Allergiya, yaranma səbəbləri. Dərman və qida allergiyası. Allergiya



Yüklə 120,1 Kb.
səhifə1/2
tarix25.12.2016
ölçüsü120,1 Kb.
#3096
  1   2

Allergiya, yaranma səbəbləri. Dərman və qida allergiyası.

Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır.

Alimlərin tədqiqatlarına əsasən planetimizin hər yeddi adamından biri allergiyaya düçardır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyata malikdir. Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quş lələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları,günəş şüası aiddir. Allergenlərin orqanizmə daxil olma yolları müxtəlifdir. Məsələn, onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçirlər.

Hazırki elmi biliklərə əsasən, sonradan allergik xəstəliyin inkişafına səbəb ola biləcək allergiyanın aşağıdakı əsas səbəbləri qeyd edlir:

- İrsi meyillilik. Elmi cəhətdən sübut edilmişdir ki, allergiyaya meyillilik, valideynlərdən onların uşaqlarına da verilə bilər. Əgər valideynlərin hər ikisində allergiya olarsa, onların övladlarında allergiyanın inkişaf etməsi ehtimalı 80%-ə çatır.

Tez-tez baş verən (xüsusən də uşaq yaşlarında) infeksion xəstəliklər gələcəkdə allergiyanın inkişaf etməsi üçün zəmin (şərait) yaradır.

Məişət şəraitinin həddindən artıq dərəcədə steril olması. Çox qəribə də olsa, insanların həddindən artıq dərəcədə steril mühitdə yaşaması, infeksion törədicilərlə nadir hallarda təmasda olması, immun reaksiyaların allergiyaya tərəf meyillənməsinə şərait yaradır. Məhz buna görə allergiyalar kənd yerlərində yaşayanlara nisbətən şəhərdə yaşayan sakinlər arasında daha tez-tez təsadüf olunur. Allergiyanın sosial səviyyəsi yüksək olan əhali arasında daha geniş şəkildə yayılması da məhz bununla izah olunur.

Ekoloji faktorlar. Müasir sivilizasiyanın “inkişafı” ona gətirib çıxarmışdır ki, insan doğulan gündən müxtəlif çoxsaylı kimyəvi maddələrlə təmasda olmağa başlayır. Belə ki, qəbul etdiyimiz qidaların tərkibində bioloji aktiv maddələr, antibiotiklər, hormonlar və s. kimyəvi maddələr vardır. İnsana həmçinin daim elektromaqnit şüaları da təsir edir. Belə təsir isə əlbətdə ki, izsiz keçib getmir. Allergik pozulmaların artması da bunu bir daha təsdiq edir.

Daxili orqanların xəstəlikləri. Bəzi hallarda, daxili orqanların (məsələn, mədə-bağırsaq traktı, qara ciyər, endokrin, sinir sistemləri və s.) fəliyyətində olan pozulmalar da allergiyanın inkişaf etməsinə təkan verir.

Sress – allergiyanın inkişaf etməsində əsas faktorlardan biridir. İstənilən stressdən sonra immun sisteminin fəaliyyəti "səhv" istiqamətdə gedə bilər. Və bunlar heç də boş sözlər deyil. Amerika psixoloqları sübut edirlər ki, əgər hamiləlik dövründə ana daim qorxu, həyəcan, emosional gərginlik vəziyyətində olarsa, bu halda 80% dəqiqliklə demək olar ki, gələcəkdə doğulacaq uşaq allergiyalı olacaq. Böyük yaşlarda isə allergiya bir çox hallarda xroniki stressə cavab olaraq yaranır.

Allergiyaların sayının artmasının səbəblərindən biri kimi


Yüklə 120,1 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin