adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatda və piyada) təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir



Yüklə 16,54 Kb.
tarix04.01.2023
ölçüsü16,54 Kb.
#78375
K rm t dbirl rinin t minat


Köçürmə (təxliyə) - adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatda və piyada) təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.
Əhalinin normal köçürülməsini təmin etmək məqsədilə köçürmə marşrutlarında və əhalinin məskunlaşdığı yerlərdə mü­vafiq ərazidə MM qərargahları tərəfindən kəşfiyyat, mü­şa­hi­də və dozimetrik nəzarət təşkil edilir. Köçürülən əhalini daşımaq üçün hərbi və vacib xalq təsər­rü­fatı yüklərinin daşınmasına cəlb olunmamış bütün nəqliyyat vasitələrindən, o cümlədən də şəxsi nəqliyyatdan is­ti­fadə edilir ki, bu da bilavasitə yol polisi və avtonəqliyyat MM xid­məti tə­rə­findən müvafiq plan üzrə yerinə yetirilir.Əhalinin köçürülməsi dövründə şəhər sərnişin nəqliy­ya­tının mövcud marşrutlarda gecə-gündüz fasiləsiz işləməsi plan­laş­dırılır.Azərbaycan Respublikası MM qərargahının regional ida­rə­ləri nəqliyyat orqanı ilə birlikdə ümumi köçürmə zamanı əha­linin daşınması planını tərtib etməklə yanaşı, qismən (əvvəl­cə­dən) köçürülməsi üçün daşımaları da hesablayırlar. Belə he­sab­la­malar sülh dövründəki hərəkət cədvəllərini pozmadan, bütün nəq­liyyat növlərinin gündəlik orta daşıma imkanları nəzərə alın­maqla tərtib edilir.Köçürmə tədbirlərinə cəlb edilən avtomobil nəqliyyatı va­sitələrinə yanacaq doldurmaq üçün yanacaqdoldurma stan­si­yaları şəbəkəsindən istifadə olunur. Kifayət qədər stasionar avtomobil ya­na­caq­doldurma stansiyaları olmayan marşrutlarda Azərbaycan Döv­lət Yanacaq Komitəsinin qüvvəsilə səyyar avtomobil ya­na­caq­doldurma stansiyaları açılır. Nasaz maşınların cari təmiri - zə­də­lənmiş maşınlar toplanan məntəqədə, yaxud stasionar təmir müəssisələrində səyyar təmir-bərpa qruplarının qüvvə və vasitələrilə yerinə yetirilir.
Güclü təsirli radioaktiv və ya kimyəvi maddələrlə zəhər­lən­miş əhalini sanitariya təmizlənməsindən keçirmək üçün əhalinin hərəkət marşrutlarında və məskunlaşdığı rayonlarda aşağıdakılar istifadə olunur:
1.sanitar-yuyunma məntəqələrindən (CJM);
2.paltar zəhər­siz­ləş­dir­mə stansiyalarından (PZS);
3.avtomobilləri təmizləmək üçün nəqliyyatı zəhərsizləşdirmə stansiyalarından (NZS);
Yüklə 16,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin