АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №1, səh. 109-110 (2015)
109
AKADEMİK SEYFƏDDİN ƏLİYEV- 85
GÖRKƏMLİ ENTOMOLOQ ALİM
Azərbaycanda zoologiya və entomologiya sa-
həsində tanınmış alim, elm təşkilatçısı, AMEA
Zoologiya İnstitutunun Cücülərin fauna və sistema-
tikası laboratoriyasının və Entomologiya şöbəsinin
müdiri, biologiya elmləri doktoru, professor, Azər-
baycan MEA-nın həqiqi üzvü Seyfəddin Əliyevin
anadan olmasının 85, əmək və elmi-təşkilati fəaliy-
yətinin 60 ilı tamam olur.
Seyfəddin Vəli oğlu Əliyev 1930-cu il may
ayının 30-da Şərur rayonunun Alışar kəndində ana-
dan olmuşdur. İlk təhsilini Alışar yeddiillik məktə-
bində almış və buranı bitirdikdən sonra Naxçıvan
Tibb texnikumuna daxil olmuşdur.
S.V.Əliyev Azərbaycan Dövlət Pedaqoji İnsti-
tutunu bitirmiş, 1952-ci ildə Zoologiya İnstitutunda
kiçik elmi işçi vəzifəsində elmi fəaliyyətə başlamış,
1961-ci ildə namizədlik, 1977-ci ildə isə Ukrayna
EA-nın Zoologiya İnstitutunda doktorluq dissertasi-
yasını müdafiə etmişdir.
1952-ci ildə Azərbaycan KP MK-nin nəzdində
olan Marksizm-Leninizm Universitetinin axşam şö-
bəsinə daxil olmuş, oranı 1953-cü ildə əla qiymətlə
bitirmişdir.
Akademik S.V.Əliyevin əsas tədqiqat istiqa-
məti sovkaların öyrənilməsinə həsr olunmuşdur. O,
ilk dəfə olaraq Azərbaycanda sovkaların növ tərki-
bini, onların zonalar, landşaftlar, biotoplar, ekoloji
qruplar üzrə yayılmasını, formalaşmasını, zoocoğ-
rafi analizini, qida əlaqələrini vermiş, bəzi zərərli
növlərin bioekologiyasını öyrənmiş, onlara qarşı
mübarizənin elmi əsaslarmı işləyib hazırlamış və 61
növ sovkanın bitkilərə zərər verməsini müəyyənləş-
dirmişdir. Onun tərəfindən Azərbaycanda 800 növ
sovkanın yayıldığı aşkar edilmişdir ki, bunlardan
462 növ Azərbaycan faunası, 145 növ Zaqafqaziya,
67 növ isə keçmiş SSRİ-nin faunası üçün yeni
olmuşdur.
S.V.Əliyev Azərbaycanda ən təhlükəli zərər-
verici olan pambıq sovkasının təbiətdə sayını tən-
zimləyən 21 növ parazit, 12 növ yırtıcı cücünün
sovkanı tələf etməkdə rolunu müəyyən etmiş və bu
tədqiqatın nəticəsi inteqrir mübarizə metodu kimi
təsərrüfatlarda tətbiq olunmuşdur.
S.V.Əliyev uzun illər boyu apardığı tədqiqat
materialları əsasında pambıq sovkasının pambıq-
çılıq rayonlarında yayılma dərəcəsini əks etdirən,
həmçinin texniki və bostan bitkilərinin kompleks
zərərvericilərinə həsr olunmuş xəritələr tərtib et-
mişdir.
S.V.Əliyev tərəfindən Bakıdan Gürcüstan sər-
həddinə qədər uzanan
neft kəməri boyunca və onun
ətraf ərazilərində yayılan müxtəlif həşarat qrupla-
rının icmalı tərtib edilib, Böyük Britaniyanın BP
(AMOKO) şirkətinə təqdim olunmuşdur.
S.V.Əliyevin entomologiya sahəsində apardığı
tədqiqatlarının nəticələri 168 elmi əsərdə, 3 mono-
qrafiyada, 4 kitab və 3 elmi-kütləvi kitabçada öz
əksini tapmışdır. O, orta məktəbin 7-8-ci sinifləri
üçün «Zoologiya» dərsliyinin, 10 cilidlik «Azər-
baycan ensiklopediyası»-nın müəlliflərindən və
V.A.Dogelin universitetlər üçün rus dilində yazdığı
«Onurğasızlar zoologiyası» dərsliyinin azərbaycan
dilinə tərcümə edən müəlliflərdən biridir. Rus və
azərbaycan dilində çap olunmuş «Azərbaycanın
heyvanlar aləmi» monoqrafıyasının 2-ci cildinin
tərtibçilərindən biri və onun redaktorudur.
Ali məktəblər üçün yazılmış 9 dərsliyin, 2 dərs
vəsaitinin, 6 monoqrafıyanın, 4 kitabçanın redak-
toru və Azərbaycan dilinin izahlı lüğətinin IV cil-
dində verilən zoologiya və entomologiya terminlə-
rinin tərtibçisidir. “Azərbaycanın Qırmızı Kita-
bı”nda çap olunan 53 növ nadir və nəsli kəsilməkdə
olan kəpənək növləri haqqında məlumatlar
S.V.Əliyev tərəfindən tərtib edilmişdir.
S.V.Əliyevin 2000-ci ildə çap olunmuş, şeirlə
yazılmış “Cücülər aləmi poeziyada” adlı kitabça-
sında heyvanların təsnifatı, morfoloji təsviri,
zoologiya və entomologiya elminin mənası, məqsə-
di, cücülərin yayılması, təbiətdə rolu, insanın həya-
AKADEMIK SEYFƏDDIN ƏLIYEV- 85
110
tında əhəmiyyəti və onlarda olan ibrətamiz xüsusiy-
yətlər öz əksini tapmışdır.
2002-ci ildə çap olunmuş “Naxçıvan ensik-
lopediyası” kitabında “Naxçıvanın heyvanlar alə-
mi” haqqında geniş məqalə yazmış və orada hey-
vanların yayılma xəritəsini vermişdir.
2001-ci ildə çap olunan “Cücülərlə qidalanan
bitkilər, mikroorqanizmlər, onurğasız və onurğalı
heyvanlar” adlı monoqrafiyada Seyfəddin müəllim
heyvanların davranışı və həyat tərzi ilə bağlı gəldiyi
çox maraqlı qənaətlərini qüvvətləndirmək üçün yeri
gəldikcə aforizmlərdən, atalar sözlərindən, müdrik
kəlamlardan, rəvayətlərdən və ekspedisiyalar zama-
nı apardığı müşahidələrindən, heyvanları səciyyə-
ləndirən öz şeirlərindən, xatirələrindən geniş isti-
fadə etmişdir.
S.V.Əliyevin rəhbərliyi altında 3 elmlər dokto-
ru, 8 elmlər namizədi dissertasiyası uğurla müdafiə
edilmişdir. Hal-hazırda 2 elmlər doktoru və 1 fəl-
səfə doktoru dissertasiya işinin elmi rəhbəridir.
O, televiziyada 2 il zoologiya dərslərinin təd-
risi verilişini aparmışdır. 1992-94-cü illərdə “Elm
və həyat” jurnalının redaksiya heyətinin üzvü ol-
muşdur.
S.V.Əliyev 1993-cü ildə beynəlxalq Corc Soros
təqaüdünə və diplomuna layiq görülmüş, entomo-
logiya elminin inkişafında çoxillik fədakar əməyinə
görə 3 dəfə (2000, 2005, 2010) AMEA-nın Rəyasət
Heyəti tərəfindən fəxri fərmanla təltif edilmiş, 2001-
ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə
həqiqi üzvü seçilmişdir.
S.V.Əliyev hazırda AMEA-nın Aqrar Elmlər
Bölməsinin büro üzvü, Zoologiya İnstitutunun Elmi
Şurasının, Zoologiya İnstitutun nəzdində fəaliyyət
gğstərən Müdafiə Şurasının, “Heyvanat aləminin
qorunması, bərpası və istifadəsi” problemi üzrə
Metodik Şuranın redaksiya heyətinin üzvüdür.
AMEA Zoologiya İnstitutunun kollektivi adın-
dan görkəmli entomoloq Seyfəddin Əliyevi yubiley
münasibətilə səmimi qəlbdən təbrik edir, ona
möhkəm can sağlığı, elmi fəaliyyətində yeni-yeni
uğurlar arzulayırıq.
AMEA Zoologiya İnstitutunun
direktoru, b.ü.e.d., prof., AMEA-nın
müxbir üzvü İlham Ələkbərov