A z ə r b a y c a n



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə7/36
tarix29.05.2017
ölçüsü7,74 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   36

 

 

 

 

 

 

BOSTAN VƏ TƏRƏVƏZÇĠLĠK 

 

Azərbaycan  özünün  dadlı  və  növbənöv  bostan-tərəvəz  bitkiləri  ilə  hələ  qədim-



lərdən tanınmıĢdır. 

Arxeoloji  qazıntılar  zamanı  Bek  mağarasından  tapılıb  son  Tunc  dövrünə  aid  

edilən balqabaq tumları [124] bu ərazidə bostan bitkilərinin becərildiyini sübüt edən ən 

qədim nümunə hesab olunur. 

Qədim Azərbaycanda bostançılığın xeyli inkiĢaf etdiyini arxeoloji tədqiqatlar  və 

tarixi mənbələr də təsdiq edir [125]. 

Əhəmənilərin  hakimiyyəti  dövründə  Azərbaycan  ərazisində baĢqa  bitkilərlə  ya-

naĢı, qarpız, yemiĢ və digər bostan bitkilərinin becərildiyi haqqında da məlumat verilir [126]. 

Eramızın  I  –  VII    əsrlərinə  aid  Mingəçevir  katakomba  qəbirlərindən  bostan  bitkilərinin 

qalıqları tapılmıĢdır [127]. Qəbələ Ģəhərinin xarabalıqlarında VIII-IX əsrlərə aid mədəni 

təbəqədən xiyar və yemiĢ tumları əldə edilmiĢdir [128]. 


 

 

125 



Qədim  Gəncənin  ərazisindən  aĢkar  edilən  bitki  qalıqları  içərisində  balqabaq, 

xiyar, yemiĢ, qarpız və baĢqa bostan bitkiləri də vardır [129]. 

Orta əsrlərdə Azərbaycanda bostançılıq daha da inkiĢaf edir. Orta əsr Ģəhəri 

Örənqalada  arxeoloji  qazıntılar  nəticəsində  aĢkar  edilmiĢ  quyulardan  meyvə  toxumları  ilə 

yanaĢı, qarpız və iki növ yemiĢ tumu tapılmıĢdır [130]. XIV əsrdə Qarabağ və ġirvanda bir 

neçə min hektar sahədə bostan bitkilərinin əkildiyi də qeyd edilir [131]. 

Həmdullah  Qəzvini  Cənubi  Azərbaycanın  müxtəlif  rayonlarında,  xüsusilə  Təb-

rizdə yetiĢdirilən yemiĢ növləri haqqında məlumat verir [132]. 

Ġctimai-iqtisadi  və  baĢqa  obyektiv  səbəblərin  nəticəsi  olaraq  Azərbaycanda 

bostançılıq bir təsərrüfat sahəsi kimi XIX əsrin əvvəllərindən etibarən daha geniĢ inkiĢaf 

etməyə baĢlayır. Münasib torpaq və isti iqlim Ģəraiti burada ilin bütün fəsillərində bostan və 

tərəvəz  bitkilərinin  yetiĢdirilməsinə  imkan  vermiĢdir.  XIX  əsrin  ortalarına  aid  olan 

mənbədə  göstərilir  ki,  burada  soğan,  xiyar,  növbənöv  göyərtilər,  Ģirin  və  çox  iri  qarpız, 

yemiĢ  və baĢqa bostan bitkiləri  ilin çox  vaxtında bol olur.  Tərəvəz  məhsulları  isə  ilin 

bütün fəsillərində mövcuddur [133]. 

XIX  əsrin  ortalarından  etibarən  AbĢeron  yarımadasının  əhalisinin  təsərrüfat 

həyatında  bostan  və  tərəvəzçilik  mühüm  rol  oynamağa  baĢlayır.  Artıq  bostan  və 

tərəvəzçiliklə məĢğul olan fərdi kəndli təsərrüfatları fəaliyyət göstərirdi. Bununla da Bakı 

Ģəhər  əhalisinin  bostan  və  tərəvəz  məhsuluna  olan  tələbatını  ödəmək  iĢi  xeyli 

yaxĢılaĢmıĢdı. Beləliklə, bostan və tərəvəz bitkilərinin məhsulu bazara - satıĢa çıxarılır, daha 

doğrusu, ailə tələbatından əlavə o, bazarın da ehtiyacını ödəyirdi. 

Bostan  məhsullarına  olan  ehtiyacın  artması  əkin  sahələrinin  geniĢləndirilməsi 

zəruriyyətini qarĢıya qoyurdu. Beləliklə də Azərbaycanda bostan və tərəvəz bitkilərinin 

becərilməsi  üçün  daha  münasib  olan  ixtisaslaĢmıĢ  xüsusi  rayonlar  mövcud  olmuĢdur. 

Yelizavetpol quberniyasında ƏrəĢ və Qazax qəzaları, Bakı quberniyasında Quba, Lənkəran 

və Cavad qəzaları belə rayonlardan hesab olunurdu. AbĢeron yarımadasının əkinə 

yararlı torpaqlarının xeyli hissəsində bostan və tərəvəz bitkiləri əkilirdi. 

Tiflis  və  Ġrəvan  bazarlarında  satılan  bostan  və  tərəvəz  məhsulunun  çoxu 

həmin  Ģəhərlərin  yaxınlığında  yerləĢən  Azərbaycan  kəndlərində  yetiĢdirilirdi. 

Borçalı qəzasında 150 desyatinə yaxın bostan əkilirdi, buradan 20 min puddan çox 

qarpız  və  yemiĢ  götürülürdü.  Bu  qəzadan  təkcə  Tiflis  bazarına  ildə  20  min  pud 

soğan satıĢa aparılırdı [134]. 

Cənubi  Qafqaz  dəmir  yolunun  çəkiliĢi  bostan  məhsullarının  iri  Ģəhərlərə 

daĢıma  iĢini  xeyli  sürətləndirdi.  Bu  da  öz  növbəsində  bostan  əkini  sahələrinin 

geniĢləndirilməsinə və onun məhsullarının daha çox istehsalına səbəb oldu. 

Göyçay  qəzasında  bostan  bitkiləri  əhalinin  təsərrüfatında  mühüm  yer 

tuturdu. Burada yetiĢdirilən yemiĢ ġamaxı, Bakı, Tiflis, Batum və baĢqa Ģəhərlərin 

bazarlarında  satılırdı  [135].  XIX  əsrin  90-cı  illərinin  birinci  yarısında  Göyçay 

qəzasından dəmir yolu ilə hər il 28 min pud yemiĢ və qarpız daĢınmıĢdır [136]. 

Bostan  bitkilərinin  becərilməsi  üçün  münasib  torpağı  və  əlveriĢli  iqlimi 

olan Azərbaycanın bütün qəzalarında əhali təsərrüfatın bu sahəsi ilə məĢğul olurdu. 


 

 

126 



Məhz belə bir Ģəraitə malik olan ƏrəĢ qəzasının demək olar ki, bütün kəndlərində 

bostan  bitkiləri  əkilirdi.  Qəzanın  bostan  məhsulları  əksər  hallarda  iri  Ģəhərlərə 

satıĢa  göndərilirdi  [137].  Bu  qəzada  yetiĢdirilən  AğdaĢ  qarpızı  öz  keyfiyyəti  və 

dadına görə təkcə bu ərazidə deyil, bütün Cənubi Qafqazda məĢhur idi [138]. Quba 

qəzasında  və  AbĢeron  yarımadasında  becərilib  yetiĢdirilən  bostan  məhsulu  isə 

Bakı, Dərbənd və Quba bazarlarında satılırdı. 

Azərbaycanda  bostançılığın  inkiĢaf  etdiyi  əsas  yerlərdən  biri  də  Kür  və 

Araz çaylarının sahil boyu ərazisi olmuĢdur. Çay sahillərinin qumlu-lilli torpaqları 

burada  bol  bostan  bitkilərinin  yetiĢməsinə  imkan  vermiĢdir.  Bununla  əlaqədar 

olaraq,  təbiətĢünas  alim  Həsən  bəy  Zərdabi  yazırdı:  "KeçmiĢdə  Kür  boyunda  əla 

növ yemiĢ, qarpız yetiĢdirilirdi. Çünki əhalinin hələ  gübrə nə olduğunu bilmədiyi 

bir  vaxtda,  Kürün  daĢması  ilə  təbii  Ģəkildə  lillə  gübrələnən  torpaqlarda  yemiĢ, 

qarpız əkilərək yüksək məhsul verirdi" [139]. 

Lənkəran  bölgəsində  də  əhali  bostançılıqla  məĢğul  olmuĢdur.  Qəzanın 

düzənlik  ərazisində  yemiĢ,  qarpız  və  balqabaq  daha  çox  becərilirdi.  Bostan 

məhsulları  əsasən  ailənin  tələbatını  ödəyirdi.  Lakin  onun  xeyli  hissəsi  bazarlara 

satıĢa göndərilirdi [140]. 

Bostan məhsullarının satıĢından əhali xeyli gəlir əldə edirdi. Ona görə də 

düzən kəndlərdə məskunlaĢan hər bir ailə öz həyətində bostan əkərdi. Qəzada tez 

yetiĢən, öz dadı və keyfiyyətilə seçilən "gərmək" yemiĢ ancaq satıĢa göndərilərdi. 

Bu yemiĢin özünün də növ müxtəlifliyi olmuĢ və cürbəcür adlarla (torlu, göbəkli, 

ağ  gərmək,  girdə  gərmək,  qara  gərmək  və  s.)  tanınmıĢdır  [141].  Ümumiyyətlə, 

qəzada XIX əsrin sonlarında iyirmidən çox yemiĢ növü yetiĢdirilirmiĢ. Lənkəranın 

bostan  məhsulları  əsasən  Lənkəran,  Masallı,  Boradigah  və  Qızılağac  həftə 

bazarlarında satılardı. Məhsul satıĢ üçün gəmi ilə Bakıya da göndərilərdi. Qəzada 

bostan məhsullarının alğı-satqısı ilə xüsusi Ģəxslər - möhtəkirlər məĢğul olardılar. 

Bostan  bitkiləri  yaz  aylarında  əkilirdi.  Onların  becərilməsi  üsulları 

Azərbaycanın bostançılıqla məĢğul olan rayonlarında, demək olar ki, eyni qaydada 

aparılırdı. 

Azərbaycanda  bostan  bitkiləri  üçün  əsasən  meĢədən  təmizlənmiĢ  tala 

yerləri və qumsal torpaqlar seçilərdi. MeĢədən təmizlənmiĢ həmin sahələrdə bir və 

ya bir neçə il bostan bitkiləri əkilərdi. Daha sonrakı illərdə oradan taxıl əkini üçün 

istifadə edilməklə taxıl bitkiləri növbələĢdirilərdi. 

Bostan əkiləcək  sahə əvvəlcədən, əksər  hallarda  payız  aylarında, əsasən, 

qara kotanla  Ģum edilərdi. ġumlanmıĢ sahə toxum səpilməmiĢdən əvvəl suvarılır-

arata  qoyulurdu.  Bir  neçə  gündən  sonra  həmin  sahəyə  çox  seyrək  halda  toxum 

səpilir.  Toxum  səpilməmiĢdən  bir-iki  gün  əvvəl  suda  saxlanılırdı.  Beləliklə  də 

cücərti  alınmıĢ-diĢərmiĢ  toxum  sahəyə  səpilir  və  dərhal  mala  vurulurdu.  Daha 

sonra sahə kotanla Ģırımlanaraq taxtalara bölünürdü. Bəzən də bostan əkiləcək sahə 

taxtalara bölündükdən sonra xırda çalalar düzəldilirdi. Çalalara dörd-beĢ dənə tum 

tökülür və üstü torpaqla örtülürdü. 


 

 

127 



Bostan-bitkiləri  üç  yarpaq  olduqda  seyrəldilir.  Lazım  gəldikdə  isə  alaq 

edilərək dibləri doldurulur və vaxtaĢırı suvarılırdı. 

Naxçıvan bostançıları öz keyfiyyəti, Ģirin dadı, həmçinin məhsuldarlığı ilə 

fərqlənən tutma qovun da yetiĢdirirdilər. Bunun üçün onlar yemiĢin kəlik növünün 

gülündən  sonra  onun  baramasını  öz  yarpağına  büküb  torpağa  basdırırdılar.  Kəlik 

böyüdükcə onun üstü torpaqla örtülürdü. YetiĢənə yaxın ona hava və günəĢ dəysin 

deyə,  üstü  açılırdı.  Beləliklə  də  bir  neçə  gündən  sonra  qovun  öz  rəngini  alır  və 

yetiĢirdi.  Xalq  arasında  bu  üsula  tutma,  yetiĢdirilən  yemiĢə  isə  tutma  qovun  adı 

verilmiĢdir. 

Naxçıvanda  yetiĢdirilən  tutma  qovun  nəinki  Azərbaycanın  bazarlarına, 

hətta  Rusiya  bazarlarına  da  göndərilirdi.  Əgər  adi  qayda  ilə  becərilən  yemiĢ 

bostanının  hər  hektarından  200  sentner  məhsul  alınırdısa,  tutma  üsulu  ilə 

yetiĢdirilən  qovun  sahəsində  məhsuldarlıq  250  sentnerə  çatırdı  [142].  YemiĢin 

tutma üsulu ilə yetiĢdirilməsi Naxçıvan ərazisi üçün daha səciyyəvidir. 

YetiĢməsinə görə qovunlar tez və gecyetiĢən növə bölünürdü. Qaraqovun, 

nobar,  Binə  qovunu,  həmkar,  ağnabat,  AbĢeron  gözəli,  sarı  qovun  növləri  tez 

yetiĢir.  Narıncı,  Ələmdan,  Ģami,  qızılburun,  dostucan  qovun  növləri  isə  gec 

yetiĢirdilər.  Torlu  kəlik,  qızılburun,  dilbərçin  və  baĢqa  yemiĢ  növlərini  hətta 

Novruz  bayramınadək  saxlamaq  olurdu.  YemiĢ  növlərini  daha  da  yaxĢılaĢdırmaq 

üçün bəzən calaqvurma və tozlandırma üsulundan da istifadə edilmiĢdir. 

Bostançılar  hər  il  toxum  tədarük  edərkən  əkin  sahəsində  daha  gövdəli, 

Ģirin və  dadlı növ  yemiĢ və  qarpızı seçərək hələ  yetiĢməmiĢdən onu  niĢanlayaraq 

xüsusi  qayğı  göstərir  və  nəzərdə  saxlayırdılar.  Həmin  yemiĢ  və  qarpız  tam 

yetiĢdikdə  kəsilir,  onun  ancaq  ortasındakı  tumları  götürülür,  baĢ  və  ayaq 

hissəsindəkilər isə atılırdı. Belə hesab edilərdi ki, həmin toxumlar daha qüvvətli və 

daha  yetiĢkəndir.  Beləliklə,  onun  törəməsi  də  iri  və  canlı  olmalı  idi.  Çox  vaxt 

toxum  çay  suyu  ilə  suvarılan  və  daha  münbit  torpaqlarda  becərilən  bostanların 

məhsulundan  götürülərdi.  YemiĢ  və  qarpız  tumları  kölgədə  tədricən  qurudulardı. 

O, təmiz və münasib havası olan otaqlarda xüsusi kisəciklərdə və ya saxsı qablarda 

saxlanılardı. 

Bostanın vaxtında və düzgün suvarılması əsas Ģərt idi. Belə ki, əgər yemiĢ 

və  ya  qarpız  tağı  gül  açıb  goda  çevrildikdə  bostan  suvarılardısa,  godlar  çürüyə 

bilərdi. Bununla da məhsulun xeyli hissəsi zay olardı. Məhsul godlaĢan vaxt bəzən 

bostana yenıiĢ milçəyi xəstəliyi (godları milçəklər zədələyirdi) düĢərdi. Bunun üçün 

bostançı  godu  tağın  altında  gizlədər  və  ya  torpağa  basdıraraq  onu  milçəkdən 

qoruyardı. 

Azərbaycanda  becərilən  bostan  bitkiləri  içərisində  qabaq,  boranı, 

balqabaq, ağ qabaq, dana qabağı, kudu və s. adlarla tanınan müxtəlif qabaq növləri 

yetiĢdirilmiĢdir.  Bu  bostan  bitkisi  əsasən  ailənin  tələbatını  ödəmək  üçün 

yetiĢdirilərdi.  Lakin  az-az  hallarda  cürbəcür  qabaq  növləri  bazara  satıĢa  da 

çıxarılardı.  Əsasən  həyətyanı  sahələrdə  becərilən  bu  bitki  bəzən  də  bostan  və 


 

 

128 



tərəvəz  sahələrinin  qıraqlarında  əkilərdi.  Qabaq  bitkisinin  məhsulu  bostan  uru 

olanda yığılırdı. 

Bostan  bitkiləri  içərisində  qarpız  xüsusi  yer  tutur.  Azərbaycanda 

qədimdən  becərilən  bu  bitkinin  bir  neçə  yerli  növü  hazırda  becərilməkdədir.  Öz 

dadına  görə  Qalağayın,  Sabirabad,  Cavad,  Sarıcalar,  Qala  və  Zirə  qarpızı 

Azərbaycanda çox geniĢ Ģöhrət qazanmıĢdır. AbĢeronun Qala qarpızı öz dadına və 

həm də iriliyinə görə Sabirabad qarpızından heç də geri qalmırmıĢ. 

Azərbaycanda vaxtilə becərilmiĢ və hazırda belə becərilməkdə olan qarpız 

növlərindən  qara  qarpız,  ağ  qarpız,  ala  qarpız,  xunu  (hunu)  qarpız  və  s.  öz 

məhsuldarlığına,  çəkisinə  və  keyfiyyətinə,  Ģirin  dadına  və  uzun  müddət  qala 

bilməsinə görə həmiĢə Ģöhrət qazanmıĢdır. 

Azərbaycan  əkinçiləri  torpaq  və  iqlim  Ģəraitinə  uyğun  olan  yüksək 

keyfiyyətli,  dadlı,  ətirli  və  Ģirin  yemiĢ  növləri  də  yetiĢdirə  bilmiĢlər.  Onlardan 

boztorlu, nobar, qızılburun, tağdibi, torlu kəlik, ağnabat, ağdaban, narıncı, Ģami, sarı 

qovun,  tutma  və  s.  növlərini  göstərmək  olardı.  AbĢeronda  40-dək,  Lənkəran 

qəzasında 20-dən yuxarı yemiĢ növü yetiĢdirilmiĢdir. Quba, Cavad, ƏrəĢ, Qazax və 

baĢqa qəzalarda da cürbəcür yemiĢ və qarpız növləri becərilmiĢdir. Ümumiyyətlə, 

XX əsrin əvvəllərində Azərbaycanda 50-dən artıq yemiĢ növünün əkilib-becərildiyi 

müəyyən edilmiĢdir. 

Azərbaycanda  yetiĢdirilən  yemiĢ  və  qarpız  növlərinin  bəziləri  ancaq 

müəyyən  əraziyə  yayılmaqla  məhəlli  xarakteri  daĢımıĢdır.  Bu  baxımdan 

AbĢeronun  Zirə  qarpızı,  axund  tumu,  dostucan,  Corat  ağ  qovunu,  çay  qovunu, 

Qubanın  Qalaqan  qarpızı.  Bostançının  qızılburun  və  torlu  kəlikləri,  Həsənqala 

cönüsü,  Muğanın  Sarıcallar,  Qalağayın,  Cavad  qarpızı,  habelə  Naxçıvanın  Xunu 

qarpızı,  Mədəti,  Ələmdarı,  tutma,  dilbərçin,  qaraçıraq,  sineybaz,  Uluxanlı, 

ġaxtaxtı,  Həsənbəyli,  Lənkəranın  Xosrovxana,  Hacısəlim,  Gülbəndi,  Misirxanı, 

ağköynək  yemiĢ  və  qarpızları  bir  ərazidə  daha  geniĢ  yayılmaqla  öz  lokal 

xüsusiyyətləri ilə də seçilmiĢlər. 

Bostan  bitkiləri  keçmiĢdə  o  qədər  də  geniĢ  sahələrdə  deyil,  əsasən  kiçik 

torpaq  sahələrində  becərilirdi.  Bəzi  bölgələrdə  iri  torpaq  sahiblərinin  bir  neçə 

desyatinlik bostan sahələri də olmuĢdur. 

Ġri  torpaq  sahibləri  bostan  əkinlərindən  alınan  məhsulun  demək  olar  ki, 

hamısını  satıĢ  üçün  bazara  çıxarırdı.  Beləliklə  də  Bakı,  Quba,  Dərbənd,  ġuĢa, 

ġamaxı  və  baĢqa  Ģəhərlərin  bazarlarında  yay  aylarında  çoxlu  miqdarda  qovun, 

qarpız satılırdı. 

Bostanların  becərilməsində  muzdlu  iĢçi  qüvvəsi  kimi  daha  çox 

gəlmələrdən,  xüsusilə  Cənubi  Azərbaycandan  gələnlərin  əməyindən  istifadə 

edilirdi. 

Ġri torpaq sahibləri bostan əkini üçün torpaq sahələrini ĢərtləĢmə əsasında 

icarəyə də verirdilər. RazılaĢmaya görə sahibkar ancaq sahəni Ģumlamalı idi. Qalan 

iĢ prosesi isə (səpindən baĢlamıĢ, məhsulun yığılması və satıĢına qədər) bütünlüklə 


 

 

129 



icarədar  muzdurların  öhdəsinə  düĢürdü,  əldə  edilən  gəlir  isə  yarıya  bölünürdü 

[143]. 


Bostan  əkini  ilə  məĢğul  olan  yoxsul  və  ortabab  kəndlilər  öz  aralarında 

"ortaqlıq"  da  təĢkil  edirdilər.  Adətən,  ortaqlıqda  eyni  tavanalı  təsərrüfatlar 

birləĢirdi. Ortaqlıq üzvləri bostan üçün sahəni birgə Ģumlayır, əkir və becərirdilər. 

Onlar  məhsulu,  ya  da  satıĢdan  alınan  məbləği  öz  aralarında  bərabər 

bölüĢdürürdülər.  Bəzən  də  bostan  sahəsi  birgə  Ģumlanıb  əkildikdən  sonra  ortaq 

üzvləri  arasında  bərabər  bölünərdi  [144].  Belə  bölgüdə  hər  bir  təsərrüfat  payına 

düĢən  bostan  sahəsində  becərmə  iĢlərini  müstəqil  aparırdı.  Ortaq  üzvləri  öz 

tavanalarına  görə  qeyri-bərabər  olduqda,  varlı  kəndlilər  ortaqlıqdan  artıq  pay 

götürməklə  daha  çox  qazanırdılar.  Atalar  demiĢkən  "Bəylə  bostan  əkənin  tağı 

çiynində bitər". 

Bostanı  qorumaqdan  ötrü  mütləq  gözətçi  tutardılar  və  buna  "bostançı" 

deyilərdi. Onun bostanda ya çardağı və ya koması olardı. Bostançıya zəhmət haqqı 

razılaĢma əsasında natura və ya pulla verilərdi. Məhsul mövsüm ərzində 2-3 və ya 

3-4 dəfə yığılırdı. Daha sonra yayın sonunda, yaxud payızın ilk günlərində bostan 

"uru" olardı. Urudan sonra əkinə mal-qara, ya da qoyun sürüsü buraxılardı. Əksər 

hallarda bostan əkilən sahədə  məhsul  yığıldıqdan  sonra dərhal payızlıq taxıl  üçün 

Ģum  edilərdi.  Əkinçilərin  təcrübəsi  göstərir  ki,  bostan  yerində  taxıl  əkilərdisə, 

həmin sahədən yüksək məhsul götürülərdi. 

Tarixi  və  etnoqrafik  materialların  təhlili  göstərir  ki,  bostançılıq 

Azərbaycanda  qədim  və  geniĢ  yayılmıĢ  təsərrüfat  sahələrindən  biri  olmuĢdur. 

Bostan bitkilərinin növbənövlüyü onların becərilməsində əkinçilərimizin qazandığı 

zəngin  təcrübə  bunu  bir  daha  təsdiq  edir.  Bu  sahədə  qazanılmıĢ  ənənə  isə 

nəsillərdən nəsillərə keçərək hazırda da yaĢamaqdadır. 

Azərbaycanda  tərəvəz  bitkilərindən  -  pomidor,  xiyar,  badımcan,  bibər, 

kələm,  gül  kələm,  soğan  və  sarımsaq,  kökü  meyvəli  bitkilərdən  -  yerkökü, 

çuğundur,  qırmızı  turp  və  ağ  turp,  göyərtilərdən  -  keĢniĢ,  Ģüyüd,  vəzəri,  ispanaq 

(Ģomu),  reyhan,  turĢəng,  nanə,  kəvər,  tərxun,  kərəviz,  cəfəri  və  s.  bitkilər 

yetiĢdirilirdi. 

Tərəvəz bitkilərinin çoxu toxum səpildiyi ləkdə də becərilərdi. Lakin pomidor, 

badımcan,  kələm,  bibər  və  baĢqa  bitkilər  isə  Ģitil  halında  əkilirdi.  ġitil  üçün  bitki 

Ģitilliklərdə  yetiĢdirilir  və  sonra  çıxarılıb  lək  kəsilmiĢ  sahəyə  cərgə  ilə  əkilərək 

becərilirdi.  Soğan,  sarımsaq  və  kökü  meyvəli  baĢqa  bitkilərin  isə  toxumlarını  sahəyə 

səpməklə becərilir və yaxud soğan və sarımsağın gilələri ləklərə basdırılardı. Gilə soğan 

daha tez yetiĢərdi. 

Tərəvəz bitkiləri və göyərti əsasən həyətyanı sahələrdə becərilərdi. Hər bir 

ailə öz tələbatına görə bir neçə ləkdə keĢniĢ, Ģüyüd, soğan, pomidor, kələm və s. bitki 

yetiĢdirərdi.  Tərəvəz  məhsullarına  və  göyərtiyə  tələbatın  artması  ilə  əlaqədar  olaraq, 

Ģəhərətrafı  kəndlərdə  becərilən  tərəvəz  və  göyərti  Ģəhər  bazarlarına  da  satıĢa 

çıxarılardı. 


 

 

130 



Ġri Ģəhərlərin ətraf kəndlərinin əhalisi tərəvəz bitkilərinin yetiĢdirilməsi sahə-

sində,  demək  olar  ki,  ixtisaslaĢmıĢdı.  ġəhər  əhalisinin  tərəvəz  bitkilərinə  artan  tələbatını 

ödəmək  üçün  xüsusilə  XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  Bakı  və  Gəncə  kimi  iri 

Ģəhərlərin  bazarlarını  göyərti  ilə  təmin  etmək  lazım  gəlirdi.  Buna  bazarlarda  böyük 

ehtiyac və tələbat da var idi. Çünki hər bir azərbaycanlı ailəsi özünün yemək rasionunda, 

demək olar ki, göyərtisiz keçinmirdi. 

Tərəvəz bitkilərindən pomidor, xiyar, badımcan, bibər, istiot, kök və baĢqaları 

xüsusilə göy-göyərti keĢniĢ, Ģüyüd, vəzəri, ispanaq, turĢəng, göy soğan, turp, reyhan, cəfəri, 

kəvər, tərxun və s. Bakı ətrafı AbĢeron kəndlərində və Gəncənin yaxın kəndlərində daha 

çox becərilirdi. Ġl boyu göy-göyərtinin becərilməsi və ondan əldə edilən gəlir ayrı-ayrı 

kəndli ailələrinin dolanacağının əsasını təĢkil edirdi. Daha doğrusu, bu sahə ilə məĢğul 

olmaq kəndli ailəsi üçün daha münasib və daha sərfəli hesab olunurdu. 

Tərəvəz  bitkilərinin  becərilməsi  Lənkəran  qəzasında  da  geniĢ  Ģəkil  almıĢdı. 

Qəzanın əsasən düzən və dağətəyi ərazisində becərilən xiyar (yerpənək), soğan (baĢ soğan, 

göy soğan), sarımsaq, pomidor, lobya (paxla), turp, yerkökü, bibər və baĢqa bitkilər [145] 

ailənin ehtiyacından savayı satıĢa da çıxarılırdı. 

Zəngin təcrübəyə malik olan Azərbaycan əkinçiləri məhsuldar və keyfiyyətli 

tərəvəz  bitkiləri  yetiĢdirməyi  bacarmıĢlar.  Masallı  soğanı,  Hövsan  soğanı,  AbĢeron 

yerköküsü öz keyfiyyəti ilə Azərbaycanda məĢhur olmuĢdur. Hövsan soğanı XIX əsrdə 

hətta xarici ölkə bazarlarına da satıĢa göndərilirdi. Öz keyfiyyətinə və dadına görə həmiĢə 

yüksək  qiymətə  satılan  və  bazarlarda  geniĢ  alıcısı  olan  Hövsan  soğanının  əkin  sahəsi 

ildə 150-160 desyatinə çatırdı [146]. 

XIX  əsrin  ortalarından  baĢlayaraq  Azərbaycanda  kartof  bitkisi  də  becəril-

miĢdir. Əvvəllər kartof əsasən Azərbaycandakı rus kəndlərində və alman kolonistlərinə 

məxsus  və  bu  bitkinin  yetiĢməsi  üçün  imkan  olan  torpaqlarda  əkilib-becərilirdi. 

Yelizavetpol quberniyasında yaĢayan və əsasən əkinçilik və bağçılıqla məĢğul olan rus  və 

almanlar da kartof əkirdilər. 

Bakı quberniyasında isə kartof və kələm əsasən Lənkəran, ġamaxı, Quba qəza-

larında yaĢayan ruslar tərəfindən becərilirdi. 

Beləliklə  də  kartof  bitkisi  ruslar  tərəfindən  daha  geniĢ  Ģəkildə  becərilməyə 

baĢlayaraq  artıq  məhsul  bazara  -  satıĢa  da  çıxarılırdı.  Azərbaycanlılar  arasında  əvvəllər 

"yeralması"  adlandırılan  kartof  bitkisi  daha  sonralar  xalqın  yemək  rasionuna  daxil 

olaraq onlar tərəfindən də əkilib-becərilirdi. 

XX əsrin əvvəllərindən etibarən kartof Azərbaycanda daha geniĢ Ģəkildə becə-

rilməyə baĢlanmıĢdır. Beləliklə də Qərbi və Ģimal-Ģərqi Azərbaycanın dağ və dağ-ətəyi 

ərazisi özünün keyfiyyətli kartofu ilə də seçilirdi. 

Tərəvəz  bitkilərinin  becərilməsi  üçün  torpağın  Ģumlanması  və  onun  əkinə 

hazırlanması əsas Ģərtdir. Ona görə də əkinçilər sahənin seçilməsinə, onun Ģumlanması və 

əkinə hazırlanmasına  xüsusi qayğı göstərirdilər. Etnoqrafik  materiallardan aydın olur ki, 

tərəvəz sahələri böyük və kiçikliyindən asılı olaraq xıĢ və qara kotanlarla Ģumlanır, yaxud 

da  torpaq  bel  ilə  bellənib,  əkin  üçün  hazırlanırdı.  Tərəvəz  bitkiləri  həyətyanı  sahədə 


 

 

131 



becərilərdisə bütün iĢ prosesi ancaq əl əmək alətləri ilə görülərdi. Tərəvəz sahələrinin iri 

və  kiçikliyindən  asılı  olaraq,  becərmə  iĢində  də  müəyyən  fərqlər  mövcud  olmuĢdur. 

Adətən iri sahələr arat edildikdən sonra toxum səpilər, malalanar və sonra sahə arxlarla 

taxtalara bölünərdi. Kiçik sahələrdə isə toxum ləklərə, Ģırımlara və ya çalalara atılıb 

üstü torpaqla örtülərdi. Tərəvəz bitkiləri torpaq və iqlim Ģəraitindən asılı olaraq 4-5 dəfə 

suvarılır, bitkinin dibi bir-iki dəfə doldurularaq alağı vurulardı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

 

132 



Azərbaycanda XIX əsr - XX əsrin əvvəllərində tərəvəz bitkilərinin becəril-

məsi üçün imkan və Ģərait olan yerlərdə, az və ya çox halda da olsa həyətyanı sahələrdə, 

hətta ayrıca sahələrdə soğan, sarımsaq, kartof, xiyar, pomidor və baĢqa bitkilər, həmçinin 

də göyərti - keĢniĢ, Ģüyüd, göy soğan, nanə, tərxun, ispanaq, turĢəng, turp və s. əkilib 

becərilmiĢdir. Demək olar ki, hər bir ailədə həmin bitkilərdən ya tərəvəz halında, yaxud 

tutma kimi (Ģoraba) və ya milli xörəklərin hazırlanmasında istifadə edilmiĢdir. 

Tərəvəz bitkilərindən, onların yalnız yetiĢdiyi yaz və yay mövsümlərində deyil, 

payız və qıĢ aylarında da istifadə edilərdi. Soğan, sarımsaq, kartof qıĢ ayları üçün tədarük 

edilərək müxtəlif üsul və qaydalarla saxlanılırdı. 



Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə