Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı


Asif Atanın – İnam Atanın  Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

Asif Atanın – İnam Atanın  Mütləqə İnam Ocağı 

 

“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin 

37-ci ildə birgə VI “Ailə Günü” törəninin 

Gediş yazısı 

 

Gün:  26 Qürub Ayı;  

Yer:  İnam Evi; 

Başlanır: saat 19.00 

 

Oda  Törənin  ruhuna  uyğun  biçimlənir.  Gül-çiçək,  qələm-kağız, 



çəkiliş üçün gərəkən araçılıqlar. İşə sorumlu Ulusəs Atalıdır. 

  “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlayır. 

  “Ataya Axşam Ricası”nı – Güntay Atalı, 

“Dünyadakı Mütləqlə Axşam Təması”nı İnamlı Atalı deyir. 

  

Ocaq Yükümlüsü Soylu Atalının Ailələrə uğurlaması dinlənilir. 

  

Törən qonuları: 

Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. 

“İnam  –  Mütləqilik  üzərində  qurulan  Aqibət  yaradır”  Ata  fikrinin 

(“Təməl” Bitiyindən) açıqlaması. 

Xalqlaşma əməlinin ömrümdə yaratdığı hallar. 

Törənə qatılanlar da düşüncələrini bölüşə bilərlər. 

  

Qutsal Oxuma: “Mütləqilik” Bitiyindən “Yüksəklik” yazısı oxunur. 

  “Ata Ruhunu Ürəyimizdə aparırıq!”,  



“Atamız Var olsun!”  səcdəsiylə “Ailə Günü” başa çatır. 

  

Carlar 

 Ata Yolu – uzun, fərəhli! 

Ata Yolunu getmək –  gerçəklikdən üstün yaşamaq tələbidir! 

  

Gediş yazısını yazdı: İnamlı Atalı 



19 Qürub  Ayı, 37-il. Atakənd. 

 

Qəbul olunur. 

                                         Soylu Atalı 

Mütləqə İnam Ocağının Yükümlüsü 

  

    19 Qürub  Ayı, 37-il. Saray-Soylu

.    

 

233 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin 



birgə “Ailə Günü” toplantısında deyilmiş fikirlər 

 

 

 



Ocaq Günsırası ilə 26 Qürub Ayı, 37-ci ildə (avqust, 2015) İnam Evində 

“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin birgə VI “Ailə Günü” 

toplantısı  keçirildi.  Gün`ün  quralları  yerinə  yetirildikdən  sonra,  “Uluyol-

Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin  Atalı Ataya səcdə ilə sözünə başla-

dı:

 

Bu aykı Ocaqçılığım, Amallaşmam haqqında hesabat vermək istəyirəm. 



Atanın “Özümlük – Özgəlik” Bitiyini bitirdim, “İnsanilik” Bitiyini oxuyu-

ram. Ocaq əməllərim də bu ay çox olub. Tədbirlər kitablarını çap etmişəm, 

tədbir kitablaşdırmışam, Atanın Bitiyini çapa hazırlamışam. 

Atanı oxuduqa idrakım aydınlanır. O aydınlıqda hər bir şey, hər bir olay, 

toplum,  insan,  Ocağın  halı,  insanın  halı  ağlımda  daha  aydın  canlanır.  Bu 

baxımdan  Atanı  oxumaq  mənim  üçün  xüsusi  bir  aşamadır,  hava-su  kimi 

gərəkdir. 

Yazılarımı oxumaq istəyirəm: 



xxx 

Toplum  elə  hal  yaradır  ki,  ləyaqət  ağırlıq  edir  Adama  və  Adam  ondan 

qurtulmağa çalışır. 

xxx 

Adamlar uğursuzluqlarının səbəbini bəxtsizlikdə axtarırlar. Uğur-

suzluqların səbəbini qıraqda axtarmaq  özü uğursuzluqdur. Bəxt, tale, 


 

234 


qismət  axtarışını  aqibəti  qurmaq  əməli  ilə  əvəz  etmək  gərək.  Uğur 

da,  uğursuzluq  da  insanın  sorumluluğundadır.  Bu  sorumluluğu  yük 

kimi  çiynindən atmaq  yox,  fərəhlə  daşımaq  gərək.  Onda  uğura  yet-

mək olar. 



xxx 

İnformasiya  bolluğunun  basqısı  altındadır  adam.  Atanın  “Səda-

qət” kitabında ictimai şər deyə vurğu elədiyi fikir var. Məsələn: “Te-

leviziya  əsarəti…”   Ata  o  bölümü  indiki  çağda  yazsaydı  yəqin  ki, 

oraya  internet  və  telefon  əsarəti  sözlərini  də  əlavə  edərdi.  Çünkü 

indiki çağda bunlar adamı elə əsarətə salır ki, ondan imtina eləməyə 

ağlın  gücü  çatmır.  “Bol  informasiya”  ağlı  düşünməyə  də  qoymur. 

Ağlın da yetkinsizliyi və yolsuzluğu informasiyanı necə gəldi qəbul 

etməsinə gətirir. 

Mənim yolum, yönüm var. Mən yolumun, yönümün bəlli elədiyi 

informasiyanı qəbul edirəm, necə gəldi qəbul eləmirəm. 

Elə  yolsuzluq  da  bol  informasiya  ilə  ağlın  azmasına  gətirib 

çıxarır. 

xxx 

İdrak həqiqətə yetdikcə yetkinləşir. Həqiqətin dərki – idrakın yeni 

aşamasını və olanaqlarını yaradır. Həqiqətə yetmək – İdrakın yalan-

dan, şərdən imtina gücünü yetirir. 



xxx 

Adam özünün köməksizliyini görür, özünə yiyə axtarır. 

Adam özünün köməksizliyini dərk edəndə özü özünə yiyə duracaq. 

Yəni duyursan ki, təksən, toplum sənə biganədir. 

İnsan özü özünə yiyə duranda özünü dünyanın yiyəsi kimi biləcək. 

xxx 

Adam  həqiqətdən  imtina  edir,  toplumdan  başqalanmaq  (fərqlən-

mək)  istəmir.  Toplumsa  onu  öz  həddində  başqalaşdırır  –  təbəqələrə 

bölür. 


xxx 

Dinin  suçu  yalnız  dinçini  avamlıqda,  gerilikdə  saxlamaq  deyil, 

həm də ondan avamlıq, gerilik uğrunda döyüş tələb etməsidir. Ömrü 

işğal etməklə – dünyanı işğal etmək azğınlığı yaranır. 

 

 

xxx 



Hər quruluş öz “qəhrəmanını” yaratmaq və sunmaqla özünə necə 

yarınmağın yolunu göstərir. Əsil qəhrəman quruluşdan və zamandan 

üstündür. 


 

235 


 

xxx 

Hakimiyət  özünü  adamların  şöhrətində,  həsədində,  rəqabətində, 

rüşvətində…  möhkəmlədir  və  qoruyur.  Ona  görə  xalq  xalqsızlaş-

dırma  gedişinə  qarşı  bir  ola  bilmir.  Şöhrət  hər  adamı  hakimiyətdən 

asılı edir. Rüşvət, rəqabət və b.k. həmçinin. Adamın içindəki Adam-

lıq başqasının içindəki Adamlıqla bir-birinə dayaq durur. 

Bir-birindən  mənfəət,  faydalanma  duyğuları  ilə  deyil,  insanlıq 

duyğularıyla asılı olanda toplumun halı dəyişəcək. Şöhrətdən, həsəd-

dən,  rəqabətdən  özgür  olan  xalq  hakimiyət  basqısından  da  özgür 

olmaq istəyəcək. 



xxx 

Ölümsüzlüklə  tutuşdurmada  şöhrət  necə  də  balacadır.  Ölümsüz-

lük əbədilikdə yaşayır, şöhrət – toplum və zaman çərçivəsində. 

xxx 

İnsan  İnsanlığına  təndir  –  zora  tən  deyil,  vara,  şöhrətə,  rəqabətə 

tən  deyil.  İnsanlıqdan  uzaqlaşan  –  varlaşan,  zorlaşan,  rəqabətləşən 

insan – dəyərsizləşir. 



xxx 

Gediş  –  hər  halıyla,  olaylarıyla  təslim  etmək  üçün  hücumdadır. 

Əməlsizlik, düşüncəsizlik gedişə  təslim olmaqdır. Ona görə “ömrün-

də gedişmi təsdiq olmalıdır, Amalmı?” sorusu ilə üz-üzə qalmamaq 

üçün hər an Ocaq əməlində, düşüncəsində olmaq gərək. 

 

xxx 

Din  həyatı,  dünyanı  adamın  gözündən  elə  salır  ki,  o, 

həyatdakılarla,  dünyadakılarla  döyüşür.  Adamın  gözündə  həyatın, 



 

236 


dünyanın dəyəri  yoxdursa,  onun  uğrunda  da,  onu  qorumaq  üçün  də 

döyüşməz. 



xxx 

“Allah  qarşısında  hamı  birdir”  sözü  adamlar  diri  ikən  deyil,  ölü 

ikən doğrudur. Diri ikən varlı-yoxsul, ağa-qul başqalığı ilə bir-birinə 

tən olmaq halı yaranmır. 



xxx 

Atanın  belə  bir  fikri  var:  “İnam  Sirri,  Sehri  inkar  eləmir. 

Dünyanın  Dünyalıq  Sirri  var,  Sehri  var.  Həyatın  Həyatlıq  Sirri  var, 

Sehri var… İnam Cəfəngiyyat Sirrini, Sehrini rədd edir”. 

Bu  fikirləri  oxuyanda  həqiqəti  düşünürəm,  sonra  yeni  bir  aşama 

gəlir,  sonra  daha  üstün.  Bunun  özü  elə  sirri  yaradır,  aşkarlandıqca 

aşkarlanır.  Sonra  düşündüm  ki,  dünyanın  dərk  olunmazlığı  sirr 

yaradırmı?!  Dünyanın  dərk  olunmazlığı  sirr  yaratmır,  elə  bil  bəlli 

olmayan  qara  qutudur.  İnsana  qarşı  inamsızlıq  var,  sənin  idrakın 

bunu  dərk  edə  bilməz.  Heç  bir  cazibə,  sehr  yaranmır.  Dərk 

etmirəmsə, heç can atmaram. Ancaq həqiqətə hər aşamada yetdikcə 

elə bil üfüqlər açılır qarşımda. 



xxx 

 “Tarix  təkrarlanır”  deyirlər.  Çünkü  Adam  dəyişmir,  Adamlıq 

dəyişmir. 

Adam insanlaşanda tarix təkrarlanmayacaq, dəyişəcək. 

 xxx 

Hakimiyətə yarıyanlar hakimiyəti öyürlər. 

Hakimiyətdən yarımayanlar hakimiyəti söyürlər. 

Xalq da çaşbaş durumda qalıb. 

 

“İnam – Mütləqilik üzərində qurulan Aqibət yaradır” – Ata fikri 



üstə. 

Aqibət – ömrün ideyaya həsr olunmasıdır, ideya əsasında qurul-

ması,  yaşamasıdır.  Hər  ideya  həqiqət  olmadığı  kimi,  hər  aqibət  də 

ruhsallığa,  insanlığa  yüksələ  bilmir.  Başqa-başqa  inanclar  var  və 

başqa-başqa  aqibətlər  var.  Ancaq  hansı  aqibət  həqiqət  əsasında 

qurulur və hansı aqibətdən dünyaya qaranlıq deyil, işıq yayılır? 

Burada din və inam qarşılığı yaranır. Din qismət əsasında yaranan 

aqibət verir. Adamı bəndələşdirir, Allahdan asılı duruma salır. Dinçi-

nin özü qarşısında tələbi yoxdur, verilənə baş əymək, boyun əymək 

istəyi var. 



 

237 


Ruhsal aqibət – insanın özü qarşısında qoyduğu Mütləq tələb əsa-

sında  yaranır.  Həqiqətə  yetmək  əməli,  həqiqətə  yetirmək  əməli  və 

Həqiqət  uğrunda  döyüşmək  əməli  birləşir  ruhsal  Aqibətdə.  Ruhsal 

aqibət  bireyin  yalnız  öz  ömrü  ilə  bağlı  deyil,  millətlə,  bəşərlə 

birliyidir. 

Özüm üçün yaşamıram, millət üçün yaşayıram. Qurduğum, yarat-

dığım dəyərlər millətimin gələcəyinə gərəklidir. Nikbinlik yalnız öz 

ömrümə  bağlı  yaranmır,  həm  də  aqibətimi  yaratdığım  yolun  millə-

timdə  davam  edəcəyinə  bağlı  yaranır.  Əbədilik  ölçüsü  –  millətin 

sabahıyla bağlıdır. Məndə yaranacaqsa, millətimdə yaranacaq, millə-

timdə  yaranacaqsa  bəşərdə  yaranacaq  və  əbədiliyə  qovuşacaq 

dəyərlər. 

Aqibət  –  sevdiklərin  üçün  döyüşməkdir  həm  də.  Ailən  üçün, 

millətin üçün, vətən üçün, bəşər üçün. 

Həyatda  sarsıdıcı  olaylar  yaşayan  şəxs  haqqında  deyirlər  ki,  nə 

talesiz  adamdır.  Hər  şeyi  qaydasında  olan,  xəstəliklə,  itki  ilə  üzləş-

məyən adam isə taleli adam sayılır. Ocaqçı haqqında talesiz sözünü 

işlətmək olarmı? – Olmaz. Çünkü ömrünü özü qurur, qarşısına çıxan 

çətinlikləri,  həyatın  ağırlığını  yenir,  yetkinləşir,  mətinləşir.  Ömür 

mənimdirsə, seçim də mənimdir. Uğuru da, uğursuzluğu da mənim-

dir. Bu, aqibətdir. 

Bəzən adamlar fikirləşir ki, sabah necə gəlir gəlsin və ya hər şeyi 

öz  axarına  buraxmaq  gərəkdir.  Ancaq  sabah  haqqında  düşünməsək, 

sabah bizə qarşı olacaq. Ona görə də öz aqibətimizi qurmaqla, ruhsal 

əməllərə  yetməklə  sabahımızın  da  bizim  istəyimizlə  qurulması  baş 

verir… 


İndiki halımda arxayınlaşmamağa çalışıram ki, evin içində Ocaq 

əməlləri görsəm də, bunlar azdır, tam deyil. Oxullarda dərs açılanda 

çalışacam  ki,  yaşadığım  bölgədə  görüşlər  təşkil  edəm.  Atamız  Var 

olsun! 


 

Günev  Atalı: (Ataya  səcdə  edib  Bayrağı  öpür  –  N.A.).  Amallaş-

mamla bağlı “Mütləqə İnam” Bitiyinin  Həyat əsərindən “Azadlıq – 

Əsarət”,  “Eşq  –  Şəhvət”,  “Həqiqət  –  Yalan”,  bir  də  “Gerçəklik  – 

İdeal”  bölümlərini  oxumuşam,  konspektləşdirmişəm.  Qısaca  bu 

yöndə danışmaq istəyirəm. 

Həyatda  Özgürlüyün  təyinləri  həmişə  öz  mahiyyətindən  aşağı 

bilinib.  Özgürlük  deyəndə,  yəni  bir  xalqın  başqa xalqın  əsarətindən 

qurtarması,  ya  da  kimsə  dustaqlıqdan  qurtarıb  özgür  oldu  kimi  dü-



 

238 


şüncələrlə  sınırlanır.  Ancaq  Ata,  Ocaq  təyinləri  ilə  gerçək  özgürlük 

təyinləri  başqadır.  Özgürlük  –  insanın  Adamlığından  özgür  olma-

sıdır.  Şər  duyğularından,  şübhəsindən,  cahilliyindən, nadanlığından, 

ümumiyyətlə,  antiinsani  duyğu  nə  qədər  varsa,  ondan  qurtarmaqla 

başlayır özgürlük. Sonra toplumun etkisindən özgür olmaq. Xurafa-

tın etkisindən özgür olmaq. Dinlərdə xurafat var. Dinlərin tapındığı, 

idealı olan Allah fikri ki, onu düşünüb, ondan o yana yoxdur. Əzəli, 

Əbədi,  Sonsuz,  Kamil  olmalıykən  Allah  da  əsarətçi  olur  əslində. 

İnsan bütünlüklə Allahın əsarətindədir. “Səni mən yaratmışam, mən 

yönətirəm”. İslamda bu özünü daha qabarıq şəkildə göstərdi. Adama 

dedi  ki,  sənin  taleyin  nədirsə,  odur,  bundan  qırağa  çıxa  bilməzsən. 

Bu da bir əsarətdir. 

İnsan  varidat  əsarətindən  də  özgür  olmur.  Bunun  üçün  birinci 

növbədə inam gərəkdir, özüylədöyüş, ruhaniyyat halı gərəkdir. İdeal 

ömür – yəni Xeyirə, Ədalətə, Gözəlliyə, Kamiliyə əsaslanan bir ömür 

olur. İnsan özüylədöyüş araçılığı ilə içsəl şərdən özgür olur, toplum-

dakı şərlə döyüşə bilir, xurafata qarşı çıxa bilir, maddiyyatçılığa qarşı 

çıxa  bilir.  İnsan  özgür  olur.  Ancaq  həyatda  özgürlüklə  əsarət 

daim  döyüşür. Biri o birinə tam qələbə çala bilmir. 

Bəzən  özgürlük  bəlli  məqam  üçün  həyatda  özünü  təsdiq  edir. 

Həyat  cismani  yanaşmalar  gedişi  olduğundan  heç  vaxt  Mütləqlə 

yanaşı  yaşaya  bilmir.  Bu,  baş  tutsa  bireyin  ömründə  baş  tuta  bilər. 

Həyatda tam qələbə çalmır. Əbədi özüylədöyüş məsələsi gərəklidir. 

Əbədi  şərlə  döyüş  var  –  ta  Zərdüştdən  başladı  Asif  Atada  özünün 

zirvəsinə  çatdı.  Özüylədöyüş  qurtaran  yerdə  İnsanlıq  qurtarır. 

Zərdüşt də deyirdi ki, dünya əbədi Xeyirlə Şərin döyüşüdür. 

Eşq  insanın  cismani  cazibədarlığı  ilə  içinin  ucalığının  birliyidir. 

Eşq  insanların  təkcə  bir-birinə  olan  cismani  yanaşmaları  deyil.  Eşq 

insanın  öz  Amalına,  idealına,  gələcəyə…  yanaşmaları  kimi  özünü 

göstərə bilər. Aşiq oduğunun səsi, sözü onun üçün Mütləqin təzahü-

rüdür.  Ata  deyirdi  ki,  Məcnun  Mütləqi  sevirdi,  elə  bilirdi  Leylini 

sevir. 


Şəhvət  adicə  nəşəsevərlikdirsə  və  özünü  aşiq  kimi  göstərirsə, 

daim Eşqlə döyüşür. Burada heç birinin tam qələbəsi olmur. Çünkü 

həyatın  doğub-törəməsi  ikincidən  asılı  olur.  Eşqin  qələbəsi  baş  tuta 

bilər  Yüksək Həyatda. 

Həqiqət  –  insan  ömürünü  mənəvi,  kamil  yaşamaqda,  ədalətli 

olmaqda görür. Yəni Mütləqin tələbləri ilə yaşamaqda. Ancaq yalan 

– insan ömrünü maddi nemətlər uğrunda döyüşdə görür. İnsan dün-


 

239 


yaya  gələndə,  sanki  bütün  ömrünü  həsr  eləməlidir  maddiyyata. 

Ondan qırağa həsr olunan ömrü – cəfəngiyyat sayır yalan. 

İdeal  və  gerçəkliyin  savaşı  bu  günə  qədər  davam  edir,  edəcək. 

Gerçəklik  nisbi  olaylarla  sınırlaşdığından  idealla  gerçəklik  arasında 

ziddiyyət  yaranır.  Yanaşmada  həmişə  gerçəklik  idealı  inkar  edir. 

Eləməyə  də  məcburdur,  çünkü  özünü  inkar  edə  bilməz.  İdeal  ayrı-

ayrı nişanələri ilə görünür və Yüksək Həyatda tam qələbəsi baş tutur. 

Bu, mənim Amallaşma və Kamilləşməmlə bağlı düşünüb araşdır-

dığım, özümləşdirdiyim fikirlərdir. 

Xalqlaşma  əməlim  zəngindir.  Birinci  növbədə  Məbədlə  bağlı 

olduğuna  görə.  Çünkü  görüb  dönənlər  çox  olur.  Məbədin  forması 

indi daha aydın görünür, qıraqdakılar da deyirlər ki, nə gözəl tikin-

tidir.  Onun haqqında eşidirlər. 

Anamın törənindən sonra bu ay içində yaxşı sədalar gəldi, heyrət-

li  fikirlər  gəldi.  Doluruq  o  bölgəyə.  Çox  qaranlıqlar  əriyib  gedir. 

Əməl  ortaya  qoyduqca  camaat  arasında  müsbət  fikir  formalaşır. 

Demək  olar,  ancaq  razılıq  edirlər.  Bir  nəfərin  də  olsun,  niyə  başqa 

cür oldu sözü olmadı. Görənlər də gedib başqalarına danışırlar, onlar 

da  deyirlər  ki,  eşitdiyimizə  görə  uğurlu  olubdur.  Molla  olmayıbdır, 

salavat  çevrilməyibdir.  Bizdə  kənddə  belədir,  hər  adam  yas  yerinə 

girəndə də, çıxanda da həmd-surə  ilə qarşılayıb, həmd-surə ilə yola 

salırlar.  Bu,  birdəfəlik  ordan  çıxdı.  Bu  hal  da  maraq  doğurmaya 

bilməzdi.  Hətta  molla  mənə  deyir,  eşitmişik  ki,  yaxşı  məclis  keçir-

misən.  Mollanın  belə  yanaşması  artıq  toplumun  bizə  üz  tutmasına 

görədir. 

Halı  görürlər  camaatda.  Nəyə  etiraz  edəcəksən?  Etiraz  eləsən, 

onlar  sənə  qarşı  etiraz  edəcəklər.  Ərəbin  hansısa  şəxsiyyətinin 

bioqrafiyasını danışırsan, bundan mənə nə?! 

Ancaq məclisdə belə fikir dedilər: bütün insanlığın xəritəsi gözü-

müzün qarşısında cızıldı. Axır ki, öz məclislərimizdə söz eşitdik. 

Sonra  Məbədi  ziyarət  etmək  istəyənlər  oldu,  apardım,  söz  də 

dedim. Bütünlüklə İnam haqqında, Asif Ata, Ocaq haqqında söhbət 

elədik. Kitab da bağışladım. 

 

Yasin  Türksoy: Günev  bəy,  çıxışınızda  bir  söz  vardı:  əsarətlə 

özgürlüyün döyüşündə mütləq qalibiyyət olmur. 

 

Günev Atalı: Həyatda tam qələbə olmur. Ancaq bireyin, məsələn, 

Asif Atanın həyatında baş tutdu. Soylu Atalının həyatında baş tutub. 



 

240 


Gerçəklikdə  tam  qələbə  olmur,  çünkü  gerçəklik  nisbinin  üzərində 

qurulur. Gerçəklikdə Mütləqilik yoxdur ki, sənin qələbən təsdiqlən-

sin. Həyatda tam qələbə olmayacaq. Ancaq əbədi döyüş olacaq. Şərlə 

döyüş dayansa, şər çoxalır. Dünya əbədi bu savaşın üstündədir. 

 

Yasin Türksoy: Soylu bəy, bəlkə nəsə artırmaq istəyirdiniz. 

 

Soylu  Atalı: Həyat  üzdə  olan  adamlardan  oluşub  qalmır.  Bir 

yandan  doğuluş  var.  Heç  kim  anadan  kamil  doğulmur.  O,  özüylə 

döyüşməlidir,  şərlə  döyüşməlidir.  Onun  içində,  xarakterində  irsən, 

genlə  gələn  nələrləsə  döyüşməlidir.  O  qüsurlar  içindədir.  Ona  görə 

həyatda  daim  döyüş  olacaq.  Özünə  qələbə  çalan  ömür  geridə  qalan 

üçün örnək olacaq, yol olacaq, onun özüylə döyüşməsi üçün, onun da 

həyatını  yüksək  səviyyəyə  qaldırması  üçün  örnək  olacaq.  Atanın 

çalışdığı  odur.  Yoxsa  mümkün  deyil  ki,  hamı  anadan  kamil 

doğulsun. 

Sənin rahatsızlığın odur ki, indiki quruluş olmasın. Başqa quruluş 

olsun.  Olsun!  Ancaq  o  quruluşun  içində  hamı  ucdantutma  kamil 

şəxsiyyət olmayacaq. 

Ancaq, razıyam, quruluş dəyişməlidir, insanlıq gəlməlidir dövlə-

tin başına, insanlıq gəlməlidir yönətim qurallarına, insanlıq gəlməli-

dir hər yerə. 

 

 



Üstün  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  Ayım  xalqlaşma 

cəhətdən zəngin olsa da, Amallaşma və kamilləşmə əməlim olmayıb. 



 

241 


Dünya  ədəbiyyatından  oxuyuram,  bitirməmişəm.  Kitabı  oxuyanda 

sorular da yaranır. Məsələn, mütləq mənada umacaqsızlıqla rastlaşı-

ram,  düşünürəm  ki,  mən  bu  məqamda  bunu  eləyə  bilərdimmi? 

Həyatdakı  xeyirxahlıqla  qarşılaşanda  düşünürəm  ki,  məndə  varmı? 

Belə düşüncələrim də yaranırdı oxuduqca, ancaq sistemli deyildi. 

Xalqlaşma əməlim – Xaçmaz və Şabran bölgələrində oldum. 

Xaçmazda  ilk  getdiyim  ünvan  kitab  evi  oldu.  Rəsm  qalereya-

sında, muzeydə yaxşı söhbətlərim oldu. Gənc kitabxanaçılar birliyin-

də gənclərlə söhbət elədim, maraq göstərdilər, sorular verirdilər. 

Şabran səfərində bir dostumuzla yenidən görüşdüm, doğmalaşdıq. 

Çox qəribədir ki, keçən dəfə verdikləri soruları təkrar yenə də verir-

dilər.  Duydum  ki,  verdiyim  ədəbiyyatları  oxumayıblar,  ya  istəkləri 

yoxdur öyrənməyə. Elə söhbətlərdən halları yaranır. 

Şabranda Mədəniyyət evini axtarırdım, iki nəfər şair mənə bələd-

çilik  elədi,  yolboyu  söhbətləşdik,  sorularına  cavab  verdim.  Atanın 

gömülməsi ilə bağlı sorular verdilər. Onlara da ədəbiyyat verdim. 

Kitab evinin özündə 20-yə yaxın adamla görüş keçirdim. Atadan, 

Ocaq  əməllərindən  danışdım.  Adamların  üzünə  baxanda  görürdüm 

ki, bəziləri mənim dediyimi tutur, məni anlayır. Bəziləri də gözləyir-

dilər ki, nə vaxt söhbət bitəcək. 

Gedişin  özü,  atdığım  addımı  az  hesab  edirəm.  Tutuşdururam 

şərin, toplumun içimizə etkisini. Qarşı-qarşıya qoyanda çox az sayı-

ram. Daha çox xalqlaşmaq, daha çox soraq vermək, daha çox ünsiy-

yət  qurmaq  istəyirəm.  Yeni  səfərlərə,  yeni  söhbətlərə  hazırlayıram 

özümü. Atamız Var olsun! 

 

İnamlı  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  Çox  olub  ki,  mən 

tədbirlərimizə  qatılmaq  üçün  yalanlar  danışmışam.  Bizim  ölçümüz 

var  –  Mütləq.  Düzdür,  deyirlər  ki,  Xeyirə  görə  Şəri  azdırmaq  olar. 

Bu gün tədbirə işdən gəldim, dedim ki, evi su basıb. Deyə bilərdilər 

ki, tədbirin varıydısa, dincəliş gününü bu günə salardın. 

Fikirləşirəm,  mən doğrumu addım atıram, yoxsa yanlışmı? Düz-

dür, mən hər gün tam Amala uyğun yaşamıram. Əsəbləşirəm, iş yol-

daşımla qovğa edə bilirəm, evdə əsəbləşirəm, səsimi qaldırıram.  

Amalın qurallarına uyğun yaşamıram. Ancaq mən yalanı bilərək-

dən  danışıram.  Axı  mən  Mütləqçiliyə  qarşı  gedirəm.  Bəlkə  mən 

doğrudan  da  olanı  deyib  gəlməyi  bacarmalıyam.  Bəlkə  elə  güclü 

olmalıyam ki, o zənciri həqiqətlə qırıb gəlməliyəm?! 


 

242 


Günev  Atalı: Sən  dediyin  zirvədir.  İşi  itirməlisən,  ailə  ac 

qalmalıdır. 



 

İnamlı  Atalı: Məsələni  də  ona  gətirirəm  ki,  Ata  sırf  Amalın 

quralları  əsasında  yaşadı.  Yəni  biz  Ocaqçılar  doğrudanmı  o  səviy-

yəyə çatmalıyıq ki, həqiqətən hər bir fədakarlığa yetməliyik. İşimizi 

itirməkdən belə qorxmamalıyıq, maddi çətinlik çəkməkdən qorxma-

malıyıq. Bir tikə çörəyə möhtac qalmaqdan qorxmamalıyıq. 

Bunu mən işdən çıxıb bura gələrkən yol boyu düşündüm. 

Amallaşmamla  bağlı  qonuya  gəldikdə  isə  “Mütləqləşmək  –  Var 

olmaq”  Bitiyindən  “Xurafat”  bölümünün  “İnsansızlıq”  qonusunu 

oxudum.  Ümumiyyətlə,  Atada  daha  çox  məni  çəkən  qonu  insanla 

bağlı olub. Çünkü Ataya qədər heç ağlıma gəlməzdi ki, dünyada baş 

verən olayların günahkarı insandır. Mən hər şeydə səbəb axtarırdım. 

Bircə insanda səbəb axtarmırdım. Bəzən islamçı olurdum, deyirdim 

bu,  taleyin  işidir.  Bu  uğursuz  adamdır,  filandır.  Bir  gün  mən,  yeni 

Ocağa  gələndə,  Atanın  bir  bitiyini  oxudum.  Yadımdan  çıxıb.  Orda 

yazılmışdı  ki,  toplum  kordur,  günahkar  insandır.  Filan  şey  belədir, 

günahkar  insandır.  Mənə  çatmırdı.  İndi  oxuduğum  “İnsansızlıq” 

bölümündə gəldiyim düşüncə var, bir-iki cümlə bölüşmək istəyirəm. 

Orda  Ata  vurğulayır:  “deyirlər  insanı  toplum  yaradır,  şərait  yaradır, 

düşdüyü mühit yaradır, ictimai münasibətlər yaradır. Biz isə deyirik 

ki, toplumu, mühiti insan yaradır”. 

 

 


 

243 


Orda söhbət xurafatdan gedir. Mən düşünürəm ki, insanın yolunu 

xurafat  kəsib.  Həmin  bu  fikirlər  də  xurafatdan  gəlir.  İnsanın  İnama 

yetməyinə  xurafat  mane  olub.  İdraka  yetməyinə,  Mənəviyyata  yet-

məyinə mane olub və sonda insan yetməli olduğuna yetməyib. Ona 

görə də insan maddiyatın,  toplumun etkisində qalıb. Hər yerdə insan 

aşağıda göstərilib, insansızlıq baş verib. İslamın etkisidir ki, bu xura-

fat  yaranıb.  İnsan  o  xurafatın  altında  əzilib,  görünməyib.  Ona  görə 

bəşəriyyət bu günə düşüb. Ona görə də insanın adına hər şeyi qoyub-

lar. İstehsalat insanı aşağıda qoyub. İnsan becərdiyinin, yaratdığının 

quluna  çevrilib.  İnsana  sadəcə  istedadına  görə,  qabiliyyətinə  görə 

qiymət verilib. İnsanı siniflərə bölüblər. Bunların hamısının da basin-

da xurafat ağası dayanıb. Bunun hamısı ona qulluq eləyib. 

Ataya qədər mən maddiyatın dalınca düşürdüm. Elə bilirdim bun-

lar  hər  şeydir.  Əsasən  insan   maddiyatın  dalınca  qaçıb.  Kim  ruhsal 

anlamda  özünü  düşünüb?  Heç  kim.  Həyatda  bizim  üçün  ölçü  mad-

diyat  dalınca  qaçmaq,  yaxşı  gün-güzəran  qurmaq,  diplomlu  olmaq, 

mənsəb  yiyəsi  olmaqdır.  Ata  özüylədöyüş  ideyasını  kamil  formada 

ortaya çıxartdı ki, insan öz içinə varsın. Bəşərin indiki hala düşmə-

sinin səbəbi  insansızlıq olub… 

Ocaqda  mənim  ən  çox  qane  olduğum  xalqlaşma  əməlimdir. 

Onunla bağlı mən Günev qardaşıma yaxşı mənada qibtə eləyirəm ki, 

bizim  hamımızın  ümumi  xalqlaşması  Günev  qardaşımızın  yanında 

çox  zəifdir.  Çünkü  bizim  dediyimiz,  demədiyimiz  sözlər,  Günev 

qardaşın ünvanından Məbəd araçılığı ilə bütün Azərbaycanda eşidi-

lir.  Ən  böyük  xalqlaşmanı  o  ev  görür.  Biz  gedib  oxullarda  söz 

deyirik. Biri götürür, beşi götürmür. 

Atamız Var olsun! 

 

Nurtəkin Atalı: Mən indi 36-cı ilin “Ailə Günü” kitabını çap elə-

yirəm. Gələn törəndə o hazır olacaq. Yaxşı olar ki, tədbirləri hər dəfə 

oxuyaq. Çünkü orda elə şeylər var ki, Soylu Atalı onun düzəlişlərini 

eləyir.  Ancaq  tədbirlərdə  bəzi  şeylərə  yenidən  qayıdılır.  Demək  o 

diqqətlə  oxunmalıdır  ki,  ifadəyə  fikir  verilsin.  Məsələn:  bir  “Ailə 

Günü”ndə  Ulusəs  dedi  ki,  mən  həsəd  aparıram.  Soylu  etiraz  elədi: 

Ocaqçı  qibtə,  həsəd  sözünü  iştətməməlidir.  Hətta  yaxşı  mənada  da. 

Bu  haqda  bir  dəfə  söhbət olub.  Yenə  də  belə  şeylərə  diqqət  eləmək 

gərəkdir ki, bu cür hal bir də təkrar olunmasın. Yenidən qayıdılmasın 

o məsələlərə. Bir şey var ki, Ocaqçılar danışanda elə şeylər hələ də 

var.  Mən  özüm  haqqımda  deyə  bilərəm  ki,  belə  şeyləri  aradan  qal-



 

244 


dırmışam. Sonra, biri özü haqqında danışır, deyir biz. Hamının adın-

dan  danışmaq  yerinə,  öz  adından  danışmaq  gərəkdir.  Onlara  diqqət 

yetirmək gərək. 

 

Türkel  Atalı: (Ataya  səcdə  edib,  Bayrağı  öpür  –  T.A.) Bu  ay 

Ocaq  Yükümlüsünün  redaktə  elədiyi  bir  neçə  tədbirin  bilgisayarda 

düzəlişlərini  eləmişəm.  O  tədbirlərdə,  fikir  vermişəm,  mənim  elə 

çıxışlarım  var  ki,   üstündən  xətt  çəkilir,  sadəcə  “filankəs  sözünü 

bildirdi” yazılır. 

Hər  dəfə  özümü  təkrar  etmələrdən  qaça  bilmirəm.  Bu  ay  “Ata-

gün” Ailəsinin “Ailə Günü” kitabını bir neçə dəfə oxumuşam. Orda 

mən  Günev  Atalının  çıxışlarına  baxıram,  valeh  oluram,  sistemli, 

yerində. 

Amaldaşımın  hesabatı  məni  yaxşı  etkiləndirir.  Öz  hesabatımı 

onun  hesabatıyla  tutuşduranda  görürəm  ki,  mən  əslində  heç  nə 

demirəm.  Elə  bilirəm  ki,  halımı  ifadə  eləyirəm.  Elə  çıxır  ki,  mən 

tədbir xatirinə söz demiş oluram. 

Bu ayın son günlərində Ocaq Yükümlüsünün “Kəpənəkçim – Ulu 

Elim”  əsərinin  yenidən  düzəldilmiş  variantının  redaktəsinin  bil-

gisayarda düzəlişlərini etdim. Elə diqqətlə yanaşdım ki, məndə kitab 

oxumaq həvəsi yarandı. Söz yox, ayımı o məqama bərabər tutub da-

nışmaq istəmirəm. Ancaq o anda olduğum haldan çıxış eləyib ayımı 

dəyərləndirmək istəyirəm. Ağlımda xeyli gərəkli və gərəksiz düşün-

cələr var. 

“Atagün”  Ailəsinin  Ailə  Günlərində  Ocaq  Yükümlüsünün  bəzi 

çıxışlarını  oxudum.  Onun  çıxışlarında  harayladıqları  şeylər  adamı 

riqqətə gətirir. Özünün içində təpər yaranır.  

Düzdür, yüksək oxul öyrəncisi olduğum vaxtlar, hərbidə olduğum 

vaxt  çox  gileyli  idim  bir  oğul  kimi.  Öyrənci  olduğum  çağlarda 

yörəmə baxırdım, öyrəncilərə göz yetirirdim. O anlarda yadımdadır, 

özümə  söz  verirdim  ki,  gələcəyimlə  bağlı  filan  şeyi  eləməyəcəm, 

filanı  eləyəcəm  və  s.  İşdən,  gecə  növbəsindən  əli  qara  mazutlu 

instituta  gəlirdim.  Bilmirdim  mən  öyrənciyəm,  gəncəm,  ya  nə  ad 

verim özümə. Hətta bir ara mənə çox yaxşı gəlirdi belə mənasız əziy-

yət. Özlüyümdə fikirləşirdim ki, bir çox imkanlıların öncəsi dilənçi, 

yoxsul gündə olub. Həvəslənirdim elə yaşayışdan ki, deyəsən mən də 

həmin yolu keçirəm. Ləzzət eləyirdi ağır işləmək. Sözümü bu yöndə 

davam eləmək istəmirəm. 


 

245 


 

 

Sadəcə  belə  bir  məqama  toxunmaq  istəyirəm.  Bu  gün  heç  bir 



kimsənin  həyatı  mənə  maraqlı  gəlmir  ki,  filankəs  də  çox  zülümlə 

yaşadı və indi normal yaşayışı var. Sadəcə gileyli əhvallarım var idi: 

mən bilmirəm niyə varam, mənim bu cür yaşamımın səbəbi nədi və 

s.  Baxmayaraq  ki,  Ocaq  Yükümlüsü  olaraq  onun  nəyə  qadir  oldu-

ğunu, hansı gücdə olduğunu, kim olduğunu bütöv şəkildə anlamasam 

da, içimdə  duyurdum.  Məndə  bir  az  normadan  artığa  can atma  var. 

Durumu, kimlərisə qəbul etməmək  var. Ocaq Yükümlüsü o kitabda 

aqnostisizm deyə bir cərəyanı vurğu eləyir. Sanki mən heç Ocaq bi-

reyi yox, o cərəyanın bir üzvüyəm. İdrakıma, bilə-bilə, Mənanı dərk 

eləməmək yasağı qoymuşam. 

Belə bir şey də deyir ki, Məna sirdir. O sirlərə yetməyəndə adam 

avam qalır. Avam da hər cür eybəcərliyə enə bilir. Öyrənci olduğum 

çağlar  bilərəkdən  çox  eybəcərliklərə  enirdim.  Ancaq  həqiqətən 

Mənanı  dərk  edib,  aşiqə  çevrilmiş  insan  kimi  Ocaq  Yükümlüsünün 

ömrü çox böyük örnəkdir. Onun halı, sözü qurtuluşdur  əslində. Söz 

yox, Amal yönündən deyirəm. Həyat yönündən, dediyim kimi, örnək 

götürmürəm ki, belə əziyyət çəkdi, necə çətinlikləri oldu. Artıq o cür 

düşüncələr, tutuşdurmalar mənim üçün önəm daşımır. 

Bütün bunlara baxmayaraq, bu düşüncəyə gəldim ki, Ailə Gününə 

o cür əhvallarla gəlməmək doğrudur. Atamız Var olsun! Bayrağımızı 

öpürəm. 

Nurtəkin Atalı: Keçən “Ailə Günü”nü Türkel kitablaşdırdı, mənə 

göndərdi.  Onda  özünə  zəng  edib  dedim.  Hər  dəfə  bəlli  yanlışları 



 

246 


olurdu. Ancaq bu dəfə hərf yanlışları az idi. Çox yaxşı işləmişdi. Bu 

onu  göstərir  ki,  Türkel  əmələ  sevgiylə  yanaşır,  yaradıcı  yanaşır.  O 

qədər az yanlış vardı ki, zəng eləyib  dedim. 

“Ailə Günü”ndə Türkel belə bir ifadə işlətmişdi. Deyir ki, Ocaq 

Yükümlüsü  millət  haqqında  danışanda  mən  də  elə  bilirəm  millət 

dərdi çəkirəm. Onu oxuyanda məni gülmək tutdu. Nəyə görə? Çünkü 

vaxtilə  Atanın  sağlığında  məndə  də  o  hal  var  idi.  Ata  deyirdi  biz. 

Mən də hesab eləyirdim ki, heç bir əməlim olmaya-olmaya, mən də 

millət  dərdi  çəkirəm.  Ancaq  o  halımda  mən  onu  ifadə  eləyə 

bilmirdim.  Türkelə  dedim  ki,  sənin  görümün  məni  çox  yaxşı  etki-

ləndirdi. O da soruşur ki, məndən həryönlü razı qalıbsan? 

Türkelin çox doğru izləmə, araşdırma bacarığı var, mənə olduqca 

yaxşı etki göstərir. 

İndi  “Ailə  Günü”nü  çap  eləyirəm.  Hər  bir  Ocaq  əməlindən  çox 

gözəl  duyğularım  yaranır.  Ocaq  tədbirini  kitablaşdıranda  elə  bil 

yenidən  onun  içinə  düşürsən  və  tamam  başqa  hal  yaradır  adamda. 

Eləcə də çap eləyəndə, elə şeylər var ki, yenidən oxuyuram. Vərəqlər 

çıxdıqca  mən  onları  üst-üstə  qoyuram.  Orda  elə  olur  ki,  vərəqin 

üstündə  ad  yazılmır.  Ancaq  mən  oxuyuram,  ordakı  fikirlərdən  başa 

düşürəm  ki,  bu  kimindir.  Sonra  ağlıma  gəlir  ki,  bütün  Ocaqçıların 

özünəxaslığı  var.  Hər  bir  Ocaqçı  bilir  ki,  o  təxminən  nə  danışacaq. 

Məsələn,  Türkeldə  gözlənilməzlik  var.  Soylu  Atalıda  da,  təbii, 

bilirsən ki, yeni şeylər var. Fikirləşirəm, məndə də elə olmalıdır.  

Yəni  hər  tədbirdə  o  biri  tədbirdən  başqa  (fərqli).  Bilirsən  ki,  nə 

deyəcək yox, başqa olması gərəkdir. 

  

Günev Atalı: Türkelin bir şeyi var ki, həmişə etiraflarla başlayır. 

O gözəl şeydir. 

 

Yasin  Türksoy:  Çoxdandır  görünmürdüm.  Darıxmışam.  Bundan 

öncəki  aylar  işdən  göndərirdilər  Avropa  oyunlarına.  Orda  millətin 

necə  ruhsuzlaşdırılmasını  gördüm.  Həm  də  ürək  ağrısıyla  baxırdım. 

O mühiti görəndən sonra Ocağın yönünü, işini düşünüb, Asif Atanın 

prinsiplərinin İnsanlığa, bəşəriyyətə necə gərəkli olduğunu görürsən. 

Doğru  yol  olduğunu  anlayırsan.  Burda  zəhmət  var,  ürəyin  sevgisi 

var. 

Yolu düşünürəm. Görürəm ki, necə əzablı, həm də fərəhli yoldur. 



Həyat  tam  başqa  bir  şeydir.  Ancaq  Atanın  prinsipləri  tam  başqa 

aləm.  Atanın  kitabını  oxuyuram,  başqa  bir  aləmə  düşürəm.  Kitabı 



 

247 


qatlayıb, yörəmə baxıram, həyata baxıram havalanıram sanki. Kitab-

da  elə  bil  üfüqlərə  çəkilirəm,  göylərə  qalxıram.  Məni  həyat,  mühit 

sıxır. Bunlar məni oxumağa qoymurdu. Çünkü ideyalar, fikirlər hə-

yatdan  qopmuş  insana  əzab  verirdi.  Oxuduqlarım  başqa,  gördük-

lərim, yaşadıqlarım tamam başqa. Sonra gördüm ki, bu ötəridir. Artıq 

o halımdakı qarışıqlıq, kitabı oxudum gördüm, həyatdakılarla Atanın 

ideyaları arasındakı başqalıq (fərq), təzad daha məni çaşdırmır. Atanı 

indi  oxuduqca  məni   çəkir.  Axtardığımdır.  Öncələr  buna  çata  bil-

mirdim. Oxuduğum  mənə əzab verirdi. Çünkü onun mənası sıradan 

bir  qəzet,  kitab  yazısı  deyildi.  Tam  başqa  idi.  Gələnəksəl  fəlsəfələr 

kimi də deyil. Gələnəksəl fəlsəfələrə baxırsan, ən yaxşı halda oxuyub 

qırağa qoyursan. Ancaq Atanın fəlsəfəsində yol başqadır. İndi o aşa-

manı aşmışam. Əzab vermir. Oxuduqca daha da fərəhlənirəm. Buna 

sevinirəm.  Bilirdim  ki,  bir  aşama  idi  o  çətinliyi  aşmaq.  İndi  ona 

yetmişəm. Çoxdandı ağlımdaydı, ancaq alınmırdı.  

Atamız Var olsun! 

 

 

 



Soylu Atalı: (Ataya səcdə edir) Qürub Ayının sonuncu yeddicəsi, 

ayın 26-sı Mütləqə İnam Ocağının üç Ailəsinin birgə keçirdiyi aylıq 

törənində  söz  deməzdən  öncə  Bayrağımızı  öpürəm  və  Ataya  səcdə 

qılıram. 

Öncə fikirlərə yönəlik söz demək istəyirəm təbii ki. Qismən irad 

xarakteri daşıyır. Ancaq mənim iradımın, xahiş eləyirəm, sevgimdən 

gəldiyini  qəbul  edin.  Qırağa  çıxma  deməzdim.  Ancaq  istəsək  də, 


 

248 


istəməsək də olur nələrəsə düzəliş vermək. Fikrə, hala düzəliş vermə-

yimiz gərəklidir, pis deyil. 

Nurtəkinin çıxışında sözün qaçmasını (Nurtəkin yazısını oxuyan-

da söz ağzında yüyürür – bundan çıxmaq gərək) dedim, yenidən ona 

qayıtmaq istəmirəm. 

“Sən  duyursan  ki,  sən  düşünürsən  ki, sən  eləyirsən  ki,  sən sən”. 

Bu  yaxşı  şey  deyil.  Bu,  başqasına   ağıl  vermək  anlamına  gəlir.  Ən 

çox  bu  özünü  Üstündə  göstərir.  “Mən”  üzərində  qurmaq  gərəkdir 

söhbəti.  “Hesab  eləyirsən  ki,  onda  sənə  necə  baxırlar”…  Bunu 

demək gərək deyil. Burada söhbət “mən”dən gedir. Ocaqçı natiqliyi 

üçün hesab eləyirəm ki, o qüsurdur. 

İnamlının  söhbətiylə  bağlı  iki  məqama  vurğu  eləmək  istəyirəm. 

Öncə  Ocaqçının  səhv  eləməmə  məsələsi  ilə  bağlı  fikir  bildirmək 

istəyirəm. Bir var Ocaqçının səhv etməsi, biri də var günah etməsi. 

Ocaqçının səhv etməsi pis deyil. Ona görə ki, Ocaqçı davranır, düşü-

nür, addım  atır.  Ruhaniyyat  xəttində  möhkəmlənməyən  adam  orada 

səhvlər eləyə bilər, qüsurlar işləyə bilər, ancaq o qüsurları görüb de-

mək  gərək. Amaldaşlar arasında çox böyük sayğıyla, hətta sevgiylə 

demək olar. Buna da qarşılıq verməyə tələsmək olmaz. Qıcıqlanmaq 

gərək deyil. Qıcıqlanmaqdan çıxmaq gərəkdir. 

İnamlı deyir ki, yalan deyib gəlmişəm bura. Ancaq İnamlının belə 

deməyi  doğrudurmu,  yanlışdırmı?  Bu  qapanmadı,  açıq  qaldı.  Mən 

hesab eləyirəm ki, doğru deyil. Mən o halı özümdə yetirmişəm. Mən 

işdə olanda deyirəm, tədbirim var. Deyək ki, gələ bilmərəm bu gün. 

Mən açıq deyirəm. Bəzən demirəm. Heç borclu da deyiləm deməyə. 

Mənim nəyim var, özüm bilərəm. Mən deyirəm, çox vacib işim var, 

qaçılmaz işim var. O qaçılmaz iş nədirsə, özüm bilərəm. Ata deyir, 

şəri  aldatmaq  gərək.  O  demək  deyil  ki,  şəri  aldatmaq  üçün  özünü 

aldatmalısan. Şər, deyək ki, dövlətin inzibati bir strukturudur. İdeo-

loji işin başında durur, gəlib tutur aparır, dindirir. Sənin filan davra-

nışın  hakimiyyətə  ziddir  deyir.  Onda  mən  onu  aldadaram.  Ancaq 

indiki  quruluşda  artıq  elə  gizlənmələrə  gərək  yoxdur.  Ata  Nişanəni 

son anda cırmağı, yandırmağı deyib. Belə hökm yazıb: “Yada göstə-

rilmir, verilmir, son anda cırılıb yandırılır”. Bu, sovet inzibati struk-

turlarına özgündür, çünkü orda mümkün deyildi ki, sən belə bir ad-

dım atasan. Adamı dara çəkirdilər. Ata ona görə elə deyib. İndi kimin 

ağlına nə gəlir, çap edir, yazır, ağlına nə gəldi danışır. Belə bir vaxt-

da  yalan  haqqında  düşünmək  gərək  deyil.  Ona  görə,  mən  nəinki 

Ocaqçıların davranmasına, hətta siyasətçilərə deyirəm ki, siyasətinizi 


 

249 


işlədəndə görürsən ki, filan fikir ziyan gətirir, onu demə. Onun yeri-

nə  başqa  şey  də  demə.  Bu  çox  böyük  mərifət  olar,  qanacaq  olar. 

Yoxsa  deyir  ki,  gəl  filan  yerə  gedək,  bir  məsələni  çözək.  Mən 

qapıdan  çıxanda  bu,  üzünü  tutub  o  yana  gedir.  Mən  də  orda  onu 

gözləyirəm. Bu, siyasət deyil axı. Bu, yanaşma deyil. İşdən icazə də 

onun kimi. İcazə alanda deyə bilərsən ki, mənim qaçılmaz işim var. 

Hamımız ev yiyəsik, ailə yiyəsiyik, qaçılmaz işlərimiz ola bilər. Mən 

heç kimə durub hesabat verməli deyiləm ki. 

Mən  İnamlının  çıxışının  üzərində  deyirəm,  başqaları  da  özlərinə 

nəsə  götürə  bilər.  Birini  izah  eləmək  üçün  o  birini  kiçiltmək  var. 

Məsələn,  Asif  Atanı  sunmaq  üçün  din  pisdir,  budur,  odur  deyir. 

Nədir Asif Atanın gözəlliyi, açılmır. 

İnamlı  deyir  ki,  bizim  keçirdiyimiz  görüşlər,  filanlar  sönükdür 

Günevin Məbəd işinin qarşısında. Burada hissə qapılmaq var. Hissə 

qapılmaq  olmaz  axı.  Qiymətləndirəndə  doğru  qiymətləndirmək 

gərəkdir.  Qiymətləndirəndə  hissə  qapılmaq  doğru  deyil.  Bu  boyda 

dağlar  aşmışıq,  işlər  görmüşük,  necə  yəni  sönükdür,  hardan  sönük-

dür. Məbəd işin bir cəhətidir. Bu baxımdan qiymətləndirəndə diqqətli 

olun.  Bir  nəsnəni  qiymətləndirmək  üçün  birini  kiçiltməklə  o  birini 

böyük göstərmək olmaz. Onun özünün böyüklüyü nədir, ucalığı nə-

dirsə  onu  açmağa  çalışmaq  gərəkdir.  Ocaqçı  natiqliyi  odur.  Özündə 

onu tərbiyə eləmək gərəkdir. 

Türkelin  çıxışında  bir  məqam.  Deyir  ki,  mən  Ocaq  Yükümlü-

sünün  filan-filan  cəhətlərini  örnək  götürürəm,  ancaq  həyatdakı  ağır 

zəhmətlərini yox. 

Ocaq  Yükümlüsü  ona  görə  Ocaq  Yükümlüsü  oldu  ki,  ağır 

zəhmətlər çəkib. Ağır zəhmətləri örnək götürmək gərəkdir. Əgər mə-

nim  havayı,  yaxud  da  asan  gəlirlərim  gəlsəydi,  mən  Ocaq  Yüküm-

lüsü  ola  bilməzdim.  Ocaq  Yükümlüsü  olmaq  üçün  mən  qazanc 

dalınca  getmədim.  Ailəmin  boğazının  dalınca  getdim,  izafi  qazanc 

dalınca getmədim. Örnək odur… 

İndi ayrı-ayrı qeydlərimi oxumaq istəyərdim. 

Məsum,  arı  bir  qəlbin  sevgiyə  bürünməsindən  sonra  maraqlı 

qüsurlar  ortaya  çıxır.  Sevən  adam  çox  yanlışlar  edir.  Çünkü  özünü 

itirir. Ancaq həm də yanlışlara yol verdiyini anlayır. 

Sevgi  ürəyi  yaxır.  Ürəyi  yaxılan  adamın  rahatlığı  pozu-

lur.   Rahatlığı  pozulan  ağılla  davrana  bilmir,  yanlışlar  edir.  Bunu 

ancaq sevgini tanıyanlar anlaya bilər. 



 

250 


Ancaq bunu demək sevgili ürəyin yanlışlarını qınamaq anlamına 

gəlmir. Məsələn, Ocaqçının ömründə də belə şeylər olub. Hər birimiz 

belə  yanlışlarla  üzləşə  bilərik.  Məsələn,  mən  üzləşdiyim  bir  çaları 

sizə  deyim.  O  çağlar  ki,  bizim  evimizdə  mənə  qarşı  rahatsızlıqlar 

başladı,  atam-anam,  kimim-kimsəm  öz  aralarında  danışırdılar  ki, 

mən  yolumu  azmışam.  Bunları  eşitmirəm,  sözləri  mənim  üçün 

heçdir-filandır.  Əslində  atanın-ananın  sözünü  nə  vaxt  eşitmirsən,  – 

vurulanda,  sevəndə.  Mən  də  Amala  vurulmuşdum,  əqidəyə  vurul-

muşdum. Qız istəyən adam da atasının-anasının evləndirmək istədiyi 

ilə evlənmək istəmir, çünkü ürəyini, ixtiyarını verib artıq. Ata-ana da 

ayağını dirəyib ki, yox ey, sənə öz istədiyimi alacam. Həmin şeydir. 

Mən  Amala  vurulmuşam.  Ata-anam  da  deyir  ki,  sən  həyata  vurul, 

dinə  vurul.  Sən,  işinin  başı-ayağı  bilinməyən  bir  kişinin  dalınca 

getmə.  Ancaq  vurulan  ürəyin  səsini  dinləmək  gərəkdir  ki,  gör  o  nə 

deyir. Bu ürəyin ixtiyarı səndə deyil axı, heç məndə də deyil. 

Belə məsələlər var ki, bu, ruhaniyyatın özəyidir, ana xəttidir, onu 

gərək, doğrudan da, duyasan, görəsən. 

xxx 

Gənc,  bakirə  bir  qızı  zindana  salasan  və  15  ildən  sonra  qürurla 

çıxarasan ki, bu qız öz bakirəliyini qoruyub. 

Din gənc uşaqların şüuruna şeytanı, mələyi elə yerləşdirir ki,  bu 

gənclər  qocalanda  da  qonuları  şeytan  və  mələkdən  başqa  bir  şey 

olmur. Əslində insanın qəlbinə doldurulan Allah xofu insanı necə arı 

göstərirsə,  zindana  salınan  bakirəlik  də  qız  arılığını  eləcə  göstərir. 

Allah xofunu oturdursan adamın içində, ömrü boyu onun da qonusu 

şeytandır, mələkdir. Adamlar da elə bilir ki, bu arı adamdır. Halbuki 

arı  deyil.  Bakirə  qızı  zindanda  saxlayırsan  ki,  qoruyasan,  bəs  çöldə 

olanda  özünü  necə  qoruya  bilərdi?  Sən  Allah  xofunu  al  bu  insanın 

qəlbindən, gör o, mələk-şeytan qonusuyla yaşayacaqmı? Bu, işin bir 

tərəfi.  İkinci  bir  tərəfi,  insanı  guya  arı-duru  saxlayırlar.  Elə təbliğat 

da  gedir.  Uşaqların  uşaqlıqdan  ağlına  Allah  kəlamını  yazırlar, 

şeytanı-mələyi  tanıdırlar,  “həqiqəti”  tanıdırlar.  O  da  bunların 

içərisində  müti  davranır.  Ağzı  bağlı  gəlin  kimi.  Deyirlər  ki,  bu,  arı 

adamdır. Arı adam deyil. Avam adam arı olmaz, avam adam qorxu-

ludur.  Məqam  düşər…  Nə  qədər  ki,  dananı  kəndirdə  bağlamısan, 

açandan sonra biləcəksən ki, o, haraları dağıdacaq. Kəndirlə bağlıdır 

avam. Onun qəfil içində dönüş yarana bilər. Onu indiyə qədər basqı 

altında saxlamısan. Qəfildən basqının altından qalxmaq istəyər. Onda 

bilmirsən  ki,  o  avam  nələr  eləyər, cinayət  törədər.  Əslində insanı o 



 

251 


cür ağlı sönük, “mömün” bəsləmək cinayətə stimul verməkdir. Fikir 

verirsinizisə, bir çox hallarda kimsəsiz uşaqları aparırlar körpəlikdən 

din  “sevgisi”  ilə  böyüdürlər.  Böyüyəndə  onlardan  terrorçu,  kami-

kadze  düzəldirlər.  Həmin  “Allah  sevdası”  ilə  dolmuş  “arı-duru” 

adamdır.  Ondan  kamikadze,  quldur  düzəldirlər.  O  elə  bilir  ki,  bu 

quldurluq deyil, düz eləyir. 



xxx 

Demokratik  inqilab  xalqlar  üçün  ən  qorxulu  prosesdir.  Demok-

ratiya  adlanan  “xalq  hakimiyəti”  sözündə  xalqı  dəyərsiz,  yersiz, 

gələcəksiz qoymaq əməlləri yetişir və gerçəkləşir. Öncə aldadırlar ki, 

biz xalq hakimiyəti qururuq. Xalq ayağa durur, döyüşür, ona deyirlər 

sən  öz  hakimiyətin  uğrunda  döyüşürsən.  Hər  yerdə  xalqın  özünü 

özünə qarşı qaldırırlar. Xalq ayağa durur – kimlə döyüşür – özüylə. 

Baxın,  Misirdə  oturuşmuş  hakimiyəti  devirdilər,  yerinə  müxalifəti 

gətirdilər.  Sonra  həmin  müxalifət  oldu  qatil.  Başladılar  ona  qarşı 

savaşmağa. Tutdular onun başçısını. Bəs bu sənin xalqının nümayən-

dəsi idi? Yəni xalqın, əslində, hər bireyi özündən ayrılmış durumda 

döyüşə  girir.  Xalq  dəyərindən,  xalq  mənasından  ayrılmış  durumda. 

Ayağa  durub  bir-biri  ilə  döyüşənlər  hamısı  xalq  mahiyyətindən 

ayrılmışlardır.  Bir-biriylə  döyüşür,  əslində  özü  ilə  döyüşür.  Xalq 

mahiyyətini itirmiş “özü” ilə döyüşür. 

Xalq öz dəyərləri ilə, gələcəyiylə vuruşur.  Bunu xalqa anlatmaq 

üçün  xalqın  içini,  şüurunu  demokratiyaya  bağlayanları  ifşa  etmək 

gərəkdir.  Demokratiya  min  ildir  birlikdən,  özgürlükdən,  haqdan 

danışır. Ancaq onu xalqlara verə bilmir. Çünkü birlik, özgürlük, haqq 

demokratiyanın  göz  qamaşdıran  saraylarında  deyil,  Ağ  evdə  –  filan 

yerdə  deyil,  insanlığın  dərk  olunmasındadır.  Demokratiya  ən  pis 

dindir. İnsanı öz yalanlarına inandırıb onu özündən qıraqdakı başqa 

qüvvələrə  bağlayır.  Din  də  özündən  qıraqdakına  bağlayır.  Biri ilahi 

səviyyədə bunu yerinə yetirir, biri toplumsal (ictimai) səviyyədə. Bu 

qüvvələr  də  insanı  millətsiz,  dövlətsiz,  gələcəksiz  aqibətə  sürüyür. 

Sürünən, süründürülən insanı demokratiya adlanan şərlə savaşa qal-

dırmaq gərəkdir. Vicdan bu həqiqəti qanan adamlardan belə bir çətin 

işə girişmək tələb edir. 

Heç kim onu demir ki, demokratiya filan şeydir. Dönə-dönə mən 

sübuta  yetirirəm  ki,  demokratiya  siyasi  qarşıdurmadır.  Siyasal,  top-

lumsal qarşıdurmadır, çünkü demokratiyanın dediklərini hədəf götü-

rüb  ayağa  duran  adamlar  içindən  uçurulmuş,  dağılmış  adamlardır. 

Adam içindən sağlam olarsa, onda onun demokratiyaya ehtiyacı yox-


 

252 


dur.  Döyüşmək  üçün  demokratik  dəyər  deyə  bir  şeydən  sallaşmaq 

gərək deyil. Demokratiya ancaq və ancaq uçurur. Demokratiya səni 

yaratmır.  Sənin  ağlına  doldurur  ki,  sənin  hüququn  var.  Ancaq  səni 

yaratmır. Səni sənə tanıtmır. Sənin içini sənə öyrətmir. Sənin gücünü 

üzə çıxarmır. Sənin mənəviyyatını üzə çıxarmır ki, bununla qalib ola 

bilərsən. O deyir ki, özünə bənzəyənləri bir yerə yığ, əlinə dəhrədən, 

baltadan  al,  çıx  küçələrə.  Onda  qalib  gələcəksən.  Qırğına  verir, 

ölümə verir, öldürməyə göndərir, – qarşıdurmadır bu. Pozğunluqdur, 

pozuculuqdur. 

xxx 

Dini möcüzələrdən danışırlar. Məsələn, deyirlər ki, donuzun qula-

ğının  üstündə  Allah  sözü yazılıb.  Ya fındığın  qabığında  Allah  sözü 

yazılıb.  Sadə  müsəlman  avamdır,  qanmır.  Müsəlmanlığın  başında 

duran ona etiraz eləmir ki, ayıbdır, belə şeylər gərək deyil, dinimizi 

gözdən salırsınız. Heç kim etiraz eləmir. Bir ağıllı din adamı qabağa 

durub demir ki, tutalım Allahın əli var, əlində də qələmi. Bu bədbəxt 

niyə  öz  adını  fındığın  qabığında  yazır?!  Nəyi  sübut  eləyir?!  Yəni 

yolundan  azmışlara  sübut eləyir  ki,  o  var?!  Tutalım  ki,  sübut elədi, 

bildim  ki,  sən  varsan.  Varsan  varsan  da.  Axı  mənim  dəyişməyim 

gərəkdir.  Mənim  dəyişməyimə  səbəb  vermirsən,  fındığın  qabığına 

adını yazırsan. Bundan mənə nə? Yer tapmadınmı adını yazmağa?! 

Dini  möcüzələrdən  danışırlar.  Əslində  ən  böyük  möcüzə  xalq 

ruhunun  Mütləqə  doğmalaşmasıdır,  yəni  xalqın  özünə  oxşamasıdır. 

Möcüzə ondan sonra başlayır. Ondan sonra xalq hansı addımı atırsa, 

hansı  yaxşı  işi  görürsə,  o,  möcüzə  olur.  Birdən  xalq  elə  gözəl  iş 

ortaya qoyur, odur möcüzə. Çünkü özünə bənzədi, özünə oxşadı. 

Adam  özünə  oxşayanda  gözəl  bir  görüntü  olur.  Ata  “Əks-səda” 

yazısı yazıb. Deyir ki, əks-səda başqasının son sözünü təkrarlamaqla 

uğraşır. 

Dinin  möcüzələri  fantaziyalardan  gəlir.  Fantaziya  insana  gerçək 

yön vermir, yəni insan gerçəklikdə fantastik möcüzələrlə xoşbəxt ola 

bilmir. Mənə fantastik olmayan möcüzə ver ki, xoşbəxt olum. Çünkü 

fantastik olmayan möcüzə gerçəkdir, realdır. O mənim əlimdən tutur, 

xoşbəxt edir. Sənin dediyin fantaziyadır. O məni xoşbəxtliyə çatdır-

mır. Heç xoşbəxtliyin qapısını göstərə bilmir. Çünkü dini möcüzənin 

məqsədi  insana  xoşbəxtlik  bəsləmək  deyil.  Ancaq  xalq  özünə 

oxşayandan sonra yaşam əsilləşir. Mənəviyyatın insanların yanaşma-

sında  gerçəkləşməsindən,  yaşamasından,  var  olmasından  yüksək 

möcüzə yoxdur, olmur. 



 

253 


Çağımızda  həyatın  gedişinə  baxırıq.  Nə  görürük?  Bir  yanda 

qorxunun, nifrətin, qəzəbin yaratdığı gedişlər, davranışlar, yanaşma-

lar,  ünsiyyətlər,  hədyanlıqlar,  əxlaqsızlıqlar.  Bir  yanda  isə  sevginin 

yaratdığı təbəssümlər. Həzin pıçıltılar, nəğmələr, bala üçün, ana üçün 

həyəcanlanmalar, doğmalıq axtaran kədərli gözlər. Ancaq bunlar bir 

yandadırmı?  Bunlar  azdır,  çox  azdır.  Bunların  yerləşməsi,  bir  yan 

olması,  yaşaması  üçün  yan,  yer  yoxdur.  Hər  yan,  hər  yer  xaosun, 

pozğunluğun,  cinayətin  təqlidi  üçün  hazırlanıb.  Hər  yerdə  cinayəti, 

pozğunluğu,  əxlaqsızlığı  təqlid  edirlər.  Hər  yer  onun  üçündür.  Bir 

yan yoxdur, bir yan qalmayıb sevginin təbəssümləşməsi, cilvələşmə-

si, gözəlləşməsi üçün. O yanı, yeri Ocaqçı öz köksündə yaradır. Öz 

mühitində  yaradır.  O,  həyatda  yoxdur,  gerçəklikdə  yoxdur.  Küçədə 

yoxdur, kənddə yoxdur. 

Mənim Amallaşma işimlə bağlı yazım, qeydlərim çox olur. Çün-

kü əsər yazmağa hazırlaşdığıma görə yazmasam belə, düşüncələrim 

çox  olur.  Onların  hamısını  oxumağım  gərək  deyil.  Sadəcə  özümün 

içimdə tutduğum bəzi məqamları bölüşmək istədim. 

Burdakı  məsələlərə  qısaca  aydınlıq  gətirmək  istəyirəm.  “İnam  – 

Mütləqilik üzərində qurulan Aqibət yaradır”. Bu fikirdə Asif Ata öz 

dünyabaxışını  qəsd  edib.  Bir  var  inam  birey  keyfiyyəti  kimi,  bir  də 

var  dünyabaxış  kimi.  Burda  dünyabaxış  kimi  İnamı  qəsd  edib.  Nə 

deməkdir “Mütləqilik üzərində qurulan Aqibət yaradır”. Mənə insanı 

tanıdır. Deyir ki, sənə tanıtdığım insana inan. Mən də inanıram. Niyə 

inanıram?  Ağlımın  gözünü  açır,  qandırır  ki,  inanıram.  Qanıram  və 

inanıram.  Mənə  vətəni  tanıdır.  Mənə  milləti  tanıdır.  Mənə  bəşəri 

tanıdır. Vətən mənim üçün ayrı bir məna daşıyır. Asif Ata mənə insa-

nı  tanıdandan  sonra,  Millət  də  mənim  üçün  ayrı  bir  məna  daşıyır. 

Böyük anlamda bəşər də mənim üçün ayrı bir anlam daşıyır. O ayrı 

məna baxın görün nədir? Vətənə yanaşmanı adiliklərdən və bəsitlik-

lərdən qurtarır. Heç vaxt biz Ocaqçı olaraq dilimizə alıb deyə bilmə-

rik ki, vətənin filan parçası mənim nəyimə gərəkdir, mənim uşağım 

niyə  gedib  qorusun.  Heş  vaxt  bu  ifadəni  Ocaqçı  işlətməz.  Ancaq 

toplumda ən yüksək vətənsevər belə bunu deyir. Deyir ki, hər kəsin 

öhdəsinə düşən payını qoy sevsin. Onun payı yoxdur vətəndə. Vətəni 

bütöv  götür,  gör  içinə  yerləşirmi?  İçinə  yerləşmirsə,  sənin  vətənə 

yanaşman necə qutsal ola bilər? Ona görə insanı mənə tanıdır, inan-

dırır.  İnandırandan  sonra  vətənə  yanaşmanı  dəyişir.  Ayrı  bir  məna 

daşıyır. Millətə yanaşmam ayrı bir məna daşıyır. 

Heç  vaxt  Ocaqçı  millətin  ən  axmağının  belə  cibinə  gözünü  dik-

məz.  İnanmıram.  Onun  boğazına  gözünü  dikməz.  Ocaqçı  bunu  elə-

məz. Niyə eləməz? Asif Ata inamını verib, insanı sənə tanıdıb, sənə 

bu tərbiyəni verib. Onun inamını qəbul eləməklə sən yeni bir tərbiyə-

yə yüksəlirsən. Yeni bir aşama qazanırsan. Mütləqilik üzərində quru-

lan aqibət yaradır. Hər şey səndə dəyişir, Mütləq olur. Heç nəyə nisbi 



 

254 


yanaşmırsan,  Mütləq  yanaşırsan.  Nə  qədər  böyük  aqibətdir  bu. 

Səndən soruşsalar xoşbəxtsənmi – bunu demək yetərlidir.  

Xoşbəxtlik  odur  ki,  biz  ölməzliyin  nə  olduğunu  sadəcə  tanıma-

mışıq.  Biz  ölməzliyin  köksünü  açıb  ora  çatmışıq.  Atanın  bu  fikri 

əslində ideya səviyyəli fikirdir. 

Xalqlaşma əməlinin ömrümdə yaratdığı hallar. Xalqlaşmanın çox 

gözəl  bir  cəhəti  və  çox  qorxulu  bir  cəhəti  var.  Gözəl  cəhəti  nədir, 

qorxulu  cəhəti  nədir?  Gözəl  cəhəti  odur  ki,  biz  ruhaniyyatçı 

olaraq  evimizdə oturub ruhaniyyatla uğraşmırıq. Ruhaniyyatçı olma-

ğımız üçün bizim qarşımızda bəs qədər əngəllər var. Bizə mane olur. 

Qoymur  ruhaniyyatçı  olaq.  Qoymur  ruhaniyyatçı  kimi  yaşayaq. 

Qoymur  ruhaniyyatçı  kimi  düşünək.  Biz  o  əngəlləri  ortadan  qaldır-

malıyıq. Əslində biz döyüş adamlarıyıq. Ruhaniyyatçılıq – döyüşçü-

lük  deməkdir.  Sufilərin  ruhaniyyatçılığı  biryanlı  idi.  Ancaq  bizim 

ruhaniyyatçılığımız həryönlüdür. Biz ruhaniyyatçı olduqca qarşımıza 

çıxan əngəllərlə döyüşürük. Atanın dediyi kimi, içsəl şər və toplum-

sal şər məsələsi var. İçində də əngəl olan var, çölündə də.  Xalqlaşma 

işində  Atadan  öyrəndiyini  gedirsən  haraylayırsan,  deyirsən,  fərəhlə 

dolursan.  Fərəhlə  dolursan,  xoşbəxt  olursan.  Ancaq  gərək  ruhani 

fikirlə,  biliklə  dolasan,  dolmasan  getdikcə  adamın  enerjisi  azalır. 

Xalqlaşmada  güc  tükənə  bilir.  Özün  təkrar-təkrar  eyni  şeyi  demək-

dən usana bilərsən, dalı gəlməyəcək. Əgər daim dolsan ruhani bilik-

lə,  zənginləşsən,  dediklərinin  içində  o  qədər  gözəl  yenilənmələrin 

olar ki. O qədər gözəl düşüncələrin, variasiyaların qurular ki, o sənin 

ürəyini yorulmaqdan qurtarar. 

Adamın  enerjisi  tükənə  bilər,  yorula  bilər.  Ona  görə  gözümüzü 

torpağa yumana qədər işləməliyik. 

Atamız Var olsun! 

  

Qutsal  Oxuma  bölümündə  Asif  Atanın  “Mütləqilik”  Bitiyindən 

“Yüksəklik” yazısı oxundu. 

Ocaq  Yükümlüsü  Asif  Atanın  qarşıdan  gələn  80  illik  törəninə 

hazırlıq yönündə fikirləini bölüşdü. 

“Dünyadakı  Mütləqlə  Axşam  Təması”nı  Güntay  Atalı,  “Ataya 

Axşam Ricası”nı İnamlı Atalı dedilər. 

“Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”,  “Atamız  Var  olsun” 

səcdəsilə “Ailə Günü” törəni sona yetdi. 

 

  

Qürub Ayı, 37-ci il. Atakənd. 

(avqust, 2015. Bakı.) 

1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə