Ali-İmran surəsi, 114 harun yəhya


Kamil İman Sahibinin Mərhəmət



Yüklə 0,69 Mb.
səhifə4/8
tarix05.05.2017
ölçüsü0,69 Mb.
1   2   3   4   5   6   7   8
Kamil İman Sahibinin Mərhəmət
Anlayışı

Sonra isə o, iman gətirən, bir-birinə səbr və mərhəmət tövsiyə edənlərdən olmaqdır. (Bələd surəsi, 17)
Quranda xəbər verilən "Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur...." (Rum surəsi, 30) ayəsində açıqlandığı kimi, insanın fitrəti din əxlaqını yaşamaqdan zövq alacaq və ancaq bu şəkildə rahat olacaq şəkildə yaradılmışdır. Bu səbəblə Quranda tövsiyə edilən şəfqət və mərhəmət hissləri kamil iman sahiblərinin heç bir çətinlik çəkmədən imanlarının təbii bir nəticəsi olaraq sahib olduqları bir əxlaqdır. Allah Quran əxlaqını yaşayan mömin qullarının üzərində Rauf (çox əsirgəyən, çox acıyan) və Rəhman adlarını təcəlli etdirir. Çünki Allah mərhəmətlilərin ən mərhəmətlisi, sonsuz şəfqət sahibidir. Quranda bir çox ayələ Allahın sonsuz şəfqətinə və mərhəmətinə diqqət çəkilmişdir:
... Çünki (Allah) onlara (müsəlmanlara) qarşı Şəfqətlidir, Rəhmlidir. (Tövbə surəsi, 117)
... O, rəhm edənlərin ən rəhmlisidir. (Yusuf surəsi, 92)
Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir. (Həcc surəsi, 65)
Məhz bu əxlaqı üzərlərində daşıyan kamil iman sahibləri insanlara qarşı şəfqətli və mərhəmətlidirlər. Ancaq onların mərhəmət anlayışı xalq arasında məşhur olan mərhəmət anlayışından çox fərqlənir. Onların mərhəməti Allahın mərhəmətinin bir təcəllisi olduğu üçün Allahın rizasına və Qurana uyğun bir mərhəmət şəklidir. Mərhəmətlərində ölçü götürdükləri yeganə yol göstərici Qurandır. Qurandan başqa bir sistemin ölçülərini özündə əks etdirən bir mərhəmət anlayışının da "şeytani" bir mərhəmət olacağını bilirlər.

Onlardan kömək istəyən bir kimsənin bu köməyi xeyir yolundamı, yoxsa Allahın bəyənmədiyi bir yoldamı istifadə edəcəyi onlar üçün əhəmiyyətli bir ölçüdür. Əgər bu kömək xeyir üçün istənirsə, mərhəmətləri dövrəyə girər və maddi-mənəvi hər cür köməyi edərlər. Ancaq eyni şəraitdə olduğu halda əldə etdiyi köməyi haram bir hərəkət üçün istifadə edəcək birinə kömək etməyi qəbul etməzlər. Allahın bəyəndiyi əsl mərhəmət də budur. Bir adamı Allahın bəyənmədiyi bir rəftarı tətbiq etməkdən saxlayıb dümdüz yola çatdırmaq, dünyada qavraya bilməsə belə axirətdə anlayacağı və çox şükr edəcəyi bir yaxşılıq və mərhəmət şəklidir.

Bundan başqa, möminlər şəfqət və mərhəməti əsas hədəfləri dinə müxalif çıxan inkarçılara qarşı göstərməzlər. Quranda bu mövzuda verilən ölçü isə ayədə belə bildirilmişdir:
Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər... (Fəth surəsi, 29)
İnananlar ancaq Allaha könüldən bağlı kəslər olan "möminlərə" mərhəmət edərlər. İnkarçılara qarşı isə son dərəcə sərt və qərarlı bir xarakter göstərər və mərhəmət adı altında əsla bir zəifliyə düşməzlər. Çünki belə bir rəftar yuxarıda açıqladığımız kimi, "şeytanı bir mərhəmət" anlayışı olacaq. Allah onların möminlərə qarşı rəftarının "Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər, əlləri və dilləri ilə sizə pislik edər və sizin kafir olmanızı istəyərlər" (Mumtəhinə surəsi, 2) şəklində olduğunu bildirmişdir. Bu vəziyyətdə düşmənliklərini göstərmək üçün fürsət axtaran belə insanlara mərhəmət göstərməyin ağıllı bir rəftar olmayacağı da məlumdur.

Bununla bərabər, inananların möminlərə göstərdikləri mərhəmət və şəfqət isə dünyada bənzəri görülməmiş bir əxlaq nümunəsidir. Bu mərhəmət onlara özü ilə bərabər fədakarlığı, incə düşüncəni, bağışlayıcılığı, sevgini və hörməti də gətirir. Kamil iman sahibləri qarşılarındakı adamın maddi-mənəvi hər cür ehtiyacının o söyləmədən fərqinə varar, duyduqları dərin şəfqət səbəbilə ona dərhal kömək etməyə çalışarlar. Bu mövzuda səy göstərməkdən də heç bir şəkildə usanmazlar. Şübhəsiz ki, hər mövzuda olduğu kimi, bu mövzuda da möminlərə ən gözəl nümunə peyğəmbərlərin rəftarıdır. Ayədə Peyğəmbərimizin (s.ə.v.) müsəlmanlara qarşı duyduğu şəfqət və mərhəmət belə izah edilmişdir:
Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir. (Tövbə surəsi, 128)
Ayədən də göründüyü kimi, Peyğəmbərimizin (s.ə.v.) şəfqəti imanı ilə doğru mütənasib olaraq o qədər çoxdur ki, Allah möminlərin hər hansı bir mövzuda çətinliyə düşmələrinin ona ağır gəldiyini bildirmişdir. Məhz kamil iman sahiblərinin özlərinə hədəf etdikləri mərhəmət anlayışı da budur.

Kamil İman sahibinin fədakarlığı


Bir insanın heç bir əvəz gözləmədən qarşısındakı insanlar üçün fədakarlıq edə bilməsi ancaq Allahdan qorxması və axirətə inanması ilə mümkün olar. Çünki bu insanlar dünya həyatında göstərdikləri maddi-mənəvi hər cür səyin əvəzini Allahdan gözləyərlər. Məhz bu səbəblə də cahiliyyə insanlarının əksinə, kamil iman sahibləri hər mövzuda hamıya qarşı üstün fədakarlıq nümunələri göstərə bilərlər.

Cahiliyyə cəmiyyətində isə insanların böyük hissəsi incə bir fədakarlıq anlayışından uzaq olarlar. Bunun ən böyük səbəbi din əxlaqından uzaqlaşmalarından qaynaqlanan eqoizmləridir. Hər kəs birinci öz mənfəətini düşünər, digər insanların ehtiyacları isə ikinci plandadır.

Halbuki əsl imana sahib bir adamın əxlaqı və rəftarı bu insanlardan tamamilə fərqlidir. Bu insanların ən əhəmiyyətli xüsusiyyətlərindən biri nəfslərinin eqoist ehtiraslarından xilas olmalarıdır. Çünki ancaq nəfsinin sərhədsiz istəklərini məğlub edən, onu idarəsi altında tutan mömin digər möminlərə qarşı fədakar və incə düşüncəli davrana bilər. Belə ki, kamil iman möminlərin lazım olsa öz haqlarından da imtina edərək digər mömin qardaşlarını özlərindən daha üstün tutduqları bir əxlaqı gətirər. Əsl iman həqiqi təslimiyyət və həqiqi vicdan da budur. Bu mövzu ilə əlaqədar Quranda belə bir nümunə verilmişdir:
(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr surəsi, 9)
Ayədə bu şəxslər ehtiyac içində olsalar da, mömin qardaşlarının ehtiyac və istəklərini özlərininkindən üstün tutarlar. Göstərdikləri bu əxlaq yalnız müəyyən hadisələrdə ortaya çıxmır, bütün həyatlarına hakim olan bir rəftardır. Ən ac, yuxusuz, yorğun, qısacası fiziki baxımdan ən çətin vəziyyətdə olduqlarında belə heç bir tərəddüd etmədən birinci növbədə digər möminlərin ehtiyacını ödəyərək öz ehtiyaclarını ikinci plana ata bilərlər. Və bundan ötrü heç bir zaman üçün çətinlik duymaz, heç bir zaman fədakarlıq etmək üçün qarşı tərəfi minnət altında qoymazlar.

Cahiliyyə əxlaqına malik olan insanlar zəruri olaraq bir fədakarlıq etdikləri zaman mütləq qeyri-məmnun olduqlarını bildirərlər. Ya ibarəli bir sözlə, ya tərs bir baxışla, ya da çirkin bir rəftarla içlərində duyduqları qəzəbi və dözümsüzlüyü hiss etdirərlər. Halbuki əsl imana sahib olan bir insan heç bir zaman qarşı tərəfin, əslində onun üçün böyük bir fədakarlıq etməyini anlaması üçün tərs bir rəftar göstərməz. Əksinə, bunu qarşı tərəfə mümkün olduqca hiss etdirməməyə çalışaraq haqlarından keçərlər. Çünki onun üçün etdiyi gözəl rəftarı yalnız Allahın bilməsi kifayətdir. Bəzən qarşı tərəf fədakarlıq etdiyinin fərqinə belə varmaz.

Kamil İman sahibinin təvazökarlığı


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə