Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

 

Soylu  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  Xəzan  Ayının  24-ü 

Atagün Elinə Ocaq səfərimiz oldu. “Atagün” və “Ulufərəh” Ailəsinin 

birlikdə “Ailə Günü” törənini keçirdik. Atagünə səfər həm də ziyarət 

anlamı  daşıyır.  Amal  bağımız,  Məbədimiz,  eləcə  də  Ailə  özü  çox 

böyük  bir  ab-hava  yaradır,  həm  də  çox  nikbin  baxış formalaşdırır  – 

bölgəmizdə o cür qəti işlərin olması. 

Söhbətimi  öncə  Amaldaşlarımızın,  dostlarımızın  vurğuladığı 

məsələlərlə  bağlı  qurmaq  istəyirəm.  Çünkü  mən  bu  Ailədə  hesabat 

vermirəm,  Atagün  Ailəsində  hesabat  verirəm.  Hər  Ailə  Günündə 

hesabat vermək gərək də deyil. Mən Ocaq Yükümlüsü olaraq burda 

söz  deyirəm,  uğurlama  sözü  də  deyə  bilərəm,  yönətici  söz  də  deyə 

bilərəm. 

Qardaşımız  Ağşın  bəyin  iradını  anlaşıqlı  qarşılamaq  doğrudur, 

hiss  olundu  ki,  İnamlı  qardaşımıza  toxundu.  Məsələ  nədədir,  mən 

sizə  bir  şey  deyim  ki,  istər  İnamlı  olsun,  istər  başqa  Amaldaşımız 

olsun,  burada  və  ya  başqa  törəndə  onların  səsi  zəif  çıxır.  Mən  də 

doğru sayıram ki, zəif çıxmamalıdır səs. 

Ancaq onların səsi zəif olsa da, işi ortaya çox bərk çıxır. Bunu da 

mən  işin  içində  olduğum  üçün,  bağlı  olduğum  üçün  deyirəm. 

İnamlıda  oturuşmuş  bir  özündənkeçmə  var.  Ocağın  bir  sıra  işləri 

ondan keçdi. Onun yeriş fədakarlığı da var, işə yaramaq fədakarlığı 

da  var.  Bu,  Ocağın  qurucu  əməllərindən  olduğu  üçün  qısaca  vurğu 

eləmək istəyirəm. Mən son, bu günümüzə bağlı çağları vurğulamaq 

istəyirəm. İstər Asif Atanın 80 illik Törəni olsun, istərsə də İnam Evi 

dərgisinin  çapa  hazırlanması.  Bu  işlərin  hamısı  özbaşına  əmələ 

gəlmir, ciddi xərclə əmələ gəlir. Asif Atanın 80 illiyinin əmələ gəl-



 

290 


məsi  filan  qədər  paraya  başa  gəldi.  Bunu  bir  daha  sizə  deyirəm  ki, 

görün bu paranı kimlər ortaya qoyub?! – İnamlı kimi yetim, Göylü, 

Güntay kimi yetim. Atanın 80 illiyinə 3 kitab basıldı. Musiqi, Haray-

ların  kanonda  ifası  və  s.  bunlar  hamısı  əsaslı  işlərdir  ki,  Ocaq 

əməlləri onun üzərində yeriyir və qurulur. 

Ağşın bəyin də fikri ilə razıyam ki, söz və səs ucadan gəlməlidir. 

Fikir yetkinləşməlidir, qətiləşməlidir. Çıxışlar sərbəst olmalıdır, özü-

nü təkrarlar olmamalıdır. Bunlar doğrudur. Ancaq qayıdıb diqqətinizi 

Atanın  özüylədöyüş  ideyasına  yönəltmək  istəyirəm.  Mən  bu  çağa 

kimi  çox  qorxa-qorxa  Ocaqçılara  irad  bildirmişəm.  Mən  həm  də 

bunu haqq edib demişəm, niyə, çünkü Ocağın Yükümlüsü olduğum 

üçün.  Onlar  yaxalarını  verirlər  mənə  ki,  yaxasından  tutum,  bacardı-

ğım qədər ayaqda saxlayım. Ocaqçıların özlərinə də deyirəm ki, bir-

birinizi  tənqid  etməyin.  Nə  qədər  tənqidin  təyinatı  doğru  olsa  da, 

yönü uğurlu olsa da, o, mütləq dəyir. 

 

 



Hazır  deyil  insanlarımız,  həm  də,  ümumiyyətlə,  duyğuya  dəyir. 

Bu baxımdan Asif Ata deyir, özüylə döyüşmək gərək. Özüylədöyüş 

o deməkdir ki, mən bütün varlığımla örnək oluram, həm özümə, həm 

Amaldaşıma,  həm  də  başqasına.  Burada  soru  çıxa  bilər,  tutalım  ki, 

adam  özüylə  döyüşmür.  Onda  da  Asif  Ata  deyir  ki,  bu  məsələnin 

ixtiyarını mənə verin. 

Söz  deyəndə  də  ehtiyatlı  olun.  Düşünün  ki,  o  nə  dərəcədə sənin 

sözünü  qarşılamağa  hazırdır.  Buna  görə  hər  zaman  vurğu  elədiyimi 

yenə də vurğu edirəm: doğmacasına xatırladıram ki, Ata doğru deyir. 


 

291 


Atanı eşidək. Ola bilər ki, Ağşın bəy bir az da qabağa gedərdi, o da 

İnamlıya ciddi toxunardı. Diqqətli olmağımız  gərəkdir. Tənqid Asif 

Atanın  Ocağında  özünü  doğrultmur.  Bunu  sizə  ərk  edib  deyirəm. 

Baxmayaraq ki, Aşğın bəyin Ocaqda ayrı-ayrı addımları var, bilirsi-

niz.  Sözə  söykəyi  var  və  s.  Ancaq  İnamlı  qayıdıb  deyə  bilərdi  ki, 

Ağşın  bəy  özü  görükmür.  Bu  cavab  verərdi,  o  deyərdi,  bu  deyərdi, 

Ailə Günündə fikir, məqsəd qırağa çıxacaqdı. Bir sözlə, sözü deyən-

də fərqinə varmaq gərəkdir. 

Bizim  işimiz  Azərbaycan  uğrunda  mübarizədir.  Bugünkü  tədbir 

ondan ötrüdür ki, Azərbaycan uğrunda mübarizəmiz doğrulsun. Bura 

ona  görə  gəlirik.  Azərbaycan  bizim  özümlüyümüzdür.  Azərbaycan 

uğrunda  döyüş,  mübaruzə  özümlük  uğrunda  döyüş,  mübarizədir. 

Bundan ötrü gərək içini yaradasan, gücünü yaradasan, mənəviyyatını 

yaradasan. Mənəviyyatı olmayan adam  döyüş aparmır. Mənəviyyatı 

olmayan  adam  başqa  şey  uğrunda  döyüşür,  Azərbaycan  uğrunda 

döyüşmür.  Hakimiyət  uğrunda  döyüşənlər  ordusu  var.  Hakimiyət 

uğrunda döyüşənlər ordusu elə bir fon yaradıb ki, Azərbaycan toplu-

mu  üçün  də  sanki  onların  döyüşü  hər  şeydir.  Hər  şey  ordan  keçir 

sanki.  Siyasi  anlam  daşıyır.  Deyir  ki,  onlar  dövlətin  başına  gələr, 

yeni bir quruluş yaradar, yeni rejim yaradar, ayrı bir yaşayış aşaması 

başlaya  bilər.  Ona  görə  hər  şey  sayırlar.  Ancaq  nə  yazıqlar  ki, 

hakimiyət  uğrunda  döyüşənlər,  dediyim  kimi,  özləri  ilə  döyüşmür. 

Öz  millətinin tarixini  bilmir,  dəyərini  bilmir.  Ona  görə  də sizin  hər 

biriniz  hansısa  bir  idarənin  qapısını  döyürsünüz,  haqqınızı  istəyir-

siniz,  haqqınızı  ödəməyəndə  deyir,  get  hara  istəyirsən  şikayət  elə. 

Özüylədöyüşən adam, özünü quran adam bu ifadəni işlədərmi? Necə 

yəni hara istəyirsən şikayət elə. Mən sənin üstünə gəlmişəm. Dövlət 

sənə bu görəvi verib ki, mən sənin üstünə şikayətə gəlim. Sən məni 

hara göndərirsən? Mənim  dərdimi sən həll eləməlisən axı. Bunların 

hamısı  ona  görədir  ki,  özümlüyü  tapmayıblar.  Ona  görə  də  onların 

ağlına girmir Azərbaycan nə deməkdir. 

Bu  gün  iki  cəbhə  var, istər  iqtidar, istər  müxalifət cəbhəsi.  Eyni 

şeyi  görürük.  Biz  burdan  iqtidarı  suçlayırıq  ki,  niyə  sən  sənə  alter-

nativ  olan  qüvvəni  içəridən  dağıdırsan,  məhv  edirsən,  çökdürürsən, 

tutuqlayırsan,  qınayırıq.  İttiham  edirik,  üstünə  gedirik.  Ancaq  niyə 

mənim içimə iqtidarın əli çatmalıdır, birliyimi qıra bilməlidir. Əgər 

bir qurumun başında duran adamlar, idarə heyəti əgər sağlam qüvvə-

lərdən  oluşarsa,  vətənini,  millətini  sevən  və  anlayan,  dərk  eləyən, 



 

292 


onun tarixini bilən, heç bir anlamda satılmayan, satmayan bir qüvvə 

formalaşarsa,  necə  ola  bilər  onun içini iqtidar  və  ya  başqası  dağıda 

bilsin. Mümkün deyil. İçin yoxdur dağılır da. İçin yoxdur, ona görə 

iqtidarın  əli  asanlıqla  girir  sənin  içinə.  İçin  olmalıdır.  Yalandan 

ağlamaqla deyil. Onunla kim məşğul olacaq? 

Baxın, bu Ailə Günü, 10 nəfərin qatıldığı bir  Ailə Günü. Üzdən 

baxarsan,  fikirləşərsən,  bununla  nə  iş  düzələcək  ki?!  Hansı  yaralar 

sağalacaq  ki?!  Mən  onu  doğru  saymamışam,  bu  gün  də  doğru  say-

mıram. Bugünkü toplantı böyük gedişlərin qurulmasıdır. Burada səs 

zəif  çıxa  bilər.  Çıxmamalıdır  ha,  ancaq  bu  böyük  gedişlərin  sinte-

zidir.  Ciddi  əməllərin  sintezidir.   İndi  neyləyim,  o  əməlləri  Ocaqçı 

ifadə edə bilmir. Gördüyü işləri ifadə edə bilmir. Onun anlamını aça 

bilmir. İfadə eləmək o demək deyil ki, “mən”, “mən” deyə sadalasın. 

O  anlamda  demirəm.  O  işlərin  anlamı  ortaya  gəlməlidir.  Nə  baş 

verdi? Bu ciddi bir sorudur. Bunun cavabı ortaya gəlməlidir. 

İnamlı  deyir  ki,  mən  özümü  xalqyaratma  əməlində  görmürəm. 

Xalqyaratma əməli yalnız gedib görüş keçirməkdi?! Bu, işin çox az 

bir cəhətidir. Xalqyaratma əməli Asif Atanın qoyduğu – Amallaşma, 

Kamilləşmə, Xalqlaşma hesabatı ilə böyümək, ciddi işlərə girişmək – 

budur  xalqyaratma  əməli.  Mən  deyirəm  ki,  heç  bir  təşkilat,  qurum 

xalqının  dəyərlərini  öyrənmir,  tarixini  bilmir,  özüylə  də  uğraşmır. 

Amallaşarsan,  Atadan  öyrənərsən,  tarixdən  öyrənərsən,  Azərbayca-

nın qədimliyindən öyrənərsən, özündən öyrənərsən, dühalardan öyrə-

nərsən.  Nəyi  öyrənərsən?  Millət  olmağın  yönünü,  vətəni  sevməyin 

yönünü,  insan  olmağın  anlamını  öyrənərsən.  Kamilləşmə  nədir  – 

özünü yaratma. İçindəki balaca səslərin hamısını boğmaq gərək. Bu 

da olur başqa bir bağ. 

Sonra da xalqlaşma. Bildiyin böyük halları xalqın diqqətinə sun-

maq. Qulağına doldurmaq, ürəyinə doldurmaq. O bilmir, özü də məş-

ğul olmur. Sən deyirsən, öyrətmənlik edirsən. Ona görə xalqyaratma 

budur elə. Ailə də odur. Öyrənirəm, düşünürəm, dərk edirəm,  yazı-

ram,  yetkinləşirəm,  içəridən  dəyişirəm,  kamilləşirəm.  Xalqın  içində 

haraylayıram.  Xalqyaratma  budur.  Ona  görə  siyasətdə  xalqyaratma 

baş  tutmur.  Nəinki  xalqyaratma,  hakimiyəti  yaratma  da  baş tutmur. 

Hakimiyət xalqa qulluq deməkdir, insana qulluq deməkdir. 

Bizim  bu  dediklərimiz,  elə  sizlərin  də  tək-təkinizin  dediyiniz  və 

vurğu elədiyiniz kimi, İnamın Evində baş tutur. Zəif olur, güclü olur, 

fərq  etməz,  ancaq  İnamın  Evində  baş  tutur.  Allahın  evində  bu,  baş 



 

293 


tutmur.  Allahın  evi  məsciddir,  kilsədir.  Allahın  evində  Elçin  bəyin 

dediyi qaraköynəkləri qırmızı qana boyayırlar. Tək bu gün  yox, ilin 

bütün  aylarında.  Orada  insana  kiçikliyini  öyrədirlər.  Burada  isə 

insana böyüklük öyrədirlər. Yerlə göy qədər fərq var. Allahın evi ilə 

İnamın evi – anlamda da, biçimdə də, qüdrətdə də yerlə göy fərqidir. 

Sayda isə tərsinə, Allahın evi çoxdur, İnamın evi azdır. Az olduğuna 

görə deyil, anlamına görə qüdrətlidir. Allahın evində Allah insanları 

hədələməklə məşğuldur. Asif Ata insanlara sevgi öyrədir, yeriş öyrə-

dir,  ucalma  öyrədir  yarpaq-yarpaq.  Görün  nə  qədər  böyük  qətiyyət 

gərəkdir. 

Mən hər kəsi anlayıram, ancaq qəbul eləmirəm. Nəyi anlayıram?! 

– Dolanışıq çətindir, gediş çətindir, o çətindir, bu çətindir, anlayıram, 

ancaq qəbul eləmirəm, haqq vermirəm ona, ətalət yaransın. Asan nə 

var ki? Hansı çağda asan olub ki? Biz təkcə ruhsal asılılığın 1500 illi-

yini yaşamırıq. Biz Zərdüştdən sonrakı bütün çağların ruhsal asılılı-

ğını  yaşayırıq.  Görürsünüzmü,  nə  qədər  çətindir?  Gəlin  anladın 

görüm  necə  anladacaqsınız.  5  kişiyə  deyirsən,  səndə  ağıl  görürəm, 

gəl  Asif  Atanı  eşit.  Deyir,  mən  Tanrıçılığı  eşidirəm.  Tanrıçılıq  nə 

deməkdir?  Tanrı  var?  Tanrı  yoxdur.  Sistemi  yoxdur,  etkisi  yoxdur, 

anlamı  yoxdur,  anlayışı  yoxdur.  Bilirsən,  de  görüm.  Bilmirlər.  Biri 

də deyir mən yalana inanmıram, xurafata inanmıram, mən ateistəm. 

Biri  də  deyir  şiəyəm.  Biri  deyir  ələviyəm.  Mən  də  deyirəm  Asifçi-

yəm,  hər  biriniz  də  ortaya  ideya  qoyun.  Ağlınız  olsun,  tutuşdurun, 

analiz  eləyin.  Bu  çətinliyin  içində  yol,  işıq  nədir,  necədir,  nəyə 

bağlıdır? Mən topluma əgər bəyan edirəm, deyirəmsə sənin özgürlü-

yünə  yol  mənim  ürəyimdən  keçir,  gərək  o  ürəyi  qutsallaşdırım. 

Mənim  ürəyimdən,  beynimdən  keçir  sənin  yolun.  Araşdırın,  görün 

yoldurmu, uçurumdurmu? Beyin nəylə yüklüdür? Ürək nəylə yüklü-

dür?  Cəfəngiyyatlamı  yüklüdür,  arı-duru  ideya  iləmi  yüklüdür?  Nə 

salqılıyırsan, nə qoyursan ortaya? Özüylədöyüş dediyimiz, kamilləş-

mə dediyimiz əməl budur. Ürəyindən keçən yola çağırırsan insanları. 

Asif  Ata  bizi  ora  çağırır.  Asif  Ata  deyir,  sizin  yolunuz  mənim 

ürəyimdən keçir, o ürək ki, o ürəkdə Mütləqə İnam adlı ideya yara-

nıb,  doğulub.  O  ürək  ki,  o  ürəkdə  özüylədöyüş  əsasında  yetirilən 

kamil insan doğulub. O ürək ki, orda özgür, bağımsız vətən böyük-

lüyü doğulub. O ürək ki, o ürəkdə xalqın yönü (qibləsi) formalaşıb. 

O ürək ki, o, bəşər səviyyəsini haraylayır. Ordan keçir. Mən olduqca 

nikbinəm.  Ancaq  Elçin  bəyin  fikrini  çox  yaxşı  anlayıram.  Niyə 



 

294 


anlayıram  və  niyə  nikbinəm?  Nikbinəm  ona  görə  ki,  əsaslı  mübari-

zənin  peşindəyəm.  Bu  mübarizə  ilə  özümü  aldatmıram  ki,  sabah,  o 

biri gün hər şey həll olacaq. Bilirəm ki,  mənim  mübarizəm 10 illər 

sürəcək. Elçin bəyi də ona görə anlayıram ki, biz həm də bu gün bir 

dövlətik, bir xalqıq. Bugünümüzdə faciələr, fəlakətlər yaşayırıq. Onu 

anlayıram.  Bizim  Azərbaycan  olaraq  çox  dərin,  əsaslı  potensiyamız 

var.  Bunu  mən  öyrənmişəm.  Min  ildir  bizi  tarix  səhnəsindən  çıxar-

mağa çalışırlar. Alınmır. 200 ildir bir xalqın içində, Güney Azərbay-

canda,  ən  dəhşətli,  faciəli  bir  şəkildə  assimilyasiya  prosesi  gedir. 

Ancaq onun ruhu hələ ölməyib, dili hələ ölməyib, onun vətən nisgili, 

sevgisi hələ ölməyib. Ona görə mübarizə aparmaq gərəkdir. Deməli, 

bu cür ki, möhtəşəm, nəhəng potensiya var, bu potensyanı üzə çıxar-

maq, qurmaq gərəkdir kərpic-kərpic. Asan deyil. Latını və latın kimi, 

başqalarını  da  tarix  səhnədən  çıxarıb.  Bizə  bəlli  olan  odur.  Ancaq 

mən  bilmirəm  ki,  latının  üzərində  konkret  hansı  proseslər  gedib. 

Bilsəydim  nə  yaxşı.  Ancaq  çağımdadır,  gözümlə  görürəm,  bizim 

üzərimizdə gedən assimilyasiya bəşər həyatının üzərində gedən assi-

milyasiyaların ən dəhşətlisidir. Ona görə mən xalqımızı bəzən qına-

yıram,  həm  də  düşünürəm.  Qınayıram  ona  görə  ki,  passionar  xalq 

olsa da, bir az aktivliyini itirib. Ancaq düşünürəm ki, bunun mənliyi, 

ruhsal varlığı dilim-dilim doğranıb. Amaldaşlarım da bəzən, konkret 

dil məsələsilə bağlı,  deyirlər ki, sənin dilin qabaqlar daha yaxşı idi. 

Hansı ki, mən türkcələşdimişəm dilimi. Qabaqlar daha çox ərəb-fars 

sözləri  ilə  qarışmış  dildə  deyirdim,  ona  görə  yaxşı  idi?  Bu  mənim 

amaldaşımdır. Təsəvvür edin durumumuzu. 

Hansı  həddə,  səviyyədə  qınanılasıdır,  hansı  həddə  qınanılası 

deyil.  Ərəb-fars  sözləri  dilimizə  dolub.  Düşüncəmizin  yönünü  o 

müəyyənləşdirir. Söz. Söz bizim içimizin şəklini çəkir. Çox pis çəkir 

ancaq. Hər şeyi də o cür qorxulu şəkildə üzə çıxardır. 

Bizim, Ocaq olaraq, çalışmalarımız, zəhmətlərimiz olduqca dərin 

və  genişdir.  Ancaq  yenidən  qayıdıram  ki,  Ocaqçı  harayının  yaran-

ması,  düşüncəsinin  yaranması  mənim  arzuladığım  səviyyədə  deyil, 

hesab edirəm ki, çox yüksəlməlidir. 

 

Ayaz  Şıxalıoğlu: Mənim  ən  axırıncı  sığındığım  söz  olub.  O  söz 

ki,  o  bizim  milli  varlığımızı,  insanlığımızı  müəyyən  eləyib.  Mənim 

yazdığım  şeir  də  dərdimizi  həll  eləmir.  Mən  özüm  də  istəyirəm  ki, 

əlimi,  qolumu  bağlayan  nədir,  bilim,  bir  görüş  təşkil  edə  bilmə-


 

295 


rəmmi? Qoy mən yazdığım şeiri orda deyim. Onda onun təsir səviy-

yəsi daha böyük olar. Babəklə bağlı şeir yazmışam, burda deyirəm. 

Burdakılar  məni  tanıyır.  Burda  demək  azdır  mənə.  Bunu  mən  niyə 

təşkil  edə  bilmirəm.  Soylunu  da  çağırım  deyim  ki,  bunu  da  mən 

hazırlamışam. Siz danışın, mən də o şeiri orda deyim, bu, rezonansı 

artırsın.  Hesab  elə,  10  adam  bu  gün  məscidə  gedirdisə,  heç  olmasa 

biri  tərəddüd  eləyib  dayansın,  mən  ora  niyə  gedirəm  ki.  Mən  ora 

getməməliyəm. Bu yönə getməliyəm. 

 

Soylu  Atalı: Yenə  qayıdıram  özüylədöyüş  məsələsinə.  Mən  bu 

qədər  vaxtda  ikimizin  arasında  ummuşam  da,  söz  də  demişəm, 

ərkimi də demişəm, ancaq özəl olaraq bir dəfə mən sənin yaxandan 

tutub silkələməmişəm. Sən özün silkələ demişəm özünü. Mən silkə-

ləməklə alınmır. 

 

Hüsaməddin  bəy:   Mən  nurçuların  içində  işləyirəm.  Onların  da 

imam evləri var. Orda tədbirləri olur. Çox qatılmışam. İbadət eləyir-

lər,  ondan  sonra  “Quran”ı  oxumağa  başlayırlar.  Orada  heç  kəsin 

Qurana nə fikir bildirməyə ixtiyarı var, nə də müzakirə edə bilərsən, 

nə sorğu verə bilərsən. Allahın kəlamı oxunur, yorucu şəkildə sən də 

dinləyirsən.  Ancaq  ilk  dəfədir  Ocaqçıların  “Ailə  Günü”  tədbiri-

nə  qatılıram. Fərq çox böyükdür, çünkü burada fəlsəfi, tarixi yanaş-

ma  var,  fikir  bildirmə  var.  Asif  Atanın  fikirlərinə  az-çox  bələdəm. 

Hesab  edirəm,  nəinki  Türk  Dünyasında,  bəşəriyyətin  dünyagörü-

şündə  inqilab  edə  biləcək  bir  ideyası  var.  Ağşın  bəyin  fikrinə  də 

qatılıram ki, yeməyi nə qədər gözəl bişirsən də, təqdimat gözəl olma-

yanda o yemək adama ləzzət vermir. Bəzən hesab edirəm ki, böyük 

orduların  görə  bilmədiyi  işi  xüsusi  təyinatlı  bir  dəstə  həyata  keçirə 

bilir.  Bilirəm  ki,  həqiqətən  də  Ocaqçıların  yükü  böyükdür.  Tək 

Azərbaycan  üçün  yox,  bəşəriyyət  üçün  bu  ideyaları  göstərmək, 

öyrədə-öyrədə öyrənmək və çatdırmaq asan iş deyil. O da ola, onun 

maliyyə dəstəyi olmasın. 

Mən bunu sosial şəbəkələrdə də görürəm. Çünkü bəzən insana bir 

fikir çatdıranda dini dünyagörüşdən uzaqlaşdırır. Güney Azərbaycan-

da  assimilyasiya  gedir  200  ildir,  bunun  sırf  səbəbi  dindir.  İslamın 

etkisiylə  nəinki  Güney  Azərbaycan,  bütün  Şərq  inildəyir.  Geriliyi-

mizin  tək  səbəbidir.  Ən  əsas  mübarizəmiz  də  siyasi  dünyagörüşlə 

yox, dini dünyagörüşlə olmalıdır. Bunu da hər birimiz fərd şəklində 



 

296 


eləməliyik. Çünkü aydın dediyimiz, intellekti olan bir kəs idrakının, 

məntiqinin sözünə qulaq asıb onu eləməlidir. 

Fikirləriniz böyük fikirlərdir. Ancaq Asif Atanın bəzi sözləri var 

ki, mənə tam çatmr. Quranda bizim sorğulamağa imkanımız yoxdur. 

Mənim  kimi  adamlar  soru  verir,  söhbət  yoxdur.  (Mən  heç  bir  dini 

tanımıram, çox kəskin mövqeyim var dinə qarşı)… Asif Ata deyir ki, 

Adamlıqdan  İnsanlığa,  kamilləşməyə  gedən  bir  yol.  Mənə  bir  şey 

çatmır  ki,  adam  və  insan  sözləri  ərəb  sözləridir,  bunların  anlamını 

Asif Ata açıbdırmı? Adam deyəndə daha aşağı bir səviyyəni nəzərdə 

tutur,  İnsan  deyəndə  kamilləşmiş  bir  səviyyəni  nəzərdə  tutur.  O 

sözlərin mahiyyəti açılıbmı, Ocaqçılar yəqin ki, bilirlər. Belə görüş-

lərdə,  ya  da  başqa  görüşlərdə  mənim  kimi  adamlar  üçün  bəzi fikir-

lərin mahiyyəti açılmalıdır. 

Başqa bir soru, Mütləqə İnam nədir, mən hələ dərk edə bilmirəm. 

Bilirik  ki,  Ocaqçıların  fikirləri  nə  ateist  fikirdir,  nə  də  dindarların 

fikirləri deyil. Ancaq ruhani bir dünyagörüşdür. Mütləqə İnam nədir? 

Bəlkə  də  İlham  qardaşımızın,  ya  mənim  Ocaqçı  olmamağımızın 

səbəbi  o  mahiyyəti  dərk  edə  bilməməyimizdir.  Dəqiq  bilmirik.  Nə 

demək istəyir Asif Ata? O, Allaha İnam kimidirmi? 

 

Soylu  Atalı: Çox  sağ  olun  sorğunuza  görə.  Mütləqə  İnam  ciddi 

sistemdir. Asif Atanın kitablarının içinə girib onu anlamaq çətin ola 

bilər, başa düşürəm. Ancaq bəri başdan ərk edib sizə deyirəm ki, Asif 

Atanın  kitabını  anlamamaq  səbəb  ola  bilməz  Asif  Atanın  Ocağına 

gəlməməyə. Onu doğru saymıram. Çünkü inam məsələsi başlıca şərt-

dir.  Birinci  inamdan  başlayır  hər  şey.  İnsanın  eşitdiyi,  gördüyü 

nəsnələr  var.  O  nəsnələr  onda  umud  yaradır.  Məsələn,  mən  elə  bir 

inamla  gəlib  Asif  Atanı  tapmışam,  heç  bilmirdim  ki,  o  nə  istəyir. 

Mən Asif Atanın Ocağının içində öyrəndim İnam nə deməkdir. Çox 

adam  deyir  ki,  mən  özümü  Ocağa  hazır  bilmirəm,  kamil  deyiləm, 

filan.  Qıraqda  heç  kim  kamilləşib  Ocağa  gəlmir  ki.  Ocağa  gəlib 

kamilləşir.  Yəni  Ocağa  qədər  də  hər  hansı  bir  təriqətin  qalxınması, 

gəlişməsi elə olub. İnsan gəlir və müəyyən bir sorumluluq daşıyır, o 

sorumluluğun  etkisi  altında  fikri  dəyişir,  yanaşması  dəyişir,  içi 

dəyişir, mənəviyyatı qurulur və i.a.  

Yoxsa qıraqda öz evimizin içində məişətimizlə uğraşarıqsa, ayda 

bir dəfə Asif Atanın Ocağı kimi, ya da Asif Atanın Ocağından öncəki 

çağların  olayları  yadımıza  düşüb  ayda,  üç  ayda  bir  dəfə  gəlib  onun 


 

297 


tədbirinə qatılarıqsa, əlbəttə, bu, bizim içimizdə doğru bir yön forma-

laşdıra bilməz. 

Bu əngəli doğru saymıram, ona görə deyirəm. O ki qaldı İnamın 

özünün  yönü.  Tutuşdurma  aparmaq  gərəkdir.  Mən  müyyən  tezislər 

deyəcəm,  sizə  öz  kitabımı  da  bağışlayacam.  Onu  oxuyarkən  adam 

düşünmək  olanağı  tapır.  Əslində  Mütləqə  İnam  Asif  Atanın  elə 

birdən-birə ağlına gəlib ki, belə bir şey yaratsın, belə bir şey olmayıb. 

Asif Ata çox ciddi çalışıb ki, dövlətçilik məsələsində doğru yol tap-

sın, necə eləmək olar ki, insanların ağlına gələn qanunlar onların öz 

içinə işləsin. Bunu necə eləmək olar? Axı bu dövlət yaxşı qanunlar 

qəbul  edir  bəzən.  Ancaq  bu  qanunlar  işləmir.  Bu  və  buna  bənzər 

axtarışlar olub içində. Düşünüb ki, hakimiyətə gəlib yeni bir sistem, 

yeni br dövlət quruluşu yaradaq. Ancaq sonradan bu sorun qarşısında 

qalıb ki, milli dövləti kiminlə yaradım. 70-ci illərdə onun başına top-

laşan ayrı-ayrı adamlar bir dəfə DTK-nın işçiləri ayağını yerə döyən 

kimi  hamısı  dağılışıb  qaçdı.  Hamısı  özünü  güvənsizlikdə  gördü. 

Hamısı  özünü  təhlükənin  ağzında  gördü  və  heç  kim  o  təhlükənin 

ağzının içində millət üçün çalışmaq istəmədi. Gələcək üçün çalışmaq 

istəmədi, özgür olmaq istəmədi. Asif Ata ona görə dedi: düşündük, 

daşındıq,  Ocaqlaşmaq  yolu  tutduq.  İndi  gərək  insan  dəyişsin,  insan 

yetişsin,  yetişən  insanla  dövlət  qurmaq  olar,  millət  yaratmaq  olar, 

gələcəyə  addım  götürmək  olar.  Yoxsa  sürüylə,  kütləylə  belə  bir 

addım  atmaq  mümkün  deyil.  Adam  özü  deyib  özü  eşidəcək.  Bu 

baxımdan o belə düşüncələr içində gəlib ora çıxdı ki, yeni dünyagö-

rüşü  yaratmaq  gərəkdir.  Ancaq  bu  dünyagörüşü  də  yaratmaq  asan 

deyil. Rüşeym şəklində ayrı-ayrı tezislər var idi. Öz üzərində işlədi, 

dünyanın  üzərində  işlədi,  tarixin  üzərində  işlədi,  mifologiyanın 

üzərində işlədi illərlə. 52-ci ildən 79-cu ilə qədər işlədi. 27 ilin sonu-

cu kimi Mütləqə İnam dünyagörüşü ortaya çıxıb. 

Qayıdıram Mütləqə İnam ideyasının özünün açımına. Bunu bir az 

da  aydın  olsun  deyə  tutuşdurmalarla  deyəcəm.  Əslində  hər  bir  dini 

dünyabaxış, ya da filosoflar tarixdə çox çeşidli axtarışlar ediblər. Bir-

birinə  doğma  olasalar  da,  hardasa,  bir-birindən  fərqlənən  ölçülər 

qoydular. Konkret bəşər həyatının keçdiyi yolda dediklərimiz özünü 

göstəribdir.  Öncələr  bilirsiniz  ki,  ibtidai  inanclar  olub.  Göyel 

(Səmavi) dinlərə qədər olan müxtəlif inanclar olubdur. Bu inancların 

hamısında  da  fərqli  nəsnələr  olub.  Bir-birindən  bəzi  nəsnələri  ilə 

ayrı, həm də bir-birinə bənzər. Bunun, bilirsiniz ki, ən qədim forması 



 

298 


animizmdir.  Animizmdə  başlayıblar  hər  şeydə  ruh  axtarmağa,  hər 

şeydə  ilahi  qüvvə  axtarmağa,  özünün  bacarmadığı,  anlamadığı, 

şüuruna yetmədiyi bir şeylər axtarıb insan. Ona da cavablar tapa bil-

məyib,  həm  də  bir  az  kor  qalıb.  Göyel  dinlərə  gəlib  çıxana  qədər, 

baxmayaraq  ki,  göyel  dinlərə  qədər  Zərdüştçülük  olub,  Buddizm 

olub, bunlar daha ciddi ideyalarla ortaya çıxıblar. Bəşər həyatında bu 

gün üç semit dininin çox etkisi olduğuna görə bunların üzərində daha 

çox  vurğu  eləmək  zorunda  qalırıq.  Bu  dinlərin  də  axtarışı  dünya 

nədir,  niyədir  sorğularına  cavab  olub.  Bu  sorğulara  doğru  cavab 

tapmayıblar. Deyiblər ki, Allahın işinə qarışmaq olmaz. O insan ağlı-

nın  gücü  dışındadır.  İnsan  ağlının  gücü  ora  girmir.  Əslində  buna 

gətirdi. Dinlər deyir Allahın işinə qarışma, sən onun sirrinə vaqif ola 

bilməzsən. Asif Ata deyir ki, Allahın işinə qarış. Çünkü sən Allahın 

işinə  qarışmadıqca,  dünya  əyrisindən  düzəlməyəcək.  Allah  deyə  o 

məfhumun sirri nədir – qutsallıq, gözəllik, nizam, ahəng, uyum, bun-

lardır.  Bunu  da  sən  anlamasan,  yaratmasan,  bilməsən  onda  dünya 

necə  var,  ona  da  bərabər  qalacaq.  Sadəcə  toplumsal  (ictimai)  quru-

luşlar bir-bir dəyişəcək, ancaq böyük anlamda insanla bağlı, insanın 

dünyaya münasibəti ilə bağlı hansısa bir dəyişiklik baş verməyəcək. 

Ona görə Asif Ata deyir, Allahın işinə qarış. Allahın işini biz dinlərin 

dediyi xurafat anlamında götürmürük. Dində Allah adamabənzər bir 

qüvvədir, onun qurduğu var, yaratdığı var, hökm elədiyi var, göstə-

rişi  var,  ağız-burun  əyməyi  var.  Bunu  da  ən  yaxşı  halda,  bəsirət 

gözüylə də görmək insana xas deyil. İnsan ona qadir deyil. 

Allah anlamı  – varlığa münasibət məsələsidir. Antologiya deyir-

lər.  Allahı  necə  verəcəksənsə,  necə  sunacaqsansa,  insanın  baxışı  o 

cür  də  əyilə-əyilə,  ya  da  qurula-qurula  gedəcək.  Ya  Allahı  ümum-

bəşər  anlamında  doğru  bəyan  eləməlisən, sunmalısan insana, insan-

lığa. Ya da zor göstərməli deyilsən. Məhəmməd bizə göstərdiyi zor 

kimi.  Niyə  zor  göstərməli  deyilsən?  Bu  Allah  deyilən  bir  anlamın 

insanda yaratdığı hal var. Mən bu Allah anlamına üz tutub ona ibadət 

edirəm, ona dua edirəm. Bu duanı mən necə edirəm? Mənə Allahın 

obrazı necə qayıdır? O obrazın xarakterinə uyğun ibadət gedir insan-

da. İnsana verilən Allah obrazı necədirsə, onun xarakteri də, duaları 

da  ona  uyğundur.  Baxın,  İslamda  bu  adamabənzər  qüvvəyə  mən 

ibadət  eləyəndə,  dua  eləyəndə  Allah  obrazı  necə  canlanır?!  Cəhən-

nəmli, cənnətli, hürülü-pərili, hökm edən, qəsd edən, qorxudan-filan 

edən bir Allah obrazı. Mən ibadət edəndə o obraza edirəm, o canlanır 



 

299 


mənim  şüurumda.  O  mənim  şüurumda  oturub  taleyimi  bəlli  eləyir, 

yönəldir  məni.  Mən  də  o  ibadətdə  milli  kimliymi  tapmıram.  Mən 

ərəb  kinindən  qaynaqlanan  bir  obraza  üz  tuturam,  ona  dua  edirəm. 

Ərəbin  mənim  ağlımda  yaratdığı,  “emanasiya  yoluyla”,  fəlsəfi  dillə 

desək,  mənim  özümə  qayıdır.  Özümə  ərəb  xarakteri  ilə  qayıdır.  O 

gəlib məni mütiləşdirir. Türk kimliyi ilə qayıtmır. Mən o Allaha türk 

kimliyinin  xarakterini  verməmişəm  axı.  Mənim  türk  millətimin 

insanının xarakteri o Allahda öz işığını tapa bilmir. 

Axı insan içində Allah gəzdirir, hürufilərin təbirincə desək. İnsa-

nın içində Allah var. İnsanlıq Allahın bir cəhətidir. Onu mən içimdə 

daşıyıram. İçimdə daşıdığımdan da mən o ümumiləşmiş obraza key-

fiyyət  verməliydim  axı.  Ki  mən  ona  ibadət  edəndə,  dua  edəndə 

həmin keyfiyyətlər mənim özümə qayıdıb içimi bərkitməliydi, tərbi-

yə eləməliydi, milli kimliyimə bağlamalıydı məni. Bağlamır. Çünkü 

türk ona heç nə verməyib. Türkün tanrısı vardı. Tanrıçılıqda təcəlla 

tapmışdı  türkün  özünəxas  keyfiyyətləti,  xarakterləri.  O,  tanrıya  dua 

edəndə  tanrıdan  ona  az  və  ya  çox  mənada  gərəkən  bir  anlam,  belə 

deyək, qayıdıb onun ruhuna qida verə bilirdi. Onun sevincini, fərəhi-

ni  cilalayırdı.  Allahçılıq  gəlib  Tanrıçılığı  içimizdən  çıxartdı,  ləğv 

elədi. Onun yerinə özünü sırıdı. O Allah ki, o Allahda biz Allah tapa 

bilmirk.  O  Allahda  da  qatil  görürük,  cəllad  görürük,  cənnət-cəhən-

nəm görürük, şəhvət görürük, – “Ya peyğəmbər, səninlə hicrət etmiş 

filankəsləri  sənə  halal  buyururuq”.  Bunu  görürəm  mən.  Belə  Allah 

obrazı olmaz axı. Ona dua edəndə nə gəlir içimə? Bu və ya o birilər. 

Fərq eləməz. 

Bunlar hamısı feodalizm qanunlarının ortaya gətirdiyi düşüncələr-

dir, ayələrdir. Asif Ata deyir ki, Allah obrazını elə canlandırmalısan 

ki,  elə  təqdim  eləməlisən  ki,  hər  bir  bəşər  övladı  onda  özünü  görə 

bilsin.  Allahı  görə  bilsin.  Mən  niyə  Ağşın  bəyi  sevirəm,  İnamlını 

sevirəm,  məsələn.  Çünkü  onda  özümü  görürəm.  Özüməxas  ayrı, 

gözəl, yüksək keyfiyyətləri onda görürəm, doğmalaşıram ona. Yox-

sa, özümə əks nəsnələr görürəmsə, necə doğmalaşaram ona. İndi mən 

Allahda  özümü  görməliyəm.  Nə  görməliyəm?  Yenilməz  bir  qüdrət, 

özünə sığmayan, kükrəyən, yeri-göyü titrədən hikmət yiyəsi,  mənə-

viyyat  yiyəsi,  iradə  yiyəsi.  Onu  görəndə  nə  baş  verir?  –  Dünyaya 

münasibətim  dəyişir;  Həyata  münasibətim  dəyişir;  Vətənə  müna-

sibətim dəyişir; Millətə, insana münasibətim dəyişir; Körpəyə, zəlilə, 

səfilə  münasibətim  dəyişir.  Hamısı  əsilləşir.  Mən  Allaha  duadan 



 

300 


içimdə  əsillik  tapmalıyam.  Ancaq  dua  eləyən  deyir,  mən  cənnətə 

gedib  hürü-pərilərlə  kef  edəcəm.  Ona  görə  namaz  qılır,  ona  görə 

ibadət edir. Buna görə Allah məfhumu öz keyfiyyətini itirir. 

Allah anlamını Asif Ata aradan qaldırmadı. Ateistlərə dedi ki, siz 

Allah  anlamını  aradan  qaldıra  bilməzsiniz.  Çünkü  Allah  anlamı 

mücərrəd  deyil,  cəfəngiyyat  deyil,  insanın  içində,  dünyanın  maya-

sındadır. Ona yanaşmanı doğru qurmaq gərəkdir. Onu tanımaq gərək, 

onu sevmək gərək, o qüdrəti və onu özündə görmək gərək. Mütləq – 

insanda, dünyada, həyatda yüksək bir qüdrətdir, uyumdur, bir nizam-

dır.  Bizim  İnsanlıq  deyə  daşıdığımız  məna  Allah  anlamına,  əslində 

Mütləqə aiddir. Mütləq – insanlıqdır. İnsan cılız ola bilir, kiçilə bilir, 

insanlıq, mahiyyət heç vaxt dəyişilmir, kiçilmir, ölmür, itmir. İnsan-

lıq Əzəlidir, Əbədidir. İnsan dünyaya ona görə gəlib ki, öz mahiyyə-

tinə qovuşsun. Onunla bir olsun, dünyaya nizam gətirsin. 

Düzdür,  bu  fəlsəfi  açımı  vermirdilər,  ancaq  Hürufilər  ona  görə 

deyirdilər ki, insan Allahdır. Nəiminin aşamaları o idi. Peyğəmbərlik 

aşaması, imamlıq aşaması, Allahlıq aşaması. Allahlıq aşaması insan-

dan başlayır. O da mənəm. Həqq mənəm, həqq məndədir, ona görə 

deyirdi. Bunu da təkcə Fəzlullah Nəimiyə aid eləmirdilər. Bütövlük-

də insanlığa aid idi. Seçilmişlərə, seçkinlərə yox, insana. 

Çatmaq  üçün  də  Asif  Ata  deyir  özünlə  döyüş,  içindəki  cılızlığı, 

keçiciliyi, əksikliyi öldür, onda ömrün mənaya bərabər olacaq. Onda 

başlayır hər şey. İşıqlı üfüqlər onda açılır. Onda sən qanad çalırsan. 

Onda  yaradıcılıq  başlayır,  onda  vətən  başlayır,  hamısı  o  nöqtədən 

başlayır. 

Mütləq  –  həyatlıq  deməkdir.  Həyat  ötəridir,  keçicidir  əlamətlə-

riylə,  filanla.  Ancaq  Həyatlıq  –  ondan  artıq  olan  mənadır.  Məsələn, 

Ata  deyir  –  bir  var  ana,  bir  də  var  analıq.  Ana  gördüyümüz  hər  bir 

qadındır. Analıq isə onun özündə daşıdığı ilahi keyfiyyətdir ki, bala-

ya onu həsr edir. Yas törənlərində dönə-dönə vurğu edirəm (özü heç 

dərk eləmir, mahiyyətindən gəlir), ana bizə layla çalır, bizim içimizə, 

alt yapımıza millilik yeridir. Dilin gözəlliyini, doğmalığını saxlayır. 

Ona görə deyirik ki, o bizim ana dilimizdir, qutsaldır. Ərəb mənim 

layla dilimi öldürdü. Ərəb Allahla öldürdü layla dilimi. Allah öldür-

məli deyildi, Allah diriltməliydi. Ona görə də mən deyirəm: Asif Ata 

bəşəri  peyğəmbərdir,  Məhəmməd  bəşəri  peyğəmbər  deyil.  Məhəm-

məd milləti öldürür, çünkü insanı öldürür. Kölə, müti, bəndə insan-

dan kamil, yetkin millət yarana bilməz. Milləti öldürürsən, necə sən 



 

301 


mənim  peyğəmbərimsən.  Məni  necə  inkişaf  elətdirə  bilərsən,  necə 

mən  tərəqqiyə  qədəm  qoya  bilərəm.  Sən  mənim  milli  kimliyimi 

öldürürsən.  Sən  məni  ümmət  adlı  bir  sürüyə  çevirirsən.  Üzü  bəlli 

olmayan, düşüncəsi bəlli olmayan heyvanat aləminin sakininə çevi-

rirsən. Necə sən bəşərisən?! – Bəşəri deyilsən. 

Asif Ata isə deyir ki, bəşər millətdən başlayır. Hər bir millət özü 

qutsaldır,  hər  bir  millət  özü  dəyərdir.  Öz  içindəki  keyfiyyətlərlə 

aşkarlanmalı,  qurulmalı,  özünə  uyğarlıq  (mədəniyyət)  yaratmalıdır. 

Millət  özünə  bənzədikcə,  öz  içindəki  yüksək,  gözəl  xüsusiyyətləri 

aşkarladıqca,  ortaya  çıxartdıqca  bəşər  səviyyəsinə  qalxır.  Xalqların 

hər biri bu səviyyəyə ucalarsa, içindəki kimliyin əsilliyi ilə, böyük-

lüyü ilə Birlik əmələ gətirir, olur bəşər. Burdakı insanlar heç biri bir-

birinə  bərabər  deyil,  hərəsinin  içində  bir  gözəllik  var.  Burdakı 

doğmalığı o gözəlliklərin birliyi yaradır. Bəşəri olan odur. Bəşərilik 

– bu birliklərin yüksək formasıdır… 

Mütləq – dünyada Dünyalıq adlanır. Biz Dünyalıq deyəndə təkcə 

planetimizi götürmürük, əlbəttə. Dünyanı böyük anlamda götürürük, 

kainatı içinə alır. Kainatın içsəl qüdrətidir, insanlıq ahəngidir. O qüd-

rət təcəlla tapır, oluşur. O qüdrət bənna deyil, usta deyil, əliylə götü-

rüb  kərpic-kərpic  tikmir,  yaratmır  6  gündə  öncə  bu  planeti,  sonra  o 

biri  planeti.  Belə  bir  nağıl  yoxdur.  Belə  bir  cəfəngiyyata  inanmaq 

olmaz. 


Ən əsası Asif Atanın fəlsəfəsinin əsasında bu durur: Dünya məna-

ca Əzəlidir. Bütün dinlər deyir ki, Allah onu bir baxışla yaratdı. Bir 

kəs soruşmur ki, yoxluqdan varlıq necə yarandı bəs? Yoxdan da var 

yaranarmı?  Onu  soruşan  yoxdur.  Asif  Ata  deyir  dünyanın  olmayan 

vaxtı  olmayıb.  Dünyada  dəyişikliklər  gedir,  kainatda  dəyişikliklər 

gedir. Planetin biri dağıla bilər içindən. Bu, kainatın dağılması anla-

mına  gəlmir.  Qravitasiya  sabiti  deyilən  bir  şey  var.  Bərpa  edəcək 

özünü. Başqa bir ulduz yaranacaq, ya da bizim planetimizi götürün. 

Bizim  planetimizdə  bu  qədər  katastroflar  əmələ  gəlir.  İnsan  ölür, 

ağac quruyur, çay soğulur, daşqın əmələ gəlir, yeni çay əmələ gəlir, 

biri dağılır, o biri əmələ gəlir. Bu dəyişir, bu dağ burda var idi, indi 

yoxdur.  Ancaq  bütövlükdə  varlıq  yoxa  çıxmır.  Yoxa  çıxmayacaq. 

Çünkü  varlığın  yox  olma  anlamı  yoxdur.  Mütləq  yoxluq  anlayışı 

yoxdur,  nisbi  yoxluq  anlayışı  var.  Atanın  bitiqlərindən  birinə  önsöz 

yazanda  vurğu  elmişəm:  bəzən  deyirlər  mütləq  qaranlıq.  Mütləq 

qaranlıq yoxdur. Hər bir qaranlığın içində işıq var. Əgər Yer plane-



 

302 


tini bir anlıq götürərsən və deyərsən ki, planetin ortası mütləq qaran-

lıqdır.  Mən  deyirəm  mütləq  qaranlıq  deyil.  Aç  bax,  görəcəksən  ki, 

işıq  var. Təsəvvüründə  mütləq  qaranlığı  formalaşdıra  bilərsən.  Ger-

çək  olaraq  mütləq  qaranlıq  yoxdur.  Mütləq  yoxluq  yoxdur.  Bədən 

ölür,  insan  ölür,  mütləq  yox  olmur.  Nəsil  var,  torpaqdan,  təbiətdən 

oyanıb  yenidən  qayıdır  əlamətləriylə,  nişanələriylə.  Mifologiyalar 

onun  əsasında  yarandı:  Tanrı  göydən  sel  qopartdı,  palçıqlar  əmələ 

gəlib mağaralara doldu. Günəş doğdu, qızdırdı, onun içindən canlılar 

əmələ gəldi. Mifologiyalar hamısı onun üzərində qurulub. Ona görə 

də mütləq yoxluq yoxdur. 

Mütləq – kainatın içsəl qüdrətidir ki, Asif Atada o, bir cəhətiylə 

insanlıq  adlanır,  bir  cəhətiylə  həyatlıq  adlanır,  ümumiləşmiş  olaraq 

Dünyalıq  adlanır.  Təzahür,  təcəlla  məsələsi.  İnsanda  kədərdən  göz 

yaşı  doğması  məsələsi.  Göz  yaşını  doğuran  səbəb  var.  Biz  bilirik 

kədər var. O maddi deyil, ona toxuna bilmirik. Onun təzahürünü biz 

görürük  göz  yaşı  biçimində,  yaxud  üzün  ifadəsində,  cizgilərdəki 

dəyişiklikdə. Bu, kədərin göz yaşı biçimində təzahür etməsi məsələ-

sidir.  Dünyalıq  dünyada  o  biçimdə  təzahür  edir.  Deyək  ki,  insan 

biçimində  təzahür  edir,  təbiət  biçimində.  Daha  bunu  götürüb  əliylə 

yaratmır.  Kədər  göz  yaşını  quraşdırıb  yaratmır,  bağlamır  onu  vint 

kimi. Təcəlla tapır da onunla. 

Ataya  qədərkilər  dünya  yaradılıb  deyəndə  onlar  qəsd  edirlər  ki, 

öncə  Allah  olub,  ondan  qıraqda  mütləq  yoxluq  olub.  Allah  istədi, 

yoxluqdan var yaratdı. Mənim ağlıma girmir axı bu. Elə elə ki, elmin 

ağlına batsın bu. Əgər istənilən bir məntiqin bu və ya başqa biçimdə 

gerçək əsası yoxdursa, nağıldır, daha doğrusu, cəfəngiyyatdır o. Na-

ğıl yaxşı şeydir. Yenə öz yazdığımdan çıxış eləmək istəyirəm: bizim 

nağıllarımızda qəhrəman olur, gedir qaranlıq yeraltı dünyaya, döyü-

şür,  əslində  yeraltı  qaranlıq  dünya  insanın  iç  dünyasıdır.  Yerin 

altında dünya, bəlldir ki, yoxdur. O gedir ora, qarşısına 40 otaqlı qəsr 

çıxır. Birinci otaq bağ-bostan, ikinci otaq gül-çiçək, 39-cu otaq qızıl, 

ləl-cəvahirdir.  Qəhrəman  bunun  heç  birində  dayanmır.  Qəhrəman 

olmayan ora gedib çıxa bilmir. Hamısı yarı yolda qalır. Quyunun içi-

nə salan kimi deyir, vay, yandım, çıxart məni. Ancaq qəhrəman deyir 

çıxartma, gedir axıra kimi. O aşamaların hamısından keçir, nəfs onu 

saxlaya  bilmir.  1-ci  otağın  qarşısında  dayanmır,  39-cu  otağın  qarşı-

sında  dayanmır.  Demir  ki,  bu  elə  mənə  bəsdir.  Bağ-bağça,  gül-

bülbül, çay. Dayandırmır bunu. 40-cıya girəndə görür ki, qaranlıq bir 



 

303 


otaqdır,  bir  gözəl  qız  saçından  asılıb  orda.  Qızı  saçından  açıb  yerə 

qoyur, olur xilaskar. Çıxanda da divlə döyüşür, qızı çıxardıb qurtarır, 

ailə qurur və həyat davam edir. Xilaskarlıq ideyası və həyatın davam 

eləməsi  ideyası.  Bunu  uşaqlarımızın  beyninə  Asif  Ata  fəlsəfəsi  ilə 

yeritmək  olmaz,  belə  nağıllarımızla  yeritmək  olar.  Təbii,  o  demək 

deyil ki, uşaq nağıla qulaq asıb artıq mən dediklərimi tutur. Onun alt 

yapısında  bu  məsələlər  oturur,  böyüdükcə  də  Asif  Atanın  dediyini 

anlayacaq. Ona bir aşamadır, hazırlıqdır. İnsanın formalaşması üçün. 

Qayıdıram qardaşımızın o sorusuna ki, adam və insan anlayışı nə-

dir. Bir var fərdiyyət, bir var şəxsiyyət. Fərdiyyətçilik bir fərdin içsəl 

keyfiyətiylə  bağlı,  davranışları  ilə  bağlı  bir  nizamdır.  Nizamı  ifadə 

eləyən sözdür. Ancaq şəxsiyyət bir az genişdir. Yəni fərdin topluma 

bağlı  xarakerinin,  keyfiyyətlərinin  aşkarlanması,  ifadə  olunması  ilə 

bağlı bir anlayışdır. Bunu kim verir? İnsan özü verir bu sözə belə bir 

anlam. Özü o sözə işlənmə dəyəri verir. Adam sözü bizim dilimizə 

ərəbdən  keçsə  də,  Ata  onu  ümumi  insana  xas  olan  bir  şey  kimi 

götürür.  “İnsan”  –  bir  az  fərdiləşib  hardasa.  Asif  Ata  onlara  öz 

anlamını verir. Yəni adam deyəndə nə başa düşürəm, insan deyəndə 

nə başa düşürəm. Ata Adama bu keyfiyyəti verir, insana bu keyfiy-

yəti verir. Ümumiləşdirib deyir: Bəşər övladı dünyaya məxluq kimi 

göz açır, adam kimi böyüyür, insan kimi özünü yenidən yaradır. 

Dilimizə ərəb sözləri elə girib ki, tam çıxara bilmirik. Biz də hələ-

lik Asif Atanın qoyduğu özül anlayışlara toxunmağa gərək bilmirik. 

Çünkü o anlayışlara toxunmaq ciddi bir sorumluluqdur. Bu gün elə 

toxunarsan,  sabah  bir  başqa  cür.  Axırda,  deyək  ki,  100  il  sonra 

deyəcəklər bu Soylunun düzəlişidir, Asif Ata belə deməyib. 

Məxluq  kimi  doğulur,  adam  kimi  böyüyür,  insan  kimi  yenidən 

doğulur.  Bu  sözlər  araç  (vasitə)  rolunu  oynayır.  Məxluq  kimdir  – 

qarnının  qulu.  Qısa  deyirəm,  sıralamaq  istəmirəm.  Onun  üçün  nə 

vətən  var,  nə  həqiqət  var,  heç  nə  yoxdur.  Adam  kimdir  –  Yarı 

məxluq,  yarı  insan.  Həm  qarnının  quludur,  həm  də  bir  az  vətənini 

sevir. Vətəni sevir, ancaq vətəni uğrunda savaşmır. Həqiqət uğrunda 

savaşmır, ölmür vətən uğrunda. Onun da ipinin üstünə odun yığmaq 

olmaz.  Çünkü  bu  adam  vətən  sevgisindən  danışar,  danışar,  sən  ona 

bel  bağlayarsan,  güvənərsən,  gedərsən  vətəni  qorumağa,  arxadan 

sənə  güllə  çaxar.  Bizim  çağdaş  azərbaycanlılarımız  kimi,  müsəl-

manlarımız  kimi.  Asif  Ata  deyir  ki,  insan  öz  içindəki  müsbət 

keyfiyyətləri  tapmış  fərddir,  şəxsiyyətdir.  Ona  hər  mənada  güvənə 



 

304 


bilərsən. Heç bir vaxt o, xəyanət eləməz. Onun içində xəyanət eləyə-

cək bir şey qalmayıb. 



 

Hüsaməddin bəy: Belə çıxır ki, o sözlər şərti seçilib. 

 

Soylu  Atalı: Axı  adam,  insan  sözləri  təsadüfən  yaranmayıb. 

Nəyəsə əsaslanıb yaranıb. Adam, insan sözləri də nəyəsə əsaslanıb o 

biçimi  alıb.  Biz  bunun  içinə  girmədən  Asif  Atanın  ona  verdiyi 

keyfiyyətlərə üz tuturuq. Ümumiləşdirir, insana özünü tanıtmaq üçün 

o cür keyfiyyətlərlə sunur. 



 

Hüsaməddin  bəy: Birinci  dəfədir  belə  bir  izahatla  qarşılaşdım, 

tam mənası ilə dərk eləyə bildim. 

Bir  dəfə  dindarların  məclsində  cəsarət  elədim,  sistemi  pozmaq 

istədim, dedim ki, nə üçün Quran deyir ki, insan iradəsi azaddır, həm 

də allahın adından deyir ki, mənim icazəm olmadan heç bir şey baş 

verə  bilməz.  Bu  ziddiyyət,  təzad  nədir?  Cavab  o  oldu  ki,  biz  o  işə 

qarışa  bilmərik.  O,  böyük  alimlərin  işidir.  Sən  nahaq  o  sorunu 

verirsən. Bir də belə şey eləmə. Ancaq insan ilişdiyi bir şeyə izahat 

istəyir  axı.  Ona  görə  deyirəm  ki,  birinci  dəfədir  məsələlərə  bu  cür 

gözəl izah eşitdim. Kitabdan oxusam da, bu cür dərk eləməmişdim. 

Ocaqçılar  belə  açıqlamalar  verilməlidirlər  ki,  mənim  kimi  insanlara 

aydınlaşsın. 

 

Soylu Atalı: Baxın, deyir ki, insan iradəsi azaddır, bir də deyir ki, 

mənim  icazəm  olamdan  nələrsə  yapmaq  olmaz.  Bunu  dinin  adına 

bağlamaq  olmaz.  Çünkü  din  onu  demir.  Lap  götürək,  Asif  Atanın 

fəlsəfəsinin içinə girsək, orda da İnsan iradəsinin   azad olduğu vur-

ğulanır.  Söhbət  nədən  gedir.  Asif  Ata  arılmış,  durulmuş  şəxsiyyətə 

deyir insan. Onun iradəsi azaddır. Əgər o, insan olmayıbsa, əgər  o, 

kamilləşməyibsə, onun iradəsi azad deyil, onun iradəsi yanlışlar edə 

bilər, ziyan verə bilər. Beləsinə nəyisə yasaq da eləmək olar. Əslində 

dövlət  bunun  üçün  yarandı.  (Ancaq  o  başqa  məsələ  ki,  dövlət  öz 

mənasını  tam  ifadə  eləmədi).  Yalnız  yetkin,  kamilləşmiş,  mənasına 

bərabər yaşayan insan öz iradəsini ifadə eləyə bilər. Ancaq Adamlıq 

səviyyəsini  ötə  bilməyənin  iradəsi  isə  zor  yetirir,  qəbahət  gətirir, 

başqasını əzir, başqasını sıxışdırır. Ona nəzarət gərəkdir. Ona nəzarət 

üçün dövləti fikirləşiblər. 



 

305 


Ayaz  Şıxalıoğlu: Məndə  hikkə  yaradır,  deyirsiz  Quranda  belə 

yazılıb  filan.  Orda  heç  bir  iradə  azadlığı  yazılmayıb.  Əgər  orda  elə 

bir şey yazılsaydı, bəli, insan iradəsi azaddır, mən o kitabı öpərdim, 

heç bura gəlməzdim. 

Mirzə  Cəlil  İslamı  bilirdi,  ona  görə  “Danabaş  kəndinin  əhvalat-

ları”nı  yazdı.  O  ağrılar  indi  də  qalır.  Bu  gün  də  davam  edir.  Asif 

Atanı da Asif Ata eləyən həmin ağrılardır. Bəşərin ağrısıdır. 

Orda  yazır  ki,  biz  istəməyincə…  Allahın  adından  deyir,  o  deyir 

Cəbrayıla,  Cəbrayıl  da  Məhəmmədə  deyir.  Biz,  yəni  Allah.  Biz 

istəməyincə,  heç  bir  insanın  beyni  işıqlana  bilməz,  mən  yazdığımı 

başa  düşə  bilməz.  Biz  icazə  versək,  o  başa  düşəcək.  Ona  görə  də 

möminlərə  xitabən  deyir  ki,  görürsən  bir  adam  başa  düşmürsə,  siz 

ona  baş  qoşmayın.  Çünkü  Allah  özü  istəmir  o  başa  düşsün.  Onu 

Allah özü istəmir, ona görə də şər yolda da saxlayıb. Sən onu doğru 

yola  çəkmək  istəyirsənsə,  deməli,  Allaha  qarşı  çıxırsan.  Məntiq 

belədir. Allah özü istəyir ki, o elə şər yola qayıtsın. Tutaq ki, sabah 

bu adam qayıtdı haqq yoluna.  

 

 



Deyir ki, Allah istəməyincə o, haqq yoluna gələ bilməz. Bu adam 

qayıtsa belə, ondan da yenə bunun sözü göyərir ki, Allah istədi deyə 

o  qayıtdı.  Bunun  hər  iki  başında  bu  peyğəmbər  düzdür.  Qayıtsa, 

deməli Allah istədi qayıtdı. Qayıtmasa, deməli, Allah istəmədi. 

Mirzə Cəlildə eşşəyin itməkliyi var. Həsən əmi  getdi Naxçıvana 

Danabaş  kəndinə.  Getdi  eşşəyi  axtarmağa.  Karvansarada  Kərbalayi 

Cəfərdən  soruşur  ki,  eşşəyimi  görmədin  ki.  Deyir,  sənin  eşşəyin 


 

306 


içəridədir. Deyir, ver aparım. Deyir ki, ə, sən mənə eşşək vermisən? 

Lap sənin eşşəyin olsa da, mən sənə verə bilmərəm. Yeri get. Sonra 

Cəfər əmi buna baxır, görür yazıq adamdır. Deyir ki, bilirsən nə var, 

sənin  eşşəyin  burda  idi,  ancaq  götürüb  apardı.  Kim  apardı?  Deyir 

sənin kəndçin idi. Bilmirəm. Hara apardı, bilmirəm. Yenə soruşanda 

deyir  ki,  belə  cəhənnəmin  ortasına  apardı,  mən  nə  bilim.  Çıx  get 

burdan.  Bu  kişi  də  gəlib  oturub  söykəndi  divara.  Öz-özünə  danışıb 

deyir:  ay  Allah,  sən  bilirsən  ki,  mən  neçə  ildir  Kərbəlaya  getmək 

istəyirəm.  O  müqəddəs  torpağı  ziyarət  eləmək  istəyirəm.  Sənə  qur-

ban olum, sən görürsən bu köpəkoğlu gəlib mənim eşşəyimi aparır, 

sən buna necə rəvac verirsən? Sonra birdən deyir ki, ayə, mən nə asi-

asi  danışıram.  Bu,  Allaha  kəc  gələr,  ağır  gedər,  deməli,  bu  qurban 

olduğum özü istəmir də mən o müqəddəs torpağa gedim. Ona  görə 

də mənim eşşəyimi Xudayar bəy aparıb. Oğru gəlib apardı, demək, 

Allah istəmir ki, mən Kərbəlaya gedim. Onda belə çıxır ki, mən də 

eşşəyimi tələb eləməyim də. Halal xoşu olsun. Bu, Quranın qoyduğu 

məntiqdir… 

İlham bəy Allah sözü haqqında soru verir. 

  

Soylu Atalı: Bir var Allah sözü, bir var Allah anlamı. Allah sözü-

nü  7-ci  yüzildə  Məhəmməd  yaratdı.  Qureyşilərin  baş  bütünün 

adından götürdü. Bu da bir variantdır hər halda. Qədim Şumerlərdə 

Ellax  sözü  olub.  Ellax  yaradan  deməkdir.  Ancaq  mən  daha  çox 

üstünlük  verirəm  Əlillahın  adından  götürülənə.  Məhəmmədin 

Allahında  qureyşilərin  bütünün  keyfiyyətləri  özünü  çox  tapıb.  Bir 

çox  keyfiyyətlərini  axtar  Quran  ayələrində  görəcəksən  onu.  Allah 

anlamı nə vaxt yaranıb? Allah anlamı yaranıb Tanrıçılıqla. 7 min il 

öncəyə gedib çıxır. Tarixən axtarışlar ondan da öncədir… 



 

“Ailə  Günü”  Törəni  “Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”, 

“Atamız Var olsun!” səcdəsilə sona yetdi. 

  

Yağış Ayı, 37-ci il Atakənd. 



(noyabr, 2015. Bakı.) 

 

 



 
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə