Amea şƏk reg onal elm məRKƏZ



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix10.06.2017
ölçüsü3,57 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11
dırmağı  nəzərdə  tutublarmış,  ancaq  onların  gözlənilməz 
müqaviməti  müstəntiqlərin  işini  pozub,  bu  iki  azmanın 
iradəsini sındırmaq üçün əlavə vaxt qazanmaq istəyiblər. 
Aşağıdakı sənəd yalnız bunun üçün tərtib edilib. 
“Təsdiq edirəm” 
Az. XDİK DTİ-nin 4-cü şöbəsi rəisini 
müvəqqəti əvəz edən  
Dövlət Təhlükəsizliyi kapitanı 
(Sinman) 
“16” aprel 1937-ci il   
 
QƏRAR 
Bakı şəhəri, 1937-ci il 15 aprel. Mən, Az.XDİK DTİ-nin 4-
cü  şöbəsi  2-ci  bölməsinin  əməliyyat  müvəkkili,  DT  kiçik 
leytenantı  Sonkin  S.  bu  gün  müttəhimlər  Qədimov  Əliabbas, 
Qiyasbəyova  Mədinə  xanım  və  başqalarına  aid  12288  saylı 
istintaq işini gözdən keçirərək 

 
148 
AŞKAR ETDİM 
ki,  bu  işlə  bağlı  yeni  gizli  “Müsavat”  Mərkəzi  Komitəsinin  və 
onların yaratdığı əksinqilabi qrupların üzvləri məsuluyyətə cəlb 
olunub və onlarla bağlı istintaq yekunlaşıb.  
Müttəhimlər  Qədimov  Əliabbas  və  Qiyasbəyova  Mədinə 
xanımla  bağlı  istintaqın  gedişi  prosesində  onların  Az.  SSR-in 
rayonlarındakı  əksinqilabi  üsyançı  ünsürlərlə  əksinqilabi 
əlaqələrini  göstərən  yeni  şərait  yarandığına  və  bu  da  yeni 
təhqiqat tələb etdiyinə görə 
QƏRARA ALDIM 
Müttəhimlər  Qədimov  Əliabbas  və  Qiyasbəyova  Mədinə 
xanıma  aid  istintaq  materiallarını  12288  saylı  istintaq-həbs 
işinin  materiallarından  ayıraraq  müstəqil  icraata  götürməli  və 
bu  haqda  DTİ  8-ci  şöbəsini  və  XDİK  işlərinə  nəzarət  edən 
prokuroru xəbərdar etməli. 
2-ci şöbənin əməliyyat müvəkkili, DT kiçik leytenantı                   
(Sonkin S.) 
2-ci şöbənin rəisi, DT baş leytenantı                                             
(Atakişiyev). 
Bəli,  Əliabbas  həkim  bundan  sonra  da  düz  4  ay 
“NKVD”  ilə, onun  bir dəstə qaniçən müstəntiqi  ilə kəllə-
kəlləyə  gəldi,  dirəndi,  heç  kəsi  satmadı,  ağzından  bir 
kəlmə artıq söz qaçırmadı, onların istədiklərini gözlərində 
qoydu!  Ancaq  elə  bir  hədd  var  ki,  oradan  o  üzə  insan 
cismi  və  ruhu  tab  gətirə  bilmir,  insanın  iradəsi  sınır. 
Vampir müstəntiqlər sürüsü Əliabbas Qədimovu yalnız 
7  aydan  sonra  sındıra  bildi  –  4  gün-4  gecə  (hələ  rəsmi 

 
149 
protokola  görə!)  ac-susuz,  yuxusuz  saxlamaqla,  normal 
insan  ağlına  sığmayacaq  cəza  üsulları  və  alətləriylə 
işgəncələr  verməklə,  konveyer  üsulu  ilə  (müstəntiqlər 
hər  3-4  saatdan  bir  dəyişir,  dindirmə  fasiləsiz  aparılır) 
dindirməklə!  
Sevimli oxucumuz! Bundan sonra oxuyacaqlarına görə 
1937  müttəhimini  sən  də  ittiham  etsən  həmin 
müstəntiqlərdən  sənin  heç  bir  fərqin  olmayacaq!  Sən 
müstəntiqlərin uydurduğu ssenari əsasında qurulmuş bu 
protokolda    yazılanların  gerçəkliyiniə  inansan  bir  zaman 
vicdanın da səni ittiham edər... 
7-8-9 AVQUST DİNDİRMƏSİ 
“Sual: Bundan öncəki bütün ifadələrinizdə Siz 1930-cu 
ildə  Şəki-Zaqatala  bölgəsində  sovet  hakimiyyətinə  qarşı 
silahlı  üsyanın  hazırlanması  və  təşkilində  fəal  rolunuzu 
inadla  inkar  etmisiniz,  halbuki  istintaq  bunu  müəyyən-
ləşdirib  və  Sizə  bir  sıra  ifşaedici  materiallar  təqdim 
edilib. Siz istintaqa doğru ifadə verməyəcəksinizmi? 
Cavab:    Boynuma  alıram  ki,  indiyədək  istintaqa  yanlış 
ifadələr  vermişəm.  İstintaqa  hər  şeyi  olduğu  kimi  danışmaq 
qərarına gəlmişəm. Boynuma almağa məcburam ki, 1937-ci ildə 
həbs edildiyim anadək mən əksinqilabi millətçi mövqedə dayan-
mışam
62
.
 
                                                 
62
 Bu  cümlələrin  altı  qalın  karandaşla  cızılıb.  Cızanın  “NKVD” 
rəhbərliyi  olduğu  bəllidir.  Onlar  məhbusdan  “1937-ci  ildə  həbs 
edildiyim anadək mən əksinqilabi millətçi mövqedə dayanmışam”
 cümləsini 

 
150 
Sual:  1930-cu  ildə  sovet  hakimiyyəti  əleyhinə  silahlı 
üsyanın  təşkilində  iştirakınızın  incəliklərini  istintaqa 
danışın. 
Cavab:  Əksinqilabi  cinayətlərimə  görə  1927-ci  ildə  3 
illiyə  azadlıqdan  məhrum  edildim.  Cəzamı  Şəkidə  çəkirdim. 
Daimi yaşayış üçün Özbəkistana köçmək məqsədiylə 3-4 aydan 
sonra Bakıya  getdim. 1930-cu ilin aprel ayında Bakıda olarkən 
buraya gəlmiş bir neçə şəkilidən Şabalıdlı Şeyxin və Türkiyədən 
göndərilmiş  dörd  nəfərin  Şəkidə 
sovet  hökuməti  əleyhinə 
silahlı  üsyan  təşkil  etdiyini  eşitdim.  Həmin  şəkililərin 
bildirdiyinə  görə,  Türklər  bu  4  nəfər  vasitəsiylə 
sovet  höku-
məti  əleyhinə  silahlı  üsyan  üçün  silah  və  pul  boyun 
olmuşdular.  Bu  vaxt  mən  Bakıda 
şəkili  Məhəmməd  bəy 
Hüseynbəyovla  (indi  rəhmətə  gedib)  görüşdüm.  O,  Şimali 
Qafqazdan  gələrək  Şəkidəyə  getməyə  tələsirdi.  Hüseynbəyov 
mənə bildirdi ki, mənim məlumatıma görə, Türklər 
əksinqilabi 
Müsavat təşkilatı və Azərbaycanın başqa siyasi partiyalarıyla 
birlikdə 
(söhbət  gizli  əksinqilabi  təşkilatlardan  gedirdi) 
sovet  hökuməti  əleyhinə  onu  devirmək  məqsədiylə 
Az.SSR-in müxtəlif bölgələrində 
silahlı üsyanlar təşkil edirlər. 
Hüseynbəyov  həmin  söhbətdə  bir  keçmiş  müsavatçı  kimi 
məndən  xahiş  etdi  ki, 
əksinqilabi  Müsavat  təşkilatının 
rəhbərliyindəki  şəxslərdən  biri  vasitəsiylə  bu  xəbərin  gerçək 
olub-olmadığını yoxlayım və ona xəbər verim”. 
DİQQƏT!  Hörmətli  oxucu,  lütfən  Əliabbas  həkimin 
adından  protokola  yazılmış  bu  cümləni  onun  yuxarıda 
                                                                                                   
qoparmaq  üçün  7  ay  bütün  güclərini  sərf  etmişdilər.  Ancaq  “məcbu-
ram”
 ifadəsi bu sözlərin ondan zorla qoparıldığının göstəricisidir. 

 
151 
verdiyimiz 
tarixsiz 
izahatının 
mətniylə 
tutuşdur. 
Müqayisə  etməyini  asanlaşdırmaq  üçün  izahatın  həmin 
hissəsini aşağıda veririk:  
“Antisovet  ifadələrimə  görə  1927-ci  ildə  mən  həbs  edilərək 
yaşadığım  yerdə  3  il  iş  aldım.  Şəkidə  cəzamı  çəkərkən  Özbə-
kistana göndərilmək üçün 3-4 aydan sonra Bakıya sürgün edil-
dim. Üsyan yatırıldıqdan sonra Bakıya gəlmiş şəkililərdən Şaba-
lıdlı  Şeyxin  və  Türkiyədən  göndərilmiş  4  nəfərin  qaldırdığı 
üsyan  haqqında  Bakıda  eşitdim.  Şəkililərin  dediyinə  görə, 
Türklər bu 4 nəfər vasitəsiylə silah və pul boyun olmuşdular. 
Mən  Bakıda  mərhum  Məhəmməd  bəy  Hüseynbəyovla 
görüşdüm. O, deyəsən, Şimali Qafqazdan gələrək Şəkidəki xəstə 
qardaşının  yanına  tələsirdi.  O,  mənə  bildirdi  ki,  mənim  məlu-
matıma  görə,  Türklər  Azərbaycanın  əksinqilabçı  partiyalarıyla 
əlbir olaraq ASSR-in müxtəlif bölgələrində üsyan qaldıracaqlar. 
O,  bir  keçmiş  müsavatçı  kimi  məndən  xahiş  etdi  ki,  Müsavat 
təşkilatının rəhbərliyindəki şəxslərdən biri vasitəsiylə bu xəbərin 
gerçək olub-olmadığını yoxlayım”. 
   
Nə gördünüz? Ən ötəri tutuşdurmadan aydın olur ki, 
indiki  “ifadə”  eynən  həmin  izahatın  genişləndirilmiş 
variantıdır,  ancaq  bu  genişlənmə  yalnız  “əksinqilabi”, 
“sovet  hökuməti  əleyhinə”,  “silahlı  üsyan  təşkil  etmə”,  “sovet 
hakimiyyətini  devirmək” 
və  güllələmə  hökmünə  aparan 
başqa ifadələr (onları yuxarıda qara boya ilə seçdirmişik) 
və 
müttəhimin 
əleyhinə 
olan 
“dəqiqləşdirmələr” 
hesabınadır.  Bu  ifadələrin  heç  biri  Ə.Qədimovun  ağzın-
dan  çıxmayıb,  çünki  o,  bir  neçə  ay  öncə  dediklərini  indi 
bu  cür  incəliklə  qətiyyən  təkrar  edə  bilməzdi!  Deməli, 

 
152 
müstəntiq həmin yazılı izahatı qabağına qoyaraq ondan 
bu  istintaq  protokolunu  hazırlayıb  və  Ə.Qədimova 
zorla imzalatdırıb! Bunun gerçəkliyini sübut etmək üçün 
kriminalist  olmaq  gərək  deyil  –  ən  ortabab  oxucu  ən  adi 
müşahidə əsasında bunu aydınlaşdıra bilər. (Bu da nəzərə 
alınmalıdır  ki,  Ə.Qədimovun  həmin  izahatının  özü  də 
müstəntiqin təzyiqi və diktəsi altında yazmışdı!). 
Bu  faktı  ona  görə  gətirdik  ki,  Ə.Qədimovun  adına 
yazılmış bundan sonrakı bütün ifadələri də oxucumuz öz 
ağlının  süzgəcindən  keçirərək  təhlil  etsin.  Sonrakı 
tutuşdurmaları artıq onun öz ixtiyarına buraxırıq. 
Beləliklə,  Ə.Qədimova  qol  çəkdirilmiş  sonuncu  və 
başdan-ayağa  saxta  protokolda  müttəhimin  adına  yazıl-
mış ifadənin ardını oxuyaq: 
“O zaman sovet hakimiyyəti əleyhinə işləyən müsavatçıları 
tanımırdım,  ancaq 
Hüseynbəyov’un  tapşırığına  əsasən 
Qiyasbəyova Mədinə xanımın yanına getməyi qərara aldım. O, 
həyat  yoldaşımın  bitirdiyi  qadın  seminariyasının  direktoru  idi. 
“DPZ”-də 1927, 1928 və 1929-cu illərdə dustaq olarkən oradakı 
müsavatçılardan,  o  cümlədən 
Kərbəlayı  Vəli  Mikayılov’dan 
dəfələrlə Mədinə xanımın Müsavatın mərkəzi simalarından biri 
olduğunu  eşitmişdim.  Onun  yanına  1930-cu  ilin  təxminən 
aprelin  20-ci  günlərində  getdim,  evində  oldum,  məni  hörmətlə 
qarşıladı  və  çaya  qonaq  etdi.  Söhbət  zamanı  soruşdi  ki,  Şəkidə 
necə  yaşayırlar?  Ona  dedim  ki,  mənim  bildiyimə  görə,  Şəkidə 
üsyan  gedir  və  ondanüsyanın  hazırlanması  və  təşkilində 
Müsavat  partiyasının  rolunu  soruşdum.  Mədinə  xanım  mənfi 

 
153 
cavab  verdi  ki,  Müsavat  təşkilatının  üsyanla  guya  heç  bir 
əlaqəsi yoxdur. Hiss etdim ki, o, mənə inanır. 
  
Bir  gün  sonra  yenə  onun  yanına  gedib  yenidən  Müsavat 
təşkilatının Şəki-Zaqatala üsyanı ilə əlaqəsi haqqında soruşdum 
və  üsyançıları  yardım  göstərməyi  xahiş  edərək  “doğrudanmı 
məhv olan xalqa kömək etmək istəmirsiniz?”- deyə əlavə etdim. 
O, qəti şəkildə “yox” dedi.  
Ondan  xaricdəki  müsavatçılarla  (xaricdəki  Müsavat 
təşkilatı  ilə)  əlaqəsinin  olub-olmadığını  soruşduğum  zaman 
müsbət  cavab  verərək  Çəyirtkə  təşkilatının  bir  işçisi  vasitəsilə 
Persiya  –  İran  ilə  əlaqə  saxladığını  bildirdi.  Mədinə  xanım 
xahişimlə  məni  həmin  şəxslə  calaşdırmağa  söz  verdi,  ancaq  bu 
vaxt  o,  Bakıda  olmadı.  Mədinə  xanım  Çəyirtkə  təşkilatının 
işçisinin adının 
Ağayev “Məşədi” olduğunu dedi. 
Şəkiyə  Türkiyədən  gəlmiş  4  şəxsin  rolunu  aydınlaşdırmaq 
üçün mən  Mədinə xanımdan Türkiyə ilə əlaqələrini soruşdum. 
Əlaqələrin olduğunu bildirəndən sonra Mədinə xanım soruşdu 
ki, mənim Türkiyə ilə əlaqələrim sənin nəyinə  gərəkdir? Cavab 
verdim  ki,  “özümün  oraya  getməyim  pis  olmazdı”,  ancaq 
Türkiyədən gəlmiş  4 nəfər haqqında mən ona heç nə demədim. 
Mənimlə  Mədinə  xanım  arasında  olan  bütün  söhbəti  Məhəm-
məd bəy Hüseynbəyova danışdım. 
Təxminən 2, yaxud 3 il sonra (yaxşı xatırlamıram) Qubada 
bir  qoca  kişi  yanıma  gəldi.  O,  Mədinə  xanımın  yanıma 
göndərdiyi,  İran  müsavatçılarıyla  əlaqə  yaradan  həmin 
Ağa-
yev’di.  Ondan  xaricdəki  “xəbərləri”  soruşdum,  o  isə  cavab 
verdi  ki,  İrandan  çıxarkən  müsavatçı  adamımı  gözləməyə 

 
154 
vaxtım olmayıb və gələn dəfəki gedişimdə məlumatlar gətirməyə 
çalışacağam.  
Sual:  Sovet  hökuməti  əleyhinə  üsyan  hazırlanması 
haqqında Sizə bilgi verən şəkililərin adlarını söyləyin. 
Cavab:  Şəki  üsyanı  haqqında  mənə  məlumat  verən  bu 
şəkililəri xatırlayıram: 
1)  Məhəmməd  bəy  Hüseynbəyov  –  haqqında  yuxarıda 
danışdım; 
2)  Seyid  Vəliyev  –  şəkilidir;  indi  Şəkidə,  ya  da  Balakəndə 
olmalıdır;  keçmiş  ticarətçidir;  1935  və  1935-ci  illərdə
63
 
Azərticarətdə satıcı işləyib; 
3) Molla Əhməd – ona “Dodulu” deyirlər, Şəki rayonunun 
Dodu  kəndindəndir;  keçmiş  ticarətçidir;  1930-cu  ildə  Şəkidə 
üsyan  olmazdan  qabaq  Bakıdaydı  və  ticarətlə  məşğuldu,  indi, 
deyəsən, Orta Asiyanın hansısa respiblikasındadır, ola bilsin ki, 
bəlkə  də  Şəkidədir  –  dəqiq  bilmirəm.  Qalanlarını  yadıma  sala 
bilmirəm.  Onlardan  mənə  ən  etibarlısı  və  qiymətlisi  Hüseyn-
bəyov idi. 
Sual:  Yuxarıda  adlarını  çəkdiyiniz  adamlar  Şəki-
Zaqatala bölgəsində sovet hakimiyyətinə qarşı silahlı üs-
yan  hazırlanması  haqqında  Sizə  harada  məlumat 
vermişdilər? 
Cavab:  Onlar  mənə  üsyana  hazırlıqdan  yox,  üsyan 
yatırıldıqdan sonra danışmışdılar. 
Sual:  Onda  üsyan  yatırılandan  sonra  üsyançılara, 
özünüzün  dediyi  kimi,  “ölməkdə  olan  xalqa”  yardım 
                                                 
63
 Mətnin özündə müstəntiq tarixi belə yanlış yazıb. 

 
155 
göstərmək xahişiylə  Mədinə xanıma müraciət etməyin nə 
mənası vardı? 
Cavab:  Mən  Mədinə  xanıma  müraciət  edəndə  Şəki 
rayonunda  üsyan  hələ  tam  yatırılmamışdı  və  Mədinə  xanıma 
Müsavatın  mərkəzi  şəxslərindən  biri  kimi  müraciət  etməkdə 
məqsədim  Müsavat təşkilatının bu üsyandakı rolunu aydınlaş-
dıqmaq idi. 
Sual: Deməli, Siz bu üsyanın başçılarından biriydiniz? 
Cavab: Yox, mən üsyanın rəhbəri olmamışam.  
Sual: Siz  protokolun  başlanğıcında  bildirmişdiniz  ki, 
istintaqa  doğru  ifadələr  verəcəyəm,  ancaq  yenə  də  istin-
taqı  aldatmağa  çalışmaqda  davam  edirsiniz.  Üsyanın 
başçısı  “deyildinizsə”  onda  niyə  Mədinə  xanımdan 
üsyançılara  –  “ölməkdə  olan  xalqa”  yardım  göstəril-
məsini xahiş edirdiniz? 
Cavab:  Boynuma  alıram  ki,  Mədinə  xanıma  Müsavatın 
mərkəzi  şəxslərindən  biri  kimi  müraciət  etməkdə  məqsədim 
sovet  hakimiyyətinə  qarşı  mübarizənin,  yəni  sovet  hakimiy-
yətinə  qarşı  silahlı  üsyanın  güclənməsi  üçün  Müsavat 
təşkilatından  yardım  almaq  olub.  Mən  Şəki-Zaqatala  üsyanına 
görə mənəvi-siyasi məsuliyyət daşıyıram. 
Sual:  Siz  düzgün  və  səmimi  ifadə  verməkdən  yayınır-
sınız.  İstintaq  dəqiq  müəyyənləşdirib  ki,  Siz  elə  sovet 
hakimiyyətinə  qarşı  silahlı  üsyana  hazırlıq  anında 
silahlı  üsyanın  başçısı  Nəbibəyovdan  aldığınız  [tap-
şırığa]  əsasən  Bakıdakı  gizli  Müsavat  təşkilatı 
vasitəsiylə  xaricdəki  Müsavat  təşkilatlarıyla  əlaqələr 

 
156 
yaratmaq  məqsədiylə  Şəkidən  Bakıya  gəlmisiniz.  Doğru-
sunu deyin. 
Cavab:  Mən  yalnız  həqiqəti  danışmağı  qərara  aldım; 
sovet  hakimiyyətinə  bütünlüklə  təslim  oluram.  Boynuma 
alıram ki, 1930-cu ildə Şəki-Zaqatala bölgəsində sovet hakimiy-
yətinə  qarşı  silahlı  üsyan  hazırlanan  vaxt  mən Şəkidən  Bakıya 
üsyançı  təşkilatın  başçısı 
Bəhram  Nəbibəyov’un  xüsusi 
tapşırığına  əsasən  gəlmişdim.  Sovet  hakimiyyətinə  qarşı  silahlı 
üsyana  hazırlıqda  mənim  iştirakım  bu  cürdür:  Cəzamı  çəkdik-
dən  sonra  Şəkidəydim.  1930-cu  ildə  Şamxor  hadisələrindən 
sonra yanıma 
Vəliyev Seyid adlı bir Şəki şəhər sakini gəldi. O, 
mənə yaxşı münasibət bəsləyirdi və məni keçmiş fəal müsavatçı 
kimi tanıyırdı. Panislamçı əhval-ruhiyyəli Vəliyev mənə bildirdi 
ki, Şamxor hadisələrindən sonra şəkililər çox qəzəblidir, 
Manaf 
yüzbaşı  (sovet  hakimiyyəti  orqanları  güllələyib)  bazarda  açıq 
şəkildə camaatı sovet hakimiyyətinə qarşı mübarizəyə çağırıb və 
Türkiyədən  2  Türkün  gələrək  Şəkinin  Yuxarı  baş  hissəsinə 
düşdüyünü xəbər verib. Vəliyev Seyid onu da onu da bildirdi ki, 
Türkiyə  Azərbaycanda  sovet  hakimiyyətini  devirmək  üçün 
Azərbaycanın  əksinqilabçı  təşkilatlarıyla  birgə  silahlı  üsyan 
təşkil edir və sovet hakimiyyətinə qarşı üsyan edənlərə silah və 
para  ilə  yardım  göstərməyə  söz  verib.  Vəliyev  Seyidin 
dediklərindən mənə o da bəlli oldu ki, sovet hakimiyyətinə qarşı 
silahlı  üsyan  hazırlamaq  məsləsiylə  bağlı  Türkiyədən  gəlmiş 
həmin  2  şəxs  Yuxarıbaşlı  bir  neçə  adamla,  o  sıradan 
Nur-

 
157 
məhəmməd  əfəndi’ylə
64
 (o,  sürgün  edilib)  görüşərək  söhbət 
edib. Vəliyevin dediyi başqa adamların adı yadımda qalmayıb.  
Vəliyevin bu xəbərinə mən inamsızlıqla yanaşdım, bildirdim 
ki,  Şamxor  hadisələri  və  Manaf  yüzbaşının  açıq  çağırışları 
bütün  bunların  fitnəkarlıq  (provokasiya)  olduğunu  güman 
etməyimə  əsas  verir.  Vəliyev  Seyidin  dediklərinin  həqiqətə  nə 
qədər  uyğun  olduğunu  öyrənmək  məqsədiylə  əksinqilabçı 
millətçi kimi tanıdığım Nəbibəyov Bəhram bəyə müraciət etdim. 
Nəbibəyovdan  soruşdum  ki,  sovet  hakimiyyətinə  qarşı  silahlı 
üsyan hazırlamaq üçün doğrudanmı Türkiyədən adamlar gəlib, 
o da müsbət cavab verdi. Mən incidiyimi Nəbibəyova bildirərək 
ondan  soruşdum  ki,  bəs  niyə  bu  haqda  məni  xəbərdar  etmə-
                                                 
64
 Nurməhəmməd  əfəndi  İmamzadə  1869-cu  ildə  Şəkinin  Qışlaq 
məhəlləsində  doğulub.  Böyük  alim,  din  xadimi  Əbdülqəni  Nuxəvi 
Xalisəqarızadə
’nin nəvəsidir. Erkən yaşlarından özünü ruhani həyatına 
hazırlamışdı.  Yeniyetmə  ikən  ilahiyyatın  sirlərinə  bələd  olmaq  üçün 
Türkiyəyə gedib, Bursa və Konya şəhərlərində mükəmməl təhsil alıb. 
Oxumaqda  seçildiyinə  görə  Misrə  göndərilib,  burada  əl-Əzhər 
Universitetində təhsilini davam etdirib. 
Şəkiyə  qayıtdıqdan  sonra  Nurməhəmməd  əfəndinin  həyatında 
yeni bir mərhələ başlanıb. O, Cümə məscidinin imamı seçilib, burada 
əmisi  oğlu  Əhmədnəbi əfəndi’ylə  birlikdə  dini  fəaliyyət  göstərib.  Eyni 
zamanda  elmi  yaradıcılıqla  məşğul  olub,  mədrəsədə  dərs  deyib. 
Onun  qələmindən  ərəb,  fars  dillərinə,  fəlsəfəyə,  şəriətə  dair  çoxsaylı 
əsərlər çıxıb.  
Nurməhəmməd  əfəndinin  “Əfqanıstan  tarixi”ni  farscadan 
Azərbaycan türkcəsinə çevirməsi elmi fəaliyyətinin, maraq dairəsinin 
genişliyindən  xəbər  verir.  Belə  işıqlı  zəka  sahibi  bolşevik  rejiminin 
təqibləri  şəraitində  psixoloji  sıxıntılar  içərisində  yaşayaraq  1930-cu 
ildə Allahın dərgahına qovuşub (18, 82-83). 

 
158 
misən?O,  mənə  cavab  verdi:  “Sən  həbs  olunmuşdun,  ona  görə 
də müəyyən müddət Sizdən gizli saxlamaq istəyirdik”
65
.  
 
Sual:  Bu,  doğru  deyil.  Nəbibəyov  Sizə  cavab  verib  ki, 
mən üsyançı təşkilatı səndən yalnız ona görə gizlətmişəm 
ki,  sən  də  müsavatçılarla  olan  əlaqələrin  haqqında  mənə 
heç nə danışmamısan. Doğrusunu deyin. 
Cavab:  Bəli,  tamamilə  doğrudur.  Nəbibəyov  mənə  dedi  ki, 
sən də müsavatçılarla əlaqəni məndən gizlətmisən”.   
      ŞƏMKİR VƏ ŞƏKİ ÜSYANLARI  HAQQINDA           
BİR NEÇƏ SÖZ 
İstintaqın gedişini burayadək izləmiş oxucunu 1930-cu 
ildə  ümumən  Azərbaycanda,  o  sıradan  Şəmkirdə  və 
Şəkidə  üsyanların  baş  verməsi  səbəbi  maraqlandıracaq. 
Bütün  Azərbaycanı  bürümüş  həmin  üsyanların  başlıca 
səbəbləri aşağıdakılardır.  
1925-ci  ildə  Azərbaycan  kəndində  təsərrüfatların  54 
faizini  ortabablar,  3  faizini  qolçomaqlar,  qalan  hissəsini 
yoxsullar təşkil edirdi. Kənd təsərrüfatı vergisinin 50 faizi 
həmin  bu  3  faiz  qolçomaq  təsərrüfatlarının  üzərinə 
qoyulmuşdu. Orta illik gəliri 900 manat olan təsərrüfatlar 
1927-ci ildə 245 manat 38 qəpik vergi verirdisə 1928-ci ildə 
verginin  həcmi  332  manat  64  qəpiyə  qaldırıldı.  1931-ci 
ildə  isə  yeni  vergi  qanununa  görə,  varlı  təsərrüfatlar 
gəlirlərinin 70 faizini vergi kimi verməli idi (13, 103). 
                                                 
65
 Cümlə mətndə də belə yanlış qurulub. 

 
159 
1930-cü  ilin  fevralında  Azərbaycan  K(b)P  MK  fərdi 
təsərrüfatlarda olan bütün mal-qaranın, habelə arıçılıq və 
ipəkçiliyin  ictimailəşdirilməsi  haqqında  qərar  qəbul 
etmişdi.  Bu  qərarın  həyata  keçirilməsi  nəticəsində  qısa 
müddətdə  75  min  iş  heyvanı,  100  min  baş  qaramal,  250 
min  baş  qoyun  və  keçi  ictimailəşdirildi.  Fərdi  təsərrüfat-
lara məxsus torpaqlar da kütləvi şəkildə müsadirə edilirdi 
(13,  110).  Yuxarıda  qeyd  olunan  qərarda  qolçomaqların 
icazəsiz,  özbaşına  köçməsi,  əmlaklarını  satması  qadağan 
edildi.  Belə  əmələ  yol verənlərin  əmlakı  dərhal  müsadirə 
edilirdi.  Bu, əslində təhkimçilik hüququnun  yeni  forması 
idi.  Qolçomaqlar  və  ortabab  kəndlilərin  böyük  hissəsi 
Sibirə  və  Orta  Asiyaya  sürgün  edildi.  (Geri  qayıdanları 
çıxmaq  şərtiylə  indinin  özündə  belə  Qazaxıstanda  oraya 
sürgün  edilmiş  100  mindən  artıq  azərbaycanlı  yaşayır) 
(13, 115).   
Kommunist  (bolşeviklər)  partiyasının  5  yanvar  1930-
cu  ildə  qəbul  etdiyi  qərarda  göstərilirdi  ki,  1932-ci  ilin 
yayına  kimi  kütləvi  kollektivləşmə  həyata  keçirilməli  və 
qolçomaqlar bir sinif kimi ləğv edilməlidir.  
Qeyd  edildiyi  kimi,  kolxoz  sistemi  təhkimçiliyin  yeni 
forması  idi.  Kəndli  heç  də  torpağın  sahibi  deyil,  muzdlu 
fəhlə  idi.  Kolxozda  çalışan  kəndliyə  hətta  uzun  müddət 
pasport  belə  verilməmişdi.  Buna  təhkimçilikdən  özgə  ad 
vermək olmazdı (17,  42-43).  
Kütləvi kollektivləşdirmə siyasəti əslində taxıl istehsalı 
və satışı üzərində sovet hökumətinin inhisarçı mövqeyinə 
xidmət edirdi. Daha dəqiq desək bolşevik rejimi həm ölkə 

 
160 
daxilində taxıla olan tələbatı ödəmək, həm də bu məhsulu 
xaricə  satıb  valyuta  ehtiyatı  yaratmaq  üçün  kolxozların 
yaradılması  ideyasını  irəli  sürmüşdü.  Fərdi  kəndli 
təsərrüfatı ilə müqayisədə kolxozlarda əmək məhsuldarlı-
ğının aşağı olması başqa izahata  imkan vermir. Statistika 
rəqəmləri də bunu sübut edir. 
1930-cu  ildə  AK(b)P-nin  X  qurultayında  MK-nın 
birinci  katibi 
N.F.Gikalo  hesabat  məruzəsində  etiraf 
etmişdi  ki,  kollektivləşmə  zamanı  yol  verilən  nöqsan-
lara,  başlıcası  inzibatçılığa  görə  Azərbaycan  Sovet 
İttifaqında birinci yeri tutur (10, 117). 
Kolxoz  quruluşunun  uğursuzluğu  rəsmi  dövlət 
səviyyəsində də etiraf edilmişdi. ÜİK(b)P MK-nın 1939-cü 
ilin  mayında  keçirilmiş  plenumunda  A.A.Andreyev’in 
məruzəsindən aydın oldu ki, kolxozların yaradılmasından 
10  il  keçməsinə  baxmayaraq  nəinki  məhsuldarlıq  artma-
yıb,  əksinə,  azalıb.  Məruzədə  bildirilirdi  ki,  hər  hektarın 
məhsuldarlığı  minimuma  enib,  kolxozlarda  əməkhaqqı 
fondları boşalıb, bir sözlə, kənd təsərrüfatı böhran içində-
dir (10, 123).  
Azərbaycanda 1914-cü ildə 580 min ton buğda istehsal 
edildiyi halda 1940-cı ildə bu göstərici 562,2 min ton olub, 
halbuki həmin dövrdə əhalinin sayı təxminən 1,5 milyon 
artmışdı.  Əhalinin  sayına  uyğun  olaraq  taxıl  istehsalı 
artmaq  əvəzinə  azalmışdı.  Bunu  başqa  kənd  təsərrüfatı 
məhsullarının  əkin  sahələrinin  artırılması  hesabına  taxıl 
əkilən  torpaq  sahələrinin  azaldılmasının  nəticəsi  kimi  də 
şərh  etmək  düzgün  deyil.  Azalma  bütün  sahələrdə 

 
161 
görünməkdədir.  Bu  qıtlıq  1933-cü  ildə  Azərbaycanda 
aclığa səbəb oldu (10, 102).  
Kollektivləşdirmə  dinə  qarşı  mübarizəylə  yanaşı 
aparılırdı.  1929-cu  il  aprel  ayının  9-da  AK(b)P  MK-nın 
plenumu  kənddə  Allahsızlar  Cəmiyyətinin  işini 
gücləndirmək, dinə qarşı mübarizə, çadranın və papağın 
atılması ilə bağlı məsələni müzakirə etdi. 
Əslən  Şəkidən  olan  Mustafa  Quluyev  1928-ci  ildə 
yazırdı:  
“Yarımvəhşi  ərəblərin  adət  və  ənənələrindən  ibarət  olub 
sultanlar  və  xanlar  tərəfindən  təhkimçilik  üsuluna  uyğunlaş-
dırlmış, istifadə edilmiş və istifadə edilməkdə olan islamiyyət və 
şəriət  Azərbaycanın  mədəni  hərəkatı  yolunda  bir  Çin  səddi 
təşkil  edir.  Oktyabr  inqilabı  bu  divarı  deşmiş,  böyük  bir  kalafa 
açmışdır,  ancaq  biz  onu  tamamilə  məhv  etməli,  qəti  qələbə 
yolunu təmizləməliyik”
 (13, 126). 
Bütün deyilənləri yuvarlaqlaşdırsaq belə nəticəyə gələ 
bilərik  ki,  Sovetlər  Birliyində  zorla  aparılan  kollektiv-
ləşmə  əslində  ölkəni  idarə  etməyi  baçarmayan  bolşevik-
lərin  dövlətlilərdən  müsadirə,  daha  doğrusu,  qəsb 
etdikləri  torpaqlar  və  sərvət  hesabına  yoxsulları  da 
birtəhər  dolandırmaq  cəhdiydi.  Əlbəttə,  Allahın  buyur-
duğu yolla, alın təriylə dövlət qazanmış insanlar öz halal 
mal-mülklərini  qaniçən  bir  hakimiyyətə  asanlıqla  təslim 
etmək  niyyətində  deyildilər,  buna  görə  də  Azərbaycanın 
çox  yerində  olduğu  kimi  Şəmkirdə  (Şamxorda)  da  xalq 
kükrəyərək üsyan bayrağı qaldırdı.  

 
162 
Bu  üsyana  görkəmli  ruhani  və  ictimai-siyasi  xadim, 
Şəmkirin  Düyərli  kəndindən  olan,  el  arasında  “Hacı 
Axund” kimi şöhrət tapmış Hacı Axund Əhməd Hacı Piri 
oğlu Nuruzadə (1881-1930)
66
 başçılıq edirdi. 
Hacı  Əhməd  Nuruzadə  bölgədə  tanınmış  olduqca 
nüfuzlu  bir  ruhaniydi.  O  qədər  hörmətli  bir  şəxsiyyətdi 
ki,  qan  düşmənlərini  barışdırmağa  onu  aparırdılar  və  o 
ətraflarda  onun  bir  sözünü  iki  etməzdilər.  Bu  cür 
nüfuzuna  görə  Məhəmmədəmin  Rəsulzadənin  başçılığı 
altında qurulmuş ilk Azərbaycan Cümhuriyyətinin Parla-
mentinə  Gəncəbasar  bölgəsindən  seçilən  millət  vəkillə-
rindən  biri  də  Hacı  Axund  Əhməd  oldu.  Sovet  hakimiy-
yətinin  ilk  illərində  o,  özünü  çox  sakit  aparsa  da  var-
dövləti, torpaqları əlindən alınanda haqsızlıqla barışmadı, 
hakimiyyətə  qarşı  çıxaraq  qaçaq  düşdü.  1930-cu  ildə 
Gəncəbasarda hakimiyyətdən narazı olan bütün qüvvələr 
Hacı  Axundun  ətrafına  toplaşdı  və  hakimiyyət  orqanla-
rıyla  silahlı  çarpışma  başlandı.  Hacının  dəstəsində  3  min 
nəfərə  qədər  əli  silahlı  adam  vardı.  Şəmkir  bölgəsində 
hakimiiyətini  itirməkdə  olan  kommunistlər  1930-un 
noyabrında  üsyançıların  üstünə  Zəyəmdən  böyük  hərbi 
qüvvə  yolladılar.  17  noyabr  1930-da  Düyərli  kəndinin 
“Daş yatağı” (ora “Şimanlı Allahyarın yatağı” da adlanır) 
adlı yerində son və həlledici döyüş gedir. Ağır toplarla və 
pulemyotlarla  yaraqlanmış  çoxsaylı  rus  əsgərləri  qarşı-
                                                 
66
 Onun haqqında geniş  bilgi almaq üçün  bax: Ədalət  Tahirzadə. 
Nuruzadə  Hacı  Axund  Əhməd  Hacı  Piri  oğlu.  –  “525-ci  qəzet”,  3,  9 
may 2008, №№78, 82. 

 
163 
sında əlində yalnız tüfəng tutmuş üsyançılar mühasirəyə 
düşür  və  çox  ağır  tələfata  uğrayırlar.  Yaxında  partlayan 
mərmidən  sağ  ayağını  itirən  Hacı  Axund  Əhməd  əsir 
düşməsin  deyə  özünü  güllə  ilə  vuraraq  şəhid  olur. 
Bundan  sonra  üsyançılara  Hacının  qardaşı  –  pəhləvan 
gövdəsinə  görə  hamının  “Yekə  Məhəmməd”  dediyi  igid 
başçılıq  edir.  Ancaq  dayandoldurum  tüfənglə  ağır 
topların qarşısında nə qədər durmaq olardı ki?!  Qurtuluş 
savaşçılarının  çoxu  bu  döyüşdə  şəhid  oldu,  çoxları  isə 
yaralanaraq  əsir  düşdü.  Ağır  yaralıların  içərisində  Yekə 
Məhəmməd də vardı.  
Ertəsi  gün  meyitləri  və  əsirləri  Düyərlidə  poçtun 
qarşısına  gətiriblər,  kənd  camaatını  da  qorxutmaq  üçün 
buraya  yığıblar.  Bolşeviklərin  “Vəsil”  deyilən  komandiri 
boyu  çatmadığına  görə  hoppanaraq  əli-qolu  bağlı  Yekə 
Məhəmmədə  bir  şillə  vurub,  sonra  da  deyib  ki,  haradan 
idarə  olunduğunuzu,  sovet  idarələrindəki  adamlarınızın 
kimliyini  desən  səni  buraxarıq.  Yekə  Məhəmməd  xalqın 
gözü  qarşısında  Vəsilin  üzünə  tüpürüb.  Qəzəblənmiş 
bolşevik  tapançasındakı  bütün  güllələri  onun  bədəninə 
boşaldıb,  ancaq  Məhəmməd  yenə  yıxılmayaraq  dağ  kimi 
dimdik  durub,  bir  azdan  isə  qanı  axıb  gedəndə  yerə 
çöküb və şəhid olub!.. 
 
Hacı  Axund  Əhmədin  başçılıq  etdiyi  bu  üsyan  Azər-
baycanın  azadlıq  savaşı  tarixində  ən  şərəfli  səhifələrdən 
biriydi! (22). 
Əsasən 
inzibati 
metodlar 
hesabına 
Şəki-Oğuz 
(ozamankı  Nuxa-Vartaşen)  dairəsində  də  kollektiv  təsər-

 
164 
rüfatlar  (rusca:  “kolxoz”  –  “kollektivnoye  xozyaystvo” 
sözündən)  yaradıldı.  Onların  sayı  68  idi  və  həmin 
kolxozlarda 6.281 fərdi təsərrüfat birləşdirilmişdi. 
1930-cu  ildə  Şəkidə  başlanan  və  Azərbaycanın  8 
bölgəsinə yayılan  üsyan da bolşevik rejiminin xalqımızın 
milli-mənəvi  dəyərlər  sisteminə  mürtəce  münasibətinə, 
fərdi kəndli təsərrüfatını və azad sənətkarlığı  ləğv etmək 
istiqamətində  apardığı  sosial-iqtisadi  siyasətinə  qarşı 
yönələn etiraz hərəkatı idi. 
Bolşevik rejiminin  inzibati  metodlara, ağır vergi siste-
minə  əsaslanan  iqtisadi  siyasəti  Şəki  sənətkarlığını, 
manufaktura  təsərrüfatını  iflasa  uğratmışdı.  Şəkidə  bir 
qrup dabbağ tərəfindən Xalq Komissarları Sovetinin səd-
rinə yazılan ərizə də bunu sübut edir. Orada deyilirdi ki, 
Azərbaycan  Sənət  Birliyi  dabbağları  öz  şəbəkəsinə 
birləşdirmək  və  artel  yaratmaq  qərarı  qəbul  etdikdə  biz 
həvəslə  ora  yazılmaq  üçün  ərizə  verdik.  Şəkidə  fəaliyyət 
göstərən 200 dabbağdan 69 nəfəri artelə yazıldı, ancaq bu 
birlik bizi xammalla təchiz edə bilmir (17, 42). 
Üsyan  hərəkatına  qarşı  mübarizə  aparmaq  üçün 
yaradılan  Üçlüyün  verdiyi  məlumata  görə,  1930-cu  il 
aprelin 12-də kəndlərdən Şəki şəhərinə 100 silahlı və 1.500 
əliyalın  üsyançı  yürüş  etmişdir.  Onlar  şəhəri  tutaraq  3 
gün əllərində saxlamışlar. Üsyanı yatırmaq üçün Qafqaz 
alayi,  Azərbaycan  diviziyasının  Qafqaz  eskadronu,  4-cü 
alayın  ayrı-ayrı  bölükləri,  desant  bölüyü,  Azərbaycan 
alayının bölükləri, Belarus hərbi məktəbinin 154 kursantı, 
Leninqrad sərhəd qoşunları məktəbinin 150 kursantı cəlb 

 
165 
edilmişdi  (17,  123).    Belə  bir  geniş  coğrafi  məkandan 
böyük  hərbi  qüvvənin  Şəki  üsyançılarına  qarşı  yeridil-
məsi  sübut  edir  ki,  bu  hərəkat  SSRİ  rəhbərliyi  səviyyə-
sində təşvişə səbəb olmuşdu. 
1930-cü  il  aprelin  12-dən  may  ayının  12-nədək  olan 
müddətdə  180  üsyançı  şəhid  olmuş,  150  üsyançı  isə 
yaralanmışdı. Kütləvi həbslər zamanı 865 nəfər tutulub 
saxlanılmış,  onlardan  220  nəfərinə  üsyan  iştirakçısı 
ittihamı irəli sürülmüşdü. 
Üsyançılara  qarşı  mübarizə  aparan  bolşevik rejimi  isə 
73  nəfər  adam  itirmişdir.  Hökumət  qüvvəsindən 
yaralananların  sayı  79  nəfər  olmuşdur.  Bu  üsyan  bütün 
SSRİ məkanında qolçomaq qiyamları kimi təqdim olunan 
üsyanlardan ən kəskini idi.  
Şəki üsyançılarının bölşevik rejiminə qarşı apardığı 
mübarizə  yalnız  sosial-iqtisadi  və  siyasi  hüquqsuzluğa 
qarşı  deyil,  həm  də  milli-mənəvi  və  dini  dəyərləri 
qoruyub saxlamaq uğrunda milli qeyrət davasıydı. 
Görkəmli  araşdırıcı  Cəlal Qasımov  AR  MTN  arxivində 
saxlanılan  Şəki-Zaqatala  üsyanı  rəhbərlərinin  siyahısını 
taparaq  üzə  çıxarıb.  Həmin  siyahını  oxucuların  nəzərinə 
çatdırırıq: 
1.
 
Molla Mustafa Şeyxzadə
 (Şabalıd kəndi). 
2.
 
Bəhram  bəy  Nəbibəyov
  (Şəki  rayon  hərbi  komis-
sarlığının səfərbərlik şöbəsinin keçmiş rəisi). 
3.
 
İsmayıl  Haqqı  əfəndi
  (Anadolu  türkü)  –  Şəki-
Zaqatala mahalı RXTŞ-nin müfəttişi. 
4.
 
Mustafa Əlicanbəyov
 – Tiflisdə həbs olunub. 

 
166 
5.
 
Şeyxzadə
 (Tala) – 1920-ci il üsyanının iştirkçısı. 
6.
 
Hafiz əfəndi
 – 1920-ci il üsyanının iştirakçısı. 
7.
 
Hacı Ağakişi bəy
 (Qazmalar kəndi) – qolçomaq. 
8.
 
Cəlal  Moçayev
  –  Kommunist  Gənclər  İttifaqı 
Zaqatala  Komsomol  Təşkilatı  Rəyasət  Heyətinin  keçmiş 
üzvü (həbs olunub). 
9.
 
Sadıq bəy Balacayev
 (qolçomaq) – həbs olunub. 
10.
 
Molla  Yusuf
  –  partiya  üzvü,  Almalı  rayonunun 
rəhbəri. 
11.
 
İslam 
və  Novruz  –  Əliabad  rayonundakı 
Varxiyan qaçaq dəstəsinin başçıları. 
12.
 
Molla  Əbdürrəhman
  (Muxax  kəndi)  –  Əliabad 
rayonu (həbs olunub). 
13.
 
Heydər  Hacı  Qurban  Maqoma
  (qolçomaq)  – 
Qabaqçöl kəndi. 
14.
 
Hacı  Heybətulla
  (Qabaqçöl  kəndi)  –  molla, 
Murtazəli qrupunun ideya rəhbəri. 
15.
 
Murqazəli 
Xalatalalı
 
(Qabaqçöl 
kəndi) 
– 
qolçomaq. 
16.
 
Bəhram İsa
 (Qabaqçöl kəndi). 
17.
 
Molla Şərif
 (Balakən) – partiyanın keçmiş üzvü. 
18.
 
Dost Tahir
 (Balakən) – nəzarətçi. 
19.
 
Paşan Məhəmməd Şaban oğlu
 (ittihadçı). 
20.
 
Mustafa Hacı Əli oğlu
 (Balakən imamı). 
21.
 
Hüseyn İlyas oğlu
 (keçmiş qoçu, ittihadçı). 
22.
 
Vartaşen (Oğuz) rayonu Qumlax kənd sovetinin 
sədri (13, 63-64). 

 
167 
Bu  siyahıya  hərəkatda  mühüm  rol  oynamış  Qaçaq 
Abbas
’ı,  Hüseyn  Əsədulla  oğlu’nu  və  Manaf  yüzbaşı’nı  da 
əlavə edə bilərik. 
Göründüyü  kimi,  üsyan  rəhbərləri  sırasında  Əliabbas 
Qədimovun  adı  yoxdur.  Onun  üsyan  hərəkatı  ilə  dolayı 
yolla əlaqəsi və bu hərəkata rəğbəti şübhə doğurmasa da 
Əliabbas Qədimov üsyanla birbaşa bağlı deyildi və onun 
rəhbərləri  arasında  da  olmamışdı.  İstintaqda  adı  hallan-
dırılan Bəhram bəy Şəki üsyanının ən parlaq simasıdır. 
 
Bəhram  bəy  Qasım  bəy  oğlu  Nəbibəyov  1884-cü  il 
dekabrın 6-da Şəkidə bəy ailəsində anadan olub. O, şərəfli 
adı  xalqımızın  tarixinə  əbədi  həkk  olunmuş  milli  qəhrə-
manlarımızdandır.  Şəki  rayonunda  hərbi  komissar 
işləyərkən  1930-cu  ildə  Şəkidə  sovet  hakimiyyətinə  qarşı 
qalxmış  üsyanın  təşkilatçı  və  rəhbərlərindən  biri  olmuş 
Bəhram  bəy  ilk  təhsilini  Kutais  real  məktəbində  alıb. 
Sonra Peterburqda Konstantin Topçuluq Məktəbinə daxil 
olaraq  oranı  1904-cü  il  sentyabrın  2-də  birinci  dərəcəli 
diplomla  bitirib.  Elə  həmin  il  Qafqazdakı  XX  topçuluq 
briqadasında  podporuçik  rütbəsində  hərbi  xidmətə 
başlayıb.  Bəhram  bəy  1909-unci  il  senytabrın  7-də 
porucik,  1912-ci  avqustun  31-də  isə  ştabs-kapitan  rütbə-
sinə yüksəlib. 

 
168 
1913-cü  ildə  III  batareyanın 
komandiri 
təyin 
olunan 
Bəhram  bəy  əlaçı  zabit  kimi  I 
əlahiddə  Qafqaz  ordusunun 
qərargahında  topçuluq  rəisinin 
müavini  vəzifəsinə  təyin  olu-
nub.  Elə  həmin  il  III  dərəcəli 
“Müqəddəs  Stanislav”  ordeni 
ilə təltif olunub.  
1919-cü  il  dekabrın  5-də 
yenicə  yaranmış  Azərbaycan 
Ordusunun  hissələrinə  baxış 
keçirən  hərbiyyə  naziri  Səməd 
bəy  Mehmandarov
  kapitan  Bəhram  bəy  Nəbibəyovun  baş-
çılıq  etdiyi  4-cü  batareyanın  hərbi  hazırlığından  tam  razı 
qalıb. 
Podpolkovnik  Bəhram  bəy  1919-1920-ci  illərdə 
qardaşları  Vahid bəy  və  podpolkovnik  Hüseyn bəy’lə  birgə 
Qarabağda ermənilərə qarşı igidliklə vuruşub.  
General-mayor  Həbib  bəy  Səlimov’un  1920-ci  il  martın 
29-da Hərbiyyə Nazirliyinə göndərdiyi raportdan: 
“Bu  gün  saat  13-də  Xankəndinin  ucqarı  bizim  hərbi 
qüvvələr tərəfindən alındı. Bakı alayı sıldırım qayalarla Daşbaşı 
yüksəkliyinə  yanaşdı.  Podpolkovnik  Bəhram  bəy  Nəbibəyov 
ermənilərin  təqib  edilməsinə  uymasaydı  və  mövqeləri 
dəyişməsəydi alayın həmləsi daha uğurlu olardı. 
Sol  cinahda  ermənilər  ələ  keçirdikləri  iki  pulemyotla  əks-
həmləyə  keçdilər.  Onları  Xankəndindən  vurub  çıxarmağa  və 
 
Bəhram bəy Nəbibəyov 

 
169 
qaçmağa məcbur etdik. Toplar əla atırdı, xüsusən podpolkovnik 
Bəhram bəy Nəbibəyovun batareyası, ancaq təəssüf ki, batareya 
komandiri özünü cilovlaya bilmir və batareya ilə birlikdə döyüşə 
atılırdı. 
Qoşunların əhval-ruhiyyəsi əladır, düşmən çoxlu itki verib, 
təkcə Xaraşutda 60-dək erməni meyiti var. 
General Həbib bəy 
Səlimov” 
 
(6). 
Şəki üsyanı zamanı 1930-cu ilin 13 aprelindən başlaya-
raq  hakimiyyət  qüvvələriylə  7  gün  vuruşub  və  Bideyiz 
kəndi  yaxınlığında,  Buxdur  dağında  sayca  qat-qat  çox 
olan  düşmənlə  son  damla  qanınadək  çarpışaraq 
qəhrəmancasına şəhid olub. 
7-8-9 AVQUST DİNDİRMƏSİNİN ARDI 
1930-cu  ilin  qanlı  və  şanlı  tarixinə  bu  qısa  baxışdan 
sonra  yenidən  Əliabbas  Qədimovun  yarımçıq  qoyduğu-
muz istintaqına qayıdaq.  
Müttəhimə  verilmiş  cismani  işgəncələr  sayəsində 
dindirmənin gedişində artıq dönüş yarandığını hiss edən 
müstəntiq qarşısındakını tam tərksilah etmək üçün bütün 
gücünü toplayıb.  
“Sual: İfadənizi davam etdirin. 
Cavab:  Nəbibəyov  mənə  tapşırdı  ki,  Bakıya  get  və  Bakı 
Müsavat  təşkilatının  münasibətini  aydınlaşdır,  yardım  almaq 
üçün  həmin  təşkilat  vasitəsiylə  xaricdəki  Müsavat  dairələriylə 
əlaqə yarat. Nəbibəyovun tapşırığı əsasında mən Bakıya getdim 
və Müsavatın mərkəzi adamlarından olan Qiyasbəyova Mədinə 

 
170 
xanıma müraciət etdim
67
. Qiyasbəyova ilə söhbətlərim haqqında 
yuxarıda ifadə vermişəm. 
Qiyasbəyova  mənə  bildirdi  ki,  Bakıda  əski  müsavatçılar 
qrupu  var  və  o,  çəyirtkə  təşkilatının  işçisi,  müsavatçı  Ağayev 
Məşədi  Novruz
68
 vasitəsiylə  İrandakı  müsavatçılarla  əlaqə 
saxlayır.  Qiyasbəyova  vasitəçinin  indi  Bakıda  olmadığını 
deyərək elə ilk imkandaca məni onunla görüşdürməyə söz verdi. 
Söhbət zamanı mən Mədinə xanımı Şəkidə hazırlanan üsyan və 
Azərbaycan Müsavat təşkilatının bu üsyanla bağlılığı haqqında 
bilgiləndirdim.  Qiyasbəyova  Bakı  müsavatçılarının  bu  üsyanla 
əlaqəsini  dandı.  Mən  onu  üsyana  hazırlıq  haqqında  bilgilən-
dirəndə o, cavab verdi ki, Azərbaycan kəndliləri guya çox kasıb 
yaşayır  və  buna  görə  də  qəzəblidir;  kəndlilər  guya  sovet 
hakimiyyətindən narazıdır və hər hansı dəstək olarsa guya sovet 
hakimiyyətini  devirməyə  hazırdır.  Sonra  o,  Müsavatın 
vəzifələrindən  danışaraq  dedi  ki,  müsavatçı  kadrları  sovet 
hakimiyyəti orqanları repressiyaya uğradıb, müsavatçılar çox az 
qalıb  və  vəzifəmiz  budur  ki,  əski  müsavatçı  kadrlar  qorunub 
saxlanılsın,  yeni  müsavatçı  kadrlar  yetişdirmək  üçün 
Azərbaycan  gəncləri  Müsavat  ruhunda  tərbiyə  edilsin. 
Müsavatçıların  xaricdəki  işindən  danışarkən  Mədinə  xanım 
qeyd etdi ki, müsavatçılar 
Məhəmmədəmin Rəsulzadə, Vəki-
                                                 
67
 Bu  cümlənin  altında  baş  “NKVD”çi  qalın  karandaşla  cızıq 
çəkib.
 
68
 Ağayev  Novruz  Ağa  oğlu  (1874,  Saray/Bakı-24.1.1948,  Bakı) 
məşhur  müsavatçı  aydınlardandır.  Sövet  dönəmində  dəfələrlə  həbs 
edilib.  “Neyyir”  təxəllüsüylə  şeirlər  yazıb.  Ömrünün  son  illərində 
Azərbaycan EA Ədəbiyyat İnstitutu nəzdindəki əlyazmalar şöbəsində 
(sonrakı Respublika Əlyazmalar Fondu) çalışıb. 

 
171 
lov  Mustafa,  şəkili  Əbdüləli  bəy  Əmircanov  və  b.  xaricdə 
qəzet  və  jurnal  buraxırlar.  O,  jurnalın  və  qəzetin  adını  dedi, 
ancaq mən unutmuşam; deyəsən, “İstiqlal” dedi. O həm də dedi 
ki,  müsavatçılar  mühacirlər  arasında  iş  aparırlar  və  sovet 
hakimiyyətinə  qarşı  olan  bütün  siyasi  cərəyanların  tərəfdar-
larını  birləşdirən  vahid  mərkəz  yaradıblar.  Bir  gün  sonra  mən 
yenə  Mədinə  xanımın  yanına  gedərək  dedim:  “Xalqın  qanı 
axıdılır,  ancaq  Siz  ona  kömək  etmək  istəmirsiniz”.  Bununla 
mən  təkid  edirdim  ki,  Müsavat  təşkilatı  Mədinə  xanımın 
şəxsində  sovet  hakimiyyətini  devirmək  məqsədiylə  Şəkidəki 
üsyan  təşkilatına  yardım  göstərsin.  O  heç  bir  kömək  edə 
bilməyəcəklərini söyləyərək qəti imtina etdi”.  
Alicənablığa  baxın!  Özünün  sovet  hakimiyyətini 
yıxmaq istədiyini boynuna götürür, ancaq Mədinə xanım 
Qiyasbəylinin  şəxsində  bir  qadını  “NKVD”  cəngindən 
qurtarmaqçün  ondan  asılı  olan  son  cəhdi  edir  –  onun 
üsyana  yardımdan  qəti  imtina  etdiyini  söyləyir,  ancaq 
bilmir  ki,  müsavatçı  qanına  susamış  bu  hakimiyyət 
hərisləri onun kitabını çoxdan bağlayıblar!.. 
Artıq istədiyi ifadəni müttəhimdən qoparmış müstən-
tiq  ondan  yenə  əl  çəkmir,  yeni-yeni  fitnəkar  suallar 
yağdırır: 
“Sual:  O,  Şəki  üsyançı  təşkilatına  yardımdan 
gerçəkdən də “imtina edirdisə” nə məqsədlə Sizin İrandakı 
Müsavat təşkilatı ilə əlaqənizi yaratmaq istəyirdi? 
Cavab:    Bəli,  Mədinə  xanım  bununla  bağlı  kömək  etmək 
istəyirdi  və  etdi  də.  O,  məni  həmin  adamla  –  Azərbaycan 
müsavatçılarıyla  xaricdəki  Müsavat  mühacirləri  arasında 

 
172 
əlaqəçi  olan  Ağayevlə  calaşdırdı.  Biz  –  mən  və  Mədinə  xanım 
xaricdəki  Müavat  təşkilatıyla  normal  əlaqə  qurmaq,  ondan 
tapşırıqlar  almaq  və  sovet  hakimiyyətinə  qarşı  əksinqilabi  işi 
genişləndirmək məqsədiylə Ağayevlə əlaqəyə girdik.  
Sual:  Siz  Ağayevlə  neçə  dəfə  və  hansı  şəraitlərdə 
görüşmüsünüz? 
Cavab:  Mən  Ağayev’lə  3  dəfə  və  aşağıdakı  şəraitlərdə 
görüşmüşəm: birinci dəfə Quba şəhərində 1932, yaxud 1933-cü 
ildə.  Ağayev  Qubada  xidməti  ezamiyyətdə  olarkən  Mədinə 
xanımın  ona  verdiyi  göstərişlə  mənim  evimə  gəldi.  O,  özünü 
mənə 
Məşədi  kimi  təqdim  etdi  və  Mədinə  xanımın  təklifiylə 
gəldiyini  bildirdi.  Mənim  “xaricdən  nə  xəbərlər  var?”  sualıma 
(müsavatçıların işini və siaysi mühacirlərin durumunu nəzərdə 
tuturdum)  Ağayev  cavab  verdi  ki,  bu  dəfə  heç  bir  xəbər  gətirə 
bilməmişəm,  çünki  İrandan  çıxmazdan  qabaq  ozümün  müsa-
vatçı  yoldaşımı  gözləməyə  vaxtım  olmadı  və  İrana  növbəti 
gedişində xəbərlər gətirəcəyinə söz verdi. Biz şərtləşdik ki, mən 
yenə  əvvəlki  kimi  Mədinə  xanımla  əlaqə  saxlayım  və  Bakıya 
getməyimə  ehtiyac  yarananda  Ağayev  guya  müştərim  kimi 
“Cəmşid” adı altında mənə məktub yazsın. 
İkinci  dəfə  mən  1933-cü  ilin  qışında  Bakıya  xidməti  işlə-
rimlə  bağlı  gəldim.  Mən  Qalada  yaşayan  köhnə  dostum 
Mirzəyev  Abbasqulu’nun  yanına  getdim.  Həmin  vaxt  o, 
dülgər  işləyirdi.  Abbasqulu  Mirzəyev  mənim  müsavatçı 
əqidədaşımdı  və  sovet  hakimiyyətinə  qarşıydı.  Onun  evində 
olduğum  zaman  özünün  köknə  dostu  adlandırdığı  Ağayevi 
soruşdum. Mənim xahişimlə Abbasqulu mənimlə birgə 
Ağayev 
Məşədi  Novruz’un yanına getdi. Onun yanında tanımadığım 

 
173 
qonaqlar  vardı.  Çay  içəndən  sonra 
mən 
və 
Abbasqulu 
nabələd 
adamların  yanı  olduğuna  görə  heç 
bir  siyasi  söhbət  etmədən  çıxıb 
getdik.  Getməzdən  öncə  Abbasqulu 
Mirzəyevin  evində  görüşməyi  söz-
ləşdik.  Ertəsi  günü  axşamçağı  təx-
minən  saat  6-7-də  Mirzəyevgilə 
getdim, bir azdan Ağayev də gəldi.   
İşgüzar  söhbətə  keçdiyimizdə 
mənim siyasi mühacirətin və müsa-
vatçıların 
vəziyyəti 
haqqında 
sualıma  cavab  olaraq  Ağayev  məni 
Mirzəyev  Abbasqulunu  siyasi  mühacirətin  həyatı  və  işi 
haqqında bilgiləndirdi. Sonra o, müsavatçıların xaricdəki başqa 
əksinqilabi partiyalarla birləşdiyini söylədi
69
.  
Sual:  Siz  Ağayevdən  fərdi  şəkildə  hansı  müsavatçılar 
haqqında soruşdunuz? 
Cavab:  Mən  xaricdə  yaşayan  və  mənə  bəlli  olan  aşağıdakı 
müsavatçılarla  maraqlanaraq  onlar  haqqında  fərdi  şəkildə 
soruşdum: 
Məhəmmədəmin  Rəsulzadə  (onunla  tanışam), 
Əmircanov Əbdüləli bəy
70
, Mustafa bəy Vəkilov
71
, Mirzə-
                                                 
69
 Görünür  ki,  istintaq  üçün  önəmli  olduğuna  görə  müstəntiq  bu 
cümlənin sonunda Ə.Qədimova qol çəkdirib. 
70
 Şəkidə  doğulmuş  və  əski  bəy  nəslindən  olan  Əbdüləli bəy Şirəli 
bəy oğlu Əmircanov
  (1874-1948)  görkəmli  ictimai-siyasi  xadimdir.  Çar 
dönəmində  Rusiyada  ali  təhsil  alıb,  Azərbaycan  Cümhuriyyəti 
zamanı Parlamentin üzvü olub və müxtəlif nazirliklərə başçılıq edib, 
Cümhuriyyət  yıxıldıqdan  sonra  Türkiyəyə  mühacirət  edib  və  orada 
 
Məhəmmədsadıq 
Quluyev 

 
174 
bala    [Məhəmmədzadə]
72
,  Məhəmmədsadıq  Quluyev
73
 
                                                                                                   
Azərbaycanın  əsarətdən  qurtulması  uğrunda  siyasi  mübarizəsini 
davam etdirib. 
71
 Mustafa  ağa  Nadir  ağa  oğlu  Vəkilov  (1896-1965)  Azərbaycanın 
görkəmli ictimai-siyasi xadimlərindən biridir. Moskva Universitetinin 
hüquq  fakültəsini  bitirib,  Azərbaycan  Cümhuriyyəti  dönəmində 
Parlamentin üzvü və daxili işlər naziri olub. Sovet hakimiyyətinin ilk 
günlərindən  mühacirət  edərək  Türkiyəyə  gedib  və  həyatının 
sonunadək  orada  yaşayaraq  Azərbaycanın  azadlığı  uğrunda  siyasi 
mübarizə aparıb. 
72
 Mirzəbala  Məhəmmədzadə  (1898-1959)  görkəmli  ictimai-siyasi 
xadim, jurnalist. Məhəmmədəmin Rəsulzadənin ən yaxın və sədaqətli 
silahdaşlarından  biri.  Müsavat  Partiyası  Gənclər  Cəmiyyətinin  üzvü 
(1917-dən).  Sovetləşmənin  ilk  dönəmində  M.Rəsulzadənin  göstə-
rişiylə  istilaçılara  və  yerli  satqınlara  qarşı  mübarizə  məqsədiylə 
Bakıda yaradılmış gizli Müqavimət Komitəsinin sədri (28.5.1920-dən). 
1921-də  öncə  Güney  Azərbaycanda,  sonra  Türkiyədə  mühacirətdə 
olub. Münxendəki SSRİ-ni öyrənən institutun Azərbaycan bölməsinin 
başçısı  və  həmin  institutun  türkcəmizdə  buraxdığı  siyasi  jurnalın 
redaktoru.  Müsavat  Partiyası  MK-sının  sədri,  Azərbaycan  Milli 
Mərkəzinin başqanı (1955-dən). 
73
 Adı elmi ədəbiyyatda bəzən “Məhəmmədsadıq Xülusi” (“Sadıq 
Xülusi”)  kimi  də  keçən  Məhəmmədsqdıq  Quluyev  görkəmli 
müsavatçılardandır.  “ÇK”  onu  dəfələrlə  həbs  edib.  Məhəmmədəmin 
Rəsulzadə  onu  fəal  partiya  xadimi  adlandıraraq  Müsavat  partiaysı 
gizli  Mərkəzi  Komitəsinin  üzvü  olduğunu,  sovet  Azərbaycanından 
1924-də  çıxdığını,  öncə  Ərdəbildə,  1926-dan  Təbrizdə  işlədiyini, 
vətənlə  əlaqə  saxladığını,  sürgün  edidiyi  Tehrandan  bolşeviklərin 
fitnəkarlığına  baxmayaraq  Təbrizə  qayıda  bildiyini,  orada  bir  özəl 
müəssisədə  gizli  çalışdığını,  İranda  Azərbaycan  Milli  Mərkəzinin 
nümayəndəsi olduğunu bildirir (bax: Из истории азербайджанской 
эмиграции.  Сборник  документов,  произведений,  писем.  Москва: 
«Мысль», 2011, с.66). 

 
175 
(onunla  şəxsən  tanışam)  və  başqaları.  Ağayevin  dediklərindən 
mənə  bəlli  oldu  ki,  Mirzəbala  və  Məhəmmədsadıq  İranda, 
qalanları isə Türkiyədədir. Ağayev bunu da danışdı ki, o zaman 
Türkiyədə  bulunan  Məhəmmədəmin  Rəsulzadə  və  başqaları 
xaricdəki  və  sovet  ərazisindəki  Müsavat  təşkilatlarının  mərkə-
zinə rəhbərlik edirdilər.   
Sual:  Az.  SSR-in  rayonlarındakı  vəziyyət  haqqında 
Ağayevə Siz hansı informasiyanı verdiniz? 
 
Cavab:  Az.  SSR-in  rayonlarındakı  vəziyyət  haqında  mən 
Ağayevə bu qaydada informasiya verdim. Dedim ki, Az. SSR-in 
rayonlarında  kollektivləşdirmə  sərtliklə  aparılır,  yəni  qolço-
maqlıq  ləğv  edilir,  qolçomaqlar  repressiya  olunur  və  sürgün 
edilir,  bu  zaman  bəzi  yerlərdə  rayon  təşkilatları  əyintilərə  və 
ifratçılığa  yol  verir,  nəticədə  kəndlilər  sovet  hakimiyyətindən 
narazı  qalır.  Mən  bu  məlumatı  Ağayevin  xaricdəki  Müsavat 
mərkəzinə ötürməsi üçün vermişdim.  
Sual:  Az.  SSR-in  rayonlarındakı  durum  haqqında 
məlumatla  Siz  xaricdəki  Müsavat  mərkəzinə  xəbər 
vermək istəyirdiniz ki, sovet hakimiyyətinə qarşı əksinqi-
labi işi genişləndirmək üçün “əlverişli şərait” yaranıb? 
Cavab: Bəli, mənim məqsədim yalnız bu idi
74

 
Sual:    Az.  SSR-in  rayonlarındakı  durum  haqqında 
məlumatınızdan sonra Ağayev Novruz Sizə nə tapşırdı? 
                                                 
74
 Çox güman ki, istintaqın sonrakı günlərinə düşən bu son sual-
cavab 
Ə.Qədimovun 
artıq 
cismən 
tükəndiyini, 
müqavimət 
göstərməyə daha gücünün qalmadığını göstərir. 
 
 

 
176 
Cavab: Ağayev mənə bu tapşırıqları verdi:  
1)  sürgündən  qayıdan  müsavatçıları  və  sovet  hakimiy-
yətinin  başqa  düşmənlərini  işə  götürməyə  çalışmalı,  onlarla 
əlaqə  saxlamalı,  onların  əhval-ruhiyyəsini  öyrənməli  və  Müsa-
vat  təşkilatı  əməli  işə  keçəcəyi  zaman  onlardan  sovet  hakimiy-
yətinə qarşı əksinqilabi mübarizədə yararlanmalı; 
2)  xaricdəki  Müsavat  mərkəzinə  ötürməkdən  ötrü  əski 
müsvatçılardan azadlıqda kimlərin qaldığını aydınlaşdırıb Ağa-
yevə bildirməli, çünki xaricdəki Müsavat mərkəzi bu məsələlərlə 
maraqlanır; 
3)  yeni  müsavatçı  kadrlar  yetişdirmək  məqsədiylə  köhnə 
müsavatçı  kadrları  qoruyub  saxlamağa  və  gəncləri  əksinqilabi 
millətçi ruhda tərbiyələndirməyə çalışmalı və b.  
Boynuma  alıram  ki,  Ağayevin  bu  fikirləriylə  tam 
ortaqdım,  bütün  bu  göstərişləri  bütünlüklə  yerinə  yetir-
məyə razı oldum
75
.
  
Sual: İstintaqa bildirin görək Mirzəyev Abbasqulunun 
görüşləri nədən ibarətdi? 
Cavab:  Mirzəyev  Abbasqulu  bizimlə  tam  razıydı  və  onun 
da  görüşləri  bizimkiylə,  yəni  sovet  hakimiyyətinə  qarşı  müba-
rizə tələbləriylə üst-üstə düşürdü. 
Sual: Zaqatalada Baba Qəbulov, Əfəndiyev Fərrux və b. 
ilə  birgə  apardığınız  əksinqilabi  iş  haqqında  Ağayevə  nə  infor-
masiya vermisiniz?   
                                                 
75
 Hər  biri  ittiham  maddəsinə  bənzəyən  bu  cümlələrin 
Ə.Qədimovun  ağzından  deyil,  müstəntiqin  qələmindən  çıxdığı  göz 
qabağındadır. 

 
177 
Cavab:  Mən  Baba  Qəbulov  və  Əfəndiyev  Fərruxla  əksin-
qilabi əlaqələrim haqqında  Ağayevi və  Mədinə xanımı bilgilən-
dirdim. Baba Qəbulov Şəki-Zaqatala bölgəsində üsyana hazırlı-
ğın  birbaşa  iştirakçısıdır,  Əfəndiyev  Fərruxa  isə  üsyançı 
təşkilatın olduğunu hələ silahlı çıxışdan qabaq xəbər vermişdim. 
Mən  üsyançı  təşkilatın  olduğunu  deyəndə  Əfəndiyev  Fərrux 
üsyana hazırlığı bəyəndi.   
Sual:  Sizin  Baba  Qəbulovla  və  Əfəndiyev  Fərruxla 
birgə  əksinqilabi  işinizə  istintaq  bir  də  qayıdacaq. 
İstintaqa deyin görək üsyançılara yardım etməsini xahiş 
etdiyiniz Mədinə xanımla görüşdükdən sonra nə məqsədlə 
Şəkiyə getmişdiniz? 
Cavab:  Qiyasbəyova  Mədinə  xanımla  görüşdükdən  sonra 
mən bir daha Şəkiyə getmədim. 
Sual:  Siz  yenə  yalan  danışmağa  başlayırsınız. 
İstintaqa  bəllidir  ki,  Siz  Bakıda  Mədinə  xanımla  ilk 
görüşdən  sonra  Bakıda  Müsavatın  gizli  təşkilatının  nü-
mayəndəsi  Mədinə  xanımla  söhbətinizin  nəticələri  haq-
qında  üsyançı  təşkilatın  rəhbəri  Nəbibəyovu  məlumat-
landırmaq üçün yenidən Şəkiyə qayıtmısınız. Yalan ifadə 
verməyi dayandırın və doğru danışın.  
Cavab:  Bundan  qabaqkı  cavabımın  üstündə  qətiyyətlə 
dururam. 
Sual: Siz tərslikdən əl çəkmirsiniz. Ağayevlə söhbətdə 
özünüz  ona  bildirmisiniz  ki,  Bakıda  Mədinə  xanımla  ilk 
görüşdən sonra Şəkiyə Nəbibəyovun yanına qayıtmısınız. 
Bu faktı danmağa necə cürət edirsiniz? 

 
178 
Cavab: Ağayev doğru danışmır, niyə doğru danışmadığını 
isə mən bilmirəm. 
Sual: Siz yuxarıda bildirdiniz ki, sovet hakimiyyətinə 
tam  təslim  olmaq  istəyiylə  bütün  həqiqəti  danışmağı 
qərara almısınız, ancaq sovet hakimiyyətinə qarşı silahlı 
çıxışın  hazırlanmasında  fəal  iştirakınızı  göstərən  bəzi 
faktları  istintaqdan  gizlətməyə  çalışırsınız.  Siz  Bakıya 
Nəbibəyovun  xüsusi  tapşırığıyla  gəlmisiniz;  Şəkiyə  geri 
“qayıtmamısınızsa”  bəs  onda  Nəbibəyovu  görüşünüzün 
nəticələri haqqında necə bilgiləndirmisiniz? 
Cavab:  Mədinə  xanımla  görüşümün  nəticələri  haqqında 
Nəbibəyova  yuxarıda  söz  açdığım 
Məhəmməd  bəy  Hüseyn-
bəyov’la məlumat göndərmişəm.    
Sual:  Siz  Şəkiyə  geri  dönmək  faktını  səmimi  şəkildə 
boynunuza  almaqdan  yaxanızı  qurtara  bilməyəcəksiniz. 
Siz Nəbibəyovu Şəxsən Şəkidə məlumatlandırmısınız və o, 
üsyançı  təşkilata  xaricdən  yardım  almaq  məqsədiylə 
ikinci  dəfə  danışıq  aparmaq  üçün  Sizi  yenidən  Bakıya 
qaytarıb. Doğru danışmağınızı təkidlə tələb edirik. 
Cavab:  Bəli,  boynuma  almağa  məcburam  ki,  Qiyasbəyova 
ilə  görüşdən  sonra  mən  Şəkiyə  getdim  və  Nəbibəyova 
Qiyasbəyova  ilə  görüşümün  nəticələri  haqqında  bilgi  verdim. 
Bunu  da  boynuma  alıram  ki,  Nəbibəyov  xaricdəki  Müsavat 
təşkilatıyla  əlaqə  yaratmaq  üçün  məni  ikinci  dəfə  Bakıya 
qaytardı  və  bu  məqsədlə  Qiyasbəyova  və  Ağayev  Məşədi 
Novruz ilə əksinqilabi əlaqəni bərpa etdim”.     
Müstəntiq  Məmmədovun,  soyadını  göstərmədiyi 
köməkçisiylə  birgə  apardığı  üçgünlük  (protokola  görə; 

 
179 
ancaq  daha  uzunmüddətli  ola  bilər)  dindirmə  burada 
başa  çatır.  Öncəki  bir-iki  günlük  dindirmələrdə  üç-dörd 
nəfər  iştirak  edirdisə  rəsmən  üç  gün  çəkmiş  bu  istintaqı 
yalnız iki nəfərin “yola verdiyi” inandırıcı deyil. Yəqin ki, 
bu  “söhbət”də  də  yenə  həmin  rəsmi  şəxslər  sadəcə 
“qıraqdan  baxıb”,  müstəntiq  köməkçisi  isə  müttəhimi 
döymək, ona işgəncə vermək lazım olanda işə qarışıb. Hər 
bir  halda  onların  işinin  hədsiz  ağır  olduğu  göz  qabağın-
dadır – Əliabbas Qədimov onların gözlədiyindən də qat-
qat  iradəli  çıxıb  və  ondan  söz  qoparmaq  üçün  “sovet 
istintaqı” sözün gerçək anlamında alın təri tökməli olub! 
Ancaq  artıq  bir  şey  gün  kimi  aydındır  –  sovet 
hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqda iştirakını, bu 
üsyana  xaricdən  yardım  almaq  üçün  gizli  Müsavat 
təşkilatıyla  danışıqlar  apardığını  boynuna  almış  şəxsi 
güllələnməkdən fələk də qurtara bilməz! 
Müstəntiq  öz  vəzifəsinin  birinci  mərhələsini  “uğurla” 
başa  çatdırıb  –  müttəhimi  tam  sındıraraq  ona  güllələmə 
kəsilməsini  təmin  edib,  indi  qalır  ikinci  mərhələ  - 
başqalarını  da  gilyotin  ağzına  sürükləmək  üçün  ondan 
yararlanmaq!  
SONUNCU DİNDİRMƏ (10 AVQUST 1937) 
Əslində  bu  dindirməni  öncəkinin  davamı  saymaq 
daha doğru olar, ancaq onun protokolu ayrıca yazıldığına 
görə biz də ondan ayrıca söz açmağa məcburuq. Burası da 
var  ki,  bu  dindirmə  7-8-9  avqust  tarixlinin  ardı  olsa  da 
bəzi  şübhələr  doğurur,  çünki  rəsmən  ayın  9-da  bitmiş 

 
180 
istintaq 144-cü vərəqdə bitirsə ayın 10-dakı dindirmə 116-
cı vərəqdən (?!) başlayır! Ümumiyyətlə, bu işdə indi  bizə 
bəlli  olmayan,  heç  zaman  da  bəlli  olmayacaq  çoxlu 
dolaşıq  və  şübhəli  məqamlar  var.  Ən  başlıca  şübhə 
bundan  doğur  ki,  həbs  olunduğu  gündən  avqust  ayına-
dək, demək olar ki, heç bir ciddi  ittihamı boynuna alma-
yan Ə.Qədimov avqust ayında birdən-birə “əl quzusuna” 
dönür,  sovet  hakimiyyətini  silahlı  yolla  devirmək  üçün 
silahlı  üsyan  hazırlamağadək  hər  şeyi  asanlıqla  boynuna 
alır. Burada iki məqam ola bilər:  
1) Bu son istintaqdakı sözlər gerçəkdən Əliabbas həki-
min  ağzından  çıxıbsa,  deməli,  istintaq  briqadası  onu 
işgəncələrlə elə bir duruma catdırıb ki,  iradəsi  sarsılıb və 
müstəntiqin  barmağının  işarəsiylə  istənilən  cinayəti 
boynuna götürməyə hazırdır. Belə olduqda müttəhimdən, 
yəni  Ə.Qədimovdan  doğruculluq  ummağa  qətiyyən 
mənəvi haqqımız yoxdur. Buna etiraz edən oxucumuz bu 
suala cavab versin: “Sənə başqa heç bir cəza verməyərək, 
yalnız  bütün  dırnaqlarını  qoparsalar  cinayət  etmədiyini 
söyləyə bilərsənmi?”... 
2)  Əliabbas  həkim  artıq  cismən  bütünlüklə  yararsız 
hala  salınıb,  müstəntiq  əvvəlki  söhbətlərdə  topladığı 
informasiyaya əsasən bu protokolu tərtib edib və heç ona 
oxutmadan  qol  çəkdirib  (“NKVD”-nin  təcrübəsində  bu, 
adi  haldı).  Yoxsa  bugünədək  var  gücüylə  müqavimət 
göstərmiş  insanın  birdən-birə  “sandığı  açıb  bütün 
pambığı  ortaya  tökməsi”  qətiyyən  ağlasığan  deyil.  O, 
uşaq deyildi və bilirdi ki, adını çəkəcəyi hər bir şəxsi həbs 

 
181 
gözləyə  bilər,  buna  görə  də  son  anadək  dost-tanışları 
qorumağa  çalışıb  –  “cinayətlər”i  ya  ölülərin,  ya  da  artıq 
tutulmuşların  (“islanmışın  yağışdan  nə  qorxusu?!”  fəlsə-
fəsiylə) üstünə atıb.  
“NKVD”  1937-də  heç  bir  siyasətlə  əlaqəsi  olmayan 
adamları  ona  görə  həbs  edirdi  ki,  onların  xalq  içərisində 
nüfuzu,  hörməti  vardı  və  arxalarınca  çoxlu  adamları 
apara bilərdilər. Oxucu diqqətlə fikir versə görəcək ki, bu 
dindirmədə adı çəkilənlərin, demək olar ki, hamısı camaat 
arasında  böyük  hörməti  olan  şəxslərdir.  Deməli,  onları 
Quba  rayon  təhlükəsizlik  şöbəsinin  informasiyasına 
əsasən  “NKVD”-nin    özü  seçərək  Əliabbas  Qədimovun 
adından bu protokola salıb (bundan ötrü həkimin sadəcə 
onları tanıması yetərliydi).  
1956-cı  ildə  bu  iş  üzrə  tutulan,  yaxud  güllələnən 
şəxslərə bəraət verildi. Deməli, bu iş “NKVD”-nin qurma-
sıymış!  Bu  halda  da  yenə  Əliabbas  Qədimovu  qınamaq 
ədalətsizlikdir.   
İstintaqın  özünün  və  protokolunun  saxta  olduğunu 
sübut edən ən mühüm faktlardan biri budur ki, Əliabbas 
Qədimov  “Türk  mühibbi”  gizli  təşkilatı  üstündə  ittiham 
edilsə də guya bu təşkilatda onun yoldaşları olmuş adam-
ların  dindirmə  protokollarında  belə  bir  ittihamla  üzləş-
mirik.  Məsələn,  guya  Şəki  üsyanının  rəhbərlərindən  biri 
və “Türk mühibbi”nin fəal üzvü olmuş Baba bəy Qəbulzadə 
yüz cür cinayətdə suçlansa da onun yanında bu təşkilatın 
heç  adı  da  çəkilmir,  halbuki  belə  bir  şey  olsaydı 
müstəntiqlər  hökmən  qarışqanı  böyüdüb  fil  edərdilər. 

 
182 
Deməli,  Ə.Qədimovun  bu  təşkilatla  bağlı  boynuna 
aldıqlarının da heç biri doğru deyil.  
Bu deyilənləri nəzərə alaraq oxucudan xahişimiz var – 
bu  dindirmədə  Əliabbas  Qədimovun  adından  yazılmış 
sözləri  həqiqət  kimi  qəbul  etməsin,  çünki  aradan  19  il 
keçəndən sonra respublika prokuroru burada yazılanların 
yalan olduğunu bildirəcək! 
İndisə  nə  qədər  saxta  olsa  da  tarixi  bir  vəsiqəyə 
çevrilmiş  həmin  istintaq  protokolunun  mətniylə  tanış 
olaq:    
“Sual: Əksinqilabi fəaliyyətiniz haqqında bu ilin 7, 8 
və 9 avqustunda verdiyiniz ifadələri dəqiqləşdirin. 
Cavab:  Bundan  öncəki  ifadələrimdə  boynuma  almışam  və 
indi  də  boynuma  alıram  ki,  həbs  olunduğum  anadək  mən 
əksinqilabi  müsavatçı  mövqedə  dayanmışam.  Mən  bunları  da 
qeyd etməliyəm: 1904-cü ildən 1908-ci ilədək fəal eser olmuşam. 
1911-ci ildən başlayaraq 1918-ci ilədək menşevik idim və məni 
İstanbulda  Tiflisdən  olan 
Şalva  adlı  bir  fəal  gürcü  menşevik 
ruhunda  tərbiyə  edərək  yetişdirmişdi.  1918-ci  ilin  sonunda 
Türkiyədən  Azərbaycana  qayıdarkən  Müsavata  qoşuldum. 
Məni  müsavatçı  ruhunda  yetişdirən  Türk  dili  müəllimim 
Xəlifəzadə  Məhəmmədəli  oldu.  O,  məni  Şəki  rayonunda 
Müsavat təşkilatını yaratmaq üçün birgə işə dəvət etdi”.  
Bu  deyiləndən  elə  nəticə  çıxır  ki,  Əliabbas  Qədimov 
guya  gündə  bir  əqidəyə  qulluq  edən,  tək-tək  adamların 
“tərbiyəsiylə yetişən”  iradəsiz bir adammış.  Belə sözlərin 
onun  ağzından  çıxması,  sadəcə,  inandırıcı  deyil  –  o,  heç 

 
183 
vaxt  özünü  belə  aşağılamazdı!  Deməli,  həmin  sözlərin 
müəllifi müstəntiqin özüdür.  
“Şəkidə  yaratdığımız  Müsavat  təşkilatının  tərkibində  bu 
adamlar vardı: mən – 
Qədimov Əliabbas, Xəlifəzadə Məhə-
mmədəli,  Veysəl  Mustafayev,  İmanzadə  Əbdülkərim, 
Həşim  Məhəmmədov
76
,  Süleyman  əfəndi
77
   –  Türk.  Bunlar 
1919-cu  ildə  Şəki  qəzasında  yaranmış  və  Azərbaycanın 
sovetləşməsinədək  mövcud  olmuş  Müsavat  təşkilatının  rəhbər 
şəxsləri idi. Müsavatçı görüşlərim Azərbaycanda sovet hakimiy-
yəti  qurulandan  sonra  da  qalırdı.  Bu  görüşlər  əsasında  mən 
sovet  hakimiyyəti  ilə  mübarizəyə  başladım.  Gizli  əksinqilabi 
işim,  yəni  sovet  hakimiyyətinə  qarşı  apardığım  mübarizəm 
özünü aşağıdakılarda göstərir.  
                                                 
76
 Həşim  əfəndi  Məhəmmədzadə  XX  yüzilin  başlarında  Şəkinin  ən 
fəal ziyalılarındandır. Onun o dönəmin mətbuatında çoxlu məqalələri 
dərc  edilib.  O,  Zaqafqaziya  Ruhani  İdarəsindən  “molla”  və 
“müəllim” attestatı alıb, müəllimlik edib (20.8.1917-dən); 1919-cu ildə 
Şəki  Darülmüəllimatında  (qadın  müəllimlər  seminariyasında)  Türk 
dili,  ümumi  tarix  və  coğrafiya  müəllimi  işləyirdi  (bax:  ARDA,  f.51, 
s.3, iş 410, v.4). 
 
77
 Bu, sonralar kommunist kimi yetişmiş Süleyman Nuri’dir (1895, 
İstanbul-1966,  Moskva;  Bakıda  Fəxri  xiyabanda  basdırılıb).  1914-də 
cəbhəyə  gedib,  1917-də  ruslara  əsir  düşüb.  Nargin  adasında  saxla-
nılıb,  onu  əsirlikdən  bolşeviklər  qurtarıb.  Azərbaycan  Cümhuriyyəti 
dönəmində  Parlaman  dəftərxanasında  çalışıb.  General  M.Tlexasın 
tutulub məhv edilməsində mühüm rolu olub. Şəkidə müəllim işləyib. 
Onun  haqqında  Kirovun  məktubları  var  (bax:  APİİ  SSA,  f.1,  s.8,  iş 
5215). 2002-də İstanbulda “Oyanan əsirlər” adlı xatirələri nəşr edilib. 
Kitabı  “Azərbaycan  əməkçilərinin  liderlərindən”  olan  “hoca”sı 
Anastas  Mikoyana  ithaf  edib.  Ancaq  Şəkidə  işləməyini,  nədənsə, 
kitabda göstərməyib. 

 
184 
Türkiyədə  olduğum  zaman  mən  həm  də  pantürkist  ruhda 
tərbiyələnmişdim və 
Qafqaziya Nəşri-Maarif Cəmiyyətinə
78
 
başçılıq  edirdim.  Bu  cəmiyyətin  “siyasi  platforması”  pantür-
kizm ideyalarını yaymaq və Türk dilini Turan xalqları arasında 
aparıcı dilə çevirməkdi. Bu təşkilat 1911-1918-ci illərdə mövcud 
olub.  
1918-ci  ilin  sonunda  Türkiyədən  Azərbaycana  –  Şəkiyə 
gəldiyim  zaman  Azərbaycan  ziyalıları,  şagirdləri  və  kəndli 
kütlələri  arasında  pantürkizm  “ideya”sını  yaymağa  başladım. 
Məqsədim  türkiyəpərəstlər  və  pantürkistlər  yetişdirməkdi. 
1919-cu  ildə  Müsavat  təşkilatında  olan  zaman  mən  də, 
haqqında  yuxarıda  danışdığım  başqa  əqidədaşlarım  da  bu 
ideyanı  yürüdürdük.  1921-ci  ildə  mən  Zaqatalaya  köçüb 
getdim,  orada  pantürkizm  tərəfdarlarını  seçməyə  başladım  və 
tezliklə 
Baba  Qəbulov,  Nurulla  əfəndi  Qazıyev,  dəllək 
Əhmədov Usta Süleyman (indi ölüb),  Əhməd Bərbərlinski, 
Cahangir  Əzizov  (indi ölüb), Molla  Qafar (mərsiyəxan) və 
başqaları ilə əlaqə yaratdım.  
1921-ci  ildə  Zaqatalada  mən  gizli  əksinqilabi  millətçi 
pantürkist 
“Türk  mühibbi” təşkilatını yaratdım. Bu təşkilatın 
tərkibinə  daxil  olanlar:    1)  mən  – 
Qədimov  Abbas,    2) 
Qəbulov  Baba,  3)  Əhməd  Bərbərlinski,  4)  Cahangir 
Əzizov,  5)  Əhmədov  Usta  Süleyman  –  Bərbərlinskinin 
atası,  6) 
Molla  Qafar,  7)  Nurulla  əfəndi  Qazıyev,  8) 
Rəcəbli  Əhməd  –  aqronom,  o  zaman  Zaqatalada  peşə 
texnikumunun direktoruydu, 9) 
İsa – müəllim (indi ölüb), 10) 
İsa  Kazımov - gəncəli, müəllim, indi, deyəsən, Zaqataladadır, 
                                                 
78
 Bu ad rusca mətndə türkcə yazılıb. 

 
185 
11) 
Müci  Ramazan  – zaqatalalı,  12)  Əhməd  bəy  –  soyadını 
xatırlamıram,  o  vaxt  kooperativdə  işləyirdi,  13) 
Məhəmməd 
Vahab  oğlu  –  ticarətçi,  şəkili,  ancaq  Zaqatalada  yaşayır,  14) 
Əlibala  Salamov  –  ölüb,  15)  Əliəkbər  Salamov-  zərgər 
(Zərgər Əliəkbər), 16) 
Musa və Abbas  Əsgərovlar – şəkililər, 
o zaman Zaqatalada yaşayırdılar. 
Sual: Bu təşkilatın məqsəd və vəzifələrini açıqlayın.  
Cavab:  Yuxarıda  dediyim  kimi,  bu  təşkilat  əksinqilabi 
millətçi mövqedə dururdu. Biz bu işləri aparırdıq:  
1)  əksinqilabi  millətçilik,  yəni  Turan  millətinin  vahidliyi 
“ideya”sını yayğınlaşdırmaq;  
2)  Turan  xalqlarının  bütün  dillərindən  daha  mədəni 
saydığımız Türk dilini yayğınlaşdırmaq;  
3)  Türk  şair  və  yazıçılarından 
Tofiq  Fikrət,  Məhəmməd 
əmin  [Yurdaqul],  Hamid  Əbdülhəqq,  Rza  Tofiq  və 
başqalarının  ideyalarını  yaymaq.  Boynuma  alıram  ki,  bizim 
bütün  əksinqilabi  millətçi  işimiz  ÜİK(b)P  və  sovet  hakimiy-
yətinin  milli  siyasətinə,  proletar  ədəbiyyatı  və  yaradıcılığına 
qarşı  yönəldilmişdi  və  onlara  qarşı  pantürkizm  “ideya”sı 
qoyulmuşdu.  Mən  – 
Qədimov  Abbasqulu,  Baba  Qəbulov, 
Qazızadə  Nurulla  əfəndi,  Rəcəbli  Əhməd,  Əhməd 
Bərbərlinski  məsciddə,  məktəblərdə,  bazarda  ayrı-ayrı  dükan-
larda,  guya  qonaqlıq  məclislərində  Turan  millətlərinin  birliyi 
uğrunda  çıxış  edirdik.  Məktəblərdə  təbliğat  apararkən  gəncləri 
əskinqilabi millətçi ruhda tərbiyələndirmək istəyirdik”.  
Oxucumuz  diqqətli  olsun  –  müttəhim  özünü 
“Əliabbas”  yox,  “Abbasqulu”  adlandırır!  Nə  qədər 
gülüncdür!  Doğrudanmı  o,  öz  adını  unudub?!  Əlbəttə, 

 
186 
yox. Bu, müstəntiqin saxtakarlığına başqa bir sübutdur. 
Ə.Qədimov  bu  protokolu  oxumuş  olsaydı,  yaxud 
dinləsəydi  hökmən  öz  adını  düzəldərdi;  deməli,  bu 
protokolun məzmunundan o, xəbərsizdir.  
“Sual:  Bu  əksinqilabi  millətçi  təşkilatın  üzvlərindən 
kimlər hələ üzə çıxarılmayıb və repressiya olunmayıb? 
Cavab:  Təşkilatın  tərkibindəki  bu  adamlar  repressiya 
olunmayıb: 
Rəcəbli  Əhməd,  İsa  Kazımov,  Musa  Əsgərov, 
Abbas Əsgərov. 
Sual:  Boynunuza  alırsınızmı  ki,  1927-ci  ildə  gizli 
əksinqilabi  millətçi  təşkilatı  yaratmaq  üstündə  həbs 
edildiyiniz  zaman  “Türk  mühibbi”  təşkilatını  və  həmin 
təşkilatın üzvlərini  istintaqdan gizlətmisiniz? 
Cavab:  Bəli,  boynuma  alıram  ki,  1927-ci  ildə  bu  təşkilat 
üstündə həbs olunduğum zaman dindirmələrdə təşkilatın möv-
cudluğunu  inkar  etdim  və  sırf  əksinqilabi  məqsədlə  istintaqa 
həmin  əksinqilabi  millətçi  təşkilatın  üzvlərinin  adlarını 
demədim.  
Sual: 1929-ci ildə cəzanızı çəkib qurtardıqdan sonrakı 
əksinqilabi işiniz haqqında ifadələrinizi davam etdirin.  
Cavab:  Cəzamı  çəkdikdən  sonra  mən  Şəkidəydim.  Burada 
Baba Qəbulov, Əfəndiyev Fərrux, Əliəkbər Salamov, Əh-
məd Rəcəbli, Abbasqulu Mirzəyev və başqaları ilə əksinqilabi 
əlaqəmizi bərpa etdim. Şəki-Zaqatala bölgəsində sovet hakimiy-
yətinə qarşı silahlı çıxışlara hazırlıq vaxtı mən üsyançı hərəkat 
təşkilatları və iştirakçılarından 
Nəbibəyov Bəhram bəy, Seyid 
Vəliyev,  Qəbulov  Baba ilə əlaqə saxladım, üsyançı hərəkatın 
təşkilatçılarından  biri  kimi  Nəbibəyovun  tapşırığına  əsasən 

 
187 
Bakıya  getdim  ki,  sovet  hakimiyyətinə  qarşı  üsyan  hərəkatına 
Müsavatın  xarici  bürosundan  yardım  almaq  üçün  Müsavatın 
başlıca  şəxslərindən  olan 
Mədinə  xanım’ın  şəxsində  Bakı 
müsavatçılarının gizli təşkilatı ilə əlaqə və rabitə yaradım.  
Bu  məqsədlə 
Qiyasbəyova  Mədinə  xanım’ın  yardımı  ilə 
Bakıda  yerləşən  müsavatçılarla  Müsavatın  xarici  bürosu 
arasında  əlaqəçi  olan  müsavatçı 
Ağayev  Novruz’la  əlaqə 
yaratdım  və  onunla  üç  görüşüm  oldu.  Ağayevlə  görüşlər 
zamanı  Müsavatın  xarici  bürosunun  işi  haqqında  məlumat 
aldım  və  ona  da  Ağayev  vasitəsi  ilə  Az.SSR-in  rayonlarının 
vəziyyəti  haqqında  mənfi  və  böhtançı  ruhda  məlumat  verdim. 
Həm Mədinə xanımdan, həm də Ağayev Novruzdan əksinqilabi 
müsavatçı  işin  bundan  sonra  da  genişləndirilməsi  haqqında 
əksinqilabi  müsavatçı  göstərişlər  və  Az.SSR-in  rayonlarındakı 
vəziyyətin,  Az.SSR-in  rayonlarındakı  köhnə  müsavatçı 
kadrların  müəyyənləşdirilməsi  zərurəti  haqqında  tapşırıqlar 
aldım.  Bu  tapşırıqları  Müsavatın  xarici  bürosu  üçün  yerinə 
yetirməli idim və qismən də yerinə yetirdim.  
Sual:  Qiyasbəyli  Mədinə  xanımın  və  Ağayev 
Novruzun  şəxsində  əksinqilabi  Müsavat  təşkilatı  ilə 
əlaqəniz və onlardan tapşırıq almağınız hansı ildə olub? 
Cavab:  Bütün  bunlar  1930,  31,  32  və  1933-cü  illərdə  baş 
verib. 
Sual:  1933-cü  ildən  sonrakı  əskinqilabi  fəaliyyətiniz 
haqqında ifadələrinizə davam edin. 
Cavab:  1933-cü  ildə  Ağayevlə  son  görüşümdə  o,  yuxarıda 
dediyim kimi, mənə Müsavatın xarici bürosunun göstərişlərinə 
uyğun  bir  sıra  əksinqilabi  müsavatçı  tapşırıqlar  verdi. 

 
188 
Müsavatın  xarici  bürosundan  Ağayev  vasitəsilə  aldığım 
göstərişlərin mahiyyəti bunlardır: 
1)  Quba  qəzasındakı  xüsusən  nüfuzlu  bütün  köhnə 
müsavatçıları  müəyyənləşdirmək  və  onlarla  əlaqə  yaratmaq, 
onları işə düzəltməyə çalışmaq. 
2)  Sürgündən  qayıdan  müsavatçıları  və  başqa  antisovet 
görüşlü şəxsləri imkan daxilində işə düzəltmək. 
3)  Yeni  müsavatçı  kadrlar  hazırlamaq  məqsədiylə  gəncləri 
əksinqilabi  millətçi  ruhda  tərbiyə  etmək  üçün  gənclər  arasında 
iş aparmaq. 
4)  Kəndlilər  arasında  antisovet  əhval-ruhiyyəli  şəxsləri 
müəyyənləşdirmək  üçün  kəndlilərin  əhval-ruhiyyəsini  öyrən-
mək. 
Sual:  İstintaqa  bildirin  görək  bu  göstərişləri 
gerçəkləşdirmək üçün Siz hansı əməli işlər görmüsünüz? 
Cavab:  Qubada  həbs  olunduğum  anadək  aşağıdakı  işləri 
görmüşəm. 
Bir  həkim  kimi  evlərə  xəstələrin  yanına  getməyimdən 
istifadə  edərək  ziyalıların  və  kəndlilərin  əhval-ruhiyyəsini 
öyrənmişəm.  Əksinqilabi  əhval-ruhiyyəli  bu  şəxsləri  müəy-
yənləşdirərək  onlarla  əlaqə  saxlamışam:  1. 
Əliabbas, 
yanılmıramsa 
Əlizadə  –  qubalı,  vəkillər  kollegiyasının  üzvü,  
keçmiş  şəhər  başçısı;  2. 
Mirzəəli  Behbudov  –  şuşalıdır, 
Şuşanın məşhur bəylərindəndir, Qubada vəkillər kollegiyasının 
üzvü  idi,  bir  müddət,  deyəsən,  hansısa  rayonda  “ÇK” 
orqanlarında  işləyib;  3. 
Molla  Əhməd  əfəndi  –  Quba 
şəhərinin  sakini,  sünni  camaatı  arasında  çox  nüfuzlu  bir 
şəxsiyyət;  doğrudur,  Quba  şəhərində  şayiələr  gəzirdi  ki,  o, 

 
189 
“NKVD”  rayon  şöbəsi  ilə  əlaqə-
dardır,  ancaq  antisovet  ünsürdü 
və 
mənim 
əqidədaşımdı; 
4. 
Mehmandarov,  adını  xatırlamı-
ram
79
 –  Quba  rayonunun  Nügədi 
kəndində  feldşer,  Şuşadakı  keçmiş 
müsavatçı  həkim  [Kərim  bəy] 
Mehmandarovun  oğlu,  sürgün-
dən  1935-ci,  ya  da  36-cı  ildə 
qayıdıb,  dediyinə  görə,  Şuşadakı 
əksinqilabi 
fəaliyyətinə 
görə 
sürgün  edilibmiş;  5. 
Əhməd  bəy 
Abdinbəyov – qubalı, keçmiş bəy, 
Meşə  Təsərrüfatı  İdarəsində  işləyir;  deyəsən,  indi  Torpaq 
Komitəsində çalışır; 6. 
Məhəmməd bəy Abdinbəyov – Əhməd 
bəyin  qardaşı,  sürgündə  olub  (nə  üstündə  –  bilmirəm),  12-ci 
sovxozda  işləyib;  7. 
Qulam,  deyəsən,  Rəhimov  (soyadı  dəqiq 
deyil)  –  qubalı,  Azərittifaqda  ticarət  xətti  üzrə  çalışır,  Sovet 
küçəsində  öz  evində  yaşayır;  8. 
Məşədi  Həmdulla  – 
türkəçarəçi,  əhali  arasında  böyük  hörməti  vardı,  qubalı,  Sovet 
küçəsində yaşayırdı; 9. 
Mirməhəmməd ağa Seyid Əşrəf oğlu 
–  nüfuzlu  seyid,  Sovet  küçəsində  yaşayırdı,  onunla  bəzən 
söhbətlər  edirdim  və  kəndlilərin  durumunu  pisləyərək 
üstüörtülü şəkildə öz narazılığını bildirirdi; 10. 
Məşədi  Əsgər 
–  keçmiş  bağ  sahibi,  Qubada  keçmiş  Şamaxı  küçəsi  №3-də 
                                                 
79
 Bu, Rəşid bəy Mehmandarovdur (1885-1937). 
 
 
 
Rəşid bəy Mehmandarov 

 
190 
(Proletar  və  Şamaxı  küçələrinin  tini)  yaşayır;  11. 
Musa  (ona 
Musa dayı deyirlər) – Rustov kəndinin yanındakı Usta Qasım 
kəndinin  sakini,  keçmiş  qolçomaq;  12. 
Heydər  bəy 
Səfərəlibəyov  –  Dəvəçi  sakini,  kar,  keçmiş  zabit;  13. 
Rəfibəyov  Həmid  -  gəncəli,  Pedaqoji  Texnikumun  müəllimi, 
mənim  yoldaşıma  da  dərs  deyib  və  tez-tez  bizdə  olub;  13. 
Teymurxanlı – Quba rayonunun hansısa kəndindəndir, Quba 
Pedaqoji  Texnikumunda  dərs  deyirdi,  Zaqatalada  da  müəllim 
işləyib;  14. 
Şahverdiyev  Hacıbaba,  qubalı,  müəllim, 
onillikdə
80
 dərs  deyib,  orada  direktor  müavini  idi;  15. 
Xıdır, 
soyadını  unutmuşam  –  müəllim,  Quba  rayonunun  Əmsar 
kəndindəki  yeddiilliyin  direktoru;  16. 
Şirəli  Səmədov,  şəkili, 
1934/35-ci 
illərdə 
Qubadaydı 
və 
Kənd 
Təsərrüfatı 
Texnikumunda  müəllim-aqronom  kimi  işləyirdi,  1936-cı  ildə 
Qubadan getdi; arvadının adı Qərənfildir. Səmədov 1936-cı ildə 
haqq-hesablaşmaq üçün Qubaya gəlmişdi və dediyinə görə, Mil 
düzündə sovxozda işləyirdi; 17. 
Keyseruxski Görklü – ləzgi
81

Balakəndəndir,  1936-cı  ilədək  Qubada  Kənd  Təsərrüfatı 
Texnikumunun  direktoru,  sonra  isə  XII  sovxozun  texniki 
direktoru  işləyib,  1936-cı  ildə  Bostançı  stansiyasındakı 
sovxozda direktor, yaxud aqronom işləmək üçün getdi. 
Sual:  Adını  çəkdiyiniz  bu  adamlarla  əksinqilabi 
əlaqəniz nədə özünü göstərirdi? 
                                                 
80
 Yəni onillik məktəbdə. 
81
 Əsl  adı  Adıgörklü’dür.  Kiyev  Politexnik  İnstitutunun 
aqronomluq  fakültəsini  bitirmişdi.  Adından  da  göründüyü  kimi, 
təmiz Türkdür. Kiyev Politexnik İnstitutunun aqronomluq fakültəsini 
bitirmişdi. 

 
191 
Cavab:  Yuxarıda  adını  çəkdiyim  adamlarla  (mənimlə 
söhbətlərdə  kəndlilərin  həyatı  ilə  bağlı  narazılığını  bildirən  və 
onların  vəziyyətini  pisləyən  MirMəhəmməd  ağa  Seyid  Əşrəf 
oğlunu  çıxmaqla)  mən  müxtəlif  vaxtlarda  1937-ci  ildə  həbs 
olunduğum  günədək  müntəzəm  olaraq  əksinqilabi  millətçi  və 
açıq-aşkar  antisovet  söhbətlər  aparmışam.  Bir-birimizə 
əksinqilabi  baxışlarımızı  söyləyirdik,  kəndlilərin  durumunu  və 
ümumən  Az.  SSR-dəki  durumu  əksinqilabi  mövqedən  tənqid 
edirdik,  partiyanın  və  sovet  hakimiyyətinin  siyasətinə  əksin-
qilabi  böhtanlar  atırdıq.  Adını  yuxarıda  çəkdiyim  bütün 
adamlar  da  mənim  kimi  bir-birinin  əksinqilabi  görüşləriylə 
ortaqdı  və  onların  hamısı  mənim  kimi  əksinqilabi  millətçi 
mövqedəydi,  yəni  Azərbaycanda  sovet  hakimiyyətini  devirmək 
və “müstəqil” burjua-millətçi dövlət qurmaq tərəfdarlarıydı. 
Sual:  Sovet hakimiyyətinə qarşı əksinqilabi mübarizə 
aparmaq  üçün  gizli  əksinqilabi  təşkilatı  yaratmağın 
zəruriliyi  haqqında  məsələni  adını  çəkdiyiniz  hansı 
adamlarla  əksinqilabi  söhbətlərinizdə  müzakirə  et-
misiniz? 
Cavab:  Sovet  hakimiyyətinə  qarşı  əksinqilabi  mübarizə 
aparmaq üçün gizli əksinqilabi təşkilatı yaratmaq haqqında mən 
bu əqidədaşlarımla söhbət aparmışam: 
Qəbulov  Baba –  1934/35-ci illərdə; bu zaman o, Qubaya 
xidməti işlərinə görə gəlmişdi, söhbət mənim mənzilimdə getdi. 
Əksinqilabi  söhbətdə  Baba  Qəbulova  məlumat  verdim  ki, 
Qubada  gizli  təşkilata  cəlb  etmək  mümkün  olan  adamlar  var 
(yuxarıda adını çəkdiyim adamları nəzərdə tuturdum). Qəbulov 
mənə  məsləhət  gördü  ki,  təşkilatı  rəsmiləşdirməyim  və  gizli 

 
192 
yığıncaqlar  təşkil  etməyim,  çünki  bu,  qorxuludur  və  təşkilatın 
dağılmasına  səbəb  ola  bilər
82
.  O,  həmin  adamlarla  əlaqə 
saxlamağı  və  beynəlxalq  vəziyyət  gərginləşəndə,  yəni  sovet 
hakimiyyətinə  qarşı  müharibə  olduqda  onları  nəzərdə  tutmağı 
təklif etdi. 
Rəfizadə  Həmid – 1935-1936-cı illər, mənim mənzilimdə. 
Mən  ondan  Ali  Pedaqoji  İnstitutun  tələbələri  arasında  gizli 
əksinqilabi  təşkilatın  mövcudluğunu  soruşdum,  o  da  dedi  ki, 
onlarda belə təşkilat olub, ancaq dağıdılıb, çünki dediyinə görə, 
onun  yaxın  əqidədaşlarından  birini  həbs  ediblər,  hətta  tutulan 
vaxt  onun  yanında  imiş.  Rəfizadə  dedi  ki,  sovet  hakimiyyətinə 
qarşı  mübarizə  aparmaq  üçün  onların  hazır  kadrları  var. 
Tutulma  təhlükəsini  nəzərə  alaraq  onlar  qeydə  alınmır  və  hər 
yerdə iş bu yolla aparılır. 
Mir  Müin  Niyazi  “öz  əqidədaşlarımızı  yığıb  qruplaş-
dırmaq  lazım  deyilmi?”  sualıma  cavab  verdi:  “Sürgündən 
yenicə  qayıtmışam  və  hələlik  işə  düzəlmək  istəyirəm”  və  işə 
düzəlməyə kömək etməyimi xahiş etdi. Onunla mən 1936-cı ildə 
söhbət etmişdim, ancaq o, tezliklə Qubadan getdi və onunla bir 
daha görüşmədim. 
Xıdır  –  1936-cı  ildə  gizli  əksinqilabi  təşkilat  yaratmağın 
zəruriliyi  haqqında  söhbətdə  dedi  ki,  mən  Dağıstanla  əlaqə-
dəyəm,  ancaq  kimlə  olduğunu  demədi.  O,  sovet  hakimiyyətinə 
                                                 
82
 Əslində  bu  sözlər  nə  Baba  bəyindir,  nə  də  Əliabbas  həkimin, 
bunlar  istintaqın  özünün  uydurmasıdır,  çünki  belə  bir  təşkilat 
olmamışdı və istintaqın əlində onun mövcudluğunu sübut edəcək heç 
bir  dəlil  yoxdu,  buna  görə  də  “təşkilat  vardı,  ancaq  rəsmiləş-
dirilməmişdi” versiyasını ortaya atmışdı. 

 
193 
qarşı  kəndlilərlə-kolxozçularla  fərdi  təbliğat  aparır.  “Gizli 
əksinqilabi  təşkilatda  işləyəcəksənmi?”  sualıma  Xıdır  müsbət 
cavab verdi, dedi ki, bu təşkilata girməyə hazıram. 
Heydər  bəy  Səfərəlibəyov  1933-cü  ildə  mənimlə  əksin-
qilabi  söhbətdə  gizli  əksinqilabçı  müsavat  təşkilatı  yaratmağın 
zəruriliyini  dönə-dönə  bildirirdi.  Heydər  bəy  ilk  baxışda  mənə 
şübhəli  adam  kimi  göründü,  çünki  o,  hər  vaxt  öz  “mən”ini 
göstərməyə  çalışırdı.  1930-cu  ildə  Mədinə  xanımla  söhbətdə 
ondan  ilk  dəfə  “DPZ”-də  tanış  olduğum  Heydər  bəyin  şəxsiy-
yəti barədə soruşmuşdum və Mədinə xanım demişdi ki, Heydər 
bəy mənim  yanımda olub, ağlayıb və o, mənə “anormal” adam 
kimi görünüb. 
Yuxarıda  adını  çəkdiyim  başqa  adamlara  təşkilat  yaratma-
ğın  zəruriliyi  haqqında  bir  şey  deməmişəm,  ancaq  onlarla 
apardığım  müntəzəm  əksinqilabi  söhbətlərdə  əmin  olmuşam  ki, 
onların  baxışları  əksinqilabidir  və  məndə  belə  bir  qəti  əminlik 
yaranıb ki, onların hər birini təşkilata cəlb etmək mümkündür. 
Mən  onları  müəyyənləşdirmişəm  və  gizli  əksinqilabi  təşkilat 
yaratmaq məqsədilə onlarla əksinqilabi əlaqə saxlamışam, ancaq 
1937-ci ildə həbs olunduğuma görə həmin təşkilatı formalaşdıra 
bilməmişəm”. 
DT  kiçik  leytenantı  Məmmədovun  tərtib  etdiyi 
sonuncu dindirmə protokolu burada başa çatır. 
HÖKM 
Müstəntiq  Məmmədov  istintaqın  bitməsi  haqqında  8 
sentyabr 1937-də protokol tərtib edib. 23 sentyabr 1937-də 
Az.  SSR  xalq  daxili  işlər  komissarı,  3-cü  dərəcəli  dövlət 

 
194 
təhlükəsizliyi  komissarı  Sumbatov’un  təsdiq  etdiyi 
ittihamnamə hazırlanıb. Burada Ə.Qədimovun cinayətləri 
belə sadalanır: 
1927-ci ildə əksinqilabi millətçi müsavatçı 
“Türk mühibbi” 
təşkilatını yaratmaq üstündə həbs olunduğu zaman istintaqdan 
bu  təşkilatın  mövcudluğunu  gizlədib,  yalnız  əksinqilabi 
təşviqata görə ittiham olunub. 
Cəzasını  çəkdikdən  sonra  sovet  hakimiyyəti  ilə  mübarizə 
mövqeyində  qalmaqda  davam  edib  və  1930-cu  ildə  Şəkidə 
əksinqilabi  ünsürlərlə  əlaqəni  bərpa  edib,  sovet  hakimiyyətinə 
qarşı  silahlı  çıxışın  hazırlanmasında  iştirak  edib.  Bu  məqsədlə 
fəal müsavatçılar 
Qiyasbəyova  və Ağayev  ilə əlaqəsini bərpa 
edib,  onlar  vasitəsiylə  İrandakı  mühacir  müsavatçılarla  əlaqə 
qurub. 
Şəkidə  üsyan  yatırıldıqdan  sonra  Qubaya  köçüb,  orada 
1935/36-cı illərdə ətrafına əksinqilabi millətçi ruhlu müəllimləri 
toplayıb,  əksinqilabi  müsavatçı  qrup  və  üsyançı  kadrlar 
hazırlayıb  ki,  müharibə  olarsa  sovet  hakimiyyətinə  qarşı  silahlı 
üsyan etsinlər. 
Beləliklə, Ə.Qədimov Az. SSR Cinayət Məcəlləsinin 72 
və  73-cü  maddələri  ilə  ittiham  olunub.  Bu  sənəddə  onun 
özünü  bütünlüklə  təqsirkar  bildiyi  göstərilib.  Bu,  rəsmi 
ittihamdı,  ancaq  Az.  SSR  XDİK  Üçlüyünün  26  sentyabr 
1937-ci  il  tarixli  yığıncağının  18  saylı  protokolundan 
çıxarışlara  baxanda  yeni  ittiham  da  oxuyuruq:    “Silahlı 
üsyan hazırlamaq yolu ilə sovet hakimiyyətini devirmək mövqe-
yində  durub,  yetkin  müsavatçıdır”
.  Üçlük  həmin  iclasda  50 
yaşlı  Əliabbas  Əli  oğlu  Qədimov  haqqında  qərar  çıxarıb: 

 
195 
“GÜLLƏLƏMƏLİ.  ƏMLAKINI  MÜSADİRƏ  ETMƏLİ”. 
Hökm  28  sentyabr  1937-ci  ildə  gecə  saat  1.25-də  yerinə 
yetirilib.  Yuxarıda  göstərdiyimiz  kimi,  45  yaşlı  Mədinə 
xanım Mehdi qızı Qiyasbəyova
 da həmin anda güllələnib. 
10  avqust  1956-cı  ildə  Az.  SSR  prokuroru  A.S.Babayev 
Az.  SSR  Ali  Məhkəməsinin  Cinayət  İşləri  üzrə  Məhkəmə 
Kollegiyasına  M.Qiyasbəyli  və  Ə.Qədimovun  işi  ilə  bağlı 
etiraz  göndərib.  Sənədin  Ə.Qədimovla  bağlı  hissəsində 
göstərilir  ki,  o,  avqust  ayına  qədər,  demək  olar  ki,  heç 
nəyi  boynuna  almayıb,  ancaq  sonra  hər  şeyi  etiraf  edib. 
“Bununla  yanaşı,  Quba  şəhərində  əksinqilabi  Müsavat 
qrupu  yaratması  haqqında  Qədimovun  ifadəsinin  əlavə 
yoxlanılması  nəticəsində  bu  fakt  təsdiq  olunmayıb”,  ona 
görə  də  bu  işlə  bağlı  həbs  olunan  bir  çox  şəxslər  bəraət 
qazanıb.  Prokuror  irəli  sürülmüş  ittihamın  sübut 
edilmədiyini  əsas  gətirərək  Mədinə  xanım  Qiyasbəyliyə 
və  Əliabbas  Qədimova  bəraət  verilməsini  xahiş  edib. 
Bundan  az  sonra  Əliabbas  Qədimov  da  başqaları  kimi 
rəsmən təmizə çıxarılıb. 
SON SÖZ 
 
Yalnız vicdanın pıçıltısını özünə  bələdçi seçib  həyatın 
enişli-yoxuşlu  yollarıyla  irəliləyən  və  bu  yollarda  hansı 
çətinliklərlə üzləşirsə-üzləşsin vətən, xalq və öz şəxsiyyəti 
qarşısında  daşıdığı  məsuliyyət  hissini  bir  an  da  olsun 
unutmayanlar insanlıq ucalığına yüksələ bilərlər. 
Məşhur  filosof  Sartra  görə,  vicdan  özünə  və  başqala-
rına  münasibətdə  zərurəti  nəzərə  almaq,  özünü  qismən 

 
196 
məhdudlaşdırmaqdır,  əxlaqi  borca  münasib  hərəkət 
etmək, yaşamaq və düşünməkdir. Vicdan könüllü surətdə 
özünü  cəmiyyətin  arzu  etdiyi  kimi  aparmaq  qabiliy-
yətidir. 
Əsərimizin  qəhrəmanı  Əliabbas  Qədimov  və  onun 
məsləkdaşları Mədinə xanım Qiyasbəyli, Baba bəy Qəbulzadə, 
Bəhram bəy Nəbibəyov
 və başqaları cəmiyyətə münasibətdə 
məhz  əxlaqi  borca  müvafiq  düşünüb,  yaşayıb  və  hərəkət 
ediblər. 
Onlar  heç  vaxt  “can  Azərbaycan”  deməyib,  belə  səs-
küylü, hay-haraylı sevgidən uzaqda durub, ancaq zərurət 
yarandıqda o canın özü olublar.  
Ə.Qədimov  bolşevikləri  talançılıqda,  xalqı  aclığa  və 
səfalətə düçar etməkdə suçlayaraq kommunistlərin sırala-
rını  tərk  etdiyi  zaman  sakit,  firavan  həyat  sürmək  üçün 
hər  şeyi  vardı:  Şəki  Səhiyyə  Şöbəsinin  müdiriydi,  xalq 
içərisində bilikli, yüksək ixtisaslı həkim kimi tanınırdı, an-
caq o, bütün bunların hamısından imtina edib özünü oda 
atdı. O dönəmdə milli şüurlu insanların bir çoxu Ə.Qədi-
movun  yolunu  tutaraq  “yaşamağı  yanmaqda”  görüblər. 
Onları  bu  pərvanə  fədakarlığına  sövq  edən  başlıca  səbəb 
bolşevik rejiminin milli duyğularə ayaqlar altına atmasına 
etinasız qala bilməmələriydi.  
Üzərinə  “bəşəri  dəyərlər”,  “beynəlmiləlçilik”  niqabı 
çəkilmiş, əslində xalqları özündə əritmək məqsədi güdən 
ruslaşdırma siyasətinin iç üzünü görən və görməyən göz-
lərə  də  göstərən  fikir,  zəka  qəhrəmanları  kommunist-
bolşevik rejiminə qarşı qeyri-bərabər şərtlər altında çarpı-

 
197 
şıblar. Bu gərgin mücadilədə onlar cismən məhv oldular-
sa da mənən üstün gələrək tarixdə QALİB kimi qaldılar!  
 
QAYNAQLAR 
 
1.
  Azərbaycan  Respublikası  Dövlət  Arxivi  (ARDA),  fond  51, 
siyahı 3, iş 8, vərəq 104. 
2.
  ARDA, fond 51, siyahı 3, iş 12, vərəq 98. 
3.
  ARDA, fond 51, siyahı 3, iş 330. 
4.
  ARDA, fond 51, siyahı 3, iş 347. 
5.
  ARDA, fond 51, siyahı 3, iş 418, vərəq 4a. 
6.
  Aslan Vaqif. Seçilmiş əsərləri. IV cild. Bakı, “Təhsil NPM”, 
2010. 
7.
  Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi (AR 
MTN) arxivi, 13506 (indi PR-23530) saylı istintaq işi. 
8.
  Azərbaycan  istiqlalının  bayraqdarı.  Toplayanı,  ərəb 
əlifbasında olanları latın qrafikasına çevirəni, lüğətin və öz 
sözün  müəllifi  prof.  Şirməmməd  Hüseynov.  Bakı, 
“Adiloğlu”, 2011. 
9.
  Əmrahov  M.  İkinci  dünya  müharibəsi.  1939-1945.  Bakı, 
“Mütərcim”, 2000. 
10.
 Həsənov  Cəmil.  “Ağ  ləkə”lərin  qara  kölgəsi.  Bakı, 
“Gənclik”, 1991. 
11.
 Xəlilli  Xəliyəddin.  Azərbaycan  türklərinin  etnogenezi  və 
milli inkişaf tarixi. Bakı, “MBM”, 2007. 
12.
 Qasımlı Musa. Azərbaycan türklərinin milli mücadilə tarixi. 
1920-1945. İstanbul, 2006. 
13.
 Qasımov Cəlal. Yaddaşın bərpası. Bakı, “Mütərcim”, 1999. 

 
198 
14.
 Mabudoğlu  Z.,  Bəşirqızı  U.,  Adışirinov  K.  Şəkidə  məhəllə 
adları,  soyadlar  və  ləqəblər.  II  kitab,  Bakı,  “Nafta-Press”, 
2009. 
15.
 Manaflı  Həbibulla.  Öyünc  və  güvənc  qaynağı.  Bakı,  
“Nurlan”, 2007. 
16.
 Manaflı Həbibulla. Şəki üsyanı. Bakı, “Zaman”, 2000. 
17.
 Manaflı  Həbibulla.  Şəki  üsyanı.  Yenidən  işlənilmiş  ikinci 
nəşri. Bakı, “Uni-Print”, 2010. 
18.
 Məmmədov  X.  Azərbaycan  milli  hərəkatı.  (1875-1918-ci 
illər). Bakı, “Sabah”, 1996. 
19.
 Nəzirli Şəmistan. Yaddaşın bərpası. – “Azərbaycan” qəzeti, 
20 fevral 2000-ci il. 
20.
 Tahirzadə Ədalət. Baba bəy Abdulla əfəndi oğlu Qəbulzadə 
-  “525-ci  qəzet”,  2011,  22,  29  oktyabr,  5  noyabr;   №№  194, 
199, 204. 
21.
 Tahirzadə  Ədalət.  Cəfər  Kazımov  –  Sovet  uranını 
tapanlardan biri. Bakı, “Kür”, 2001. 
22.
 Tahirzadə Ədalət. Nuruzadə Hacı Axund Əhməd Hacı Piri 
oğlu – “525-ci qəzet”, 3, 9 may 2008, №№ 78, 82. 
23.
 Tahirzadə  Ədalət.  Şəkinin  tarixi  qaynaqlarda.  Bakı, 
“Master”, 2005, s.93-101. 
24.
 Rəfiyev Bəxtiyar. Aysberqin sualtı hissəsi. (20-ci illər). Bakı, 
“Azərnəşr”, 1995. 
25.
 Алиев Эльдар. Из истории общественно- политической 
и культурно-просветительской жизни азербайджанских 
студентов  в  ВУЗ-ах  Российской  империи  (II  половина  
XIX  века  - февраль  1917  года).   Авторефeрат канд.  дисс. 
Баку, 1966. 
 
 
 
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə