Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Göylünün Yükümlüyündəki “Ulufərəh”Ailəsinin 

37-ci ildə IV “Ailə Günü” Törəninin 

Gedişi 

 

Yer: İnam Evi (İçərişəhər); Gün: 28 Şölə Ayı, İnam Günü; 



Başlanır: saat 18.00 

 

Oda  törənin  ruhuna  uyğun  hazırlanır.  Təşkilatca  hazırlığa 



sorumlu Üstün Atalıdır. 

  “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə törən başlanır. 



 

Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə uğurlaması dinlənilir. 

 

Törən qonuları: 

1.Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. 

2. Din-İnam təzadını necə görürəm? 

3. “Təməl” kitabından özümləşdirdiklərim. 

 

Qutsal Oxuma: “Təməl” kitabından oxunur, aydınlıq gətirilir. 

 

 “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, 



“Atamız Var olsun!” səcdəsiylə “Ailə Günü” başa çatır. 

 

Carlar 

• Ata Amalı – İnsana İnam Yolu! 

• Ulufərəhimiz-Birliyimiz-Doğmalığımız! 

 

Gedişi yazdı: Üstün Atalı 



21 Şölə Ayı, 37-il. Saray-Soylu. 

 

Qəbul olunur. 



                                         Soylu Atalı 

Mütləqə İnam Ocağının Yükümlüsü 

 

     21 Şölə Ayı, 37-ci il. Saray-Soylu. 

 

160 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Ulufərəh” Ailəsinin 



IV “Ailə Günü” toplantısında deyilmiş fikirlər 

 

 



 

Ocaq  Günsırası  ilə  28  Şölə  Ayı,  37-ci  ildə  (iyun,  2015)  İnam 

Evində  “Ulufərəh”  Ailəsinin  “Ailə  Günü”  toplantısı keçirildi.  “Ata 

Ruhuna  pənah  gətirmişik!”  səcdəsilə  “Ailə  Günü”nə   başlanıldı. 

“Ulufərəh” Ailəsinin Yükümlüsü Göylü Atalı Ataya səcdə ilə sözünə 

başladı: Öncə qonağımız üçün qurallarımızla bağlı aydınlıq gətirim. 

Ocağın bir neçə tədbirləri var. Onlardan biri indi keçirdiyimiz “Ailə 

günü”dür.  Ocaq  Ailələr  şəklində  çalışır.  Bu  Ailələrdən  biri  “Ulu-

fərəh” Ailəsidir. Biz “Ulufərəh” Ailəsinin Evladlarıyıq. Hər bir Ailə 

ayda  bir  yol  “Ailə  Günü”  tədbiri  keçirir. Burada  Evladlar  Amallaş-

ma, Kamilləşmə, Xalqlaşma hesabatı verir. Gördüyü işləri, yaşadığı 

ömrü hesabat şəklində sunur. Bir sözlə, özünüyaratma yolu keçir. 

İndi  qonumuza  keçmək  istəyirəm.  Sonda  sorularınız  olarsa,  o 

yöndə danışarıq. 

Bu  ay  Ocaq  həyatımda  bəlkə  də  ilk  dəfədir,  halımda  ruhən  dur-

ğunluq var. Heç nə edə bilmirəm. Tənbəlləşmişəm. Bu da fərəhsizlik 

gətirir. Əslində nədəni özümə aydındır. Ağlımda bir neçə məsələ var. 



 

161 


Onları  çözüb  bütünlüklə  özümə  –  ruhumu  yaratmağa  köklənmək 

istəyirəm.  Söz  yox,  bu  əsas  vermir  boş  oturmağa.  Boş  oturmaq 

sorumluluğu itirmək deməkdir. 

Üstün bacımız “Gedişat yazısı”nda bir qonu yazıb: “Din – İnam 

təzadını necə dərk edirəm”. Onunla bağlı düşündüm: Din də, İnam da 

insanın Mütləq axtarışının sonucudur. Dünyanın əyildiyi yer də, dü-

zəldiyi  yer  də  allah  ideyasına  yanaşma  məsələsindədir.  Bəşər  bunu 

anladı, buradan yol aradı. Dinlər yarandı. Biri o birini gah dandı, gah 

təkrarladı. Böyük anlamda sonuc dəyişmədi. 

İnsan Mütləq axtarışındadır. 

Din  özünü  niyə  doğrultmur?  Bizə  görə  burda  peyğəmbərlərin 

yanlışı  var.  Özünü  ötmədən  Mənanı  dərk  etmək  olmur.  Dünyadakı 

ziddiyyətlər,  bu  ziddiyyətlərin  başlıca  nədəni  olan  insana  inanma-

dılar.  Onu  görünənə  tən  (bərabər)  saydılar.  Ancaq  bir  həqiqət  də 

vardı:  şəri  özündə  yaşatsa  da,  onu  Xeyirin  yaşatdığını  dərk  edirdi 

insan. Bəs o Xeyir hardadır? Özünə baxdı, tapa bilmədi, uydurmağa 

başladı. Allah görünən ola bilməzdi. O, mütləq “laməkan” olmalıydı, 

əlçatmaz olmalıydı. Əslində İnamda da Mütləq görünməzdir. Görü-

nənlərdə  təzahür  edəndir.  Görünənin  içində  yaşayan,  ondan  artıq 

olandır.  Ancaq  İnamda  Mütləq  ziddiyyətli  deyil,  qorxutmur,  alçalt-

mır,  şirnikdirmir.  Dində  Allah-İnsan  yanaşmasında  umacaq  var. 

Allah insandan umur, insan Allahdan. 

Dinin  üzünü  ağardan  bir  az  sufilər  oldu.  Allahla  aralarında  nə 

cənnət vardı, nə cəhənnəm. Umacaqsız sevgiydi. Ərəb təfəkküründən 

qat-qat uca idi. 

Bəs  İnam  nədir?  İnam  deyir:  içindəki  umacağı  öldür,  həsədi  öl-

dür, qorxunu öldür, yalanı öldür, ilanı öldür, tülkünü öldür, canavarı 

öldür.  Öldür,  onda  Mütləqi  tanıyarsan.  Öldür,  insanı  tanıyasan. 

Öldür, dünya öz mənasına tən olsun. 

Bir də özüylədöyüş üstə bir ana toxunacam. 

Son ayda dövlət olaraq, xalq olaraq, idman xurafatıyla üz-üzəyik. 

Dövlətin  idman  siyasəti  oyuna  salıb  hər  kəsi.  Əslində  mən  də  bu 

oyunun bir parçası ola bilərdim. Yəni evdən hər birimizə bilet almış-

dılar.  Öncə  həvəsləndim  də.  Tez  də  addımı  geri  qoydum,  Ocağın 

yanaşması  aşağıdır  (mənfidir)  deyə.  Sonra  oturub  fikirləşdim.  “Biri 

görər,  tanıyar”  utancıyla  geri  durmaq,  yasaqlarla  yanaşmaq  doğru 

deyil! Anla, bir də belə duyğu içinə gəlməsin. Söz yox, mənim qatı-

lıb-qatılmamağımın, o kütləylə tutuşduranda, iynənin ucu boyda etki-

si yoxdur. Mənə isə böyük etkisi var. Ora yığılan soydaşları şəxsiy-


 

162 


yət olmağa qoymayan bir ideolojinin etkisindəyik. Dövlətim dünyaya 

“mən də varam”, “məni görün” deyə bilməsi üçün xalqının canını da 

yeyir,  malını  da,  üstəlik  ləyaqətini  də.  Ən  azından  buna  qoşulmaq 

yolverilməzdir. Atamız Var olsun! 

 

Üstün  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 

Ataya – İnam Ataya ali səcdəylə! 

Ocağımızın bu ayı çox fərəhli aydır, yüklü aydır. Hələ bitməyib. 

“Evlad  Günü”ylə  başladıq,  “Ailə  Günü”ylə  bitiririk.  Ağstafa  səfə-

rimiz  uğurlu  oldu.  İnanıram,  hər  birimizin  ömrünə  yazıldı  Ata 

sonevinin ziyarəti. 

Nurtəkin çağırmışdı, insanlar gəldilər. Gələcək üçün fikirləşirəm, 

ən  azı  bir  yeddicə  (həftə)  qabaq  vaxt  ayırıb  getmək  gərəkdir  ora. 

İnsanlarla söhbət edib, iş aparmaq gərəkdir. 

 

 



Mənim o səfərdən özüm üçün gəldiyim sonuc belə idi: gələn kərə 

gedəndə  öncədən  söhbət  edib  çağıraq.  Əslində  insanlar  soraqsız-

dırlar.  Hamı  məişətlə  əlləşir,  ancaq  bir  aydın,  ya  sıradan  bir  insan 

tapıb  söhbət  aparmaq  olar.  Bir  çağlar  Nurtəkin,  Ulusəslə  Nəsibə 

xanım gedib öncədən çağırırdılar. Bu səfər bir daha anlatdı, öncədən 

getmək gərəkdir. 

Sonrakı  tədbirimiz  bayram  oldu.  Bayramımız  təbiət  qoynunda 

keçdi.  Bu  da  mənim  ömrümə  yazıldı.  Düzdür, öz  qüsurlarım,  tələs-

kənliyim də halıma etki göstərdi. Ancaq Ocağın halı üçün çox uca bir 

olay oldu. İnsanların halı da dəyişdi. 



 

163 


Bundan  qabaq  “Uluyol-Hünər”in  Ailə  Günü  oldu,  mən  də  qatıl-

dım. Mənim ömrümə o gün də yazıldı. Orda biz yaxşı bir araşdırma 

açdıq.  Qonumuz  bu  idi:  “ömrümü  Ocağa  vermək  üçün  əsas  əngəl 

nədir?”. 

Mən  orda  özüm  gəldiyim  sonucu  bildirdim,  insanın  ən  böyük 

əngəli  özüdür.  Heç  bir əngəl onun  qarşısında dura  bilməz,  özündən 

başqa.  Bəzən  adam  istəyir  özüylə  uğraşsın.  Nəsə  bir  iş  çıxır.  O  işi 

ertələmirsən,  vaxtını  ona  ayırırsan,  özünü  arxa  plana  atırsan.  Yəni 

özünlə bağlı olan işi arxa plana atırsan, başqa işləri önə çəkirsən. Bu 

cür qonularda fikirlərimizi bölüşdük. 

Eyni  halda  bu  ay  mənim  başqa  söhbətlərim  də  oldu.  Bacımın 

Rusiyadan gəlişi, qohumlarla söhbətlər, mənə yaxşı suallar verirdilər. 

Mənim  cismani  qohumlarım,  bibim,  xalam  bilir  mən  Ocağın 

Evladıyam.  Ancaq  haçağsa  bunu  məndən  dəqiqliklə  soruşmayıblar. 

Ancaq bir bibim qızı var, o gəldi mənim evimə, ərklə, istəklə, dedi: 

mən ondan-bundan eşidirəm, öz dilindən eşitmək istəyirəm, axı nədir 

səni  burda  saxlayan?  Nədir  səni  bura  bağlayan?  Bu  yöndə  yaxşı 

söhbət  etdik.  Söhbət  onu  təmin  etdi.  Düzdür,  bir  söhbətlə  bu  qonu 

tam açılası deyil. Ancaq inanıram, ona nəsə deyə bildim. 

Eyni halda o mənim ev ortamıma baxıb qınadı, sən buna layiq de-

yilsən, məişətin axsayır-filan. Mən ona dedim, sən başa düşmürsən, o 

mənim  gözümdə  heç  nədir.  Əsas  odur  mənim  ruhum  özgürdür, 

vicdanım özgürdür. Mənim rahat nəfəs almağıma gərək olan budur. 

Günev  Atalının  “İnamlı  illərimin  harayı”  kitabı  üstə  düşündüm. 

İstəyirdim dünən bitirəm, bitirə bilmədim. Həcmcə balaca bir kitab-

dır. Ancaq elə olub, onun yazılarının üstündə dayanmışam, bir yazını 

3-4  yol  oxuyuram.  Orda  Günevin  “Yeni  il  fərəhim”  adlı  yazısı  var, 

əslində  hesabat  yazısıdır  o.  32-ci  il  üçün  Günev  Atalının  verdiyi 

hesabat.  Ancaq  o  yazı  elə  bil,  insanın  xalqlaşmasını  sunur,  necə 

olmalıdır.  Bu  onun  ömründə  var.  Sadə  bir  fikirlə  başlayır.  Deyir: 

“dünya boyda dərdi olanın adilikdə qalmağa haqqı yoxdur”. Mən bu 

sözdə özümü gördüm. Elə olur, mən də adiliyə enirəm. 

Vətən dərdini, millət dərdini, insan dərdini unudanda artıq adilə-

şirsən, həyatlaşırsan, məişətləşirsən. Dərdi unudanda adiliyə enirsən, 

Dərdi yaşayanda adiliyi ötürsən. Bu gün insanlarımız məişət, ev-eşik, 

çörək  qayğısıyla  yüklənib.  Xalq  dərdi,  millət  dərdi,  vətən  dərdi  in-

sanları  ilgiləndirmir.  Hal  ona  köklənməyib.  Ona  görə  də  keçici 

olayların dalınca qaçılır. Vətən, millət dərdi haqqında düşünməyəndə 



 

164 


başqa  şey  haqqında  düşünülür. Məsələn,  şoular  yaradılır  yarışmalar 

hazırlanılır… 

Günev kitabında xalqlaşma ilə bağlı yazır: “dünya nə deyir desin, 

sən öz dediyini deyirsən”. 

Bizim  oxulda  saat  9-dan  13-ə  kimi  işdə  oluruq.  Öyrətmənlər 

hamısı  bur  yerdə  olur.  Mən  belə  söhbət  açanda  gülürlər,  zarafata 

salırlar. Ancaq mən bilirəm, dediyim qonu onları da rahatsız eləyir. 

Ancaq heç kim səsini çıxarmaq istəmir. 

Günevin kitabının ön sözündə Soylu Atalı onun çağırışını İsanın 

Pavelinin çağırışı ilə tutuşdurur. 

Hər  iki  ömürdə  eşq  var.  Amala  eşq  var,  Peyğəmbərə  sevgi  var. 

Ancaq  Günev  qardaşımızın  üstünlüyü  ondadır,  heç  kim  onu  şirnik-

ləndirə  bilməz.  Ona  cənnət  vəd  olunmayıb,  ödül  vəd  olunmayıb. 

Onun hünəri idraklıdır, inamlıdır. Sənə daş atsınlar, sən fərəh alasan, 

yorulmayasan. 

Burda  bir  qonumuz  “Təməl”  kitabından  özümləşdiriklərim”dir. 

Atanın  fikri  belədir:  “Azadlığın  təməli  məsuliyyətdir”.  Hər  birimiz 

azad doğuluruq. Körpə olarkən heç bir sorumluluq duymuruq. Çağlar 

keçdikcə  toplum,  ortam,  halıyla,  xurafatıyla,  yalanlarıyla  formalaş-

dırır insanı. Tərbiyə verərkən onu öz vicdanı ilə deyil, Allah xofuyla, 

cəzalarla üz-üzə qoyurlar. Ancaq nə cür toplum, nə cür ortam olursa-

olsun, insanın içindəki azadlıq tələbini boğa bilməz. Boğa bilmədiyi 

üçün  Babəklər  yaranır,  Nəsimilər  yaranır:  Bir  gün  azad  yaşamağı 

qırx il qul kimi yaşamaqdan üstün tutanlar, azadlıq, insanilik aşiqləri 

yaranır. Mənim bugünkü varlığım bugünkü halımla bağlıdır. Əgər öz 

ruhuma  –  inamıma,  idrakıma,  mənəviyyatıma,  iradəmə  yiyəlik  edi-

rəmsə,  özümü  Mütləq  tələbləri  ilə  kökləyirəmsə,  onda  azadam. 

Azadlığım  üçün  əlçəkmələr  (imtinalar)  etməliyəm.  Nədən?  Yalan-

dan,  meşşanlıqdan,  cahillikdən,  məişətçilikdən,  ədalətsizlikdən.  Ya-

lan qara bir ləkə kimidir. Ağızdan çıxdığı an yapışır sənə. Məni asılı 

edir özündən. Mən onun qulu oluram. Məişətə bulaşdıqca meşşanla-

şıram. Nə öz gələcəyimi, nə xalqın gələcəyini, nə vətəni düşünürəm. 

Ona  görə  azadlığa  yetmək  üçün  əlçəkmələrə  (imtinalara)  yetmə-

liyəm. Şərdən əl çəkməliyəm, əsarətdən qurtulmalıyam. 

Mənim halım çox ucadır. Özümü yaxşı şeylərə kökləyirəm, söh-

bətlər aparıram. Səsimiz-sorağımız yayıldıqca fərəhimiz də böyüyür. 

Atamız var olsun! 

Bayrağımızı öpürəm! 

 


 

165 


Soylu  Atalı: “Ulufərəh”  Ailəsinin  Şölə  ayının  28-də  keçirdiyi  4-

cü  aylıq  toplantısında  söz  demək  üçün  Ataya  səcdə  qılıram, 

bayrağımızı öpürəm. 

Amallaşma,  Kamilləşmə,  Xalqlaşma  hesabatı  zəngin  qonudur. 

Dünyanı görmək, dünyanı öyrənmək, dünyanı tanıtmaq – bu, Ocaq-

çının Amallaşma qonusudur.  

 

 

 



Dünyanı  öyrənmək  nə  deməkdir?  İnsan  əslində  dünyanı  öyrən-

məyə doğulur. Dünya insanın böyük anlamıdır. İnsan böyük anlamda 

Dünyalığın ən kamil, ən yetkin görsənişidir.  Daha dərin ifadə olun-

duğu görsənişidir. Əgər insanda dünyanı dərk eləmək iqtidarı olma-

saydı, dünyanın fiziki nizamı belə pozulardı. Heyvan-dünya bağlılığı 

ancaq gerçəkolma (mövcudolma) anlamı daşıyır. İnsan da dünyayla 

ilişkidə  heyvandan  ayrılmağa  çalışır.  Əgər  insan  heyvandan  ayrıl-

masaydı, onda elə dünya göründüyünə tən (bərabər) olmağıyla niza-

mında  yenə  pozulacaqdı.  Haqq-nahaq  pozulacaqdı.  Həyat  insana 

deyir mənə bənzə, dünyaya bənzəmə. Dünya geniş məsələdir. Həya-

tın tələbi odur. İnsana deyir mənə bənzə, yəni gerçəkolmağına yarar 

yaşa.  Gerçəkliyini  sürdürmək  üçün  yaşa.  Həyat  özü  olmaq  istəyir. 

Həyat gerçəkolma deməkdir. Əgər belə obrazlaşdırsaq, həyat doğru-

dan da, öz gerçəkolmasını qorumaq istəyir insanda da, heyvanda da, 

başqa  yönlərdə  də.  Ancaq  insan  dünyaya  yüksəlir.  Dünyanın  anla-

mını  aydınlaşdırır,  dünyanı  var  edir.  Bax,  bizim  amallaşmağımızın 

mahiyyəti  budur.  Dünyanı  öyrənmək.  Bütün  tarixlər  boyu  insana 


 

166 


dünyanı öyrədən müdriklər olub. Hər insan öz-özünə, özgür şəkildə 

dünyanı öyrənə bilmir. 

Bu  günlərdə  Borçalıda  idim.  Qardaşım  mənə  deyir,  yaxşı  söhbət 

edirsən, yenə söhbət elə. O görür, mənim vətənlə bağlı, millətlə bağlı 

dediyim  fikir,  düşüncə,  onun  da  sevincinə  uyğundur,  sevgisinə  uy-

ğundur. Ancaq o bilmir, filan şey onun ulusunun mənəvi var olması-

na qarşıdır.  

İnsanlara yaxşı şeylərdən danışarsan, ən pis adam belə, yaxşı şey 

eşidəndə  sevinir.  Hər  halda  onun  içində  hansısa  duyğuları  oyadır, 

onun sevincinə səbəb olur. Ancaq o bilmir dünya nədir. O bilmir özü 

kimdir. Ona görə bilənlər gələcək, dünyanın nizamını qorusun. Əgər 

bilənlər  olmasaydı,  dünyadakılar  sürüləşərdilər.  Dünya  sürü  mənası 

daşımış olardı. Ona görə deyirəm, dünyanın nizamı pozulardı. Sürü 

dünyanın nizamını yaratmır, pozur. Ona görə ayrı-ayrı müdriklər gə-

lir, dünyanı öyrənir, özünü öyrənir. Özündən öncəki müdrikdən öyrə-

nir, öz içini öyrənir. Beləliklə, bir nizam yolu yaranır gələcəyə yönə-

lən. Bax, bu nizam insanı, yaxud bütövlükdə bəşər övladını götürək, 

nə dərəcədə qane edir. Bəşəriyyət nə dərəcədə bu nizamla yetərlənir? 

Belə  görürük,  yetərlənmir.  Yetərlənmədiyi  üçün  yeni  fikirlər  ortaya 

gəlir, addımlar atılır. Hər biri, olan nizamı daha da cilalamağa gəlir-

lər.  Nizama  nizam  qatmağa  gəlirlər.  Nizamın  pozuntularını  aradan 

qaldırmağa gəlirlər. Bax, Asif Atamız da dünyanın nizamını yenidən 

nizamlamağa  gəlmiş  şəxsiyyətdir.  Biz  onun  peşindəyik.  Bu  gün 

“Ailə  Günü”ndə  sizin  demək  istədiyiniz  fikirlər,  Amallaşma  qonu-

sunda,  budur.  Dünyanı  öyrənmək,  bilmək,  dərk  eləmək  –  dünyanın 

nizamını saxlamaq! 

Dünyanın  nizamını  nə  ilə  saxlayırsan?  Biz  deyirik,  insan  öz 

mahiyyətini bilməli, dərk eləməlidir. Ona dayanmalı, ona dayanaraq 

gələcəyə  addım  götürməlidir.  Söz  yox,  Dünyanı  öyrənmək,  bilmək 

işin bir cəhətidir. Ancaq dünyanı davamlı şəkildə öyrənmək, bilmək 

elə də sadə bir məsələ deyil. İnsanın ağlı, düşüncəsi buna tab gətirə 

bilmir. Bunu beş adam öyrənir. Hamının ona gücü çatmır. Səbrinin 

də  gücü  çatmır,  ağlının  da  gücü  çatmır.  Həyatın  tələbindən  qırağa 

çıxmağa da gücü çatmır. Bax, ona görə də o nizamı yaradan ayrı-ayrı 

bireylər  (fərdlər)  o  nizamı  öyrənərək  qorumaq  üçün,  dünyaya  sun-

maq üçün, topluma sunmaq üçün öz üzərində işləyir. Buna ayrı-ayrı 

müdriklər tarixdə kamilləşmə əməli deyiblər. O kamilləşmə əməli də, 

ölçüsündən  asılı  olaraq,  aşama-aşama  insanın  diqqətinə  gətirilibdir. 

Asif Atanın da  “kamilləşmə əməli” ideyası var. Ocaqçının əsas qo-


 

167 


nularından  biri  də  kamilləşmə  məsələsidir.  Kamilləşmə  məsələsi  – 

dünyanın dərk olunmasında, öyrənilməsində dayanıqlı olmaq, doğru 

olmaq ölçüsü yaradır. Kamilləşmə məsələsi odur. 

İşin  bir  cəhəti  də  xalqlşama  ilə  bağlıdır.  Onun  adına  Asif  Ata 

xalqlaşma deyir. Bizdən öncəkilər xalqlaşma sözünü işlətməsələr də, 

xalqlşama işləri görüblər. Öz açılarına, öz ölçülərinə uyğun. Biz Asif 

Atada  xalqlaşmanın  yeni  aşamasına  addım  götürürük.  Bizim  üçün 

xalqlaşma dünyaya Asif Atanın açısıyla yönlənməkdir. Nizamı Asif 

Atanın  açısıyla  yaratmaqdır.  İnsanlaşmanı  Asif  Atanın  ölçüsüylə 

qorumaqdır, həyata keçirməkdir. Onun üçün də xalqın içində olmaq 

gərəkdir.  Asif  Atadan  öyrəndiklərini,  düşündüklərini  xalqın  içində 

çağırırsan,  deyirsən,  haraylayırsan  usanmadan,  yorulmadan.  Nizam 

yaranır – çağırma nizamı, qurma nizamı, yaratma nizamı. 

Sizin qarşınıza çıxan ayrı-ayrı adamlar bu işlərə barmaqarası ba-

xır.  Bəzilərinin  ağlına  girmir.  Bəziləri  hesab  edir,  bu  işlə  uğraşan, 

Asif Atanın davamında olan üç-beş adam sadəlövh adamlardır. Onlar 

günü yola verirlər. Onu da deyim, təkcə Asif Atanın davamında olan-

larla bağlı belə düşünülməyib. Sufilərlə bağlı da belə düşünüblər: axı 

nə  istəyirlər  bunlar?  Get  işlə,  pul  qazan,  həyatını  qur.  Çoxluq  belə 

düşünür. Haçağacan ayrı-ayrı fikir, düşüncə yiyələri öz fikrinin, dü-

şüncəsinin  arxasında  dayanıqlı  olmur,  xalqlaşmanı  nizamlı  şəkildə 

həyata  keçirmir,  o  nizamı  yaratmır,  onda  gediş,  gerçəklik  çoxluğun 

dediyi olur. Biz gözümüzü qaldırıb baxanda görürük gerçəklik çoxlu-

ğun istədiyidir. Ayrı-ayrı çağlarda çoxluğun istədiyi olur. 

Çoxluq  öz  tələbindən  geri  durmur,  ancaq  sən  də  öz  tələbindən 

geri  durmursan.  Qarşına  məqsəd  qoyursan,  hansı  nöqtədə  çoxluğun 

istədiyini  dəyişəcəyik.  Bu  gediş  yaxşı  gediş  deyil.  Bu  gedişdə  dün-

yanı, insanı tanımaq olmur. Bu gedişdə insanı sevmək olmur, dünya-

nı sevmək olmur, onun qədrini bilmək olmur. Bu gedişdə xaos var, 

nizamsızlıq var. Bu gedişdə mənəviyyatın ölümü var. 

Bax, bütün bu məsələləri arı-duru yönə çəkirsən, aydınlaşdırırsan, 

öyrənirsən, gəlib çıxırsan özündən öncəki olayların üzərinə. Özündən 

öncəkilər sənə örnəkdirmi, əngəldirmi? Nə örnəkdir, nə əngəldir? Biz 

öyrənirik, görürük, bir çox şeylər əngəldir. Çox az örnəklər var. O az 

örnəkləri  də  Asif  Ata  özünün  dünyagörüşünün  cövhərində  ifadə 

edibdir. Ancaq örnək, dediyim kimi, çox azdır, əsasən əngəllər var. 

O əngəllər nədirsə, aydınlaşdırırsan, öyrənirsən, onu insanların, top-

lumun ağlında qırağa qoymağa çalışırsan. Zarafat deyil, bu, güc tələb 

edir, qüdrət tələb edir, böyük səbr tələb edir. Əngəl insanın ağlında 


 

168 


oturub.  İnsanın  ağlında, düşüncəsində  oturan  əngəli  çözmək,  qırağa 

qoymaq  beş  günün,  üç  günün  məsələsi  deyil.  Toplumun  biri  kimi 

olub  da  onu  həyata  keçirmək  olan  iş  deyil.  Ona  görə  səni  çağıran 

duyğular  deyir,  sən  toplumdan  qat-qat  yüksək  olmalısan.  Sən  top-

lumdan yüksək yaşamasan topluma örnək ola bilməzsən. 

Toplumun ağlını, düşüncəsini dəyişə bilməzsən. Toplum səviyyə-

sində  düşünürsənsə,  o  var  da,  onda  sənin  demələrin  nəyə  gərək?! 

Toplum səviyyəsində yaşayarsan, o var. Onu hara çağırırsan? Toplu-

mun  səviyyəsində  yaşayıb  onu  çağırdığın  yer  bəlli  olmaz.  Ancaq 

toplumdan  yüksək  yaşayıb  onu  çağırarsan,  bəlli  olar  çağırışın. 

Ömrün ona bəlli edər çağırışını. 

 

 



Yaşayırsan, yaşadığın yönə çağırırsan toplumu. O yaşadığın yönü 

ona göstərirsən. Sözü səpələmirsən. Sözün gözəlliyini sunursan. 

Bizim  Atamız  hesab  edir,  insan  üçün,  toplum  üçün  əngəllərdən 

biri dindir. Çünkü insanın dünyanı dərk eləməsi üçün, dünyaya yön 

verməsi üçün əsas məsələ inam məsələsidir. İnam olmayanda heç nə 

qurulmur.  Nə  yanaşma  qurulur,  nə  dünyanın  nizamı  qurulur,  nə 

həyata gözəlliklər gətirə bilirsən, nə insana sevgi suna bilirsən. Heç 

nə eləyə bilmirsən inam olmasa. O ki ayrı-ayrı fikir adamları, şairlər, 

yazıçılar,  biri  deyir  dünyanı  gözəllik  qurtaracaq,  sevgi  qurtaracaq. 

Asif  Ata  deyir  dünyanı  İnam  qurtaracaq.  Gözəllik  inamdan  doğur. 

Gözəllik adlı əməl inam olmasa yaranmır. Mən sənə inanmasam, sə-

nə sevgi suna bilmirəm. Mən sənə inanmasam, səni çağıra bilmirəm, 

sənə fədakarlıq edə bilmirəm. Ona görə inam böyük məsələdir. İna-

ma din adı qoyurlar, bu məsələ deyil. 



 

169 


Yəni dünyanın nizamını yaradan insandır. İnsanın da dünyaya ya-

naşmasını  saxlayan  inamdır.  Bütün  məsələlər  ondan  sonra  gəlir. 

Bütün məsələlər onun ifadəsi kimi gəlir ortaya. Elm də, mədəniyyət 

də, sənət də, incəsənət də, musiqi də, həyatımızın bütün çalarları da, 

hamısı onun ifadəsi kimi olur. Əgər muğamın insan halını ifadə elə-

məsinə inanmasaydın, onun incəliklərini anlayıb inanmasaydın, mu-

ğam  adlı  musiqini  dirçəldə  bilməzsən,  gəlişdirə  bilməzsən.  Muğam 

olmasın,  simfoniya  olsun,  fərq  etməz.  İnanmasan  onu  gəlişdirə 

bilməzsən. İnanmasan onu bəstələyə bilməzsən. İnam insana hər şey 

deyir. İnanırsan gedirsən, inanırsan edirsən. Ona görə Ata deyir: hər 

şey inamdan başlayır. İdrak inamdan başlayır.  

İnanmasan  onu  bəstələyə  bilməzsən.  İnam  insana  hər  şey  deyir. 

İnanırsan  gedirsən,  inanırsan  edirsən.  Ona  görə  Ata  deyir:  hər  şey 

inamdan  başlayır.  İdrak  inamdan  başlayır.  Din  dünyanın  mənasına 

Allah deyir, özünü də adamabənzər qüvvə kimi sunur. Sən dünyanın 

mənasına  başqa  bir  ad  deyirsən,  ondan  fərqli  deyirsən.  Yenə  bunu 

qırağa qoyaq. 

Məsələ  ondadır,  istər  Allah  anlayışını  götür,  istər  Atanın  dediyi 

dünyanın Dünyalıq mahiyyətini götür, bunun heç birini sən gözünlə 

görmürsən ki. Onlar gerçəkliyə gəlir, ancaq gerçəkliyə bərabər deyil 

axı. Bəs mən bunun ifadəyə gəlməsinə, bunun doğruluğuna inanma-

sam  necə  addım  ata  bilərəm?  Mən  onu  görmürəm,  ancaq  inanıram. 

Niyə inanıram? Bax, burda artıq inamın köməyinə fəhm  gəlir, idrak 

gəlir. 


İnam hara kimi gedə bilir? Hara kimi idrakı özünə qoşa bilir? Bu 

nədən  asılıdır?  –  İnamın  yaradıcısından.  İnamın  yaradıcısı  qüdrətli 

olmalıdır.  İnamın  yaradıcısı  özü  Allaha  tən  olmalıdır.  Allaha  tən 

olarsa, onda biz onun sunduğu inamı, doğrunu, həqiqəti görərik, an-

layarıq.  Yox, o, bizə suna bilməzsə, onda qaçılmazdır, o bunu uydu-

racaq. Asif Ata da deyir: dinin yaradıcıları dinin əsas ölçüsü, cövhəri 

olan Allah anlamını uydurub. Uydurma – idraka əngəldir. 

İdrakın yolunu kəsir. Uydurulan şeyi dərk eləmək olmaz axı. Uy-

durulan yalandır. Yalanı necə dərk eləmək olar? Varlığı dərk edərəm, 

varlığı vermir axı. Varlığı bəzəyir, uydurur, elə sunur. O uydurmanın 

içərisində varlıq bilinmir. Uydurmada varlıq olmur. İndi o  uydurma 

nədədir,  biz  onu  aşama-aşama  deyirik,  açırıq,  burda  təkrar  deməyə 

gərək görmürəm. 

Uydurma dünyaya yanaşmada da özünü göstərir. Dünyaya yanaş-

mada Allah dünyanın bənnası kimi çıxış edir, ustası kimi çıxış edir, 


 

170 


qurur onu kərpic-kərpic. Ata nə deyir? Dünyanın Dünyalıq adlı mə-

nası  var.  Dünyalıq  dünyanı  qurmur,  təzahür  edir,  gerçəkliyə  gəlir, 

görsənişə  gəlir,  ancaq  onu qurmur,  yönətmir (idarə  eləmir). Kainatı 

kainatın  içsəl  qüdrəti  yönətmir,  nə  də  daşı  daş  üstə  qoyub  tikmir. 

Həmin  qüdrət  dünyadakılar  biçimində  görüntüyə  gəlir.  Bax,  bu 

nöqtədən başlayır əsillik. Bu nöqtədən başlayır idrak, insanın özünü-

dərki, dünyaya dediyi söz. 

Cəhalət  dünyanı  bürüyürb?  Niyə  bürüyüb?  Az-çox  ağlı  olan 

adamlar  bunu  deyir  də.  Başqaları  isə  deyir,  yox  din  bu  deyil.  Yaxşı 

din bu deyil, ancaq bu dində var axı, cəhalət dindən törəyib. Bütün 

bu  yalanlar  dinin  dediyindən  törəyib.  Mən  də  bilirəm,  dində  açıq 

şəkildə  falçılıq  yoxdur.  Ancaq  Məhəmməd  özü  falçılıq  açmışdı.  O 

ağacın tininə çəklib göydən bir vəhy alır, bu qayanın dalına çəkilib 

göydən bir vəhy alır. Hamısını da düzüb-qoşur. Bəs sən bilmirdinmi 

sənin  səhabələrin  səndən  sonra  sənin  kitabını  əlinə  götürüb  başla-

yacaq dua yazmağa, fal açmağa, cadu-piti yazmağa. Sən bilmədinmi 

bunlar  olacaq?!  Mahiyyətcə  onun  elədiyidir  da  elə,  ayrı  şey  deyil. 

Özü o biçimdə uydurur, ona tapınan da bu biçimdə uydurur. Hər kəs 

Allahı yönətir (idarə edir), başda peyğəmbər olmaqla. Mənim bacım 

da  Allahı  idarə  edir.  Kağızı  götürür,  guya  ərəbcə  nəsə  yazır  ora. 

Aldadır cahil adamları – bu sənin işini düzəldəcək, sənə bəxt açacaq, 

sənə yığval verəcək. Peyğəmbər də başqa biçimdə buna bənzər şeylər 

edirdi.  Onun  ayələrinə  baxın.  Toplumun  baş-beyninə  yeridir.  “Ya 

peyğəmbər,  qövmünə  de  ki,  biz  filan  şeyi belə  elədik,  filan  şeyi  də 

belə edəcəyik; sənə filan qadınları, filan şeyləri halal buyurduq, biz 

hər şeyi bilənik”. Peyğəmbər Allahın adından deyir, Allahı idarə edir 

əslində, öz diləklərinə uyğun şəkildə. Belə istəyir, belə deyir. 

Bax, bu yalanların içərisindən insanı çıxartmaq üçün, insanı cəha-

lətdən  çıxartmaqdan  ötrü Asif  Ata inam-idrak  birliyində  öz  Dünya-

baxışını yaradıb ortaya qoyur. Deyir din inam ola bilmədi, biz İnam 

verməliyik.  İnamın  da  dindən  başqalığı  (fərqi),  üstünlükləri  nədir, 

onu yazıb sənə verir, sənə tapşırır. Mənim kitabımı əlinə götürəndə 

oyun  oynama  deyir.  Çünkü  orda  oyun  yoxdur.  Çünkü  orda  bəzək 

yoxdur. Orda idrakın möhtəşəm harayları, gərginlikləri var. Ona yet! 

Gücünü  aşkarla,  yet  ona.  Uydurma,  yet!  Din  demir  axı  yet.  Din 

yetdirə  bilmir,  başlayır  uydurmağa.  Asif  Ata  deyir  yet.  Yetmək 

gərəkdir. 

Din-inam  təzadı  Ocaqçı  üçün  söz  demək  ölçüsüdür,  çağırmaq 

ölçüsüdür.  Bizim  əsas  işimiz  bəşəriyyətin  ağlına  hakim  olan  yalanı 


 

171 


qırağa qoymaqdır, ona çalışmaqdır. Ona da lomla, külünglə yetmir-

sən.  Onu  təfəkkürlə,  idrakla,  insanlıqla,  mənəviyyyatla  qoyursan 

qırağa. Sən elə arı-duru olursan, insanın idrakında, düşüncəsində elə 

oturursan, yön verirsən, işıq salırsan. 

Amallaşma,  Kamilləşmə,  Xalqlaşma,  “Din-İnam  təzadı”  Asif 

Atanın  bizə  öyrətdiyi,  göstərdiyi,  yola  saldığı,  həqiqətdə,  hikmətdə 

bilinir, yetilir. 

Bu  yayın  cırhacır  istisində  Ocaqçı  öz  inadının  peşindədir.  Gəlir, 

özüylə döyüşür, Amallaşır, özünü qurur, uzaq hədəfi gözünün altına 

alır. Ondan qıraqda yaşamının anlamını görmür. Ondan qıraqda yaşa-

mın  gözəlliklərini  görmür.  Yaşamın  gözəlliyi  yaşamı  dərk  eləmək-

dədir.  Dərk  eləyərək  qurmaqdadır.  Usanmazlıq,  yorulmazlıq!  Ata 

deyir,  Evlad 4 əsas keyfiyyəti özündə birləşdirməlidir: bənzərsizlik, 

əlçatmazlıq, qeyri-adilik, özünü təsdiq. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

Atamız Var olsun! 

Atamızın Bayrağını öpürəm! 

  

Göylü Atalı: Bir sual verim: söz ucadır, musiqi? 

  

Soylu Atalı: Söz! Söz hər şeydən ucadır. 

  

Göylü Atalı: Sözü nəylə tutuşdurmaq olar? 

  

Soylu  Atalı: Sözü  tutuşdurmaq  olar  Allahla.  Ancaq  dinin  Allahı 

ilə yox,  Mütləqlə tutuşdurmaq olar. 

  

Göylü Atalı: Niyə? 

  

Soylu Atalı: Əslində musiqi balaca olay deyil. Musiqi haldır, halı 

verir. O yerdə ki söz dayanır, ondan sonra musiqi başlayır. Ancaq bu 

musiqinin sözdən üstünlüyü deyil. Musiqi sözün dediyini deyə-deyə 

gətirmir ora. Sözün deyə bilmədiyindən sonra halları ifadə eləyir. 

Halla deyir artıq. Sözün köməyinə yetir. Sözün yardımçısıdır, kö-

məkçisidir. Allahı söz tanıdır. Musiqi çalarsan, vurularsan, ancaq bil-

məzsən  niyə  vurulubsan.  Ancaq  söz  sənə  qandırır.  Musiqini  sev-

məyən  yoxdur.  Asif  Ata  deyir  muğam  pillə  olayıdır.  Ondan  başqa 

kim deyir, Əlibaba Məmmədov deyir onu? Demir axı. Arif Babayev 



 

172 


deyir? Demir. Ancaq onlar yaxşı ifaçılardır, yaxşı da oxuyurlar. Mu-

siqini yaxşı duyurlar. 

Musiqi  haldır.  Söz  isə  varlığın  birbaşa  ifadəsidir.  Musiqi  halın, 

söz varlığın ifadəsidir. Varlıq daha böyük, daha kamildir. 

  

Göylü Atalı: Belə demək olarmı? Söz Mütləqi dərk etdirir, musiqi 

göstərir. 

  

Soylu  Atalı: Söz  yoldur.  Söz  həm  musiqidir,  söz  hər  şeydir. 

Mütləqdən sonra söz hər şeydir, söz yüksəkdir. 

  

Göylü  Atalı: Bax,  muğama  qulaq  asırlar.  Çoxları  sevir  muğamı. 

Bəzən  isə  deyilən  sözün  başqalığına  (fərqinə)  varmadan  sevirlər. 

Baxırsan, dərininə getmirlər sözün. Musiqi olaraq qəbul edirlər. Ona 

görə  də  Nisbi-Mütləq  anlayışıyla  yanaşanda  görürük,  insanın  içinin 

dəyişməməsinə səbəb, o sözü dərk etməməsidir. Sadəcə musiqi kimi 

duymasıdır. 

 

Soylu  Atalı: Bilirsən,  dərk  eləmək  asan  deyil,  çox  çətindir.  Hər 

bir insandan da onu ummaq, tələb eləmək olmur. Gərək ağlın gücü 

olsun,  ürəyin  gücü  olsun.  Gərək  dərk  edəsən,  fəhm  edəsən.  Söz, 

dediyim kimi,  dərkdir, fəhmdir. Söz üstündür. 

Bayaqdan  mən  nəsə  deyirəm,  Atanı  anladıram.  Ata  nə  istəyirsə 

deyirəm,  sözlə  deyirəm.  İndi  gəl,  Atanın  dediyini  halla  ifadə  elə. 

Deyək, Atanın bir dənə haraylarını çaldın. Mənim dediyimi deyəcək? 

Deməyəcək axı. Dinləyənin xoşuna gələcək, vurulacaq, ancaq o çalğı 

mənim sözlə dediyimi deməyəcək axı… 

  

Qutsal  Oxuma: “Təməl”  kitabının  davamı  oxundu,  aydınlıqlar 



gətirildi. 

  

Soylu Atalı: Yaxşı, mən də bir sual verim. Mən bir yazı yazmış-

dım Akif Səmədlə bağlı. Orda sözün üstünlüyü ilə bağlı yazmışdım. 

  

Üstün  Atalı: Hə,  o  mənim  yadıma  düşdü.  İstədim  deyəm,  ifadə 

yadıma düşmədi. 

  

Güntay  Atalı: Orda  yazılıb:  “Söz  Tanrıdan  başlayır.  Ancaq 

Tanrını da tanıdan sözdür”. 



 

173 


 Soylu Atalı: Bəli, söz olmasa Tanrını tanıya bilmirsən. 

  

Göylü  Atalı: Əslində  suallarımın  cavabını  bilirdim,  ancaq  bir  az 

geniş açılmasını istəyirdim, onu da elədik. 

  

Göylü Atalı Ktabdan iki parçanı oxuyur: 



  

24. “Zahiri – Daxili” 

  

Zahirinin Təməli – Daxilidir. 



Daxili – Zahirilikdən Artıqdır. 

Mahiyyət – Təzahürdən Artıqdır. 

Məna – Hadisədən Artıqdır. 

Dünyalıq – Dünyadan Artıqdır. 

Həyatlıq – Həyatdan Artıqdır. 

İnsanlıq – Adamdan Artıqdır. 

Əzəlilik – Ötəridən Artıqdır. 

Əbədilik – Keçicidən Artıqdır. 

Sonsuzluq – Sonludan Artıqdır. 

Kamillik – Qeyri-Kamildən Artıqdır. 

Mütləq – Nisbidən Artıqdır. 

Zahiri – Zahiridən Artıq olandan yaranıb. 

Zahirini Zahiridən Artıq olan yaşadır. 

Zahiridə Zahiridən Artıq olan yaşayır. 

Təzahür Təzahürdən Artıq olan Mahiyyətdən yaranıb. 

Təzahürü Təzahürdən Artıq olan Mahiyyət yaşadır. 

Təzahürdə Təzahürdən Artıq olan Mahiyyət yaşayır. 

Hadisə Hadisədən Artıq olan Mənadan yaranıb. 

Hadisəni Hadisədən Artıq olan Məna yaşadır. 

Hadisədə Hadisədən Artıq olan Məna yaşayır. 

Dünya Dünyadan Artıq olan Dünyalıqdan yaranıb. 

Dünyanı Dünyadan Artıq olan Dünyalıq yaşadır. 

Dünyada Dünyadan Artıq olan Dünyalıq yaşayır. 

Həyat Həyatdan Artıq olan Həyatlıqdan yaranıb. 

Həyatı Həyatdan Artıq olan Həyatlıq yaşadır. 

Həyatda Həyatdan Artıq olan Həyatlıq yaşayır. 

Adam Adamdan Artıq olan  İnsanlıqdan yaranıb. 

Adamı Adamdan Artıq olan İnsanlıq yaşadır. 

Adamda Adamdan Artıq olan İnsanlıq yaşayır. 


 

174 


Ötəri Ötərilikdən Artıq olan Əzəlilikdən yaranıb. 

Ötərini Ötərilikdən Artıq olan Əzəlilik yaşadır. 

Ötəridə Ötərilikdən Artıq olan Əzəlilik yaşayır. 

Keçici Keçicilikdən Artıq olan Əbədilikdən yaranıb. 

Keçicini Keçicilikdən Artıq olan Əbədilik yaşadır. 

Keçicidə Keçicilikdən Artıq olan Əbədilik yaşayır. 

Sonlu Sonludan Artıq olan Sonsuzluqdan yaranıb. 

Sonlunu Sonluluqdan Artıq olan Sonsuzluq yaşadır. 

Sonluda Sonluluqdan Artıq olan Sonsuzluq yaşayır. 

  

  



Soylu Atalı: Yaxşı, aydınlıq gətir. Sual ortaya çıxır. Keçici-yaşarı 

münasibəti necədir? Yaşarı (əbədi) olan keçicidən asılıdırmı? 

  

Göylü  Atalı: Təbii  ki,  bir-birindən  asılıdır.  Təzahür  yoxdursa, 

mücərrəd  mahiyyət  yoxdur  ki.  Mahiyyət  elə  təzahürdə  yaşayır. 

Təzahürdən  artıqdır  ancaq.  Onun  içində  yaşasa  da,  ondan  artıqdır. 

Təzahür  mahiyyətə  çatmağa  meyil  edir.  Bir-birindən  asıldıır.  O 

olmadan bu birinin yaşamağı mümkünsüzdür. 

 

Soylu  Atalı: Mən  elə  fikirləşmirəm.  Keçici  olan  Yaşarıdan  (əbə-

didən) asılıdır. Keçicini Yaşarı doğur. Doğan doğduğundan asılıdır-

mı? Deyil. Bəs nədir? Yaşarının özü yox, ifadəsi keçicidən asılıdır. 

Keçici  onun  ifadəsidir.  Keçici  onu  ifadə  edir,  onu  var  etmir.  Var 

etsəydi asılı olardı. 

  

Göylü  Atalı: Axı  onun  varlığını  da  o  ifadədə  görə  bilirəm. 

Təzahür olmasa onun varlığını görə bilməzsən ki. 

  

Soylu  Atalı: O,  asılılıq  anılamına  gəlmir.  Asılılıqda  ifadə  etmə 

yox, var etmə var. Ona görə asılı deyil. Keçici Yaşarını təsdiq etmir, 

ifadə  edir.  Təsdiq  necə  edir?  Görsənir,  sonra  ölüb  gedir.  Onun 

varlığını necə təsdiq edər?! 



 

Güntay Atalı: Məsəlçün, Ata bizdən asılıdırmı? 

  

Soylu  Atalı: Ata-Evlad  məsələsi  ayrı  şeydir.  O  yanaşma  yaşarı-

keçici  məsələsi  deyil.  Asif  Ata  özündə  insanilik  mənası  daşıdığı 

kimi,  biz  də  özümüzdə  insanilik  mənası  daşıyırıq.  Biz  Asif  Atanın 



 

175 


ideyalarının  daşıyıcılarıyıq.  O  özü  də  öz  ideyalarının  daşıyıcısıdır. 

Biz onu təkcə ifadə etmirik ki. Biz onu yaşadırıq, təsdiq edirik. Biz 

içimizə  çeviririk  onu.   Bir  ana,  bir  çağa  bərabər  deyilik  biz.  Bizim 

Ataya münasibətimiz yaşarıdır. Ona görə o ayrı şeydir. 

Bu,  ağılda  öz  ciddi  çözümünü  tapmalıdır.  Asif  Ataya  münasibət 

uca  münasibətdir.  Ancaq  Asif  Ataya  münasibət  asılılıq  münasibəti 

deyil. Asılılıq səviyyəsində münasibətdə insan inkar olunur. Bax, bu 

da gəlib nəyə çıxır? Dinlərdə budur. Allah hər şeydir, qalanları heç 

şeydir.  Məhəmməd  hər  şeydir,  qalanı  heç  şeydir.  Asif  Ata  demir, 

mən hər şeyəm, siz heç şeysiniz. Elə bir anlam yoxdur Asif Atada. 

Asif  Atayla  bizim  münasibətimiz  məna-təzahür  münasibəti  deyil. 

Ata-Evlad münasibəti insanilik münasibətidir. 



  

Göylü Atalı oxuyur: 

Qeyri-Kamil Qeyri-Kamillikdən Artıq olan Kamillikdən yaranıb. 

Qeyri-Kamili Qeyri-Kamillikdən  Artıq olan Kamillik yaşadır. 

Qeyri-Kamildə Qeyri-Kamillikdən Artıq olan Kamillik yaşayır. 

  

Soylu  Atalı: Görürsünüz  nə  deyir?  Qeyri-Kamili  Qeyri-Kamil-

likdən  Artıq  olan  Kamillik  yaşadır.  Yəni  kamil  qeyri-kamili  təsdiq 

edir.  Qeyri-kamil  kamili  təsdiq  etmir,  o  ifadə  edir.  Məna  gerçəkliyi 

təsdiq edir, gerçəklik mənanı təsdiq etmir, ifadə edir. 

  

Göylü Atalı oxuyur: 

Nisbi Nisbidən Artıq olan Mütləqdən yaranıb. 

Nisbini Nisbidən Artıq olan Mütləq yaşadır. 

Nisbidə Nisbidən Artıq olan Mütləq yaşayır. 

Daxilidən yaranan Zahiri – Daxilini yaşadır. 

   


Soylu  Atalı: Bax,  Marksizm  fəlsəfəsində  nə  deyir?  İbtidaidən 

aliyə doğru. Asif Ata elə demir. Alidən ibtidaiyə doğru. Nə deməkdir 

bu?  Yəni adi, bəsit alidən yaranır. Ali bəsitdən yaranmır. Ali nədir? 

Ali  –  Mütləq  olandır.  Bəsit  nədir?  Gerçəklik.  Gerçəklik  mənadan 

doğur. 

  


 

176 


Göylü Atalı davam edir: 

 

 25. DİN TƏMƏLSİZLİYİ 

 Dinin Təməli – Cəfəngiyyatdır. 

“Dünyanı Yaradan” cəfəngiyyatıdır, – Dünyalığın inkarıdır. 

“Həyatı Yaradan”  cəfəngiyyatıdır, – Həyatlığın inkarıdır. 

“İnsanı Yaradan”  cəfəngiyyatıdır, – İnsanlığın inkarıdır… 

  

Soylu  Atalı: Hə,  buna  da  aydınlıq  gətirək.  Din  deyir  “yaradan” 

var.  Həyatı  o  yaradıb.  Ancaq  Ata  deyir,  varlığı  yoxdan  yaratmaq 

olmaz. Dinin “yaradıbdır” ideyası nədən doğur? Ondan doğur: öncə 

heç nə olmayıb, mütləq boşluq olub. Sonra “Yaradan” bir-bir düzüb-

qoşub, yaradıb. Bax, Ata onu inkar edir, kainatın yox yerdən yaran-

masını iddia eləmək cəfəngiyyatdır, yalandır. 

  

Göylü Atalı davam edir: 

“O Dünya” cəfəngiyyatıdır. 

“Cənnət-cəhənnəm” cəfəngiyyatıdır. 

“Qismət”  cəfəngiyyatıdır. 

“Bəndəlik”  cəfəngiyyatıdır… 

Din  –  Mahiyyəti  Təzahürlə  bərabərləşdirir,  –  əslində  Mahiyyət-

sizlik cəfəngiyyatı yaradır. 

Mənanı  Hadisəylə  bərabərləşdirir,  –  Mənasızlıq  cəfəngiyyatı 

yaradır. 

Əzəliliyi  Ötəriliklə  bərabərləşdirir,  –  Ötəri  Əzəlilik  cəfəngiyyatı 

yaradır. 

Əbədiliyi  Keçiciliklə  bərabərləşdirir,  –  Keçici  Əbədilik  cəfən-

giyyatı yaradır. 

Sonsuzluğu Sonluluqla bərabərləşdirir, – Sonlu Sonsuzluq cəfən-

giyyatı yaradır. 

Kamilliyi Qeyri-Kamilliklə bərabərləşdirir, – Qeyri-Kamil Kamil-

lik cəfəngiyyatı yaradır. 

Din  –  cəfəngiyyata  İnam  yaradır,  –  cəfəng  İnam  yaradır  – 

İnamsızlıq yaradır. 

  

Soylu  Atalı: Ata  deyir,  biz  daha  çox  idealizmə  yaxınıq.  Ancaq 

idealist   deyilik.  Niyə  deyilik?  İdealizm  hardasa  dinə  meyil  edir. 

Nədə? Din deyir Allah öncə olub, sonra o kainatı yaradıb, gerçəkliyi 

yaradıb.  Burda  məna-gerçəklik  ayrılığı  var.  O  ayrı  şeydir,  bu  ayrı 


 

177 


şey.  Yəni  kainat  yaradılıb.  Kainat  elə  gerçəkliyə  bərabərdir.  Bax, 

bütün  o  kainatın  daşıdığı  məna  heç  olur.  Görünənə  bərabər  tutulur. 

İdealizmdə  də  o  yanlış  var:  dünya  ideyadan  yaranıb.  İdeya  yenə 

dünyadan ayrılır. İndi o başqa məsələ, ideyadan yarana bilməz. İdeya 

təfəkkürün məhsuludur. 

Asif Ata nə deyir? Məna olayın içində var. Ancaq ondan artıqdır. 

Bir olayda üzə çıxır (təzahür edir), bu olay ölür, yeni bir olayda üzə 

çıxır. 


  

Göylü Atalı davam edir: 

Din – cəfəngiyyata İnam İdraksızlığı yaradır. 

– Cəfəngiyyata İnam Mənəviyyatsızlığı yaradır. 

– Cəfəngiyyata İnam İradəsizliyi yaradır. 

– Cəfəngiyyata İnam Ədalətsizliyi yaradır. 

– Cəfəngiyyata İnam Yalanı yaradır. 

– Cəfəngiyyata İnam Şəri yaradır. 

  

Soylu  Atalı: Cəfəngiyyata  İnam  Mənəviyyatsızlığı  nə  deməkdir? 

Konkret İslamda deyilir: sən oruc tutmaqla, namaz qılmaqla, Allaha 

ibadət  eləməklə  mömin  olursan.  O  biri  dünyada  sənin  yerini  ayırır. 

Allaha ibadət elə, namaz qıl, oruc tut, o dünyada yerin bəlli olacaq. 

Sən  onda  mömin  olursan,  mənəviyyatlı  olursan.  Yəni  cəfəngiyyata 

inam  mənəviyyatsızlığı  budur.  Cəfəngiyyata  inanıb  guya  mənəviy-

yatlı olursan. 

 

Göylü Atalı davam edir: 

Din  –  İnsanı  Müstəqillik  Aqibətindən,  Məsuliyyət  Azadlığından 

məhrum eləyir; onu Yaradana tapşırır – Əsarətə salır. 

Din – İnsanı Qorxu əsarətində saxlayır. 

Dinin Göyü – Qorxu Göyüdür. 

Din – İnsanın başına Qorxu yağdırır. 

Din – İnsanda cəfəngiyyata qorxu yaradır; 

Cəfəngiyyatdan Yaranan Din – Cəfəngiyyatı yaşadır. 

  

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, 



“Atamız Var olsun!” səcdəsiylə gün başa çatır. 

 Şölə Ayı, 37-ci il. Atakənd. 



(iyun, 2015. Bakı.) 
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə