Abşeronda Ağac Və Kol Bitkilərinə Başlıca Zərərverən Ksilofaqların



Yüklə 83,56 Kb.
Pdf görüntüsü
tarix13.04.2017
ölçüsü83,56 Kb.
#13920

АМЕА-nın  Xəbərləri  (biologiya və tibb elmləri), cild 70, №2, səh. 62-67 (2015)

 

62 



Abşeronda Ağac Və Kol Bitkilərinə Başlıca Zərərverən Ksilofaqların 

(Coleoptera) Parazitləri Və Onlardan Bioloji Mübarizədə İstifadənin 

Mümkünlüyü  

 

Z.M. Məmmədov,  L.A. Şirinova, R.S. Atayeva*, E.F. Səfərova 

 

AMEA Zoologiya İnstitutu, A.Abbaszadə kücəsi, məhəllə 504, kecid 1128, Bakı AZ1073, Azərbaycan; 

 *E-mail: atayeva79@list.ru 

 

Abşeron yarımadasında aparılan tədqiqatlara  əsasən (2009-2013-cü illər), ksilofaqların sayının 



biotənzimlənməsində 3 dəstəyə, 14 fəsiləyə  mənsub 50 növ entomofaqın fəaliyyət göstərdiyi müəy-

yənləşdirilmişdir. Aparılan tədqiqatlar nəticəsində  aşkar edilmiş 50 növ entomofaqdan 36 növü 

parazitlərə aiddir. Ksilofaqlara qarşı bioloji mübarizədə  təsərrüfat  əhəmiyyəti olan 17 növ parazit 

müəyyənləşdirilmişdir. Onlardan 14 növünün bioekoloji xüsusiyyətləri, sahibin biotənzimlənməsində 

rolu və təsərrüfat əhəmiyyəti geniş öyrənilmişdir. 

 

Açar sözlər: Ksilofaq, zərərverici, entomofaq, parazit, yırtıcı, meşə, bağ, bioloji mübarizə 

 

 



GİRİŞ 

 

Azərbaycan Respublikası Prezidentinin “2004-

2015-ci illərdə Azərbaycanda  əhalinin  ərzaq məh-

sulları ilə etibarlı təminatına və ərzaq məhsullarının 

təhlü-kəsizliyinə dair Dövlət Proqramının” həyata 

keçirilməsində  məqsəd, keyfiyyətli ekoloji təmiz 

məhsullar yetişdirilməsi üçün meşə və meyvə sahə-

lərinin yaradılması ilə yanaşı ətraf mühitin çirklən-

məsinin qarşısının alınmasından ibarətdir.  

Son illər iqtisadi cəhətdən  əhəmiyyətli dərə-

cədə qeyd olunan ağac və kol bitkiləri bir sıra ciddi 

zərərverici ksilofaqlar tərəfindən intensiv şəkildə 

məhv olub, sıradan çıxır. Onlar ağacların kök, 

gövdə daxilində və qabıqları altında öz inkişaflarını 

başa vurmaq üçün, uzun illərlə qidalanaraq ağac-

ların məhv olmasına səbəb olurlar. Sağlam ağac-

ların 45-50%-ni sıradan çıxarırlar. Onlara qarşı 

mübarizə  tədbirləri həyata keçirmək olduqca çətin 

problemlər yaradır. Aparılan kimyəvi mübarizə təd-

birləri də heç bir nəticə vermir. Bu baxımdan ksilo-

faqların və onları  məhv edən faydalı  həşəratların 

(entomofaqların) öyrənilməsi və  aşkar edilmiş  tə-

sərrüfat əhəmiyyətli entomofaqlardan bioloji müba-

rizədə istifadə edilməsi, dünya alimlərinin nəzər-

diqqətindən qaçmamışdır. Bu məqsədlə də ksilofaq-

ların öyrənilməsi və onlara qarşı bioloji mübarizədə 

entomofaqlardan istifadə edilməsi bir çox tədqiqat-

çıların  əsərlərində öz əksini tapmışdır (Крыжа-

новский, 1974; Самедов, 1963; Лозовой, Ходже-

ванишвили, 1950; Məmmədov və b., 2014).  

Bu baxımdan da, Abşeron bölgəsində məhsul-

dar və yaşıllıq yaradan ağaclara, kol bitkilərinə 

zərərverən ksilofaqların və onların sayını biotən-

zimləyən entomofaqların (faydalı  həşəratların) növ 

tərkibini, bioekoloji xüsusiyyətlərini öyrənməklə, 

zərərvericilərə qarşı bioloji və inteqrir mübarizə 

tədbirlərinin işlənib hazırlanması  və  tətbiqi günün 

ən vacib məsələlərindən biridir. 

 

 

MATERİAL VƏ METODLAR 

 

Elmi-tədqiqat işləri iki istiamətdə – çöl və la-



boratoriya  şəraitində  həyata keçirilmişdir. Ksilo-

faqlar və onların təbii düşmənlərinin öyrənilməsin-

də entomoloji üsullardan və təyinedici vəsaitlərdən 

(Meyer, 1933-1936; Tobias, 1976; Abdinbəyova, 

1995) istifadə edilmişdir. 

 

 



NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

1. Dolichomitus messor Grav.  

Polifaqdır. Parazit uzunbığ böcəklərin sürfə-

lərinin paraziti kimi məlumdur (Коломиец  и 

Богданова, 1980). Abşeron bölgəsində tez-tez rast 

gəlinir. İyun ayının əvvəlindən sentyabr ayına qədər 

uçurlar. Elektrik lampası  işığından da (Novxanı, 

avqust) tutulmuşdur (12 ədəd). 

Minicinin dişi fərdləri yumurtalarını  ağacın 

qabığı üzərindən sahibin orta və böyük yaş sürfə-

lərinin bədəni daxilinə qoyur. Yumurtadan çıxan 

sürfə sahib bədənin möhtəviyyatı ilə qidalanma 

mərhələsini bitirdikdən sonra, uzunsov, açıq-

qəhvəyi rəngli barama hörür və onu oduncaqla qa-

bıq arasına bərkidir. Parazitlərin bir hissəsi, inki-

şafını avqust ayının II yarısında başa çatdırır. Digər 

hissəsi isə barama daxilində sürfə  mərhələsində 

qışlayır və inkişafını gələn ilin may-iyun aylarında 

başa çatdırır. Ksilofaqların (zərərvericilərin) qida-

landığı ağac və kol bitkiləri sahələrində tez-tez rast 


Abşeronda Ağac və Kol Bitkilərinə Başlıca 

63 


gəlinir, onların sayının tənzimlənməsində  fəal rol 

oynayırlar (16-26%).  

Yayılması:  Bütün Poliarktikada (Şərqi Qaza-

xıstan),  İrkutsk vilayəti, Qafqaz, Holarktika meşə 

sahələri (Абдинбекова, 1975).  

2. Rhyssa persuasoria L.  

Parazit 20 növdən çox uzunbığ  və buynuz-

quyruqlu ksilofaqların sürfələrinin endoparazitidir. 

Biz tərəfdən  uzunbığ  və uzunburun böcəklərin 

sürfələrinin paraziti kimi qeydə alınıb. Abşeron 

yarımadasının hər bir kəndində və qəsəbəsində tək-

tək hallarda, qeydə alınıb, azsaylıdır. Yaşlı fərdlərə 

park və xiyabanlarda, həyətyanı sahələrdə, iyun 

ayının ilk günlərindən sentyabr ayının ortalarına 

qədər bitkilər üzərində (entomoloji torba vasitəsilə 

tutulub) rast gəlinir. Yayılması:  Şimali və  Cənubi 

Avropa,  Şimali Amerika, keçmiş SSRİ-nin qərb 

hissəsindən Saxalinə qədər (Абдинбекова, 1975).  

3. Bracon hylobii Ratz. 

Ədəbiyyat məlumatlarına görə, uzunburun bö-

cəklərin sürfələrinin ektoparazitidir. Bundan başqa, 

parazitin  Dyrocoetes  cinsindən olan qabıqyeyən-

lərin sürfələrində  də parazitlik etməsi qeydə alın-

mışdır (Коломиец и Богданова, 1980). 

Bizim müşahidələrimizə görə, Abşeronda bra-

kon hulobi paraziti – Hylobius abietis Luzunburun 

böcəyinin,  Pissodes pini L.  qatranböcəyin, həm-

çinin Scolutus rugulosus qabıqyeyənin sürfələrində 

parazitlik edir. Ksilofaqlaın məskunlaşdığı yerlərdə 

az rast gəlinir. 

Parazitin dişi fərdi sahibin iri yaşlı sürfələrinin 

üzərinə yumurta qoyur. Prazit sürfəsi inkişaf müd-

dətində 4 dəfə qabıq dəyişir. 1-4 yaşda sürfə 1-2 gün, 

5-ci yaşda 2-3 gün yaşayır. Sürfələrin inkişafı iyul-

avqust aylarına təsadüf edir. Sürfə qidalanmasını 

bitirdikdən sonra, açıq-qəhvəyi rəngdə barama 

(uzunluğu 5-6, eni 1,5-2 mm) hörür. Sahibin bir 

sürfəsi üzərində 1-12 parazit sürfəsi inkişafını başa 

çatdırır.  Pissodes pini L.  qatranböcəyinin sürfəsinin 

yerində 1-3, bəzi hallarda 5 barama olur. Abşeronun 

Novxanı  kəndində  həyətyanı sahədə aparılan mü-

şahidələr vaxtı (10-15 iyul) Hylobius abietis L. uzun-

burunun məhv olmuş sürfəsinin üzərində 13 yolux-

muş baramaya rast gəlinmişdir. Baramalardan 8 bra-

kon paraziti çıxmışdır. Baramalara iyulun II yarısın-

dan oktyabra qədər rast gəlinir. Yaşlı fərdlərin uçuşu 

iyul ayının axırı-avqust ayının əvvəlinə təsadüf edir. 

Avqust ayında uçan minicilər 1-2 gün müddətində 



Pissodes pini L. qatranböcəyinin sürfələrini yolux-

dururlar. Parazitin yay nəslinin sürfələri avqust ayı-

nın axırı inkişafını bitirir və sentyabr ayında barama 

içərisində pup mərhələsinə keçirlər. 5 sentyabr 2010-

cu ildə aparılan müşahidələrə görə, Pissodes pini L. 

qatranböcəyinin qovaq ağacı gövdəsində məskunlaş-

malarında, parazitin 18% sürfə mərhələsinə və 82% 

baramasına rast gəlinmişdir. Qatranböcəyinin sayı-

nın aşağı düşməsində mühüm rol oynayır.  

Müşahidə zamanı topa halında yığılmış kötük-

lərin və odun topasının orta hissəsində (ən çox yo-

luxma 45-59%) qeydə alınıb. Bəzi kötüklərdə isə 

yoluxma 5-7% arasında dəyişir. Parazit qatranbö-

cək sürfələrini 30-50% yoluxdurur. 

Yayılması: Keçmiş SSRİ-nin Avropa hissəsi, 

Kareliya, Avropa, Amerika, Azərbaycan (Абдин-

бекова, 1975).  

4. Atanycolus denigrator Nees.  

Abşeronda qaraşam və  şam sahələrində (Mər-

dəkan dendrarisi) yayılmış növdür. Bizim tərəfi-

mizdən uzunbığ böcəyin yollarından götürülmüş 

baramalar içərisində olan puplardan çıxarılmışdır 

(Nabatat bağı, Yasamal rayonu, avqust). Bundan 

başqa brakonidin iki dişi fərdi qabıqyeyənin (Ips 

sexdentatus Boern.) yollarından götürülmüş pup 

baramalarından, bir dişi fərdi isə qatranböcəyin 

(Pissoedes pini L.) sürfə yollarından götürülmüş 

baramadan (puplardan) çıxarılmışdır (Mərdəkan, 

sentyabr).  

Parazitin yaşlı  fərdlərinə hündür ağac sahələ-

rində iyun-sentyabr aylarında daha tez-tez rast gəl-

mək olur, kütləvi uçuş iyul ayının ortasında baş ve-

rir. Dişilər, ksilofaqların iri sürfələrini yoluxdurur-

lar. Laboratoriya şəraitində pup mərhələsi 5-9 gün 

çəkir. Yaşlı  fərdlər puplardan iyul ayının üçüncü 

ongünlüyü və avqustun əvvəli çıxır. Parazitlərin bir 

hissəsi barama içərisində sürfə  mərhələsində  qışla-

yır. Laboratoriyada baramaların 82%-dən (26 iyul-

dan 8 avqusta qədər) yaşlı fərdlər çıxmışdır. Qalan 

18%-i isə baramalarda qışlamışdır və onlardan yaşlı 

fərdlərin uçuşu qışlamadan sonra müşahidə edilmiş-

dir (Maştağa, aprel-may). Azərbaycanda geniş ya-

yılmış növdür (Абдинбекова, 1975; Məmmədov 

və b., 1997). 



5. Doryctes undulatus Ratz. 

 Dişinin qarıncığının II terqiti qırmızı-qəhvəyi, 

bütünlüklə  qırışlı  və nöqtəlidir. III terqitin əsası 

yumşaq, qırışlıdır. Qalan terqitlər qara, hamar, pa-

rıltılıdır. Erkəyin dişidən fərqli olaraq qarıncığının 

bütün terqitləri qara və ya tünd qəhvəyidir.  

Ədəbiyyat məlumatlarına görə (Абдинбекова, 

1975) brakonid uzunbığ böcəyin, qızılböcəklərin və 

uzunburun böcəklərin sürfələrində parazitlik edir.  

Abşeron  ərazisində qabıqyeyənlərin qızıl-

böcəyin, həmçinin uzunbığ  və uzunburun böcəklə-

rin yollarında tapılmışdır. 

Yayılması: Qərbi Avropa, İran, MDB-nin Av-

ropa hissəsi, Orta Asiya, Qafqaz, Azərbaycan (Аб-

динбекова, 1975).  



6. Dendrosoter hartigi Ratz.  

Erkək fərd dişiyə oxşayır. Ön qanadları boz 

rənglidir. Bədənin uzunluğu 2-3 mm-dir.  

Bir neçə növ qabıqyeyənlərin, qızılböcək-lərin 

və qatranböcəklərin sürfələrinin ekto-parazitidir 

(Коломиец и Богданова, 1980). 



Məmmədov və b.

 

64 


Yaşlı minicilərə iyun ayından avqust ayının 

axırına qədər rast gəlinir. İlk sürfələr 21 iyulda qey-

də alınmışdır. Sürfə, uzunluğu 3-4 mm və eni 1 mm 

olan incə ağ baramada puplaşır. Baramalar sahibin 

sürfə yolunda və ya pup beşiyində yerləşirlər. On-

lara iyul-sentyabr aylarında rast gəlinir.  

Yumurtadan imaqo mərhələsinədək inkişafı 

30-36 gün çəkir. Yaşlı fərdlər iyulda uçurlar. Sürfə 

barama daxilində  qışlayır.  İyun ayının I-II ongün-

lüyündə  təbiətdə görünən parazitlər qabıqyeyənlə-

rin sürfə-lərində parazitlik edirlər. Qabıqyeyənlərin 

sürfələrini 24% məhv edir. Qabıqyeyənlərin effektli 

parazitidir. 

Yayılması:  Qərbi Avropa, MDB-nin Avropa 

hissəsi, Krasnodar vilayəti, Gürcüstan, Azərbaycan 

(Абдинбекова, 1975).  



7. Coeloides abdominalis Zett.  

Abşeron  ərazisində ancaq Ips sexdentatus 



Boern.  və  I. typographus L. qabıqyeyənlərinin 

sürfələrində parazitlik edir. Parazitlər iyun-avqust 

aylarında uçurlar. Dişi fərdlər yumurtaqoyma or-

qanı ilə ağacın qabığını deşir və yumurtalarını pup-

qabağı sürfələrin, bəzən isə pupun üzərinə qoyurlar. 

Nazik və keçid qabıq qatında inkişaf edən ksilo-

faqların sürfələrini yoluxdurmağa üstünlük verirlər. 

İyunun I ongünlüyündə yumurtadan çıxan sürfələr 

iyun ayının II, III ongünlüyündə qidalanmalarını 

bitirir və barama sarıyırlar. Barama açıq-qəhvəyi, 

zəif lifli, uzunsov formalı, uzunluğu 5-6 mm, eni 

isə 2 mm olur. Baramalar sürfə yollarının axırların-

da və ya sahibin pup beşikciyində  ağac qabığına 

yapışmış halda olurlar. Sürfə barama daxilində 

puplaşır. Pup mərhələsi havanın temperaturundan 

asılı olaraq 10-21 gün çəkir. Parazitin inkişafı, 

yumurtadan yetkin fərdə  qədər 39-45 gün çəkir. 

Yay nəsil minicilərin (parazitlərinin) uçuşu iyul 

ayının axırına qədər davam edir. Parazitin II nəsli, 

ksilofaqları iyul-avqust aylarında yoluxdurur. Belə 

ki,  Ips typographus L.  sürfələri bu parazit tərəfin-

dən 22,4-22,8% yoluxur. Bu nəslin sürfələri qida-

lanmalarını bitirib, qışlamaya hazırlaşa bilirlər. 

Sürfələr barama daxilində  qışlayırlar. Yaşlı  fərdin 

uçuşu iyun ayının əvvəlində baş verir. 

Yayılması: Cənubi Avropa, MDB-nin Avropa 

hissəsi, Sibir, Yakutiya, Azərbaycan (Абдинбеко-

ва, 1975).  



8. Coeloides sordidator Ratz.  

Müşahidələrə  və  yığılmış materiallara əsasən, 

parazit Abşeronda qızılböcəklərin və qatranböcəyin 

yollarından tapılmışdır. I nəslin imaqo mərhələsi 

may ayının axırından avqust ayına qədər uçurlar. 

Parazitlərin kütləvi uçuşu 14-20 iyunda müşahidə 

edilir. Mayalanmadan sonra dişilər yumurtalarını 

ksilofaqların sürfələrinin üzərinə qoyurlar. Parazitin 

ilk sürfələrinə qabıqyeyən yollarında iyun ayının I 

ongünlüyündə rast gəlinir. İyun ayının II-III ongün-

lüyündə puplaşırlar. Bu populyasiyanın sürfələrinin 

bir hissəsi barama daxilində  qışlayırlar. Barama 

üstdən yastılaşmış, uzunsov formalı, açıq-qəhvəyi 

rəngdədir. II nəsil minicilərinin uçuşu iyun ayının 

axırından avqust ayının axırına qədər davam edir. 

Cinslərin nisbəti eynidir. Yay nəslinin uçuşu 8-17 

iyulda müşahidə edilir. II nəslin parazitləri qabıqye-

yənlərin, həmçinin qatranböcək və  qızılböcəklərin 

sürfələrində parazitlik edirlər.  

Ksilofaq yuvalarında iyul ayının III ongünlü-

yündən oktyabr ayına qədər rast gəlinirlər. Sürfə 

baramada qışlayır və inkişafını növbəti ilin yazında 

başa çatdırır.  

Yayılması: Qərbi Avropa, keçmiş SSRİ-nin 

Avropa hissəsi, Qərbi və Orta Sibir, Yakutiya (Ко-

ломиец и Богданова, 1980). 



9. Eubazus atricornis Ratz.  

Abşeronda qatranböcək yumurtalarının 40%-ni 

yoluxdurur. Yaşlı minicilərə meşə ağacları olan sa-

hələrdə iyun ayının ortasından avqust ayının axırına 

qədər rast gəlmək olur. Kütləvi uçuş 10-18 iyulda 

qeydə alınıb. Parazitin sürfələri qabıqyeyənin 

pupqabağı sürfələrində inkişaf edir və iyun-avqust 

aylarında rast gəlinir. Parazitin sürfə  və puplarına 

baramalar daxilində, ksilofaq yuvalarında bütün 

yay boyu rast gəlinir.  İmaqolar inkişaf yerlərindən 

iyul-avqust aylarında uçurlar. Populyasiyaların bir 

hissəsi sürfə  mərhələsində barama daxilində  qışla-

yır və bu halda inkişafını  gələn il mayın axırı-

iyunda başa çatdırır. 

Minici qabıqyeyən sürfələrinin populyasiya-

sının 11%-ni məhv edir. Qatranböcək yollarında  

rast gəlinir və onun yumurtalarını 40% yoluxdurur. 

Yayılması: Qərbi Avropa, Keçmiş SSRİ-nin 

Avropa hissəsi (Коломиец  и  Богданова, 1980), 

Azərbaycan (Məmmədov və b., 1997). 



10. Eurytoma blastophagi Hedqv.  

Abşeronda (Nardaran, Saray və Novxanı kənd-

lərində) qabıqyeyənlərin, uzunburun və qatranbö-

cəyin sürfə və puplarından alınıb. 

Aparılan müşahidələrə əsasən, parazitin uçuşu 

və qabıqyeyən sürfələrini yoluxdurması may ayının 

axırından avqust ayının II ongünlüyünə  qədər 

davam edir. Kütləvi uçuş isə iyul ayında baş verir. 

Sentyabr ayında tək-tək fərdlərə rast gəlinir. Para-

zitin sürfələri iyun ayının I ongünlüyündə yumurta-

dan çıxırlar. Pup mərhələsinə iyun ayının ortasın-

dan iyul ayının axırına qədər rast gəlinir. Puplardan 

yaşlı fərdlərin uçuşu iyun ayının III ongünlüyündən 

iyul ayının axırına qədər uzanır. Parazitlərin bir 

hissəsi sürfə  mərhələsində, az hissəsi isə pup mər-

hələsində diapauzaya gedir və inkişafını  gələn ilin 

iyununda bitirir.  

Aşkar edilmişdir ki, birinci nəslin sürfələri 

qabıqyeyənlərin sürfələrində parazitlik edir. İkinci 

nəslin yetkin fərdləri inkişafını avqust ayına qədər 

bitirir.  İnkişaf yerlərindən kütləvi uçuş avqust 

ayının ilk günlərində müşahidə edilir. Parazitlərin 



Abşeronda Ağac və Kol Bitkilərinə Başlıca 

65 


böyük hissəsi qabıqyeyən yollarında  qışlayır.  İma-

qo mərhələsinə keçmə  gələn ilin may ayının sonu 

iyun ayının əvvəli baş verir. Müşahidələrimizə gö-

rə, qabıqyeyənin effektli paraziti hesab olunur. O, 

ksilofaqın sürfələrini 30% məhv edə bilir.  

Yayılması: Avropa, Asiya, Yaponiya, Afrika, 

Amerika, Avstraliya  (Коломиец  и  Богданова, 

1980). 


11. Rhopalicus brevicornis Thoms.  

Parazitin Abşeronda 20 növ qabıqyeyən və 

uzunburunun paraziti kimi qeydə alınıb. Parazitin 

sürfə  və puplarına ksilofaqların yuvalarında bütün 

yay boyu rast gəlinir.  

Dişi fərd yumurtalarını qabıqyeyən və qatran-

böcəklərin sürfələrinin üzərinə (bir yumurta) qoyur. 

Bəzi hallarda çoxsaylı parazitizm də müşahidə 

olunur. Bu halda bir sürfə üzərinə 2-3 yumurta 

qoyulur, amma onlardan yalnız biri inkişafını başa 

çatdırır.  İnkişaf müddətində parazitin bir sürfəsi 

sahibin bir fərdini məhv edir. 

Laboratoriyada 23-25°C temperaturda şüşə 

qablarda qoyulmuş yumurtalardan 3-5 günə sürfələr 

çıxır, sahibin bədəninə yapışaraq onun bədəndaxili 

möhtəviyyatını sorur. Sürfənin qidalanma müddəti 

10-14 gün, pup mərhələsi 8-12 gün çəkir. Parazitin 

ayrı-ayrı  mərhələlərinin inkişafı, havanın tem-

peraturu və rütubətindən asılı olaraq dəyişir. Labo-

ratoriyada parazitin inkişafı 25-30 gün çəkir. Təbii 

şəraitdə isə 35-40 gün lazım gəlir. 

Parazit üç nəsildə inkişaf edir. I nəslin minici-

ləri iyunun əvvəli uçur və yumurta qoyur. İlk sür-

fələr iyun ayının  əvvəllərində (5-10) qeydə alınır. 

İyun ayının axırında qanadlanmış yetkin fərdlər 

inkişaf yerlərini tərk edir və cütləşməyə başlayırlar. 

Maya-lanmadan sonra dişilər yumurta qoyurlar. II 

nəsil parazitin sürfələrinə iyul ayının II ongün-

lüyündən avqust ayının ortalarına qədər rast gəlinir. 

Pup mərhələsinə isə, iyul ayının III ongünlüyünün 

sonunda rast gəlinir. Avqust ayında da yetkin 

fərdlərin görünməsi müşahidə edilir. Cütləşmədən 

sonra bu nəslin dişiləri qabıqyeyənlərin sürfələrini 

yoluxdurur. Avqust ayının axırı sentyabr ayında 

yumurtadan çıxmış sürfələr inkişaflarını başa çat-

dıra bilmirlər. Onların ancaq bir hissəsi ilin payı-

zında puplaşır. Sürfə  və puplar qışlayır.  İnkişaf-

larını gələn ilin may ayının axırı iyun ayının əvvəli 

başa çatdırır. Yetkin fərdlərə iyun ayından avqust 

ayına qədər rast gəlinir. Kütləvi uçuş iyul ayında 

qeydə alınır. Ksilofaq yuvalarında parazit sürfələ-

rinə iyun ayının II ongünlüyündən avqust ayının 

axırına qədər rast gəlinir. Populyasiyanın bir hissəsi 

sürfə  və ya pup mərhələsində diapauzaya gedir və 

inkişafını gələn ilin iyun ayında başa çatdırır. 

Parazit bir çox qabıqyeyən sürfələrinin effektli 

paraziti hesab edilir. Ayrı-ayrı  məskunlaşmalarda 

parazit 90%-ə qədər qabıqyeyən sürfəsi yoluxdurur. 

Parazit ksilofaqların sayının azalmasında ef-

fektiv entomofaqlardan biridir. Onun, ksilofaqlara 

qarşı mübarizədə istifadəsi mümkündür. 

Yayılması: MDB-nin Avropa hissəsi, Sibir 

(Коломиец и Богданова, 1980), Azərbaycan. 

12. Rhopalicus tutele Walk. 

Yalnız qabıqyeyən böcəklərin sürfələrində 

parazitlik edir. Ksilofaqların zərərverdiyi ağacların 

yaxınlığında may ayının axırından sentyabr ayına 

qədər rast gəlinir. Parazit  yumurtasını qabıqyeyən 

sürfəsinin yaxınlığına qoyur. Qoyulmuş yumurta-

lardan 36 saat sonra parazitin sürfəsi çıxır. Parazitin 

sürfəsi sahibin sürfəsi ilə 4-5 gün müddətində qi-

dalanır və sonra puplaşır. Bütünlükdə sürfənin inki-

şafı 2-3 həftə, pup mərhələsi 17 gün, yumurtadan 

yetkin fərdə  qədər tam inkişaf müddəti isə 38-45 

gün çəkir. İldə 2-4 nəsil verir. Uçuş vaxtı çox uzan-

dığı üçün nəsilləri dəqiq ayırd etmək mümkün ol-

mur. O, qabıqyeyənlərin, uzunburun və qatranbö-

cəklərin aktiv para-zitidir.  

Yayılması: Polearktika, MDB-nin Avropa 

hissəsi, Qafqaz  (Коломиец  и  Богданова, 1980), 

Azərbaycan (Məmmədov və b., 1997). 



13. Rhoptrocerus xylophagorum Ratz. 

Qabıqyeyənlərin ektoparazitidir. Təbiətdə uçu-

şu may ayının axırı – iyun ayının  əvvəli başlayır. 

Müşahidələrə əsasən, qabıqyeyən-lər məskunlaşdığı 

ağaclarda,  əvvəlcə erkək fərdlərə, daha sonra dişi 

fərdlərə rast gəlinir. Cütləşmə 20-30 san. davam 

edir. Cütləşmədən sonra, dişilər qabığın üzəri ilə 

hərəkət edərək, giriş  dəliklərindən qabıqyeyənlərin 

yollarına daxil olurlar. Sahib sürfələrini iflic edərək 

yumurtalarını onların bədəninə qoyurlar. Dişilər 

qabıq-yeyən sürfələrini qabığın üstündən də yolux-

dura bilirlər. Bunun üçün onlar yumurtaqoyma 

orqanı ilə qabığı deşirlər. 2, bəzən də 3 nəsil verir. 

Parazitin I nəslinin sürfələrinə sahibin yollarında 

iyun ayının I ongünlüyündən iyul ayının yarısına 

qədər rast gəlinir. Sonra sürfələr puplaşır və 7-10 

gündən sonra puplardan yetkin fərdlər çıxır. Bö-

cəklərin uçuşu iyulun II-III ongünlüyünə  təsadüf 

edir. Yumurta mərhələsindən yetkin fərdə  qədər 

inkişafı 30-37 gün çəkir. II nəslin sürfələri iyul 

ayının axırı görünürlər. Populyasiyanın bir hissəsi 

bu halda inkişafını avqustda bitirir, digərləri isə 

sürfə  mərhələsində  qışlayır və növbəti ilin may 

ayının axırı  və iyun ayında yetkin fərdlərə rast 

gəlinir. Relyefdən, havadan və sahib-lərdən asılı 

olaraq müxtəlif fazaların inkişafı müxtəlif vaxtlara 

da tasadüf edə bilir. Sahilyanı  qəsəbələrdə adətən 

yetkin fərdlər qışlayır. Abşeron yarımadasında 2-3 

nəsi verir.  

Parazit geniş yayılmış növdür və 50-yə yaxın 

qabıqyeyəndə parazitlik edir. Parazit tipoqraf qa-

bıqyeyəninin sürfələrini 90%, uc qabıqyeyəninin 

sürfələrini isə 15-20% yoluxdurur.  


Məmmədov və b.

 

66 


Yayılması: Holarktik növ olub, keçmiş SSRİ-

nin Avropa hissəsi, Qafqaz, Orta Asiya, Azərbay-

can (Абдинбекова, 1975; Məmmədov və b., 1997).  

14. Tomicobia seitneri Ruschk. 

Parazitin uçuşu may ayının axırı başlayır və 

tipoqraf qabıqyeyən böcəklərinin ağac qabığı altına 

girmə vaxtları ilə üst-üstə düşür. Bu zaman qabıq-

yeyənin ifraz etdikləri feromonlar parazit üçün çox 

cəlbedici olur. İlk olaraq erkəklər uçur, sonra isə 

dişilərin uçuşu gözlənilir. Mayalanma 30-40 san. 

davam edir. Sonra mayalanmış dişilər, ksilofaqların 

sürfələrini yoluxdurur. Yoluxmadan 10-25 gündən 

sonra məhv olurlar. 

Onun qoyduğu yumurtalardan 4-5 gündən 

sonra sürfələr çıxır, 3 yaş dövrü keçirirlər və 16 gün 

ərzində inkişaf edirlər. Pup mərhələsi 10 gün da-

vam edir. Sahibin bədənində parazitin yumurtadan 

yaşlı  fərdədək inkişafı 35-40 gün davam edir. 

Abşeronda ildə 2-3 nəsil verir. II nəsil parazitin 

yetkin fərdi iyul ayının ortasında görünür. Onlar 

cavan qabıqyeyən böcəkləri yoluxdururlar. II nəslin 

böyük yaş sürfələri sahibin bədənində  qışlayır, 

parazit sürfələrinin puplaşması və pupdan parazitin 

çıxması növbəti ilin may və iyun aylarına qədər 

təsadüf edir. 

Qeyd olunmuşdur ki, Tomikobiya qabıqyeyən-

lərin məxsusi parazitidir.     

Yayılması: Keçmiş SSRİ-nin Avropa hissəsi, 

Krım, Ural, Sibir, Orta Asiya, Qafqaz, Azərbaycan 

(Абдинбекова, 1975; Məmmədov və b., 2014). 

 

ƏDƏBİYYAT 

 

Абдинбекова  А.А. (1975) Бракониды  (Hymeno-

ptera, Braconidae)   Азербайджана. Баку: Элм, 

с. 293. 


Крыжановский  О.Л. (1874) Насекомые  и  кле-

щи  вредители  сельскохозяйственных  культур. 



Том II: Cerambycidae. Л.: Наука, с. 139-157. 

Самедов  Н.Г. (1863) Фауна  и  биология  жуков, 

вредящих  сельскохозяйственным  культурам  в 

Азербайджане. Баку: АН Аз. ССР, 383 с. 

Коломиец  Н.Г.,  Богданова  Д.А. (1980) Пара-

зиты и хищники ксилофагов Сибири. Новоси-

бирск: Наука, 276 с. 

Лозовой  Д.И.,  Ходжеванишвили  И.А. (1850) 

Фиговый  лубоед  (Hypoborus ficus Erichs)  в 

условиях  Тбилии.  Вестн.  Тбил.  бот.  сада

вып.59: 12-17. 

Məmmədov Z.M., Mirzəyeva N.B., Əhmədova 

V.Ə.  (1997) Azərbaycanın Böyük Qafqaz zona-

sında meşə  ağaclarına zərər verən ksilofaqlar və 

onların təbii düşmənləri.  AMEA-nın “Xəbərlər” 

jurnalı, biol.elm. ser. № 1-6: 23-29. 

Məmmədov Z.M., Atayeva R.S., Muradova E.M. 

(2014)  Şəki-Zaqatala bölgəsində meyvə  və meşə 

ağaclarına zərərverən qabıqyeyən böcəklər (Cole-

optera, Ipidae).  Zoologiya  İnstitutunun  əsərləri, 

32(№2): 134-139 

 

 



 

Паразиты Основных Вредителей-Ксилофагов (Coleoptera) Деревьев И Кустарников На 

Апшероне И Возможность Их Использования В Биологической Борьбе 

   


Мамедов З.М., Ширинова Л.А., Атаева Р.С., Сафарова Э.Ф. 

 

Институт зоологии НАНА 

  

На основе исследований,  проведенных  на Абшеронском полуострове  (2009-2013 годы) выявлено, 



что  в  биорегуляции  численности  ксилофагов,  активность  проявляют 50 видов  энтомофагов, 

относящихся к 14 семействам 3 отрядов. Из обнаруженных 50 видов энтомофагов, 36 видов паразиты. 

17  видов  паразитов  имеют  хозяйственное  значение  в  биологической  борьбе  против  ксилофагов. 

Основательно изучено биоэкологические особенности, роль в биорегуляции хозяина и хозяйственное 

значение 14 видов паразитов. 

 

Ключевые слова: Ксилофаг, вредитель, энтомофаг, паразит, кровожадный, лес, сад, биологическая 

борьба 

  

 



Abşeronda Ağac və Kol Bitkilərinə Başlıca 

67 


The Main Parasites Of Xylophageous Pests (Coleoptera) Of Trees And Shrubs In Absheron Peninsula 

And Their Potential Usage As Ecological Control Agents 

 

Mamedov Z.M., Shirinova L.A. Atayeva R.S., Safarova E.F. 

 

Institute of Zoology, ANAS 

  

On the basis of investigations conducted in Absheron Peninsula (2009-2013 years), it was established that 5- 



species of entomophages belonging to 14 families and 3 orders are the most active regulators of density of 

xylophages. Among these 50 species, 36 are parasites. Seventeen species of parasites are of practical 

importance as enemies of xylophages. 

 

Key words: Xylophages, pest, entomophages, parasite, prey, forest, garden, biological control  



 

 

Yüklə 83,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin