Ad: Nəzrin Soyad: Qənizadə Fakültə: Tarix ve Coğrafiya İxtisas: Tarix Müəllimliyi Qrup: 41a kurs: Fənn: Azərbaycan Tarixi



Yüklə 121,78 Kb.
tarix30.12.2021
ölçüsü121,78 Kb.
#49273



Ad: Nəzrin

Soyad: Qənizadə

Fakültə: Tarix ve Coğrafiya

İxtisas: Tarix Müəllimliyi

Qrup: 841A

Kurs: 1

Fənn: Azərbaycan Tarixi

Müəllim: Məhbubə Hacıyeva

Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-)[2] və ya Maday[3][4] (ivr. מָדַי‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi,[5] eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan[6][7][8][9][10][11] və ya Şimali İran[12] ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir.[13] Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.[14]



Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri –[15][16][17][18][19][20] madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir.[3][21][22]

Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi.[23][24] Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə b.e.ə. IX əsr qaynaqlarında rast gəlinmişdir.[25] Midiya ərazisi b.e.ə. IX–VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi.[26]

Adı


Madalılar (midiyalılar) tarix səhnəsinə e.ə. I minilliyin əvvəlində çıxmışlar. Onların adları Aşşur salnaməsində ilk dəfə IX əsrin 30-cu illərində çəkilmişdir. III Salmanasar (e.ə. 860-825) onların ölkəsini Amadai adlandırır. Sonralar Maday, Matay və Amaday.

Herodot qeyd edir ki, Midiyanın adı qədim yunan əfsanəsi olan "Yason və Arqonavtlar haqqında əfsanə"də Kolxida hökmdarı Eetin cadugər qızı Medeyanın adından götürülmüşdür.[27] O, həmçinin midiyalıların qədimdə arilər adlandığını yazır.[28] Hind-Avropa dillərinin heç biri vasitəsiylə Midiya sözünün mənasını müəyyənləşdirmək, etimologiyasını açmaq mümkün olmamışdır.[29] Bununla belə, Herodotun adını çəkdiyi altı Midiya tayfasının adının İran dilləri vasitəsiylə şərh olunmasına cəhdlər edilmiş, lakin yenə də heç bir uğurlu nəticə əldə edilməmişdir.[30][31]



Herodot qeyd edir:

"Deyok pərən-pərən halda olan Midiya tayfalarını bir yerə toplayaraq onlar üzərində hökmranlıq qurdu. İndi həmin ittifaqa buslar, paratagenlər, struxatlar, ariazantlar, budilər və maqlar daxildir".

— Herodot, VII, 62

Laqaş hökmdarı Qudea (e.ə. 2143 – 2124) "Mada"dan "yaşıllıqlar ölkəsi" kimi bəhs edir.[32] III Ur sülaləsindən hökmdar Šulginin (e.ə. 2095–2048) Midiya qalası (şumercə "bád mada ki") adlı qala tikdirməsi qeyd edilir.[33] Mənbədə "bad mada ki" kimi qeyd edilən ifadədə "ki" hissəciyi coğrafi adları göstərmək üçün istifadə olunan hissəcikdir. Bu ifadədə "mada" hissəciyini əksər tədqiqatçılar "daxili ərazi" kimi tərcümə edirlər. Lakin Mada əksər hallarda Martu, Subaru, Anşan, Kimaş, Quti və s. adlar kimi kiçik əraziyə aid edilən coğrafi ad olmuşdur. III Ur sülaləsindən hökmdar Šu-Sin (e.ə. 2038–2030) Zaqroş ətrafındakı şəhərlərə və vilayətlərə ordu göndərmiş və bu zaman Madadan çoxlu miqdarda qızıl talamışdılar.[33]

Antoni Cenkinsonun tərtib etdiyi ingilis-holland xəritəsi

Q.Qeybullayev yazır:

"Maday (Matay) əvvəlcə türk mənşəli müstəqil bir böyük tayfanın, sonra tayfa ittifaqının və eramızdan əvvəl 673-cü ildən dövlətin və ölkənin adıdır. Deməli, Maday həm etnonim, həm də etnotoponimdir. Midiya dövləti yaranandan sonra Maday etnonimi bu dövlətin əhatə etdiyi ərazidə həm madayların, həm də başqa dillərdə danışan tayfaların ümumiləşdirilmiş midiyalı adına çevrilmişdir. Son araşdırmalar Maday, Matay etnosunun iranmənşəli yox, Altay, yaxud türkmənşəli olduğunu göstərmişdir".

— Гейбуллаев Г. А. К этногенезу азербайджанцев. Том 1. Баку: 1991, стр. 274

Maday etnik adını daşıyanların türkmənşəli olması fikrini təsdiqləyən faktlardan biri indiyədək Qazaxıstanda Matay, Atalıq-Matay, Kapcaqay Matay, Gəncə-Matay,[34] Tuvada hələ XIII əsrdə Madı[35] (türk dillərində a-ı əvəzlənməsi səciyyəvi haldır), Madı-qoşun və Mat,[36] Sibirdə və Altayda Maadı, Madar və Maxtar[37] (Mada, Mata və türkmənşəli tayfaların, məsələn, avşar, avar, bolqar, qacar, kəngər, xəzər və b. adları üçün səciyyəvi ar, ər – kişi, igid, döyüşçü sözlərindən) tayfalarının mövcud olmasıdır.[38]



Ərazisi


Madayların vətəni

Gnome-searchtool.svg Əsas məqalə: Midiya toponimləri

Madayların ilkin vətəni (tünd yaşıl rənglə göstərilmişdir)[39]

Madayların ilkin məskunlaşma ərazilərinin sərhədləri tədqiqatçılar arasında mübahisəlidir. Assur mənbələrində madayların mannaların cənub-qərb sərhəddində, Parsua vilayətinin şimal–qərbində məskunlaşması göstərilir. Mənbələrdə madayların ilkin məskunlaşma ərazilərinin cənub sərhəddinin Bikni dağı olması qeyd edilir. Bikni dağını əksər tədqiqatçılar Dəmavənd dağı ilə eyniləşdirirlər. Bununla belə həmin dağı Həmədan şəhəri yaxınlığında yerləşən Əlvənd dağı ilə də lokalizə edənlər vardır. Lakin Həmədanın (Ekbatan) Maday dövlətinin paytaxtı olması nəzərə alındıqda paytaxt şəhərin sərhəd yaxınlığında salınması inandırıcı görünmür.[40]

Q.Qeybullayev madayların ilkin məskunlaşma ərazilər haqqında yazır: "İlk vaxtlarda əsasən Kizilbunda (Cənubi Azərbaycan ərazisində indiki Qızıl-Üzən) çayının hövzələrində yaşamış Maday tayfası Assuriya ilə bir neçə əsr qanlı toqquşmalardan sonra, e.ə. 673-cü ildə öz dövlətini yaratmışdır".[41]

Madayların ilkin məskunlaşma ərazilərinin sərhədləri ilə bağlı tədqiqatçılar arasında müəyyən mübahisələr olsa da, bir mənalı olaraq bütün tədqiqatçılar madayların məskunlaşma ərazisini tarixi Azərbaycan ərazisində lokalizə edərək, madayların ən qədim və yerli Azərbaycan tayfalarından olmasını və yerli əhalinin (Azərbaycan türklərinin) etnogenezinin formalaşmasında mühüm rol oynadığını qeyd edirlər.[42]

E.ə. VII əsrin ortalarına doğru aşşurlular tərəfindən məğlubiyyətə uğradıldıqdan sonra Manna böyük dövlət kimi öz mövqeyini itirdi. Manna kimmerlər, skiflər və madalılarla mövcud olan ittifaqı sayəsində xeyli dərəcədə gücə və qüdrətə malik idi. Lakin əsrin 70-ci illərinin sonlarına doğru skiflərin bir qisminin xəyanəti nəticəsində bu ittifaq dağıldı. Partatua başda olmaqla aşşurluların tərəfinə keçmiş skiflərin bir qismi Assur hökmdarı Asarxaddona mannalara zərbə endirməkdə yardım etdi. İşpakay başda olmaqla skiflərin digər qismi isə mannalılarla ittifaq münasibətlərini davam etdirdi. Aşşur hökmdarı "Mannalılar ölkəsi əhalisini pərən-pərən saldım…, mannalıları xilas etməmiş skif, (onların) müttəfiqi İşpakanın qoşunlarını silahla qırdım" – deyə öyünürdü.[66]

Artıq Aşşurbanipalın hakimiyyəti dövründə (e.ə. 668–627-ci illər), təqribən e.ə. 660-cı ildə aşşurlular Mannanı çox ağır məğlubiyyətə uğratdılar, onu əski qüvvəsindən qəti şəkildə məhrum etdilər. Manna Nineva hakimlərinin vassalı səviyyəsinə endirildi və o öz süqutuna qədər Nineva hakimlərinə sadiq qaldı. Bu hal ona səbəb oldu ki, madalılar indi əski müttəfiqləri olmuş mannalara tabe olmayaraq, onların gücünə güvənmir və özlərini müdafiə etməyə çalışırdılar.



Assur yürüşləri

Assur hökmdarları Manna kimi Midiya ərazisinə də yürüş edir, Midiya hakimlərini özlərindən asılı vəziyyətə salırdılar. E.ə. IX əsrin ikinci yarısında V Şamşi-Adad, sonra isə onun oğlu III Adadnirari Midiya ərazisinə yürüş etmişdilər.[67] E.ə. VIII əsrin ikinci yarısında III Tiqlatpalasar "güclü midiyalıların"[68] ərazisinə çatmış, Midiya hakimlərinin xəracını qəbul etmişdi. II Sarqon Manna yürüşü zamanı, Midiya ərazilərinə də soxulmuşdu. Məhz bu dövrdə, Midiya hakimlərindən sayılan, lakin Manna canişini olan Dayaukku Urartunun fitnəsinə uyaraq mərkəzi hakimiyyətə qarşı çıxırdı. II Sarqon Dayaukkunu ailəsi ilə birlikdə Hamat şəhərinə köçürdü.[69]

E.ə.VIII əsrin sonunda Midiyada vahid dövlət yaradılması təşəbbüsü göstərilmişdi. Herodot bunu Deyokun (e.ə. 712–675) adı ilə bağlamışdı.[70] Məlumatlara görə Deyok Midiya tayfalarını birləşdirmiş və vahid dövlət yaratmışdı. O, Ekbatan şəhərini saldırmış, qala divarları çəkdirmiş və bu şəhəri Midiya dövlətinin paytaxtı elan etmişdi.[71]

Skiflərin hakimiyyətə gəlməsi

Skiflərin Güney Azərbaycan və Ön Asiyaya gəlməsi ilə Midiya Assuriyaya qarşı fəallaşdı. Herodotun məlumatına görə bu mübarizəyə Fraorta (e.ə. 675–653) başçılıq edirdi. Mixi yazılarda o, Kaştariti adlandırılır.[72] Tarixçilər güman edirlər ki, Mannada məskunlaşan skiflər Assura qarşı mübarizədə madaylara kömək edirdilər. E.ə. 672-ci ildə Midiyanın Assuriyaya qarşı mübarizəsi uğurla başa çatdı. Midiya Assur böyunduruğunu atdı və müstəqil dövlətə çevrildi. Fraorta kiçik hakimlikləri də öz ətrafında birləşdirə bildi.[66][73]

İ.M.Dyakonov qeyd edir ki, e.ə. VII əsrin 50-ci illərində çox güman ki, Midiya yenə də Assur ilə toqquşmalı olur.[74] Herodotun verdiyi məlumata görə Fraorta (Kaştariti) Assura yürüş təşkil etmişdi. Skiflərin digər bir dəstəsi, başda Madiy olmaqla Assurun köməyinə gəlmiş və Kaştaritini məğlub etmişdi. Kaştariti döyüşdə həlak olmuşdu.[75] Beləliklə e.ə. 625–585-ci illərdə Midiya skiflərdən asılı vəziyyətə düşmüş və skiflərin rəhbəri Madiy Midiyanın III hökmdarı kimi hakimiyyətə gəlmişdir. Madiyin hakimiyyəti dövründə Midiyada daxili sabitlik olsa da ölkədə Assur yönümlü siyasət yeridilmiş, Midiya xarici siyasətdə demək olar ki, Assura tabe olmuşdur.[76]

Kiaksarın maday hakimiyyətini bərpa etməsi

Herodotun verdiyi məlumata görə skiflərin Midiyada ağalığına son qoyulması Kiaksarın (bu Midiya hökmdarı Bisitun yazısında Huvaxıştra, Babil qaynaqlarında Umakiştar adıyla xatırlanır[77]) adı ilə bağlıdır.[78] Kiaksar e.ə. 585-ci ildə altmış illik skif ağalığına son qoyaraq taxt–tacı maday sülaləsinə qaytarmış və hakimiyyətə gələrək Midiyanın IV hökmdarı kimi tarixə düşmüşdür.[79]

Herodota görə Kiaksarın hakimiyyəti dövründə özlərini şah adlandıran xırda vilayət hakimləri mərkəzi hakimiyyətə tabe edildi.[80] Ziya Bünyadov qeyd edir ki, yəqin Kiaksar bundan sonra "şahlar şahı" rütbəsi daşımışdı.[81] Ölkədə daxili sabitliyi bərpa etdikdən sonra Kiaksar Midiyanın ətrafında olan və özlərinin müstəqil hökmdarı olan xırda vilayətləri özünə tabe etməyə və dövlətin ərazisini genişləndirməyə başladı. Qısa müddətdə Midiyanın cənub-şərqində yerləşən farsların ölkəsini – Persia da Midiyaya tabe edildi. Mədəni cəhətdən madaylardan dəfələrlə aşağı səviyyədə olan farslar Midiya mədəniyyətini mənimsəməyə başladılar.[82]

Assura qarşı Midiya–Babil kompaniyası

Mərkəzləşmiş dövlət yaratdıqdan sonra Kiaksar Assura qarşı müharibəyə hazırlaşdı. Bu məqsədlə o, Midiya ordusunu yenidən təşkil etdi. Kiaksar ordusunu silahlarına uyğun olaraq nizəçi və oxçu dəstələrinə böldü, süvarilər dəstəsi yaratdı.[80] Ölkənin müxtəlif ərazilərində yaşayan tayfalardan qədim dünyanın ən güclü ordusunu topladı. Assurun gücünə yaxşı bələd olan Kiaksar güclü düşmənlə tək qarşılaşmaqdan çəkinərək, Midiya kimi daima Assurun dağıdıcı yürüşlərinə məruz qalan Yeni Babilistan hökmdarı Nabupalasar ilə ittifaqa girdi. Hər iki tərəfdən eyni zamanda düşmən üzərinə hücum eləməyi haqda razılıq əldə etdi.[83]



Assur ilə müharibə bir neçə il davam etdi. Öz ordusunun axıra kimi müqavimət göstərə bilməyəcəyindən qorxan Assur hökmdarı III Aşşur-Ubalit o zaman Assura tabe olan bütün xalqların ordusunu Midiya və Babil ordusuna qarşı yönəltməyə cəhd etdi. Lakin Qablin şəhəri yaxınlığında baş verən döyüş zamanı Assur ordusu məğlub edildi. E.ə. 615–612-ci illərdə Midiya və Yeni Babilistan ordusu tərəfindən Assurun Aşşur, Arbela, Kalat şəhərləri və paytaxtı Nineva tutularaq talandı. Beləliklə, əsrlərlə qədim şərq dövlətlərinin ən qorxulu düşməni olmuş nəhəng Assur dövləti e.ə. 604-cü ildə süqut etdi və onun torpaqları Midiya və Yeni Babilistan arasında bölüşdürüldü.[84]
Yüklə 121,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin