Alqoritmlər nəzəriyyəsi kibernetika ilə sıx əlaqədar elm sahəsidir. Alqoritmlər nəzəriyyəsi



Yüklə 29,12 Kb.
səhifə3/3
tarix04.04.2022
ölçüsü29,12 Kb.
#54683
1   2   3
Alqoritmlər nəzəriyyəsi,formal tərifi,xassələri,təsviretmə üsulları

Kütləvilik. Bu xassəyə görə məsələnin həlli alqoritmi ümumi şəkildə işlənib hazırlanmalı və yalnız ilkin verilənləri ilə fərqlənən müəyyən sinif məsələlər üçün tətbiq edilə bilən olmalıdır.

  • Nəticəlilik. Bu xassə göstərir ki, alqoritm ilkin verilənlərin əsasında sonlu sayda addımlardan sonra işini başa çatdırmalı və məsələnin həllinə gətirib çıxarmalıdır. Başqa sözlə, məsələnin həlli üçün zəruri olan ilkin verilənlər mövcud olmalı və axtarılan nəticəni verməlidir.

  • Sonluluq. Alqoritmin hər bir hərəkəti (addımı), eləcə də bütövlükdə alqoritm mütləq sonlu sayda addımlardan sonra başa çatmalıdır. Alqoritmin elementar əməllərinin ardıcıllığı sonsuz və qeyri-məhdud ola bilməz, lakin çox böyük ola bilər (məsələn, yüksək dəqiqlik tələb olunduqda).

  • Korrektlilik. Əgər alqoritm müəyyən məsələnin həlli üçün nəzərdə tutulmuşdursa, onda bütün ilkin verilənlər üçün o, düzgün nəticə verməli və heç bir ilkin verilən üçün səhv nəticə alınmamalıdır. Əgər alınmış nəticələrdən heç olmasa biri əvvəllər təsbit və təsdiq edilmiş faktlara zidd olarsa, onda onu korrekt alqoritm kimi qəbul etmək olmaz.

  • Anlaşıqlılıq. Alqoritmin icraçısı onun necə yerinə yetiril­məsini başa düşməlidir. Başqa sözlə, alqoritm və ilkin verilən­lərin ixtiyari variantı mövcud olduqda, icraçı həmin alqoritmin yerinə yetirilməsi üçün nə etmək lazım olduğunu bilməlidir.

    Yüklə 29,12 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
    rəhbərliyinə müraciət

        Ana səhifə