Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   31

 

 

Günev  Atalı: Mütləqim,  Müqəddəsim,  Ulu  Peyğəmbərim  Asif 

Ataya – İnam Ataya ali səcdəylə sözümə başlayıram. 

Bir-iki  kəlmə  ürək  sözlərimi  deyəcəm.  Birinci,  bu  bir-iki  gündə 

əhvalım  gərgin  idi, qarışıq  idi.  Elə  ehtiyac  vardı  Ocaqçılarla  görüş-

məyimə.  Bu  gün  birinci  zəng  gəldi.  Bizim  Elxas  adı  verdiyimiz 

Ocaqsevərdən.  Dedi  ki,  səni  axtarırıq.  Görüşmək  istəyirik  səninlə. 

Bir  vəhabi  var,  mən  onu  tanıyıram,  rayon  mərkəzində  yaşayır.  O 

hədsiz dərəcədə maraqlanır. Sizə gəlmək istəyir. Mən dedim ki, filan 

yerdəyəm.  Ancaq  mütləq  mən  onunla  görüşməyə  söz  verirəm.  Lap 


 

390 


özüm  də  gedərəm  o  harda  olsa.  Onu  da  dəvət  edərəm.  Ürəyi  necə 

istəyir seçər. Əhvalım onda bir az yaxşılaşmışdı.  

Ən adicə bir yük, bir ad verməklə ən küt bir adamın, inanın ki, o 

dərəcədə  həyatda  idrak  sarıdan  kütdür  ki,  heç  inanmırsan  ki,  o 

burdan ora hansı ağılla gedir. 

Ancaq onun içində qığılcım daim baş qaldırır, boy verir. Fəaliyyət 

göstərir.  Mən  bir  dəfə  demişəm,  o  iki  qardaşın  xalqlaşma  işi  gəlib 

məni  ötüb.  Bunu  bəlkə  də  bir  az  irəli-geri  demişəm,  ancaq  sözün 

özündə bir məna vardı. Çalışırdılar. Çalışmaq xatirinə çalışmayıblar. 

Maraqlıydılar son dərəcə. 

Bu  gün  bu  mənzilə  gəlmək,  təbii  ki,  buranı  Göylü  öz  varlığıyla 

qutsallaşdırıbdır, belə bir ünvana gəlməklə çox sevinirəm. Bu həm də 

mənim evimdir. Çünkü Ocağın bütün ünvanlarının hamısı qutsaldır. 

Bu baxımdan da fərəhim daha da artır. 

O qonuyla bağlı ki, xalqın öz ruhani halına qayıtması üçün neylə-

mək  gərəkdir.  Birinci,  xalqı  özüylə  üz-üzə  qoyub  özünə  tanıtmaq 

gərəkdir.  Xalq  özünü  tanımalıdır.  Durumunu  qiymətləndirməlidir. 

Həm siyasi durumunu, həm tarixdəki durumunu, keçib gəldiyi yolları 

və öz geriləmələrini. Bu xalq bu dərəcədə nədən düşdü? Niyə düşdü? 

Yəni xalq bu sorulara sənin vasitənlə cavab tapmalıdır. Onda oturuş-

malıdır.  Xalqın  dəli-dolu  fərdlərində,  düşünən  aydınlarının  ruhunda 

bu yönü, bu kursu vermək ki, biz həmişə özümüzü borclu bildiyimiz 

bir  yoldur,  bir  yöndür.  Xalq  ağır  durumdadır.  Ağır  durumu  nədən 

başlayıb?  Hansı  siyasi  geriliyindən  başladı?  Özümlüyünü  itirə-itirə 

yüzillər boyu gəldi. Bu da davam eləməkdədir. Bu gün-sabah 20 yan-

var olaylarını qeyd edəcəklər. 

Soylu  Atalı  demiş,  beş-üç  kəlmə  hərə  əzbərlədiyi  sözü  deyəcək, 

onunla da sağına-soluna boylanacaq ki, görüm məni alqışlayan var-

mı? Bununla da qurtardı. Bu faciələrin, fəlakətlərin səbəbini bilmə-

yənə qədər xalq yeni fəlakətlərlə üzləşəcək. Eləcə də bu, fərdə aiddir. 

Fərd fəlakətinin səbəbini bilmir, yeniləri də gəlir bir-birinin ardınca. 

Bir  də  görür  başının  üstündə  dağ  boyda  problemlər yığılıb.  Altında 

başlayır inildəməyə. Bu baxımdan özünü tanımayan, kamilləşməyən 

fərd xalqa söz deməyəcək. Çünkü öz içində özünü tanımayana qədər 

ki, mənim içimdə bu naqisliklər var. Bu naqislikərdən mən çıxmalı-

yam. Hansı yükü daşıdığımın fərqində olmalıyam. Odur ki, xalqımı-

zın,  millətimizin,  bəşərimizin  bəxtinə  düşüb  Asif  Ata.  Ona  görə 

Ocağımız var olsun! 



 

391 


Bir  də  Soylunun  Ocağa  gəlişinin  25  illiyi  haqqında  düşündüm. 

Mən Soylu Atalı haqqında həmişə istəmişəm elə bir tutarlı söz deyim 

ki,  bütün  tarixdə  qalsın.  Hələ  o  mənim  içimdə  yaranmayıb.  O  da 

yəqin  ki,  öz-özünə  yaranmayacaq.  Ancaq  Soylu  Atalı  haqqında  elə 

duyğularım var ki, mən gündə on dəfə onun başına dolanaram. İçim 

dolanır  da.  Çünkü  o  mənim  içimdə  həmişə  sarı  sim  kimi  çalınır. 

Mənim  yaranmağımda,  mənim  var  olmağımda  Soylunun  Ata  qədər 

əməyi  var.  Atanın  ideyaları  qədər  əməyi  var.  Ona  görə  “Yaşasın 

Ata!”  deyəndə  həm  də  içimdə  bir  nida  səslənir:  Yaşasın  Soylu! 

Həmişə  demişəm,  Soylu  Atalıdan  söz  düşəndə,  bölgələrdə  Soylu 

Atalı  şəxsiyyətindən  söz  düşəndə  demişəm  ki,  mənim  üçün  bəşər 

tarixində, Asif Atadan sonra ikinci şəxsiyyətdir. Var olsun Ata. Var 

olsun Ocağı! Var olsun Soylu! 

Asif Atanın cismən olmadığı dövrdən indiyə qədər bütün Ocağı, 

Ocaqçıları  necə  təpərlə,  necə  əzabla,  əziyyətlə,  hamımız  bilirik  ki, 

hər kəsin şəxsi qayğıları başından aşır. Çünkü bu cəmiyyətdə maddi 

yoxsulluq-filan Ocaqçılardan yan keçməyibdir. Eyni zamanda Soylu 

Atalının  özündən  də.  Ancaq  bu  gedişin  içində,  bizi  qoruya-qoruya 

daha  da  yetkinləşdirir.  Çətinə  düşdükcə  yetkinləşirik.  Mən  onu 

əməlli-başlı  həyatımda  da  hiss  edirəm.  Elə  bil  ki,  ağırlıq  gəldikcə 

mənə  bir  mətinlik  gəlir.  Çünkü  ağırlığı  qarşılayanlar  içində  mən 

hansı  duyğuda  olduğumu,  hansı  idrakda  olduğumu  görürəm.  Görü-

rəm hallarımda işiqlanma əmələ gəlir. Bunlarda Soylunun rolu bən-

zərsizdir. 

Atamız Var olsun! 

 

Güntay  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 

Ataya – İnam Ataya ali səcdəylə sözümə başlayıram və Bayrağımızı 

öpürəm. 


Ailə  Günündə  özümün  passiv  olmağımı  bilirəm,  görürəm.  Ailə 

Gününün  bu  gün  İnam  Evindən  qıraqda  olmağının  elə  bil  halıma 

etkisi oldu. 

Amallaşma,  Kamilləşmə,  Xalqlaşma  hesabatım.  Amallaşmam,  – 

Atadan  ayrı-ayrı  parçalar  oxumuşam.  “Mütləqə  İnam”  kitabını  on 

gün bundan qabaq yenidən başlamışam oxumağa. “İnsanilik” bölümü 

var  orda.  Məni indi tamamilə  ayrı  cür  etkiləyir.  Onu  işdə  oxumağa 

başladım.  Soylu  bəyin  də  bu  yaxınlarda  “Atanı  yenidən  oxuyun” 



 

392 


deməsi ilə həqiqətən gördüm ki, Yükümlümüz çatışanı, çatışmayanı 

yaxşı bilir. Bunu vurğulayır Ocaqçılara. 

 

 

Atanı  sistemli  şəkildə  yenidən  oxumaq  içimdən  keçir.  Geridə 



qoyduğumuz  ayda  mən  həm  də  Ənvər  Məmmədxanlının  “Babək” 

əsərini oxuyub bitirdim. Onu diqqətlə və sistemli şəkildə oxudum və 

dərk etməyə çalışdım. Elə dərk elədim də. Xoşuma gəldi əsər. Çünkü 

sirf xalqın başına gətirilən bəlalardan dolayı araşdırmalardır. 

Kamilləşməmlə  bağlı  demək  istəyirəm:  mənim  çox  qüsurlarım 

olub. Müəyyən məqamlarda irəliləyişlərim, sözsüz ki, var. Ancaq bu 

da  yüksək  səviyyədə  deyil.  Tam  kamilliyə  yetmək  üçün  qarşımda 

uzun bir yol var. Bu yolu keçməyə çalışıram. Boynumun borcu sayı-

ram bunu. Çünkü qarşımızda elə bir məsələ, elə bir yol var  ki, Ata 

bizim qarşımızda elə bir görəv qoyub ki, burda nisbilik artıq Ocağın 

özünə ziyandır. Bir az da öz sorumluluğumu özümə dərk elətdirmək 

üçün desəm, yerində qalmaq Atanın işinə xəyanətdir. Çünkü tam var 

olanı ortaya qoymaq gərəkdir. Bunu özümə aid edirəm. 

Xalqlaşma işim yenə sistemli şəkildə olmayıb. Bayaq Soylu bəyin 

dediyi  kimi,  az  sayım,  ancaq  yox  saymayım.  Ezamiyyətdə  oldum 

keçən  ay.  İki  gün  Gəncədə  oldum.  Orda  bibimin  ailəsi  var.  Sayca 

qələbəlik  ailədir.  Orda  yaxşı  Ocaq  söhbətləri  elədim  iki  gün.  Hətta 

üçüncü  gün  də  qalmaq  ehtimalım  vardı,  ancaq  qalmadım.  Onların 

gəlini  dinə  bağlı  ailənin  uşağı  olduğu  üçün  o  özü  dedi,  çox  təəssüf 

edirəm ki, gedirsən, sən bu gün də yaxşı söhbət edərdin. Ocaq insan-

ların  ağlına,  ürəyinə  oturur.  Tamamilə  onlar  yeni  bir  söz  eşidirlər, 


 

393 


yeni  bir  havayla  qarşılaşdıqlarına  görə  onlar  üçün  çox  şey 

gözlənilməz olur. 

Sonra Çilov adasında ezamiyyətdə oldum. İki gün içində orda da 

bəzi yoldaşlarla işlədim. Arif müəllimlə, Fərhad bəylə, Şirin adlı bir 

bəy  əfəndi ilə,  İlqar adlı  yoldaşla  geniş  söhbətlərim  oldu.  Şirin bəy 

dinə bağlı idi. O bəzi məqamlarla bağlı mənimlə razılaşmadı. Razı-

laşmadığını  isə  əsaslandırıb  deyə  bilmədi.  Buna  baxmayaraq,  sonra 

orda olan yoldaşlardan mənə salam göndərmişdi. Yenə də hörmətini 

o  yoldaşlar  vasitəsiylə  mənə  çatdırmışdı.  Xeyli  bəhrələndiyini  boy-

nuna  almışdı.  Sözsüz  ki,  mən  daha  çox  Soylu  bəydən  bəhrələn-

diklərimi verirəm onlara. 

Qonuyla  bağlı  demək  istəyirəm,  Günev  qardaşım  yaxşı  dedi. 

Xalqın  öz  mahiyyətinə,  Amal  yoluna  qayıtması  üçün  nədən 

başlamalıdır. 

Atanın  belə  bir  tələbi  var  ki,  “Din  İnamla  əvəz  olunmalıdır”. 

Çünkü din bir yaşam sistemidir. Bu sistemdə də biz yanılmışıq. Bu 

yaşam sistemi başqası ilə əvəz olunmalıdır. Bizim, deyək ki, böyük 

şəxsiyyətlərimizdən  Babəkimiz  xalqın  toxunulmazlığını  qorumaq 

üçün,  mayasını  qorumaq  üçün  önə  çıxmışdı.  Bu  əzm  qırıldı  9-cu 

yüzildə. Ondan sonra bu xalqın mayası qarışdı, bulandı. Xalqımızın 

başına  nə  qədər  bəlalar  gəlibsə,  ilk  qapını  açan  ərəblər  oldu.  Bunu 

biz hər yerdə də deyirik. Onlar bizim həyat sistemimizi ləkələməklə 

gözümüzdən  saldılar.  Biz  isə  xalqı  öz  mahiyyətinə  qaytarmaq  üçün 

çalışmalıyıq. Xalq heç nə eləyəsi deyil. Xalq bizik. Ocaq eləyəcək nə 

eləyəcəksə. Ocaq təmizləmə işiylə məşğuldur. İndən belə də məşğul 

olacaq.  Xalqın  dəyərlərinin  üzərinə  atılan  ləkəni  təmizləyəcəkdir 

Ocaq. Tanıdacaqdır öz mahiyyətini xalqa. İnanıram ki, xalqımız əsil 

mənada  məhz  Ocaqla  tanınacaq  dünyada.  Mən  bunu  dərk  eləyərək 

deyirəm.  Mən  yüz,  iki  yüz,  üç  yüz  il  sonranı  beynimdə  canlandırı-

ram. Çünkü inanmıram şərin təntənəsinə. Bu qədər.  

Atamız Var olsun! 

Bayrağımızı öpürəm! 



 

Göylü  Atalı: İndi  Yükümlümüzü  dinləyək.  Mən  qısaca  bir  şey 

demək  istəyirəm.  Çox  düşündüm  ki,  Soylu  Atalı  haqqında  nəsə 

danışım. Çətinlik çəkdim. Onun zəngin ömrünü sözlə ifadə eləməyə 

gücüm  çatmır.  Həqiqətən  ifadəyə  sığmır  Soylu  Atalının  varlığı. 

Həqiqətən  bəşəriyyətin  beş-on  qutsal  olayı  varsa,  onun  biri  bizim 


 

394 


üçün  Soylu  Atalının  ruhani  doğumudur.  Soylu  Atalının  bü  gün  bu 

xalq  üçün  gördüyü  iş,  bu  xalqa  verdiyi  ömür  onun  məbudu  Asif 

Atanın işi kimi zəngindir. 

 

Soylu  Atalı: Miladın  bayram  olunduğu  gün  “Ulufərəh”in  Ailə 

Gününü  keçiririk.  Bu  gün  biz  içimizin  sevgisini  dilə  gətiririk.  Özü-

müzün ötən günlərimizdəki yaşadıqlarımızın ləyaqətini dilə gətiririk. 

Bu  əslində  bir  bayram  ovqatına  çevrilib  bu  gün.  Mən  bunu  niyə 

vurğu  edirəm.  Çünkü  insanların  şüurunda  milad  bayramının  etkisi 

var. Bizim tədbirimiz bu günə düşdüyünə görə bizim bayramımızdır 

başqa  anlamda  yox.  Ocağın  istənilən  tədbirini  keçirmək,  Ataya  üz 

tutmaq, Atanın qarşısında dayanmaq  – özü bayramdır. Ona görə bu 

bayramımızda,  tədbirimizdə  söz  demək  üçün  Ataya  səcdə  edərək 

bayrağımızı öpürəm. 

Söhbətimi  ayrı-ayrı  düşüncələrinizə,  fikirlərinizə  yönəlik  başla-

maq  istəyirəm.  Ona  çox  böyük  ehtiyac  görürəm.  Fikirlərin  cilalan-

ması, düşüncələrin aydınlaşması baxımından. Ona görə də elə Göylü-

nün  fikrinə  üz  tutaraq  başlamaq  istəyirəm  ki,  Ocaqçı  Ocaqdan 

danışanda  xalqın  maariflənməsindən  bəhs  etməməlidir.  Maarifçilik 

Ocağın işi deyil. Mən, özünüz görürsünüz ki, Türkel Araşdırma Qu-

rumunun  toplantılarında  insanları  çağırıram,  onlara  üzümü  tuturam 

ki, maarifçilik getməlidir, onlar aparmalıdır. Ocağın işi maarifləndir-

mək deyil. Ocağın işi insanlaşdırmaqdır. Ocağın işi xalqlaşdırmaqdır. 

Maarifçilik azdır. Maarifçilik adamın gözünü açır, bilgi verir.  

 

 


 

395 


Nələrisə  öyrədir.  Ancaq  Ocaq  yaşama  gətirir.  Yüksək  yaşama 

gətirir, çağırır, bağlayır. Xalq olmağa bağlayır, bəşər olmağa bağla-

yır.  Maarifçilik  Ocaq  üçün  az  olduğuna  görə,  Ocağın  ona  vaxt 

ayırmasına gərək yoxdur. 

Sonra Üstün bir az məşğul olan kimi, düşünən kimi açılır. Ağlı da 

açılır, sözü də ortaya çıxa bilir. Nitqi də görürsən bəlli bir şəklə dü-

şür.  Demək,  məşğul  olmaq  gərəkdir.  Demək,  davamlı  şəkildə 

işləmək gərəkdir. 

Niyə mən idrak qüdrətindən söz saldım? Biz görünən olayları sa-

dalamalı deyilik. Biz görünən olayları yalnız bir məqamda dilə gətirə 

bilərik.  Bütün  məsələlərin  incəliklərinə  girib  onu  izhar  eləyəndə. 

Məsələn, insan kimdir, Allah kimdir, həyat nədir? İncəliklərinə gir-

mək gərəkdir. Çünkü üzdə olan olayları biz vurğulayırıq. Onu bizim 

ünvanımıza gələnlər də bilir. Əgər biz onu sadalamaqla sınırlansaq, 

Gələnlər bizdən çox sadalayacaq. Çünkü onlar bizdən daha çox fakt-

lar bilirlər. Çünkü onlar ancaq fakt oxuyurlar, fakt araşdırırlar. Fakt 

öyrənirlər.  Məsələn,  tutalım  ki,  təhsildə  filan  şeylər,  qəbahətlər,  sə-

hiyyədə  filan  qəbahətlər.  Həyatda  gördüyümüz  filan  qəbahətlər. 

İnsanların bir-birilərinə yanaşmasında filan qəbahətlər. Bunları sada-

lamaq  yox,  açmaq  gərək.  Açanda  onda  biz  bizə  üz  tutanlara  yeni 

nəsə verə bilərik. O bizim üstünlüyümüz ola bilər. Yoxsa hər kəsin 

bildiyini,  gördüyünü,  gündəlik  izlədiyini,  onun  diqqətinə  sunma-

ğımız doğru olmaz. 

Xoşum  gəldi,  Üstün  çıxışında  deyir  hər  dəfə  yenidən  başlamağı 

bacarmaq gərək. 

Ocaqçının işi odur. Bizim hər birimizin yörəmizdə kimimiz, kim-

sələrimiz  var.  Onların  dərdləri,  qayğıları  var.  Bunların  dərdləri  adi, 

həyatın içindən gələn dərddir. Qayğıları həyatın tələblərindən gələn 

qayğılardır. Onların qayğıları xalq olmağın dərdi deyil. Niyə bu günə 

düşməyin dərdi deyil. Niyə insan ola bilməməyin dərdi deyil. Tama-

mən  yaşamağın  dərdidir.  Sıxıntılar,  o  sıxıntılardan  doğan  nəsnələr, 

xəstəliklər filan-filan, bunlardan gələn dərdlərdir. İstər-istəməz yörə-

mizdə olanlar bizi öz dərdlərinə bağlayırlar. Heç onlar fikirlərşmirlər 

ki, biz bu dərdi necə qarşılayacağıq. Biz onlar kimi sısqasaq, zarısaq, 

onların zarımalarına qoşulsaq, onda bizim ömrümüz itirir. Gücümüz 

azalır.  Bizim  yörəmizdə  olanlar  bilmədən  bizim  gücümüzü  azalt-

mağa  meyillidirlər.  Öz  balaca  dərdləriylə,  dərdi  lap  öz  miqyasında 

yekəlt, onu bizə yükləməklə, bizi ona bağlamaqla, bizi o dərdin için-



 

396 


də  zarıtmaqla  bizim  gücümüzü  azaltmağa  meyillidirlər.  Biz  ondan 

çox  yüksəkdə  dururuq,  durmalıyıq.  Hər  kəs  üçün  fəlakət  sayılan 

dərdlər bizim üçün ötəri görünməlidir. Hər şey olur. Xəstə can verir 

gözümün  qabağında.  Kədərdir.  Göz  yaşı  da tökürəm,  ağlayıram  da. 

Ancaq mənim ağlımı oynatmır. İçim gücdən düşmür, düşə bilməz. 

Mənim  yadıma  gələn  bir  şeyi  deyim.  Atanın  anası  öləndə  xəbər 

verdilər. Atanı hazırladım, yola saldım keçmiş bir Ocaqçı ilə Ağsta-

faya. Özüm niyəsə gedə bilmədim Atayla. Getdilər. Geri qayıdanda 

həmin Ocaqçı mənə dedi ki, Soylu, Atanın anası dünən ölübdür, Ata 

deyə-gülə  danışırdı.  Dedim  ki,  hələ  onda,  heç  indiki ağlım  yox  idi, 

dedim Ata görünür ki, öz ideyasına sadiqdir. Ata görünür ki, sözdə 

demir,  tam  əmin  olub  ki,  ölüm  yoxdur.  İndi  nə  deyərdim?  Ata  ki, 

deyir ölən kimdir. Nə apardı, nə saxladı? Niyə getdi? Nə yaşadı? Bir 

də  görürsən  anasından  bir xatirə  danışdı.  Yəni  yörəsində  oturanlara 

deyir ki, ağladınız, sısqadınız, bəsdir. Ağlamaq bir yerə qədərdir. Sən 

üzülüb  ölənə  qədər  ağlamalı  deyilsən  ki.  Kədərdir  gəlib.  Qarşıla-

mısan. Bundan nə vaxt çıxacaqsan? Doğrudan da, ən ağır kədərdən 

belə, demirəm ki, bütöv çıxa bilirsən, ən ağır kədərdən belə aşama-

aşama  çıxırsan.  Ürəyini  gücdən  salma.  Ağlında  o  bəladan  artıq 

olanları  düşünməyə  başla.  Ağlında  atanın,  ananın,  kimin,  kimsənin 

yaşadığı  dünyanı  fikriləş.  O  hansı  dünyada  yaşayırdı,  bu  dünya  nə 

idi?  Mən  neyləyirəm?  –  Onun  yaşadığı  dünyanı  onun  mahiyyətinə 

layiq eləməyə çalışıram. Bu olduqca böyük bir nikbinlikdir və Atanın 

fəlsəfəsində, İdeyasında var. 

Sonra,  bayaq  sözümün  başlanğıcında  vurğu  elədiyim  Ocaqçının 

vəcdli, ehtiraslı yaşaması. Çalışmaq gərəkdir hər gün vəcdli yaşaya-

san. Kədər məqamında belə vəcdli yaşayasan. Ən ağır dərdlə üz-üzə 

gələndə  belə  vəcd  ürəyini  tərk  eləməməlidir.  Biz  insanların  ürəklə-

rinə  söz  deməliyik.  Ürəklərin  filosofu  olmalıyıq.  Ürəklərin  filosofu 

olmaq üçün də ürəkləri tərpədə biləcək söz yiyəsi olmalıyıq. Bunun 

üçün bizim o həddə idrak qüdrətimiz olmalıdır. Biz yerlərin, göylərin 

incə detallarının, məqamlarının filosofu olmaya bilərik. Hegel olma-

ya  bilərik,  Kant  olmaya  bilərik.  Ancaq  biz  ürəklərin  filosofu  ola 

bilərik. Bizim işimiz odur. Bizdən tələb olunan odur. Ürəklərin filo-

sofu  olanda  adam  çox  qüdrətli  olur,  güclü  olur.  Loğmansan  da. 

Ürəklərin  loğmanısan.  Əzilən,  sıtqıyan,  zarıyan,  dərddən  üzülən, 

dərddən  əyilən  ürəklərə  şəfa  verirsən.  Ata  sənə  elə  bir  yol  açıb. 

Loğman ol. Budur bizim işimiz. 



 

397 


İndi  bir  az  o  qonuyla  bağlı,  deyirsiniz  ki,  xalq  öz  mahiyyətinə 

doğmalaşmaq  üçün  nədən başlamalıdır?  Hər  zaman  biz  onun  peşin-

dəyik.  Onu  vurğu  edirik.  Xalq,  biz  yox,  xalq  dinin  sözünü  öyrən-

məlidir.  Bizim  başlıca  işimiz  burdan  başlayır.  Dindən.  Çünkü  xalqı 

min  illərdir  yönəldən  dindir,  onun  sözüdür.  Xalq  öyrənməlidir  ki, 

dinin sözü ona nə deyir. Onu qaldırırmı, endirirmi?! Bax, o çağdan 

başlayacaq  xalqın  özüylə  üz-üzə  qalması.  Dinin  sözünün  əyri,  ya 

doğru  olduğunu  kəsdirəndən  sonra  çox  şeylər  aydınlaşmağa 

başlayacaq. 

Mən  axşam  düşüncələrimdə  hürufiliklə  dini  tutuşdurub  qarşı-

qarşıya  gətirdim.  Həmişə  İnamla  din  qarşılaşmasını  açıram.  İndi 

hürufiliklə  din  qarşılaşmasını  ağlımda  çözdüm.  Yeri  gəlmişkən, 

bayaq dedim sizə, gecə saat üçdə mən bu söhbətləri aparırdım. Yeni 

illə bağlı iş yerimizdə yoxlama keçirən, gəzən direktorun yardımçısı 

ilə  söhbət  elədim.  Onunla  da  söhbətimi  elə  hürufiliyin  “Cavidan-

naməsi”  çəkdi.  Onun  əsasında  başladım  söhbət  eləməyə.  Deməli, 

niyə deyirəm xalqa, fərdləri ilə, dinin sözünü öyrətmək gərəkdir. Din 

sənə nə deyir? Səni hara çağırır? Nəyi doğru deyir, nəyi əyri deyir? 

Onunçün deyirəm ki, məsələlərin mənasına, incəliklərinə girməyimiz 

gərəkdir. Hürufiliklə qarşılaşdırmada da aşağıdakı məsələni aydınlaş-

dırmağa  çalışdım.  Dində  deyilir  ki,  Allah  Adəmi  öz  surətinə,  yəni 

Adəmin öz surətinə və Rəbbin surətinə, yəni Allahın surətinə uyğun 

şəkildə yaratdı. Yəni Adəm həm öz surətindədir, həm də Allaha bən-

zərliyində  yaranıb.  Deməli,  insanda  Allah  var.  Bax,  bunu  hardan 

bəhrələnib,  hardan  qaynaqlanıb  deyir.  Bunu  bəzən  din  bilicisi  olan 

müsəlmanlar  da  deyir.  Deyir  ki,  Allah  dedi  ki,  mən  Adəmi  özümə 

bənzər  yaratdım.  Ona  özümün  nişanələrimi  verdim.  Əla.  Yaxşı  elə-

din.  Burdan  iki  məntiq  izah  eləməyə  çalışıram.  Bir,  Allah  Adəm 

deyəndə  bütövlükdə  bəşər  övladını  nəzərədə  tutur.  Ya  da,  ikinci, 

Adəm  deyəndə  bəşər  övladının  başlanğıcı  olan,  ilk  olanı,  Adəm 

peyğəmbər adlandırdıqlarını nəzərdə tutur. Adəm peyğəmbər Allahın 

surətində yaranıb. Deməli, Adəm peyğəmbər Allahdan soraq verən, 

nişanə  gətirəndir.  Əgər  belə  isə,  Allahın  surətində  yaranan,  Allah 

tərəfindən seçilən simalardan biri də Məhəmməddir. Məhəmməd isə 

özündə  allaha  zidd  olan  mənfi  xarakterik  keyfiyyətlər  daşıyır.  Sən 

onu kamil sayırsan. Ancaq o, Zevsə oxşayır niyəsə. Zevs də qısqanc-

dır. Qadınlara meyillidir, insanları müharibəyə sövq edəndir, bu da. 

Xarakterik olaraq ona bənzəyir. Deməli, Allah ya doğrudan da, əgər 



 

398 


bunun dediyidirsə, elə Zevsə bənzəyir, fərqlənmir. Yox, əgər üstün-

dürsə,  onda  bunların  yaratdığı  təlim  Allahı  inkar  edir,  Allaha 

qarşıdır. Bunu aydınlaşdırmaq gərək. 

Hürufilər  nə  deyir?  Həmin  məntiqdən  tuturlar  hürufilər:  “Allah 

Adəmi öz surətinə və rəbbin surətinə uyğun yaratdı”. Onun üzərində 

yaratdı, belə deyim. Ona uyğun yaratdı. Yəni həm onun özündən var, 

həm  də  Allahdan  var.  O  surət,  o  nişan,  filan.  Bundan  yararlanıb 

hürufilər  deyirlər  ki,  insan  Allahın  gerçəkliyidir.  Asif  Ata  da  deyir 

insan insanlığın təzahürüdür. Mənanın təzahürüdür. İndi gerçəkləşən 

Allah  –  insan,  Allahın  gerçəkliyi  olan  insan  bütün  nəfsini,  bütün 

qüsurlarını ötməli, Allaha dönməlidir. 

Məhəmməd  “Allah  adəmi  öz  surətinə  və  rəbbin  surətinə  uyğun 

yaratdı”  ifadəsini  inkar  edir.  Nə  ilə  inkar  edir?  Hürufilər  deyir  ki, 

yaxşı, insan Allaha dönməlidir. Yəni Özü olması üçün mənasına tən 

olmalıdır,  Asif  Atanın  təbirincə  desək.  Məhəmməd  isə  deyir,  insan 

Allahın dərgahına dönməlidir. Yəni cənnətə dönməlidir. Məhəmməd 

insana cənnət vəd edir, Allah olmaq vəd eləmir. Hürufilər isə insana 

Allah  olmaq  vəd  edir.  Buna  görə  Məhəmməd  başlanğıcda  dediyini 

inkar edir. Ona görə deyir Allahın köləsi ol. Allahın köləsi ol demək-

lə  əslində  “Allah  insanı  özünün  surətinə  və  rəbbin  surətinə  uyğun 

yaratdı” deyiminə qarşı çıxır. Bax, mən ona görə “Quran”ı oxuyanda 

da,  onun  içindəki  ziddiyyətlərin  hamısını  ortaya  çıxarıram.  Burda 

deyirsən,  burda  inkar  edirsən.  Çünkü  burda  dediyini  özün  də  dərk 

eləməmisən. Ona görə bu tərəfdə inkar edirsən. Hətta harda birdən ən 

uca şey birdən ağlına gəlir deyir, ancaq onun arxasında dura bilmir. 

Sonra onu inkar edir. Çünkü gücü çatmır. 

“Biz  insana  şah  damarından  da  yaxınıq”.  Allahın  sözü.  Yaxşı, 

sənə şah damarından yaxındır Allah, ancaq sən deyirsən ki, Həzrəti 

Cəbrayıl Allahdan sənə soraq daşıyır. Hansı min kilometrlərdən Cəb-

rayıl ona soraq daşıyır. A balam, min kilometrlərlə yolu niyə qət edir

əgər sənə şah damarından yaxındırsa. Yəni içindədir Allah. Varlığın-

dadır. Dayan arxasında da. Daha nə istəyirsən Cəbrayıldan. Onda de 

ki, bu fikirlər içimdən gəlir. İçimdəki Allahdan. Göylərdən daşınanı 

neynirsən? Hər addımda görürsən inkar edir. Bax bu yalanları xalqa 

öyrətmək gərəkdir. 

Sufilər,  ruhani  bilim  adamları  Allah  məzmununa  uyğun  dəyərli 

sözlər deyiblər. Hamısı təməldə oturan sözün yörəsində deyilib. Məs-

nəvi onun yörəsində yazılıb. Bütün yaxşı fikirlər o yanlışların üstünə 



 

399 


örtük çəkir. Xalq ona görə əsil mənada dinin sözünü görmür, tanımır. 

Xalqla  dinin  təməli  arasında  dayananlar  əngəl  olurlar.  Hürufiliyi, 

Nəsimini  öyrənənlər  də  elə  sunurlar  ki,  hürufilər  də  həmin  məsələ-

lərin üstünə bir növ örtük çəkmiş olur. Yenə də hürufilərin dediyi uca 

söz  aid  olur  dinə.  Onun  yanlışı,  qarışığı,  dolaşığı  insanların  ağlına 

çatmır. Hər anda dinin qarışığını, dolaşığını insanların gözünün qaba-

ğından  götürürlər,  yaxud  da  gözünün  qabağına  pərdə  çəkirlər.  Asif 

Ata  çəkmir.  Biz  bütünlüklə  o  pərdəni  götürürük.  Marksistlər  o 

pərdəni götürdülər ki, mistikanin heç olduğunu göstərsinlər. Ancaq o 

pərdəni  qaldırıb  insana  bütünlüklə  maddiyyat  göstərdilər.  Mənəviy-

yat  göstərmədilər,  ləyaqət  göstərmədilər,  Mütləqi  göstərmədilər. 

Bütünlüklə maddiyyat, gerçəklik göstərdilər. Onlar mistikanın qarşı-

sından pərdəni belə qaldırdılar. 

Asif Ata mistikanın, yalanın qarşısından pərdəni qaldırıb Mütləqi 

göstərir.  İnsanın yetməli olduğunu ona göstərir. Bax, ona görə Asif 

Atayla başqalarını tutuşduranda, qarşılaşdıranda biz cəsarətlə deyirik 

ki, qarışdırmayın. 

Bax, xalqın özünə üz tutması üçün birinci növbədə dinin dolaşıq-

larını,  yanlışlarını  açıb  göstərmək  gərəkdir.  Onillər,  yüzillər  çəkə 

bilər. Ondan sonra aydınlaşacaq ideoloji yanlışlar, idarəetmə yanlış-

ları.  Siyasətin  yürüşü,  hamısı,  ondan  sonra  aydınlaşacaq  ki,  bunlar 

hardan gəlir. Mən kitabımda yazmışam ki, siyasət insanlığın qırıldığı 

nöqtədən başlayır. Siyasət alıb-aldatmadır. İnsanlıq qalib olarsa onun 

ortamında  alıb-aldatmaq  yeriməz.  Onda  siyasət  olmaz.  Siyasət  ona 

görə yeriyir ki, mənəvi dəyərlər yoxa çıxır, qırılır. İnsan insanlığında 

yıxılır.  Özünün  insanlığında  yıxıldığını  özünə  demək  yerinə  durub 

kələklərə  başlayır.  Durub  özünü  aldatmalara  başlayır.  Bunu  da  biz 

Ocaq olaraq öyrənirik. Özümüzün aramızda deyirik, sonra da yavaş-

yavaş xalqın içində deyirik. Hal da yaradırıq. Sözümüzdən bəhrələ-

nirlər də. Deyirlər də. 

Biz Ocaq olaraq böyük uğurların qurucularıyıq və böyük uğurla-

rın arxasındayıq. Ona görə də ürəyimizin də gücü artmalıdır, ağlımı-

zın  da  gücü  artmalıdır,  böyüməlidir.  Daim  iş  başında,  söz  başında, 

daim Atamızın bayarağı altında. Başımızın üzərində Atanın bayrağı. 

Qəlbimizdə  Atanın  bayrağı.  Onda  biz  yenilməyəcəyik.  Bundan 

qırağa çıxsaq gücümüz azalacaq. Onda tədbirlər-filanlar artıqlıq təş-

kil edə bilər. Ona görə usanmamaq gərəkdir. 


 

400 


Siz  bir  Ailə  Gününə qatılırsınız,  mən  üç  Ailə  Gününə  qatılıram. 

Ancaq  usanmıram.  Ocağın  mərasiminə  də,  tədbirinə  də  qatılıram, 

TAQ-ın  da  tədbirini  keçiririk,  sonra  başqa  tədbirləri  də,  ancaq  mən 

usanmıram. 

Sonra, bir də Ocaqçının ləyaqəti bir məsələyə köklənməlidir. Bu 

gün dünya yüyürür. Dünyanı ayaqda tutmalı olan, milləti ayaqda tut-

malı  olan  mədəniyyət  yüyürür.  Yüyürür  tənəzzülə.  Bir  tənəzzülün 

arxasınca o biri gəlir. Bir çılpaqlığın dalınca o biri gəlir. Əməlli-başlı 

dəblər seriyasi bir-birini təqib edir. İnsanların içi yüyürür, insanların 

diqqəti yüyürür. İnsanların mənəviyyatı uçuruma yüyürür. Ocaqçı bu 

yüyürüşə qoşulmur. Ancaq bu qoşulmama o anlama gəlməli deyil ki, 

evində sakit seyr etməlidir. Biz bu yüyürüşə əks yönə yürüyürük. Biz 

yüyürmürük, yürüyürük. Biz gedirik. Biz qalxırıq davamlı, dayanıqlı, 

səbatlı  gedirik.  Bizim  etkimiz  yox  deyil.  Bizim  sözümüz  ürəklərə 

çatır.  Çatacaqdır da.  İnanmıram  bəşəriyyətin  axıra  qədər belə  iflasa 

yüyürməsinə.  O,  mütləq  dayanıb  üzünü  Ataya  tutacaq.  Buna  mən 

inanıram. Buna görə içimdə bir nikbin haraylama var. Ona görə mən 

o  nikbinliyə  dayanıb  usanmazlığa  yetirəm.  Bax,  Ocaqçının  prinsipi 

budur.  Hamı  yorulur,  mən  yorulmuram.  Ocaqçının  özünə  dediyi 

böyük sözlərin biri də budur. 

Ayın ilk günündə, Qar Ayının 1-də “Ulufərəh”in bir araya gəlmə-

sinə  uğurlar  diləyirəm,  dayanıqlı,  hünərli,  təpərli  olmaq  diləyirəm. 

Ocağı  yaşamaq,  yaşatmaq  diləyirəm.  Fərəhli  əməllər,  fərəhli  haray-

lar,  fərəhli  idrak  çağırışları  diləyirəm.  “Ulufərəh”ə  ulu  fərəh 

diləyirəm. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

Atamız Var olsun! 

Bayrağımızı öpürəm! 



Kataloq: wp-content -> uploads -> 2011
2011 -> Fərid Zeynalov stomatoloq, bds, dds şəxsi məlumat
2011 -> Kompüter şəbəkələri və telekommunikasiya vasitələri” fənnindən laboratoriya iŞİ №1 Simsiz şəbəkələrin təşkili, “Wi-Fi” haqqında
2011 -> Curriculum de pregătire în specialitatea
2011 -> Jan Pol Sartr Ürək bulantısı Roman
2011 -> Əziz möminlər, dünya tarixi ilk ən böyük doğum nəzarətini fironların timsalında görüb
2011 -> Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən təqdim edilən təlim modulları
2011 -> Frankfurt məktəbi
2011 -> Azərbaycanda sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
2011 -> Cartea de uraniu
2011 -> F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1

Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə