Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
#16983
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

 

Günev  Atalı:  Elana  mənə  işarə  elədi  ki,  mən  Soylunun 

etkisindəyəm. Hələ ayılmamışam. 



 

Soylu Atalı: İstəyərdim bu məsələdə tərsliyimi anladım. Mən onu 

başa  düşməyinizi  xahiş  eləyirəm.  Mənim  bu  məsələdə  tərsliyimin 

səbəbi nədir? Nə qədər gözəl fikir, gözəl danışıqlar dinləyirsən dinlə, 

əgər  insan  özü  öz  içindən  3-5  kəlmə  çıxartmırsa,  onda  onun  üçün 

bütövlük  yaranmır.  Adam  özünü  ifadə  eləyəndə  bütövlük  yaranır. 

Tədbirdə mənə deyirlər ki, bəzən çox adama söz verirsən danışmağa. 

Deyirəm,  bilirəm.  Bəzən  də  deyirəm  danışanlardan  kiminsə  başqa 

sözü yoxdusa, onda filan məsələyə keçək. Niyə? Adamlar gəlir tədbi-

rə. Kim nə deyir desin, bizim işimiz bəllidir, biz öz işimizi görürük. 

Kiminsə nəsə deməyinə hesablamırıq gördüyümüz işi. Ancaq kiməsə 

söz verirsən, o da bir balaca özünü ifadə eləyir. İfadə eləyəndə ümu-

mi sevincdən o da işıqlanır. Qıraqdan aldığım fərəhlə içimdən aldı-

ğım fərəh birləşir. Gözəl bir işığa çevrilir. Tamam sərbəst, bağımsız, 

özünü itirmədən ki, ay mən zəif dedim-filan. Yetər ki, adam öz içini, 

öz sevgisini ifadə eləsin. Bu boyda zəngin işlər görürük, gözəl doğ-

malıqlar  yaradırıq.  Atamızın  sorağını  yayırıq.  Onun  hüzurunda  belə 



 

274 


sorumluluq  daşıyırıq.  Bunu  ifadə  eləməyin  özü  gözəllikdir.  Bax, 

mənim danış deyə israr eləməyimin anlamı odur. 

Yoxsa görüntü yaratmaq üçün israr eləmirəm ki. Nəyinsə xatirinə 

eləmirəm.  Daha  doğrusu,  o  nəsə  nəsədi.  Elə-belə  deyil.  İndi  buna 

görə sən söz verdin ki, Soyludan sonra danışacaqsan.  

Mən  də  sənin  sözündən  yapışıb  deyirəm  ki,  Atamızın  Bayrağını 

öp, beş kəlmə də sözünü de. 

 

Elana  Atalı (Ataya  səcdə  edib,  bayrağı  öpür):  Mən  Ocağın 

dünyaya  gərəkli  olduğunu  bu  gün  bir  daha  gördüm.  Düzdür,  bir  az 

yaxşı ifadə eləyə bilmirəm. 

 

 



 

Uşaq axtardım dükana göndərməyə. Çağırdım, zəng elədim. Evlə-

rin hamısı boş idi. Hamı “şaxsey-vaxsey”ə getmişdi. Onda mən Oca-

ğın  nə  qədər  gərəkli  olduğunu  gördüm  və  nə  qədər  çətin  olduğunu 

anladım. Bu boyda kənddə bir Günev var, bir də mən. Ancaq özüm 

Ocağın içində olduğum üçün bu mənə böyük bir qüvvə verdi ki, biz 

Ocağı  həyata  keçirəcəyik.  Ocaq  böyük  qüvvədir  insanların  qurtar-

ması üçün. Atamız Var olsun! 



 

Soylu Atalı: Bir var adam kitab oxuyur, kitabdan düşünür. 

Çatışmazlıqları o kitabda düşünəndə də görür. Bir də var gerçək 

yaşamımızın  özündə  bunlar  var.  Gerçək  yaşamımızda  da  izləyirik. 

Ona görə də bəzən böyük işlərin anlamı kənd həyatında daha qabarıq 

özünü  göstərir  və  daha  yaxşı  çatır.  Çünkü  o  deyilənlərin  hamısını 


 

275 


gözümüzün  qabağında  görürük.  Şəhər  mühitində  hər  şey  qarışıq 

olduğuna  görə  hər  şeyi  incəliklərinə  qədər  görə  bilmirik.  Ancaq 

kənddə  hər  şey  sanki  yerbəyerdir.  O  deyilən  fikirlərin  anlamı  da 

yaxşı  görünür.  Çatışmazlıqlar  da  yaxşı  çatır.  Ən  əsası  da  odur  ki, 

bunları  biz  görəndə  içimizdə  təpər  yaranır.  Ocağı  yaşatmağın 

gərəkliyini bir daha özümüzə deyə bilirik. Onu həm də dilə gətiririk. 

Atanın Bayrağının qarşısında söz demək həm də and içmək kimi bir 

şeydir. Sorumluluqdur. 



 

Günev  Atalı:  Toyda,  yasda  Elana  mənimlə  bərabər  söz  deyir. 

Çünkü  kimsə  salavat  çəkir.  Sən çəkməyəndə  sual  verir  ki, niyə  sən 

çəkmirsən?  Söz  meydanı  yaranır.  Bu  da  fikirlərini  yaxşı  çatdırır. 

Mən öncələr toylara çox getmirdim. İndi də getmirəm. Həmişə mənə 

söz  veriləndə  Elana  da  gəlib  durub  yanımda.  Mən  də  Asif  Atanın 

Evladı kimi sunmuşam. O da söz deyib. 

 

Qutsal Oxumada Atanın “Fəlsəfənin Təməli” Bitiyindən “Ədalə-

tin Təməli” bölümü oxundu, Ocaq Yükümlüsü bəzi fikirlərə açıqlama 

verdi. 

“Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”,  “Atamız  Var  olsun!” 

səcdəsilə “Ailə Günü” sona yetdi. 

Xəzan Ayı, 37-ci il. 

(oktyabr, 2015.) 

 

 



 

 

 



 

276 


 

 

 



 

 

 



 

 

 



 

 

277 


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Nurtəkinin Yükümlüsü olduğu “Uluyol-Hünər”Ailəsinin 

37-ci ildə VIII “Ailə Günü” törəninin 

Gediş yazısı 

 

Gün:  29 Xəzan Ayı; Yer:  İnam Evi (İçərişəhər); Başlanır: saat 16.00 

 

Törən Odası Ocaq ruhunda hazırlanır. Çiçək, kağız-qələm, foto və 



görüntü çəkilişləri üçün araclar. Hazırlığa sorumlu Ulusəs Atalıdır. 

  “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlanır. 



  

Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə uğurlaması dinlənilir. 

  

Törən qonuları: 

Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. 

“Ailə Günü”nün halıma göstərdiyi etkini nədə görürəm? 

  

Törənə qatılanların da düşüncələri dinlənilir. 



  

Qutsal  Oxuma:   “Sədaqət”  kitabından  oxunur  və  Ata  fikirlərinə  Evlad 

açıqlaması verilir. 

 

  “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, 



“Atamız Var olsun!”  səcdəsiylə “Ailə Günü” başa çatır. 

  

Carlar 

 Amalımız – Ruhani İntibahımız! 

İnamımız  – Milli varlığımız! 

  

Gedişi yazdı: İnamlı Atalı 



21 Xəzan Ayı, 37-il. Atakənd. 

  

 Qəbul olunur. 



                                          Soylu Atalı 

Mütləqə İnam Ocağının Yükümlüsü 

                                    

  23 Xəzan Ayı, 37-ci il. Saray-Soylu. 

 

 

278 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Uluyol-Hünər” Ailəsinin 

“Ailə Günü” toplantısında deyilmiş fikirlər 

 

 

 

Ocaq Günsırası ilə 29 Xəzan Ayı, 37-ci ildə (oktyabr, 2015) İnam 

Evində “Uluyol-Hünər” Ailəsinin  VIII “Ailə Günü” toplantısı keçi-

rildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı. 

“Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin  AtalıAtaya səcdə ilə 

fikirlərini bölüşdü: Keçən ay Atanın 80 illiyi ilə bağlı “Ailə Günü” 

toplantısı keçirmədik. Bu aylarda bir sıra Ocaq əməllərim olub. Ata 

Bitiqlərini bilgisayardan (printerlə) çap eləmişəm, tədbir kitablaşdır-

mışam,  görüntüləri  disklərdə  arxivləşdirmişəm.  Tədbir  yazılarının 

düzəlişlərini  etmişəm.  Bu  Ocaq  əməlləri  özlüyndə  hər  biri  mənim 

üçün fərəhlidir və sorumluluqdur. 

Bununla  belə,  çalışmalarımdan  o  qədər  də  razı  deyiləm.  Atanın 

dediyi  yazarlıq, təşkilatçılıq,  natiqlik  keyfiyyətlərimi  gərəkən  səviy-

yədə  yarada  bilməmişəm.  Amallaşıram,  ancaq  xalqlaşma  işim  yox 

kimidir. Seçkilərdən sonra yaşadığım bölgədə oxullara getmək istəyi-

rəm. Keçən ildən bəzi oxullar görüş keçirmək üçün söz vermişdilər. 

Amallaşmam:  –  Atanı  oxumaq  düşüncəmi  arıldır,  duyğulandırır, 

düşündürür, yazıram, bu özü fərəhlidir. Ancaq özümü tam bir Ocaqçı 

kimi görmək istəyirəm. Ata işi necə gerçəkləşir xalqda? Xalqlaşanda 

bu  işdə  varlığımı  duyuram.  Düzdür,  iş  gedir,  Ocaqçıların  əməlləri 



 

279 


var, Ocaq Yükümlüsü görüşlər keçirir, ancaq mənim varlığım şəxsi 

söhbətlərimdə, xalqlaşmamda olmalıdır ki, fərəhli halımı itirməyim. 

Bəzi yazılarımı oxumaq istəyirəm. 

xxx 

Azərbaycanı  yadlaşdırırlar  –  təhsil,  səhiyyə  sıradan  çıxarılır, 

qanunlar insanı qorumur, üz tutmağa rəsmi qurum yoxdur. Yadlaşan 

vətəndən çıxıb getmək asanlaşır, bəraətlənir. 

Asif Ata isə yadlaşdırılan bu vətənin insanlarını vətənsizliyə alış-

mağa  deyil,  vətənləşməyə  çağırır.  Həyat  ağırlaşır,  ancaq  vətənsiz 

yaşamaq  daha  ağırdır.  Vətənə  münasibət  hansısa  şərtlərdən  deyil, 

ruhsal ölçüdən yaranır. Vətən – keçmiş, bugün və gələcəkdir. 



xxx 

Gözümüzün gördüyü çətindir, dözülməzdir, ağrılıdır. Ruhumuzun 

gördüyü – çətinliyi dəyişdirə bilməyə əminlikdir. Gözümüzün gördü-

yü  ilə  yaşasaq,  gerçəkliyə  uyğunlaşacağıq.  Ruhumuz  bizi  gerçək-

liyi  ötməyə çağırır, gələcəyə inandırır. 

xxx 

Əbədiliyi İnsanlıq qazanır. Nə şöhrətə can atmaq, nə var-dövlət, 

nə də vəzifə. İnsanlığa yetmək üçün ömür xərclənir.  

 

 



 

Ancaq ömür itmir, yarandıqca yaşayır, yaşamı bitəndə də yaşayır. 

Şöhrətə,  var-dövlətə,  vəzifəyə  də  ömür  xərclənir.  Əslində  yaşamır. 

Çünkü  məqsədi  ötəriliyə  bağlı  olan  ömür  anlamsızdır.  Anlamsız 

ömür sabaha çatmır. 


 

280 


xxx 

Din  özünün  geriliyiylə  hər  gün  irəliləyir.  Geriliyin  irəliləməsi 

millətin sabahı üçün qorxudur. 

xxx 

Cəsarətli böyüyür – cəsarətli böyük olur.  

Qorxaq böyüyür – yaşlaşmış qorxaq olur. 

xxx 

Həqiqəti  dərk  edən  həqiqətsiz  yaşaya  bilməz.  Amalı  dərk  edən 

həyatla yaşaya bilməz, – Amalsız yaşaya bilməz. 

Yaşamaq  yaşatmağa  tən  olmalıdır.  Düşünmək  –  düşündürməyə, 

duyğulanmaq – duyğulandırmağa tən olmalıdır. 

xxx 

Cəmiyyət halı 

Səs – zorlunun, söz – zorlunun, yer – zorlunun. 

xxx 

Hər kəsin öz həqiqəti olmadığı kimi, hər kəsin də idealı əsil ideal 

deyil. İdeal – Əbədilik ölçüsüdür. 

xxx 

Zor öz gücünə qorxudaraq inandırır, İnsanlıq öz gücünə sevgiylə 

inandırır. 

xxx 

İki  yol  var  Adamın  qarşısında.  Ya  həyata  uyğunlaşmaq,  ya  da 

həyatdan üstün olmaq. Həyata uyğunlaşmaq xüsusilik tələb etmir.  

Həyatdan üstün olmaq xüsusilərin yetdiyidir. 



 

xxx 

Özünü İnamla yaratmaq – İnamın yiyəsi olmaqdır, İnamın yiyəli-

yində olmaqdır. 

Özünü  İdrakla  yaratmaq  –  İdrakın  yiyəsi  olmaqdır,  İdrakın 

yiyəliyində olmaqdır. 

Özünü  Mənəviyyatla  yaratmaq  –  Mənəviyyatın  yiyəsi  olmaqdır, 

Mənəviyyatın yiyəliyində olmaqdır. 

Özünü  İradəylə  yaratmaq  –  İradənin  yiyəsi  olmaqdır,  İradənin 

yiyəliyində olmaqdır. 

xxx 

Hər çətinlik bir qapıdır. Ya qapı arxasında qalırsan, ya da çətinliyi 

ötüb, yəni qapını açıb yoluna davam edirsən. Həyat – qapı arxasında 

qalanlarla doludur. 



 

281 


xxx 

Maddi zənginlik – həyat olanaqlarını adamın üzünə açır, insanlıq 

yolunun qapısını bağlayır. 

xxx 

Adamın  vaxt  qıtlığı  var  –  anlamsız  həyat  əməllərində.  Vaxtını 

dəyərləndirmək istəyən həyatçılıqdan imtina etməlidir. 

xxx 

Dünya  böyük  bir  alver  meydanına  çevrilib.  Savaşlar,  işğallar, 

köçlər,  kreditlər,  iqtisadi  şərtlər  yönətici  güclər  tərəfindən  yönətilir. 

Millətlərin  bu  alver  araçılığından  çıxması  üçün  ruhsal  özümləşmə 

gərəkdir. Dünyanın mənzərəsi Dünyalıq anlamına tən olmalıdır. 

 

xxx 

Həyatın ağırlığını dərk etmək və Olmalını – İdealı sevmək! İdeala 

inanmaq – nikbinliyin təməlidir. 

xxx 

Bu  ayda  bir  zəifliyimi  də  boynuma  alım.  Bir  yön  olaraq  Atanı 

oxumaq məni həyat qayğılarından arındırır. Qayğılar hər zaman ola-

caq.  Bəzən  olur  ki,  o  qayğıları  həll  etmək  mümkünsüzlüyü  düşün-

cəmi qapsayır və başqa şey düşünməyə qoymur. Atanı oxuyanda isə 

ayağımı buxovlardan açır sanki. Təbii ki,  o qayğılar da nə zamansa 

həll  olunacaq.  Ancaq  bugünə  qapılıb  qalmaq  əhvalsızlıq  yaradır. 

Sabahın  gözüylə  baxanda  və  nikbinliyə  yetəndə  o  qayğılar  düşün-

cəmi qapsamaqdan yan keçir. 

Mən ən çox evdə oluram, bu da məni ruhsal əməllərdən, söhbət-

lərdən ayırır. Xalqlaşmada özümü görürəm, çatışmazlıqlarımı, qüsur-

larımı  görürəm.  Bunu  hər  Ailə  Günündə  deyirəm,  çünkü  bunun 

əksikliyini yaşayıram. 

Ailə  Günü  qonumuz  haqqında:  Ata  deyirdi  ki,  Azərbaycan 

Ailələşməlidir – Ruhsal Ailə anlamında. Biz ayda bir dəfə Ailə Günü 

keçiririk, hesabat veririk. Doğrudur, mən öz hesabatımdan nə qədər 

razı  qalmasam  da,  ruhsal  Ailə  mənim  ömrümdə  bir  sistem  yaradır. 

Təəssüf ki, Ailənin Evladları arasında birgə əməl yoxdur. Birgə əməl 

doğmalıq və birlik yaradır. Ailə birgə yol gedənlərin birliyidir. Ailə 

Evladlar  arasında  münasibətin  ifadəsidir.  Doğmalıq  ideya,  yol 

birliyindən doğur. Ailə Günündə Evlad özünü açır, ifadə edir, daha 

da yaxşı tanıyıram, doğmalaşıram ona. Bu münasibətlər hamısı topla-

nır doğmalıqda və ömrümə yeriyir. Eləcə də başqa Ocaqçıların. Eyni 


 

282 


yol  getmənin  fərəhini,  sorumluluğunu  yaşamaq  var.  Ruhsal  Ailənin 

içindəki  hal,  doğmalıq,  birlik  yansımalıdır  bütün  münasibətlərə  – 

həm cismani ailələrə, həm də insanlararası münasibətlərə. 

Hər bir Ailə Gününün keçirilməsi mənim üçün olduqca gərəklidir. 

Bunun  etkisini  hər  dəfə  görürəm,  çatışmayan  cəhətimi  də  görürəm, 

dediyim  fikri  hansı  halla  dediyimin  sorumluluğunu  yaşayıram.  Hər 

bir  Evlad  üçün  Ailənin  olması  və  özünü  Ailəyə  verməsi  olduqca 

gərəklidir. Təbii ki, yükümlü kimi üzərimə daha böyük sorumluluq-

lar düşür. Mən çalışıram ki, o sorumluluqları həyata keçirəm. 

Atamız Var olsun! 

 

İnamlı  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  Öncə  ondan  başla-

yım: Ocaq elə bir mühitdir ki, adamda həyəcan doğurur. Ən çox da 

Ailə  Günündə  həyəcanlı  oluram.  Bu,  sorumluluq  duyğusundan 

yaranır. Mən nə orta oxulda, nə yüksək oxulda yaxşı oxuyan öyrənci 

olmamışam. Heç vaxt dərsimə hazırlaşanda belə həyəcan keçirməmi-

şəm.  Onun  sorumluluğunu  bu  dərəcədə  daşımamışam.  Hər  Ocaq 

törəninə  gələndə,  hər  Ailə  Gününə  gələndə  isə  mən,  dediyim  kimi, 

həyəcan keçirirəm. Ocaq boynuma elə bir sorumluluq qoyur ki, o so-

rumluluğu anladıqca boyum artır. 

 

 



Bu  sorumluluq  içsəl  tələbata  çevrilir.  Görünür  sorumluluq 

olmasaydı, mən özümü Ocaqçı saymazdım. 

Biz keçən ay Atanın 80 illik törəni ilə bağlı Ailə Günü keçirmə-

dik. İçimdə, bu ay hesabatım olmayacaq deyə, arxayınçılıq keçdi. O 



 

283 


gücü Atanın  80 illik törəninə sərf elədik, orda da sorumluluq vardı. 

Mən  Ataya  ürəyimdə  ikinci  kərə  səcdə  qıldım  ki,  doğrudan  Atanın 

uzaqgörənliyi  burda  yerini  bildirir.  Ata  mərasimlərdə  Ocaqçı  olma-

yanların qatqısını yasaqlayır. Həmişə fikirləşirdim ki, burada nə ola 

bilər,  qonaq  gəlib  otursa?!  Tədbirlərin  birində  bu  özünü  bir  daha 

isbat elədi ki, Ata doğru deyib. 

Adam fikirləşər ki, hər ay Ocaqçının hesabat verməsi nəyə gərək-

dir ki?!  Bu ay Ailə Günü keçirmədik və gördük ki, Ocaqçıya hər ay 

hesabat verməsi gərəkdir. Ona görə ki, mən bu ay sorumluluqdan bir 

az  yayındım.  Bəlkə  də  Ata  həftədə  bir  dəfə  Ocaqçının  hesabat  ver-

məsini istəsəydi belə, yenə də haqlıydı. Ocaqçı nə qədər Ailə hesa-

batı  verirsə,  o  qədər  sorumluluq  hiss  edir  və  Atanın  kitablarını  da 

dönə-dönə oxuyur. Mən hələ 3 ildir Ocaqdayam, o haqqa yetib deyə 

bilmirəm ki, mən xalqyaratma işini görürəm. Düzdür, Ocağın mahiy-

yəti xalqyaratma işidir. Xalqın dəyərləri yaranır, gələnək və görənək-

ləri yaranır. Dəyərləri qorunur, saxlanılır, gələcək nəsillərə çatdırılır. 

Bunun  üçün  öncə  özümü  yaratmalıyam,  özümü  yarada-yarada 

xalqyaratma  işində  olmalıyam.  Bu  baxımdan  mən  haqq  etmirəm. 

Ocq  işi  elə  bir  böyük  işdir,  elə  bir  sorumluluqdur,  insandan  elə  bir 

ruhsal  güc  tələb  edir  ki,  gərək  imtinaya  yüksələsən.  Özündə  haqq 

tapıb deyə biləsən ki, mən Atanın yolundayam və Ocaq işi görürəm. 

Ailə Günündə Amallaşma, Xalqlaşma, Kamilləşmə hesabatı veri-

lir. Amallaşma ilə bağlı deyim ki, elə ay olmur ki, Atanı, ya saytımızı 

oxuyub ordan nəsə bəhrələnməyim. 

Kamilləşmə  ilə  bağlı  deyim  ki,  hər  gün  öz  yaxamdan  yapışan 

birisiyəm. Çünkü 3 il Ocaqçı olan kəs kamilləşmə yolunu tutmalıydı. 

Ata demişdi ki, Ocaqçı ən qısa zamanda, bir ilə, iki ilə kamilləşmə-

lidir.  Baxmayaraq  ki,  mən  3  ildir  Ocaqdayam,  ancaq  Ata  dediyi 

səviyyədə  Kamilləşməm  baş  tutmayıb.  Həyat  amansızlaşdıqca 

mənim kamilləşməyimə də pis etki göstərir. Düzdür, hər gün özümə 

qarşı  sorumluyam,  atdığım  hərəkətə  görə,  istər  ondan  öncə,  istər 

ondan  sonra,  özümə  hesabat  verirəm  ki,  düzmü  etdim,  yanlışmı? 

Mən  qeyzləndim,  mənə  bu  yaraşmazdı.  Hər  bir  addımımı  çalışıram 

ölçüm-biçim.  Başını  buraxmayım  o  duyğularımın.  Özümü  idarə 

etməyi  bacarım  ki,  qıraqdan  məni  idarə  etmək  mümkün  olmasın. 

Çünkü  sıradan  biri deyiləm.  Ən  azından  bu  Yolda  görünürəm.  Ona 

görə də özümə qarşı daha çox tənqidi yanaşıram. Təklikdə daha çox 

özümü  danlamaqla  keçinirəm,  çünkü  mənim  gündəlik  daha  çox 



 

284 


qəbahətim var. Qəbahətim  olduğuna görə daha çox özümə danlaqla 

yanaşıram. Özümü yenidən yaratmağa cəhd edirəm. 

Xalqlaşmada – son 4-5 aydır geriləmişəm. Özümü də pis etkilən-

dirir.  Nurtəkin  bacımız  Atanın  3  tələbinin  adını  çəkdi:  Ocaqçıda 

yazarlıq, natiqlik, təşkilatçılıq olmalıdır.  

Amallaşma,  Kamilləşmə,  Xaqlaşma  tələbatı  də  elə  odur.  Bunun 

biri olmayanda o birilər baş tutmur. Xalqlaşma olmayanda kamillə-

şməyə pis etki göstərir, kamilləşmə olmayanda xalqlaşmaya pis etki 

göstərir  və  s.  Bir-birinə  zəncirvari  bağlıdır.  Bu  üzdən  Atanın qarşı-

sında  üzü  ağ  deyiləm.  Daha  çox  imtinaya  yetə  bilərdim.  Vaxt  edib 

xalqlaşma  işini  yerinə  yetirə  bilərdim.  İşimin  çoxluğu  mənə  imkan 

vermir.  Düşünürəm  ki,  belə  getməyəcək.  İtirdiyim  vaxtların  yerini 

doldurmaq gücündəyəm. 

Bu  iki  ay  içində  insan-dünya  münasibətlərini  müşahidə  elədim. 

Bununla bağlı bizim I Qutsal Bitiyimiz olan “Mütləqə İnam” bitiyini 

vərəqlədim. Baxmayaraq ki, mən onu iki kərə oxumuşam. Yenə də o 

bitiqi  mən  içimə  tam  çevirməmişəm.  Çünkü  ktab  özündə  o  qədər 

dərin  anlam,  hikmət  daşıyır  ki,  100  kərə  oxusan  da,  insan  hər  dəfə 

nəsə öyrənir.  

Mən üçüncü kərədir o bitiyə qayıdıram, hər dəfə də mənə elə gəlir 

ki,  ilk  dəfədir  vərəqləyirəm.  “İdrak”  bölümünü  oxudum.  Mən  onu 

öyrənci kimi danışmaq istəyirəm. Ata deyir ki, insanın dünyaya ağıllı 

münasibəti  var.  Yəni  insan  dünyaya  ağlın  gözüylə  baxır.  Dünyanı 

tanıyır, daha çox dünyadan faydalanır. 

Dünyanı özüylə paralel götürür. Ancaq dünyanı tam dərk eləmir. 

Dünyanı  ağılla  dərk  elədiyindən  dünyaya  üzdən  yanaşır.  Dünyayla 

özü arasında heç bir birlik yaratmır. Dünyayla birlik üzdə olur. İnsan 

dünyanı  gözəlləşdirməkdənsə,  ondan  daha  çox  faydalanmağı  düşü-

nür, çünkü ağlın gözüylə baxır. Əslində isə insanı ağıl yox, ruh yönə-

tir. İnsan ağlının gücü nəyə yetirsə, onunla yetərlənir. Bu yetərlənmə 

də onun özündən və dünyadan ayrı düşməsinə gətirib çıxarır. Əslində 

insan  özünü  öyrənsəydi,  dünyanı  özündə  tapardı.  Dünya  ilə  insan 

arasında elə bir bağlılıq var ki, insan dünyadan ayrı yaşaya bilməz. 

Ancaq  demək  olar  ki,  çağımıza  qədər  insan  dünyanın  anlamını  heç 

vaxt  dərindən  bilməyib,  ona  üzdən  baxıb.  Gözün  gördüyüylə 

yetərlənib. Ona görə də doğmalıq itib. 

İdrakın  ikinci  pilləsi  var  –  Zəka.  Ata  deyir  ki,  zəkayla  dünyaya 

baxanda  insan  dünyanı  öyrənir.  Ağıl  yararlanır,  zəka  isə  öyrənir. 



 

285 


Üçüncü  pillədə  ruhsal  idrak  gəlir.  Ağıl  dünyanı  tanıdı,  zəka  insanı 

dünyaya  yetirdi,  ruhsal  idrak  isə  dünyadan  qırağa  çıxdı,  dünyanın 

özündən  böyük  mənasını  dərk  elədi.  Ruhsal  idrak  bu  pillələrdən 

yüksəkdə  durur.  Dünyaya  ruhun  gözüylə  baxsaq,  insanın  insandan 

artıq olan mənasını, dünyanın dünyadan artıq olan mənasını, həyatın 

həyatdan artıq olan mənasını dərk eləmək olur. İnsan onda kamilliyə 

yetər.  İnsan  ruhsal  idrakla  ölümsüzlüyə  qovuşur.  Bu,  adi  məntiqə 

sığmır,  elə  bir  hadisədir  ki,  sözlə  ifadə  eləmək  də  çətindir.  Bu 

baxımdan mən düşünürəm ki, insanın dünyaya baxışı ruhsal idrakla 

olsa,  insan  dünyanı,  doğrudan  da,  dərk  eləyər,  bəşəriyyət  bu  qədər 

dağılmaz.  Bu  qədər  fəlakətlər  baş  verməz,  həyat  insanın  gözündən 

düşməz,  sevgi  itməz,  qutsallıq  qayıdar,  gözəllik  qayıdar,  hər  şey 

qayıdar.  Bunların  varlığı  ruhsal  idrakın  olmasından  irəli  gəlir. 

Atamız Var olsun! 



(Çıxış qısaldılmaqla verilmişdir) 

 

İlham Mustafa: Bir ay olar heç bir tədbirə qatılmadım öz yanlış-

larımın  ucundan.  Ancaq,  doğrudan  da,  boşluq  hiss  elədim  özümdə. 

Mən elə bilirdim ki, gəlmədiyim, ünsiyyətdə olmadığım günlər başqa 

bir  dünyaya  köçdü. Mən Ocaqçı  olmağa  çox  çalışıram.  Ancaq  nəsə 

məni saxlayır. O nəsəni aşa bilmirəm. Onu aşmaq üçün bildiyim və 

bilmədiyim  şeylər  var.  Neçə  günlərdir  Ocaqla  ünsiyyətdən  qıraqda 

qaldığım  üçün  istər-istəməz  başqa  bir  yer  axtarıram.  Düşürəm 

boşluğa,  çıxmaq  istəyirəm  ordan.  Gördüyüm  adamlarla  söhbətlərdə 

görürəm  ki,  Ocaq  xalqın  məşğul  olduğu  işlərdən  qat-qat  yüksəkdir. 

Ocaq  elə  bir  yerdir  ki,  burda  sözün  həqiqi  anlamında  insanlıq  tapır 

adam. İslamın mərasimləri ilə çöküb bu ölkə. Uzlaşdırıb fərqini araş-

dıranda  görürəm  ki,  həyatın  anlamı  Ocaqdadr.  İnsanlığın  anlamı 

həqiqətən  də  Ocaqdadır.  O  qədər  düzgün  yön  yeridir  ki,  bu  yer, 

burada  həm  elm  görə  bilirsən,  həm  dünyagörüşün  artır,  həm  də 

həyatın  anlamını  dərk  edə  bilirsən.  Yanlışım  olduğuna  görə  danışa 

bilmirəm. Atamız Var olsun! (Bayrağı öpüb səcdə edir – N.A.) 

Ağşın Ağkəmərli: Mən özümü həmişə Bayrağın qarşısında, Oca-

ğın qarşısında hiss edirəm. 

Bir az tənqidi yanaşmaq istəyirəm. Məncə, bu yetərli deyil. Misal 

üçün  üzümü  tuturam  dəyər  verdiyim,  sayğı  göstərdiyim  İnamlıya. 

Ocaqçı  bundan  daha  çox  irəli  getməlidir.  Biz  tək-tək  fərdlərimizdə 

liderlik  gücü,  aparıcılıq  qüvvəsini  görmək  istəyirik.  Sözün  özəyini 



 

286 


vermək istəyirik. Mən bir dinləyici kimi yoruldum. Çünkü dönə-dönə 

eyni  nöqtəyə  gəlir.  Bu  söhbətləri  yığsaq  bir  səhifə  edər.  Bu  bir  az 

ciddiyyət  tələb  edir.  Mənim  cəsarətimi  bağışlayın.  Üzr  istəyirəm, 

ümidim var xətrinizə dəyməsin. Biz bir ailəyik. Siz məni bu ailənin 

üzvü kimi qəbul eləməsəniz də, mən özümü bu ailənin üzvü bilirəm. 

Eləcə də o biri ailələrin də üzvü kimi özümü bilirəm. Ərkim çatır ki, 

10 ildən artıq müddət içində ünsiyyətin səmimiyyəti, mehribançılığı 

sonucunda öyrəndiklərimin əsasında cəsarət tapım. 

Bundan  daha  irəli  getmək  gərəkdir.  Bunların  bir  çoxu  ev  içidir, 

özün  üçündür,  eşik  üçündür,  bura  üçün  deyil.  Burda  bu  gün  təslim 

olmağı yox, güc, qüvvə, qüdrət olmağı tələb edir. Asif Atanın fikri-

nin,  düşüncəsinin  mayasında  və  onun  fikrinin  əsasında  arılaşdırma 

işini  təriqətlərdə  də  (buna  bənzər  10%,  20%,  30%)  tapmaq  olar, 

ümumiyyətlə.  Ocaq  fikrini,  Asif  Atanın  ruhunu,  düşüncəsini  ayrıla-

rından  fərqləndirən  böyük  bir  məqam  vardır.  Biz  vurğuladığımız  o 

məqam ancaq Azərbaycandan keçir. Bizi də bağlayan, bir araya gəti-

rən bu Azərbaycandan olan bir məqamdır. Yoxsa  ruhu təmizləmək, 

ruhu qidalandırmaq çoxlu təriqətlərdə var. Ancaq Azərbaycan məsə-

ləsi  gəlir,  vətən  məsələsi  gəlir,  vətənin  parçalanmışlığı.  Başımıza 

gələn  fəlakətlər  gəlir.  Biz  bununla  qidalanırıq,  bir-birimizdən 

ruhlanırıq  ki,  səfərbər  olaq,  bu  dərdlərimizi  çözmək  üçün.  Rəhbər 

olmaq  üçün,  lider  olmaq  üçün,  komutan  olmaq  üçün,  əsgər  yox. 

Məqsəd  Allah  olmaqdır.  Bu  söhbətlər  isə  yetərli  deyil.  İlham  bəy 

Məhəmməd peyğəmbərin işinə toxundu. Məhəmməd böyük adamdır. 

Bu gün mən gedən yolu Məhəmməd peyğəmbər 1400 il qabaq gedib-

dir. Orda dövlət yaradıbdır. Bu gün öz millətinə elə bir qulluq edibdir 

ki, bizim 80 faizimiz ona namaz qılır. 

Dünən liftdə bir qız gördüm, deyirəm nə yaxşı qızsan, adın nədir? 

Anası  deyir,  Mədinə.  Dedim,  niyə  Mədinə?  Dedi,  a,  bizim  müqəd-

dəslərimizdir.  Elə  “müqəddəslərimiz”  dedi  ki,  mən  ikinci  söz  tapıb 

ona deyə bilmədim. Məhəmməd öz millətinə görə böyük adamdır ki, 

hələ  bu  gün  də  mən  onun  köləliyində,  ruhsal  müstəmləkəliyində 

gedirəm.  Ona  görə  bizə  ruhən  qidalanmaq  yetərli  deyil.  Saf  olmaq, 

təslim olmaq, o bizə yetərli deyil. Bizə ağıl ruhdan üstün gəlir. Mən 

ruhumla  Borçalını,  Dərbəndi,  Təbrizi,  Qarabağı  azad  edə  bilmə-

yəcəm.  Birinci  aşama  ola  bilər  ki,  mənim  üçün  yaxşı  olsun.  İkinci 

aşama döyüş tələb edir, ağıl tələb edir. Mən fikirləşirəm ki, biz çox 

gecikdik. O qədər gecikdik ki, karvan gəlib keçib, qatar da keçib. Biz 



 

287 


hələ  düşünürük  ki,  yola  düşək.  İnanın  ki,  xəbərləri  izləyəndə  13 

milyon  qaçqın,  Suriyada,  İraqda,  Türkiyənin  özündə  çox  oyunlar 

bizim başımızın üstündə gedir. Türklüyümüzə görə bu oyunlar gəlir. 

Sabah  Güneydə  –   Xoyda,  Urmiyədə,  Təbrizdə  həmin  hadisələrin 

təkrarı  olacaq.  Bunlar  da  o  hadisələrdən  uzaq  bir  məqam  deyil.  Bu 

şübhələr,  bu  sorular,  bu  fikirlər  məndə  bir  şey  yaradır  ki,  daha  da 

tələbkar  olsun.  Daha  da  istəyə  bilsin.  İlham  bəy  deyir  ki,  gəldim, 

qidalandım, toxdadım, getdim. Söhbət bu deyil. Biz böyük bir faciə-

lərin  içindəyik.  İnciməyin.  (Ayaz  bəy)  şair  –  4  şeir  yazmaqla  hara 

gedəcəksən? Bu günümüz onu tələb eləmir. Şeiri Ayaz bəy də yazır, 

başqaları  da.  Şairlik  yetərli  deyil.  Şairlik  bizim  dərdimizə  dərman 

eləmir. 


Xəbərlərdə  izlədim,  Kuba  kimi  ölkədə  müsəlmanların  böyük  bir 

məscidi açılıbdı. Kuba ki, Fidel Kastro ölməyibdir, qatı komunist idi. 

İslam da bəhanədir ki, öz məqsədini yeritsin. Məhəmməd peyğəmbər 

İslamı bir məqsəd kimi yaradıbdir ki, səni ona tabe eləsin.  

 

 

 



O  torpağa,  o  düşüncəyə,  o  dilə tabe  eləsin.  Vəhabi  adıyla  gedir, 

nurçu adıyla gedir, ya şiə adıyla gedir, hər nə adıyla gedir getsin, bu 

gələn nə olursa olsun, sudur, su deyil, seldir, məni aparır. Mən fikir-

lərimi belə ifadə elədim, kim də bu fikirlərə görə nə deyərsə, canla-

başla dinləməyə hazıram. 

 

(Çıxışda təkrarlar olduğundan qısaldılıbdır) 


 

288 


Ayaz  Şıxalıoğlu: Bizim  varlığımız  vətəndir,  bunun  üçündür  söh-

bətlər. Mənim şeir yazmağımla çox şeyi dəyişmək olmaz. Bizim elə 

dərdlərmiz  var  ki,  bu  dərdlərin  qabağında  şeir  bir  məqamda  onu 

ruhlandıra  bilər.  Deyərsən,  o  söz  onu  qaldırar.  Ancaq  burda  böyük 

bir  iş  görmək  gərəkdir.  Necə  ki,  sufilər  piyada  düşmüşdülər,  təbliğ 

edirdilər,  ərəb  ölkələrindən  tutmuş  bütün  Zaqafqaziyanı  gəzirdilər. 

Ölümdən keçmişdilər onlar. Biz bu gün o dərəcədə çıxmalıyıq, xal-

qın  içinə  getməliyik  yəni.  Tutaq  ki,  Ayaz  bir  oxulda  görüş  təşkil 

etsin. Birini İlham təşkil eləsin, birini o biri. Buna deyərəm iş. Əsgər 

görəvindən  getmir  söhbət,  həmin  komutanlıq  burdadır.  Bircə  dəfə 

onu təşkil eləsən, orda mən çıxş eləsəm,  mənim özümün də  gücüm 

mənə  bəlli  olacaq.  Bizdə  bir  məsəl  var,  canavar  öz  gücünü  bilsə, 

dünyanı dağıdar. O gücü göstərmək gərəkdir. Ona görə Ağşın bəyin 

sözü çox doğru sözdür, qeyrətli sözdür. Belə də gərəkdir. 

 

Elçin  Həsənov: Əslində  biz  etmədiyimiz  əməllərin  cəzasını  bu 

gün  və  sabah  çəkməkdəyik.  Ölkəmizdə  baş  verən  hadisələr,  ətrafı-

mızda  baş  verən  hadisələr.  Asif  Ata  o  vaxtlar  deyirdi,  görüşlərində 

deyirdi, mən baxırdım,  bəzi səbəblərdən orda iştirak etməmişəm. O 

vaxt  biz  onun  dediyi  sözləri  etmədiyimizə  görə,  bir  millət  olaraq 

bunun cəzalarını çəkirik. Bu gün ölkədə baş verən hadisələrə baxın. 

Azərbaycanın dayaq nöqtəsi olan MTN nə oyunlardan çıxır, nələr iş 

görür.  Bu  gün  bizim  güvəndiyimiz  təhlükəsizlik  baxanlıqları  (nazir-

likləri) kimisə şərləyəndə, kimisə döyəndə, tutduranda, pis-pis işlərlə 

məşğul olanda biz bilməliydik. Asif Atanın başına nələr oyun gətir-

məyiblər. Özü deyirdi ki, mənə adamyeyəndən başqa hər şey dedilər. 

Onları  kim  eləyirdi?  Keçmişə  gedib  dirənən  təhlükəsizlik  idarələri. 

Xalq  yaddan  çıxıb.  Milli  təhlükəsizliyin  sayəsində  İranın  at  oynat-

dığı… Mən Binə sovxozda qalıram. Minlərlə insanlar Aşura günündə 

qaraköynəkdə,  qollarına  qara  lent  bağlayıblar,  17-18  yaşlarında. 

Onların beyinləri ağ kağız kimidir. Bu gün belə bir dəstə yaradıblar. 

İran  gətirir  verir  qara  köynəyi,  deyir  ki,  bu  köynəyi  verirəm,  bu 

köynək  sənin  qanına  bulanmalıdır.  Hakimiyətin  özünə  də  meydan 

oxudular,  dedilər  ki,  sizin  özünüzü  qanınıza  bulayacağıq.  Bunlar 

hamısı  bizim,  savadlı  bildiyimiz  aydınların,  Asif  Atanın  dediklərini 

eləmədiyimizin  günahıdır  çəkirik.  Mənim  sözümün  canı  odur  ki, 

durum  həddindən  artıq  gərgindir.  Biz  etmədiyimizin  günahını  xalq 

olaraq  çəkməkdəyik.  Şəxsən  mən  əlimdən  gələni  edirəm.  Ancaq 


 

289 


azdır, çox işlər görülməlidir. Biz Asif Atanı dünyaya tanıtdırsaydıq, 

Amerikanın,  İngiltərənin alimlərindən  nəyi  ilə  əksik  idi?  Bu  pisləş-

məyin   səbəbini  insanlarda  görürəm  ki,  qulaq  asmadılar.  Böyüklə-

rimizə fikir vermədik, ağıllı olduqlarını bilə-bilə. 

Fikir  vermədiyimizə  görə,  uyduq  vara-dövlətə,  vəzifəyə,  indi  də 

xalqı elə bil uçurumun düz ortasında saxlamışıq. Burdan da o tərəfə 

işi  düzəltmək,  səhvləri  düzəltmək  olar.  Ancaq indi  elə  aydınlarımız 

ortada yoxdur. Həmin o aydınlara yol verəcək rejim də yoxdur. Baxı-

ram  ki,  biz  məhvə  doğru  gedirik.  Soylu  bəy  də  danışacaq,  bəlkə 

mənə ürək-dirək verəcək, mən də işin içindəyəm. Ancaq görürəm ki, 

durum pisləşməyə doğru gedir. 


Kataloq: wp-content -> uploads -> 2011
2011 -> Fərid Zeynalov stomatoloq, bds, dds şəxsi məlumat
2011 -> Kompüter şəbəkələri və telekommunikasiya vasitələri” fənnindən laboratoriya iŞİ №1 Simsiz şəbəkələrin təşkili, “Wi-Fi” haqqında
2011 -> Romanian Curricula
2011 -> Jan Pol Sartr Ürək bulantısı Roman
2011 -> Əziz möminlər, dünya tarixi ilk ən böyük doğum nəzarətini fironların timsalında görüb
2011 -> Kənd təsərrüfatı peşə məktəbləri üçün tədris planının modulu
2011 -> Frankfurt məktəbi
2011 -> Azərbaycanda sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
2011 -> Cartea de uraniu
2011 -> F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1

Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə