Afse a fəLSƏFƏ



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə1/17
tarix22.07.2017
ölçüsü2,57 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17

AZƏRBAYCAN FƏLSƏFƏ VƏ SOSİAL-SİYASİ  
ELMLƏR ASSOSİASİYASI 
(A F S E A) 
 
 
 
 
FƏLSƏFƏ  
və  
sosial-siyasi elmlər  
 
 
 
- 1 -
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
elmi-nəzəri jurnal
 
 
Bakı - 2012 
 
 
PHILOSOPHY 
and 
ФИЛОСОФИЯ 
и 
SOCIAL- 
СОЦИАЛЬНО-
ПОЛИТИЧЕСКИЕ 
POLITICAL 
SCIENCES 
НАУКИ 

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
 
 
Redaksiya Şurası:  
Akademik Ramiz Mehdiyev (sədr), 
 
Prof.  Əli Həsənov, prof. Anna-Tereza Timinieçka (ABŞ), prof. 
Kənan Gürsoy (Türkiyə), prof. Ş.Teoman Duralı (Türkiyə), akademik 
V.A.Lektorski (Rusiya), prof. David Evans (İngiltərə), prof. Əbdümalik 
Nısanbayev (Qazaxstan), prof. Rəbiyyət Aslanova, prof. İlham Məmməd-
zadə, prof. A.N.Çumakov (Rusiya), f.e.d. Könül Bünyadzadə (məsul katib), 
  
Prof. Səlahəddin Xəlilov (baş redaktor). 
 
 
 
 
 
 
 
 
 
ISSN 1810-9047 
 
 
 
AFSEA-nın və Redaksiyanın ünvanı:
 
 
Bakı AZ1014, Bülbül prospekti, 33 
Tel.: (994-12) 498-17-45; Faks: (994-12) 598-13-01 
E-mail: jurnal@felsefedunyasi.org 
 
 
 
©AFSEA, 2012 
©Azərbaycan Universiteti, 2012
 
 
 
- 2 -
 

 
- 3 -
 
 
 
 
 
 
MÜNDƏRİCAT 
 
 
REDAKSİYA ŞURASINDAN........................................................5
 
 
FƏLSƏFƏ TARİXİ  
 
Panos ELİOPOULOS – Roma stoisizmində və dzen-buddizmdə təbiət və 
insan arasında əlaqə......................................................................7 
Sədaqət ƏLİYEVA – İdrakın və təxəyyülün astanasında fenomenologiya ....22
 
Aqil ŞİRİNOV – Fəlsəfə tarixində ruh-bədən əlaqəsi problemi (qədimdən 
günümüzə) ...................................................................................36
 
 
EPİSTEMOLOGİYA 
 
Mustafa GÜNAY – Hermenevtik fəlsəfə baxımından bilik-dəyər əlaqəsi   
(türk dilində.................................................................................50
 
 
SİYASİ ELMLƏR  
 
Müşfiq QURBANOV – Erməni terrorizmi beynəlxalq əlaqələrin 
formalaşmasında təsiredici amil kimi (ing. dilində.................62
 
 
SOSİAL FƏLSƏFƏ  
 
Səlahəddin XƏLİLOV – Mədəniyyət: genezisi və mahiyyəti  ........................79
 
 
TƏTBİQİ SOSİOLOGİYA  
 
Rəcəb RƏHİMLİ – Dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin 
qiymətləndirilməsi ....................................................................100
 
 
ELMİ-FƏLSƏFİ HƏYAT  
 
“İnsan nə dərəcədə öz həyatını yaşayır?” mövzusunda elmi-fəlsəfi         
seminar .......................................................................................122
 

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
“İctimai tərəqqidə maarifçilik məqamı” mövzusunda elmi-fəlsəf seminar ...139
 
“Fəlsəfə günü”-nə həsr olunmuş elmi-fəlsəfi seminar ..................................141
 
“Вопросы философии” jurnalının baş redaktoru “Fəlsəfə” jurnalının 
redaksiyasında............................................................................143
 
“Arzu və əzm" mövzusunda elmi-fəlsəfi seminar...........................................144
 
“Ictimai halqalar" mövzusunda elmi-fəlsəfi seminar ....................................146
 
Moskvada «Aforizmlər» kitabının təqdimatı keçirilmişdir.............................148
 
Kibernetika İnstitutunda professor Səlahəddin Xəlilovun kitablarının 
təqdimatı .....................................................................................149
 
I Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu..............................................151
 
 
FƏLSƏFİ DİSKURS .................................................................153
 
 
TƏBRİKLƏR 
 
Səlahəddin XƏLİLOV – 60 .............................................................................153 
 
YENİ NƏŞRLƏR........................................................................203
 
 
TABLE OF CONTENTS ...........................................................211
 
С О Д Е Р Ж А Н И Е ...............................................................212
 
 
 
 
 
 
 
 
 
- 4 -

 
 
- 5 -
 
 
 
 
 
Redaksiya Şurasından  
 
 
Qlaballaşma şəraitində elmi-fəlsəfi araşdırmaların da planetar miqyas 
kəsb etməsi və bu sahədə  əməkdaşlığın getdikcə daha böyük vüsət alması 
qanunauyğun haldır. Bu tendensiya “Fəlsəfə və sosial-siyasi elmlər” jurna-
lının məzmununda da öz əksini tapır. Jurnalın hər yeni nömrəsində millilik 
və ümumbəşəriliyin vəhdəti özünü daha çox biruzə verir.  
Bu ilin birinci rübü Azərbaycanda fəlsəfi fikir həyatının daha da can-
lanması ilə  əlamətdardır. Jurnalımızın baş redaktoru Prof. Dr. Səlahəddin 
Xəlilovun 60 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamı 
ilə “Şöhrət” ordeni ilə təltif olunması, dünyanın müxtəlif ölkələrinin tanın-
mış filosoflarının təbrikləri, bu münasibətlə xaricdə dərc olunmuş məqalələr 
və Türkiyədə nəşr olunan fəlsəfə jurnalının bir sayının yubilyara həsr olun-
ması, ölkəmizdə keçirilən görüşlər və təqdimat mərasimləri – bütün bunlar 
dövlət başçısının,  Azərbaycan və dünya elmi ictimaiyyətinin fəlsəfəyə  və 
bir fəlsəfə professorunun elmi yaradıcılığına göstərdiyi böyük diqqətin təza-
hürləridir.  
Azərbaycan fəlsəfi fikrinin beynəlxalq elmi-fəlsəfi ictimaiyyətin də 
diqqət mərkəzində olmasının nəticəsidir ki, yubileylə bağlı jurnalımızın Re-
daksiyasına müxtəlif ölkələrdən çoxlu sayda məqalə  və  təbrik məktubları 
daxil olmuşdur. Jurnalımızın bu sayında biz bu təbriklərin az bir qismini 
nəşr edir və güman edirik ki, onlar küll halında ayrıca bir kitabda çap 
olunacaqdır.  
 Jurnalımızın beynəlxalq miqyasda tanınmasının nəticəsidir ki, xarici 
ölkələrdən daxil olan məqalələrin sayı getdikcə artır. Onların hamısını Azər-
baycan dilinə  tərcümə etməkdənsə, oxucuların böyük əksəriyyətinin yaxşı 
anladığı türk, rus və ingilis dillərində olan məqalələri çap edirik. Amma yu-

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
nan və qazax dillərində daxil olmuş  məqalələr tərcümədə  təqdim olunur. 
Ümumiyyətlə, jurnalın bölgədə və hətta keçmiş MDB məkanında “Philoso-
phy Index” tərəfindən qısa xülasələri dərc olunan yeganə jurnal olduğunu 
nəzərə alaraq, biz də daha geniş coğrafi-siyasi məkanı əhatə etməyə çalışı-
rıq. Məkanın genişlənməsi effekti təkcə jurnalla məhdudlaşmayıb, Azərbay-
can filosoflarının beynəlxalq konfranslarda iştirakı  və xarici ölkələrdə çap 
olunan kitablarının sayının artması, habelə bu kitablara həmin ölkələrin nü-
fuzlu elmi jurnallarında rəylərin dərc olunması faktlarında da özünü göstə-
rir. Jurnalın “Elmi-fəlsəfi həyat” rubrikasında bu zənginlik öz əksini qismən 
də olsa, tapmışdır.  
Redaksiya Şurasının sədri akademik Ramiz Mehdiyevin Sankt-Peter-
burqun nüfuzlu “Социология науки и технологий” jurnalında, baş redak-
tor professor S.Xəlilovun ABŞ-da çıxan “Philosophy Study”, professor 
Rəfiqə  Əzimovanın “Вестник  Российского  философского  общества”, 
jurnalımızın məsul katibi f.e.d. Könül Bünyadzadənin Türkiyənin “Öznə” 
dərgisində məqalələrinin çap olunması bizim Redaksiya Şurası üzvlərinin də 
elmi əlaqələrinin genişlənməsindən xəbər verir.  
 
- 6 -
Bütün bunlar “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının 10 illik yubi-
leyi ərəfəsində keçilmiş yola nəzər salarkən bu jurnalın Azərbaycan fəlsəfi 
fikrinin inkişafında, habelə dünya elmi ictimaiyyətinin Azərbaycan fəlsəfə-
sinə diqqətinin artmasında oynadığı böyük roldan xəbər verir. Jurnalımızın 
gələn sayında Redaksiya Şurası üzvlərinin fəaliyyətinin və yubileylə bağlı 
tədbirlərin qısa icmalı veriləcəkdir.  

Fəlsəfə tarixi
 
 
 
 
 
 
Fəlsəfə tarixi 
 
 
Roma stoisizmində və dzen-buddizmdə                  
təbiət və insan arasında əlaqə 
 
 
 
 Panos Eliopoulos

 
(Yunanıstan) 
 
 
Məqalənin predmeti Dzen Buddizm və son Stoik ənənədə  Təbiətin 
özünü göstərməsi üsullarıdır. Hər iki nəzəriyyədə fərqləndirməyə cəhd etdi-
yimiz, insan və Kosmos arasında müəyyən bir əlaqənin olmasını göstərmək 
və müqayisəli  şəkildə bu əlaqənin  əsas parametrlərini müəyən etməkdir. 
Fərziyyəmiz belə bir mühüm müddəaya əsaslanır ki, ruhanilik, insanın təbi-
ətin hissəsinə inteqrasiyası, hər iki təlimdə, müvafiq olaraq, empirik və mən-
tiqi əsaslandırmanın nəticəsidir. Eyni zamanda şübhəsizdir ki, hər iki düşün-
cə məktəbinin interpretasiyaları arasında geniş fikir ayrılığı var. Məqalə on-
lar arasındakı  fərqlilik və oxşarlıqların bütün cəhətlərini hərtərəfli  şəkildə 
göstərə bilməsə  də, insanın xüsusi şərtlər daxilində  təbiəti izləməsi barədə 
giriş ideya verməyi qarşısına məqsəd qoymuşdur. Zəruriliyi universal və qa-
çılmaz qanun kimi qəbul etməsinə baxmayaraq, hər iki nəzəriyyədə insan 
metafizik dərkdən çox, onun təbiətlə əlaqəsini saxlayan əxlaq vasitəsi ilə id-
raklı və sakit qalır. 
Antik Stoikin fikrincə Təbiət Allahdır və Allahın buyurduğu bütün ya-
ratdıqları üçün yaxşıdır (17). Təbiət, Allah və Heimarmene (20, II. 36. 1.) 
tavtologiya təşkil edirlər və bu, oykomenik və orqanik konsepsiyada bir 
                                                 
 
- 7 -

 PhD, Afina və Peloponnese Universiteti. 

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 8 -
                                                
daha təsdiqlənir (9, 1. 9. 4.). İlahi düzən, Bəsirət ümumi plan kontekstində 
hamını nəzərə alır, lakin hərdən hissələr ümuminin xeyrinə qurban verilməli 
olurlar. Stoik müdriki Təbiətin, Zəkanın, Fəzilətin qaydalarına tam riayət 
edən insandır, çünki bunlar onun daxilində  təbii olaraq olanlardır. O, təbii 
proses boyunca bütün keçidləri qəbul edir və bu prosesə mane olmaq əvəzi-
nə onunla məmnuniyyətlə razılaşır (8, 63). Bu səbəbdəndir ki, müdrikin fəa-
liyyəti təbii qanuna müvafiq forma alır. İmperial stoisizmdə isə insan və Tə-
biət arasında  əlaqə ilə bağlı, daha çox insan iztirablarından və  təbii (yəni 
rasional) qaydaya müvafiq şəkildə bu iztirablardan xilas olmaqdan bəhs 
edən fərqli fəlsəfi baxışlar vardır. 
Digər ortodoksal stoiklərlə müqayisədə daha tez-tez müzakirə edilən, 
ən məşhurlardan biri Roman Senekadır. “Naturales Quaestiones” əsərində 
insanın təbiət ehtiyatlardan istifadədə özünü göstərən pis niyyətlərindən 
bəhs edilir (20, V. 18. 15-16.). Senekanın digər əsərlərində təbiət və insan 
arasında ziddiyyət anlayışına rast gəlinir. Təbiət bir tərəfdən dünyanın möv-
cudluğunu şərtləndirən ilahi mahiyyətdir, digər tərəfdən isə qərarsızlıq, zor 
və dəyişkənlik; belə ki, o, insana qarşı rəhmsiz bir taleyə, gücə çevrilir. Ro-
malı stoik dəqiq bildirir ki, insan talenin təsirinə qalib gələ bilər, lakin on-
dan tamamilə qaça bilməz (18, XXXVΙΙ. 3). Talenin təsirinə qalib gələ bil-
mək üçün o, özünü zəkanın (loqosun) metamorfoz aləti vasitəsilə ruhi məh-
lula istiqamətləndirməlidirSeneka nə antik stoisizmdə olduğu kimi kauzal 
determinizmin əleyhinə çıxır, nə də teleoloji determinizmin nəzəri nəticələ-
rini əhəmiyyətini aşağı endirir. Onun aydın şəkildə istədiyi, həyat və ehtira-
sın bir-birinə əks vəziyyətlərindən yaranan insan faciəsinin əzablarından ya-
xa qurtarmaq üçün, ekzistensial effektiv yanaşma tapmaqdır. Bu konsepsi-
yaya görə, insan aqressiv olmağa məcbur edilir, aqonistik və vəhşi ruh onun 
canına hopur
1
. Seneka filosofu öz qılıncı  və qüvvəsi ilə Roma arenasında 
mübarizə aparan qladiatora bənzədir (18, XXXVΙΙ. 3). Bu qüvvə insanın 
tam xilası  hədəfinə – əsl ali mövqeyinə qayıdış  və talenin bədxahlığından 
azad olmağa - istiqamətlidir. 
 
1
 “El hombre y la fortuna están situados frente a frente en actitud desconfiada. El sabio 
sale a su encuentro con intención de vencerla. Se preocupa por sus dardos, desconfia de 
ella. Mirar a los ojos de la fortuna es ya un signo de coraje” (Bax: 14, 106). 

Fəlsəfə tarixi
 
 
 
- 9 -
                                                
Antik stoya qanunlarına uyğun olaraq, bütün bu müddəalar insan və 
ətraf aləm arasında zəruri əlaqənin ilkin olaraq qəbul edilməsi, həmçinin in-
sanın  şeylərinin,  əmlakının və ya institutisional strukturun dəyişilməsinə 
əvəzinə, insanın özünün dəyişilməsi üzərində fokuslanması  nəticəsində 
mümkün olur. Bu fikrin əhəmiyyəti ondadır ki, insan özünü başqa ölçüdə 
dərk etməli, həmçinin ətraf aləm barədə yeni bir təlim verməlidir. Sistema-
tik kontekstdə “fərqliliyin” çoxlu konseptual və aspektual əhəmiyyəti var ki, 
bu da əsasən deduktiv yanaşmanı izləyən interpretasiyaları mümkün edir və 
ya oyadır. Onlar arasında daha əhəmiyyətli birisi bundan ibarətdir ki, insan 
təkcə nüfuz və dominantlığı altında olduğu təbii və ya oykomenik qanuna 
bağlı deyil, həmçinin müəyyən bir əxlaq modelinə uyğun şəkildə digər in-
sanlarla qarşılıqlı  əlaqəyə tabedir (3, I. xli. 146-147). Mark Avreliyə görə, 
kim başqa insanların əleyhinə fəaliyyət göstərməklə bu perspektivin dərinli-
yinə baş vurursa, o, təbiətin, «
παρά φύσιν
» əleyhinə getmiş olur (13, II, 1)
1

Belə ki, o, işin, ilk baxışdan tamamilə paradoksal yolla, “insani”, “qeyri–zo-
rakılıq” anlayışları ilə  əlaqəli başqa bir aspektinə diqqət yetirir. Roma im-
peratorunun vurğuladığı aspekt Öz ilə əlaqədir və ya Avrelinin müəyyən et-
diyi kimi, öz fəzilətini tapmaqdır:  «
τό  ἀγαθόν  ἐκεῖνο  τό  ἴδιον
»  (13, III, 6). 
«
ἀγαθόν
» subyektiv fəzilətlə səhv salınmamalıdır; əslində bu, fərdi olduğu 
qədər də kollektiv, lakin eyni zamanda, insanın öz təbiətində olan obyektiv 
fəzilətdir
2
. Belə ki, bu fəzilət ilkin olaraq insanın özündə yerləşdiyindən, 
sosial fəzilətin də  əsası olur və ona görə  də öz fəzilətini tapmış  fərd baş-
qalarına (təbiətin onda yerləşdiyi pozisiyadan) xidmət etməyə meyllənir. 
Tədricən Avreli bizi dərin insani stoya dəyərlərinin yenidən elanına və insan 
həyatında əxlaqi şüurun ən mühüm hissə olması ilə bağlı fəlsəfi fərziyyənin 
buna paralel konstruksiyasına doğru aparır. Özün daxili insanın sakitlik və 
səadət vəziyyəti ilə yenidən qovuşduğu məkandır (13, IV, 3). Stoya “oikeio-
sis”-nın zirvəsi sayılan eqo ilə dərin ruhi əlaqə universiuma (digər insanlar 
 
1
 «
Τό οὖν ἀντιπράσσειν ἀλλήλοις παρά φύσιν‐ ἀντιπρακτικόν δέ τό ἀγανακτεῖν καί 
ἀποστρέφεσθαι
». 
2
 Avrelinin özlə əlaqə sxemində insan ehtiraslara müqavimət göstərir, hamıya qarşı əda-
lətli və xeyirxah qalmaq üçün təmkinli olmağa çalışır. Belə etməsinin səbəbi “secundum 
naturam”, yəni təbiətə əsasən, başqa şəxsin əleyhinə çevrilməməkdir. 

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 10 -
                                                
da daxil olmaqla) xidmət etməyin qarşısını almır, əksinə, insanı Özü ilə və 
təbii qanunla harmoniyada olmaq üçün ilkin zəruri şərtlərlə təmin edir (13, 
III, 16). İnsan və  ətraf dünya arasında asimmetrik əlaqə Loqos vasitəsi ilə 
mükəmməlləşir
1

Təbii qanunun (lex nature) tərəddüdsüz qəbul edilməsi Stoyanı deter-
minizm anlayışını sistemləşdirməsinə  səbəb olur (10, 151-176). Bu episte-
moloji səpkili baxış dünyanı  mənasını açmağa və izah etməyə  cəhd edir. 
Universium ürəyiyanma qaydası canına hopdurulmuş
2
 bir Bütöv hesab edi-
lir, harmonik davamlılıq və hissələrinin vəhdəti ilə xarakterizə edilir. Uni-
versiumun qeyri-fraqmentar xarakteri və onun hissələrinin harmoniyası təbii 
qaydaların tam əhatəli və möhkəm fəaliyyətini təmin edir
3
. Təbiətin bütün 
dəyərlərinə riayət edilmirsə, kosmik nizamda heç nə qalmır və heç nə məhv 
olmur. Beləliklə, Təbiət insan əxlaqı üçün aksioloji ölçü alır. Xüsusilə Sene-
kaya görə, təbii qanun yeganə doğru yoldur, yeganə  fəzilətdir. Senekanın 
fikrincə, “optimum est pati, quod emendare non possis” (18, CVII. 9), “ən 
yaxşısı dəyişdirə bilməyəcəyinə tab gətirməkdir”. Universiumu və ya allah-
ları deyil, özümüzü dəyişdirməklə biz gümrah və fəzilətli bir nəfs əldə edi-
rik. Müdrik nəfsinin, Senekaya görə, qiymətli metal kimi təbii qanunla vəh-
dət təşkil etməsi və möhkəm olması səbəbindən o, zaman və hadisələrin axı-
nında dəyişməz və etinasız qalır. 
Mark Avreli təbiət anlayışını birbaşa şəkildə Etika ilə əlaqələndirir və 
Özün spesifik təbiəti üzərində dayanır. Özün düzgün istifadəsi (τό  δέ 
αυτ  χρ σθαι) o anlama gəlir ki, insan sanki fərdi marağın və ya həzzin 
fövqünə qalxmalıdır. Bu konsepsiyanın əlavə bir mənası bundadır ki, Təbiət 
insanı  nə ilə  təmin edirsə, maddi nemətlər də daxil olmaqla, onun kamil 
varlıq olması üçün kafidir. Ona görə  də insan ehtiyacı olduğundan artıq 
sərvət toplamağı düşünməli deyil. Seneka, yaşamağın qənaətcil yolunu və 
 
1
 Bax: “Roma stoikləri Platonun “Fedon” dialoqundakı daxililik və özünəkafilik anlayışla-
rından, digərləri ilə əlaqələri tam əhatə edən fərdilik anlayışına radikal keçid edirlər” (16, 53). 
2
 «
διοικεῖσθαι τόνδε τόν κόσμον, σύμπνουν καί συμπαθῆ αὐτῶ ὄντα
» (1, 2. 912). 
3
 «
Οὐδέ γάρ ἅπαξ ἤ δις, ἀλλά πανταχοῦ, μᾶλλον δ’ ἐν πᾶσι τοῖς Φυσικοῖς γέγραφε 
ταῖς  μέν  κατά  μέρος  φύσεσι  καί  κινήσεσιν  ἐνστήματα  πολλά  γίνεσθαι  καί  κωλύματα, 
τῆ δέ τῶν ὅλων μηδέν
» (1, 2. 935). 

Fəlsəfə tarixi
 
 
 
- 11 -
                                                
kasıbçılıqdan qorxmağı aradan qaldırmağı tez-tez təklif etməklə, bu ideya 
ilə razılaşır
1
. Avreliyə görə, bütün baş verənlər, bədbəxtliklər və müsibətlər, 
praktiki olaraq bütün insanların başına gələnlər  əhəmiyyətsiz  şeylərdən 
başqa bir şey deyil. Hətta ölüm ümumi talenin hissəsidir. Ritorik mübaliğəli 
düşüncədə olduğu kimi o iddia edir ki, onu yaradan ağac olduğuna görə 
təbiətə  təşəkkür edir, hətta ağacın altına yıxılsa və ölsə belə ona təşəkkür 
edir. Həm Mark, həm də Seneka Bəsirəti necə konseptuallaşdırmalarından 
asılı olmayaraq, Bütövdə davametməyə can atan teleologizm və taledən 
qaçmağın mümkünsüzlüyü faktını  qəbul edirlər. Beləliklə, onlar Taleni və 
onun təşkil edən hadisələrin cəsarətlə qəbul edilməsini alqışlayırlar (13, V, 
1). 
Təbiəti bu cür qəhrəmanlıqla qəbul etmək belə bir faktı obyektivləş-
dirmək mənasına gəlir ki, insan, sonda özünüdərki ifadə edəcəyi, lazım olan 
kamil biliklər vasitəsi ilə “lex naturae” ilə uyğunlaşmağa ehtiyac duyur. Bu 
yanaşma stoisizmdə çox vacibdir və müəyyən psixoloji yük daşıyır. Təbii 
qaydaya tabe olmaqla insan, xarici təsirlərlə bir daha mübarizə aparmayaca-
ğı, “apatheia” və “eudaimonia”nı əldə edir (Bax: 1, 1.527). Lakin bu gerçək-
ləşmə fatalizmin hər hansı bir forması ilə əlaqələnmir. Xrisippin təbirincə: 
«
ἴσον ἐστί τό κατ’ ἀρετήν ζῆν τῷ ζῆν κατ’ ἐμπειρίαν τῶν φύσει συμβαινόντων
» 
(1, 3.4).  Dəyərlərin iyerarxiyası xarici Təbiətdən insanın daxilinə transfer 
edilir və  nəticə olaraq dəyərlər insanın öz iradəsində tapılır. Bu səbəbdən 
stoik xoşbəxt olmaq üçün xarici hadisələrə ehtiyac duymur. O, həmişə öz 
daxili dünyasında xoşbəxtdir
2
.  İnsanın təbii qanuna uyğunlaşması xarici 
amillərə  əsaslanmayan endogen bir inkişafdır. Nəticə olaraq, hər bir hə-
rəkətin məsuliyyət yükü həmişə fərdin üzərindədir (9, 1.12.9). Diqqətəlayiq-
dir ki, Epiktet (əsasən antik stoisizmin teoloji fikirlərinin tərəfini tutur və 
inkişaf etdirir) insanın daxili təbiətində iki elementə tənqidi yanaşır: bədənlə 
əlaqəli heyvani tərəf və düzgün düşüncədə özünü göstərən ruhani tərəf. Bu 
 
1
 Seneca, Consolatio ad Helviam Matrem, V. 1, Seneca, De Tranquillitate. Animi, I.4-9. 
2
 “At illud ex se ortum fidele firmumque est et crescit et ad extremum usque 
prosequitur” (18, XCVIII. 1).  

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə