Allahın izni ilə Sabir Cabirzadə və Comərd Qayanın müştərək yazısı



Yüklə 14,84 Kb.
tarix02.01.2022
ölçüsü14,84 Kb.
#42210
növüYazı
Bu


Allahın izni ilə Sabir Cabirzadə və Comərd Qayanın müştərək yazısı:

Bu, məlum qaydadır, iqtisadiyyatı güclü olan ölkə dünyada sayılıb-seçilən, söz sahibi olan ölkələrdən birinə çevrilir. Hələ qədim dövrlərdən şahlar, ölkə başçıları ölkəsinin ticarət əlaqələrinə xüsusi əhəmiyyət verirmişlər. Tacirlərini xüsusi, toxunulmaz silk edib qoruyurmuşlar. Əgər sənin ölkəndən olan tacirlər başqa ölkələrlə ticarət əlaqələri qura, bunu inkişaf etdirə bilirdisə, həmin şəxslər nəinki şahlar üçün, ölkə üçün əhəmiyyətli birinə çevrilirdi, hörmət sahibi olurdu.


Ölkənin iqtisadiyyatını dirçəldənlər ticarətçilər, iş adamlarıdır. Ölkənin dünyada adını qaldıran alimlər, ixtiraçılar, yazıçılar, incəsənət insanları, idmançılar və s. sahənin adamlarıdır.
Bu günlərdə həbsinə şahid olduğumuz Mübariz Mənsimov ölkəmizi dünyada tanıdan və həm də ölkəmizin iqtisadiyyatına, maddi, sosial həyatına fayda verən, təkan verən böyük iş adamlarından biridir.
Mübariz Mənsimov başqa ölkədə özünün uğurlu biznesini qurub öz ölkəsini unudanlardan olmadı, əksinə daima öz ölkəsinə sevgisini, doğulub boya-başa çatdığı yurduna, obasına bağlılığını gördüyü faydalı işlərlə sübut etdi, isbatladı. Onun bu yüksəlişinə sevinən əhali, xalq gün-gündən bu sadə iş adamını sevdi, ona olan rəğbətini ifadə etdi, göstərdi. Sözsüz ki, onun bu uğurunu qəbul etməyənlər, istəməyənlər də vardı və zaman-zaman onlar öz aralarında dil tapıb birləşərək Mübariz Qurbanoğluya qarşı iyrənc davalarına başladılar. Haqqında mətbuatda ən iyrənc yazıları ya yazdılar, ya da yazdırdılar. Biz o yazılardan, o müsahibələrdən geniş bəhs etmək istəmirik. O yazıların bir çoxu hal-hazırda əlimizin altında, köhnə qəzet səhifələrində qalır. Əlimizin altında olmayanlar da gözlərimizin önündədir, internet mediasında, saytlarda.
Bir neçə il əvvəl Jurnalist Məmməd Süleymanovu "Azadlıq radiosu"nda verilişlərdən birinə dəvət etmişdilər Aparıcı ona təxminən bu məzmunda sual ünvanlandı ki, köhnə Bakı milyonçuları ilə indiki Bakı oliqarxiyasının arasında əsas fərq nədir? Məmməd Süleymanovun cavabı dəqiq və möhtəşəm idi: O köhnə kişilərin dəyərləri, dəyər anlayışları var idi.

Bəli. Mübariz Qurbanoğlu bildiyimiz, tanıdığımız bu yırtıcı, xalqın malına, qanına susayan oliqarxlardan deyildi. Hansı ki, dövləti çapıb-talamaqda sədd, sərhəd tanımırlar. M. Qurbanoğlunun dəyəri, dəyərlər anlayışı, özünün qırmızı xətləri var idi. Və o bunları öz müsahibələrində zaman-zaman dilə gətirməkdən çəkinmir, nəinki çəkinmir, özünü bunu etməyə borclu sayırdı.


Maddi imkanı hədsiz yüksək olan Mübariz Qurbanoğlunun adını biz digər imkanlılardan, milyonçu və milyarda sahib olanlardan fərqli olaraq mənasız əyləncələrdə, bahalı mülk alış-verişində, axmaq qalmaqallarda səsləndiyinin şahidi olmadıq. İnternet əlinizin altındadır. İnanmayan, kiçik bir axtarış verməklə yazdıqlarımızın həqiqət olduğuna şəhadət gətirə bilər.

Ölkəsində, xüsusən də doğulduğu bölgədə xeyli sayda gözəl işlər görmüşdü. Bunu davam da etdirirdi. Xatırlayırıq, Lənkəran şəhərində futbol stadionunun tikintisinə başlayanda ölkədəki bəzi mətbu orqanlarda, qəzetlərdə M. Qurbanoğlu haqda iyrənc yazılar getməyə başladı. Bəli, elə o günlərdən sözün hər iki mənasında dəyəri olmayanlarla dəyəri və dəyər anlayışları olan Mübariz Qurbanoğlunun davası, mübarizəsi başladı.


Azərbaycan hakimiyyətinin Mübariz Mənsimovun həbsinə susması, biganə qalması qaranlıq məqamlardan xəbər verir. Belə çıxır ki, bu işin arxasında sapı özümüzdən olan baltalar da var. Bu qənaətə, bu nəticəyə gəlməyimiz üçün ortada kifayət qədər səbəblər, əsaslar var. Hansı ki, onların əksəriyyətinə hamımız şahidik. Bir az əvvəl yuxarıda birindən bəhs etdik. Zaman-zaman hakimiyyətdə təmsil olunan yuxarı ranqlı məmurlara yaxınlığı ilə seçilən media orqanlarında Mübariz Qurbanoğlu haqda aparılan iyrənc kampaniyadan, dərc edilən çirkin yazılardan bəhs etdik. Bu azmış kimi Mübariz Qurbanoğlunun bu mövqeyə necə gəlib çatması barədə ən murdar hekayətlər, əhvalatlar uydurmaqdan belə çəkinmədilər.
Azərbaycan xalqına sevgisini diilinə gətirən Mübariz Qurbanoğlu haqda milli ayrı-seçkilik mövzusunda da yazılar yazılmağa başlanmışdı.
Biz həmişə xaricdə yaşayan ermənilərin öz ölkələrinə, Ermənistan xalqına necə yardım etməsindən danışmışıq öz aramızda. Düşmən də olsa, onların bu işini təqdir etmişik. Çünki, özlüyündə bu yaxşı işdir, gözəl ənənədir. Bu ənəyə sahib olduqları üçün düşmənlərimizə həsəd də aparmışıq bəzən. Həmişə də xiffətini çəkmişik ki, xaricdə bir neçə milyonçumuz, məşhurumuz olsa da, onların əksərində vətən təəssübkeşliyi olmayıb. Hətta, onların arasında xalqına yuxarıdan-aşağı baxanlar da olub.
Mübariz Qurbanoğlunun timsalında biz bunun əksini gördük. Xalqının təəssübünü çəkən Mübariz Qurbanoğlu dünyada skandala səbəb olacaq aşağıdakı sözləri işlətməkdən belə çəkinməmişdi:
Mən öz şirkətlərimdə üçüncü nəsil erməninin belə işlədiyini öyrənsəm, tərəddüd etmədən onu qovaram.

Nəzərə alaq ki, bu mövzularda hər iş adamı danışmır və bu cür ifadələr işlətməkdən qaçır. Məlum, bu sözləri deyəndən sonra beynəlxalq aləmdə onu elə linç edərlər ki, bir ömür unutmaz.


Mübariz Qurbanoğlu isə bundan çəkinmirdi və əlavə edirdi ki, ermənilərlə heç vaxt ticarət əlaqəsi qurmayacaq.

Görünən odur ki, bu, bizdə yüksək postlarda olan erməni sevdalılarının xoşuna gəlmirdi. Və Mübariz Qurbanoğlunun linç edilmə prosesi öz doğma ölkəsindən, Azərbaycandan başlayırdı.

Xaricdə tələbələrin təhsilinə köməklik edən, gələcəyə sərmayə yatıran bu adamı öz həmvətəninin, Hacı Zeynalabdin Tağıyevin taleyi gözləyirmiş deyəsən. Doğrudur, Tağıyev bolşeviklərin işğalından sonra, yəni yad, yabançı qüvvələrin əli ilə bu taleyi yaşamışdı. Amma Mübariz Qurbanoğlunun bu taleyi yaşamasında həm də "bizimkilərin", "sapı bizdən olan baltaların" əli var. Yoxsa, niyə sussunlar ki?
Və sözün digər mənasında: yoxsa niyə sussunlar ki?
Məgər Mübariz Qurbanoğlu, gəmiləri Azərbaycan bayrağı altında üzən Mübariz Qurbanoğlu bir idmançı qədər də Azərbaycanı təmsil etmirdi?
Hansı ki, qeyd etdiyimiz kimi elə neçə-neçə tələbəyə, idmançıya, incəsənət insanlarına bu adam həyan olub, kömək edib.

Bizdən fərqli olaraq qonşu Türkiyədə məhkəmələrin ədalətli olması haqda, sifarişli olmaması haqda az da olsa, ümid vardı. Görünür, bu ümid də aldadıcı imiş, həmişəki kimi. İlğım imiş.


Ancaq biz haqqın Haqqın öz köməyi ilə qalib gələcəyinə inanırıq.


Yüklə 14,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin