|
AlimĢah Gümürlü
Çeçələ barmağın işığında...
AlimĢah Gümürlü
Çeçələ barmağın
iĢığında...
Alimşah Gümürlü
2
Rəyçi:
İmaməddin Şahverdi oğlu Zəkiyev –
fəlsəfə doktoru
Redaktor:
Südabə Ağabala qızı Ağabalayeva –
Azərbaycan Respublikası Prezidentinin
təqaüdçüsü, «Azərbaycan» jurnalının
böyük redaktoru, Slavyan Universiteti-
nin baş müəllimi və aspirantı, Rəsul Rza
adına Beynəlxalq Mükafatın Laureatı
AlimĢah Gümürlü. Çeçələ barmağın işığında…
Bakı, Çaşıoğlu nəşriyyatı, 2013. Şəkilli; - 464 səh.
Kitabda Alimşah Gümürlünün bədii yaradıcılığından
seçmələr: şeirləri, hekayələri, oçerk-xatirələri, elmi-bədii
publisistik yazıları toplanmışdır. Kitabda həmçinin müəllifin
«Sükutun harayı və ya Gümür haqqında bədii-tarixi
etnodemoqrafik düşüncələri» və müəllif haqqında müxtəlif
dövrlərdə çap olunmuş yazılar verilmişdir.
Şübhə etmirik ki, kitab ədəbiyyatsevərlərin, tarixçilərin,
etnoqrafların, onomastika mütəxəssislərinin və geniş oxucu
kütləsinin marağına səbəb olacaqdır.
© Alimşah Gümürlü, 2013
Çeçələ barmağın işığında...
3
Allahın kodu: Qurani-Kərim
Valideynlərimin xatirəsinə
Çeçələ barmağın işığında...
5
ġ e i r l ə r
Çeçələ barmağın işığında...
7
Ġlğım
Meh olmaq istəyirəm –
Xəfif səhər mehi,
Astaca alnından mən öpmək üçün.
Göz yaşı olmaq istəyirəm –
Sevinc göz yaşı,
Əsmər yanağınla mən enmək üçün.
Boyunbağı olmaq istəyirəm –
Mirvari daşlı,
Boyun-boğazına sarılmaq üçün.
Şanə olmaq istəyirəm –
Barmaq kimi şanə,
Pərişan zülfündə mən gəzmək üçün.
Kirpik olmaq istəyirəm –
Uzun qara kirpik,
Gözlərinin keşiyini çəkmək üçün.
Üzük olmaq istəyirəm –
Brilyant qaşlı,
Daim barmağını mən sıxmaq üçün.
Qolbənd olmaq istəyirəm –
İntəhasız və sonsuz,
Ürək döyüntünü hiss etmək üçün.
Söz olmaq istəyirəm –
Qəlboxşayan söz,
Dilində, dodağında gəzmək üçün.
Sükut olmaq istəyirəm –
Lal bir sükut,
Qəlbinin səsini dinləmək üçün.
Pıçıltı olmaq istəyirəm –
Həzin bir pıçıltı,
Məni təkcə sən eşitmək üçün.
Qan olmaq istəyirəm –
Alimşah Gümürlü
8
Həyat verən qan,
Daim ürəyinə mən axmaq üçün.
Uşaq olmaq istəyirəm –
Məsum bir körpə,
Baş qoyub qolunda mən yatmaq üçün.
Ürək olmaq istəyirəm –
Ən yaxın həmdəm,
Sevinci, kədəri tən bölmək üçün.
Mən özüm olmaq istəyirəm.
Xəyalda yox! Həyatda
səninlə görüşmək üçün.
… Torpaq olmaq istəyirəm –
Soyuq bir məzar!
Əbədi sinəmə baş qoymağınçün!
Əbədi torpağa qarışmağınçün!..
Bakı – Moskva, 1980
Çeçələ barmağın işığında...
9
Vətənimin əsgəri
(Marş)
Musiqisi Oqtay Rəcəbovundur
Namus mərdi çağırır,
Vətən oğlu, oyan sən.
Şəhid ruhu hıçqırır:
Torpaq – deyib dayan sən,
Vətənimin əsgəri! (2)
Sıxılmış yumruqların,
Başa enən gürz olsun.
Düşmənlərin canına
Əsim-əsim lərz salsın,
Vətənimin əsgəri! (2)
Ana, sil gözün yaşın,
Uca tut məğrur başın,
Düyülməsin qoy qaşın,
Keşiyində yurddaşın –
Vətənimin əsgəri! (2) (50; 28), (51; 40), (99; 4)
Bakı, 1992
Alimşah Gümürlü
10
Qəfil zəng
Açıldı bir səhər,
göründü bir günəş,
neçə ulduz içində,
bir ay bənizin
qumral gözü tək.
Müdrik ağıl,
xoş xasiyyət,
mələk rəftar,
şıltaq işvə
əsilzadə bir afətin
incə nazı tək.
Açıq alın,
aydın sima,
işıqlı baxış,
Quzey yaz qarının
bəyaz üzü tək.
Oxundu baxışında
neçə süzgün müəmma,
Neçə sual qaldı
deyilməmiş
gizli ürək sözü tək.
Sən demə
onun öz aləmi,
Mənimki…
heç kimin…
Oxunmamış bir nəğmənin
yad avazı tək.
Çeçələ barmağın işığında...
11
Dinmədik…
dinə bilməzdik…
Yollara çıxdıq beləcə
ağlımızın gücüylə.
Taleyin, qismətin
astar üzü tək.
Nə o vardı,
nə mən vardım
kimlərçünsə.
Həm o vardı,
həm mən vardım
Soyuq buz üstündə
günəş izi tək.
İllər keçdi…
Qəfil bir zəng
Oyatdı mürgülü xatirələri
İlıq bir ocağın
Yanar közü tək. (80)
Bakı, 16.01.2002
Alimşah Gümürlü
12
Qarabağ əfsanəsi
«Torpaqlarımızı qaytarmalıyıq» əvəzinə
«torpaqlarımız qayıdanda, qaytarılan-
da» söyləyənlərə və «Şuşanın dağları»,
«Qarabağ şikəstəsi», «Aman Göyçə»,
«Laçınım, Laçınım», «Yanıq Kərəmi»yə
qolu qalxıb oynaya bilənlərə
Orda bir ev vardı,
ocaq vardı
çörək ətri yayılardı.
Orda bir kənd,
orda bir el, oba vardı.
Toy səsi, muğam zənguləsi
şən dövrandan güc alardı.
Ora Qarabağ idi,
niyə qara bağ oldu,
qara boyandı?
Niyə al-qan oldu,
qana boyandı?
Orda ana vardı,
gözəl bir gəlin.
Orda körpə gülüb,
çağa ağlardı,
həyat qaynardı.
İndi niyə sükut oldu
yasa batdı, matəm oldu.
Ora Qarabağ idi,
cənnət bağı,
Qaranlığa nur saçardı.
Niyə indi qaranlıqdı,
Çeçələ barmağın işığında...
13
səhərləri açılmayır,
zülmətdədi?
Orda ata ocağı yandıranlar
talandımı, qalmadımı?
Qeyrət necə, tükəndimi,
pöhrələnib göyərmədi?
Harayıma hay olanlar
haylanmadı, qıylanmadı,
atlanmadı.
Nədən oldu?
Başımızdan yuxarıda
gödən oldu?
Ora Qarabağ idi,
eyş-işrətçün yada düşdü.
Bəs ar üçün, namus üçün
yada düşmür, nədən oldu,
necə oldu?
İllər keçdi,
neçə oldu?
Yoxsa papaq düşüb
ləçək oldu?
Düşün, daşın, vətən oğlu,
Qolun qalxır oynayırsan
Qarabağın şikəstəsin.
Yaxşı bil ki, belə getsə
olanları unudanlar
Bir gün gələr ar bilməzlər,
Söyləyərlər biganətək
Şərəfsizlik nəğməsi tək
Qarabağın əfsanəsin. (77), (80)
Bakı, 26.02.2002
Alimşah Gümürlü
14
Sən allah, incimə
Qızıma
Sən allah, incimə,
toxunma mənə,
Büsbütün tikanam
mən bu gün yenə.
Əhvalım o əhval deyil,
Dindirsən dinə bilmərəm,
Gözlərim dolar,
Yaşlarım qəlbimə axar.
Qəlbinə toxunan bir sözüm olar,
Bunu da özümə bir dərd elərəm.
Sən allah, incimə,
toxunma mənə,
Büsbütün tikanam
mən bu gün yenə.
Dolasan qolunu
dalaya bilər,
Zülfünü
pərişan daraya bilər,
Toxunsan
ovucun qanaya bilər.
Əbəsdir, ovutma, ovunan deyil,
Qəlbini sındırar,
Peşiman eylər.
Sən allah, incimə,
toxunma mənə,
Büsbütün tikanam
mən bu gün yenə.
Çeçələ barmağın işığında...
15
Hər kəs döyüləndə
qaçıb gizlənir.
Mən özüm özümə
qənim kəsildim,
Özüm öz içimdən
qaça bilmirəm.
Ürək süfrə deyil,
yeri gələndə
əziz bildiyimə aça bilmirəm.
Sən allah, incimə,
toxunma mənə,
Büsbütün tikanam
mən bu gün yenə.
Sənə ki, əyandır hər halım mənim,
Səsimin rəngindən,
Rəngimin ahəngindən.
Heç istəməzdim
belə olasan, fərəhim.
Nə olar ki, nə eşitmə,
nə də baxma sən mənə,
İndi zəhləm gedir
mənim özümdən.
Sən allah, incimə,
toxunma mənə,
Büsbütün tikanam
mən bu gün yenə.
Bu mənim kimsəyə
ilk şikayətim.
Mən dinə bilmirəm,
aça bilmirəm,
Sinəmdə yaralar göz-göz olubdur.
Alimşah Gümürlü
16
Mən səni köksümə sıxa bilmirəm,
Tikanlar elə bil biz-biz olubdur.
Sən allah, incimə,
toxunma mənə,
Büsbütün tikanam
mən bu gün yenə.
Bir tufan qalxaydı,
bu tikanları
qoparıb ataydı
söylədin, gülüm.
Onların ki, yerində yarpaq bitməz,
gül açmaz.
Bu tikanlar üstümə biçilib,
libasımdır, kəfənimdir qaçılmaz,
Olmasalar gül tikanlı məzarım da seçilməz.
Sən allah, incimə,
səslənmə mənə,
Büsbütün tikanam
mən bu gün yenə. (77), (80)
Bakı, 11.04.2002
Çeçələ barmağın işığında...
17
ġəhərli oğlan
(məzəli mahnı)
Bir gözələ bənd oldum,
Qaldım əhli kənd oldum,
Mənə məhəl qoymadı
Aləmə rişxənd oldum.
Nəqərat:
Aman, necə nazlı yar,
Yaman acı sözlü yar,
İnsaf eylə sınmasın
Uca, alagözlü yar.
Dindim, belə əyildi,
Kəmər belə əyildi,
Çox ədalı oğlandım
Belim belə əyildi.
Nəqərat:
Aman, necə nazlı yar,
Yaman acı sözlü yar,
İnsaf eylə sınmasın
Uca, alagözlü yar.
Zəhmət çəkdim, tər tökdüm,
Bostana çəpər çəkdim,
O mənə yar olunca
Kim bilir nələr çəkdim.
Alimşah Gümürlü
18
Nəqərat:
Aman, necə nazlı yar,
Yaman acı sözlü yar,
İnsaf eylə sınmasın
Uca, alagözlü yar. (78)
Bakı, 21.03.2004
Çeçələ barmağın işığında...
19
Azərbaycan gəncliyi
(mahnı-marĢ)
Odlar Yurdu diyarı,
Koroğlusu, Nigarı,
Şərəflidir yolları
Azərbaycan gəncliyi.
Nəqarət (iki bənd)
İşində hünərlidir,
Səngərində oyaqdır,
Sözündə kəsərlidir,
Rəhbərinə dayaqdır,
Qələbə zəfərlidir
Üçrəngli al bayraqdır
Azərbaycan gəncliyi.
Azərbaycan gəncliyi!
Tarixi qədim, ulu,
Sabahı aydın, nurlu,
Dağ vüqarlı, qürurlu
Azərbaycan gəncliyi.
Çölləri bərəkətli,
Dağları əzəmətli,
Vətənə sədaqətli
Azərbaycan gəncliyi.
Yaylaqları səfalı,
Bulaqları şəfalı,
Sevgiləri vəfalı
Azərbaycan gəncliyi.
Qızları al yanaqlı,
İgidləri yaraqlı,
Süfrələri qonaqlı
Azərbaycan gəncliyi.
Alimşah Gümürlü
20
Gəlinləri ismətli,
Anaları qeyrətli,
Qocaları hörmətli
Azərbaycan gəncliyi.
Gerbi «Allah» nişanlı,
Himni möhtəşəm, şanlı,
Bayrağı kəhkəşanlı,
Azərbaycan gəncliyi.
Dostları ilə paylaş: |
|
|