Amea şƏk reg onal elm məRKƏZ



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix10.06.2017
ölçüsü3,57 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11
təbliğat-təşviqatçılıq  bacarığı  olduğuna  görə  ətrafdakılar  üçün 
sosial təhlükə doğurur. 
 Bütün həbsi boyunca yalnız bircə dəfə dindirilən Baba 
bəy müstəntiq Zelenski’yə deyib:  
“İkinci dəfə Azərb. Dövlət Siyasi İdarəsi (DSİ) 11.06.1927-
ci  ildə  məni  Qax  kəndində  həbs  etdikdən  sonra  Zaqatalaya, 
oradan  da  Şəkiyə,  daha  sonra  Bakıya  göndərilmişəm  və  istin-
taqım  Bakıda  aparılıb.  Eyni  iş  üzrə  mənimlə  birgə  Zaqatalada 
bunlar  da  həbs  edilib:  1)  həkim 
Qədimov  Əliabbas,  2) 
Nurullah  əfəndi  Qazızadə  -  müəllim,  “Əhrar”  partiyasının 
keçmiş  üzvü,  3) 
Ramazan  Qaracayev  –  alverçi,  4)  Əhməd 
Abdullayev  –  İstehlak  kooperativində  işləyirdi,  5)  Əhməd 

 
107 
Bərbərlinski  –  mülkiyyətçilərdəndir,  6)  Cahangir  –  soyadını 
unutmuşam, 7) 
[Yusifov]  Məhəmməd  Vahab  oğlu (soyadını 
unutmuşam) – alverçi, 8) və 9) 
Salamov  qardaşları:  Əlibala 

  Əliəkbər  –  zərgər  və  alverçilər.  [...]  Həkim Əliabbas  Qədi-
mov aramızda keçmiş es-er kimi tanınmışdı; o, İstanbulda oxu-
yub  və  1914-cü  ildə  (1917-ci  ildə  -  müəl.)  İstanbulun  sosialist 
təşkilarlarından  İsveçrədə  keçirilən  sosialistlərin  qurultayına 
nümayəndə  göndərilib.  [...]  Mən,  Qədimov,  Nurullah  əfəndi 
Qazızadə  cəzamızı  çəkərkən  həmişə  bir  yerdə  yatmışıq.  Həmin 
həkim  Qədimov,  bildiyimə  görə,  bir  neçə  ay  öncə  Qubada 
yenidən həbs edilib...”

Zelenski  Baba  bəyi  Məhəmmədəli  Xəlifəzadə  və  Veysəl 
Mustafazadə
  ilə  birgə  müsavatçılıq  təbliğatı  aparmaqda 
suçladıqda müttəhim onlarla yalnız müəllim yoldaşı kimi 
əlaqədə olduğunu bildirib. 
ÜÇÜNCÜ DİNDİRMƏNIN SONU 
Müstəntiq  Məmmədov  Əliabbas  həkimin  Baba  bəy 
Qəbulzadə  ilə  tanışlıq  və  görüşmələri  boynuna  almasını 
da qənimət sayaraq daha bu söhbəti uzatmır və keçir yeni 
“xanə”yə:                                                                                                                                                    
“Sual:  Siz,  sadəcə,  tərslik  edirsiniz.  Şəki-Zaqatala 
üsyanından qabaq Siz harada idiniz? 
Cavab: Üsyandan qabaq mən Şəkidə olmuşam. 
Sual:  Üsyan  ərəfəsində  Şəkidə  olarkən  üsyanın 
təşkilatçılarından  Nəbibəyov  Bəhram  bəy  və  Əfəndiyev 
Fərruxla  əlaqə  saxlamısınız.  Bunu  nə  cürətlə  inkar  edə 
bilərsiniz? 

 
108 
Cavab: Üsyandan qabaq Şəkidə olarkən Nəbibəyov Bəhram 
bəyi  tanıyırdım  və  onunla  tanışlığım  vardı,  ancaq  onunla  heç 
bir  əksinqilabi  əlaqə  saxlamamışam.  Onun  üsyanla  əlaqəsinə 
gəldikdə isə bildirirəm ki, o, həqiqətən üsyanın təşkilatçılarından 
biri  olub  və  bu,  mənə  üsyandan  sonra  bəlli  olub.  Fərrux 
Əfəndiyevi  tanıyıram,  onunla  yaxşı  münasibətdəyik,  ancaq 
yadımda  qaldığı  qədərincə,  üsyandan  qabaq  Şəkidə  onunla 
görüşməmişəm. 
Sual:  Siz  Nəbibəyovla  əksinqilabi  əlaqələriniz, 
Qəbulov  Baba,  Əfəndiyev  Fərrux  və  b.  ilə  birgə  üsyana 
hazırlıqda  iştirak  etməyiniz  üstündə  məsuliyyətindən 
yayınmağa  çalışırsınız.  İstintaq  bir  daha  sizdən  düzgün 
ifadə verməyi tələb edir”. 
Diqqət!!  Oxucumuz,  müstəntiq  öz  sualının  içərisində 
artıq  hakimin  güllələmə  hökmünün  bir  maddəsini 
yerləşdirib:  “Nəbibəyovla  əksinqilabi  əlaqə,  Qəbulov 
Baba,  Əfəndiyev  Fərrux  və  b.  ilə  birgə  üsyana  hazırlıqda 
iştirak”.  Bu  deyilənin  gerçəkliyini  müttəhimin  boynuna 
alıb-almaması elə də önəmli deyil – bolşevik çekistlər belə 
“əhəmiyyətsiz  xırdalıq”lara  heç  fikir  də  vermirlər. 
Müstəntiq  üçün  ən  önəmlisi  odur  ki,  dustaq  adı  çəkilən 
adamlarla  tanış  olduğunu  artıq  boynuna  alıb.  Onlarla 
tanışdırsa,  deməli,  görüşüblər;  görüşüblərsə,  deməli, 
əqidədaşdırlar;  əqidədaşdırlarsa,  deməli,  üsyanı  birgə 
hazırlayıblar; üsyan hazırlayıblarsa, deməli, məhv edilmə-
lidirlər,  vəssalam!  Stalin  dönəmi  məhkəmə-istintaq  siste-
minin özünü yormayan məntiqi beləydi!  

 
109 
“Cavab: O dövrdə üsyan hazırlandığını mən bilmirdim, bu 
haqda heç təsəvvürüm də yoxdu və bu haqda mənə heç kim heç 
nə  deməyib,  üsyan  haqqında  mən  hadisədən  sonra  eşitmişəm. 
Qəbulov və Əfəndiyevin üsyanın hazırlanmasında iştirak etmə-
lərinə gəlincə, bu da mənə heç nə məlum olmayıb, bunu ilk dəfə 
indi eşidirəm. 
Sual:  Siz  istintaqı  aldatmaq  mövqeyində  qalırsınız. 
Üsyan  ərəfəsində  Nəbibəyovla  əlaqə  saxlamağınız 
istintaqa məlumdur. O, Sizi üsyana hazırlıq işləri barədə 
məlumatlandırıb  və  Siz  bu  məqsədlə  Qaxa  Baba  Qəbu-
lovla  əksinqilabi  danışıqlar  aparmağa  getmisiniz. 
İstintaqa doğru ifadə verməyəcəksinizmi? 
Cavab:  Mən  dustaqdan  çıxdıqdan  sonra  Qaxa  Qəbulov 
Babanın yanına getməmişəm və üsyandan qabaq onunla görüş-
məmişəm.  Nəbibəyovla  ötəri  tanışlıqdan  başqa  digər  əlaqəm 
olmayıb.  O,  üsyana  hazırlıq  haqqında  mənə  heç  nə  deməyib. 
Üsyan haqqında isə yalnız hadisədən sonra xəbər tutmuşam. 
Sual:  Sizin  inadınız  əbəsdir.  Sizi  xəbərdar  edirik  ki, 
Qəbulov,  Əfəndiyev,  Nəbibəyov  və  başqaları  ilə  əlbir 
əksinqilabi  fəaliyyətiniz  istintaqa  bəllidir.  İstintaqa 
yalnız  doğru    ifadə  vermək  lazım  olduğu  haqqında  Sizi 
bir daha xəbərdar edirik”. 
Bununla da üçüncü dindirmə başa çatır. Müstəntiq öz 
rəisləri qarşısında lovğalana bilər – dustaq Qədimov Baba 
bəy  Qəbulzadə,  Bəhram  bəy  Nəbibəyov  və  Fərrux  bəy 
Əfəndiyevlə  tanış  olduğunu  gizlətməyib.  Onun  bu  kişi-
lərlə  əksinqilabi  fəaliyyətdə  olmasını  boynuna  almaması 
isə heç bir hüquqi problem yaratmır!..  

 
110 
AKT 
Əliabbas  Qədimov  öz  yaşam  prinsipləri  olan,  başqa-
larının  iradəsinə  boyun  əyməyən,  zorakılığa  dözüm 
göstərməyən cəsarətli bir KİŞİydi. Dünyanın neçə ölkəsini 
gəzmişdi,  neçə-neçə  dünya  şöhrətli  insanla  ünsiyyətdə 
bulunmuş,  yoldaşlıq,  düşüncədaşlıq  etmişdi,  öz  dövrünə 
görə  ən  yüksək  təhsil  almışdı,  çox  geniş  dünyagörüşü 
vardı, xalq içərisində gözəl bir ziyalı, əlləri şəfalı bacarıqlı 
həkim  kimi  dərin  hörmət  qazanmışdı,  böyükdən-kiçiyə 
hamı ehtiramını saxlayırdı. Doğrudur, “əyalət”də (Şəkidə, 
Qubada...)  yaşayırdı,  ancaq  bolşevik  zülmü  altında  inlə-
yən  elinin,  yurdunun  dərdlərini  görən,  bunun  üzərində 
düşünən  və  dərdlərinə  əlac  etməyə  çalışan  görkəmli  bir 
millət  oğluydu.  İndisə  insan  döyərək  özünə  lazımlı 
ifadəni  almaqdan  savayı  heç  bir  bacarığı  olmayan,  yad 
millətlərin  iradəsini  yerinə  yetirən  bir  oyuncaq  kiçik 
leytenantsa  qaniçən  hakimiyyətin  ona  verdiyi  tapşırığa 
əsasən bu boyda SƏXSİYYƏTi aşalığamağa, onun doğma 
Xalqına, bu ana Vətənə düşmən olduğunu zorla boynuna 
qoymağa çalışır!.. 
Həkim  də  həkimdi  ha!  Öz  ləyaqətini  qoruyan, 
mənliyinə  hörmət  edən,  onu  sayanın  qulu,  saymayanın 
ağası  olan  Əliabbas  Qədimov  marionetka  müstəntiqləri 
yerində  oturdur  –  özlərinə  hörmət  etməsələr  də  ona 
hörmət  etməyə  borclu  olduqlarını  öz  dirənişiylə  başa 
salır!  Nəticədə  üç  çekist  yığışıb  ondan  Çekistbaşına 
aşağıdakı məzmunda şikayət aktı bağlayıb göndərir: 
“1937-ci il yanvarın 26-sı günü, Bakı şəhəri. 

 
111 
Mən,  aşağıda  qol  çəkən  ASSR  XDİK  DTİ  4-cü  şöbəsi  2-ci 
bölməsinin  əməliyyat  müvəkkili,  DT  kiçik  leytenantı 
Məmmədov  bu  gün  4-cü  şöbə  2-ci  bölməsinin  rəisi,  DT  baş 
leytenantı  yol. 
Atakişiyev’in,  XDİK  Qubadlı  RŞ  rəisi,  DT 
kiçik  leytenantı 
Nizaməddinov’un  və    DTİ  4-cü  şöbə  2-ci 
bölməsinin  əməliyyat  müvəkkili   
R.Zahidov’un  yanında  bu 
aktı aşağıdakı səbəbdən tərtib etdim: dustaq Qədimov Əliabbas 
Əli oğlu bu gün dindirmədə ona əksinqilabi müsavatçı fəaliyyə-
tini  sübut  edən  əsaslı  bilgilərin  təqdim  edilməsinə  baxmayaraq 
üstintaqın ünvanına mənfur böhtan ataraq belə dedi: 
“Mən  4-
cü dəfə həbs edilmişəm və belə gedərsə məni 14-cü dəfə də 
həbs  edə  bilərlər,  çünki  XDİK  siyahısında  adımın 
qarşısına quş qoyulub”. 
Bu aktı elə bu haqda tərtib etdik” 
(7, 117). 
Sənədi ardıcıllıqla Məmmədov, Atakişiyev, Nizaməddinov 
və  Zahidov  qollayıblar.  Ən  sonda  müttəhimin  özünə  də 
qol  çəkdirilib.  Bu  sözləri  gerçəkdən  dediyinə  görə  Əliab-
bas həkim imzasını atmaqdan boyun qaçırmayıb. 
Bu sənədə görə əslində istintaqa minnətdar olmalıyıq, 
çünki  o,  Ə.Qədimovun  sonra  dəhşətli  işgəncələr  altında 
boynuna  qoyulmuş  bütün  “etiraf”larını  dəyərsiz  edərək 
qüvvədən  salır  və  müttəhimə  bundan  sonra  söyləməyə 
məcbur  olduğu  bütün  boğazdan  yuxarı  ifadələrinə  görə 
BƏRAƏT QAZANDIRIR! 
Bu  akt  bir  daha  təsdiqləyir  ki,  dindirmə  protokol-
larında  rəsmən  iki  nəfərin  adı  yazılsa  da,  deməli,  onu  26 
yanvarda  olduğu  kimi  həmişə  ən  azından  4  nəfər 
dindirirmiş. Sözsüz ki, onların dustağa verdikləri cismani 

 
112 
işgəncələr,  psixoloji  sarsıntılar  protokollara  düşməyib, 
ancaq  bu  kiçik  akt  bir  həqiqəti  ortaya  qoyur  –  Əliabbas 
həkimi  dindirmək  asan  işdirsə  4  nəfər  niyə  bir  yerə 
yığışıb?! Deməli, müstəntiq onun savadı, məntiqi qarşısın-
da  aciz  qalıb  və  üç  nəfər  də  onu  axmaq  durumdan 
qurtarmaq üçün yardımına gəlib! Ancaq onların dördü də 
26 yanvar günü MƏĞLUB OLARAQ rəislərinə müttəhim-
dən şikayət ediblər! 
ŞAHİD AXTARIŞINDA 
“NKVD”, bir qayda olaraq, müttəhimləri dindirdikdən 
və onlardan özlərinə qarşı bacardıqca ifadə aldıqdan sonra 
müttəhimi  tam  “zərərsizləşdirmək”  üçün  şahidlərin 
“yardımından” da istifadə edirdi. Bu zaman çekistlər daha 
çox  ona  üstünlük  verirdilər  ki,  həm  məhbusu  daha  yaxşı 
tanıyan,  deməli,  onun  haqqında  daha  çox  şey  bilən,  həm 
də  onunla  şəxsi  münasibətləri  “hamar”  olmayan,  kin, 
qəzəb,  həsəd  və  başqa  amillər  üzündən  birinin  üstünə 
beşini  də  qoyub  danışan  şahidləri  aşkar  edərək  onların 
əliylə  öz  ittihamlarını  “sübut”  etsinlər.  Bəzən  vicdanını 
itirməyən,  heç  bir  hədə-qorxudan  çəkinməyən  şahidlər 
yalnız gerçəyi danışsalar da onların  ifadəsini  mənfi tərəfə 
yozurdular.   
İstintaqın əlində Ə.Qədimovun əksinqilabçı olduğunu 
sübut  edəcək  kəsərli  dəlil-sübutlar  yoxdu.  Bu  üzdən  də 
onun  əleyhinə  “kirləndirici”  materiallar  yığmaq  üçün 
XDİK  əməliyyat  müvəkkilləri  Şəkidə  və  Qubada  bir  sıra 
adamları  şahid  kimi  dindirərək  onlardan  həkimə  qarşı 

 
113 
ifadələr almağa çalışdılar. Ona görə “çalışdılar” deyirik ki, 
şahidlərin bəziləri müstəntiqlərin qara niyyətini bildiyinə 
görə tora düşməkdən var gücüylə yayınır, öz ifadələriylə 
Qədimova  ziyan  yetirməmək  üçün  əllərindən  gələni 
edirdi.  Bu  şahid  ifadələrinin  başlıca  özəlliyi  ondadır  ki, 
onların  söylədiklərinin,  demək  olar  ki,  hamısı  həqiqətdir 
və deyilənlərdə açıq-aşkar böhtan və iftira yoxdur. Ancaq 
bu  deyilənlərdən  “NKVD”-nin  sonra  necə  yararlanacağı 
başqa məsələdir. 
MƏHƏMMƏDİYYƏ ƏFƏNDİYEVİN 
 İFADƏSİ 
XDİK  DTİ  Şəki  Şəhər  Şöbəsi  4-cü  bölməsi  əməliyyat 
müvəkkilinin  köməkçisi,  DT  çavuşu  Xasayev’in  4  fevral 
1937-də  dindirdiyi  ilk  şəxs  1898-də  Şəkidə  doğulmuş, 
Bakıda  Proletar  küçəsi
38
 50  ünvanında  yaşayan,  ruhani 
oğlu, ali təhsilli, 1920-ci ildən kommunist Məhəmmədiyyə 
İbrahim  oğlu  Əfəndiyev  oldu.  O,  ifadəsində  bunları 
söylədi:  
“1919-cu  ildə  Şəkidə  ibtidai  məktəbdə  müəllim  işlədiyim 
zaman  Müsavat  Partiyasının  başçısı 
Məhəmmədəmin 
Rəsulzadə  Şəkiyə  gəldi, Şəkidə Müsavatın özəyini yaratdılar 
və  [Rəsulzadə]  həmin  özəyin  başçıları 
Xəlifəzadə  Məhəm-
mədəli’ni,  Qədimov  Abbas’ı  və  Mustafayev  Veysəl’i  təyin 
etdi.  Onlar  da  şəkililəri  öz  tərəfinə,  yəni  Müsavat  özəyinə  cəlb 
etməyə başladılar və bu adamları cəlb etdilər:  
                                                 
38
 İndiki Vidadi küçəsi. 

 
114 
1)  Kiş  kəndindən 
Əfəndiyev 
Həmid  –  indi  Kiş  kəndində  müəl-
lim işləyir.  
2) 
Əlizadə  Zahid  İbrahim 
oğlu  –  Şəkidə  Kənd  Təsərrüfatı 
Texnikumunda müəllim işləyir. 
3) 
Əfəndiyev  Həsən  Əhməd 
oğlu  –  indi  Şəki  Pedaqoji    Texni-
kumunda müəllim işləyir. 
4)  Kiş  kəndindən 
Qarayev 
Hüseyn – indi Şəkidə 5 saylı mək-
təbin direktoru  işləyir. 
Yaxşı  xatırlayıram  ki,  Xəlifə-
zadə  Məhəmmədəli  və  Mustafayev  Veysəl  o  zaman  Şəki  şəhər 
məktəbində  müəllim  işləyir  və  Müsavatın  bütün  təşkilatı  işlə-
rini bu məktəbdə aparırdılar. Onlar əhali arasında fəal iş görür 
və Müsavatın bu təşkilatına yeni üzvlər cəlb edirdilər.  
1920-ci ildə Azərbaycanda aprel çevrilişindən sonra Musta-
fayev Veysəl və Xəlifəzadə Məhəmmədəli tutulmaqdan qorxaraq 
Dağıstana  qaçdılar,  bir  azdan  yenə  Şəkiyə  döndülər.  Şəkiyə 
qayıdan  kimi  onları  həbs  etdilər,  bir  neçə  ay  keçəndən  sonra 
zindandan buraxdılar. Mustafayev Veysəl Azərbaycan Pedaqoji 
İnstitutunda  işləyir.  Xəlifəzadə  Məhəmmədəli  də  Bakıdadır  və 
müəllimdir, hansı məktəbdə olduğunu bilmirəm, ancaq Qalada
39
 
yaşayır.  
Qədimov  1934-də  Qubada  həkim  işləyirdi,  indi  harada 
olduğunu bilmirəm”. 
 
                                                 
39
 İçərişəhərdə. 
 
 
Məhəmmədəmin 
Rəsulzadə 

 
115 
Şəkidə  Müsavat  Partiyasının  quruluş  tarixi  haqqında 
verdiyi bu qiymətli bilgiyə görə Məhəmmədiyyə Əfəndi-
yevə indi minnətdar olmalıyıq. Göründüyü kimi, o yalnız 
faktları  sadalayıb  və  adını  çəkdiyi  kişilərə  zərər  yetirə 
biləcək siyasi qiymət verməkdən yayınıb.  
QƏRƏZLİ İSAY ROLNİKOV 
“NKVD”  yalnız  Şəkidə  deyil,  Qubada  da  axtarışlar 
aparırdı. 8 fevralda XDİK DTİ Quba Rayon Şöbəsi əməliy-
yat müvəkkilinin köməkçisi, DT çavuşu Sultanov 1905-də 
Bakıda  doğulmuş,  Quba  şəhərində  Xaçmaz  küçəsi  96-da 
yaşayan,  Quba  şəhər  xəstəxanasının  həkimi,  ali  təhsilli, 
yəhudi İsay Gendrixoviç Rolnikov’u şahid kimi dindirib. 
Əliabbas  Qədimovla  bir  yerdə  işləyən  İ.Rolnikovun  öz  iş 
yoldaşına  qərəzli  yanaşmasının  hər  şeydən  öncə  onun 
milli  duyğularından  qaynaqlandığı,  millətsevər  Əliabbas 
həkimin milli kadrlara qayğıkeşliyini həzm edə bilməməsi 
o  saat  sezilir.  Doğrudur,  bu  həkimin  sözlərinin  obyektiv 
olduğunu söyləmək mümkün deyil (o daha çox istintaqın 
“işini  yüngülləşdirməyə”  çalışır),  ancaq  dediyi  bəzi 
faktlar  Ə.Qədimovun  həyatını  öyrənmək  baxımından 
maraqlıdır. 
İ.Rolnikov  bildirir:  “İndi  Bakıda,  Semaşkoda
40
 həkim  işlə-
yən 
Nağıyevdən  eşitdiyimə  görə,  Qədimov  Qazan  Universi-
tetində  3-cü  kursadək  oxuyub,  eser  olub,  sonralar  – 
1913-cü 
                                                 
40
 İndiki Ağa Musa Nağıyev adına xəstəxanada.  

 
116 
ildə  Türkiyəyə  qaçıb,  orada  1916-cı  ildə  Tibb  Universitetini
41
 
bitirib. 
Müsavat dönəmində Şəkidə Vəkillər Kollegiyasının 
üzvü  olub. Sovetləşmədən sonra Müsavat ideyalarını müdafiə 
etdiyinə görə 1928-ci ildə Zaqatalada olduğu zaman DSİ
42
  onu 
həbs edib və [Bakıya] sürgünə göndərib.  
İki  il  yatandan  sonra  artıq  ləkələndiyi  üçün  keçmişinin 
yaxşı  bəlli  olduğu  Zaqatalaya  qayıda  bilməyib  və  öz  keçmişini 
gizlətmək  üçün  1930-cu  ildə  Qubaya  köçərək  orada  öncə 
məhkəmə  həkimi,  sonra  xəstəxanada  həkim  və  son  zamanlarda 
Quba ambulatoriyasının direktoru işləməyə başlayıb.   
Öz  tərəfimdən  bildirirəm  ki,  Qədimov  Quba  rayonunda 
səhiyyə  işini  axsatmaq  üçün  bir  qrup  yaradıb,  oraya  partiya-
sovet təşkilatlarına  yaxın olan adamları cəlb etməyə və onların 
əliylə  öz  əməllərini  gerçəkləşdirməyə  çalışıb.  Məsələn,  o,  gənc 
qadın  həkim,  partiya  üzvlüyünə namizəd  K...ı
43
 öz  təsiri  altına 
salaraq işləri pozub, onu başqa tibb işçilərinin üzərinə qaldırıb, 
nəticədə bunun üstündə ifşa olunaraq  AK(b)P  MK bürosunun 
qərarıyla K...la birgə işdən çıxarılıb.  
Payızdan  sonra  Qədimov  yenidən  işə  bərpa  olunub,  ancaq 
qeyd  etmək  gərəkdir  ki,  Qədimov  yenidən  qrup  təşkil  edib  və 
buraya  həkim 
Allahverdiyevanı  cəlb  edib.  O,  rayonda  ağalıq 
etmək  üçün  həkim  Nağıyevə  də  onlara  qoşulmağı  təklif  edib. 
Bunu  mənə  söyləmiş  həkim  Nağıyevin  özündən  eşitmişəm: 
                                                 
41
 Tibb Universitetini deyil,  stanbul Universitetinin tibb fakültəsini 
bitirib. 
42
 DSİ  –  Dövlət  Siyasi  İdarəsi.  Xalq  arasında  daha  çox  rusca 
“QPU”  (“Государственное  политическое  управление”)  adıyla 
tanınır. 
43
 Sənəddə soyad bütöv verilib. 

 
117 
“Həkim  Qədimov  məni  yanına  çağıraraq  ona  qoşulmağımı,  iki 
Türk kimi birləşərək milli siyasəti həyata keçirməyi, başqa gənc 
mütəxəssisləri rayondan sıxışdırıb çıxarmağı təklif etdi”.  Nağı-
yev  deyirdi    ki,  ona    belə    cavab  verdim:    “Bizim    yollarımız 
ayrı-ayrıdır, həkim Qədimov”.  
Onda  həkim  Qədimov  Nağıyevə  münasibətdə  taktikasını 
dəyişib  və  Allahverdiyevanın  vasitəsilə  onun  işinə  əngəl  törət-
məyə  başlayıb.  Nağıyev  həmin  vaxt  həm  də  səhiyyə  şöbəsinin 
təlimatçısı idi. Allahverdiyeva Nağıyevə “ilişir”, onunla səhiyyə 
şöbəsinin  binasında  dava-dalaş  salır  və  nəhayət,  Nağıyevin 
qoyduğu hüquqi qayda-qanunları gözdən salır, Qədimovun özü 
isə gözə görünmədən bütünlüklə qıraqda qalır. Bundan sonra o, 
rayon  İcraiyyə  Komitəsi  sədrinə  məsləhət  görür  ki,  gərəksiz 
Nağıyev  işdən  azad  edilsin.  Başqa  sözlə  desək,  Qədimov  Nağı-
yevin işdən çıxarılması məsləhəti ilə özünün namizədliyini irəli 
sürür ki, öz ziyankar fəaliyyətini həyata keçirə bilsin”
.  
Doğrudur,  bu  şahid  Qədimovun  şəxsən  ona  mənfi 
münasibəti haqqında heç nə demir, ancaq onun qərəzliliyi 
belə bir münasibətin olmasını ciddi düşünməyə əsas verir. 
“HƏKİM QƏDİMOV HƏMİŞƏ  
BABA QƏBULOVLA GƏZİRDİ” 
DT çavusu Xasayev 9 fevral 1937-ci ildə Ə.Qədimovun 
işiylə  bağlı  olaraq  növbəti  şahid  kimi  1899-da  Şəkinin 
Qışlaq  kəndində  doğulmuş,  ailəli,  savadlı,  1932-dən 
AK(b)P üzvü, mühakimə edilməmiş, Şəki Şəhər Sovetinin 
yol  nəqliyyatı  şöbəsinin  müdiri  Yaqub  Məhəmməd  oğlu 
Naibov’u dindirib.  

 
118 
Şahid bildirir ki, mən həkim 
Əliabbas  Qədimovu  1920-dən 
tanıyıram. O, uzun müddət Za-
qatalada  və  Şəki  şəhərində 
işləyib.  1920-də  Şəki  şəhərində 
müsavatçı  kimi  həbs  edilib  və 
10  il  iş  alıb,  2-3  il  yatdıqdan 
sonra  amnistiyaya  görə  azad 
edilib.  1924-cü  ildə  onu  Za-
qatala  şəhərində  yaşayan  bir 
neçə  şəkili  keçmiş  müsavatçı 
ilə,  o  sıradan  Baba  Qəbulov’la 
birgə yenə həbs edərək iş verib-
lər.  Beləliklə,  həkim  Qədimov  4  dəfə  həbs  edilib;  onların 
2-si Şəkidə və 2-si Zaqatalada olub.  
Həkim Qədimov həmişə Baba Qəbulov’la gəzirdi. O da 
fəal müsavatçı idi; əmisi İslam Qəbulov’la birlikdə Müsavat 
vaxtında  Zaqatalada  Müsavatın  qəza  komitəsində  birgə 
çalışıblar.  
Çoxlu fakt yanlışılıqları olan bu qısa izahatda xalqımı-
zın  azadlıq  tarixində  müstəsna  rolu  olmuş  şəxslərdən 
birinin  –  İslam  bəy  Qəbulzadə’nin  də  adı  çəkilir.  Bu  gör-
kəmli insanın həyatı oxucularımız üçün maraqlı olacağına 
görə onun haqqında qısa bilgi verməyi gərəkli sayırıq.  
 
İslam  bəy  Hacı  Pirməhəmməd  oğlu  Qəbulzadə 
(03.05.1879–1920)  XX yüzilin  başlanğıcında  Azərbaycanın 
ən qabaqçıl maarifçilərindən və fəal ictimai-siyasi xadim-
lərindən biri olub.  
 
 
(İslam bəy 
Qəbulzadənin fotosu)
 

 
119 
O,  Zaqatalada  4-sinifli  şəhər  məktəbini  bitirib  (1897). 
Müxtəlif  illərdə  və  müxtəlifn  rayonlarda  Türk  dili  müəl-
limi  işləyib.  Onun  yazdığı  dərsliklərdən  Azərbaycan 
məktəblərində geniş istifadə edilib.  
1903-cü ildə o, öz xərcinə Qaxda 3-sinifli məktəb açıb. 
Akademik  İmam Mustafayev,  xalq  artisti  İsmayıl Dağıstanlı 
İslam bəyin açdığı Qax məktəbinin şagirdləridir.  
İslam  bəy  müəllimliklə  yanaşı,  ictimai  işlə  də  fəal 
məşğul  olub.  1914-cü  ildə  o,  Bakıda  «Səfa»  cəmiyyətinin 
katibi seçilib. 1917-nin fevralında Zaqafqaziya Müvəqqəti 
Hökuməti  (Zaqafqaziya  Komissarlığı)  onu  Zaqatala 
Dairəsinin  komissarı  təyin  edib.  1918-in  başlanğıcında 
Tiflisdə  Zaqafqaziya  parlamenti  –  Seym  yaradılarkən 
İslam  bəy  Zaqatala  Dairəsindən  bir  müsavatçı  kimi 
buraya deputat seçilib, ancaq çox ciddi səbəblər üzündən 
Seym  üzvlüyündən  imtina  edib  və  yalnız  müəllimliklə 
məşğul olub.  
Qurtuluşçu  Türk  ordusu  Azərbaycana  gələrkən  və 
onun  komandanı  Nuru  paşa  Qaxda  olarkən  İslam  bəy 
burada onu öz evində yüksək səviyyədə qarşılamışdı. Bu 
görüşə  yaxın  qohumu,  Qaxın  ən  məşhur  ziyalılarından 
olan  Abdulla  əfəndi  Qəbulzadə  də  qatılmışdı.  Nuru  paşa 
onların simasında bu bölgədə millətin ən qabaqcıl nüma-
yəndələrini tanımışdı.  
Müstəqil  Azərbaycan  dövləti  qurulandan  sonra  İslam 
bəy  Bakıya  köçüb.  1918–1920-ci  illərdə  Azərbaycan 
Cümhuriyyəti  Maarif  Nazirliyinin  keçirdiyi  müşavirə, 
qurultay  və  başqa  tədbirlərdə  fəal  iştirak  edib.  O,  xalqa 

 
120 
xidmətini  yüksək  qiymətləndirmiş  Müsavat  Partiyasının 
başçısı Məhəmmədəmin Rəsulzadə’ylə isti münasibətdəydi.  
1919-un  dekabrında  Müsavat  partiyasının  2-ci  qurul-
tayı  keçirilərkən  o,  qurultayın  katibi  seçilib.  Qurultayda 
təbrik çıxışı söylərkən deyib ki, ermənilər 1918-də “İsmai-
liyyə”ni  yandıran  zaman  partiyanın  1-ci  qurultayının 
materialları  məhv  olsa  da  o,  katib  kimi  qərarın  mətnini 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə