Allahyar xocali



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə14/56
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#2532
1   ...   10   11   12   13   14   15   16   17   ...   56
 

 

MƏNİM XİLASKARIM 

 

Sadıqov Arif Sarı  oğlu, 51 yaşında:—  Saat 8-də ailəmlə taksi sürücüsü Məmmədgilə  gəldim. Orda 

başqa adamlar da vardı. Saat 11-də Vəkil Ələkbərov, İslam Əliyev, Minəş Əliyeva kənd aşağı gəlirdilər. Minəş 

dedi ki, ermənilər kəndə doluşub. Qırdıqlarını  qırır, sağ qalanlarını isə qabaqlarına qatıb aparırlar. Onlarla 

birlikdə orta məktəbin zirzəmisinə gəldik. Orda heç kəs olmadığını görüb, çay aşağı gəlib, çayı keçdik. Silahlılar 

xəbər gətirdi ki, köhnə  Kətik kəndində ermənilərin postu var. İstiqaməti dəyişib dik yuxarı qalxdıq. Xocalı 

aeroportunun komendantı Əlif hacıyev xeyli adamla burda idi. O, bildirdi ki, koridor yaratmaq lazımdır. Camaat 

koridorla Naxçıvanik yoluna qədər gəldi. Birdən Əsgəran tərəfə sarı bir «UAZ» keçdi. Əlifin əmrilə koridor bir 

az da genişləndirildi. 200-300 metr getmişdik ki, hər iki tərəfdən bizi atəşə tutdular. Bu Naxçıvanik fermasının 

üst tərəfində idi. Burda İslam Əbdüləli oğlu Əliyev öldü. Çoxlu yaralananlar oldu. Mən beş yerimdən — hər iki 

budumdan, sinəmdən,  əlimdən yaralandım. Yoldaşım Rəfiqəyə dedim ki, qaç, ələ keçərsən. O, məni qoyub 

getmək istəmirdi. Qabaqda Taleh Abbasovun başından yaralandığını gördüm. İki yaşında oğlu da yanında idi. 

Məni görəndə: 

— Arif dayı, qurban olum, mənim balamı da özünlə apar, qoyma qalsın, — dedi. 

Salamat  əlimlə  uşağın kürəyindən yapışdım. Taleh o dəqiqə keçindi. Uşaqla yüz metr gəlmişdim ki

taqətdən düşüb yıxıldım. Yanımdan xeyli adam keçirdi. Kim olduğunu bilmirdim. Yalvardım ki, siz allah, bu 

Talehin uşağını da aparın. Özü öldü. Yalvarıb 

[29-30] 

mənə tapşırdı. Uşağı kim isə götürüb getdi. On-on beş 

metr dizin-dizin sürünüb yıxıldım. Daha bir metr də olsun sürünməyə taqətim qalmamışdı. Bir saata kimi bu 

vəziyyətdə qaldım. Birdən kimsə məni qaldırıb, qoluma girdi və ağlamağa başladı. Milli ordu formasında olan 

bu oğlanı tanımadım. O, mənim yeriyə bilmədiyimi görüb, məni dalına aldı. İki kilometrə qədər gətirib, Şelli 

fermasının yanında maşına qoydu və yenidən meşəyə qayıtdı. Sonradan öyrəndim ki, mənim xilaskarım Xocalı 

milis şöbəsinin əməkdaşı Yurin Məhəmməd oğlu Məmmədov imiş. 

Nə qədər ki, yaşayıram, Yurinin hesabına yaşayıram. 



Haşiyə: Yurin Məmmədov Fərrux döyüşündə başından ağır yaralanmışdı.  İndi o, Bakı  şəhərində 

Əhmədli qəsəbəsindəki xəstəxanada müalicə olunur. 

 

 



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə