Alqoritmlər nəzəriyyəsi kibernetika ilə sıx əlaqədar elm sahəsidir. Alqoritmlər nəzəriyyəsi


Alqoritmin təsvir edilməsi üsulları



Yüklə 29,12 Kb.
səhifə2/3
tarix04.04.2022
ölçüsü29,12 Kb.
#54683
1   2   3
Alqoritmlər nəzəriyyəsi,formal tərifi,xassələri,təsviretmə üsulları

Alqoritmin təsvir edilməsi üsulları


Alqoritmin verilməsi üçün onu xarakterizə edən, aşağıda göstərilən parametrlər müəyyən olunmalı və təsvir edilməlidir:

  • alqoritmin ilkin verilənləri, aralıq nəticələri və yekun nəticələri toplusunu təşkil edən obyektlər çoxluğu;

  • alqoritmin başlanması qaydası;

  • informasiyanın bilavasitə emalı qaydaları;

  • alqoritmin başa çatdırılma qaydaları;

  • nəticələrin çıxarılması qaydaları.

Alqoritm həmişə konkret icraçı üçün nəzərdə tutulmuş olur. Əgər icraçı kompüterdirsə, onda alqoritm hər hansı proqramlaşdırma dilində yazılır.

Məlumdur ki, funksiyanın verilməsi üçün aşağıdakı üsullardan istifadə olunur:



  • cədvəl üsulu;

  • qrafik üsul;

  • analitik üsul;

  • sözlərlə təsvir üsulu.

Funksiyaların qiymətlərinin hesablanması isə alqoritmlərin köməyi ilə həyata keçirilir. Funksiyaların verilməsi üsullarına analoji olaraq, alqoritmlərin verilməsinin (təsvir edilməsinin) aşağıdakı üsulları mövcuddur:

  • sözlərlə təsvir üsulu;

  • alqoritmin riyazi düsturların köməyi ilə təsviri;

  • alqoritmin blok-sxem şəklində qrafik təsviri;

  • alqoritmin psevdokodlar vasitəsilə təsviri;

  • alqoritmin sözlər, qrafik və digər üsullardan birgə istifadə etməklə kombinasiya edilmiş təsvir üsulu;

  • alqoritmin təsvir edilməsinin proqram forması.

Alqoritmin sözlərlə təsviri onun strukturunun təbii dildə təsvir edilməsindən ibarətdir. Məsələn, müxtəlif texniki vasitələrə istismar üzrə təlimat əlavə edilir. Məhz bu təlimat həmin avadanlığın istifadəsi qaydalarını göstərən alqoritmin sözlərlə təsvirindən ibarətdir.

Alqoritmin blok-sxemi – məsələnin həlli üsulunun əməliyyatların əks etdirilməsi üçün xüsusi simvollardan (həndəsi fiqurlardan) istifadə edilən qrafik təqdimat formasıdır. Blok-sxemə daxil edilən simvollar (həndəsi fiqurlar) alqoritmlərin tərtib edilməsi barədə beynəlxalq standartlar ilə müəyyən edilir və bütün ölkələrdə birmənalı başa düşülür.

----------Bunu yazannan sora Diana düzbucaqlı falan vare sxemlər yəni ,məncə onları yerləşdirərsən:

Psevdokod – alqoritmin strukturunun təbii, lakin qismən formallaşdırılmış dildə təsviridir. Psevdokodda müəyyən formal konstruksiyalardan və ümumi qəbul edilmiş riyazi simvolikadan istifadə olunur. Psevdokodun yazılması üçün ciddi sintasik qaydalar nəzərdə tutulmamışdır.

Alqoritmin əsas xassələri

Qeyd edildiyi kimi hər bir alqoritm giriş, aralıq və çıxış verilənləri ilə işləyir. Verilənlər bir obyekt kimi alqoritmlərin işləyə bilməsi üçün dəqiq müəyyən edilməli və bir-birindən, eləcə də digər informasiyadan fərqlənməlidir.

Aydındır ki, verilənlərin yerləşdirilməsi (yerləşməsi) üçün yaddaş tələb edilir. Yaddaş, adətən, birçinsli və diskret hesab edilir. Verilənlərin və yaddaşın həcminin ölçülməsi vahidləri razılaşdırılmış olur. Bu zaman yaddaş sonsuz ola bilər.



Əgər alqoritmin yerinə yetirilməsi nəticələrin alınması ilə başa çatırsa, onda deyirlər ki, bu alqoritm baxılan ilkin verilən­lər toplusuna tətbiq edilə biləndir. İstənilən tətbiq edilə bilən alqoritm onun tərifini açan aşağıdakı əsas xassələrə malikdir.

  1. Diskretlilik (kəsilənlik). Bu xassəyə görə alqoritm məsələnin həlli prosesini sadə (və ya əvvəlcədən müəyyən edilmiş) addımların ardıcıl yerinə yetirilməsi kimi təqdim etməlidir. Bu zaman alqoritmin hər bir addımınin yerinə yetirilməsi üçün müəyyən sonlu zaman intervalı tələb olunur, yəni ilkin verilənlərin nəticəyə çevrilməsi prosesi zamana görə diskret (kəsilən) şəkildə həyata keçirilir.

  2. Müəyyənlilik (və ya determiniklilik). Bu xassənin mahiy­yəti ondan ibarətdir ki, alqoritmin hər bir qaydası dəqiq və birqiymətli olmalıdır. Hər bir addımdan sonra növbəti hansı addımın yerinə yetiriləcəyi dəqiq göstərilməli və ya dayanmaq əmri verilməlidir. Məhz bu xassənin sayəsində alqoritmin yerinə yetirilməsi mexaniki xarakter daşıyır və həll edilən məsələ haqqında heç bir əlavə göstəriş və ya məlumat tələb etmir.


  3. Yüklə 29,12 Kb.

    Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə