Ad: Fidan Soyad:Əsgərova Qrup: M203 Fənn: Vergi Mövzu: Fiziki şəxslərin gəlir vergisi



Yüklə 92,55 Kb.
tarix24.12.2023
ölçüsü92,55 Kb.
#193085
VergiFidan





Ad: Fidan
Soyad:Əsgərova
Qrup:M203
Fənn:Vergi
Mövzu: Fiziki şəxslərin gəlir vergisi
F iziki şəxslərin gəlir vergisi müəyyən şəxsin ümumi gəlirindən götürülür. Əsasən vergi ödəyən gəliri əldə etdikcə bu öhdəliyi yerinə yetirir. Vergi ilindən sonra isə kiçik dəyəşiklər baş verə bilər. Bu dəyişikliklər dövlətə ya verginin ödəyiciyinə köçürmələr, kim ki kifayət qədər pul ödəməyib; ya da artıq pulun verginin ödəyiciyinə qaytarılması ola bilər. Vergi sistemlər tez-tez vergi qoyula bilən ümumi gəliri azaltdıran güzəştlərə malikdilər. Bu bir gəlir mənbəsində itkiləri digər gəlir mənbəsində vergi güzəştlər ilə əvəz edə bilər. Misal üçün fond birjasında itkilər maaşlar üzrə vergilərin azaldılması ilə əvəz oluna bilər
.Gəlir vergisinin ödəyiciləri kimlərdir?
Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin
ödəyiciləridirlər.
Vergitutma obyekti
Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi (təqvim) ili
üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün gəlirdən çıxılan
məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Ödəmə
mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb
olunan gəlirdir. Xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir.Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə
fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisinin vergiyə cəlb olunan gəliri müəyyən dövr ərzində Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirdən çıxılan məbləğ
arasında fərqdir.
Qeyri-rezidentin ödəmə mənbəyində vergi tutulan ümumi gəliri,
gəlirdən çıxılan məbləğ nəzərə alınmadan, ödəniş yerində vergitutma
obyektidir.
Gəlir Rezident fiziki şəxslərin gəliri onun respublika daxi
lində və xaricində əldə etdiyi gəlirdən ibarətdir. Qeyri-rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir.
Gəlirlərə aşağıdakılar aiddir:
● muzdlu işlə əlaqədar əldə edilən gəlir;
● muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;
● vergidən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin)
yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər
gəlirlər.
Muzdlu işlə əlaqədar əldə edilən gəlir və verginin dərəcələri Muzdlu iş dedikdə əmək qanunvericiliyinə uyğun olaraq müqavilə
(kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyəti
başa düşülür.
Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir isə - əmək
haqqı, bu işdən alınan hər hansı ödəmə və ya faydadır.
Faktiki ezamiyyə xərclərinin, habelə dəniz nəqliyyatında ezamiyyə
xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər
işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir

Fiziki şəxslərin aylıq gəlirindən aşağıdakı dərəcələrlə vergi


tutulur:
\

Fiziki şəxslərin əmək kitabçasının olduğu əsas iş yerində hər hansı


muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə
üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissəsi (2017-ci il
üzrə 155 manat) azaldılır.
İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin
gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən aynca
hesablanır və dövlət büdcəsinə ödənilir.
Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən vergi
ödəyiciləri fiziki şəxslərin aylıq gəlirlərini hesablayaraq yuxarıda
göstərilən dərəcələrə uyğun olaraq ödəmə mənbəyində gəlir vergisi
tutmalı və növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə
ödəməli, ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni
isə ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri hesabat ilindən
sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq, digərləri isə
gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq
vergi orqanına təqdim etməlidir.
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir və verginin
dərəcələri
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və
qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir.
Sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılar aiddir:
● sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin
təqdim edilməsindən gəlir;
● sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanılmasına razılıq verilməsinə görə alınan gəlir;
● əsas vəsaitlərin təqdimedilməsindən alınan məbləğlər;
● gəlirdən çıxılan, kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən
fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə
vergi tutulur.
Fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec
o lmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməli, hesabat ilindən
sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına
gəlirləri haqqında bəyannamə verməli və həmin vaxtadək illik gəlir
üzrə son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) gəlir
vergisini dövlət büdcəsinə ödəməlidirlər.
Fiziki şəxslərin ümumi gəlirlərindən gəlirdən çıxılmayan
xərclərdən başqa, gəlirlərin əldə edilməsi ilə əlaqədar bütün xərclər
çıxılır. Ezamiyyə xərclərinin normadan artıq olan hissəsi sahibkarlıq
fəaliyyətindən əldə edilən gəlirdən çıxılmır.
Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılar aiddir:
● faiz gəliri;
● dividend;
● əmlakın icarəyə verilməsindən gəlir;
● royalti;
● işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin
bağışlandığı hallar istisna olmaqla, vergi ödəyicisinə bağışlanmış
borcun məbləği;
● sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan
aktiv-lərin təqdim edilməsindən gəlir;
● işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi hallar istisna olmaqla, təqvim ili ərzində alınan
hədiyyə və mirasların məbləği;
● vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını
göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək
haqqından başqa;
● həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun
xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq;

● xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə


notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan
haqlar;
● vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu
fəaliyyət-lə bağlı göstərilən xidmətə görə alınan haqq;
● idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından
əldə edilən uduşlar.
Xüsusi notariuslar vergitutma obyektindən xərclər çıxılmadan 10
faiz dərəcə ilə gəlir vergisi hesablamalı, hesablanmış vergi məbləğini
növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli, "Xüsusi
notariusun gəlir vergisi bəyannaməsi"ni isə hər rüb başa çatdıqdan
sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim
etməlidirlər.
3 ildən az olmayan müddətə bağlanan, lakin vaxtından əvvəl xitam
verilən həyatın yığım sığortası və pensiya sığortası müqaviləsi üzrə
sığorta haqlarından, qeyri-dövlət fondlarınını ödədiyi pensiyalardan,
habelə vergi uçotunda olmadan, VÖEN təqdim edilmədən göstərilən iş və
xidmətlərə görə fiziki şəxsə ödənilən gəlirdən də yuxarıda qeyd olunan
aylıq gəlirdən tutulan vergi dərəcələrlə gəliri ödəyən şəxslər tərəfindən
müvafiq qaydada ödəmə mənbəyində vergi tutulur.
Dividendlərdən, faizlərdən, idman oyunları ilə əlaqədar aparılan
mərc oyunlarından uduşlardan, lotereyaların keçirilməsindən, habelə
digər yarışlardan və müsabiqələrdən əldə olunan gəlirdən (mükafatdan) və
pul şəklində uduşlardan (mükafatlardan) ödəmə mənbəyində 10%,
həmçinin fərdi sahibkarın bank hesablarındakı pul vəsaitlərinin nağd
qaydada götürülməsindən ödəmə mənbəyində 1%, icarə haqqlarından və
royaltidən 14 faiz dərəcə ilə müvafiq qaydada ödəmə mənbəyində vergi
tutulur. Bu zaman dividend, faiz, icarə haqqı, royalti, daşınmaz əmlakın
təqdim edilməsindən əldə edilən gəlirlər və idman mərc oyunlarından əldə
edilən uduşlar digər vergi tutulan gəlirdən çıxılır və bir daha vergiyə cəlb
edilmir.

Fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən digər gəlirləri


vergiyə aşağıdakı dərəcələrlə cəlb olunur

Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu
gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər və ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan
Respublikasının hüdudlarından kənar gəlir, o cümlədən royaltidən gəlir
əldə edən rezident fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının
31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər.
Gəlir vergisindən azadolmalar
Fiziki şəxslərin aşağıdakı gəlirlərindən gəlir vergisi tutulmur:
● rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki
xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən
Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda
fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının
mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək
haqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq
əməkdaşlarının rəsmi məşğulluğundan gəlir;
● Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən
gəlir – əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti olmayan işə
götürən tərəfindən, yaxud onun adından ödənilirsə və qeyri-rezidentin
daimi nümayəndəliyi tərəfindən və ya onun adından, yaxud daimi
nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənilmirsə;
● təqvim ili ərzində alınan hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000
manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi
yardımın dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin
20000manatadək olan hissəsi;
Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir
ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq
sənədlər təqdim edilmiş olsun.
● hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri;
● əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri,
dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar
e dilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən
təminatlar, habelə Azərbaycan Respublikası qanunları və Azərbaycan
Respublikasının Prezidentinın qərarları əsasında dövlət büdcəsinin vəsaiti
hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar;
●alimentlər;
● qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların
məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi
ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş
əmlakından başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir;
● sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin
həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin
əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin
işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi
sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə
həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin Azərbaycan
Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım
sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan
etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan
şəxsə ödənilən hər hansı məbləğlər;
● dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri;
● bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər;
●sənətkarlıq sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri;
●kompensasiya xarakterli müxtəlif ödənişlər;
● hərbi qulluqçulara, prokurorluq orqanlarının prokurorluq işçilərinə və prokurorluq işçiləri olmayan hərbi qulluqçularına, hüquqmühafizə və feldyeger rabitəsi orqanlarının xüsusi rütbəsi olan
əməkdaşlarına ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi)
rütbəyə görə maaşlar istisna olmaqla), habelə, əməliyyat-axtarış fəaliyyəti
subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əmək
haqqı, mükafat və digər maddi təminatlar;
● işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə
tutulan məbləği;
● yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam
dəyəri;
● beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan
mükafatların 4000manatadək olan dəyəri;
● respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində 200
manatadək olan dəyəri;
● dövlət qulluqçusu pensiya yaşına çatmasına görə könüllü işdən
çıxması ilə əlaqədar verilən birdəfəlik haqq;
● Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına və hakimlərə öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin
ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul
təminatı və Azərbaycan Respublikası Prezidentinin qərarı ilə vəzifəyə
təyin olunan Azərbaycan Respublikasının icra hakimiyyəti və digər dövlət
orqanlarının (təsisatlarının) Azərbaycan Respublikasının Mərkəzi
Bankının və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbər işçilərinə
səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün
verilən vəzifə maaşlarına aylıq əlavə pul təminatı;
● torpaqların dövlət ehtiyacları üçün alınması zamanı ödənilən
kompensasiya;
● Azərbaycan Respublikasının keçmiş Prezidentinə və onun ailə
üzvlərinə ödənilən pensiya, müavinət və digər ödənişlərin məbləği;
● qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 7 il
müddətinə Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən
yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezident fiziki şəxsləri
bu parklardakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqqından tutulan
gəlir vergisi istisna olmaqla);
● 01.02.2016-cı il tarixdən etibarən 7 il müddətində yerli
bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən
filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri,
habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən
dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi
nəticəsində yaranmış fərq) və faiz gəlirləri;
● investisiya təşviqi sənədini almış fərdi sahibkarın
həmin sənədi aldığı tarixdən 7 ilmüddətinə əldə etdiyi mənfəətin 50 %-i.
Vergi güzəştləri
Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı
olan aylıq gəliri 400 manat məbləğində azaldılır:
● Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;
● Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
● müharibə əlillərinin;
● həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin);
● 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
● qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı
adı almış şəxslərin;
● Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom
obyektlərində radiasiya nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə
əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.
I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq
imkanları məhdud 18 yaşadək şəxslərin hər hansı muzdlu işdən vergi
tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı
olan aylıq gəliri 100 manat məbləğində azaldılır:
● həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət
qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına
(ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
● 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi
nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün
müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri).
Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar
nikaha girmiş olmasınlar;
● Əfqanıstana və döyüş əməliyyatları aparan başqa ölkələrə
göndərilmiş hərbi qulluqçular və ya təlim-yoxlama toplanışlarına
çağırılmış hərbi vəzifəlilər;
● daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya
I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri
(özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum;
● məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu güzəşt
mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil
sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.
Fiziki şəxsin yuxarıda göstərilən güzəştlərin bir neçəsi üzrə güzəşt
hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı
verilir.
Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o
cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və
ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində
azaldılır.
Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa
çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü
hallarda ölüm ilinin sonunadək saxlanılır.
Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi
güzəştləri hüququ qanunla müəyyən edilmiş sənədlərin təqdim edildiyi
andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının
olduğu yerdə) həyata keçirilir.
Maliyyə sanksiyaları və faizlər
● Vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi
ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində
maliyyə sanksiyası tətbiq edilir.
● Aktivləri barədə məlumatı əsas olmadan müəyyən edilən
müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına
əsasən 100 manat məbləğindəmaliyyə sanksiyası tətbiq edilir.
● Sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə vergi orqanına təqdim edilməməsinə və ya
bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, habelə sənədlərin və ya
məlumatların tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla
müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına
görə vergi ödəyicisinə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq
edilir.
● Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda
göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə
nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat
təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya
yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində
hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50%-i miqdarında
maliyyə sanksiyası tətbiq edilir.

● Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş


qaydada əmək müqaviləsi (kontraktı) qüvvəyə minmədən işə götürən
tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə
yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə
(azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə
1000 manat məbləğindəmaliyyə sanksiyası tətbiq edilir.
● Vergi və cari vergi ödəməsi qanunla müəyyən edilmiş müddətdə
ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün,
ancaq bir il müddətindən çox olmamaq şərti ilə, vergi ödəyicilərindən və
ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi
məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.
Yüklə 92,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin