Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

 

Soylu  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  İnam 

Ataya  –  Asif  Ataya  ali  səcdəylə!  Yağış  Ayının  29-da  “Ulufərəh” 

Ailəsinin “Ailə  Günü”ndə söz  deməzdən  öncə  Atamıza  səcdə  qılıb, 

Bayrağımızı  öpürəm.  Üç  gün  öncə  biz  Beyləqanda  səfərdə  olduq. 

Atagün Elində “Atagün” Ailəsinin Ailə Gününü keçirdik. Orada olan 

dostlarımız,  amaldaşlarımızla  görüşdük.  Həm  də  “Amal  Bağı”nı 

ziyarət etdik. “Amal Bağı”nda Asif Atanın ilk dəfə qoyulduğu torpa-

ğı ziyarət etdik. Hər dəfə mən o torpağı ziyarət edəndə içimdə başqa 

əhvallar  oyanır.  Niyə?  Çünkü  mən  Azərbaycanda  Ziyarət  ünvanımı 

tapıram. Min ildir biz Azərbaycanda ziyarət edəcəyimiz, ya da eləyə 

biləcəyimiz torpaq sanki olmayıb. Ulusumuz Azərbaycanda ziyarət-

lər  edir.  Ancaq  bu  ziyarətlər  Azərbaycana  özgün  deyil.  Azərbay-

canda elədikləri ziyarətlər əslində yadlığın daşıyıcılarına yönəlir. 

Bu gün Nardaranda ayağa duran adamlar nə deyirlər?! – Azərbay-

can İmam Hüseynin yurdudur. Hardan oldu İmam Hüseynin yurdu?! 

Azərbaycanı İmam Hüseynin sələfləri qanına boyamışdılar. 

Ya  da  gəlin  baxaq.  Ətağa  deyilən  ziyarətgah  ünvanı  var.  Böyük 

bir  ünvan  yaradıblar,  orada  məscid  tikiblər,  məqbərə  düzəldiblər. 

İnsanlar axın-axın gedib oranı ziyarət edir. Bu, Azərbaycanı ziyarət 

deyil  axı.  Bu  Ətağa  deyilən  birisinin  canı-cəmdəyi  Azərbaycan  ola 

bilər. Ancaq o, Azərbaycanda nəyi təmsil eləyir? Hansı fikri, ideyanı, 

düşüncəni təmsil eləyib? Bu cür ziyarətlər Azərbaycanda bəs qədər-

dir. Mən sadalamaq istəmirəm. Hadisəçiliyə gərək duymuram. Sizlə-

rin  bildiyiniz  pirlər,  filanlar  ziyarət  olunur.  Ancaq  bu  ziyarətdən 

insanlarımızın ürəyində işıq görünmür. İnsanlarımızın ağlı, düşüncəsi 

işıqlanmır.  İnsanlarımızın  ağlında  Azərbaycan  obrazı  formalaşmır. 

Məscidlərə gedəndə, pirlərə gedəndə, insanlarımızdan soruşun, görün 

onlar  hansı  təsəvvürlə  ora  gedirlər  və  hansı  təəssüratla  qayıdırlar. 

Onun  beynində  absurd  şeylər  canlanır.  Orda  Azərbaycan  yoxdur. 

Ancaq mən Atagünə ziyarətə gedəndə bütün aləm gözümün önündə 

bir Azərbaycan olaraq canlanır. Orada mən həm Azərbaycanın mənə-

vi  varlığını  duyuram,  həm  də  onun  gələcəyinin  işığını  duyuram, 



 

338 


görürəm. O ziyarət məndə o cür əhval yaradır. Ona görə mən ora çox 

gedirəm.  Bu  niyə  belədir?!  Ona  görəmi  ki,  o  torpağa  qoyulan  biz-

dəndir?  Ona  görəmi  ki,  o  bizim  şəxsiyyətimizdir?  Elə  deyil.  O 

şəxsiyyətin  varlığında  daşıdığı  hikmət  var.  O  hikmətin  adı,  anlamı 

Azərbaycandır. Ona görə ora mənimçün ciddi ziyarət ünvanıdır. Hələ 

ki, oranı bizlər ziyarət edirik. Ancaq Azərbaycan üzünü özünə tutdu-

ğunda, özünün həqiqətini anlamağa başladığında, öz kimliyinin fər-

qinə varanda ora, eləcə də Bakı, hamı üçün ziyarətgaha çevriləcək. 

Bilirsiniz,  əslində  Azərbaycanda  yaranan  bu  məsələlərlə  bağlı 

zaman-zaman  fikirlərimizi  demişik.  Bir  bölgədə  bir  nəfərin  olması, 

bir  düşüncənin  formalaşması  insanın  diqqətini  hara  dikir?  Uzaq 

gələcəyə,  dərin  həqiqətlərə.  Bizim  çalışdığımız,  çaba  göstərdiyimiz 

məsələlər  nəylə  bağlıdır?  Onunla  bağlıdır  ki,  Azərbaycanın  özündə 

Azərbaycanı  duyan,  düşünən  ağıllar  formalaşsın.  Elçin  bəy  bayaq 

vurğu elədi ki, bizə hər zaman sözü yasaq etdilər. Niyə yasaq etdilər 

və  niyə  edə  bildilər?  Çünkü  öncədən  başlayaraq,  bizim  bir  millət 

olaraq, ağzımızı bir yerə yığan ideya olmadı. Bizim içərimizə başqa 

ideyalar,  başqa  baxışlar  daşındı.  Başqa  ideyalar,  başqa  baxışlar 

daşındığına  görə  özümüzün  sözümüz  havadan  asılı  qaldı.  Qıraqdan 

gələn bizim içimizdə etkiyə çevrildi. Bizim öz sözümüz ya qulaqardı 

edildi,  ya  da  anlamsız  bir  şey  kimi  səsləndi.  Ona  görə  bizə  o  sözü 

yasaq  eləyə  bildilər,  sözü  bizdən  ala  bildilər.  Asif  Ata  niyə  eyni 

məsələnin  üzərində  ciddiyətlə  vurğu  eləyir:  İnsanlaşın  –  İnsanlaşdı-

rın.  Ya  da  tədbirin  başlanğıcında  Üstün  bacının  dediyi  “Ruh  üstə” 

içsəsi. Deyir ki, “Dünya hərcayidir, sən hərcayi olma. Dünya dağılsa 

da sən hərcayi olma”. Buna qıraqdan qulaq asan düşünər ki, burda nə 

var  ki,  bunu  mən  də  deyərəm?  Sən  onu  deyə  bilməzsən.  Niyə  deyə 

bilməzsən? O sadəcə bir anın, bir məqamın ortaya gətirdiyi söz deyil. 

O  böyük  ideyalardan  doğub  ortaya  gələn  və  ağlı  yönəltmək  üçün 

gələn  sözdür. Mən dönə-dönə  vurğu  edirəm,  həmişə müsəlmanların 

əlində bir tutalqa var. Deyirlər ki, İslam dini oğurluğa, əyriliyə qarşı-

dır. Mən bunu yazmışam, deyirəm mən anlamaq istəyirəm doğrudan 

da, insanların ağlına niyə bu cür yeridirlər bunu? Məgər 7-ci yüzil-

dən  öncə  bəşəriyyət  deyirdi  ki, oğurluq  yaxşı  şeydir?!  Demirdi  axı. 

Yəni bu ibtidai bir şeydir. İnsanlıqla bir yerdə yaranıb ortaya çıxmış 

sözdür. Nə qədər ki, insanlıq olub, bu söz deyilib. İnsanın mahiyyə-

tində var, onun alt yapısında var ki, oğurluq pis şeydir. Sadəcə niyə 

onların beyninə o cür yeriyib ki, bunu məhz İslam dini deyib? Çünkü 



 

339 


İslam dini özünün özül ideyalarıyla bu xalqın içinə gəlib və şüuruna 

oturub. Bu xalqın şüuruna oturduğu üçün tərbiyəvi nəsnələrin hamı-

sını içinə alıb. Nə deyirsən de, sənin daşıdığın bu dünyabaxışın altına 

yazılacaq.  Millətin  oğlu  kimi  yüksək  fikir  nə  deyirsən  de,  yenə  də 

sənin şüurunda,  qəlbində  daşıdığın  o  dünyabaxışın altına  yazılacaq. 

Baxın,  min  ildir  ki,  bizim  böyük  şəxsiyyətlərimiz  böyük  fikirlər, 

böyük  nəsnələr  səsləndirir.  Ancaq  hamısı  deyir  ki,  İslamda  bu  da 

deyilib,  “Quran”da  filan  şey  də  yazılıb.  Bunu  İslam  demir,  səninki 

deyir.  Ona  görə  də  nə  edirsən  et,  onun  içinə  özgün  olur.  Bu  qaçıl-

mazdır.  Çünkü  sənin  həyatını  qıraqdan  gələn  yönləndirir.  Sənin 

həyatını  o  baxış  yönləndirirsə,  həyatında tərbiyəvi  nəsnələrin  hamı-

sını o boyayacaq. Bunun ayrı anlamı yoxdur. Ona görə Asif Ata gəl-

di və öz Dünyabaxışını qoydu ortaya. Dedi: “İnsanlaşın  – İnsanlaş-

dırın! Bəşərin nicatı İnsanlaşmaqdadır!”. Bunun arxasında altı ideya 

var. İnsanı İnsan eləyən, milləti Millət eləyən, vətəni Vətən eləyən, 

bəşəri  Bəşər  eləyən  altı  ideya  var.  Görün  Asif  Ataya  qədər  bir 

Dünyabaxış daşıyıcısı dedimi ki, İnsanlaşın – İnsanlaşdırın! İnsanlı-

ğın ayrı-ayrı çalarları ilə bağlı məşğul oldular. Ancaq ideyanın əsas 

carı,  devizi  “İnsanlaşın  –  İnsanlaşdırın!”  olmadı.  Müsəlmanlıqda 

deyilir  ki,  bəndələşin,  Allaha  itaət  eləyin.  O  demir  ki,  İnsanlaşın  – 

İnsanlaşdırın.  İnsan  böyük  söhbətdir  axı.  İnsan  sözünün  içində  bir 

Allah hikməti var, gücü var. İnsan sözü Allah sözünə təndir. Niyə? 

Çünkü  insan  sözü  İnsanlıq  sözündən  törəyib.  İnsanlıq  isə  Allahlığa 

təndir. İnsan onu özündə daşıyır. Kainatın içsəl qüdrəti var. Bu içsəl 

qüdrətin  çalarları  var.  Bu  elə-belə  onun  bəndləri  deyil.  O  anlamı 

ayaqda  tutan,  o  anlama  yön  verən,  işıq  verən  çalarlardır.  Dünyalıq 

deyə  bir  məna,  eləcə  də  dünyalığın  İnsanlıq  deyə,  Həyatlıq  deyə 

çaları  var.  İnsanlıq  Allahlığa  təndir.  Yəni  kainatın  içsəl  qüdrəti  bir 

cəhətiylə  insanda  var.  Ona  görə  bizim  böyüklərimiz  –  Nəimimiz, 

Nəsimimiz  “Həqq  mənəm!”  deyirdi.  Düzdür,  anlayışların  fərqi  var. 

Ancaq  məna  doğmalığı  var  həm  də.  Ona  görə  də  Asif  Ata  öz 

Dünyabaxışını yaratdı ki, bizim içimizdə böyük söz otursun. 

Az  söz,  çox  söz  deyil  məsələ.  Əslində  söz  Mənanı  ifadə  elədiyi 

dərəcədə  az  olur.  Söz  biçimi,  hadisəni  ifadə  elədiyi  dərəcədə  çox 

olur.  Məna  birdir,  hadisə  mindir.  Bizim  ayrı-ayrı  söz  deyənlərimiz, 

ya  da  ziyalı  saydıqlarımız  nə  vaxt  çox  söz  deyir,  nə  vaxt  az  söz 

deyir? O vaxt az söz deyir ki, o, Mənadan danışır, özül məsələlərdən 

danışır. O vaxt çox söz deyir ki, o, olayları sadalayır. 



 

340 


 

 

Faktları sadalamaqla sona çata bilməzsən. Ona görə faktları sada-



lamaq  deyil,  faktları  doğuran  səbəbləri  demək  gərək.  Asif  Ata fakt-

ların səbəbini deyən sözü ortaya gətirdi. Məsələn, deyək ki, insanın 

içində əyilməsi. Bir eqoizm duyğusunun baş qaldırması. Mən insanın 

içində  onu  əyən  duyğudan  danışaram.  Bir  də  var  o  eqoizm  duyğu-

sunun yaranması, aşkara çıxmasıyla insanların törətdiyi əməllər. 30, 

40, 70 yaş yaşayan insanın əməlləri bəs qədərdir. O əməllər içəridəki 

hakim  duyğudan  başlayır  törəməyə.  Ya  da  insanın  içində  gözəl  bir 

fəzilət. Məsələn, Konyada Rumi ilə Şəms Təbrizinin ünsiyyətindəki 

o böyük hikmət kimi. Mən İnsanın içindəki o böyük fəzilətdən danı-

şaram. Bir də danışaram filankəs filan işi gördü, onu elə elədi (yaxşı 

işləri) və s. Çox danışa bilərəm. Bəzən onun içindəki hikməti göstə-

rəndə  iki  dənə  sanballı  örnək  göstərmək  bəsdir.  Artıq  bu  şəxs  bəlli 

bir  sima  kimi  sənin  gözlərinin  qabağında  canlana  bilər.  Bütün  fikir 

adamları, filosoflar, düşünərlər – hamısı sözlə bağlı bunların peşində 

olub. Yenə vurğu edirəm ki, kim nəyə nə qədər gəlib çatıb, nə qədər 

uzaqlaşıbdır, bu, məsələnin ayrı tərəfidir. Ancaq hədəf o olub. Bizə 

min  illər  o  tərəfə  sunulan  Sokrat  kimi,  Platon  kimi,  Fərabi  kimi… 

Bunların hamısının hədəfi onu tapmaq və insana öyrətmək olub. 

Gərək axtardığın həqiqəti özün ciddi dərk edəsən ki, sənin dedi-

yin sözün etkisi doğru olsun. Əgər mən özüm öz dediyimi dərk elə-

mirəmsə,  anlamıramsa  mən  kimi  hara  çağırıram?  Bu  gün  dünya  o 

durumdadır. Mən dünyanı qoyuram bir qırağa, Azərbaycandan bəhs 



 

341 


eləmək istəyirəm. Hər kəs çağırır, heç kim eşitmir. Ancaq hara çağı-

rır  bilmirsən.  Heç  özü  də  bilmir.  Bilsə,  müəyyənləşdirmək  olar  ki, 

filan məsələyə çağırır. Toplumsal çalışqanların içindən çıxanlar daha 

çoxdur. Bu ağılnan baxın, görün gəlib hara çıxırlar? Siyasətin, dinin 

öndərliyinə. Onlar o xətdə bəlli şeyləri bilirlər, təcrübə əldə eləyirlər. 

Ancaq  gəlin  görək,  onların  biri  özüylə  məşğul  olurmu?  Bir  nəfər 

özüylə məşğul olmur. Özünün idrakıyla məşğul olmur. O idrak ki, o 

idrak təkcə ona deyil, onun çağırdıqlarına yol göstərəcək. Öz mənə-

viyyatıyla,  inamıyla,  iradəsiylə  məşğul  olmur.  Məşğul  olmadığına 

görə  də  yalnız  hayda-həşirdə  əldə  elədiyi  təcrübələrlə  bizim  qarşı-

mıza çıxır. 

Bir dəfə söhbət əsnasında bir yaşlı kişi o birinin haqqında dedi ki, 

bunun həyat təcrübəsi daha çoxdur. Dedim mən sizin yaşınıza, mən-

liyinizə  toxunmaq  istəmirəm.  Sizin  yaşınız  çox  ola  bilər.  Ancaq 

deyin görüm, sizin həyat təcrübənizin adı nədir? Gördüyünüz həyat 

nədən ibarətdir? Dedi-qodu, qeybət, dalaşqanlıq, nə bilim nə. Sənin 

gördüyün  budur.  Bu  təcrübəni toplamısan  da sən.  Bundan  dərin  bir 

şey yox ki. Mən sənə olmalıdan bəhs edirəm. Mən sənə, Asif Atanın 

təbirincə  desəm,  Ali  həyatdan  bəhs  edirəm.  Ona  görə  o  təcrübə  yı-

ğanlar içəridən boş olurlar. Bizim siyasət meydanında da elədir. Niyə 

dağılırlar?  Ona  görə  dağılırlar  ki,  heç  kim  özüylə  məşğul  olmur. 

Olmadığına  görə  vaxtaşırı  eqoizm  baş  qaldırır.  Yalan,  fırıldaq  ərşə 

qalxır.  O,  bu  görür  və  deyir,  mən  niyə  bunun  oyununun  iştirakçısı 

oluram?  Ancaq  onların  ayrılıb  üzünü  tutduğu  tərəf,  dediyim  kimi, 

qıraq br qüvvə olur təəssüf ki. 

İndi qayıdıram o fikrimin üstünə. Bizim, toplum olaraq, içimizdə 

fikri,  ideyanı  yaradan  kimdir?  Çağıranları  eşitsək,  hara  gedirik? 

Çağıranların arxasınca gedirik çıxırıq Nardarana, İrana. Yəni molla-

nın  çuxasını  öpməyə.  O  məscidlər,  filanlar  bizi  ora  çağırır.  Ya  da 

gedirik,  vaxtilə  Atatürkün əyilib  çəkməsindən  öpmək  istəyən  ingilis 

kralının  varislərinin  ətəyini  öpməyə.  Bizə  yönəlik  çağırışlar  hamısı 

budur.  Bizim  içərimizdə  milli  kimliyi  möhkəmlədən,  milli  ləyaqəti 

yaradan, quran ideya, düşüncə sistemi yoxdur. Bu sistem olsa, onda 

mən  şəxsiyyətimi  tanıyaram,  dəyərimi  tanıyaram.  Övladıma  onu 

öyrədərəm,  onu  sunaram.  Onda  övladımın  yiyəsi  olaram.  O  mənim 

əlimdən çıxıb gedib İranın Xorasanında, Qumunda eyitim alıb, ora-

dan cibini narkotiklə dolduraraq gəlib Bakıda olaylar törətməz. 


 

342 


İndi burda Ocağın üç-dörd Evladı var. Məsələ onda deyil. Söhbə-

tin  başlanğıcında  da  vurğu  eləyirsiniz  ki,  toplantı  odasının  həcmin-

dən, ya da ora gələnlərin sayından asılı deyil məsələ. Mən də o fikir-

dəyəm. Yetər ki, burada say qurumasın. Say içəridən bərkisin. Sayın 

idrakı möhkəmlənsin. Fərəhli çağırış, fərəhli haray yaransın içəridə. 

Xalqının, gəncliyinin içərisinə çıxsın, söz desin. 

Bu  gün  bu  balaca  odada  hansı  işıq  yanır,  bu  işıq  insanlara  nəyi 

göstərə bilir?! Göylü sözünün öncəsində dedi. Tanımayan adam üçün 

o söz gurultulu görünə bilər: “Bu gün Azərbaycanda yeganə dirəniş 

göstərən  qüvvə  Asif  Atanın  Ocağıdır”.  Qıraqdan  görən  düşünər  ki, 

Asif  Atanın  Ocağı  nə  boyda  gücdür  ki,  dirəniş  göstərir.  Məsələ  o 

deyil.  Deyək  ki,  Nardaranda  baş  verən  olaylarda  gedib  polisi  əvəz 

edəsi deyilik ki. Şüur, düşüncə məsələsi var, onu dəyişmək məsələsi 

var.  Şəxsən  mənim  Azərbaycanda  keçirdiyim  görüşlərdə  gəncliyi 

belə işlərdən geri çağırıram. O fəlakətləri, onun mahiyyətini açıram. 

Sənin dini duyğularını zəbt eləyirlər, dini duyğularından istifadə elə-

yib səni yurduna, millətinə, dövlətinə qarşı qaldırırlar. Səni öz xalqı-

nın  yağısına çevirirlər.  Bacarırsansa,  yaxanı  mənim  əlimə  ver. Mən 

səni  uçuruma  aparmayacam.  Səni  böyük  şəxsiyyətə  çevirəcəm… 

Asif Atanın ideya, prinsipləri ona görə bənzərsizdir, qüdrətlidir. Altı 

ideyanın altısı da bütün bəşəriyyət üçün çox ciddi, əsaslı bir bazadır. 

Biz ona çalışırıq.  

 

 

 



 

343 


Zaman-zaman  hər  bir  insanımızla  üz-üzə  oturub  onun  yurdunun 

mahiyyətini  ona  deyə  bilirik.  Onun  millətinin  ləyaqətini,  kimliyini 

ona göstərə bilirik… 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

Atamız Var olsun! 

 

Gülnarə xanım: Tədbir çox xoşuma gəldi. Çox sağ olun. 

 

 

 



Ailə  Günü  “Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”,  “Atamız  Var 

olsun!” səcdəsiylə sona yetdi. 

 

Sonra çay süfrəsində çoxyönlü fikir bölüşümləri oldu. 

 

 



Sərt Ayı, 37-ci il. 

(dekabr, 2015.) 

 

 

 



 

 

 



 

 

344 


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Nurtəkinin Yükümlüsü olduğu “Uluyol-Hünər”Ailəsinin 

37-ci ildə IX “Ailə Günü” törəninin 

Gediş yazısı 

 

Gün:   30 Yağış Ayı; Yer:  İnam Evi (İçərişəhər); Başlanır: saat 15.00 

Törən  Odası  Ocaq  ruhunda  hazırlanır.  Hazırlığa  sorumlu  Ulusəs 



Atalıdır. 

“Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlanır. 



  

Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə uğurlaması dinlənilir. 

  

Törən qonuları: 

Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. 

Əməl qutsallığına yetmişəmmi? 

Dünyanın türkə yağılığı və Türk millətinin özünün özünə yağılığı. 

  

Törənə qatılanların da düşüncələri dinlənilir. 



  

Qutsal  Oxuma:   “Sədaqət”  kitabından  oxunur  və  Ata  fikirlərinə  Evlad 

açıqlaması verilir. 

 

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, 



“Atamız Var olsun!”  səcdəsiylə “Ailə Günü” başa çatır. 

  

Carlar 

Ata İnamı – İnsan kimi özünütəsdiq qüdrətimiz! 

Ocaqçı ömrü – İnsanlıq üçün Ruhsal, Qutsal Aqibət örnəyi! 

  

Gediş yazısını yazdı: Nurtəkin Atalı 



24 Yağış  Ayı, 37-il. Atakənd. 

  

Qəbul olunur. 



                                          Soylu Atalı 

Mütləqə İnam Ocağının Yükümlüsü 

     

25 Yağış Ayı, 37-ci il. Saray-Soylu. 

 

345 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Uluyol-Hünər” Ailəsinin 

“Ailə Günü” toplantısında deyilmiş fikirlər 

 

 

 

Ocaq Günsırası ilə 30 Yağış Ayı, 37-ci ildə (noyabr, 2015) İnam 



Evində “Uluyol-Hünər” Ailəsinin  IX “Ailə Günü” toplantısı keçiril-

di. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı. 

“Uluyol-Hünər”  Ailəsinin  Yükümlüsü Nurtəkin   Atalı Ataya  səcdə 

ilə fikirlərini bölüşdü: Bu ayım Ocaq əməlləri baxımından çox olub.  

Tədbir  kitablaşdırmışam,  Soylu  Atalının  çıxışının  görüntüsünü 

hazırlamışam,  yazılar  korrektə  eləmişəm.  Doğrusu,  keçən  Ailə  Gü-

nündən  özümü  belə  kökləmişdim  ki,  ömrümdə  bir  çox  şeyləri  ta-

mam, sistemli şəkildə dəyişməliyəm. Ancaq arzularım qarşımda qoy-

duğum tələblərlə üst-üstə düşmədi. Amallaşmam da bu ay az olub. 

Qonumuz  –  “Əməl  qutsallığına  yetmişəmmi?”  Ocaq  yönündə 

gördüyüm bütün əməllər məni sorumluluğa kökləyir və Ocağa daha 

çox  bağlayır.  Əməl  qutsallığı  odur  ki,  öz  içində  başlanğıcdan  axıra 

qədər  onu  yaşadasan.  Düşüncələrindən,  yaşamından  gələn  və  tama-

milə  umacaqsız,  özünün  olanaqlarını  ötərək  ləyaqətlə  çalışasan. 

Bütün Ocaq əməlləri fərəhlidir. Çünkü Amala qulluq etdiyi üçün qut-



 

346 


saldır.  Amalı  təsdiq  etdiyi  üçün  qutsaldır.  Mənim  həsrət  çəkdiyim 

əməl xalqlaşma əməlidir. Bu olanağımın olmaması da bəzən məndə 

əhvalsızlıq yaradır. İnternet üzərindən söhbətlərimi artırmışam. İstə-

yirəm yeni adamlar cəlb edəm. Ocaq üstə söhbətlər də məndə yeni-

lənmə halı yaradır. 

İndi yazılarımı oxumaq istəyirəm. 

 

xxx 

Amal üstə düşünməyə zaman yoxdursa, deməli, yaşamağa zaman 

yoxdur! 

xxx 

Şər  adama  elə  doğmalaşır  ki,  şərdən  ayrılmaq  özüdən  ayrılmaq 

qədər ona dəhşətli görünür. 

Millətimizin  din  şəri  var  –  özgə  peyğəmbərə,  özgə  dinə  bağlan-

mağımız bizi böyütmədi, kiçiltdi. 

Dil şəri var – özgə dilində danışmağı sevməyimiz adlı. 

Mədəniyyət şəri var – özgə mədəniyyəti özümüzünkündən üstün 

bilməyimiz, ağız suyu axıtmağımız. 

Özgələşdikcə  özümüzə  yadlaşdıq,  şərə  doğmalaşdıq.  Özgələş-

dikcə  dəyərlərimizi  unutduq,  sabahımızı  qurmadıq.  Özümləşmək 

gərək ki, yox olmaq qorxusundan qurtulaq. 

xxx 

Böyük düşüncələrlə yaşayanda zamanın axdığını yox, yaşadığımı 

görürəm. 

xxx 

Tələb böyüdükcə, əməl də böyüyür. 

Tələb yetkinləşdikcə, əməl də yetkinləşir. 

Tələb artdıqca, əməl də artır. 

  

xxx 

Yeni yol. 

Siyasətlərini ölüm üstə, öldürmək üstə doğruldurlar. 

Dinlərini öldürmək üstə doğruldurlar. 

Öldürməklə öz yolunu doğrultmaq olmaz. Yaşatmaqla, yaratmaq-

la özünü doğrultmaq olar. 



xxx 

Dində  adam  öz  günahı  qarşısında  sorumludur.  Ömrü  boyunca 

günahdan çıxması üçün yalvarmalıdır. 


 

347 


İnamda  insan  –  İnsanlıq  qarşısında  sorumludur.  İnsanlığın 

yaşaması üçün insan özündəki və həyatdakı Adamlıqla savaşmalıdır. 

 

xxx 

Dünyada nifrət o qədər artıb ki, sevgi, şəfqət yersiz görünür. 

Yadlıq o qədər artıb ki, doğmalıq yersiz görünür. 

Hər şeyin öz yerini alması üçün Xeyir uğrunda  savaşmaq gərək-

dir. Onda şər yersiz görünəcək və yersiz qalacaq. 

  

xxx 

Toplum elə siyasallaşıb ki, siyasətin hökmündən, tələbindən çıxa 

bilmir. 


xxx 

Doğunun  halı. Ağa  dövlətlərin  bir-birinə  ağalığını  sübut  eləməsi 

üçün döyüş poliqonuna çevrilib. 

xxx 

Özünü özünə inandırmaq üçün özüylə savaş gərəkdir. Başqasına  

inandırmaq üçün sevgi və doğmalıq gərəkdir. 

 

xxx 

İnsanın  insana  sevgisində  insanın  dünyayla,  həyatla  uyumsallığı 

yaranır. Bu özü doğayla da uyumsallığı yaradır. 

Adamın adamla yadlığında, nifrətində həyatla, dünyayla, doğayla 

yadlaşma yaranır. 

Qonumuzla  bağlı  –  Dünyanın  türkə  yağılığı  və  türk  millətinin 

özünün özünə yağılığı. 

Keçmişə  baxıram.  Keçmişimlə  öyünürəm,  həm  də  acıyıram.  Bu 

qədər böyüklüyü olan xalq niyə bu durumdadır? Niyə Atanın dediyi 

kimi,  öz  böyüklərinin  arxasınca  gedə  bilmədi,  peyğəmbər  vermədi, 

özgələrə yaradı, özünə yaramadı?! 

Keçmiş arxada qaldı deyə bilmirəm. Çünkü keçmişin yanlışlarını, 

millət  olaraq,  bu  gün  yaşayıram,  sabah  da  yaşayacağımdan  qorxu-

ram.  

Dünyanın  türkə  yanaşması  biranlamlıdır.  Türk  gücünü  göstərdi, 



dünya  o  gücün  dirçələcəyindən  qorxduğu  üçün  türk  toplumlarını 

parçaladı,  assimilyasiyaya  uğratdı,  özünə  yadlaşdırdı,  dəyərlərinə 

yadlaşdırdı, böyüklərinə böhtanlar atıb gözdən salmağa çalışdı. Təəs-

süf ki, dünyanın bu havasına türk toplumları uydu.  Nə özünü gördü, 



 

348 


nə  də  ona  olan  yanaşmanı  qiymətləndirə  bildi.  Çünkü  özgələşdikcə 

öz  keçmişini  görmək  olmur  və  gələcəyi  görmək,  gələcək  uğrunda 

çalışmaq da anlamsız görünür. Sanki belə olub, belə də qalmalıdır.  

Dünyanın axarı, gedişi nədirsə, o axınla da gedilməlidir. Olduqca 

mürəkkəb,  çətin  və  çıxılmaz  görünən  bu  durum  Atanın  dünyabaxı-

şıyla işıqlanır. Atanın “Günahkar xalq” adlı yazısı var. Ata xalqımı-

zın  günahlarını  sayır  və  sonda  “O,  günahını  Amal  suyuyla  yumalı-

dır!” deyir. 

Özünə  yağı  olmaq  asandır.  Sənə  veriləni  alırsan,  təlqin  edilənin 

arxasınca gedirsən, çalışmırsan, düşünmürsən, ağrımırsan, acımırsan. 

Özümləşmək üçün isə həm özünlə savaşmalı, həm sənə yanaşma ilə 

savaşmalı,  həm  də  gələcəyini  qurmaq  üçün  yolundakı  əngəllərlə 

savaşmalısan.  Türk  millətinin  özünə  yağılığı  bərkiyib,  daşlaşıb.  O 

qayanı yarmaq üçün Amal səbri, qətiyyəti, inamı və inadı gərəkdir.  

Atamız Var olsun! 

 

 



İnamlı Atalı Ataya səcdə ilə sözünə başladı: Bu ay ilk dəfədir ki, 

Ocaq ədəbiyyatı oxuya bilmədim. Sağlığımla bağlı halım olmadı.  

Bireysəl sorunlarım vardı, onların dalınca qaçmalı oldum.  Amal-

laşmayanda kamilləşmə də olmur. 

Bir oxula cəhd elədim ki, xalqlaşma əməlini gerçəkləşdirim. Oxul 

direktoru Atanı tanıdı, Atanın öyrəncisi olub çağında. Ataya  sayğısı 

vardı. Ancaq görüş üçün razılıq vermədi. Hansısa tədbirlərinin içində 


 

349 


bizə çıxış üçün söz verə biləcəyini dedi. Bu da təbii ki, bizim üçün 

çox azdır, dardır. 

“Gediş Yazısı”nda sorğu var: “Əməl qutsallığına yetmişəmmi?”. 

 Mən Ocaqda Soylu Atalı qədər, Nurtəkin qədər, Göylü qədər iş-

lər  görməmişəm.  Mənim  əməlim  xalqlaşma  ilə  bağlı  olub.  Gücüm 

yetən qədər xalqlaşmanın dalınca qaçmışam. Soylu Atalıya görüşlər 

təşkil etmişəm. Bundan başqa Ocaq əməlim olmayıb. Haqqım yetmir 

ki, əməl qutsallığım haqqında danışam. Yetməmişəm, çünkü o əməli 

mən yerinə yetirməmişəm. 

 

Nurtəkin  Atalı: Özünün  gördüyün  əməlləri  küçümsəmək  də 

olmaz. Çünkü sənin səfər təşkil eləməyin olub. Xalqlaşma əməllərin 

olub.  Başqa  yöndə  əməllərə  cəhd  eləməmisən,  o  başqa.  Mən  özüm 

hansı əməli ki görürəm, onu tədbirdə ifadə eləyib aça bilmirəm. Hər 

gördüyün əməlin nə hallar yaratdığını açmaq olar. 

 

İnamlı  Atalı: Xalqlaşma  əməli  mənim  içimdən  gələn  doğal  bir 

tələbdir.  Xalqlaşma  əməlinə  həmişə  ürəklə,  həvəslə  gedirəm.  Hətta 

Soylu  Atalı  bir  dəfə  vurğuladı  ki,  İnamlı  oxula  elə  gedir  ki,  sanki 

özünün evinə gedir. Gedib qapını açacaq. O anlamda əməl hünərinə 

yetmişəm. O inam, inad məni aparır ki, mən həqiqəti deməyə gedi-

rəm. Ata Amalıyla gedəndə orda mənim qarşıma elə bir şey qoyul-

mayacaq ki, onun qarşısında aciz qalım. Çünkü biz həqiqəti deyirik. 

Ancaq  başqa  Ocaqçılarla  tutuşdurmada  mən  çox  az  əməl  görürəm. 

Güntayın özü, baxmayaraq ki, az müddətdir Ocağa gəlib, onun Ocaq 

əməli məndən daha çoxdur. Özümə söz vermişdim ki, bu il xalqlaş-

mam  daha  çox  olacaq.  Çünkü  dünya  gün-gündən  pozulur.  Ocaq  bu 

qüvvənin qarşısında az görünə bilər. Bu gün istər siyasal həyasızlıq, 

istər dinsəl həyasızlıq, sosial həyasızlıq o qədər artıb ki, insan onun 

qarşısında çox aciz görünür. Sanki bütün dünya bu tora düşüb. Dün-

yanı  bilərəkdən  salıblar  bu  tora.  Dünya  düzənini  bu  günə  salmaqla, 

insanı zəlil günə salmaqla, hərə öz istəklərini həyata keçirir. 

Bu  səhər  bir  nəfərlə  söhbət  etdim.  Söhbət  Nardaran  olaylarına 

gəlib  çıxdı.  İşdə  də  o  haqda  söhbətlər  gedir.  O  adam  bizim  millətə 

qarşı  ifadələr  işlətdi.  Mən  də  Atanın  Azərbaycanımız  –  Azərbay-

canlığımız  üstə  yazısını  açdım.  Yörəmizdə  olanların  da  diqqətləri 

məndə idi. Deyirəm, bu kimi dəyərlərimiz var, ancaq biz yenə də bu 

xalqı  söyürük.  Heç  görmüsünüzmü  ki,  bir  erməni,  bir  alman  özünü 

söysün,  hansı  ki,  bizim  qədər  dəyərləri  yoxdur.  Bu  gün  məqsəd 

dəyərləri türkün gözündən salmaq, özünü öz gözündən salmaq, sonda 

əliyalın qoymaqdır. Nardaran olaylarının arxasında duran qüvvə dini 


 

350 


əlində araç edəndir. Özləri artıq o qənaətə gəlirlər ki, din siyasətdir. 

Məqsəd  də  İranın  Nardaran  araçılığıyla  Azərbaycanı  qarışdırması, 

sabitliyi pozmasıdır. Arada milli kimliyimiz gedir. Mənə deyirlər ki, 

niyə sən dini qəbul eləmirsən, imam Hüseyni qəbul eləmirsən. Deyi-

rəm,  İmam  Hüseyn  kimdir  ki?!  O  şəxsin  sənə  nə  özgünlüyü  var? 

Deyirəm  imam  Hüseynə  tapınan  adam  sənin  polisini  öldürür.  Sənin 

varlığına kölgə salır. Onlar sənin bağımsızlığını qəbul eləmir. Onla-

rın  məqsədi  Azərbaycanda  din  dövləti  qurmaqdır.  Necə  ki,  İranda 

onların  arxadaşları  olan  fars  şovinistləri  milllətimizi  assimilyasiya 

edir, türklüyü məhv edir, burda da bu cür məhv edir.  Başqa cür sənə 

necə  anladılmalıdır,  biləsən  ki,  bu  din  sənə  qarşıdır.  İslam  bizə  nə 

gətirdi, bunu başa salırıq. İslam onu gətirdi ki, milli kimliyin silindi, 

biz özümüzə türk deməyə qorxuruq. Gərək müsəlman deyəsən. Azər-

baycanlı  deyirsən  gülürlər,  türk  deyirsən  gülürlər.  İslamçıyam,  mü-

səlmanam  deyəndə,  deyirlər  əlhəmdülillah…  İslamın türkə  vurduğu 

zərərlərdən türk haçağ ayılacaq? Bu gün Türkiyə dövlətinin  basinda 

duranların bilirsiniz ki, türkə özgünlüyü yoxdur. Ərdoğanı hakimiy-

yətə  gətirən  qüvvələrin  məqsədi  türk  millətçiliyini,  türk  sevgisini 

millətin ürəyindən  silmək, Avropanın əlaltısına çevrimək, – məqsəd 

budur.  Vaxtilə  türk  elə  güc  göstərib  ki,  Avropa  hələ  də  o  gücdən 

ehtiyat edir. 

Əslində Türkiyəni bu gün islamın əliylə vururlar. Rusiya Türkiyə-

yə qarşı embarqo qoyur – iqtisadi, siyasal. Çoxları deyir ki, Ərdoğan 

yanlışa yol verdi. Axı nə vaxta qədər Rusiyanın qabağından qaçaca-

ğıq? Rusiya imperiyadır deyə hər zorunu qəbul eləməliyikmi? 

 Ruhsal  açıdan  bu  qədər  haqqımız  ola-ola,  dünya  mədəniyətini 

zənginləşdirdiyimiz  bir  halda,  bizə  mədəniyətsiz  deyirlər.  Başqa 

mədəniyətə, başqa dilə üz tutmaq nə üçün?! 

Asif Ata həmişə vurğulayırdı ki, türk milləti öz peyğəmbərini tap-

malıdır.  Özünə  qayıtmalı,  özümlüyünü  yaratmalıdır.  Onun  keçmişi 

böyükdür.  Türkçülük  öz  keçmişindən  yapışsa,  dünya  türklə  barışa-

caq. Türk islamdan əl çəkməlidir. Türkün xilası öz İnamındadır, öz 

peyğəmbərindədir. Yad baxışlar ona ancaq faciə gətirir, faciə gətirə-

cəkdir.  Türk  özünü  itirə-itirə  gedir.  Qurtuluş  yolu  Atanın  qoyduğu 

Yoldur. Atamız Var olsun! 

Nurtəkin  Atalı: Biz  birey  olaraq,  xalq  olaraq  özgələşməyimizi 

ona görə görürük ki, Ata bizim  gözümüzü açdı. Ata olmasaydı, biz 

də  elə  hamı  kimi  düşünərdik  ki,  bu  axın,  bu  gediş  belədir,  belə  də 

olmalıdır. Soylu Atalı deyir ki, “Deyirlər belə gəlib belə də gedəcək. 

Biz deyirik yox, belə getməyəcək”. Biz onu dəyişdirməyə yönəlirik. 

Atanın “Ata Səsi” bitiyində belə bir fikri var: latın abesinə keçəndə 

abenin arxasınca Avropa mədəniyəti gələcək. Çağında rus abesindən 


 

351 


istifadə edirdik, ruslaşırdıq. Eləcə də dil, mədəniyyət. Hər bir şeydə 

özgələşdikcə  özümlük  yaddan  çıxır.  Gərəksiz  görünür,  yersiz 

görünür. 

İndi  biz  Ailəmiz  haqqında  danışaq.  Ailəmiz  Atanın  qoyduğu 

tələbləri tam ödəmir. Mən istəyirəm ki, Ailəçilərin arasında bir-birinə 

elə yanaşma olsun ki, mən sözümü deyə bilim. Mənim sözüm yarıda 

kəsilməsin.  

Mən  elə  fikirləşməyim  ki,  bu  sözü  deməliyəm,  ancaq  qarşımda-

kının xətrinə dəyəcək. Elə şeylər var ki, biz udmağı da bacarmalıyıq, 

güzəştə getməyi də bacarmalıyıq. 

Xalqlaşma  işinin  yaxşı  bir  cəhəti də  qorxunu  ötməyə  yardım  et-

məsidir. Müxtəlif xarakterli insanlarla görüşürsən, hərəsi bir qarşılıq 

verir.  Bu  çağacan  Xalqlaşmada  bizə  daş  atan  olmayıb,  dərimizi 

soyan  olmayıb,  çox  ciddi  dirənişlə  üzləşməmişik.  Ancaq  qıraqdan 

bizə  hər  bir  söz  deyilə  bilər.  Qıraqdakı  da  bizə  öz  düşüncəsiylə, 

baxışıyla  deyir,  səviyyəsiylə  deyir.  Yuxarıda  bir  fikir  dedim  ki, 

özünü özünə təsdiq eləmək üçün özüylə savaşmaq gərəkdir, başqası-

na  təsdiq  eləmək  üçün  savaşmaq  deyil,  səbir,  doğmalıq,  inam 

gərəkdir. Qarşıdakı məndə var olsun, mən də onda var olum. Belə bir 

yanaşma İnamlı ilə mənim aramda yaranmayıb. Biz ikimiz də düşün-

məliyik. Biz bunu yaratmalıyıq. İkinci bir yol yoxdur. Əgər biz bir-

birimizi dinləməyi bacarmırıqsa, bir-birimizin sözünü bütün hallarda 

götürə bilmiriksə, bunu aradan qaldırmağımız gərək. Acıqlı qalıb da 

yol  getmək  olmaz.  Özünü  görmə  ilə,  doğmalaşmaqla  yol  getmək 

olar. Mən kiməm, nə haldayam,  qarşımdakı kimdir, nə istəyir, niyə 

deyir. Onu da ciddi düşünmək gərəkdir. Yenə də deyirəm, biz qıraq-

dan çox ciddi təpkilərlə üzləşməmişik. Soylu Atalı çox üzləşib. Ata-

nın  üstünə  gedən  qədər  bizim  üstümüzə  gələn  olmayıb.  Nə  qədər 

psixoloji gərginliklər yaradıblar Ataya qarşı. 

Bununla belə Ata yenə də öz halındaydı. Heç bir şey onun halını 

etkiləmirdi.  Ata  deyir  ki,  dünya  nədir  ki,  o  sənin  halına  etki  gös-

tərsin.  Qıraqdan  bizə  söz  deyilə  bilər,  etki  göstərilə  bilər,  öz  halı-

mızda olmalıyıq. Ocaqçı kimi yaşayanda ömür onsuz da görünəcək. 

Hal, düşüncə elə zənginləşməlidir ki, bölüşdükcə bölüşəsən. 

 

 “Qutsal  Oxuma”  bölümündə  Asif  Atanın  “Sədaqət”  Bitiyindən 

parçalar oxundu. 

“Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”,  “Atamız  Var  olsun!” 

səcdəsilə törən sona yetdi. 

 Sərt Ayı, 37-ci il. Atakənd. 

(dekabr, 2015. Bakı.) 

1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə