Абш тиъарят Назирлийинин, Бейнялхалг



Yüklə 461,5 Kb.
səhifə7/10
tarix17.12.2016
ölçüsü461,5 Kb.
1   2   3   4   5   6   7   8   9   10

Bizim dəyərlər

Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bütün əməkdaşlarımız aşağıdakı mənəvi dəyərlərə sahib olmalı və bu dəyərləri bölüşməlidirlər:




  • xəstəyə şəfqət hissi ilə yanaşmaq;

  • professional səviyyənin təkmilləşdirilməsi;

  • işə vicdanlı münasibət;

  • qərarlara cavabdehlik hissi;

  • saflıq və düzgünlük;

  • pasientlərə və həmkarlara münasibətdə dözümlülük və daima xeyirxahlıq.

  • юзцнц тянгид вя толерантлыг щисси



Kodeksİn müddəaları
I. Pasientlərə münasibət
1) бизим ющдяликляримиз

Biz pasientlərə münasibətdə aşağıdakı prinsipləri üstün tuturuq:




Yüksək keyfiyyətli oftalmoloji xidmətlər göstərmək bizim pasientlər qarşısında ən ümdə vəzifəmizdir.


  • Humanizm və şəfqət prinsipləri

Biz pasientlərlə, ilk növbədə, şəfqət hissi və humanizm prinsipləri çərçivəsində davranmagı öz öhdəmizə götürürük. Hesab edirik ki, pasientlərlə şəfqət hissi və humanizm prinsipləri əsasında davranmaq, bizim professional köməyimiz qədər vacibdir.


  • Pasientlərlə etibarlı münasibətlərin qurulması

Biz pasientlərimizlə etibarlı münasibətlərin yaradılmasına səy göstəririk. Cünki, müalicənin müvəffəqiyyəti xəstənin həkimə nə qədər etibar etməsindən çox aslıdır.

Biz pasientlərin bilmədiyi xüsusi biliklərə sahibik və bu biliklərdən qərəzli məqsədlərlə isifadə etməmək öhdəliyini öz üzərimizə götürürük.





  • Həkim sirrinin qorunması

Biz pasientin səhəti haqqında məlumatların - əgər bu məlumatların məxviliyi qanuna zidd deyilsə - (məsələn, xəsarətlər zorakılıq halları ilə müşayiət edilməyibsə) gizli saxlanlıması öhdəliyini öz üzərimizə götürürük.


  • Pasientin hüququnun qorunması

Biz maraqlı tərəflər qarşısında öz pasientlərimizin hüquqlarının vicdanla və məntiqlə qorunması öhdəliyini üzərimizə götürürük (məsələn, görmə qabiliyyətinə görə əlilliyi qanuniləşdirmə hallarında).


  • Düzgünlük və həqiqət

Biz pasientlərə öhdəsindən gələ bilmədiyimiz xidmətlər haqqında qəsdən yalan vədlər vermirik. Bu, xüsusən, bizim peşəmiz üçün çox vacibdir. Belə ki, sağalması çətin olan bir çox pasientlər bizim edə bilmədiyimiz möcüzələrə ümid bəsləyirlər. Buna baxmayaraq milli mentalitetimizə uyğun olaraq hesab edirik ki, pasientin müalicəsinin çarəsiz olması haqqında acı həqiqət, ilk növbədə onun yaxın ailə üzvlərinə deyilməli və həqiqi diaqnozun xəstəyə deyilib-deyilməməsi onların ixtiyarına buraxılmalıdır.
Bu prinsipə uyğun olaraq biz, eyni zamanda xidmətlərimizdə və klinika qiymətlərində baş verən dəyişikliklər barəsində pasientlərə qabaqcadan məlumat veririk.



  • Pasientlərin ehtiyaclarının ödənilməsi

Biz çalışırıq ki, göstərdiyimiz xidmətlərin səviyyəsindən dah çox sayda pasient razı qalsın. Lakin, bizim peşənin özəlliyini nəzərə alaraq onu da başa düşürük ki, bütün pasientlərin ehtiyaclarının ödənilməsi qeyri mümkündür. Belə ki, bəzən pasientlər müalicə dövründə qarşımıza həlli mümkün olmayan tələblər qoyurlar.



  • Dözüm və xeyirxahlıq

Biz pasientlərlə daima ünsiyyətdə olduğumuzdan və bəzi pasientlərin ümidsizliyə qapılaraq kobudluq və dözümsüzlük göstərməsinə anlaşıqlı yanaşmalıyıq. Belə hallarda yüksək həkim adına layiq olaraq, dözümlülük və xeyirxahlıq nümayiş etdirməliyik.


II. Bizim ümidlərimiz

Hesab edirik ki, digər xidmət növlərindən fərqli olaraq pasientlərin də bizim peşəmiz qarşısında bir sıra öhdəlikləri var. Yüksək keyfiyyətli xidmətlərimiz müqabilində bu öhdəliklərin yerinə yetirilməməsi arzu edilməz nəticələrə səbəb ola bilər. Bu öhdəliklər aşağıdakılardan ibarətdir:




  • Seçilmiş həkimə inam göstərilməsi;

  • Pasientin klinikada qeydiyyata alınması və davranış qaydalarına riayət etməsi;

  • Həkim tövsiyyələrinin və göstərişlərinin dəqiq yerinə yetirilməsi;

  • Tibbi xidmətlərin vaxtında ödənilməsi.

Qarşılıqlı öhdəliklərin düzgün yerinə yetirilməsi məqsədilə biz pasientlərə, xüsusən də cərrahiyə əməliyyatına götürülənlərə klinikamızla müqavilə bağlamağı təkidlə tövsiyyə edirik.



III. Əməkdaşlara münasibət





  1. Əməkdaşlara münasibətdə rəhbərliyin öhdəlikləri

Biz əməkdaşların aşağıdakı hüquqlarının təmin edilməsini öhdəmizə götürürük:


  • təhlükəsiz və rahat iş şəraitinin təmin edilməsi;

  • şirkətin, əməkdaşların özəl həyatına qarışmaması;

  • insan ləyaqətinə hörmət bəslənilməsi;

  • professional bilik səviyyəsinin və daima artırılması.




  1. Rəhbərliyin əməkdaşlar qarşısında ümidləri

Klinika rəhbərliyi öz əməkdaşlarından onlara göstərilən münasibətin müqabilində дцзэцн давраныш нормаларына риайят едилмясиня цмид едир və iş vaxtı aşağıdakı halların yolverilməz olduğunu bildirdir:


  • seksual zəmində təqibetmə;

  • milli, siyasi mövqe, sosial, cins və ya yaş əlamətlərinə görə ayrıseçkilik;

  • işə gecikmək;

  • iş vaxtı spirtli içkilərin qəbulu;

  • narkotik və digər uyuşdurucu maddələrin qəbulu;

  • səliqəsiz geyim;

  • həmkarlara və pasientlərə münasibətdə nəzakətsiz davranış.



IV. Bizim digər maraqlı tərəflərə münasibətimiz



Təchizatçılara münasibətdə:


  • düzgünlük və qərəzsizlik prinsiplərini üstün tutmaq;

  • qarşılıqlı ödəniş şərtlərinə və müddətinə əməl etmək;

  • konfidensial və şəxsi məlumatları yaymamaq.

Rəqiblərə münasibətdə:


  • rəqiblərimizdən daha yaxşı işləmək;

  • rəqiblər haqqında əsassız məlumatlar yaymamaq;

  • rəqiblərlə yalnız sağlam rəqabət aparmaq.


Səhimdarlara münasibətdə:


  • şirkətin fəaliyyəti haqqında səhmdarların tam məlumat almaq hüququna hörmətlə yanaşmaq;

  • səhmdarlarımızın gəlir əldə etmək hüququna hörmət etmək;

  • səhmdarların bu kodeksdə əks olunmuş müddəaların yerinə yetirilməsi tələbinə və müddəaların pozulması zamanı müvafiq qadağalar tətbiq etmək hüququna hörmətlə yanaşmaq.


Tərəfdaşlara münasibətdə:


  • tərəfdaşlar qarşısında öhdəlikləri vaxtında və dəqiqliklə yerinə yetirmək;

  • işi düzgün, məsuliyyətlə və peşəkarcasına yerinə yetirmək.


Cəmiyyət qarşısında:


  • hökumətin qanunlarına, fərman və göstərişlərinə riayət etmək;

  • uyğun ödənişli iş yerləri yaratmaq;

  • imkan daxilində əhalinin aztəminatlı təbəqələrinə (əlillər, yaşlılar və.s) güzəştli xidmət göstərmək.


V. Əsas müddəalar


  • Maraqların münaqişəsi

Biz şirkətin maraqlarına zidd olan və əməkdaşların şəxsi maraq güddüyü halların yolverilməz olduğunu bəyan edirik. Eyni zamanda şirkətin vəsaitlərinin şəxsi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir.


Biz hədiyyələr qəbul etmirik və vermirik. Belə ki, bu hal istənilən tərəfə təzyiq və üstünlük əldə etmək cəhdi kimi qəbul edilə bilər.


  • Konfidensiallıq

Biz konfidensial hesab etdiyimiz bütün məlumatların məxviliyini qoruyuruq və klinika rəhbərliyinin xüsusi göstərişi olmadan bu məlumatları açqlamırıq. Bura pasientlərin səhəti, xəstəlik tarixçəsi və şirkətin maliyyə durumu haqqında məlumatlar daxildir.



  • Daxili hesabat

Klinikamız daxili əməliyyatların və pasientlərin xəstəlik tarixçələrinin dəqiq hesabatını aparır.



  • Ölkənin siyasi fəaliyyətində iştirak

Klinika ölkənin siyasi fəaliyyətində iştirak etməkdən çəkinir və bu məqsədlə heç bir siyasi partiyanı və hərəkatı maliyyələşdirmir. Bununla belə klinikanın əməkdaşları asudə vaxtlarında siyasi fəaliyyətlə məşğul ola bilərlər.
VI. Kodeksin tətbiqi mexanizmi
CELAMİG Klinikasının hər bir əməkdaşı kodeksin müddəaları ilə tanış olmalı və öz işində onları rəhbər tutmalıdır. Kodeksin müddəaları klinikamızın bütün əməkdaşları üçün icbari xarakter daşıyır. Bütün əməkdaşlardan, kodeksin müddəaları ilə bağlı istənilən suala aydınlıq gətirilməsi məqsədilə şirkət rəhbərliyinə müraciət etmələri xahiş olunur.
Əməkdaşların nizam-intizama cəlb olunması dərəcəsi, kodeksin müddəalarının pozulması faktı əsasında müəyyən edilir və rəhbərliklə müzakirədən sonra tətbiq edilir. Bu zaman edilmiş pozuntunun qəsdən edilib edilmədiyi, həmçinin əməkdaşın bu pozuntu haqqında könüllü məlumat verməsi əsas tutulur.

Yuxarıdakıları nəzərə alaraq Kodeksin müddəalarını pozanlara qarşı aşağıdakı inzibati tədbirlər görülməsi zəruri hesab edilir:



  1. Kodeksin müddəasını pozan şəxsə 1-ci dəfə şifahi xəbərdarlıq edilsin.

  2. İkinci dəfə yazılı töhmət verilsin.

  3. Üçüncü dəfə maaşından müəyyən məbləğ çıxmaqla cərimə edilsin.

  4. İşdən çıxarılsın.

AGN MAK Azərbaycan LTD”


AUDIT şirkətiNiN Biznes Etikası Məcəlləsi



Əziz həmkarlar,

AGN MAK Azərbaycan, ölkədə audit / konsaltinq xidmtələri bazaрыna inamla və yeni qüvvə ilə daxil olmuşdur. Yarandığı gündən AGN MAK Azərbaycan audit / konsaltinq xidmətləri sahəsində ciddi nailiyyətlər əldə edərək, respublikada beynəlxalq audit qurumuna qəbul edilmiş ilk Azərbaycan şirkəti olmuşdur. Şirkətimiz ölkədə fəaliyyət göstərən altı beynəlxalq audit qurumlarından biri olmaqla, yaxşı tanınmış xarici və yerli şirkətlərlə sıx əməkdaşlıq edir.

Bu, ilk növbədə AGN MAK şirkətində çalışan və bu şirkətin dəyərlərinə həmişə sadiq olan səriştəli əməkdaşlarımz və ekspertlərimizin gərgin əməyi sayəsində mümkün olmuşdur. Bu nailiyyət, həmçinin işə peşəkar yanaşmanın və keyfiyyətə хüsusi diqqət ayirmanın nя ticə sidir.

Bizim müvəffəqiyyətimiz, göstərdiyimiz audit / konsaltinq xidmətlərində obyektivliyi, düzgünlüyü, müstəqilliyi və səriştəliliyini qoruyub saxlamаqdan, eyni zamanda əməkdaşlarımızın daima yüksək mənəvi və etik standartlara riayət etməsiндян асылыдыр. Gücümüz hər bir əməkdaşın bölüşdüyü və gündəlik fəaliyyətində əsas tutduğu dəyərlərd ədir.

Şirkətimizin etika məcəlləsi hər bir əməkdaşın mənəvi və etik dəyərlərini əks etdirir. Bu məcəllə bizə əməkdaşlarımız, müştərilərimiz və tərəfdaşlarımız ilə münasibətlərdə təsbit etdiyimiz standartları müəyyən edir.



Arzu edirəm ki, hər bir əməkdaş bu etika məcəlləsi ilə yaxından tanış olsun və gələcək fəaliyyətində onun müddəalarını rəhbər tutaraq şirkətmizin daha da inkişafına və güclənməsinə öz töhvəsini versin.
Hörmətlə,
Zamin Hüseynov

Direktor

AGN MAK Azərbaycan
MİSSİYA

müştərinin rifahı üçün obyektivlik


Bir ifadə ilə verilmiş bu missiyada AGN MAK Azərbaycan şirkəti qarışısına iki məqsəd qoymuşdur:

  1. Yüksək səviyyəli, səmərəli, peşəkar, sərfəli qiymət siyasəti yürütmək və müştərilərimizin fərdi ehtiyaclarına uyğun audit/konsaltinq xidmətləri göstərmək.

  2. Müştərilərimizin biznes məqsədlərinə nail olmaqda və onların inkişafının hər bir mərhələsində yardımçı olan məsləhətlər vermək.



Bİzİm Dəyərlər

AGN MAK Azərbaycan şirkətinin dəyərləri təşkilatımızın etik və peşəkar konsaltinq prinsiplərini özündə ifadə edir:




  • Peşəkarlıq

  • Обйективлик

  • Komanda ilə iş

  • Дцзэцнлцк

  • Сяриштя

  • Сямимиййят


Kodeksиn müddəaları

Şİrkətİn professİonal konsaltİnq xİdmətİ standartları
Professionallıq

AGN MAK Azərbaycan LTD özünün daxili siyasətinə və bu sahdə mövcud olan yerli və beynəlxalq standartlara uyğun olaraq professional konsaltinq xidmətləri təklif edir.

Obyektivlik, qərəzsizlik və müstəqillik

Şirkət konsaltinq xidmətləri göstərərkən obyektiv və qərəzsiz mövqe tutur. Audit, mühasibatın aparılması və təftişi və digər konsaltinq sahələrində bu mövqe xüsusən əhəmiyyətlidir.



Peşə səriştəliлиyi

Şirkət konsaltinq xidmətləri göstərərkən peşə səriştəliлиyi nümayiş etdirir. Daima ekspertlərin peşə səriştəliлиyinin lazımi səviyyədə olması üçün onlar müvafiq treninqlərə və ixtisasartırma kurslarına cəlb olunur, yeni metodologiyaların mənimsənilməsi və tətbiqi istiqamətində səylər göstərilir.

Şirkət, konsaltinq xidmətləri göstərərkən, xüsusən mürəkkəb məsələlərin həlli və ya mühüm qərarların qəbulunda çətinlik və şübhə yarandıqda , məsələni daha yaxşı bilən ekspert və analitiklərin məsləhətindən istifadə edir. Lakin, bu zaman müştəriyə müraciət edəcəyi ekspertlər haqqında qabaqcadan ətraflı məlumat verir.


Kataloq: alac -> transpfiles
alac -> Daşınmaz Əmlakın qeydiyyatında şəffaflığın təminatı
alac -> Xəbər bülleteni №14
alac -> Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlər və bununla bağlı tövsiyələr baki 2013
transpfiles -> Elektrotravma zamanı ilk yardım
transpfiles -> Otağı yoxlamaq, qapı və pəncərələri açmaq, qızdırıcı cihazı söndürərək otağı tərk etmək
transpfiles -> Iştirakı ilə 2011-ci il 4 Oktyabr tarixində Pensiyaların təyinatı ilə bağlı problemlərin həlli mövzusunda keçirilən
transpfiles -> 17. Böyük Vətən müharib
transpfiles -> Mövzusunda keçirilən Dəyirmi Masanın yekunu və verilən tövsiyələr
transpfiles -> Mövzusunda keçirilən Dəyirmi Masanın yekunu və verilən tövsiyələr
transpfiles -> Азярбайъан бизнесляри цчцн вясаит

Yüklə 461,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə