyətini  itirməmiĢdi.  Son  zamanlara  qədər  belə 

anbarlarda  buğda,  arpa,  xüsusilə  qarğıdalı  saxlanması 

hallarına rast gəlmək olur. 

Toxuculuğun  inkiĢafı  ilə  əlaqədar,  taxılın 

daĢınıb  saxlanılmasında yun çuval, kisə, xurcundan da 

geniĢ  istifadə  edilmiĢdir.  Çuval  və  kisələrə 

doldurulmuĢ  taxılı  çox  vaxt  evdə,  ya  da  xüsusi  taxıl 

damında  saxlayırdılar.  Taxılın  nəm  çəkməməsi  üçün 

çuvalın və kisənin altına daĢ və ağac qoyulur. Görünür, 

bu  növ  qablarda  taxıl  saxlamaq  qaydası  ibtidai  icma 

quruluĢundan  baĢlayaraq  son  zamanlara  qədər  öz 

əhəmiyyətini itirməmiĢdir. 

Taxılın  saxlanmasında  daha  əlveriĢli  və 


 

 

102 



münasib qurğu taxta anbarlar hesab edilir. Tay və qoĢa gözlü anbarlar taxtadan hazırlanır. 

Əsasən  düzbucaqlı  quruluĢa  malik  olan  taxta  anbarların  ayaqları  olur.  Bu  oturacaqlar 

qurğunu yerdən bir neçə santimetr hündürdə saxlayır. Bu dayanacaqlar qurğunun nəm 

çəkməməsilə  əlaqədardır. Anbarların gözə görünən qabaq hissəsi  müxtəlif naxıĢlı 

ornamentlərlə bəzədilirdi. Buna görə də bu anbarlara xalq arasında "bəzəkli" və ya 

"doğrama  anbar"  deyilərdi.  Anbarların  tutumundan  asılı  olaraq,  bunlarda  40-50 

puda  qədər  taxıl  saxlamaq  olurdu.  Arakəsməli  (gözlü)  belə  anbarlarda  müxtəlif 

taxıl növləri saxlanırdı. 

Anbarın  hər  bir  gözündə  taxılın  götürülməsi  üçün  kiçik  qapaqcıq 

qoyulurdu.  Adətən,  anbarlar  yaĢayıĢ  evlərinin  birinci  mərtəbələrində  və  ya 

təsərrüfat binalarının içərisinə qoyulurdu. 

Ġrihəcmli  və  nisbətən  mürəkkəb  quruluĢlu  taxta  anbarlardan  ilk  sinifli 

cəmiyyət dövründən istifadə edildiyini ehtimal etmək olar. Lakin bu tip qurğudan 

sonrakı dövrlərdə daha geniĢ halda istifadə edildiyini söyləmək mümkündür. 

Beləliklə  də  XX  əsrin  əvvəllərinə  qədər  Azərbaycanda  taxılın 

saxlanılması üçün quyu və anbarlardan baĢqa kəndi, toxunma səbət, çubuq anbar, 

taqqa və godlardan, habelə çuval, kisə və s.-dən istifadə edilmiĢdir. 

Taxılın  saxlanması  ilə  əlaqədar  bir  məsələni  də  xatırlatmaq  lazımdır. 

Anbarlarda  saxlanarkən  onun  xarab  olmaması,  ziyanvericilərdən  qorumaq  və 

keyfiyyətini  saxlamaq  məqsədilə  taxılın  içinə  müxtəlif  otlar,  nar  qabığı,  soğan  və 

xüsusilə, sarımsaq qoyulardı. 

Taxılçılığın 

etnoqrafik 

baxımdan 

tədqiqindən 

tamamilə 

aydın  olur  ki,  bu  təsərrüfat  sahəsi 

əsrlər  boyu  Azərbaycan  xalqının 

iqtisadi həyatında həlledici rola malik 

olub,  onun  yaĢayıĢ  və  güzəranının 

əsasını təĢkil etmiĢdir. 

Azərbaycanlılar öz təsərrüfat 

həyatı 

və 


məĢğuliyyətlərinin 

müxtəlifliyi  baxımından  bir  sıra 

xalqlardan 

fərqlənirlər. 

Ölkənin 

təbiətinin  zənginliyi,  təsərrüfatın 

rəngarəngliyi  və  bir  sıra  ictimai-

iqtisadi  amillər  insanlar  arasındakı 

davranıĢa  və  münasibətə,  daha 

doğrusu, 

onların 

birgəyaĢayıĢ 

qaydalarına 

da 


öz 

təsirini 

göstərmiĢdir. 

Xalqımızın 

həyat 

tərzini,  onların  təsərrüfat  həyatını  və 



məiĢətini 

öyrənərkən 

bu 


 

 

103 



münasibətlərdə  mövcud  olan  və  xeyirxah  məzmun  daĢıyan  təmənnasız 

köməkliklərin,  əltutmanın  və  qarĢılıqlı  yardımın  cürbəcür  forma,  qayda  və  əsl 

mahiyyətini  görürük.  Daha  doğrusu,  xalqımız  qədim  zamanlardan  belə  çətin 

vaxtlarda,  ehtiyac  duyulduqda  bir-birindən  öz  yardım  əlini  əsirgəməmiĢdir. 

Beləliklə  də  xalqımızın  bu  xeyirxah  əməlləri  əsrlər  boyu  davam  etməklə,  lazım 

gəldikdə təkrar olunmuĢ, bəzən öz forma və məzmununda yeni məna kəsb etmiĢ  və 

nəhayət, adət Ģəklini almıĢdır. 

Əkinçilikdə  köməklik  və  bir-birinə  yardıma  daha  çox  ehtiyac  duyulurdu. 

Torpağın  Ģumlanmasından  baĢlamıĢ  biçin,  dərzdaĢıma,  döyüm,  otçalımı,  yaxud  su-

varma  arxlarının  çəkilməsi  və  s.  əmək  proseslərində  əkinçi  əhalinin  bir-birinə 

kömək etməsi onlar arasında adət halını almıĢdı. Bu cür ağır və təcili görüləsi iĢlərdə 

köməketmə  adəti  ən  münasib  bir  hal  olmaqla  belə  bəzən  zəruri  və  əvəzedilməz 

əhəmiyyətə malik olurdu. Belə ki, xeyli iĢçi və qoĢqu qüvvəsi tələb edən bu iĢlərin 

öhdəsindən  bir  və  ya  iki  ailə  gələ  bilmirdi.  Bundan  əlavə  ailə  baĢçısını  itirmiĢ, 

yaxud  Ģikəst  və  ya  xəstəsi  olan  ailələrə,  ümumiyyətlə,  tavanasız  (kasıb)  ailələrə 

kömək  edilərdi.  Xalqın  adətinə  görə  həmkəndlilər  bir-birlərinə,  çətinliyə  düĢmüĢ 

qonĢusuna  yardım  etməyə  borclu  idi.  Məhz  buna  görə  də  köməketmə  adəti 

xeyirxah bir iĢ olmaqla kəndlilər arasında geniĢ yayılmıĢdı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

104 



Azərbaycan  kəndində  qarĢılıqlı  yardım  adətləri  iməcilik,  əvrəz-avariz  və 

baĢqa  adlarla  tanınmıĢdısa  da,  onlar  məzmun,  məqsəd  və  mahiyyət  etibarilə  bir-

birinə  yaxın  və  oxĢar  olmuĢlar.  Adətən  bu  köməkliklər  təsərrüfat  iĢləri  üçün, 

vəsaitin çatıĢmaması və iĢin təcili görülməsi üçün lazım olan iĢçi qüvvəsinin azlığı, 

qoĢqu qüvvəsinin yoxluğu və s. ilə bağlı olurdu. Adətə görə köməkliklər nadir və 

zəruri  hallarda  təĢkil  edilərdi.  Belə  ki,  birgə  iĢ  üçün  köməyə  ehtiyacı  olan  Ģəxs 

kəndin ağsaqqalı ilə  məsləhətləĢib, iĢin  görülməsi  müəyyən olunan  gün  haqqında 

qohum-əqrəbaya, məhəllə adamına, bəzən də kənd camaatına xəbər verirdi. Xəbər 

verilmiĢ  adamlar  həmin  gün  (iməcilik  və  ya  əvrəz  günü)  iĢləməyə  gələrdilər. 

Ġmkanı olub, köməyə gəlməmək el arasında qəbahət sayılardı. 

Əvrəz çox canlı və iĢgüzar Ģəraitdə baĢlanıb, iĢ gününün sonunadək davam 

etdirilirdi. Adətə görə əvrəz iĢtirakçıları həmin gün iĢə daha tez çıxmağa və ya öz 

əməkləri  ilə  baĢqalarından  fərqlənməyə  çalıĢırdılar.  Əvrəzin  belə  iĢgüzar  xüsu-

siyyətini  özündə  əks  etdirən  bəzi  ifadələr  xalq  arasında  indi  də  iĢlənməkdədir. 

Məsələn,  biri  tələsik  yemək  yeyərkən  ona:  "Nə  olub?  Əvrəzdir  bəyəm"  deyirlər. 

Bunun əksinə olaraq, ləng yol gedən adama isə "biyara getmirsən ki" və ya "Elə bil 

biyara  gedir"  ifadəsilə  müraciət  edilir.  Dilimizdə  iĢlədilərək  məsəl  halına  çev-

rilmiĢ  həmin ifadələrin  məna  və  məzmunu əvrəzin tam könüllülük əsasında  keçi-

rildiyini bir daha sübut edir. 

ġübhəsiz, əvrəzəçağırma adətən, görüləcək iĢdən və onun xüsusiyyətindən 

asılı olurdu. Deyildiyi  kimi,  əvrəz görüləcək  iĢin qurtarıb-qurtarmamasından asılı 

olmayaraq, əksər hallarda bir gün davam edirdi. Axı, yoxsul kəndlinin bir gündən 

artıq  Ģumlanacaq  torpaq  sahəsi  və  ya  da  bir  neçə  günə  görüləsi  elə  baĢqa  iĢi  də 

olmurdu. 

Adətə  görə  əvrəzi  təĢkil  edən  Ģəxs  iĢtirakçılara  nahar  verərdi.  Daha 

imkanlı kəndli isə əvrəzçilər üçün hətta qoyun da kəsərdi. Lakin çox kasıb ailələrə 

əvrəzə gedənlər özləri ilə yeməklərini də aparardılar. 

Əkinçilikdə 

ayrı-ayrı 

təsərrüfat 

iĢlərinin 

köməklik 

məqsədilə 

görülməsində  onun  iĢtirakçılan  özünəməxsus  məna  və  məzmun  daĢıyan  bir  sıra 

adət və Ģərtlərə də əməl etməli olurdular. Daha doğrusu, iĢin xüsusiyyətindən asılı 

olaraq bəzən bəhsəgirmə, ĢərtləĢmə-mərcləĢmə və sair maraqlı yarıĢ və əyləncələr 

də keçirilərdi. Məsələn, Ģum əvrəzi zamanı kimin kotanı tez iĢə çıxıb "qarabas" (ilk 

Ģırım)  açardısa,  həmin  kotanın  rəncbərinə  hörmət  əlaməti  olaraq  nahar  zamanı 

qoyunun döĢ ətindən bozbaĢ verilərdi. Yaxud ona əl dəsmalı bağıĢlanardı. Adətən, 

əvrəzdə  kəl  sınağı  da  keçirilərdi.  Bununla  da  əvrəzdə  iĢtirak  edən  kotanların  ən 

qüvvətli kəlləri müəyyənləĢdirilərdi. Bu cür bəhs zamanı daha güclü hesab edilən 

kəllər  kotanın  dib  boynuna  qoĢulardı.  Beləliklə  də  kotanı  bir  cüt  kəl  çəkməli  idi. 

ġərtləĢmə zamanı qalib kəl müəyyən olunmadıqda kotanın təkərləri də çıxarılardı. 

ġərtə  görə  kotanı  çəkməyə  gücü  çatmayıb  dizini  yerə  qoyan  kəl  məğlub  hesab 

edilərdi. Qalib kəlin belinə əvrəzdə kəsilən qoyunun dərisi atılardı. Həmin dəridən 

isə  kəl  üçün  boyun  yastığı  tikilərdi.  Əvrəzdə  keçirilən  kəl  sınağı  həmkəndlilər 



 

 

105 



arasında böyük marağa səbəb olardı. 

Adətən,  köməkliklər  bəzi  təsərrüfat  iĢlərində,  xüsusilə  ot  çalımı,  taxıl 

biçini  və  dərz  daĢınmasında  daha  tez-tez  təĢkil  olunardı.  Əkinçilikdə  mövsümi 

xarakter  daĢıyan  bu  əmək  proseslərini  vaxtında  və  təcili  həyata  keçirmək  üçün 

birgə  iĢçi  qüvvəsi  tələb  olunurdu.  Əkinçilərin  dediyi  kimi  "Biçində  gecikən 

uduzur". Ona  görə də  əvrəzə çağırıldıqda  taxıl biçməyi bacaran hər bir kəndli bu 

iĢdə öz qonĢusuna və ya həmkəndlisinə, xüsusilə bu iĢin öhdəsindən gələ bilməyən 

ailələrə əlindən gələn köməyi edirdi. 

Bu  birgə  iĢdə,  biçin  və  dərzin  daĢınması  zamanı  onun  iĢtirakçıları  öz 

yoldaĢlarından diribaĢlıqları ilə seçilməyə çalıĢırdılar. Adətə görə, ilk dərzi biçmiĢ 

biçinçiyə, yaxud dərzi sahədən xırmana birinci gətirən arabaçıya hədiyyə verilərdi. 

Bəzi hallarda biçin əvrəzi daha təntənəli keçirilərdi. Belə ki, kəndin və ya 

məhəllənin  ən  yaxĢı  biçinçisi  burada  tanınardı.  Biçinə  dəvət  olunmuĢ  biçinçilər, 

zurnaçılar tərəfindən ifa olunan "Cəngi" sədası altında eyni vaxtda iĢə baĢlardılar. 

Kim ilk dərzi hamıdan tez əkin sahibinin qarĢısına qoysaydı, əvrəzin qalibi, kəndin 

ən  yaxĢı  biçinçisi  hesab  olunardı.  Qalibə  hədiyyə,  xələt,  xonça  verilərdi.  Əvrəz 

qohumluq  münasibətlərinə  görə  də  təĢkil  edilərdi.  Əgər  belə  köməyə  qız  evinin 

zəruri  ehtiyacı  olardısa,  niĢanlı  oğlan  kəndin  cavanlarını  əvrəzə  çağıraraq 

qayınatasının  otunu  çaldırar,  taxılını  biçdirər  və  ya  dərzini  daĢıtdırardı.  Əvrəz 

zamanı  baĢqalarından  fərqlənməkdən  ötrü  oğlanın  -  gələcək  bəyin  qoluna  qız 

evindən  göndərilmiĢ  qırmızı  dolaq  bağlanardı.  Əvrəz  iĢtirakçılarına  yemək  oğlan 

evi tərəfindən verilərdi. 

Əkinçilikdə  qohumluq  münasibətlərinə  əsaslanan  belə  köməklik  forması 

talıĢlar arasında da mövcud olmuĢdur. Əgər qayınataya taxıl biçmək, ot çalmaq və 

baĢqa iĢlər üçün köməklik lazım olardısa, niĢanlı oğlanın evinə xəbər göndərilərdi 

ki,  "filan  gün,  adam  götürüb  iĢləməyə  gəlsinlər".  Belə  köməklik  talıĢlarda  "yeznə 

köməkliyi" ("zomoa ko") adlanırdı. 

Köməketmə  bəzən  kənd  icmasının  ümumi  istifadəsi  üçün  zəruri  olan 

mühüm  təsərrüfat  iĢlərinin  görülməsi  zamanı  da  həyata  keçirilərdi.  Suvarma 

kanallarının  çəkilməsi  və  ya  təmiri,  dəhnə  və  bəndlərin  tikilməsi  və  sair  böyük 

zəhmət və iĢçi qüvvəsi tələb edən iĢlərdə də həmkəndlilər belə bir adətdən istifadə 

edərdilər. Bəzən elə  olurdu ki,  su kanalı  və  arxlardan  kəndin ancaq bir  məhəlləsi 

istifadə  edirdi.  Lakin  lazım  gəldikdə  kəndin  baĢqa  məhəllələrindən  gəlib  həmin 

məhlənin su kanallarının təmir və ya təmizlənməsinə kömək edirdilər. 

ġübhəsiz  ki,  qədimdən  öz  məzmunu  və  mahiyyəti  etibarilə  könüllülük 

əsasında  xalqın  bir-birinə  göstərdiyi  təmənnasız  kömək  adət  Ģəklini  alaraq  əvrəz 

adı  ilə  təĢəkkül  tapmıĢ  və  formalaĢmıĢdır  və  bu,  xalqımızın  təsərrüfat  həyatında 

əsrlər boyu yaĢayaraq, qalıq halında da olsa, dövrümüzə qədər gəlib çatmıĢdır. 

Yeri  gəlmiĢkən  qeyd  etmək  lazımdır  ki,  əvrəz  Azərbaycanda  həm  də 

mükəlləfiyyətlərdən  biri  kimi  tanınmıĢdır.  Daha  doğrusu,  bəy  və  mülkədarlar 

xalqın  bu  adətindən  sui-istifadə  edərək,  onu  özləri  üçün  bir  istismar  vasitəsinə 


 

 

106 



çevirmiĢlər. ZəhmətkeĢ xalq isə belə əvrəzi onun məzmunundan irəli gələn və sinfi 

məna  daĢıyan  adla  "yüzbaĢı  əvrəzi",  "bəy  əvrəzi"  kimi  tanıyaraq,  əvrəzin  əsl 

mahiyyətindən ayırmıĢlar. 

Ġməcilik də eyni ilə əvrəz kimi məna və məzmun daĢıyaraq Azərbaycanın 

ayrı-ayrı  etnoqrafik  bölgələrində  daha  geniĢ  yayılmıĢdı.  Əvrəzdə  olduğu  kimi, 

iməciliklər də zəruri və təcili görüləsi iĢ və ya sadəcə olaraq tavanasız və köməyə 

ehtiyacı  olan  ailələrə  yardım  məqsədilə  çağırılardı.  Ġməciliklərdə  də  həm  kiĢilər, 

həm də qadınlar çox həvəslə iĢtirak edərdilər. Çəltikçilik təsərrüfatı ilə məĢğul olan 

ailələrdə lazım gəldikdə Ģum, bicar, alaq, biçin və s. iĢlərdə iməciliklər keçirilərdi. 

Belə  ki,  çəltik  üçün  Ģum  gecikdikdə,  Ģitil  sancma  gecikdikdə,  əkini  alaq  otları 

həddən  artıq  basdıqda  və  baĢqa  hallarda  əkin  sahibi  düĢmüĢ  olduğu  çətinlikdən 

iməcilik keçirmək yolu ilə çıxardı. Ġməcilikdə iĢ həmin gün qurtarardısa, bu daha 

böyük Ģənliyə səbəb olardı. 

Lənkəran  bölgəsində  çəltik  Ģitili  sancmaq  və  alaq  iĢi  ilə  ancaq  qadınlar 

məĢğul  olur  və  bu  iĢ  prosesi  zamanı  keçirilən  iməciliklərdə  də  yalnız  qadınlar 

iĢtirak edirdilər. Ġməcilik iĢtirakçıları olan qadın və yeniyetmə qızlar, fasilələrdə və 

iĢdən sonra çalıb oxuyar, Ģən oyunlar təĢkil edərdilər, qadınlar iməcilik günü daha 

təmiz və səliqəli geyinərdilər. Bəzən yaĢlı qadınlar belə günlərdə oğul və nəvələri 

üçün qız da gözaltı edərdilər. 

Deyildiyi  kimi,  köməkliklər,  adətən  həmkəndlilər,  qonĢular,  həm  də 

məhəllə adamları arasında olardı. Lakin belə köməklik adəti, nadir hallarda da olsa, 

qonĢu  kəndlər  arasında  mövcud  olmuĢdur.  Beləliklə  ehtiyac  olduqda  Lənkəran 

qəzasında  Ərkivan,  Boradigah,  Xolmili,  Ərçivan,  ġiyəkəran,  ġıxəkəran  və  baĢqa 

kəndlərin  əhalisi  çəltik  biçini  və  baĢqa  iĢlərdə  öz  qonĢu  kəndlərinə  köməyə 

gedərdilər.  Yaxud  Naxçıvan,  Quba,  Cəbrayıl,  ġəki  və  s.  qəzaların  taxılçılıqla 

məĢğul olan kəndlərinin camaatı belə köməkliklərdə fəal iĢtirak edərdilər. 

Əkinçilikdə, Ģum, biçin, döyüm və sair iĢlərdə kəndlilər arasında "növbə" 

adı  ilə  tanınan  köməklik  adəti  də  mövcud  olmuĢdur.  Bu  birləĢmədə,  adətən 

tavanası  eyni  səviyyədə  olan  üç-dörd  təsərrüfatdan  artıq  iĢtirak  etmirdi.  Həmin 

təsərrüfatlarda  kimin  iĢi  daha  təcili  (biçin,  döyüm  və  s.)  idisə,  həmin  iĢ  görülər, 

daha  sonra  ehtiyaca  görə  növbə  ilə baĢqa iĢtirakçılar üçün  iĢlərdilər. NövbələĢmə 

ilə görüləsi iĢ, adətən 10-12 günə qurtarardı. Daha doğrusu,  növbələĢmədə iĢtirak 

edən  təsərrüfatlar  əsasən  bir  iĢ  prosesinin  (biçin,  döyüm  və  s.)  yerinə  yetirilməsi 

üçün birləĢir və həmin iĢ görülüb qurtardıqdan sonra bu birləĢmə dağılırdı. 

Kəndlilər  əkinçilikdə  ayrı-ayrı  iĢ  proseslərini  bu  və  ya  baĢqa  obyektiv 

səbəblər üzündən müstəqil yerinə yetirə bilmədiyi hallarda "ortaqlıq" iĢ üsulundan 

da  istifadə  edirdilər.  ġübhəsiz  ki,  ortaqlığı  doğuran  səbəblərdən  biri  qoĢqu 

heyvanlarının azlığı və ümumiyyətlə, "canlı" və "cansız" avadanlığın çatıĢmaması 

olmuĢdur. Qaydaya görə bir neçə  nəfər əkin sahibi öz  heyvanlarını birgə qoĢaraq 

dərz  daĢıyır  və  onu  xırmanda  döyməklə  iĢi  baĢa  çatdırırdı.  Bəzən  də  ortaqlıq 

torpağın  Ģumlanıb  qurtarması  ilə  bitirdi.  Adətən  ortaqlıq  5-10  gündən  artıq 


 

 

107 



çəkməzdi. Yada bir mövsüm. 

Ortaqlığın  üzvləri  arasında  Ģum,  biçin,  dərzdaĢıma  və  döyüm  gününün 

bölgüsü,  mövcud  olmuĢ  qaydaya  görə,  ortaqlığa  verilmiĢ  heyvanın  sayı  ilə 

müəyyən edilərdi. Əgər kəndli ortaqlığa bir at və ya kəl qoĢmuĢsa bir gün, bir cüt 

at  və  ya  kəl  qoĢmuĢsa  iki Ģum  və  ya  iki döyüm  günü almaq hüququna  malik idi. 

Lakin  onu  da  qeyd  etmək  lazımdır  ki,  belə  ortaqlıqlarda  qoĢqu  heyvanı  olmayan 

kəndlilər də iĢtirak edə bilirdilər. Onlar isə çox vaxt sürücü, yabaçı, sovruqçu olur, 

ümumiyyətlə,  lazım  olan  iĢi  görürdülər.  Bunun  müqabilində  isə  həmin  kəndlilər 

dərzin  daĢınması  üçün  iĢ  heyvanlarından  bir  və  ya  iki  günlüyə  istifadə  etmək 

hüququ  qazanırdılar.  Bu  cür  Ģərtlərlə  təĢkil  olunan  ortaqlıq  adəti  sonrakı  dövrlərdə 

özünün əvvəlki "sadə əmək birləĢməsi"  mahiyyətini itirərək, daha yoxsul kəndlilərin 

istismar mənbəyinə çevrilirdi. 

Təsərrüfatla əlaqədar yaranan belə köməkliklər dünyanın bir sıra xalqları ara-

sında  da  mövcud  olmuĢdur.  Belə  ki,  Qafqazda,  Orta  Asiyada,  Avropa  ölkələrində  və 

baĢqa yerlərdə müxtəlif adlarla tanınmıĢdır. Bu cür birgə yardım ruslarda "pomoçı" və 

ya  "toloka",  "subbotnik",  gürcülərdə  "dadzaxili"  və  ya  "ulami",  özbəklərdə  "xaĢar", 

kumuklarda "bulka", ləzgilərdə "mel" və s. adlanmıĢdır. 

Mövcud  ictimai-iqtisadi amillərin tələbindən irəli  gələn bu qarĢılıqlı  yardım 

adətləri  və  onun  müxtəlif  formaları  xalqımızın  əkinçilik  təsərrüfatında  daha  geniĢ 

yayılmıĢdır.  Belə  ki,  əsasən  süni  suvarmaya  və  sadə  kənd  təsərrüfatı  alətləri  üzərində 

qurulan  Azərbaycan əkinçiliyində kəndlilərin bir-birinə  köməketmə adətinə  və hər cür 

yardıma daha çox ehtiyacı var idi. Təsadüfi deyildir ki, bu birgə köməkliklərlə əlaqədar 

olaraq xalqımız arasında "el gücü, sel gücü, yel gücü", "tək əldən səs çıxmaz", "el bir 

olsa, dağı oynadar yerindən", "dil bir olsa, zərbi kərən sındırar" və s. zərbi-məsəllər 

yaranmıĢdır. 

 

 



 



Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə