Ali məktəb müəlliminin pedaqoji funksiyaları



Yüklə 251,13 Kb.
səhifə1/10
tarix25.12.2023
ölçüsü251,13 Kb.
#194411
  1   2   3   4   5   6   7   8   9   10
Ali məktəb pedaqogikası





Azərbaycan Pedaqoji Universiteti


Ali məktəb müəlliminin pedaqoji funksiyaları

İxtisas:Təhsildə monitorinq və qiymətləndirmə
Fənn:Ali məktəb pedaqogikası
Müəllim:Müslim Nəzərov
Tələbə: Qasımova Zemfira




Mündəricat
1. Pedaqoji peşənin və peşəkarlığın təşəkkülü
2. Müəllim peşəkarlığının inkişaf istiqamətləri
3. Müəllimlik peşəsinə verilən pedaqoji tələblər
4. Etik davranış prinsipləri və onlara uyğun tələblər
5. Ali məktəb müəllimi fəaliyyətinin psixoloji təhlili.


1.Pedaqoji peşənin və peşəkarlığın təşəkkülü

Pedaqoji peşənin – müəllimliyin yaranması çox qədim tarixə malikdir. Hələ ibtidai icma cəmiyyətində böyüklər öz təcrübəsini kiçiklərə öyrətməyə çalışmışlar. Xırda təsərrüfat işlərində iştirak etmək, birlikdə ov etmək kimi fəaliyyətlə məşğul olmaq uşaqlarda müəyyən bacarıq və vərdişlərin yaranmasına səbəb olmuşdur. Sonralar əmək alətlərinin yaranması, əməyin müəyyən qədər çətinləşməsi, yəni ov etmək və qida əldə etməklə məhdudlaşmaması uşaqların daha mürəkkəb bacarıq və vərdişlər əldə etməsinə zərurət yaratmışdır ki, bunu daetmək yaşlı adamların üzərinə düşmüşdür. Bu işlə icma və qəbilənin daha təcrübəli üzvləri məşğul olmuşlar və müəyyən qrup adamlar yaranmışdır ki, bunlar uşaqlara öz təcrübəsini öyrətməklə,onlarda müəyyən bacarıq və vərdişlər yaratmaqla məşğul olmağa başlamışlar. Beləliklə, öyrətmək, təlim vermək müəyyən bir peşənin yaranmasına səbəb olmuşdur.


Cəmiyyət inkişaf etdikcə tərbiyə və təlim işləri də mürəkkəbləşmiş və bu işlə məşğul olanyeni bir sosial təbəqə yaranmışdır. Qədim Babilstanda, Misirdə, Suriyada müəllimliklə ilk dəfə kahinlər, Qədim Yunanstanda pedanomlar, didaskallar, pedaqoqlar məşğul olmuşlar. Onlar uşaqların təkcə təlimi ilə deyil, həm də tərbiyəsi ilə də məşğul olmuş, yeni nəsli həyata hazırlamaq işində fəal çalışmışlar. Tərbiyə etmək uşaqları bəsləmək, böyütmək kimi qəbul edilmişdir.Müəllimsözü sonralar, insanlar biliyin dəyər olduğunu,uşaqların bilik və bacarıq əldə etmələrinə istiqamətlənmiş xüsusi fəaliyyət olduğunu dərk etdikdən sonra meydana çıxmışdır. Təlim adlandırılan bu fəaliyyət müəllimlərin əsas vəzifəsi kimi qəbul edilmişdir.
Pedaqoji peşə formalaşdıqdan sonra müəllimlər həm təlim, həm də tərbiyəvi funksiyanı birlikdəhəyata keçirməyə başladılar. Buna görədə cəmiyyətdə müəllim təkcə təhsil verən kimi deyil, həmdə tərbiyəçi kimi qəbul edilmişdir. Müəllimə müdrik, hər şeydən, hətta bütün elmlərdən, həyat hadisələrindən xəbərdar olan, hamıya məsləhət verən şəxs kimi baxılmış, ona inam güclü olmuş və etibar edilmişdir.Hazırda da belədir. Müəllim vətəndaşdır, cəmiyyətin ən etibar edilən şəxsi və şəxsiyyətidir. O, cəmiyyətin memarı kimi bu gün yaşayır, çalışır və bununla gələcəyi qurur. Buna görə də onun işi, fəaliyyəti heç kimlə, heç nə ilə müqayisə edilə bilməyəcək dərəcədə zəruri, taleyüklü, cəmiyyətin gələcəyi ilə bağlı olan bir işdir, peşədir. Bəşər tarixində insanların, xüsusilə böyüməkdə olan nəslin tərbiyəsi və təlimi ilə məşğul olan insanların şəxsiyyətinə həmişə hörmət edilmiş və belə şəxslər cəmiyyətdə xüsusi statusa malik olmuşlar. Müəllimlik haqqında bir çox filosofların dəyərli fikirləri vardır. Bunlara nəzər salaq. Qədim yunan filosofu deyirdi ki, dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz. Aristotel isə belə bir fikir səsləndiribI : ‘’ Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib’’.
Azərbaycan xalqının böyük mütəfəkkiri Nizami Gəncəvi klassik Avropa pedaqoqlarından çox-çox əvvəl, hələ XII əsrdə müəllimi işq saçan günəşə bənzətmiş və onun fəaliyyətinə yüksək qiymət vermişdir.
fəaliyyətini ustalıqla, elmi əsaslarla, malik olduğu peşənin sosial statusunu dərk etməklə və öz fəaliyyətində yenilikləri tətbiq etməklə həyata keçirməsidir.Pedaqoji peşəkarlığın əsası ilkin peşə təhsili prosesində qoyulur və müəllimin bütün peşə fəaliyyəti prosesində yeniləşir, inkişaf edir, formalaşır, yeni - yeni keyfiyyətlərin yaranması ilə daha da mükəm-məlləşir. Müəllimin pedaqoji fəaliyyəti bütün dövrlərdə vahid məqsəd daşısa da, onun məzmunu, reallaşması şərtləri, prinsipləri, metodları daim dəyişməkdə və inkişafda olmuşdur. Öz işini yüksək səviyyədə yerinə yetirən, yeniliyə meyl edən, novator müəllimlər olmuş və onlar özlərinin peşəkarlığı ilə böyük nüfuz qazanmışlar. Əsl müəllimlər öz peşələrini sevməklə yanaşı, onu daha da mükəmməl etməyə çalışmışlar.Müəllimin öz fəaliyyətinə yeniliklər gətirməsi, qabaqcıl təcrübəni və ya innovasiyaları tətbiq etməsi pedaqoji peşəkarlığın özünün də təkmilləşməsinə və inkişafına səbəb olmuşdur.Buna görə də pedaqoji peşəkarlıq pedaqoji fəaliyyət kimi daim inkişafda olmuş və müəllim peşəkarlığı ayrı-ayrı müəllimlərin işini səciyyələndirən, onu başqasından fərqləndirən, daha mükəmməl edən bir göstəriciyə çevrilmişdir.


Yüklə 251,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin