Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

 

 

 

 

 

 

 

 

379 


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Ata-Ocaq ilsırasının 37-ci ili 

Ulufərəh Ailəsinin Sərt Ayı üçün Aylıq törəninin 

Gediş Yazısı 

 

Gün: 1 Qar Ayı;  Yer: İnam Evi; Başlanır: saat 14:00 

 

Oda  Amal  Ruhuna  uyğun  hazırlanır.  Gül-çiçək,  kağız-qələm,  foto 



və görüntü çəkilişləri üçün araclar. Hazırlığa sorumlu Üstün Atalıdır. 

Hamı: “Ata Ruhuna pənah gətirmişik!” – deyir. 

“Təbiətdəki  Mütləqlə  Gündüz  Təması”  Türkel,  “Ataya  Günorta 

Ricası”nı Üstün deyir. 



 

Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə Uğurlaması dinlənilir. 

 

Hesabat qonuları: 

1)

 



Amallaşma, Kamilləşmə, Xalqlaşma yönündən. 

2)  Xalq  öz  mahiyyətinə  –  Amal  yoluna  qayıtması  üçün  nədən 

başlamalıdır? 

Qonaqlara söz verilir. 



 

Qutsal oxuma: “Sədaqət”dən bir parça oxunur. 

 

“Ata Ruhunu ürəyimizdə aparırıq!”, 



“Atamız Var olsun!” səcdəsi ilə Ailə Günü sona çatır. 

 

Günün carı: 

Amal Fərəhi – Özünə bərabər yaşamaq – İnama sarılmaqdır! 

 

Gediş Yazısını yazdı: Üstün Atalı 



25 Sərt Ayı, 37-ci il. Saray-Soylu. 

 

Qəbul olunur. 

                                         Soylu Atalı 

Mütləqə İnam Ocağının Yükümlüsü 

 

      25 Sərt Ayı, 37-ci il. Saray-Soylu. 

 

 

380 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Ulufərəh” Ailəsinin 



“Ailə Günü” toplantısında deyilmiş fikirlər 

 

 



 

Ocaq  Günsırası  ilə  1  Qar  Ayı,  37-ci  ildə  (yanvar,  2016)  İnam 

Evində “Ulufərəh” Ailəsinin X “Ailə Günü” toplantısı keçirildi.  

Ocaq  quralları  yerinə  yetirildikdən  sonra  “Ulufərəh”  Ailəsinin 

Yükümlüsü Göylü Atalı Ataya səcdə ilə fikirlərini bölüşdü: Öncəliklə 

“xoş  gəlmisiniz”.  Bugünkü  tədbirin  İçrişəhərdə  keçirilməsi  nəzərdə 

tutulmuşdu. Ancaq  sağlıq  durumumla  bağlı  olaraq  burada  –  mənim 

evimdə  keçiriləsi  oldu.  Nədəninin  bu  olmasını  istəməzdim.  Ancaq 

doğrudan da, bir Ocaqçının evində Ailə Günü tədbirinin keçirilməsi 

şərəfdir. Bununla qürur duyuram. 

Gediş yazısında qoyulan qonularla bağlı söz deyim. Amallaşmada 

Atanın belə bir fikrini oxudum: “İnsan təbiətin basqısından çıxa bil-

di, cəmiyyətin basqısından çıxa bilmir. Təbiətin basqısından çıxmaq 

üçün  adam  olmaq  bəs  idi.  Cəmiyyətin  basqısından  çıxmaq  üçün 

İnsan olmaq gərəkdir”. 

Cəmiyyətin insana qarşı etkisi üzərində düşündüm. 

Əslində cəmiyyət təbiətin davamı idi. İlanlıq, tülkülük, canavarlıq 

başqa  biçimdə  davam  elədi  cəmiyyətdə.  Cəmiyyət  insana  qulluq 



 

381 


edən göründü, əslində özünə qulluq etdirdi. Canavarlaşdırdı, qamar-

lamağa,  haramçılığa  yönəltdi  ki,  yaşasın.  Tülküləşdirdi,  yalana, 

ikiüzlülüyə  alışdırdı  ki,  yaşasın.  İlanlaşdırdı,  –  bir-birini  sancmaq, 

birinin sözü o birinin boğazından keçməməyə alışdırdı. Təbəqə orta-

mı yaratdı bununla. Ağasan, ağalığını bil. Nökərsən nökər yerini bil. 

Sonucda şər yaşadı. 

Biz bu mövzuya dönə-dönə qayıtmışıq. Şər həyatdan silinə bilər-

mi?  Bunun  cavabını  da  vermişik  ki,  həyatdan  şərin  tamamilə  silin-

məyi mümkün deyil. Doğum var, həyat var. Yeni doğulanlar genlə, 

nəsillərdən gələn şər duyğuları da özüylə gətirirlər. Bu, cəmiyyətdə 

bu və ya başqa biçimdə aşkarlanır. Ancaq şərin etkisi insanda qurta-

rır, bu da fərdlərin aqibətiylə bağlıdır. Soylu Atalı demiş: “Şər insan-

da aradan gedir”. 

İçində  bulunduğumuz  sosial-iqtisadi-mənəvi  bir  boşluğun  fəsad-

ları  ilə  üz-üzəyik.  Dövlət  olaraq  da,  fərdlər  səviyyəsində  də  çaşbaş 

durumdayıq. Ümumiyyətlə, toplum olaraq nəzərdə tuturam. Getdikcə 

daha çox mənfi etkilərlə üzləşirik. Toplum boğazıyla imtahana çəki-

lir.  Psixoloji  travmalar  get-gedə  artır.  Səbəblər  bəllidir.  Toplumsal 

formasiyaların özü yanlış qurulub. Heç bir sahədə ölçü doğru deyil. 

Xalqa  xalq  kimi  baxılmır,  kütlə  kimi,  cəmiyyət  kimi  baxılır.  Ona 

görə də dövləti yönətənlərlə xalq arasında bağ yoxdur, birlik yoxdur. 

Biz  bunun  fəsadlarını  görürük.  Qanunları  sərtləşdirirlər,  ayrı-ayrı 

addımlara əl atırlar. Kütləni, əslində xalqı məngənə içərisində saxla-

maqla  hakimiyyətini  qorumağa  çalışır  dövlət.  Bu  da,  əlbəttə,  çıxış 

yolu  deyil.  Hara  üz  tutsan da  görürsən  ki,  böyük  qurtuluş  gərəkdir. 

Bu böyük qurtuluş tamamilə Ocaqla bağlıdır. Ciddi şəkildə ruhaniy-

yat işi getməlidir, Ocağın ölçülərinə üz tutulmalıdır. 

Özüylədöyüşümlə  bağlı  nəyi  demək  istəyərdim.  Xarakterimdəki 

daha çox tamahın etkisiylə üzləşdim, burda, təbii, başqa duyğular da 

var, mən bunu dönə-dönə demişəm. Təkrar qayıtmaq istəmirəm. An-

caq  halımda  qənaətcil  olmamaq,  mənim  xarakterimi pis  etkiləyən o 

duyğudan arınmağa çalışmışam. Düzdür, özümə dönə-dönə soru ver-

dim  ki,  bu  hazırkı  imkansızlıqdanmı  irəli  gəlir,  yoxsa  doğrudanmı 

bunu içdə oturuşdurursan? Görürəm ki, yox. Elə şeylər var ki, təcrü-

bə dərsini veribdir. Ağılla, düşüncəylə bu qənaətə gəlmişəm. Bu öm-

rümdə  ciddi  bir  sonucdur  həm  də.  Bəlkə  də  bu  adi  görünə  bilər 

kiməsə, ancaq mənimçün ciddidir.  


 

382 


 

 

Məni məndən alan bəlkə də öndə gedən duyğulardan biri bu olub. 



Pərakəndəlik, sorumsuzluq. Bundan da arınmağa çalışıram. 

Xalqlaşma  yönündən:  bu  günlərdə  iki  məktəbdə  olmuşam.  Hər 

ikisində Təhsil şöbəsinin icazəsini istədilər. 

Mən  hansısa  tədbirdən  sonra,  mərasimdən,  bayramdan  sonra 

köklənirəm,  qərar  verirəm  ki,  ciddi  şəkildə  xalqlaşmaya  başlama-

lıyam. Nə yazıq ki, bir çox hallarda həvəsi ötə bilmirəm. Bir gün, iki 

gün  hansısa  addımlar  atıram,  sonra  yenə  işə,  məişətə  bağlanıram. 

Düzdür,  tamamilə  Ocaq  işi  görmürəm  demək  olmaz,  bu  mümkün 

olan şey deyil, bəlli işlərim hər zaman var. Ancaq məndən gözləni-

lən, mənim özümdən gözlədiyim səviyyəni hələ yetirə bilmirəm. 



 

Soylu  Atalı: Ağıllanmısan  da.  Bir  vaxtlar  Göylünü  tutub  saxla-

maq olmurdu ki. Ancaq Ocağa ağıllanan adam yox, aşiqlənən adam 

gərəkdir. 

 

Göylü  Atalı: Bilirsən,  mərasimdə  də  mən  vurğuladım,  xalqlaş-

maya getmək üçün insan birinci növbədə getdiyi yerdən üstünlüyünü 

hiss etməlidir. Ruhən, mənən adamın fərəhi o qədər yüksək olmalıdır 

ki, getmək eşqi olsun. Əlbəttə, qıraq etkilərin rolunu bəhanə gətirmək 

olmaz. Bilirəm ki, hər şey özümdən asılıdır. 

 

Soylu Atalı: Razılaşmıram. Elə məqamlara toxundun ki, disskusi-

yaya çəkdin  məni. Razılaşmıram, çünkü hara gedirsənsə get, ən azı 



 

383 


sən  orda  Ocaq  biliyinlə,  Ocaq  əməlinlə  üstünsən.  Bu  həmişə  var. 

Səni  qane  etməyə  bilər  bu  üstünlük.  Ancaq  üstünlük  həmişə  var. 

Gözləmək, üstün, üstün demək, bu sənə əngəl olur. Üstünlüyü yarat-

maq necə olur ki?! Tutalım ki, sən özünü zəif həlqədə görürsən, bir 

az özünü az üstün sayırsan. Tərsinə, onda daha da çıxmaq gərəkdir. 

Çıxıb getmək o əngəli qırmaq gərəkdir. 

Sizin aglınıza bir fikir yeriyir ki, kütləvi görüşlər keçirək, məktəb-

də-filanda. Məktəb olmaya da bilər. Bir ayda ikicə adamla da görü-

şüb  söhbət  edə  bilərsən.  İkicə  adamla.  Bunu  az  say,  ancaq  heç  nə 

sayma.  Fərdi  görüşlərdə  quruculuq  var,  beynini  dəyişmək,  qəlbini 

dəyişmək,  duyğularına etki  göstərmək  ən  çox  fərdi  görüşlərdə  olur. 

İnkar eləmirik, kütləvi görüş çox gərəklidir. Çünkü insanların qulağı, 

beyni dolmasa sonra quruculuq üçün də addım atmır. Gərəkdir. An-

caq hər şeyi yalnız ona bağlamaq ki, bu yoxdursa, heç nə yoxdur, bu 

doğru deyil. İstənilən addım Ocağa gərəkdir. Bu işləri az say, ancaq 

özünü  onun  qarşısında  ruhsuz  görmə.  Özünə  mane  ola  bilərsən. 

Sonra, bundan çıxmağın bir yaxşı yolu da odur ki, hamınıza deyirəm, 

hamınıza deyəndə Günev istisnadır, son vaxtlar Güntay, Nurtəkin də, 

yerdə  qalanlarınıza  deyim  ki,  internetə  yalnız  və  yalnız  Ocağı 

yaymaq üçün girin. Mütaliəyə meyil edin. Kitaba üz tutun. Kitaba üz 

tutun, o sizi çox dəyişəcək. Mən kitaba üz tutanda xoşbəxt oluram. 

Dünən, məsələn, ikicə yarpaq oxumuşam, yazı qoymayıbdır ki, oxu-

yam.  Diqqətimi  çəkib  yazmışam.  Oxuduğumdan  çox  yazmışam. 

İkicə yarpaq oxumuşam, özümü o qədər xoşbəxt hiss edirdim ki. Nə 

oxuyursunuz  oxuyun  (böyük  şeyləri  deyirəm),  kimi  oxuyursunuz 

oxuyun,  böyük  ədəbiyyatlardan,  tarixdən,  fəlsəfədən  gedir  söhbət, 

Atanın özünü oxumaqdan gedir söhbət, nə oxuyursan oxu, onu sağ-

lam olaraq oxu. Düşün. Ancaq davamlı oxu, sistemsiz yox. Son vaxt-

lar  mən  özüm  mütaliəmi  sistemdən  çıxarmışdım.  Özünüzə  əngəl 

olmayın şüurunuzda, düşüncənizdə. İstəyim odur. 



 

Göylü Atalı: Burada qonu var: xalq öz mahiyyətinə, Amal yoluna 

qayıtması  üçün  nədən  başlamalıdır?  Məhdud  çərçivədə  götürsəm, 

məndən başlamalıdır. Mən var olduqca o da var olacaq. 

 

Soylu Atalı: Hə, bağışla, məhdud deyil, elə səndən başlamalıdır. 

 


 

384 


Göylü  Atalı: Böyük  anlamda,  əlbəttə,  ideyaya  söykənməlidir. 

Atamız Var olsun! 



 

Soylu Atalı: Sən ideyasan da elə. İdeya da səndədir, özünü dəyiş-

mək  də  səndədir.  Örnək  olmaq  da  səndədir,  yol  göstərmək  də 

səndədir. 

Maksimum  dərəcədə  idrak  qüdrətinə  yetin.  Bütün  əməl,  əməl-

sizlik hər şey idrak qüdrətinin qarşısında aciz qalır. Yenilir. Hər bir 

barışmadığın  səviyyə  idrak  qüdrətinin  qarşısında  yenilir.  Ona  görə 

idrak qüdrətinə yetmək gərəkdir. Bundan ötrü idrakla məşğul olmaq 

gərəkdir.  Ocaqçı  fikirləşməlidir,  daha  çox  idrak  qüdrətiylə  məşğul 

olmalı, yəni məsələn, oxumağı elə belə ötürmək üçün oxumaq olmaz. 

Özünə çoxsaylı sorular ver, işlət beynini. Görürsünüz, mənim özünə 

sorular  dəftərim  var.  Orda  yüzdən  çox  sorular  vermişəm  özümə. 

Verirəm  düşünürəm,  heç  cavabını  yazmıram  çox  vaxt.  Ancaq  düşü-

nürəm,  düşünürəm.  Lap  yaz  cavabını.  Yorulmamaq  üçün,  azalma-

maq  üçün,  usanmamaq  üçün,  hər  şey  üçün  idrak  qüdrəti  aşkarlan-

malıdır.  Atanın  dediklərinin  incəliklərinə,  dərinliklərinə  girmək  – 

adamı  dayanıqlı  edir,  davamlı  edir.  Çünkü  idrak  o  qədər  hərtərəfli 

işləyir, hər şeyi anlayır, hər şeyi sənə öyrədir, anladır onda görürsən 

fərəhin  yerə-göyə  sığmır.  Bizi  ayaqda  tutan,  mənəviyyatımızı  qoru-

yan  fərəhdir.  Fərəhlənmək  üçün  səbəb  olmalıdır.  Səbəbi  də  biz 

özümüz yetiririk. 

Niyə  deyirəm  ki,  idrak  qüdrəti  ilə  məşğul  olun,  mən  istəyirəm 

sizin ağzınızdan çığır-bağır yox, fikir, düşüncə baxımından od tökül-

sün. Ağzınızdan od tökülməsə, sabah dayanacaqsınız. Ağzınızdan od 

tökülmək o deməkdir ki, Atanın incəliklərinə girirsiniz hər an, dərin-

liklərinə  girirsiniz  və  tədbirlərə  çağırdığınız  insanlara  Atanı  verir-

siniz. İdrakınızın verimlilik qabiliyyəti artır. Öz aramızdır, açıq danı-

şaq, tədbirə gələn görsə ki, sən ağzını sürüyürsən, ay mən belə eləyə 

bilmədim  –  filan,  hər  dəfə  bunu  demək,  gərək  deyil.  Çıxın  ondan. 

Böyük  fikir  demək  gərəkdir.  Böyük  söz  demək  gərəkdir.  Sarsıdıcı 

söz demək gərəkdir. Gəlib sənə qulaq asan gərək sarsılsın.  

Gərək donsun heyrətindən. Onda Ocağa zaval yoxdur. Onda Ocaq 

gedəcək.  Qorxmayın  heyrətli,  vəcdli  danışmaqdan.  Vəcdli  danış-

maqda  təvazökarlıq  eləmək  gərək  deyil.  Təvazökar  olmaq  gərəkdir 

“Mən”də. Çünkü orda təvazökar olmayanda mənəmlik qabağa keçir. 

Orda Ocaq demək, ata demək, nə qədər Ocaq deyirsənsə, Ata deyir-


 

385 


sənsə,  bir  o  qədər  sən  varsan.  Çünkü  sən  Atadan,  Ocaqdan  qıraq 

deyilsən  ki.  Sən  nəyi  deyirsənsə,  sənin  düşüncən  nəyi  haraylayırsa 

sən osan. Ona görə haraylayın. 

 

Üstün  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 

Ataya  –  İnam  Ataya  ali  səcdəylə  sözümə  başlayıram.  Bayrağımızı 

öpürəm. 

Bu ay başqa-başqa mütaliəm olub. Eyni zamanda Atanın “Bədiiy-

yat”ından  oxumuşam.  Nəsə  içimdə  bir  ehtiyac  oldu  onu  oxumağa. 

Yaxşı bir hal onda oldu ki, oxudum, həm də onu bölüşdüm iş yoldaş-

larımla. Fərqli düşüncələr oldu. Ancaq elə bir ortam idi ki, bir az adi 

söhbətlər gedirdi. Mən birdən bunu oxudum və yaxşı bir hal yarandı. 

Ondan  sonra  daha  heç  kim  başqa  şey  danışmadı.  Ancaq  mən 

danışdım.  Əslində  demək  üçün,  təhlil  etmək  üçün  gərək  insanlarda 

bir  yön  ola.  O  öz  yerində.  Atanın  “Axilles  və  Priam”  yazısını oxu-

dum.  Orda  nəyi  ən  çox  vurğuladım.  Dünyanın  indiki  halı,  aydındır 

ki,  harda  oturursan,  hansı  çərçivədə  oturursan,  əsas  qonu  dünyanın 

indiki  halı  ilə  bağlıdır,  indiki  iqtisadi  böhranla  bağlıdır.  Çatış-

mazlıqlarla  bağlıdır,  yəni  hamının  dərdi  birdir.  Səbəb  nədir?  Səbəb 

odur ki, Atanın dediyi kimi, dünya böyük bir səhv üzərində qurulub. 

Hara  çevirirsən,  kimdə  günah  axtarırsan  axtar,  bu  səhv  üzərində 

qurulub. İnsanlıq üzərində qurulmayıb, ağalıq üzərində qurulub. Ata 

orda  bir  cümlə  deyir:  “dünya  böyük  səhv  üzərində  qurulub.  Gəl 

dünyanın halına ağlayaq”. 

Ata  bu  yazını  1984-cü  ildə  yazıb.  Ancaq  həyatın  bütün  dövrləri 

ilə səsləşir. Elə bu günlə də səsləşir. Üzdən baxanda gəlişmə olub. O 

dövrlə bu dövr arasında nə qədər fərq var. Ancaq insanların ağlında 

gəlişmə  olmayıb.  Şüurda  gəlişmə  olmayıb.  Hal  elə  həmin  haldır. 

Deyərdim  bəlkə  də  bir  az  geriləmə  olub,  nəinki  irəliləmə.  Mühari-

bədə  insan  simasını  ititrir.  Bütün  hisslərdən,  duyğulardan  məhrum 

olur.  Bəzən  sağ  qalmağa  çalışırlar,  nəyə  görə  sağ  qalmaq  deyirəm. 

Elə bir  durumda  ola bilərsən  ki, öldürmək  niyyətin  olmasın.  Ancaq 

özünü qorumaq, sağ qalmaq niyyətiylə addım atarsan. Bəzən də şan-

şöhrət  üçün.  İnsan  o  zaman  yırtıcıya  çevrilir.  Artıq  ölüm  adiləşir. 

Ağlın,  müdrikliyin  gücü  çatmayanda  qol  gücünə  davranmalar  olur. 

Bu münaqişələrin yaranmasının səbəbi nədir? Heç bir münaqişəni də 

müdrikliklə  həll  eləmirlər,  qol  gücünə  həll  eləmək  istəyirlər.  Silah 


 

386 


gücünə. Yəni bu, insani qaydalarla həll eləmək deyil, heyvani qayda-

larla, yırtıcılıqla həll eləməkdir.  

 

 

Birlik olan yerdə qol gücü heç şeydir. Ancaq bu gün o birlik də 



yoxdur. İnsanların içi boşdur. Yalniz ailəyə bağlılıq var. Milli hisslər 

yox  dərəcəsindədir.  Çünkü  öyrədilmir,  yaşanmır  hisslər.  Elə  buna 

görə  də  dünyanın  halı  ağlamalıdır.  Yeni  insanlar  yetişməli,  hər  şey 

sifirdan başlanmalıdır. Sizif əməyi kimi. Yenidən bir də başlayırsan, 

bir də başlayırsan. Bugünün halı budur. Elə bil hər gün yenidən baş-

lamalısan. O halla yaşamaq gərəkdir. 

O  yazıdan  mənə  iki  hal  çatdi:  insanların  halı  və  özümün  halım. 

Özüm  özümü  nə  dərəcədə  sevirəm,  nə  dərəcədə  qiymətləndirirəm. 

Özüm özümə yarayırammı? Özüm özümçün mövcud olmasam, baş-

qası  üçün  mövcud  ola  bilərəmmi?  Elə  bir  ömür  yaşamalıyam  ki, 

özüm öz gözümdə qalxım. Özüm özümün qədrimi bilim. Özüm özü-

mə möhtac olum. Mütaliə edəndə özümü sevirəm. Özümü qazanmış 

oluram.  Öyrəndiyimi,  ağlımın  yetdiyini  yetirmək  istəyirəm.  Öz  sö-

züm  olanda  yaşayıram,  var  oluram.  Ona  görə  də  dünyaya  gərək 

olmaq üçün özümdən yenidən başlamalıyam. 

Bir də orda “Qabil Etirafı” var. O yazını oxuyanda yaranan fikir-

lərim oldu. Kamil olan, qutsal olan Allah niyə belə dünya yaratdı?! 

Gözünü  açandan  yalvarır  bəndə.  Təhqirə  uğrayır,  alçalır,  mənli-

yini itirir, ancaq yenə də bu halı doğru sayır. Atanın “Qabil Etirafı” 

yazısı  tam  fərqli  baxışdır.  Çünkü  bəndə  baxışı  deyil.  İnsanilik, 

müdriklik tələbindən doğan baxışdır. Bütün dünya Qabili lənətləyir. 


 

387 


Ancaq Ata onun nədən yarandığını, səbəbini aydınlaşdırır. Ata bilir 

ki, mütilik xoşbəxtlik deyil. Qismət eybəcərliyi qatilə haqq qazandır-

mamalıdır. 

Şüurlara o qədər dərin yeriyib ki. Bu yaxınlarda Sarayda bir yas 

olayı vardı. Ölən adamı da mən tanıyırdım. Eşitdim uşaqların içində. 

Çox  təəssüf  elədim  ki,  cavan  adam  idi.  Öldürənin  də  bir  qohumu 

oxuyur  sinifdə.  Qayıtdı  ki,  müəllim,  onun  qisməti  ora  qədərmiş  də. 

Onun  alın  yazısı  bura  qədər  imiş.  Məni  elə  pis  etkilədi  ki.  Sən  öz 

qohumuna haqq qazandırmaq üçün gör nədən yararlanırsan. Qismət-

çilikdən. Onda belə çıxır ki, hər şeyə haqq qazandırmaq olar. Bütün 

murdarlıqlara,  bütün  çirkinliklərə,  bütün  o  yırtıcılığa  haqq  qazan-

dıraq ki, bunun qisməti imiş?! Əslində bəndəçilik ona gətirib çıxarır. 

Bütün o eybəcərliklərə haqq qazandırmağa gətirib çıxarır. 

İnsan  ona  görə  xeyirxah  olmalı  deyil  ki,  mükafat  qazanacaq. 

Kiminsə  gözünə  girəcək.  Cənnəti  qazanmaq  üçün  dəridən-qabıqdan 

çıxmaq eybəcərlikdir. Nəyə görə həyatımızdakı yaxşı əməllər səninki 

olur, pis əməllər isə yox. Səcdəyə layiq olan Allahın yaratdığı dünya 

niyə  bu  qədər  qanla,  zülmlə  doludur?!  Qabil  sonda  deyir  orda  ya 

Allahı öldürməliydim, ya da özümü. Allah yaşayırsa, deməli, bəndə-

lik də yaşayır. Əslində bu sözdədir onun mənası, məğzi. Bəndəni öl-

dürməklə onun yaratdığı o halı, ağıllardakı etkisini öldürmək olmur. 

Bəndəliyi ağıllarda öldürmək gərəkdir ki, insanı özünə göstərəsən… 

Ümumi halım yaxşıdır, fərəhliyəm. Mərasimi kitablaşdırıram. Yeni-

dən qulaq asıram. Yenidən bir çox şeyləri öyrənirəm. 

Geniş xalqlaşma işim olmayıb. Ancaq insanların içində söhbətlər 

elədikcə maraq yaranır. Bəzən sorular verirlər. Onda da yaxşı söhbət 

eləmək olur. Ancaq Soylu Atalı bayaq onu yaxşı vurğuladı ki, məq-

sədyönlü daha yaxşı olar. Mənim özümü çox dəvət ediblər. Özəllikcə 

də  iş  yoldaşlarım  ki,  gəl  bir  dəfə  oturub  söhbət  edək.  Hamı  indi 

qaçaqaçdadır,  işlə  bağlı  qaçır.  Onu  gələn  aya  planlaşdırmaq  istəyi-

rəm. Məqsədyönlü şəkildə evlərə, ailələrə getmək fikrindəyəm. 

Atamız Var olsun! 



 

Türkel  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 

Ataya  –  İnam  Ataya  ali  səcdəylə  sözümə  başlayıram.  Bayrağımızı 

öpürəm. 

Özümdə bir şey görürəm, daha doğrusu, hesabatlarımda. Hələ ki, 

tam  səviyyədə  hesabat  verə  bilmirəm  Ailə  Günlərində.  Bir  vaxtlar 


 

388 


özüylədöyüşümlə bağlı hesabatlarım olurdu. Ancaq indi Amallaşma 

yönündə  oxuyuram,  düşünürəm,  o  barədə  hesabatım  olur.  Son  za-

manlar Amallaşmanın məndə yaratdığı dəyişiklikləri izləyirəm. 

Bir  aşamada  Amallaşmam  yox  səviyyəsində  idi.  Bu  səbəbdən 

fikirlərim  ən  çox  özümü  qınamalar,  gileyli  əhvallar  üzərində  quru-

lurdu.  


Demirəm  ki,  o  hallar  içimdə  yoxdur.  Qalsa  belə,  Amalla  bağlı 

oxuduqlarım,  düşündüklərim  bu  halımı  yeniləyir  sanki.  Amallaş-

mamı, söz yox, tam, dolğun hesab eləyib onunla yetərlənmək olmaz. 

Bunun özünü də bir aşama hesab edirəm. Əvvəl özümlə bağlı ifadə 

elədiyim  düşüncələrim  kimi.  Ata  deyir,  insanın  göründüyündən, 

bilindiyindən artıq ola bilməsinə inanmaq gərək. Əsas olan içimdə bu 

inama  yetə  bilməyimdir.  Ondan  sonra  daha  böyük  aşamalar  aşmaq 

olar.  Mənim  indiki  yaşadığım  aşama  on  ildən  artıq  Ocaq  yolunda 

addımlayan biri üçün çoxdan keçilməli səviyyədir. 

Ay içində Amallaşmam iki yöndə olur əsasən. Biri Ocaq tədbir-

lərini kitabdan oxumaq, o biri tədbirin səsdən sözə çevrilməsi. Bu ay 

Ocağın iki tədbiri oldu. “Ruhani Səfər Günü” Törənini hələ yazma-

dığım üçün çox söz deməyəcəm, ancaq Bəşərilik Bayramı üstə bəzi 

fikirlərimi  demək  istəyirəm.  Ocaq  Yükümlüsü  ötən  “Bəşərilik  bay-

ramları”nın  birində  belə  bir  ifadə  işlətdi:  “Bayram  məna,  məzmun 

deməkdir.  İnsanı  özüylə  üz-üzə  qoymalıdır.  İnsanı  öz  mənası  ilə 

doğmalaşdırmalıdır”. 

Bu gün dünyanın qeyd elədiyi 2016-cı il hansı mənanı, məzmunu 

ifadə eləyir? Bayram hesab olunduğuna görə ağıllarda yalnız əylən-

cəyə meyil var. Ocaq 20-ci ildən bəri, yəni 17 ildir Bəşərilik Bayramı 

keçirir. Bayramda deyilən söz, çalınan saz insanı özüylə üz-üzə qo-

yur. Mütləq doğmalıq halı, yaşanılan sözün ifadə olunması bayramı 

öz məzmunu ilə zənginləşdirir. 

Səfər  Günü  mərasimindən  aldığım  təəssüratı  bir  neçə  sözlə 

deyim.  Ocaq  Yükümlüsü  söhbətlərinin  birində  Atayla  bağlı  bir 

məqamı  xatırlayır.  Bir  dəfə  Atanın  Bərdədə  görüşündə  arxada  out-

ranlar səs salır. Ata orda deyir ki, özünüzü apara bilmirsiniz, ağzınız 

əyilər. Ocaq Yükümlüsü deyir: “mən bunu hərfi mənada anlamışdım, 

doğrudanmı  Ata  elə  hesab  edir  ki,  hansısa  qüvvələr  adamın  ağzini 

əyər?! Sonradan anladım ki, dəyərə arxa çevirmək, xalqsızlaşdırmaq, 

xalqsızlaşmaq  ağzın,  qəlbin,  həyatin  əyilməsinə  gətirib  çıxarır”. 

İnsanlar  o  durumdadır  indi.  Getdikcə  əyintilər  çoxalır.  Yaşam  öz 



 

389 


mənasını itirir. Səfərlər insanları dəyərə yiyə durmağa, doğru yaşama 

çağırmaqdır. 

Tədbirlərdə,  əsasən  də  Səfər  Günü  mərasimində  İnamın  xalqa 

gərəkliyi fikrini bir daha özümdə təsdiqlədim. Ocaq Yükümlüsünün 

yenə belə bir fikrinə rast gəlmişdim: “ömrünü özündən sonrakı çağ-

lara həsr eləmək xoşbəxtlikdir”. 

Mən  Ailə  Günü  tədbirlərindən  oxuduqca  Ocaqçıları  fikirlərində, 

düşüncələrində,  yaşamlarında  xoşbəxtliyə  yetdiklərini  görürəm, 

doğrudan da, hər bir şey sabaha qulluq edir. Sabaha deyilən sözdür. 

Atamız Var olsun! 

Bayrağımızı öpürəm! 


Kataloq: wp-content -> uploads -> 2011
2011 -> Fərid Zeynalov stomatoloq, bds, dds şəxsi məlumat
2011 -> Kompüter şəbəkələri və telekommunikasiya vasitələri” fənnindən laboratoriya iŞİ №1 Simsiz şəbəkələrin təşkili, “Wi-Fi” haqqında
2011 -> Curriculum de pregătire în specialitatea
2011 -> Jan Pol Sartr Ürək bulantısı Roman
2011 -> Əziz möminlər, dünya tarixi ilk ən böyük doğum nəzarətini fironların timsalında görüb
2011 -> Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən təqdim edilən təlim modulları
2011 -> Frankfurt məktəbi
2011 -> Azərbaycanda sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
2011 -> Cartea de uraniu
2011 -> F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1

Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə